Məhkəmə qərarları › İş №2-1(112)-5823/2020

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5823/2020

25.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5823/2020 25.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi, Həsənova Arzu Mahmud qızının katibliyi, tərcüməçi X1, İddiaçı, nümayəndəsi və vəkili Nümayəndə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı “hüquqi şəxsin dövlət qeydiyyatının ləğv olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə” iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1 Ə Y Y Ə N E T D İ : İddiaçı nümayəndəsi Nümayəndə cavabdeh Azərbaycan Respublikasının Vergilər Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyət hüququ üzrə ona məxsus olan ünvan 2 ünvanında yerləşən 20 nömrəli mənzildə "xxxx" MMC-nin hüquqi şəxs kimi qeydiyyatının ləğv olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati Prosessual Məcəllənin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, işin hallarını və mübahisənin vəziyyətini müzakirə etmək üçün məhkəmənin hazırlıq icraatına başlanmışdır. Hazırlıq icraatının gedişində məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadına əsasən əsl olmayan cavabdeh Azərbaycan Respublikasının Vergilər Nazirliyi əsl cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi ilə əvəz edilmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən məlum olur ki, "xxxx" MMC hüquqi şəxs kimi dövlət qeydiyyatına alınarkən onun hüquqi ünvanı İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, R.Məmmədov küçəsi, ev 4, mənzil 20 kimi göstərilmişdir. İddiaçının nümayəndəsi "xxxx" MMC-nin hüquqi şəxs kimi dövlət qeydiyyatının ləğv olunmasına dair ərizə ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müraciət etmiş, məsələ öz həllini tapmadığından məhkəmədə iddia qaldırmışdır. İddianın mümkünlüyü ilə əlaqədar məsələyə baxılması üçün məhkəmə iclası xx.xx.2020-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin nümayəndəsi X4 məhkəməyə yazılı etiraz təqdim edərək bildirdi ki, kommersiya hüquqi şəxslərinin dövlət reyestr məlumatlarına əsasən "xxxx" MMC xx.xx.2019-cu il tarixdə təsisçi tərəfindən elektron ərizə vasitəsilə təsis edilmiş, onun təsisçisi və rəhbəri (qanuni təmsilçisi) X2r. Qeydiyyatla əlaqədar elektron ərizədə cəmiyyətin ünvanı ünvan 3 Mülki Məcəllənin 49.3-cü maddəsinə əsasən cəmiyyətin adından məsuliyyəti rəhbəri daşıyır. Qanunvericilikdə hüquqi şəxsin olduğu yerin – hüquqi ünvanının cəmiyyətin nizamnaməsində qeyd olunması nəzərdə tutulduğundan, nizamnaməyə dəyişiklik isə təsisçinin qərarı ilə aparıldığından hüquqi ünvanın dəyişməsi üçün təsisçinin qərarının əsli, VÖEN və nizamnamənin hüquqi ünvanı göstərilən bəndinə dəyişikliyi nəzərdə tutan nizamnaməyə edilmiş dəyişiklik layihəsi cavabdeh orqana təqdim edildikdən sonra həyata keçirilir. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, hüquqi şəxsin qeydiyyatını həyata keçirmiş cavabdeh iddiaçının heç bir hüququnu pozmamışdır. Nümayəndə izahatının sonunda iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi məhkəməyə verdiyi izahatında bildirdi ki, Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş ÖM seriyalı, 194223 saylı qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov küçəsi, ev 14, mənzil 20 İddiaçı xüsusi mülkiyyətindədir. 2020-ci ilin yanvar ayından etibarən iddiaçının ünvanına poçt rabitəsi xidməti vasitəsilə ona aidiyyəti olmayan bir neçə məktub daxil olmuşdur. Aparılmış araşdırmadan sonra məlum olmuşdur ki, "xxxx" MMC dövlət qeydiyyatına alınarkən onun hüquqi ünvanı İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, R.Məmmədov küçəsi, ev 4, mənzil 20 kimi göstərilmişdir. Müvafiq uyğunsuzluğun aradan qaldırılması ilə bağlı aidiyyəti qaydada müraciət edilmiş, lakin məsələ öz müsbət həllini tapmamışdır. Nümayəndə izahatının sonunda iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıdakı səbəblərə görə mümkün sayılmamalıdır. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 5-1.1-ci maddəsinə görə təsisçinin (təsisçilərin) istəyi ilə yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin dövlət qeydiyyatı (yenidən təşkil nəticəsində yaranma halları istisna olmaqla) elektron qaydada həyata keçirilir. Elektron dövlət qeydiyyatı adi (yəni bu Qanunun 7-1-ci maddəsi ilə müəyyən edilmiş müddətdə) və ya sürətli qaydada həyata keçirilir. Həmin cəmiyyətin elektron dövlət qeydiyyatının həyata keçirilməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) internet informasiya ehtiyatında müvafiq autentifikasiyadan keçməklə elektron ərizə formasını doldurur. Elektron dövlət qeydiyyatı zamanı təsisçi (təsisçilər) və qanuni təmsilçi (qanuni təmsilçilər) eyni şəxs olmadıqda, ərizə həm təsisçi (təsisçilər), həm də qanuni təmsilçi (qanuni təmsilçilər) tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 46-cı maddəsinə əsasən hüquqi şəxsin təsisçiləri hüquqi şəxsin dövlət qeydiyyatına alınmasına qədər əmələ gəlmiş, hüquqi şəxsin yaradılması ilə bağlı olan öhdəliklər üzrə birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 47.2-ci maddəsinə əsasən hüquqi şəxsin nizamnaməsində hüquqi şəxsin adı, olduğu yer, fəaliyyətinin idarə edilməsi qaydası, habelə onun ləğvi qaydası müəyyənləşdirilir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələblərinə görə inzibati məhkəmə icraatı qaydasında iddia, iddiaçının hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (hərəkəti yaxud hərəkətsizliyi) mövcud olmalıdır. Belə iradə ifadəsinin məhz iddiaçının hüquqlarına toxunması sonuncu tərəfindən əsaslandırılmalıdır. Başqa sözlə iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərinin mövcudluğunu, cavabdehin imtinasının isə, onun həmin hüquq və mənafelərinə toxunduğunu təsdiq etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmişdir ki, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Hüququn, həqiqətən, pozulub-pozulmadığının müəyyən olunması məsələsinin, eyni zamanda, iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq, məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. Göründüyü kimi iddiaçı hazırkı iş üzrə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi tərəfindən hüquqlarının pozulması ilə nəticələnən hərəkətə (hərəkətsizliyə) yol verilməsini təsdiq edən sənədləri məhkəməyə təqdim edə bilmədiyindən və belə bir hal məhkəmə araşdırması zamanı müəyyən edilmədiyindən iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının yuxarıda adıçəkilən orqan tərəfindən hansı formada pozulduğunu müəyyən etmək mümkün olmamışdır. Məhkəmə qeyd edir ki, göstərilənlərə əsasən iddia mümkün sayılmadığından iddiaçıya izah olunur ki, mübahisəli məsələnin həlli üçün adıçəkilən hüquqi şəxsə qarşı hüquqi şəxsin təsis sənədlərinə dəyişiklik edilməsi (olduğu yer barədə) iddia tələbi ilə ümumi məhkəmədə iddia qaldırmaq hüquqlarından istifadə edə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə iddiaya mahiyyəti üzrə baxılmasının mümkün sayılmaması qənaətinə gəldiyindən iddia ərizəsində yol verilmiş formal xətaların aradan qaldırılması və cəlb etmə ilə bağlı məsələlərə baxılmamışdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 5AKİM: MEHRİBAN QARAYEVA

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar