Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5834/2020 20.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Aytən Pənah qızı Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı, onun vəkili Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Yasamal rayon Qeydiyyat Şöbəsinə qarşı “doğum haqqında təkrar şəhadətnamənin verilməsi” barədə iddia tələbi üzrə inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Yasamal rayon Qeydiyyat Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Yasamal rayon qeydiyyat şöbəsinin imtinası qanunsuz hesab olunmaqla, iddiaçıya, yəni xx xxxxxx 1949-cu ildə Bakı şəhərində anadan olmuş İddiaçı doğum haqqında şəhadətnamənin təkrarən verilməsi öhdəliyinin Yasamal rayon Qeydiyyat Şöbəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı xx xxxxxx 1949-cu ildə Bakı şəhərində anadan olmuşdur. İddiaçıya Sovet hakimiyyəti dövründə Yasamal rayon pasport orqanı tərəfindən sovet pasportu verilmiş və iddiaçı ünvan 1 ünvanında qeydiyyatda olmuşdur. Bundan sonra, 1991-ci ildə iddiaçıya məxsus pasport naməlum şəraitdə itmişdir. Sovet hakimiyyəti dağıldıqdan sonra şəxsiyyət vəsiqəsi ala bilməmişdir. Dəfələrlə polis idarəsinə, qeydiyyat şöbəsinə müraciət edərək, iddiaçıya şəxsiyyət vəsiqəsi olmadığından, Yasamal rayon qeydiyyat şöbəsi iddiaçıya şəxsiyyət vəsiqəsi verməkdən imtina etmiş, şəxsiyyət vəsiqəsi almaq üçün Yasamal rayon Polis İdarəsinə müraciət olunsa da, doğum haqqında şəhadətnamə olmadığından, şəxsiyyət vəsiqəsi də ala bilməmişdir. İddiaçıya məxsus doğum haqqında şəhadətnamənin əsli olmasa da, surəti mövcuddur və iddiaçıın xx xxxxxx 1949-cu ildə Bakı şəhərində anadan olmağı təsdiq olunmuşdur. Yasamal rayon Məhkəməsinə müraciət olunaraq, doğum faktının müəyyən edilməsi barədə qətnamə çıxarılması xahiş olunsa da, Yasamal rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə ərizəsi təmin olunmamış, eyni zamanda doğum haqqında şəhadətnamənin verilməsi üçün qeydiyyat şöbəsinə müraciət olunması, qeydiyyat şöbəsi imtina verdikdə isə müvafiq inzibati-iqtisadi məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Məhkəmənin doğum faktı müəyyən etməməsinin əsası kimi göstərilmişdir ki, İddiaçı doğum faktının müəyyən edilməsi üçün qeydiyyat şöbələrində kifayət qədər sənəd mövcuddur. X2 xx xxxxxx 1949-cu ildə Bakı şəhərində anadan olması və doğumu Yasamal rayon Qeydiyyat Şöbəsində xx.xx.1950-ci ildə doğum haqqında akt qeydləri kitabında 344 nömrə ilə qeydiyyat aparılmış, atası qrafasında X10, ana isə X7 qeyd edilmişdir. İddiaçı Bakı şəhərində rəsmi nikaha daxil olmuş və Bakı şəhərində uşaqları doğulmuşdur. Qeyd olunan halları təsdiq edən sübutlar da, Yasamal rayon Qeydiyyat Şöbəsində mövcuddur. Doğma bacısı X5 xx.xx.1947-ci ildə Bakı şəhərində anadan olmuş, atası X10, anası isə X4maqla, ona məxsus doğum haqqında şəhadətnaməsi və şəxsiyyət vəsiqəsi mövcuddur. Dövlət Miqrasiya Xidməti tərəfindən iddiaçının Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti tanınmışdır. İddiaçı 1949-cu ildə Bakı şəhərindən anadan olmaqla, daim Bakı şəhərində yaşamış, sənədləri olmadığından bir gün belə olsun Azərbaycan Respublikası sərhədlərini tərk etməmişdir. Sənədləri olmadığından, heç bir vətəndaşlıq hüququndan istifadə edə bilməmiş və hal-hazırki vaxtadək pensiya ala bilməmişdir. Bu isə iddiaçının hüquqlarını pozur. İddiaçı qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikasının İnzibatiProsessual Məcəlləsinin 62-ci maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdi. İddiaçı, onun vəkili Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan: - Bakı şəhəri Yasamal rayon Qeydiyyat Şöbəsi tərəfindən Bakı şəhəri 29 saylı Vəkil Bürosuna ünvanlanmış xx xxxx 2020-ci il tarixli, xx/xx-1083/16 sorğuya cavab məktubundan görünür ki, vəkil sorğusuna cavab olaraq bildirilmişdir ki, Ailə Məcəlləsinin 158-ci maddəsinin 1-ci bəndində vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqdəsilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş 9.15 bəndində vətəndaşlıq vəziyyəti akt qeydlərinin surətləri yalnız Qeydiyyat şöbəsi, konsulluq idarəsi, icra hakimiyyətinin nümayəndəliyi, məhkəmə, prokurorluq, milli təhlükəsizlik, daxili işlər orqanlarının, Ədliyyə Nazirliyini, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, notariusların sorğuları üzrə göndərilir və 9.16-cı bəndində vətəndaşlıq vəziyyəti akt qeydlərinin və onların surətlərinin vətəndaşlara və bu Qaydanın 9.15-ci bəndində göstərilən orqanlar istisna olmaqla, digər təşkilatlara verilməsi qadağan edildiyi üçün vəkil sorğusuna əsasən məlumat verilməsi imkan xaricindədir. -Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidməti tərəfindən Bakı şəhəri 29 saylı Vəkil Bürosuna ünvanlanmış xx xxxx 2020-ci il tarixli, 05/2-2570/16 saylı sorğuya cavab məktubundan görünür ki, xx xxxxxx 1949-cu ildə Bakı şəhərində anadan olmuş İddiaçı doğumu, nikahı və övladlarının doğumu haqqında arayışın istənilməsi ilə bağlı müraciətə baxılmış və cavab olaraq bildirilmişdir ki, İddiaçı doğumu, nikahı və övladlarının doğumu haqqında məlumatları fərdi məlumatlar kateqoriyasına daxil olduğundan, eləcə də ona məxsus etibarnamə mövcud olmadığından müvafiq sənədlər şəxsən və yaxud notariat qaydasında təsdiq edilmiş etibarnamə əsasında səlahiyyətli nümayəndəsi müvafiq qeydin olduğu və ya yaşadığı yer üzrə qeydiyyat şöbəsinə müraciət edəcəyi təqdirdə verilə bilər. -Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(004)-4560/2018 saylı qətnaməsi ilə, ərizəçi X2 Yasamal rayon Qeydiyyat Şöbəsinin və Yasamal RPİ-nin Pasport və Qeydiyyat Şöbəsinin maraqlı şəxs qismində cəlb edildiyi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında”, xx.xx.1949-cu ildə Bakı şəhərində anadan olması faktının müəyyən edilməsi barədə ərəzəsinin təmin olunmaması qət olunmuşdur. -Sovet Sosialist Respublikaları X1 surətindən görünür ki, xx xxxxxx 1949-cu il tarixli erməni miliyyətli vətəndaş X9 Bakı şəhərində anadan olmuşdur. -Doğum haqqında Şəhadətnamənin surətindən görünür ki, X9 xx xxxxxx 1949-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx xxxxxx 2017-ci il tarixli, 018-13769X-3217 saylı məktubundan görünür ki, İddiaçı şikayətlərinə baxılmış və cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti Dövlət Miqrasiya Xidmətində müəyyən edildikdən sonra ona şəxsiyyət vəsiqəsinin verilməsi məsələsinə baxılacaqdır. -Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında xx xxxxxx 2020-ci il tarixli, ******* saylı qərarın surətindən görünür ki, xx xxxxxx 1949-cu il təvəllüdlü X6 Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması qərara alınmışdır. - Azərbaycan Respublikası DİN-in BPMQMİ-nin MAPS üzrə məlumat şöbəsinin arayışından görünür ki, İddiaçı xx xxxxxx 1949-cu il tarixdə anadan olmuşdur. Qeydiyyatı barədə məlumat yoxdur. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Yasamal rayon Qeydiyyat Şöbəsinin xx xxxx 2020-ci il tarixli, 05/76 746/15 saylı məktubundan görünür ki, İddiaçı müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, şəxsiyyətini təsdiq edən sənədi təqdim etmədiyi üçün doğum haqqında təkrar şəhadətnamənin verilməsi imkan xaricindədir. Yasamal rayon Qeydiyyat Şöbəsi şəxsiyyətin müəyyənləşdirilməsi üçün aidiyyatı üzrə məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. İşin faktiki hallarından görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək, ona doğum haqqında təkrar şəhadətnamənin verilməsini xahiş etmiş və bu halı onunla əsaslandırmışdır ki, onun barəsində Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında Qərar qəbul olunmuş, həmçinin ümumi məhkəmədə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsindən imtina olunması haqqında qətnamə qəbul olunarkən, qeydiyyatda onun barəsində kifayət qədər sənəd mövcud olduğuna istinad olunmuşdur. Bununla bağlı Məhkəmə qanunvericiliyin aşağdaki normalarına istinad edir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1-ci maddəsində göstərilmişdir: “1.1. Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir.1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.” Həmin Məcəllənin 25-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatında iştirak etmək hüququna aşağıdakılar malikdirlər (25.0.): fiziki və ya hüquqi şəxslər (25.0.1); dövlət orqanları və ya bələdiyyələr (25.0.2.) Həmin Məcəllənin 26-ci maddəsində göstərilmişdir: “26.1. İnzibati məhkəmə icraatında prosessual hərəkətləri etmək hüququna aşağıdakılar malikdirlər: 26.1.1. mülki hüquq normalarına uyğun olaraq tam fəaliyyət qabiliyyətli sayılan şəxslər; Azərbaycan Respublikasının Mülki Prosessual Məcələsinin 4-cü maddəsində göstərilmişdir: “4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.” Azərbaycan Respublikasının Miqrasiya Məcələsinin 3.0.-cü maddəsinə əsasən,bu Məcəllədə aşağıdakı əsas anlayışlardan istifadə olunur: 3.0.4. pasport – şəxsə vətəndaşı olduğu ölkə tərəfindən verilən, ona ölkədən getmək və ölkəyə gəlmək hüququ verən, habelə onun şəxsiyyətini və vətəndaşlığını təsdiq edən sənəd; 3.0.5. şəxsiyyət vəsiqəsi – Azərbaycan Respublikasının ərazisində şəxsiyyəti təsdiq edən sənəd. Azərbaycan Respublikasının Mülki Məcələsinin 26.2.-ci maddəsinə əsasən, fiziki şəxs hüquq və vəzifələri öz adı ilə əldə edir və həyata keçirir. Şərh olunan maddələrinin normalarına əsasən, məhkəmə müdafiəsi hüququna malik olan şəxslərin dairəsini də ümumi formada müəyyən edir. Buraya hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Lakin hüquq və azadlıqların, habelə maraqlarının pozulmuş olduğunu hesab edən şəxs məhkəməyə müraciət etmək hüququn həyata keçirmək üçün prosessual fəaliyyət qabiliyyətinə malik olmalıdır. Lakin, hüququ pozulmuş fiziki şəxsin öz səlahiyyətini təsdiq edən sənəd olmalıdır. Belə ki, «Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» Qanunun 6-cı maddəsinə müvafiq olaraq Azərbaycan Respublikasının vətəndaşlığını üç növ sənəd təsdiq edə bilər-doğum haqqında şəhadətnamə, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi və ya Azərbaycan Respublikasının vətəndaşının pasportu. Bu sənədlərin hər birinin özünəməxsus yeri və təyinatı vardır. Doğum haqqında şəhadətnamə hüquqi cəhətdən doğum faktını rəsmiləşdirir və doğumla bağlı əhəmiyyətli hallara dair məlumatları özündə əks etdirir. Bu sənəd vətəndaşlıq hüququnun təsdiq edilməsi üçün ilkin vacib sənəd hesab olunur. Həmin sənəd Azərbaycan Respublikasının ərazisində, Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş və ya valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxsin Konstitusiyanın 52-ci maddəsinə müvafiq olaraq şərtsiz Azərbaycan Respublikasının vətəndaşı kimi qəbul olunmasına əsas verir. «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında» Qanunun 1-ci maddəsinin birinci hissəsinə görə Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Bu sənəd sahibinə vətəndaşlıq hüququndan irəli gələn digər konstitusiya hüquqlarını həyata keçirmək üçün imkan verir. Həmin hüquqlardan istifadə etmək üçün hər bir vətəndaşın Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi olmalıdır. Göründüyü kimi, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi hər bir şəxsin öz vətəndaşlıq hüquqlarını həyata keçirilməsi üçün ən zəruri sənəddir. Təsədüfi deyil ki, vətəndaşlığı təsdiq edən digər sənədlərdən fərqli olaraq Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi onun sahibi haqqında daha ətraflı məlumatları özündə əks etdirir. Bu məlumatların sənəddə göstərilməsi şəxsiyyət vəsiqəsi sahibinin eyniləşdirilməsinə və digər vətəndaşlardan dəqiq ayrılmasına xidmət edir Məhkəmə iddiaçı tərəfindən təqdim olunmuş sənədləri qanunvericiliyin normaları ilə birgə qiymət verərək, bildirir ki, hazırki iddia tələbi üzrə iddiaçı qismində çıxış edən İddiaçı ilə bağlı araşdırma apararaq məlum olmuşdur ki, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx xxxxxx 2020-ci il tarixli, ******* saylı qərarı ilə xx xxxxxx 1949-cu il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmışdır. İddiaçının şəxsiyyətini təsdiqi kimi sənədlər qismində əmək kitabçısı, doğum haqqında şəhadətnamənin və Sovet Sosialist Respublikaları X3 surətləri təqdim olunmuşdur. Lakin, həmin 570860 saylı pasportun surəti ilə İddiaçı şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır. Bundan savayi isə, iddiaçı öz şəxsiyyətini təsdiq edən hər hansı bir əlavə fotoşəkilli sənəd (şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, və s.) təqdim edə bilməmişdir. Məhkəmə əlavə olaraq vurğulamağı zəruri hesab edir ki, İddiaçı şəxsiyyətini təsdiq edən sənəd təqdim olunduğu təqdirdə, ona doğum haqqında şəhadətnamə təqdim oluna bilər. İddiaçı öz şəxsiyyətini təsdiq edən sənəd qismində şəxsiyyət vəsiqəsini almaq hüququna malikdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli 84 nömrəli qərarı ilə təsdiq olunmuş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi” Qaydasının 4.3-cü bəndinə görə, bu Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan və Azərbaycan Respublikasının ərazisini tərk etməyən şəxslərin “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olmamaları onların vətəndaşsızlığına səbəb olursa, həmin şəxslərin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətləri tanınır. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında Azərbaycan Respublikasının Qanunun 4-cü maddəsinin 1-ci bəndinə görə, Şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikasının hər bir vətəndaşının ərizəsi, və müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulan digər sənədlər əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşın müraciətindən ən geci 10 gün keçənədək verilir. Şəxsiyyət vəsiqəsi on illik müddətə, 55 yaşı tamam olmuş şəxslərə isə qeyri-məhdud müddətə verilir. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamənin 2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən yerli orqanları tərəfindən "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Azərbaycan Respublikasının Qanunu və bu Əsasnamə ilə müəyyən edilmiş qaydada verilir. Həmin Əsasnamənin 2.5-ci və 2.6-cı maddələrinə əsasən, şəxsin Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətini müəyyənləşdirmək zərurəti yarandıqda, vəsiqə verən orqan şəxsin bu Əsasnamənin 2.2-ci bəndində nəzərdə tutulan sənədlərinin surətlərini və "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatı barədə məlumatları təsdiq edən rəsmi sənədini (şəxsin yaşayış yeri üzrə qeydiyyata alındığı və qeydiyyatdan çıxarıldığı tarixlər göstərilməklə) araşdırılmaq üçün dərhal Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə göndərməlidir. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həmin sənədlərə 10 gün müddətində baxaraq vəsiqə verən orqana şəxsin Azərbaycan Respublikasının vətəndaşı sayılıb-sayılmaması barədə yazılı cavab verir. Şəxs Azərbaycan Respublikasının vətəndaşı sayıldıqda, ona bu Əsasnamə ilə müəyyən edilmiş qaydada şəxsiyyət vəsiqəsi verilir (şəxsiyyət vəsiqəsinin verilməsinə görə "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətlər Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin cavab məktubu vəsiqə verən orqana daxil olduğu andan hesablanır). Azərbaycan Respublikası vətəndaşlığına qəbul olunmuş şəxsə şəxsiyyət vəsiqəsi verilərkən, vəsiqə verən orqanın məsul əməkdaşı onun Azərbaycan Respublikası vətəndaşlığına qəbul olunduğuna dair məlumatları İAMAS-da toplanılan məlumatlar əsasında yoxlayır. Qüvvədə olan qanunvericiliyin tələblərinə görə, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanındığı halda, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən yerli orqanları tərəfindən qanunvericilikdə müəyyən edilmiş qaydada vətəndaşa şəxsiyyət vəsiqəsi verilir. Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin İİ-ci bəndini rəhbər tutaraq, Məhkəmə, iddiaçının hüquqlarının pozulmaması yönündə, öz xidməti vəzifəsi əsasında bildirir ki, İddiaçı qanunvericilikdə müəyyən olunmuş qaydada şəxsiyyət vəsiqəsini təqdim etdiyi anda, onun şəxsiyyəti müəyyənləşdirildiyi halda, ona doğum haqqında təkrar şəhadətnamə vermək cavabdeh tərəfindən mümkün olar. Belə olan halda, cavabdeh inzibati orqanın hərəkətləri qanunazidd olmamışdır. Bütün qeyd edilənlərə əsasən Məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Yasamal rayon Qeydiyyat Şöbəsinə qarşı “doğum haqqında təkrar şəhadətnamənin verilməsi” barədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı: İddiaçı cavabdeh Yasamal rayon Qeydiyyat Şöbəsinə qarşı “doğum haqqında təkrar şəhadətnamənin verilməsi” barədə iddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-5834/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5834/2020
20.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver