Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5828/2025 22.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “olan torpaq sahəsinə dair tərtib edilmiş texniki pasportda düzəlişlərin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “olan torpaq sahəsinə dair tərtib edilmiş texniki pasportda düzəlişlərin edilməsi” barədə iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsi Xanlar küçəsi 4-cü dalan, 1 nömrəli fərdi yaşayış evinə (sahəsi 44.70 kv.m) və evin yerləşdiyi sahəsi 0.07 ha olan torpaq sahəsinə dair tərtib edilmiş texniki pasportda düzəlişlərin edilməsi, qaraj tikilisi, həyətinə və evinə giriş-çıxış yolu texniki pasporta daxil edilməklə, düzəlişlərə uyğun yeni çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Xanlar küçəsi, dalan 4-də yerləşən 1 saylı ev və həmin evin həyətyanı sahəsi məhrum X3 məxsus olmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1 (112)-4057/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərarına əsasən iddianın təmin edilərək, Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsi Xanlar küçəsi dalan 4-də yerləşən 1 saylı evin və həmin evin həyətyanı sahəsinin X3 (Baba Salman oğluna) məxsus olmasına dair arayışın (çıxarışın) verilməsi vəzifəsinin cavabdeh AR ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərar yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmış və qanuni qüvvəyə minərək, Bakı şəhəri Xəzər rayonu, Türkan qəsəbəsi Xanlar küçəsi 4-cü dalan, ümumi sahəsi 44.70 kv.m olan 1 nömrəli fərdi yaşayış evinə və sahəsi 0.07 ha olan torpaq sahəsinə dair hüquqların X3 məxsus olması haqqında dövlət reyestrindən arayış verilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 4057/2021 nömrəli xx.xx.2023-cü il tarixli qərardadına əsasən Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4057/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərarına izah verilməsinə dair DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin ərizəsi rədd edilmişdir. Bundan sonra torpaq sahəsi və fərdi yaşayış evi ölçülərək həmin əmlaka dair texniki pasport tərtib edilmişdir. Lakin torpaq sahəsi ölçülərkən onun koordinatları düzgün təyin edilməmiş, nəticədə torpaq sahəsinin bir hissəsi texniki pasportda göstərilməmiş, qaraj tikilisi texniki pasporta daxil edilməmiş, bundan başqa, hazırkı texniki pasportda həyətinə və evə daxil olmaq üçün giriş hissədən, yəni darvazadan verilməmişdir. Həmçinin, texniki pasportda giriş hissə göstərilməmişdir. Bununla əlaqədar olaraq 03 noyabr 2023-cü il tarixdə torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində cari dəyişikliyin edilməsi ilə bağlı ərizə ilə DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Lakin cavabdeh 16 fevral 2024-cü il tarixli **********50 nömrəli məktuba əsasən ərizənin təmin edilməsindən imtina etmiş və imtinanı onunla əsaslandırmışdır ki, “Azərbaycan Respublikasının Dövlət Arxivinin Bakı filialının xx.xx.2021-ci il tarixli məktubuna məlumatına əsasən Dövlət Arxivinin Bakı filialında saxlanılan xx.xx.1939-cu il tarixli aktlar kitabının 317 saylı saxlama vahidinin 109-cu səhifələrinin 151/322 sıra sayında Baba Salman oğluna yaşayış binası altında 001 olmaqla evin yanında sahəsi 007 olan torpaq sahəsinin qeydiyyatı aparılmış və qərar icra olunan zaman sahənin ölçüsü 0.07 ha göstərilmişdir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların qeydiyyatından imtina edilmişdir". Halbuki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2-1(102)-1956/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarında aşağıdakılar göstərilmişdir: 9 noyabr 1991-ci il tarixli Torpaq Məcəlləsinin 11-ci maddəsinin ikinci hissəsinin tələbindən də göründüyü kimi, həmin Məcəllə qüvvəyə minənədək vətəndaşların qanuni istifadəsində olmuş həyətyanı sahə, fərdi mənzil, fərdi bağ və fərdi qaraj tikintisi üçün torpaq sahələri onların xüsusi mülkiyyətinə keçirilir. Eyni ilə “Torpaq islahatı haqqında" Qanunun 9-cu maddəsinin tələbinə görə, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatı idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. İddiaçının hüquq sələfi iddia olunan torpaq sahəsinə yuxarıda istinad edilən normalara əsasən mülkiyyət hüququ əldə etmişdir. Qeyd edir ki, imtina əsassızdır. Belə ki, sözügedən ünvanda evin və həyətyanı sahənin ölçüsü səhv göstərilmişdir. Mərhum atasına məxsus torpaq sahəsinin texniki pasportda göstərilməli olan, lakin cavabdeh orqanın səhvi ucbatından göstərilməyən hissəsi qanunsuz olaraq zəbt edilmişdir və faktiki olaraq həyətinə və evinə giriş mümkün deyildir. Həmçinin, qaraj da xüsusi mülkiyyət sayılsa da, cavabdeh orqan qarajı texniki pasportda göstərməmişdir. Bundan başqa, cavabdeh orqanın mütəxəssisləri tərəfindən əraziyə heç bir baxış keçirilmədən və mütəxəssis rəyi olmadan şablon şəkildə imtina məktubu təqdim edilmişdir. Odur ki, məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2025-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. xx.xx.2025-ci il tarixdə “Elektron məhkəmə” sistemi vasitə ilə cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin iddia tələbinə dair yazılı münasibəti (etirazı) məhkəməyə təqdim edilmişdir. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı mülahizəsi (etirazları): Cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin iddia ərizəsinə dair etirazı onunla əsaslandırılmışdır ki, aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4057/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı əsasında İddiaçı iddia tələbi təmin edilmiş ünvan 1 ünvanında yerləşən 1 saylı evin və həmin evin həyətyanı sahəsinin mərhum X3 məxsus olmasına dair arayış (çıxarış) verilməsi vəzifəsi cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Qərarın icrası zamanı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4057/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarının əsaslandırıcı hissəsində istinad olunan Azərbaycan Respublikasının Dövlət Arxivinin Bakı Filialı tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Dövlət Arxivinin Bakı filialında saxlanılan xx.xx.1939-cu il tarixli aktlar kitabının 317 saylı saxlama vahidinin 109-cu səhifələrinin 151/322 sıra sayında Baba Salman oğluna yaşayış binası altında 001 olmaqla evin yanında sahəsi 007 olan torpaq sahəsinin qeydiyyatı aparılmışdır. Bu səbəbdən qərar icra olunan zaman sahənin ölçüsü 0,07 ha göstərilmişdir. Əlavə olaraq bildirilir ki, fərdi yaşayış evinə dair tərtib olunan xx.xx.2024-cü il tarixli texniki pasport qanunamüvafiq qaydada icra edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmaması xahiş olunmuşdur. Tərəflərin iştirakı və izahatları: Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat vermədiklərindən məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddiaçı və onun nümayəndəsi və vəkili ayrı-ayrılıqda məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etdilər. ƏSASLANDİRMA HİSSƏSİ. İddianın növü və mümkünlüyü. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-nin 2.2.3-cü və 34.1-ci maddələrinə əsasən cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb etmək hüququnu müəyyən edən öhdəliyin icrası haqqında iddia üzrə ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Məhkəmə hesab edir ki, iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddiaçı hazırki tələblə cavabdeh orqana müraciət etmiş, sonuncu tərəfindən müraciəti təmin olunmadığından, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. FAKTİKİ HALLAR VƏ SÜBUTLAR İş materiallarında olan: “İddiaçı cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1956/2022 nömrəli xx.xx.02022-ci il tarixli qərarında göstərilmişdir ki; - 6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələrlə məhkəməyə müraciət edərək cavabdehin üzərinə Xəzər rayonu, Türkan qəsəbəsi, Xanlar küçəsi, dalan 4-də yerləşən 1 saylı evin və həmin evin həyətyanı sahəsinin X3 (Baba Salman oğlu) məxsus olmasına dair arayışın verilməsi vəzifəsinin qoyulması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. ... - 11. Azərbaycan Respublikasının Dövlət Arxivinin Bakı Filialı tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli, BA-02492-2021 saylı məktubundan görünür ki, həqiqətən keçmiş Bakı şəhər XDS İK-nin torpaq şöbəsinin Dövlət Arxivinin Bakı filialında saxlanılan Mərdəkan, Qala, Türkan, Binə, Keşlə kəndləri ərazisində həyətyanı bağ sahələrinin dəyişdirilməsi üzrə xx.xx.1939-cu il tarixli aktlar kitabında SSRİ X2 “Kolxozçulara ictimai torpaqlarını dağıdılmaqdan mühafizə etmək tədbirləri” haqqındakı xx.xx.1939 saylı qərarına əsasən, kolxozçuların, tək təsərrüfatçıların və qeyri kolxoz üzvləri olmayanların Türkan kəndi Stalin adına kolxozun üzvlərinə ayrılmış torpaq sahələrinin 0,25-dən 0,30 hektara qədər aparılması barədə tərtib olunmuş kitabın 317 saylı saxlama vahidinin 109-cı səhifələrinin 151/322-ci sıra sayında Baba Səlman oğluna ayrılmış torpağın ümumi sahəsi 039, o cümlədən yaşayış binası altında 001 olmaqla evin yanında uzunluğu 37, eni 21, sahəsi 007, qeyri yerlərdə sahə 032 uzunluğu 127 eni 25 artıq 031 olması barədə müvafiq qeydiyyatlar vardır. ... - Bakı İnzibati Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli, 2- 1(112)-4057/2021 nömrəli qərarı ilə iddia təmin edilərək Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Xanlar küçəsi, dalan 4-də yerləşən 1 saylı evin və həmin evin həyətyanı sahəsinin X3 (Baba Salman oğluna) məxsus olmasına dair arayışın (çıxarışın) verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. ... - 15. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. ... - 16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 iyun 2022-ci il tarixli, 2- 1(103)-926/2022 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli, 2-1(112)-4057/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
18. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(102)-1956/2022 saylı Qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 iyun 2022-ci il tarixli, 2- 1(103)-926/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə tərəfindən verilmiş “Hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən Arayış”dan müəyyən edilir ki, ünvan 5 (Yeni qaydalarla: Az 1056, ünvan 4 ünvanında yerləşən 0.07 ha torpaq sahəsi və 44.7 kv.metr fərdi yaşayış evi X3 məxsusdur. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən çıxarışdan müəyyən olunur ki, ünvan 5 (Yeni qaydalarla: Az 1056, ünvan 4 ünvanında yerləşən **********66-10301 reyestr nömrəli daşınmaz əmlak (0.07 ha torpaq sahəsi və 44.70 kv.metr olan fərdi yaşayış evi) üzərində İddiaçı xüsusi mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2024-cü il tarixdə № ********** qeydiyyat nömrəsilə qeydiyyata alınmışdır.
DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı xüsusi mülkiyyətində olan ünvan 5 (Yeni qaydalarla: Az 1056, ünvan 4 ünvanında yerləşən **********66-10301 reyestr nömrəli daşınmaz əmlak (torpaq sahəsi və fərdi yaşayış evi) dair xx.xx.2024-cü il tarixdə tərtib olunmuş “Texniki pasport”da göstərilmişdir ki, torpaq sahəsinin sahəsi tikintialtı sahəsi 0.0536 ha və digər sahələr 0.016411 ha olmaqla, sənəd üzrə sahəsi və faktiki sahəsi 0.07 ha təşkil edir. Yaşayış evinin texniki göstəriciləri: mərtəbə - 1; yaşayış otaqlarının sayı – 2; ümumi sahəsi – 44.7 kv.metr; yaşayış sahəsi: 33.8 kv.metr; köməkçi sahə - 10.9 kv.metr; tikinti altı sahə - 53.64 kv.metr. Mərtələbələr üzrə otaqların təsnifatı: Yaşayış otağı – 18.6 kv.metr; Köməkçi tikili – 10.9 kv.metr; Yaşayış otağı – 15.2 kv.metr. Həyətyanı tikilililərin və qurğuların texniki göstəriciləri: Köməkçi tikili – 30.4 və 15 kv.metr; Hasar -13 kv.metr.
İddiaçının hazırki müraciətinə əsasən DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, **********50 №-li cavab məktubunda göstərilmişdir ki, “... Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4057/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı əsasında iddia tələbiniz təmin edilmiş və qeyd olunan ünvanda yerləşən 1 saylı evin və həmin evin həyətyanı sahəsinin mərhum X3 məxsus olmasına dair arayış (çıxarış) verilməsi vəzifəsi cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Qərarın icrası zamanı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4057/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarının əsaslandırıcı hissəsində istinad olunan Azərbaycan Respublikasının Dövlət Arxivinin Bakı Filialı tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Dövlət Arxivinin Bakı filialında saxlanılan xx.xx.1939-cu il tarixli aktlar kitabının 317 saylı saxlama vahidinin 109-cu səhifələrinin 151/322 sıra sayında Baba Səlman oğluna yaşayış binası altında 001 olmaqla evin yanında sahəsi 007 olan torpaq sahəsinin qeydiyyatı aparılmişdır. Bu səbəbdən qərar icra olunan zaman sahənin ölçüsü 0,07 ha göstərilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.3-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi yolu ilə aparılır. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir.
Məhkəmənin müvafiq sorğusun əsasən:
DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubu ilə məhkəməyə təqdim olunmuş İdarənin mütəxəssisləri tərəfindən xx.xx.2023-cü il tarixdə Türkan qəsəbəsi, Xanlar küçəsi, dalan 4, ev 1 ünvana dair tərtib olunmuş “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı”ndan müəyyən olunur ki, fərdi yaşayış evi hüquqmüəyyənedici sənəd üzrə və faktiki y/s – 33.8, k/s – 10.9, üm/s – 44.7 kv. m təşkil edir, torpaq sahəsi hüquqmüəyyənedici sənəd üzrə 700,0 kv. m, faktiki isə 1066,0 kv.m təşkil edir.
TƏTBİQ EDİLƏN HÜQUQ
Azərbaycan Respublikası Mülki Məcəlləsi: ... Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.2. Daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. ... Maddə 140. Daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. ... Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. ... Maddə 178. Daşınmaz əmlaka mülkiyyət hüququnun əldə edilməsi 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. 178.2. Yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir.
“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: ... Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. ... 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. ... 6.1.1. Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı ilə bağlı hərəkətlər: 6.1.1.1. daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının (o cümlədən vərəsəlik nəticəsində əldə edilmiş hüquqların) dövlət qeydiyyatına alınması barədə çıxarışın təqdim olunması; 6.1.1.2. daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) verilməsi. 6.1.2. Bölünmə nəticəsində əvvəlki hüquq sahibində qalan hissə üzərindəki hüquqların, yüklülüyün (ipoteka, icarə, istifadə, lizinq, servitut və s.), icarə və istifadə hüquqlarının yüklülüyünün və özgəninkiləşdirilməsinin dövlət qeydiyyatının aparılması ilə bağlı çıxarışın verilməsi; 6.1.3. tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsində tərkib hissələrin bağlı olduğu paylarla əlaqədar təminat qeydinin aparılması, məhv olmuş daşınmaz əmlakın və onun üzərindəki hüquqların dövlət qeydiyyatının ləğvi və dövlət reyestrindən məlumatın verilməsi; 6.1.4. ipotekanın əlavə dövlət qeydiyyatına alınması, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması, daşınmaz əmlakın yüklülükdən (ipoteka, icarə, istifadə, lizinq, servitut və s.) azad edilməsi, daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) dublikatının verilməsi; 6.1.5. torpaq sahələri üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün mərzçəkmə işləri ilə bağlı pilonun vurulmasına görə - (hər döngə nöqtəsi üçün); 6.1.6. daşınmaz əmlak üzərində hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışın verilməsinə görə. 6.2. 2006-cı il iyulun 6-dək daşınmaz əmlak üzərində hüquqları təsdiq etmiş aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsasında həmin hüquqların dövlət reyestrində qeydiyyata alınması barədə çıxarışın təqdim olunması və daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) verilməsi, habelə hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin aradan qaldırılması, prospekt, küçə, meydan və müvafiq ərazi vahidinin digər tərkib hissələrinə ad verilməsi və ya onların dəyişdirilməsi, hüquq sahibinin iradəsindən asılı olmayan digər səbəbdən daşınmaz əmlak obyektinin ünvanının dəyişdirilməsi ilə əlaqədar daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışın təqdim olunması və daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) verilməsi üçün dövlət rüsumu tutulmur. Alınmanın nəticəsi ilə bağlı hüquqların dövlət qeydiyyatı üçün dövlət rüsumu “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ödənilən kompensasiyanın məbləğinə daxil edilmədikdə, alınmanın təsirinə məruz qalan şəxsdən dövlət rüsumu tutulmur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, ləğv edilmiş sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almış, lakin bu torpaqlar üzərində mülkiyyət hüququ rəsmiləşdirilməmiş şəxslərin mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki sənədlərin (pasport və plan ölçü) verilməsinə görə dövlət rüsumu tutulmur. ... 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; ... 9.5. Hüquq sahibinin iradəsindən asılı olmayan səbəbdən daşınmaz əmlak obyektinin ünvanının dəyişdirilməsi, habelə qeydiyyat orqanı tərəfindən buraxılan texniki səhvlərin aradan qaldırılması ilə əlaqədar daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın elektron üsulla təqdim olunması 3 gün müddətində həyata keçirilir. ... Maddə 16. Dövlət reyestrində düzəlişlər 16.1. Qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. 16.1-1. Bu Qanunun 16.1-ci maddəsində nəzərdə tutulmuş ərizə və bildirişin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 16.2. Hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. 16.3. Əgər dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. 16.4. Bu Qanunun 16.3-cü maddəsində nəzərdə tutulmuş hallarda dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. 16.5. Dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququna toxunulan şəxsin razılığı ilə həyata keçirilir. 16.6. Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahı:
1. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 1.1. yerli sovetlərin icraiyyə komitələrinin təsərrüfat şöbələri tərəfindən verilən torpaq qeydləri; ... 1.4. kənd yaşayış məntəqələrinin və qəsəbələrin torpaqlarından torpaq sahələrinin ayrılması barədə kənd və qəsəbə zəhmətkeş deputatları sovetlərinin qərarları;
“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: ... Maddə 2. Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: ... 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; ... 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar ... Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. … Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 15.3. İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. … Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. … Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnamə: 1.1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti (bundan sonra — Xidmət) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra — dövlət reyestri) tərtib edilməsini və aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır. 2.0. Xidmətin fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.1. dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının (bundan sonra — hüquqların dövlət qeydiyyatı) həyata keçirilməsini təmin edir; 2.0.2. daşınmaz əmlakın dövlət reyestrini tərtib edir və aparır; Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin nizamnaməsi” 1.1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (bundan sonra Xidmət) tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (bundan sonra - DƏDKR) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra - dövlət reyestri), daşınmaz əmlakın vahid dövlət kadastrının (bundan sonra - dövlət kadastrı), dövlət torpaq kadastrının tərtibi və aparılması, ünvan reyestrinin, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılması sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2021-ci il tarixli 1382 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında Xidmətin tabeliyində yaradılmış publik hüquqi şəxsdir. DƏDKR-in fəaliyyət istiqamətləri 2.0. DƏDKR-in fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.1. dövlət reyestrini tərtib etmək və aparmaq, dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını (bundan sonra hüquqların dövlət qeydiyyatı) həyata keçirmək;
MƏHKƏMƏNİN MÖVQEYİ
Hazırki iş üzrə iddiaçının hüquqi marağı və məqsədi Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Xanlar küçəsi, 4-cü dalan, ev 1 (Yeni qaydalarla: AZ 1056, ünvan 4 ünvanında yerləşən № **********766-10301 reyestr nömrəli daşınmaz əmlaka (fərdi yaşayış evi və torpaq sahəsi) dair Daşınmaz əmlakın Dövlət reyestrində aparılmış qeydə müvafiq düzəliş edilərək, buna dair yeni çıxarışın və texniki pasportun verilməsinə nail olmaqdan ibarətdir. Məhkəmə iddia tələbinin hüquqi əsası ilə bağlı onu qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli, F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin” Nizamnaməsinin 3.1.12, 3.1.16, 3.1.20-ci yarımbəndlərə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri qanunla müəyyən edilmiş qaydada aradan qaldırmaq və hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə yazılı məlumat vermək; daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq; Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək DƏDKR-in vəzifəsidir. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Nəzərə alınmalıdır ki, vətəndaşların daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının qeydiyyatı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən həyata keçirilir və müvafiq çıxarış ilə rəsmiləşdirilir. Qüvvədə olan qanunvericiliyin və normativ hüquqi aktların normalarına görə əgər bu sferaya aid işlərin aparılması, misal olaraq, dövlət reyestrini tərtib etmək və aparmaq, hüquqların dövlət qeydiyyatını həyata keçirmək, o cümlədən dövlət reyestrində təminat qeydini aparmaq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsinin və başqasına keçməsinin dövlət qeydiyyatının rəsmiləşdirilməsi məqsədilə dövlət reyestrindən elektron üsulla təqdim olunan çıxarış vermək cavabdeh inzibati orqanın səlahiyyətlər dairəsinə aiddir. Necə ki cavabdeh inzibati orqan mülkiyyət hüquqlarının qeydiyyata alınması ilə bağlı səlahiyyətə malikdirsə, eləcə də, o, hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri qanunla müəyyən edilmiş qaydada aradan qaldırmaq və hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə yazılı məlumat vermək səlahiyyətinə də malikdir. Hazırkı iddia üzrə cavabdehin faktiki xarakterli hərəkətinin (fəaliyyətinin) nəticəsi mübahisələndirildiyindən məhkəmə ilkin olaraq mübahisə predmeti olan Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Xanlar küçəsi, 4-cü dalan, ev 1 (Yeni qaydalarla: AZ 1056, ünvan 4 ünvanında yerləşən daşınmaz əmlakın (fərdi yaşayış evi və torpaq sahəsi) hüquqi rejiminə dair sənədlərə münasibət bildirirməyi zəruri hesab edir. Bununla bağlı isə məhkəmə ilkin olaraq onu qeyd etməyi zəruri hesab edir ki, İddiaçı cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Xəzər rayonu, Türkan qəsəbəsi, Xanlar küçəsi, dalan 4-də yerləşən 1 saylı evin və həmin evin həyətyanı sahəsinin X3 (Baba Salman oğlu) məxsus olmasına dair arayışın verilməsi vəzifəsinin qoyulması haqqında iddiası qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin olunmuşdur. İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məcəllənin bu normasının mənasına görə, eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. Məhkəmə aktının preyudisiallığının tanınması üçün preyudisiallığın obyektiv və subyektiv hədlərinin məcmusu vacib şərtdir. Preyudisiallığın subyektiv həddi əvvəl baxılmış işdə və yeni baxılan işdəki şəxslərin dairəsinin, yəni subyekt tərkibinin eyniliyini şərtləndirir. Beləliklə, preyudisiallıq institutu yalnız işdə iştirak edən şəxslərə aid olmaqla, onlar tərəfindən qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyən edilmiş faktların başqa məhkəmə prosesində mübahisələndirilməsini istisna edir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiallıq institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Yalnız məhkəmə tərəfindən qanunla nəzərdə tutulmuş qaydada müəyyən edilmiş, yoxlanılmış və qiymətləndirilmiş faktlar preyudisial əhəmiyyət daşıyır. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Bakı İnzibati Məhkəməsinin müvafiq qərarı icra olunaraq, DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə tərəfindən tərtib edilmiş Hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən Arayış verilmiş və daha sonra isə ünvan 5 ünvanında yerləşən 0.07 ha torpaq sahəsi və 44.70 kv.m fərdi yaşayış evi üzərində xüsusi mülkiyyət hüquqlarına dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Belə ki, mübahisə predmeti olan daşınmaz əmlakın (fərdi yaşayış evi və torpaq sahəsi) iddiaçının sələfinin istifadəsinə qanuni əsaslarla verilməsi işin mübahisəsiz hallarına aiddir. Hazırda isə iddiaçı həmin daşınmaz əmlaka dair aparılmış qeyddə torpaq sahəsi və evin ölçülərinin yalnış qeydə olduğunu iddia edərək, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydə düzəliş edilməsi niyyətindədir ki, cavabdeh inzibati orqan isə Dövlət Arxivinin Bakı filialında saxlanılan xx.xx.1939-cu il tarixli aktlar kitabının 317 saylı saxlama vahidinin 109-cu səhifələrinin 151/322 sıra sayında Baba Salman oğluna yaşayış binası altında 001 olmaqla evin yanında sahəsi 007 olan torpaq sahəsinin qeydiyyatı aparıldığına istina edilərək iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. Bununla bağlı isə məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, iş materiallarına əlavə edilmiş məhkəmə qərarlarından müəyyən olunur ki, Azərbaycan Respublikasının Dövlət Arxivinin Bakı Filialı tərəfindən verilmiş arayışlara əsasən həqiqətən keçmiş Bakı şəhər XDS İK-nin torpaq şöbəsinin Dövlət Arxivinin Bakı filialında saxlanılan Mərdəkan, Qala, Türkan, Binə, Keşlə kəndləri ərazisində həyətyanı bağ sahələrinin dəyişdirilməsi üzrə xx.xx.1939-cu il tarixli aktlar kitabında SSRİ X2 “Kolxozçulara ictimai torpaqlarını dağıdılmaqdan mühafizə etmək tədbirləri” haqqındakı xx.xx.1939-cu il tarixli qərarına əsasən kolxozçuların, tək təsərrüfatçıların və qeyri kolxoz üzvləri olmayanların Türkan kəndi Stalin adına kolxozun üzvlərinə ayrılmış torpaq sahələrinin 0,25-dən 0,30 hektara qədər aparılması barədə tərtib olunmuş kitabın 317 saylı saxlama vahidinin 109-cı səhifələrinin 151/322-ci sıra sayında Baba Səlman oğluna ayrılmış torpağın ümumi sahəsi 039, o cümlədən yaşayış binası altında 001 olmaqla evin yanında uzunluğu 37 eni 21, sahəsi 007, qeyri yerlərdə sahə 032 uzunluğu 127 eni 25 artıq 031 olması barədə müvafiq qeydiyyatlar mövcuddur. Belə ki, cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin edilməsində imtinasının əsası kimi göstərdiyi Azərbaycan Respublikasının Dövlət Arxivinin Bakı Filialı tərəfindən verilmiş arayışlar göstərilmişdir ki, Baba Səlman oğluna ayrılmış torpağın ümumi sahəsi 039, o cümlədən yaşayış binası altında 001 olmaqla evin yanında uzunluğu 37 eni 21, sahəsi 007, qeyri yerlərdə sahə 032 uzunluğu 127 eni 25 artıq 031 olması barədə müvafiq qeydiyyatlar da mövcuddur. Eyni zamanda, 9 noyabr 1991-ci il tarixli Torpaq Məcəlləsinin 11-ci maddəsinin ikinci hissəsinin tələbindən də göründüyü kimi, həmin Məcəllə qüvvəyə minənədək vətəndaşların qanuni istifadəsində olmuş həyətyanı sahə, fərdi mənzil, fərdi bağ və fərdi qaraj tikintisi üçün torpaq sahələri onların xüsusi mülkiyyətinə keçirilir. Torpaq Məcəlləsinin 49-cu maddəsinin 1 və 2-ci hissələrinə əsasən hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ – torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. Torpaq Məcəlləsinin 66-cı maddəsinin 1 və 2-ci hissələrinə müvafiq olaraq dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınırvə həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Şərh olunan qanunvericiliyin müddəalarına görə, iddiaçının mübahisəli əmlakın və onun yerləşdiyi torpaq sahəsinə münasibətdə mülkiyyət hüquqları yaranmışdır. Belə ki, cavabdeh inzibati orqanın mübahisə predmenti olan torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədin mövcud olmamasına istinad edilməsi halı “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinin tətbiqi imkanını aradan qaldırmışdır. Odur ki, cavabdeh inzibati orqan tərəfindən mərhum X1 xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində təkrar qeydiyyata alınması zaman üzərinə düşən vəzifələri qüsurlu icra edilərək, daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyasına əməl etməmişdir. Məhkəmə həm Mülki Məcəllədə, həm də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda təsbit edilmiş reyestrin həqiqiliyi prezumpsiyasını rəhbər tutaraq bildirir ki, qeydə alınmış hüquqların həqiqiliyinin əksi sübut edilməyənədək həmin hüquqlar olduğu kimi qəbul edilməlidir. Oxşar yanaşma N.Hacıyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 7 avqust 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 mart 2020-ci il tarixli qərarında da qeyd edilmişdir: “Mülki Məcəllənin 140-cı maddəsi, eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun) 16.6-cı maddəsində dövlət reyestrinin açıqlığı prinsipindən irəli gələrək daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası öz əksini tapmışdır. Belə ki, reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reyestrə ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşıyır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilmişdir. Bu prezumpsiyaya əsasən, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əldə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur.” Cavabdeh fərdi yaşayış evinə dair tərtib olunan xx.xx.2024-cü il tarixli texniki pasportun qanunamüvafiq qaydada icra edildiyi qənaətindədir. Bununla bağlı isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 14 oktyabr tarixli 135 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestrinin aparılması” Qaydalarının 23-cü bəndinin (Bina və qurğularla bağlı xüsusi məlumatların daxil edilməsi) müddəalarına görə, İ fəslin “İnventar nömrəsi” və “Liter" qrafalarında bina və qurğuların texniki uçot pasportlarındakı müvafiq eyniləşdirmə nömrələri göstərilir (23.1). İ fəslin “Mərtəbə” və “Yeraltı mərtəbə” qrafalarında müvafiq olaraq bina və qurğuların mərtəbələrinin və zirzəmidəki səviyyələrin sayı göstərilir. Bundan başqa, “Mərtəbə” qrafasında müvafiq sahənin (mənzilin) yerləşdiyi mərtəbənin (mərtəbələrin) nömrəsi qeyd edilir (23.2). İ fəslin “Mərtəbələr üzrə plandakı nömrələr” qrafası yalnız binanın və ya qurğunun mərtəbələr üzrə planındakı nömrələrindən başqa, heç bir ayrı nömrəsi olmayan sahələrə olan hüquqların qeydiyyatı zamanı doldurulur (23.3). Daşınmaz əmlak obyektində əsaslı dəyişikliklər (yenidənqurma işləri, obyektin birləşməsi, bölünməsi, ayrılması) aparılmadığı hallarda, obyektin mülkiyyətçisi, icarəçisi və ya istifadəçisi dəyişdirildikdə daşınmaz əmlakın dövlət reyestrində daşınmaz əmlaka yeni yaranan hüquqların dövlət qeydiyyatı yeni texniki pasport tərtib edilmədən, mövcud texniki pasportun göstəriciləri nəzərə alınmaqla aparılır. Daşınmaz əmlak obyektinin texniki pasportu dövlət texniki inventarlaşdırma orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları”nın 4.2-ci bəndinə əsasən, mərzçəkmə və texniki inventarlaşdırma işlərinin nəticəsində torpaq sahələrinə münasibətdə torpaq sahəsinin planı və ölçüsü, onlar üzərindəki daşınmaz əmlak obyektlərinə münasibətdə texniki pasport, plan-cizgi tərtib edilir. Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin nizamnaməsi”nin 3.1, 3.1.16-cı bəndlərinə əsasən, daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq DƏDKR-in vəzifələrinə aid edilmişdir. Normaların əlaqəli təhlilindən göründüyü kimi, daşınmaz əmlak kimi bina və qurğulara münasibətdə “texniki pasport”, torpaq sahələrinə münasibətdə isə “torpaq sahəsinin planı və ölçüsü” tərtib edilir. Məhkəmə qeyd edir ki, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatının aparılması üçün qanunvericilik ilə tənzimlənən əsaslar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsi ilə əhatə olunur. Nəzərə alınmalıdır ki, qanunvericilik mülkiyyət hüquqlarının qeydə alınması üçün sənədlərin əhatə dairəsini texniki sənədlərdən fərqləndirmişdir. Doğrudur ki, daşınmaz əmlaka dair texniki sənədlər daşınmaz əmlak obyektinin, o cümlədən torpaq sahəsinin mövcudluğunu, faktiki vəziyyətini, texniki göstəricilərini, tərkibini müəyyən edən və bunu əks etdirən texniki sənəddir. Qanunvericiliyin tələblərinə görə isə texniki pasport texniki sənədlərdən biridir. Qeyd olunmalıdır ki, texniki sənədlərin (hazırki halda texniki pasportun) verilməsi vətəndaşın iddia olunan daşınmaz əmlaka münasibətdə mülkiyyət hüquqlarının yaranması mənasını vermir. Çünki həmin sənəd daşınmaz əmlakın texniki göstəricilərini, yəni hüquqmüəyyənedici sənəd üzrə ölçüsünün, faktiki ölçüsünün və digər göstəricilərinin nə qədər olmasını əks etdirir. Bununla bağlı məhkəmə ilk növbədə qeyd edir ki, yuxarıda da qeyd olunduğu kimi texniki pasport – texniki sənəd hesab olunur. İstənilən halda, yəni vətəndaşın əlavə sahəyə münasibətdə hüquqmüəyyənedici sənədlərin olub-olmamasından asılı olmayaraq həmin əmlaka münasibətdə texniki pasportun tərtibi həyata keçirilməlidir. Çünki daşınmaz əmlaka dair texniki pasportun olmasından asılı olmayaraq şəxsin həmin əmlaka münasibətdə mülkiyyət hüquqları qeydiyyata alındığı zaman texniki pasportun mövcudluğuna deyil, onun qanunvericilikdə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlərə malik olub-olmaması yoxlanılır. Məhkəmə hesab edir ki, hazırki halda hətta iddiaçının əlavə bitişik sahəyə hüquqmüəyyənedici sənədlərin olmaması belə texniki pasportun verilməməsi üçün əsas deyil. Digər tərəfdən isə nəzərə alınmalıdır ki, məhkəmə təcrübəsində tez-tez rastlanan “mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması” barədə inzibati işlər üzrə təqdim olunan texniki pasportlardan görünür ki, cavabdeh öz iradə ifadəsi əsasında vətəndaşlara daşınmaz əmlakın həm hüquqmüəyyənedici sənəd üzrə, həm də faktiki ölçülərini əks etdirən texniki pasportlar verir. Həmin hal, eyni zamanda hüquqmüəyyənedici sənəd üzrə və faktiki sahənin ayrıca göstərildiyi plan və ölçü sənədləri üçün də xarakterikdir. Halbuki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 15.3-cü maddəsinə əsasən inzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Beləliklə nə qədər ki, mülkiyyət hüququna dair qeyd qüvvədədir həmin qeydə uyğun texniki sənədlər də tərtib edilməlidir. Həmin qeyd cavabdeh tərəfindən ləğv edilmədiyindən texniki sənədlərin verilməsindən imtina sərəncam hüququnun, beləliklə də mülkiyyət hüququnun məhdudlaşdırılmasına səbəb olur. Uyğunsuzluğun mövcudluğu müəyyən edilsə də cavabdeh nəzərə almamışdır ki, cavabdeh həmin uyğunsuzluğu müəyyən etməklə kifayətlənməməli, həmin uyğunsuzluğun aradan qaldırılmasına yönələn hərəkətlər etməklə, uyğunsuzluğun aradan qaldırılmaqla texniki sənədləri təqdim etməlidir. Lakin məhkəmə araşdırması zamanı mübahisəli daşınmaz əmlaka dair tərtib olunmuş texniki pasportun “Torpaq sahəsinin planı” bölməsinə baxış keçirilərkən (ilkin və hazırki variantda) iddiaçıya qanuni əsaslarla məxsus olan torpaq sahəsinin bir hissəsinin texniki pasportda göstərilmədiyi, qaraj tikilisinin texniki pasporta daxil edilmədiyi, bundan başqa, həyətə və evə daxil olmaq üçün giriş hissənin, yəni darvazanın nəzərə alınmadığı müəyyən olunmuşdur. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının irəli sürdüyü tələb qanuni və əsaslı olmuşdur. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır.
NƏTİCƏVİ HİSSƏ
Şərh olunanlara əsasən və İPM-nin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia təmin edilsin. Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsi Xanlar küçəsi 4-cü dalan, 1 nömrəli fərdi yaşayış evinə (sahəsi 44.70 kv.m) və evin yerləşdiyi sahəsi 0.07 ha olan torpaq sahəsinə dair tərtib edilmiş texniki pasportda düzəlişlərin edilməsi, qaraj tikilisi, həyətə və fərdi yaşayış evinə giriş-çıxış yolunun texniki pasporta daxil edilməklə, düzəlişlərə uyğun yeni çıxarışın və texniki pasportun İddiaçı verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev