Məhkəmə qərarları › İş №2-1(112)-5820/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5820/2021

04.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5820/2021 04.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı «iddiaçıya müharibə veteranı adının verilməsi» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Aparatı nəzdində Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə Komissiya Azərbaycan Respublikası Müdafiə Nazirliyi yanında ASAN DOST Mərkəzinə qarşı «iddiaçıya müharibə veteranı adının verilməsi» tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İPM-in N3-cü mdddəsinə görə məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmə iddia ərizəsində cavabdeh kimi “Azərbaycan Respublikası Müdafiə Nazirliyi Aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə Komissiya Azərbaycan Respublikası Müdafiə Nazirliyi yanında ASAN DOST Mərkəzi” göstərilməsini formal xəta kimi qiymətkəndirmiş və cavabdeh qismində “Azərbaycan Respublikası Müdafiə Nazirliyi”ni qəbul etmişdir. İddia ərizəsində bildirilir ki, N iyul N2-ci il tarixdən N iyul N3-cü il tarixədək N saylı hərbi hissədə, N iyul N3-cü il tarixdə N saylı hərbi hissədə, N iyul N3-cü il tarixdən N avqust N3-cü il tarixədək N saylı hərbi hissədə xidmət etmişdir. N avqust N4-cü il tarixdən əvvəlcə N saylı hissədə, sonradan nümuməvi xidmətinə görə razılığı olmadan N saylı hissəyə göndərilmişdir. Döyüş zamanı ağır yaralanmış, müalicədən sonra N saylı hərbi hissəyə göndərilmişdir. Bu hissədə nizam intizam yox idi, pis şərait var idi. Bu hissə Ağdam şəhəri 50 saylı Texniki Peşə məktəbinin binasında yerləşirdi. Orada olan vətəndaşlar çox əziyyət çəkirdilər. Məcbur olurdular ki, həmin hissəni tərk etsinlər. Ancaq imkan verilmirdi. Bu N saylı hissədə xidmət müddəti ona “müharibə veteranı” adının verilməsinə təsir göstərməməlidir. O, döyüşlərdə dəfələrlə yaralanmış, ölümlə üz-üzə dayanmışdır. Nümunəvi bir əsgər kimi doğma vətəninin ərazi bütövlüyü və suverenliyi uğrunda erməni silahlı birləşmələri ilə gedən döyüşlərlə mərdliklə vuruşmuşdur. Onun xidməti ilə bağlı X3 (8 sentyabr N969-cu il tarixdə doğulmuş) və X8 (7 sentyabr N97N-ci il tarixdə doğulmuş) şahidləridir. O, N iyul N2-ci il tarixdən N avqust N4-cü il tarixədək torpaqlarımızın erməni işğalçılarından azad olunmasında qəhrəmancasına mərd bir döyüşkən əsgər kimi vuruşmuşdur. Göstərilənlərə və İPM-in müvafiq müddəalarına əsaslanaraq, ona (iddiaçıya) cavabdeh tərəfindən “müharibə veteranı” adının verilməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsinin iddia ilə bağlı məhkəməyə təqdim olunmuş yazılı etirazında aşağıdakılar bildirilir: - İddiaçı iddia tələbi əsassızdır və mümkün sayılmamalıdir. Belə ki, iddiaçıya inzibati orqan AR Müdafiə Nazirliyi tərəfindən maraqlarına uyğun inzibati aktın verilməsi imtina edilməmişdir. Müharibə veteranı adı müvafiq komissiyanın rəyi əsasında verilir. AR Nazirlər Kabinetinin 22 sentyabr N5-ci il tarixli 2N6 saylı qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və Əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin N-ci bəndinin NN-ci yarımbəndinə əsasən “müharibə veteranı” adı və müvafiq veteran vəsiqəsi AR Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. «Veteranlar haqqında» AR Qanununun 7-ci maddəsinin üçüncü abzasına əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra fıakimiyyəti orqanları tərəfindən verilir. Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya tərəfindən İddiaçı Cəlil oğluna 29 noyabr 20N9-cu il tarixli N/H- N6985 nömrəli məktubu ilə bildirilmişdir ki, əlillik sənədləri və ya arayışın əlavə edərək sənədlər təkrar təqdim olunduğu halda, ona “müharibə veteranı” adı və vəsiqəsin verilməsi məsələsinə baxıla bilər. Təkrar olaraq Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya tərəfindən İddiaçı 23 mart 2020-ci il tarixli N/H-4783 nömrəli məktubu ilə bildirilmişdir ki, təqdim olunan sənədlərdə yeni sənəd (arxiv arayışı) olmadığı üçün sənədlər geri qaytarıldı. Beləliklə, İddiaçı Müdafiə Nazirliyinə göstərilən sənədləri təqdim etmədiyindən, inzibati orqanın ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina etməsi kimi qiymətləndirilə bilməz. «İnzibati icraat haqqında» AR Qanununun 2.0.9-cu maddəsinə əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məktubu aralıq inzibati aktdır. Aralıq inzibati akta qarşı müstəqil hüquqi müdafiə vasitələrindən istifadə etməyə qanunvericiliklə yol verilmir («İnzibati icraat haqqında» AR Qanununun kommentariyası, müəlliflər: Səyyad Kərimov, Günəş Vəliyevə). «İnzibati icraat haqqında» AR Qanununun 32.2-ci maddəsinə əsasən ərizəçi qanun və digər normativ hüquqi aktlarda nəzərdə tutulan və işin həlli üçün zəruri olan sənədləri və ya məlumatları təqdim etmədiyi halda, inzibati orqan sənədlərin və ya məlumatların təqdim olunmasını tələb edə bilər. Göstərilənlərə və İPM-in 35.N-ci maddəsinə əsaslanaraq və İPM-in 47.2-ci maddəsini rəhbər tutaraq, məhkəmədən İddiaçı iddiasının mümkün sayılmaması barədə qərardad çıxarılması xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı gəlmiş, cavabdeh tərəf gəlməmişdir. Məhkəmə İPMin 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, «İnzibati icraat haqqında» AR Qanununun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun N5.N-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. «Veteranlar haqqında» AR Qanununun 3-cü maddəsinin birinci hissəsinin ücüncü abzasına görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin maddənin ikinci hissəsinə görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti tərəfindən təsdiq edilir. Sözügedən Qanunun 7-ci maddəsinin birinci hissəsinə görə Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin üçüncü hisəssinə görə veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindın verilir. AR Nazirlər Kabinetinin 2N6 saylı 22 sentyabr N5-ci il tarixli Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlar qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə»nin N-ci hissəsinin N-ci bəndinin 8-ci yarımbəndinə görə müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N4-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan MR (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N4-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, AR Dövlət Sərhəd Xidməti, AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, AR Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İş materiallarında olan AR Müdafiə Nazirliyi Aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə Komissiya”nın İddiaçı ünvanlanmış 28 yanvar 2020-ci il tarixli məktubunda aşağıdakılar bildirilir: - Sizə müharibə veteranı adı və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə Komissiya’’nın 4 dekabr 20N9-cu il tarixli iclasında baxılmış və barənizdə müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılmışdır. Mərkəzi Arxivin 2 avqust 20N9-cu il tarixli 9/2-N0878 nömrəli arayışına əsasən N nömrəli hərbi hissəni özbaşına tərk etmə faktı olduğuna (28.08-09.09.N3-cü il) görə AR Nazirlər Kabinetinin 22 sentyabr N5-ci il tarixli 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş Əsasnaməyə əsasən Sizə müharibə veteranı adı və vəsiqəsinin verilməsi mümkün deyildir. «Vətəndaşların müraciətləri haqqında» AR Qanununun N4.08-ci maddəsinə görə ərizəçi müraciəti barədə qəbul edilmiş qərarla razılaşmadığı halda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququna malikdir. İş materiallarında olan AR Müdafiə Nazirliyi Mərkəzi Arxivinin 20 iyun 2020-ci il tarixli arxiv arayışında aşağıdakılar bildirilir: - İddiaçı N nömrəli hərbi hissə komandirinin N iyul N2-ci il tarixli N05 nömrəli əmrilə (əsas: səh-43, §-N, sıra-N72, əmrdə atasının adı Cəlal yazılmışdır) X4 N iyul N2-ci ıl tarixdən batalyonun tərkibinə daxil edilmişdir. N saylı hərbi hissə komandirinin N iyul N3-cü il tarixli 303 nömrəli əmrilə (əsas: səh-N6N, §-N, əmrdə atasının adı Cəlal yazılmışdır) İddiaçı Cəlal oğlu şəxsi heyətin siyahısına bütün növ təminatlarda daxil edilərək baş nizamlayıcı vəzifəsinə təyin olunmuşdur. N saylı hərbi hissə komandirinin N iyul N3-cü il tarixli N75 №-li əmrilə (əsas: səh-57, §-3, əmrdə soyadı Hüseynov, atasının adı Cəlal yazılmışdır) 5-ci taburda xidmət edən X5 şəxsi heyətin siyahısından çıxarılaraq 6-cı taburun şəxsi heyət siyahısına daxil edilmişdir. N saylı hərbi hissə komandirinin N avqust N3-ci il tarixli 328 nömrəli əmrilə (əsas: səh-N75, §-N, sıra-29, atasının adı Cəlal yazılmışdır) X2 fərari əsgər olduğu üçün siyahıdan kənar saxlanılmışdır. N saylı hərbi hissə komandirinin N sentyabr N3-cü il tarixli 335 nömrəli əmrilə (əsas: §-4, sıra-29, əmrdə soyadı Hüseynov, atasının adı Cəlal yazılmışdır) fərari əsgər X5 hərbi hissəyə qayıtdığı üçün hərbi xidmətini davam etdirmək uçün tabururr tərkibində saxlanılmışdır. Füzuli rayonu ərazisində gedən döyüşlərdə yaralandığı üçün X5 N saylı hərbi hissə komandirinin N aprel N4-cü il tarixli NN7 nömrəli əmrilə (əsas: səh-58, §-5, sıra-7, əmrdə soyadı Hüseynov, atasının adı Cəlal yazılmışdır) bütün təminatlardan azad edilmişdir. Laçın RHK-dan göndərilmiş, N973-cü ıl təvəllüdlü X5 N saylı hərbi hissə komandirinin N4 may N4-cü il tarixli N33 nömrəli əmrilə (əsas: səh-92, §-N7, sıra-9, əmrdə soyadı Hüseynov, atasının adı Cəlal yazılmışdır) 5 aprel N4-cü il tarixdə şəxsi heyətin siyahısına bütün növ təminatlara daxıl edilmişdir. N saylı hərbi hissə komandirinin N3 iyun N4-cü il tarixli N63 nömrəli əmrilə (əsas: səh-56, §-3, sıra-N5, əmrdə soyadı Hüseynov, atasının adı Cəlal yadılmışdır) İİİ MAT-ın XN təşəkkür məktubu göndərilmişdir. N saylı hərbi hissə komandirinin N4 iyul N4-cü il tarixli N94 nömrəli əmri ilə (əsas: səh-5N, §-8, sıra-N0N, əmrdə soyadı Hüseynov yazılmışdır) N974-cü il təvəllüd X6 yaralandığı üçün 3 MAT-ın ştatından kənar edilmişdir. N saylı hərbi hissə komandirinin iyun N3-cü il tarixli N saylı hissə komandirinin yanvar N4-cü il tarixli nizami hissə üzrə əmrləri M Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. Müdafiə Nazirliyinin Mərkəzi Arxivi tərəfindən 2 avqust 20N9-cu il tarixıli məktubla İddiaçı ünvanına cavab göndərilmişdir. AR Daxili İşlər Nazirliyinin H-27350 nömrəli N8 noyabr 20N9-cu il tarixli arayışında aşağıdakılar bildirilir: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin mərkəzləşdirilmiş uçotlarındakı məlumata əsasən xx xxxxxx N974-cü il tarixdə Laçın rayonunda doğulmuş İddiaçı məhkumluğu yoxdur. Məhkumluq barədə məlumat Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8N – 83-cü və 92-ci maddələrinin müddəaları nəzərə alınmaqla verilir. İPM-in 8.N.3-cü maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 35.N-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə görə inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının N09-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Məhkəmə-Hüquq Şurasının N4 noyabr 20N9-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Bakı şəhərinin Qaradağ rayonu Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. İddiaçı müvafiq qaydada cavabdeh AR Müdafiə Nazirliyinə ərizə ilə müraciət etdiyindən və cavabdeh də onun müraciəti ilə bağlı cavab məktubu ilə təqdim edilmiş sənədləri qaldırılan məsələni müsbət həll etmədən geri qaytardığından, tərəflər arasında inzibati mübahisə mövcuddur. Məhkəmə iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Mübahisənin ərazi aidiyyəti belədir ki, mübahisəyə baxılması üçün İPM-in 8.N.3-cü maddəsinin tələblərinə uyğun olaraq iddiaçının yaşayış yeri (Bakı şəhərinin Qaradağ rayonu) üzrə inzibati məhkəmə kimi Bakı İnzibati Məhkəməsi səlahiyyətlidir. Mübahisənin mahiyyətinə gəldikdə isə, məhkəmə qeyd edir ki, iş materiallarında olan arxiv arayışında İddiaçı N2-N4-cü illərdə döyüş əməliyyatları aparılan zonada xidmət keçməsinə dair xüsusatlar qismən öz təsdiqini tapsa da, N avqust N3-cü il tarixdə siyahıda kənar saxlanılmasına səbəb kimi onun hərbi hissəni özbaşına tərk etməsi göstərilmişdir. Sonradan xidmətini davam etdirsə də, bu hal onun qanuni əsaslarla tərxis olunmaması kimi qiymətləndirilməlidir. «Veteranlar haqqında» AR Qanununun 3-cü maddəsinin “Qeyd” hissəsində göstərilir ki, bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş AR Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Belə olan halda isə məhkəmə hesab edir ki, iddiaçı hərbi hissəsi özbaşına tərk etdiyindən ona müharibə veteranı adı və vəsiqəsinin verilməsindən cavabdeh AR Müdafiə Nazirliyinin imtinası qanuna zidd sayılmamalı və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.N-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh AR Müdafiə Nazirliyinə qarşı «iddiaçıya müharibə veteranı adının verilməsi» tələbinə dair iddiası əsassız olduğundan, təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.N, 52, 23.N, 58.7, 62, 75, 78 – 79, 8N, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı «iddiaçıya müharibə veteranı adının verilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar