Məhkəmə qərarları › İş №2-1(112)-583/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-583/2023

21.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-583/2023 21.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin təyin edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X7 Ağa qızının katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin təyin edilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı cavabdehin ona əlillik təyin edilməsindən imtina barədə xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsi və ona ikinci dərəcə əlillik dərəcəsinin təyin edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona əlilliyin təyin edilməsinə dair Forma 88 lazımi qaydada doldurulub TSEK-ə göndərilmişdir. Cavabdeh 22 oktyabr 2021-ci il tarixli məktubla ona əlilliyin təyin edilməsindən imtina etmişdir. İmtinaya səbəb kimi, diaqnoz əlillik əlaməti təyin etməməsi göstərilmişdir. Cavabdeh inzibati orqan olaraq üzərinə düşən vəzifəsini tam icra etməmişdir, yəni imtinanı “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq əsaslandırmamışdır. Bu da, onun Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit edilmiş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Bu səbəbdən də, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin bu imtinası qanunsuz və əsassız sayılmalı, iddia tələbinin təmin olunmasına dair qərar qəbul edilməlidir. Belə ki, o, uzun illərdir xəstəlikdən əziyyət çəkir və ona bu xəstəliyə görə İİ dərəcəli müddətli əlillik təyin edilmişdir. xx.xx.2016-cı il tarixində təkrar müayinə zamanı da, ona 5 il müddətinə İİ dərəcəli əlillik təyin edilmişdir. xx.xx.2021-ci il tarixində ona təyin edilmiş əlilliyin müddəti bitdiyinə görə, xəstəxana tərəfindən Forma 88 doldurulub qiymətləndirilməsi üçün TSEK-ə göndərilmişdir, lakin, ona əsassız olaraq imtina verilmişdir. Halbuki, onda olan ağır sindromu, sol aşağı ətrafda hərəki-hissi pozulmalarla müşayiət olunan residiv gedişli diskogen mənşəli bel oma (L5-51) rodikullti natamam remissiya mərhələsində, L5-51 fəqərələr arası diskin yırtığı, onurğa sütununun funksiyasının pozulmasın və sair diaqnozu İİ dərəcəli əlilliyin təyin edilməsi üçün əsasdır və bu diaqnoz Nazirlər Kabinetinin qərarının 2.2.11-ci bəndinə uyğundur. Bundan əlavə onda yanaşı xəstəliklər də, mövcuddur. İddia ərizəsinə əlavə edilmiş Hərbi Həkim Komissiyasının 3288 saylı arayışının surətindən görünür ki, yuxarıda qeyd olunmuş xəstəlik onda hərbi xidmət vaxtı əmələ gəlmişdir. İddia ərizəsinə əlavə edilmiş digər sənədlərdən də, görünür ki, əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəlik göstəricisi onda var və bu şübhə doğurmur.

Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

3. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.

4. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iddiaçının əlillik vəziyyətində XDMX Müalicə-Diaqnostika Mərkəzinin xx.xx.2016cı il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar; X1: Xİİİ Sinif – Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri =>M40-M54- Dorsopatiyalar => M50-M54 – Digər dorsopatiyalar => M54-Dorsalgiya => M54.0 – Onurğanı və boyun şöbəsini zəd…; Diaqnozun mətni: Ağrı sindromu, sol aşağı ətrafda hərəki-hissə pozulmalarla müşayiəti olunan residiv gedişli diskogen mənşəli bel oma (L5- S1) radikuliti, natamam remissiya mərhələsində. L5-S1 fəqərələr arası diskin yırtığı, onurğa sütununun funksiyasının pozulmamsı ilə; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi – Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir” səbəbi ilə imtina verilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2015-ci il tarixli 2015 nömrəli arayış verilmişdir. Həmin qərarda “Ağrı sindromu, sol aşağı ətrafda hərəkəi-hissi pozulmalarla müşayiət olunan residiv gedişli diskogen mənşəli bel oma (L5-S1) radikuliti, natamam remissiya mərhələsində. L5-S1 fəqərələr arası diskin yırtığı, onurğa sütununun funksiyasının pozulmaması ilə” diaqnozlu travmanın səbəb əlaqəsi Hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırki obyektiv vəziyyətinin müayinəsi zamanı əlillik təyinatına əsas verən patofunksional pozuntular müəyyən edilməmişdir. Şikayətləri ağrılardandır, aşağı ətraflarda əzələ qatısimmetrikdir, atrofiya qeyd olunmur. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair əsasnamə”yə uyğun olaraq xx.xx.2021-ci il tarixli **********9 nömrəli qərarla diaqnoz əlillik əlaməti təyin etməməsi müəyyən edilmişdir. İddiaçının əlillik vəziyyəti sonuncu dəfə xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və əlavə əyani müayinə edilərək barəsində diaqnoz əlillik əlaməti təyin etmir barədə imtina qərarı verilmişdir.

5. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmiş, məhkməyə ərizə ilə müraciət edərək işə onun iştirakı olmadan baxılaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

7. İddiaçının sağlamlıq vəziyyətini əks etdirən sənədlər iş materiallarına əlavə edilmişdir.

8. Azərbaycan Respublikası Əmək və Əhalinin sosial Müdafiəsi Nazirliyi Tibbi- Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə arayışa əsasən İddiaçı sağlamlıq vəziyyəti xx.xx.2021-ci il tarixdə qiymətləndirilərək əlilliyin müəyyən edilməsindən imtina edilmiş, səbəb kimi diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir.

9. Məhkəmənin 2-1(112)-4598/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçının əlilliyinin əyani müayinəyə əsasən qiymətləndirilməsi (əlillik dərəcəsi müəyyən olunurmu, müəyyən olunursa hansı meyar olması barədə) məqsədilə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 52.1-ci maddəsinə və İnzibati Prossessual Məcəlləsinin 67.1-ci maddəsinə uyğun olaraq mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, qanunda nəzərdə tutulmuş müvafiq tədbirlərin görülməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilmişdir. Həmin qərardadın icrası ilə əlaqədar olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən xx.xx.2022-ci il tarixli **********6 nömrəli məktub təqdim edilərək bildirilmişdir ki, Bakı şəhər sakini İddiaçı əyani müayinəyə cəlb edilməsi barədə 04 aprel 2022-ci il tarixli 2-1(112)-4598/2022 nömrəli məktubuna Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində baxılmışdır. İddiaçı xx.xx.2022-ci il tarixdə Agentlikdə nəzarət qaydasında komissiyada əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və əyani müayinənin nəticəsi olaraq barəsində “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı qəbul edilmişdir. Belə ki, şəxsin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd edilmiş “Sol aşağı ətrafda hərəki-hissi pozulmalarla müşayiət olunan residiv gedişli diskogen mənşəli bel-oma (L5-S1) radikuliti, natamam remissiya mərhələsində. L5-S1 fəqərələrarası diskin yırtığı, onurğa sütununun funksiyasının pozulmaması ilə” diaqnozu - anamnestik məlumatlar və obyektiv müayinələrdə öz təsdiqini tapmamışdır. Bundan irəli gələrək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq xx.xx.2021-cı il tarixdən “Diaqnoz əlillik əlaməti təyin etmir qərarı verilmişdir.

10. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 04 avqust 2022-ci i ltarixli **********9 nömrəli qərarına əsasən Qax rayon sakini xx.xx.1988-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin DTSERA-da əyani müayinə zamanı xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərarı verilmişdir (ESDAS **********9). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2015-ci il tarixli 3288 nömrəli arayış verilmişdir. Həmin qərarda "Ağrı sindromu, sol aşağı ətrafda hərəkihissi pozulmalarla müsavıət olunan residiv gedişli diskogen mənşəli bel oma (L5-S1) radikuliti, natamam remissiya mərhələsində. L5-S1 fəqərələr arası diskin yırtığı, onurğa sütununun funksiyasının pozulmaması ilə" diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı şikayətləri sol aşağı ətrafda keyləşmədən, ağrıdan olmuşdur. Aşağı ətraflarda vətər və sümüküstü reflekslər canlı çağrılmış, D=S, əzələ gücü və tonusu dəyişiksiz, hərəkətlər sərbəst müəyyən edilmiş, sol baldırında cüzi hipotrofiya müşahidə olunmuş, əlillik təyinatına əsas verən patofunksional pozuntu və hərəki məhdudiyyət qeyd olunmamış, paravertebral nöqtələr ağrılı, Laseq, Neri müsbət, radikulopatiya əlamətləri izlənmişdir. Azərbaycan Respublikası TƏBİB PHŞ Respublika Neyrocərrahiyyə Xəstəxanasının xx.xx.2021-ci il tarixli 3680 nömrəli Ambulator kitabçadan çıxarışında diaqnoz “Bel-oma fəqərələrinin osteoxondrozu. L5-S1 fəqərəarası disk yırtığı (7 mm). “Kökcükağrı sindromu” kimi qeyd olunmuşdur. Medistyle Hospitalın xx.xx.2021-ci il tarixli 002036 nömrəli Elektromiografiya müayinəsinin nəticəsi “Bu müayinə zamanı əldə olunan elektvrofizioloii göstəricilər sol ayaqda əsasən L5-S1 innervasiyalı əzələlərdə xroniki dövr ağır formalı radikulopativaya işarət edir” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası SN Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının xx.xx.2021-ci il tarixli 2667 nömrəli Məsləhət Vərəqində diaqnoz “Diskogen mənşəli radikulopatiya (L5-S1 fəqərəarası kompression disk yırtığı-7 mm) ifadəli kökcük ağrı sindromu, sol aşağı ətrafın hərəki-hissi-trofiki pozulması ilə” kimi qeyd olunsa da, əyani müayinə zamanı öz təsdiqini tapan radikulopatiya əlamətləri əlillik təyinatına əsas verməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir.

11. Məhkəmənin 2-1(112)-4598/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X3” X6 həvalə edilmiş və ekspert qarşısında aşağıdakı sual qoyulmuşdur: 1. xx.xx.1988-ci ildə Qax rayonunda doğulmuş İddiaçı canlı müayinə olmaqla onda olan xəstəliklərin “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” əsasnamənin 2.2-ci maddəsində göstərilən xəstəliklərin əhatə dairəsinə düşüb-düşməməsi müəyyən edilsin. Məhkəmənin sözügedən qərardadı İddiaçı tərəfindən şəxsiyyət vəsiqəsi və tibbi sənədlər Birliyə təqdim edilmədiyindən bir neçə dəfə icrasız geri qaytarılmışdır. ƏSASLANDİRMA HİSSƏSİ:

İddianın növü və mümkünlüyü

12. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb məcburetmə haqqında iddia növünə aiddir.

13. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

14. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

15. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.

16. Məcburetmə haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

17. Məhkəmə işdə iştirak edən cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək, hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.

18. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli qərarı ilə əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydası: Bənd 1.4. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Bənd 1.5. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; Bənd 2.1. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi Komissiyaya müraciət edir. Bənd 2.2. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən (bu Qaydanın 1.5.2-ci yarımbəndində göstərilən hallarda 5 (beş) iş günündən) gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. Bənd 2.3. Komissiya göndəriş verilməsi və ya verilməsindən imtina barədə qərarı bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq araşdırma bitdikdən sonra 3 (üç) iş günü müddətindən gec olmayaraq qəbul edir. Qərar protokolla rəsmiləşdirilir. Protokol Komissiyanın sədri və üzvləri tərəfindən imzalanır və möhürlə təsdiq edilir. Bənd 2.8. Bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulan hallar istisna olmaqla, digər hallarda Komissiya tərəfindən göndərişin verilməsindən imtina barədə əsaslandırılmış qərar göndəriş üçün müraciət edilən gün qəbul edilir. Həmin qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər.

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə “Əlilliyin qiymətləndirilməsi qaydası” Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Bənd 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Bənd 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. Bənd 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır.

20. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun Maddə 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir.

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə Əlilliyin qiymətləndirilməsi qaydası və təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamə Bənd 2.2. ikinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. Bənd 4.1. Birinci dərəcə əlillik və tibbi göstəriş olan xüsusi hallarda ikinci və üçüncü dərəcə əlillik müddətsiz müəyyən edilir. Bənd 4.2. İkinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. Bənd 4.3. Əlillik dərəcəsindən asılı olmayaraq Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” və “Sosial müavinətlər haqqında” qanunları ilə müəyyən edilmiş yaşa görə əmək pensiyası və yaxud sosial müavinət almaq hüququ verən yaş həddinə çatan şəxslərə əlillik müddət göstərilmədən təyin edilir.

22. Hazırki işin hallarının məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının əlillik vəziyyətində XDMX Müalicə-Diaqnostika Mərkəzinin xx.xx.2016-cı il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar; X1: Xİİİ Sinif – Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri =>M40-M54- Dorsopatiyalar => M50-M54 – Digər dorsopatiyalar => M54-Dorsalgiya => M54.0 – Onurğanı və boyun şöbəsini zəd…; Diaqnozun mətni: Ağrı sindromu, sol aşağı ətrafda hərəki-hissə pozulmalarla müşayiəti olunan residiv gedişli diskogen mənşəli bel oma (L5- S1) radikuliti, natamam remissiya mərhələsində. L5-S1 fəqərələr arası diskin yırtığı, onurğa sütununun funksiyasının pozulmamsı ilə; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi – Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir” səbəbi ilə imtina verilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2015-ci il tarixli 2015 nömrəli arayış verilmişdir. Həmin qərarda “Ağrı sindromu, sol aşağı ətrafda hərəkəi-hissi pozulmalarla müşayiət olunan residiv gedişli diskogen mənşəli bel oma (L5-S1) radikuliti, natamam remissiya mərhələsində. L5-S1 fəqərələr arası diskin yırtığı, onurğa sütununun funksiyasının pozulmaması ilə” diaqnozlu travmanın səbəb əlaqəsi Hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırki obyektiv vəziyyətinin müayinəsi zamanı əlillik təyinatına əsas verən patofunksional pozuntular müəyyən edilməmişdir. Şikayətləri ağrılardandır, aşağı ətraflarda əzələ qatısimmetrikdir, atrofiya qeyd olunmur. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair əsasnamə”yə uyğun olaraq xx.xx.2021-ci il tarixli **********9 nömrəli qərarla diaqnoz əlillik əlaməti təyin etməməsi müəyyən edilmişdir. İddiaçının sağlamlıq vəziyyətinin obyektivliyinin hərtərəfli qiymətləndirilməsi məqsədilə məhkəmənin qərardadına əsasən əyani müayinə olunaraq əlillik dərəcəsinin təkrar qiymətləndirilməsi məqsədilə cavabdehə məhkəmə tərəfindən müddət təyin edilmiş və məhkəmənin qərardadının icrası ilə əlaqədar olaraq iddiaçının əlillik vəziyyəti əyani müayinə olunmaqla yenidən qiymətləndirilmişdir. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, iddiaçı barəsində “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir.

23. Göründüyü kimi, obyektiv müayinə və təqdim edilmiş sənədlərə əsasən bir daha iddiaçıda mövcud olan diaqnozun əlillik əlaməti təyin etməməsi müəyyən edilmişdir. Belə olan təqdirdə, onun hazırki iddiası əsassız hesab edilməklə təmin edilməməlidir.

24. Məhkəmə eləcə də, qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia olduğundan İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə uyğun olaraq inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı iş üzrə cavabdeh iddiaçıya əlillik dərəcəsinin təyin edilməsini istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı bunun əksini sübut edə bilməmişdir.

25. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.

26. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir».

27. Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir.

28. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir.

29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir.

30. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X4 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərəzsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun cərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir.

31. “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiq olunması üçün” Ali Məhkəmə Plenumunun 30 mart 2006-cı il tarixli, 6 saylı qərarının 2-ci bəndinin 3-cü hissəsində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər.

32. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68).

33. Həmin Məhkəmənin «Qavazov Bolqarıstana qarşı» 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).

34. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsin əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

35. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.

36. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

37. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

38. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir.

NƏTİCƏ HİSSƏSİ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ: İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar