Məhkəmə qərarları › İş №2-1(112)-5833/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5833/2021

30.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5833/2021 30.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, X3 kаtibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “mənzil uçotuna götürülmə” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri Cavabdeh üzərinə 10.04.2019-cu il tarixdən mənzil kirayə xərclərinə görə aylıq kompensasiyanın (ailə üzvlərinə görə əlavələr daxil olmaqla) ödənilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1998-2019-cu il tarixlərində (1998- 2002-ci il tarixlərində Müdafiə Nazirliyinin müvafiq əmri əsasında X15 məktəbində hərbi təhsil almışdır) Azərbaycan Respublikasının Silahlı Qüvvələrində qulluq etmişdir. 10.01.2019-cu il tarixdə Müdafiə Nazirinin əmrinə əsasən polkovnik-leytenant hərbi rütbəsi ilə ehtiyata təxris olunmuşdur. Bakı şəhəri Cavabdeh Başçısının məktubuna əsasən Mənzil Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən güzəştli mənzil növbəsinə götürülməyinin qeyri-mümkün olduğu bildirilmişdir. Həmin məktubu dəfələrlə müraciət etdikdən sonra 18 mart 2021-ci il tarixdə əldə etmişdir. İddianın mümkünlüyü ilə bağlı olaraq nəzərdə tutulmuş şərtərə riayət edilmişdir. Belə ki, ilk olaraq Bakı şəhəri Cavabdeh verdiyi cavabda qanunsuz olaraq mənzil növbəsinə götürülməyini qeyri-mümkün hesab etmiş, eləcə də vaxtaşırı kompensasiyanın verilməsindən hal-hazıradək yayınmaqdadır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddiaçı öz iddiasını onunla əsaslandırır ki, o, 1998-2019-cu illər ərzində Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmət etmiş, mayor rütbəsinə kimi yüksəlmiş, 21 il boyunca layiqincə vətənə xidmət etmişdir. 2019-cu il tarixində Azərbaycan Respublikasının Müdafiə Nazirinin əmri ilə ordu sıralarından tərxis olunaraq ehtiyata buraxılmışdır. O, ehtiyata buraxıldıqdan sonra yaşayış sahəsi ilə təmin olunması üçün Cavabdehnə müraciət etmişdir. Cavabdeh məktubuna əsasən Mənzil Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən güzəştli mənzil növbəsinə götürülməyinin qeyrimümkün olduğu bildirilmiş, güzəştli mənzil uçotuna götürülməmüş və mənzil-uçot siyahısına daxil edilməmişdir. Hesab edilir ki, iddiaçının bu iddiası əsassızdır və buna görə də iddia qeyri-mümkün hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 51.4-cü maddəsinə əsasən uçota alınma haqqında ərizə ilə birlikdə vətəndaşın yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. İddiaçı ehtiyatda olan zabitlərin güzəştli mənzil növbəsi və mənzil-uçot siyahısına daxil edilməsi üçün nəzərdə tutulan sənədləri tam şəkildə təqdim etməmişdir. Belə ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 49.2-ci maddəsinə əsasən dövlət mənzil fonduna münasibətdə ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin olunma səviyyəsindən və digər amillərdən asılı olaraq müvafiq icra hakimiyyəti orqanı (yəni Azərbaycan Respublikasının Nazirlər Kabineti) tərəfindən müəyyən edilir. Eyni zamanda Məcəllənin 49.6-cı maddəsinə əsasən Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən kateqoriyalardan olan vətəndaşlar üçün fərqli uçot norması və ya dövlət mənzil fondundan sosial kirayə müqavilələri əsasında verilən yaşayış sahələrinin ümumi normalardan yuxarı ayrılma norması müəyyən edilə bilər. Yuxarıda qeyd olunan istinadlara əsasən rayon İcra Hakimiyyəti tərəfindən mənzillərin ayrılması üçün İcra Hakimiyyətinin mənzil fonduna mənzillərin ayrılması zəruridir. Eyni zamanda Cavabdeh mənzil fondunda mənzillərin olmadığını nəzərə alaraq rayon İcra Hakimiyyəti tərəfindən mənzillərin ayrılması mümkün deyildir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 51.3-cü maddəsinə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə yerli icra hakimiyyəti orqanlarına təqdim etdikləri ərizələri əsasında həmin orqan tərəfindən həyata keçirilir. Cavabdehnə qoyulan bu vəzifənin icra olunması iddiaçı tərəfindən mübahisələndirilmir. Rayon İcra Hakimiyyəti öz tərəfindən mənzillə təmin olunma ilə bağlı müraciət edən vətəndaşlara cavab məktublarında bildirir ki, boş mənzil fondu olduğu təqdirdə onların ərizələrinə yenidən baxıla bilər. Qeyd olunanları nəzərə alaraq hesab edilir ki, iddiaçının iddiası mümkün hesab edilməməlidir. İddiaçı iddiasının mümkün sayılmaması barədə qərardad qəbul edilməsi xahiş edilir. İddiaçı 28.12.2021-ci il tarixli məhkəmə iclasında təqdim etdiyi ərizəsində Bakı şəhəri Cavabdeh üzərinə İddiaçı ailə üzvləri ilə birgə (iki övladı və arvadı) mənzil uçotuna götürülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X14 iddia tələbinə etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1979-cu il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. Məhkəmənin sorğusuna cavab olaraq Bakı şəhəri Yasamal Bələdiyyəsinin 06.05.2021-ci il tarixli, 805 nömrəli məktubunda qeyd edilmişdir ki, xx.xx.1979-cu il təvəllüdlü İddiaçı Yasamal Bələdiyyəsi tərəfindən torpaq sahəsi almamışdır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin 06.05.2021-ci il tarixli, 2208 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı Müdafiə Nazirliyi tərəfindən mənzillə təmin edilməmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 26.05.2021-ci il tarixli, **********56 nömrəli məktubda qeyd olunmuşdur ki, İddiaçı adına Bakı şəhərində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Yasamal rayon İdarəsinin 27.05.2021-ci il tarixli, 1067 nömrəli məktubunda bildirilmişdir ki, 1979-cu il təvəllüdlü ehtiyatda olan polkovnik-leytenant İddiaçı 01.09.1998-ci ildən 07.12.2018-ci ilədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etmiş və Azərbaycan Respublikası Müdafiə Nazirinin 0808 saylı 07.12.2018-ci il tarixli əmrinə, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) əsasən ehtiyata buraxılıb. İş materiallarına əlavə edilmiş 01.12.2007-ci il tarixli, AZ-İ № 378714 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X10 01.12.2007-ci il tarixdə nikaha daxil olmuşlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 01.12.2007-ci ildə 1558 nömrəsi ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş AZE seriyalı 18539150 nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən 17.07.1983-cü il təvəllüdlü X10 ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş 24.04.2010-cu il tarixli, AZ-İİ № 434766 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 23.03.2009-cu ildə Bakı şəhərində doğulmuş X1 atası İddiaçı, anası X6r. İş materiallarına əlavə edilmiş 03.08.2011-ci il tarixli, AZ-İİ № 720127 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 20.05.2011-ci ildə Bakı şəhərində doğulmuş X4 atası İddiaçı, anası X6r. İş materiallarına əlavə edilmiş Bakı rayon Mənzil-İstismar Hissəsi Mənzil-İstismar Sahəsinin 18.05.2019-cu il tarixli, 441 nömrəli arayışında qeyd olunmuşdur ki, verilir vətəndaş İddiaçı ona görə ki, Ş.Mehdiyev 76 ünvanında qeydiyyatdadır. Aşağıdakı ailə üzvləri var: h/y: X10, qızı: X2, oğlu: X11. İş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi Daşınmaz əmlakın dövlət reyestrindən 12.10.2021-ci il tarixli arayışa əsasən X5 adına daşınmaz əmlak aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Yasamal Bələdiyyəsinin 27.10.2021-ci il tarixli, 1707 nömrəli arayışında qeyd edilmişdir ki, verilir ünvan 1 ünvanında qeydiyyatda olan X7 ondan ötrü ki, o, həqiqətən Yasamal Bələdiyyəsindən torpaq sahəsi almamışdır. İş materiallarına əlavə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Abşeron rayonu, Saray qəsəbəsi ünvanında ölçüsü 0,1598 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı adına 08.05.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Cavabdeh iddiaçının müraciətinə cavab olaraq ünvanladığı 12.07.2019-cu il tarixli, S-43-068 nömrəli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 51.4-cü maddəsinə əsasən uçota alınma haqqında ərizə ilə birlikdə vətəndaşın yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Qeyd olunan məcəllənin 53.1.1-ci maddəsinə əsasən nəzərdə tutulan sənədləri tam şəkildə təqdim etmədiyiniz üçün ehtiyatda olan zabitlərin güzəştli mənzil növbəsi siyahısına əlavə olunmağınız mümkün deyildir. Məhkəmənin sorğusuna cavab olaraq Bakı şəhəri Cavabdeh 08.05.2021-ci il tarixli, 940/d nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı yalnız ehtiyatda olan zabitlərin güzəştli mənzil növbəsinə götürülməyi barədə ərizə ilə rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Ərizəsinə hər hansı sənəd əlavə etməmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Bakı şəhəri Cavabdeh 20.08.2021-ci il tarixli, 1752/d nömrəli məktubunda bildirilmişdir ki, Cavabdeh 12.07.2019-cu il tarixli, S-43-068 saylı imtina məktubu vətəndaş İddiaçı poçt vasitəsilə 13.07.2019-cu il tarixində göndərilmişdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 38.2-ci maddəsinə görə məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İstinad olunan normalardan müəyyən edildiyi kimi məcburetmə haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtləri kimi iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi və inzibati aktın qəbul edilməsindən imtina barədə məlumatın verildiyi vaxtdan 30 gün müddətində məhkəmədə iddia qaldırmasıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 62.1-ci maddəsinə görə inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Həmin Qanunun 62.2-ci maddəsinə görə poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Həmin Qanunun 62.3-cü maddəsinə əsasən bu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. Cavabdeh iddiaçının müraciətinə cavab olaraq 12.07.2019-cu il tarixli, S-43-068 nömrəli məktubun 13.07.2019-cu il tarixdə iddiaçıya göndərildiyini bildirsə də iddiaçı həmin imtina cavabının göstərilən tarixdə deyil, 18.03.2021-ci il tarixdə əldə etdiyini iddia edir. Cavabdeh imtina məktubunun iddiaçıya göndərilməsi ilə bağlı iddiaçının da adının olduğu göndərilmiş məktubların siyahısına dair kitabdan çıxarış təqdim etmiş, lakin qeyd edilən məktubun poçt xidmətinə verilməsi ilə bağlı hər hansı sübut (poçt qəbzi, göndərişin SS kodu və s.) məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, nə qədər ki, iddiaçı imtina cavabının ona gec təqdim edildiyini mübahisələndirir, bu halda imtinanın vaxtında təqdim edilməsini sübut etmək inzibati orqanın üzərinə düşən vəzifədir. Hazırkı halda isə cavabdeh imtina məktubunu hansı qaydada və nə vaxt təqdim etdiyini sübut edə bilməmişdir. Belə olan halda hazırkı iddia üzrə iddia müddəti ötürülmüş hesab edilə bilməz. İddia mahiyyət üzrə əsaslıdır. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2-ci bəndinin 1-ci abzasına görə Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Qeyd edilən normanın tələbinə əsasən mənzil növbəsinə qəbul edilmək üçün tələb olunur: -hərbi qulluqçu azı 15 təqvim ili xidmət etməli; -hərbi qulluqçu xidməti mənzillərdə yaşayan olmalı və ya yaşayış sahəsi olmamalıdır. İş materialları ilə iddiaçının 15 təqvim ilindən artıq xidmət etməsi sübut olunur. Belə ki, iddiaçının hərbi bileti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Yasamal rayon İdarəsinin sorğuya cavab məktubu ilə müəyyən olunur ki, iddiaçı 01.09.1998-ci ildən 07.12.2018-ci ilədək hərbi xidmətdə olmuş və Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etmiş və Azərbaycan Respublikası Müdafiə Nazirinin 0808 saylı 07.12.2018-ci il tarixli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) əsasən ehtiyata buraxılmışdır. Hazırda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Yasamal rayon İdarəsində hərbi qeydiyyatdadır. “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12-ci maddəsinin 7-ci bəndinə görə yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata yaxud istefaya buraxılmış şəxslər (əgər Silahlı Qüvvələrin və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı ilə təmin edilirlər). “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12-ci maddəsinin yuxarıda istinad edilən 2-ci bəndinin 1-ci abzasının tələbindən də göründüyü kimi Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. İddiaçının tələb hüququ da məhz “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12-ci maddəsinin 2-ci bəndinin 1-ci abzasının tələbindən irəli gəlir. Normaların məzmunundan göründüyü kimi cavabdehin istinad etdiyi “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12-ci maddəsinin 7-ci bəndi iddiaçının həmin maddənin 2-ci bəndi ilə nəzərdə tutulmuş hüquqlarına təsir etmir (Oxşar məhkəmə təcrübəsi bu istiqamətdə formalaşmışdır). Beləliklə, hazırkı halda iddiaçının yaşayış sahəsi ilə təmin olunması məqsədilə mənzil sahəsinə ehtiyacı olanların siyahısına daxil edilməsi üçün birinci şərt ödənilir. İddianın təmin edilməsi üçün tələb olunan ikinci şərt, yəni iddiaçının yaşayış sahəsinin olmamasına gəlincə qeyd edilməlidir ki, hərbi qulluq haqqında qanunvericilik yaşayış sahəsi olmayan şəxslərə kimlərin aid olması, həmin şəxslərin mənzil sahəsinə ehtiyacı olanların siyahısına daxil edilməsi qaydasını tənzimləmir. Yaşayış sahəsinə ehtiyac meyarı Azərbaycan Respublikasının mənzil qanunvericiliyi ilə tənzimlənir. Cavabdehin həm imtinasının, həm də etirazının əsas dəlili ondan ibarətdir ki, iddiaçı mənzil uçotuna durmaq üçün qanunla tələb olunan sənədləri təqdim etməmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: -30.1-ci maddəsinə görə yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. -30.2-ci maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. -48.1-ci maddəsinə əsasən sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. -50.1-ci maddəsinə əsasən aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa). -51.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. -51.2-ci maddəsinə görə yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. -51.3-cü maddəsinə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. -51.4-cü maddəsinə əsasən uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. İddiaçının məhkəməyə təqdim etdiyi sənədlərdən görünür ki, 2019-cu ildə cavabdehə mənzil növbəsinə götürülməsi ilə bağlı ərizə və həmin ərizəyə əlavə edilmiş sənədlərin surətlərini (bələdiyyə arayışı, hərbi xidmət barədə arayış, daşınmaz əmlakın dövlət reyestrindən arayış, Müdafiə Nazirliyinin mənzil istismar idarəsindən arayış) təqdim etmişdir ki, həmin sənədlərdən də müəyyən olunur ki, adıçəkilən arayışlar Cavabdehnə təqdim edilməsi üçün tərtib edilmiş arayışlardır. Cavabdeh orqan iddiaçının müraciətinin və ona qoşma olaraq sənədlərin qəbul edilməsi ilə bağlı qəbz təqdim etməmişdir. Belə olan halda məhkəmə iddiaçının müraciət etdiyi tarixə uyğun gələn və bilavasitə cavabdeh inzibati orqana təqdim edilməsi üçün əldə edilmiş arayışların ilkin müraciət zamanı təqdim edilmədiyinin sübuta yetirilmədiyi nəticəsinə gəlir və cavabdehin imtina dəlilini əsassız hesab edir. İddianın mahiyyəti üzrə qiymətləndirilməsinə gəlincə işin sadalanan hallarından müəyyən olunur ki, iddiaçının ailə üzvləri arvadı X10, qızı X2 və oğlu X8r. İddiaçı hərbi qulluq keçdiyi müddət ərzində Müdafiə Nazirliyi tərəfindən yaşayış sahəsi ilə təmin olunmamışdır. İddiaçının və onun ailə üzvlərinin adlarında hazırkı halda daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış yaşayış üçün nəzərdə tutulan daşınmaz əmlak mövcud deyildir, eləcə də müvafiq bələdiyyə tərəfindən iddiaçı və ailə üzvlərinə torpaq sahəsi ayrılmamışdır. Qeyd edilməlidir ki, iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində 0,1598 ha torpaq sahəsinin qeydiyyata alınması onun mənzil uçotuna alınmasına mane hesab edilmir. Belə ki, “Hərbi qulluqçuların statusu haqqında” Qanunun yuxarıda qeyd edilən 12-ci maddəsi hərbi qulluqçuların yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququnun olduğunu təsbit etmişdir. Başqa sözlə, yaşayış sahəsinə ehtiyac meyarı şəxsin mülkiyyətində yaşayış sahəsi sayılan mənzil, fərdi yaşayış evi və ya fərdi yaşayış evinin tikilməsi nəzərdə tutulan torpaq sahəsinin olmaması ilə müəyyən olunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 9-cu maddəsinin 2-ci bəndinə görə məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar; yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; xüsusi qorunan ərazilərin torpaqları; meşə fondu torpaqları; su fondu torpaqları; ehtiyat fondu torpaqları. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən:

1. Torpaqların istifadəsinin ərazi planlaşdırılmasında kənd təsərrüfatı ehtiyacları üçün nəzərdə tutulmuş torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaqlar sayılır.

2. Kənd təsərrüfatı təyinatlı torpaqların tərkibinə kənd təsərrüfatı yerləri (uqodiyaları), meşə zolaqlarının, təsərrüfatdaxili yolların, kommunikasiyaların, bataqlıqların, sututarların, kənd təsərrüfatının aparılması üçün vacib olan tikili və qurğuların altında olan torpaqlar daxildir.

3. Kənd təsərrüfatı yerlərinə (uqodiyalarına) əkin, çoxillik əkmələrin altında olan torpaqlar, dincə qoyulmuş torpaqlar, biçənəklər, örüşlər və otlaqlar aid edilir. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən:

1. Kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir.

2. Kənd təsərrüfatı təyinatlı torpaqlarda kənd təsərrüfatının səmərəli təşkil edilməsi üçün vacib olan müvafiq ekoloji və texniki tələblərə uyğun kommunikasiyalar, müvəqqəti tikililər və qurğular quraşdırmaq olar. Göründüyü kimi qanunvericilik kənd təsərrüfatı təyinatlı torpaqların məqsədli istifadəsini bilavasitə müəyyən etmişdir. Kənd təsərrüfatı təyinatlı torpaqlarda yaşayış üçün nəzərə tutulmuş fərdi yaşayış evinin tikintisi nəzərdə tutulmamışdır. İş üzrə iddiaçının adına Abşeron rayonu, Saray qəsəbəsində yerləşən xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınmış torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş yaşayış məntəqələrinin torpağı deyil, öz təsərrüfat təyinatına görə kənd təsərrüfatı təyinatlı torpaqdır. Beləliklə, məhkəmə qeyd edir ki, yuxarıda sadalanan hərbi, mənzil qanunvericiliyinin məqsədi sosial müdafiəyə ehtiyacı olan şəxslərin layiqli həyat səviyyəsi, onların sosial təminatı və cəmiyyətin həyatında tam həcmdə iştirakını və sosial inteqrasiyasına şərait yaradılmasını, onların həyat şəraitinin yaxşılaşdırılmasını təmin edir. Bununla bağlı dövlətin vəzifəsi müvafiq kateqoriyadan olan şəxslərin ehtiyaclarının ödənilməsi üçün köməklik göstərilməsidir. Hazırkı halda iddiaçı özünün həqiqətən də sosial müdafiəyə, həyat şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs olmasını sübuta yetirə bilmişdir. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı ailə üzvləri ilə birlikdə (arvadı X10, övladları X2 və X11) mənzil uçotuna götürülməsi vəzifəsi cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Qərara aldı:

İddia tələbi təmin edilsin. İddiaçı ailə üzvləri ilə birlikdə (arvadı X10, övladları X2 və X11) mənzil uçotuna götürülməsi vəzifəsi cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar