Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5821/2021 30.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliynə qarşı müharibə veteranı adının verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Aparatı nəzdində Veteran adlarının və və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyası və Azərbaycan Respublikası Müdafiə Nazirliyi yanında ASAN Dost Mərkəzinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərin ona müharibə veteranı adının verilməsi üçün iddia ərizəsinin icraata qəbul edərək xeyrinə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ona müharibə veteranı adının verilməsinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmasını xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, N iyul N2-ci ildən 30 yanvar N4-cü ilə qədər Cəbrayıl rayonundan Azərbaycan Respublikası Silahlı Qüvvələrinə çağırılmışdır. N saylı hərbi hissədə Qarabağ torpağı uğrunda erməni işğalçılarına qarşı mərdliklə bir atıcı kimi vuruşmuşdur. Hərbi xidməti dövründə onunla vuruşmuş əsgər yoldaşları X6, X5, X4 şahiddir. N iyul N2-ci ildən 30 yanvar N4-cü ilə qədər əzəli Qarabağ torpaqlarının erməni işğalçılarından azad olunmasında qəhrəmancasına mərd bir döyüşkən əsgər kimi vuruşmuşdur. Ona görə də ona müharibə veteranı adı verilməlidir. Cavabdeh iddia tələbinə qarşı etiraz vermiş və etirazını onunla əsaslandırmışdır ki, ərizəçinin hərbi xidmət keçməsini sübut edən məlumat mövcud olmadığından “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi tələbinə dair iddia tələbi təmin edilə bilməz. Belə ki, Arxiv idarəsindən verilən NN.03.202N-ci il tarixli, 9/2-2N38 nömrəli məktubda bildirilmişdir ki, Cəbrayıl RHK-dan səfərbər olunmuş, sıravi İddiaçı Qəybulla oğlu N nömrəli hərbi hissə komandirinin N iyul N3-cü İİ tarixli 0N46 nömrəli əmrilə (əsas; səh.-N85, §4. sıra-N8; qeyd: əmrdə atasının adı “Qəybulla" yazılmışdır) şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxili edilərək “pulemyotçu" vəzifəsinə təyin edilmişdir. Uzun müddət hərbi hissədən yayındığı üçün pulemyotçu, sıravi İddiaçı Qəybulla oğlu N №-li hərbi hissə komandirinin 0N noyabr N3-cü il tarixli 0208 nömrəli əmrilə (əsas: səh.-74, §9, sıra-54N; qeyd: əmrdə atasının adı “Qəybulla" yazılmışdır) vəzifəsindən azad edilməklə bütün növ təminatlardan çıxarılaraq, ştatdan kənar hesab edilmişdir. N №-li hərbi hissə komandirinin yanvar N4-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı Həbulla oğlunun xidməti barədə məlumat aşkar olunmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 20N8-ci il tarixli, 422 saylı Qərara əsasən “Müharibə veteranı” adə və vəsiqəsinin verilməsi üçün zəruri olan (hərbi xidmət keçməsini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxvi arayışları, döyüşlərdə iştirakı sübut edən) sənədlər təqdim olunmalıdır. İddiaçının məhkəməyə təqdim etdiyi sənədlərdən görünür ki, onun N saylı hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirak etməsinə dair və ordu sıralarından qanuni əsaslarla ehtiyata buraxılması barədə heç bir təsdiqedici sənəd yoxdur. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AZE ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Həbulla oğlu xx.xx.N966-cı ildə doğulmuşdur. - Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin AA seriyalı 265925 №-li, 30.05.20N2-ci il tarixli vəsiqəsindən görünür ki, Maqsudov XN rayonundan məcburi köçkündür. - Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi Bakı şəhəri Suraxanı rayon sektorunun N642 №-li, 04.04.20N9-cu il tarixli arayışından görünür ki, Maqsudov X2 rayonundan məcburi köçkündür, ünvan N ünvanında müvəqqəti qeydiyyatdadır. - İddiaçı məxsus AO ******* №-li hərbi biletin surətindən görünür ki, iddiaçı 20.NN.N984-cü ildən N2.N2.N986-cı ilədək sovet ordusunda xidmət etmişdir. 29.07.N3-cü ildən 30.0N.N4-cü ilə kimi 896 nömərli hərbi hisədə xidmət etmişdir. Azərbaycan Respublikası Hərbi Prokurorluğu tərəfindən şəraitin dəyişməsi ilə əlaqədar cinayət işinin başlanması rədd edilmişdir. Hərbi xidmət zamanı hərbi bileti NZ ******* №-li itdiyinə görə təkrar hərbi bilet verilmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Cəbrayıl rayon hərbi komissarlığı tərəfindən verilmiş 352 №-li, 0N.06.20NN-ci il tarixli və 86 №-li, 24.02.20N2-ci il arayışlardan görünür ki, İddiaçı Həbulla oğlu 25.05.N989-cu il tarixdən Cəbrayıl rayon hərbi komisarlığında qeydiyyatda olmuş, 29.07.N3-cü il tarixdən 30.0N.N4-cü il tarixədək səfərbərliklə Azərbaycan Ordusunda hərbi xidmətdə olmuş, 28.0N.2004-cü il tarixdə Azərbaycan Respublikası HP tərəfindən şəraitin dəyişməsi ilə əlaqədar hərbi qeydiyyata bərpa edilmişdir. - Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 20.09.20N9-cu il tarixli arayışından görünür ki, İddiaçı Həbulla oğlu əvvəllər məhkum olunmamışdır. - Azərbaycan Respublikasının Müdafiəsi Nazirliyi İşlər İdarəsinin Mərkəzi Arxivinin 9/2-2N38 №-li, NN.03.202N-ci il tarixli arxiv arayışından görünür ki, Cəbrayıl RHK-dan səfərbər olunmuş, sıravi İddiaçı Qəybulla oğlu N №-li hərbi hissə komandirinin N iyul N3cü il tarixli 0N46 №-li əmrilə (əsas: səh.-N85, §4, sıra-N8; qeyd: əmrdə atasının adı “Qəybulla” yazılmışdır) şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilərək, “pulemyotçu” vəzifəsinə təyin edilmişdir. Uzun müddət hərbi hissədən yayındığı üçün pulemyotçu, sıravi İddiaçı Qəybulla oğlu N №-li hərbi hissə komandirinin 0N noyabr N3-cü il tarixli, 0208 №-li əmrilə (əsas: səh.-74, §9, sıra-54N; qeyd: əmrdə atasının adı “Qəybulla” yazılmışdır) vəzifəsindən azad edilməklə bütün növ təminatlardan çıxarılaraq, ştatdan kənar hesab edilmişdir. Qeyd edilmişdir ki, N №-li hərbi hissə komandirinin yanvar N4-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı Həbulla oğlunun xidməti barədə məlumat aşkar olunmamışdır. Müdafiə Nazirliyinin Mərkəzi Arxivi tərəfindən İddiaçı xidməti barədə 24.05.20N9-cu il tarixli, 9/2-7004 №-li məktubla Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyaya cavab göndərilmişdir. - Azərbaycan Respublikasının Müdafiəsi Nazirliyi İşlər İdarəsinin Mərkəzi Arxivi tərəfindən Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyaya ünvanlanmış 9/2-7004 №-li, 24.05.20N9-cu il tarixli məktubdan görünür ki, soröuya cavab olaraq bildirilir ki, Cəbrayıl RHK tərəfindən səfərbər olmuş sıravi İddiaçı Qəybulla oğlu N №-li hərbi hissə komandirinin N iyul N3-cü il tarixli, 0N46 №li əmrilə əsas: səh.-N85, §4, sıra-N8; qeyd: əmrdə atasının adı “Qəybulla” yazılmışdır) şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilərək, “pulemyotçu” vəzifəsinə təyin edilmişdir. Uzun müddət hərbi hissədən yayındığı üçün pulemyotçu, sıravi İddiaçı Qəybulla oğlu N №-li hərbi hissə komandirinin 0N noyabr N3-cü il tarixli, 0208 №-li əmrilə (əsas: səh.-74, §9, sıra-54N; qeyd: əmrdə atasının adı “Qəybulla” yazılmışdır) vəzifəsindən azad edilməklə bütün növ təminatlardan çıxarılaraq, ştatdan kənar hesab edilmişdir. N №-li hərbi hissə komandirinin yanvar N4-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı Həbulla oğlunun xidməti barədə məlumat aşkar olunmamışdır. - Azərbaycan Respublikasının Müdafiəsi Nazirliyi Şəxsi Heyət Baş İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış NN.06.20N9-cu il tarixli, N/M-7975 №-li məktubdan görünür ki, ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyi aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın 07.06.20N9-cu il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılır. Mərkəzi Arxivin 24.05.20N9cu il tarixli, 9/2-7004 nömrəli arayışına əsasən döyüş əməliyyatları aparılan zaman hərbi hissəni özbaşına tərk etdiyi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.N5ci il tarixli, 2N6 №-li Qərarı ilə təsdiq edilmiş Əsasnaməyə əsasən ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi mümkün deyildir. Məhkəmə iddiaçının izahatını dinləyərək, iş materiallarını tədqiq edərək, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin ikinci hissəsində qeyd edilir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda iştirak etmiş şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilməsi qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin N5-ci il 22 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə ilə müəyyən edilmişdir. Həmin Əsasnamənin N-ci bəndinin 8-ci yarımbəndinə əsasən müharibə veteranı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N4-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N4-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Həmin bəndin Qeyd hissəsinə əsasən bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. Qeyd olunan Əsasnamədə həmçinin göstərilmişdir ki, bu Əsasnamənin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Məhkəmə araşdırması zamanı toplanılmış sənədlərin əlaqəli və müqayisəli şəkildə tədqiqi nəticəsində müəyyən edilmişdir ki, İddiaçı N №-li hərbi hissə komandirinin N iyul N3-cü il tarixli, 0N46 №-li əmrilə şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilərək, “pulemyotçu” vəzifəsinə təyin edilmiş, uzun müddət hərbi hissədən yayındığı üçün N №-li hərbi hissə komandirinin 0N noyabr N3-cü il tarixli, 0208 №-li əmrilə vəzifəsindən azad edilməklə bütün növ təminatlardan çıxarılaraq, ştatdan kənar hesab edilmişdir. Azərbaycan Respublikası Hərbi Prokurorluğu tərəfindən şəraitin dəyişməsi ilə əlaqədar İddiaçı barəsində cinayət işinin başlanması rədd edilmişdir. “Hərbi cinayətlər törətmiş şəxslər barəsində Dövlət müstəqilliyi günü münasibətilə amnistiya haqqında” Azərbaycan Respublikası Milli Məclisinin N7 oktyabr N7-ci il, 383-İ QR №-li Qərarının 9-cu bəndinə əsasən bu Qərarın qüvvəyə mindiyi günədək hərbi hissədən, qulluq yerindən özbaşına getmiş, fərarilik etmiş şəxslər hərbi uçota qəbul edilməli, onların xidmət müddətləri Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət müddətinə hesablanmamalıdır. 25 dekabr NN-ci ildə qəbul edilmiş “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 3-cü maddəsində qeyd edilir ki, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi tədris müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi tədris müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Qeyd olunan Qanunun N8-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən olunmuş xidmət müddətini başa çatdıran, habelə həqiqi hərbi xidmətdə olmadığın son yaş həddinə çatan, yaxud səhhətinə görə dinc dövrdə hərbi xidmətə yararsız sayılan hərbi qulluqçuların ehtiyata və ya istefaya buraxılmaq hüququ vardır. Məhkəmə araşdırılması zamanı iddiaçının qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmətdən buraxılması, qoşun hissəsinin siyahılarından çıxarılması təsdiqini tapmamış, əksinə İddiaçı hərbi xidmət yerini özbaşına tərk etməsi, şəraitin dəyişməsi ilə əlaqədar barəsində cinayət işinin bağlanmasının rədd edilməsi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçının qanuni əsaslarla ehtiyata buraxılması barədə müvafiq sənədlər olmadığından ona müharibə veteranın adının və vəsiqəsinin verilməsindən imtina edilməsi barədə komissiyanın qərarı qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: - 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.N-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək belə bir nəticəyə gəlir ki, iddiaçının tələbinin təmin edilməsi üçün qanuni əsaslar müəyyən edilmədiyindən iddia rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85.N-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-5821/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5821/2021
30.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver