Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5834/2024 29.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X7 kаtibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər X1rşı “cavabdeh övladlığa götürmə ilə əlaqədar bu iş üzrə verdiyi rəyin qanunsuz hesab edilərək ləğv edilməsi, valideyn-namizəd olaraq uçotun bərpa edilməsi və yenidən müsahibə keçirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə” iddia tələbinə dair inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ:
1. İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikasi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər X1rşı iddia qaldıraraq cavabdeh Azərbaycan Respublikasi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin övladlığa götürmə ilə əlaqədar bu iş üzrə verdiyi rəyin qanunsuz hesab edilərək ləğv edilməsi, valideyn-namizəd olaraq uçotun bərpa edilməsi və yenidən müsahibə keçirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
2. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin xx.xx.2024-cü il tarixli Qərardadı ilə X8 və X4 məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişlər. Bakı İnzibati Məhkəməsinin (hakim Mehriban Qarayeva) 2-1(112)-3446/2023 nömrəli 26 yanvar 2023-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3446/2023 nömrəli 26 yanvar 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3072/2023 saylı, xx.xx.2023-cü il tarixli Qərardadı ilə, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3446/2023 nömrəli 26 yanvar 2023-cü il tarixli qərardadının ləğv edilməsi, inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı 01 oktyabr 2016-cı il təvəllüdlü nəvəsi X3 övladlığa götürmək üçün cavabdehə müraciət etmiş, oğlu X4 və gəlini X8, yəni nəvəsi Xəlilzadə Bəyimin atası və anası xarici dövlətə işləmək üçün getməyi planlaşdırdıqlarından, eləcə də mərhum qızını Bəyimin adını daşıdığından, həmçinin uşağın elə körpəlikdən iddiaçı ilə birlikdə yaşadığını nəzərə alıb onu övladlığa götürmək qərarına gəlmiş və uşağın valideynləri də buna öz razılıqlarını bildirmişlər. Lakin cavabdeh qanunsuz olaraq mənfi rəy vermişdir. Qanunda valideyn namizədin uçotdan çıxarılması əsasları dəqiq göstərildiyi halda cavabdeh tərəf qanunun tələblərinə zidd olaraq aidiyyatı olmayan səbəbləri əsas gətirərək ona mənfi rəy vermiş və belə qənaətə gəlmişdir ki, övladlığa götürmənin əsas məqsədləri uşağın mənafeyinə uyğun deyil. Bu səbəblər isə başqa iddia predmeti əsasında baxan Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarında öz əksini tapmışdır. Qanunla fəaliyyət qabiliyyəti olmayan 6 yaşlı uşağın fikri sosial işçi tərəfindən hansı əsasla soruşulur məlum deyil. Sosial işçi bunu bütün hüquqi normalara zidd olaraq icra etmişdir. Belə ki, azyaşlı uşaq dərsdən evə gələn kimi uşağı tək otağa salmış, valideynlərini otağa daxil olmağa qoymamış və uşaqla nə danışdığı məlum olmamışdır. Uşaq otaqdan çıxanda böyük təlaş və qorxu içərisində olmuşdur. 6 yaşlı uşağın birdən-birə tanımadığı adamlar tərəfindən tək otağa salınıb dindirilməsi uşağa stresslər yaşatmış və uşağı mənəvi iztirablara məruz qoymuşdur. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
4. Cavabdeh tərəfindən təqdim edilmiş iddiaçının müraciəti haqqında məlumat onunla əsaslandırılmışdır ki, valideyn-namizəd xx.xx.2022-ci il tarixində nəvəsinin övladlığa götürülməsi üçün Nazirliyin “X6 Olmuş Uşaqlar və Övladlığagötürmə” elektron altsistemi üzərindən müraciət etmişdir (müraciət nömrəsi 2********). Valideyn-namizəd övladlığagötürən şəxs kimi uçota alınması üçün ondan istənilən zəruri sənədləri təqdim etmişdir. Valideyn-namizədin nikahda olduğu X5 xx.xx.2021-ci il :arixində vəfat etmişdir. Onların birgə nikahdan 6 övladı olmuşdur. Müsahibə zamanı valideyn- namizəd övladlığa götürmənin əsas səbəbi kimi uşağın vəfat etmiş qızının adını daşımasını, gələcəkdə uşağın ona qayğı göstərməsini istəməsi ilə bağlı olduğunu bildirmişdir. Valideyn- namizəd uşaqla bağlılığının güclü olduğunu, gələcəkdə varidatının (mülklər vurğulanmışdır) da uşağa qalmasını istədiyini qeyd etmişdir. Habelə, bioloji valideynlərin xarici ölkəyə köçmək planlarının olmasının da övladlığagötürmə səbəbinə təsir etməsini vurğulamışdır. xx.xx.1952- ci təvəllüdlü İddiaçı sağlamlıq arayışlarında övladlığagötürməyə mane olan halın olmamasına baxmayaraq, müşahidə nəticələrinə əsasən onun sağlamlığı uşağın qayğı ehtiyaclarını qarşılamaqda çətinliklər yaradacaqdır. O, ailə başçısını itirməyə görə 313.95 manat pensiya alır. Bioloji valideynlər müsahibə zamanı gələcəkdə işləri ilə əlaqədar olaraq xaricə köçmək olanlarının olması və bu zaman uşağın valideyn-namizədin yanında qalacağını bildirmişlər. Bioloji valideynlər bioloji atanın işi ilə bağlı xarici ölkələrdə olan zaman uşağı valideyn-namizədə etibar etdiklərini və əsasən bu səbəbdən uşağın övladlığa verilməsinin istədiklərini qeyd etmişlər. Bioloji valideynlər uşağı övladlığa verdikdən sonra münasibətlərdə dəyişiklik olmayacağını və övladlığagötürmənin formal olduğunu qeyd etmişlər. Övladlığa götürülən uşaq xx.xx.2016-cı il təvəllüdlü X9 valideynnamizədi nənəsi olaraq tanıyır. Müsahibə nəticələrinə əsasən, uşaq doğulan gündən valideyn-namizəd və bioloji valideynləri ilə birlikdə yaşayır. O, suallara yaşına uyğun cavablar verə və fikrini ifadə edə bilmişdir. Müsahibə zamanı uşağın bioloji valideynlərini tanıdığı, onlarla bağlılığının olduğunu, valideyn-namizədlə ünsiyyətin nənə-nəvə münasibətlərinə əsaslandığı müşahidə olunmuşdur. Uşağa valideyn-namizədin onun anası olmasını istəyib-istəməməsi soruşulduqda bunu istəmədiyini bildirmişdir. Valideyn-namizəd özünü uşağa əsas qayğı göstərəri şəxs kimi təqdim etməsinə baxmayaraq, qiymətləndirməyə əsasən əsas qayğının bioloji ana tərəfindən göstərilməsi və gündəlik həyat tərzinin bioloji valideynləri ilə bağlı olması müəyyən edilmişdir. Uşağın fikri nəzərə alınan zaman onun yaşı nəzərə alınmış və qanunvericiliyin tələbləri pozulmamışdır. Belə ki, qanunvericilikdə 7 yaşına çatmamış uşağın fikrinin nəzərə alınması tələbi olmaması ilə bağlı və yaxud onun fikrinin əsas olması ilə heç bir hal yoxdur. Uşaqlarla bağlı qərar verilən zaman onun mənafeyinin nəzərə alınması vacibdir. Keçirilən müsahibənin nəticələrinə əsasən valideyn-namizədin övladlığagötürmə məqsədlərinin uşaq mənafeyinə uyğun olmadığı müəyyənləşmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 118.3.1ci maddəsinə uyğun olaraq müsahibə mərhələsindən övladlığa götürmənin məqsədlərinin uşağın mənafeyinə uyğun olmadığı səbəbindən keçmədiyi üçün Ailə Məcəlləsinin 119.10.2-ci maddəsinə əsasən uçotdan çıxarılır. Müsahibə mərhələsindən imtina üçün əsas səbəb övladlığagötürmənin formal olmasının müəyyən edilməsi olmuşdur: Uşaqla valideyn-namizəd arasında münasibət nənə-nəvə münasibətinə əsaslanır və uşaq bioloji valideynlərinin himayəsindədir. Habelə, övladlığagötürmədən sonra münasibətlərdə heç bir halın dəyişməyəcəyi bildirilmişdir. Uşaq doğulan gündən valideyn-namizəd və bioloji valideynləri ilə birlikdə yaşayır.
5. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən:
- 1.1. bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. - 2.2. inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); - 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. - 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. - 34.1. öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1. bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 78. Mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı inzibati məhkəmə icraatının iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir.
6. Məhkəmə məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkli dinlədikdən sonra iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 1.1-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır, 8.4-cü bəndinə görə, mahiyyəti üzrə çıxarılmış qərarın hüquqi qüvvəsi iddiaçıya eyni predmet üzrə yenidən tələblə çıxış etmək imkanı vermir.”
7. İddiaçının hazırki tələbi Azərbaycan Respublikasi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin övladlığa götürmə ilə əlaqədar iş üzrə verdiyi rəyin qanunsuz hesab edilərək ləğv edilməsi, valideyn-namizəd olaraq uçotun bərpa edilməsi və yenidən müsahibə keçirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. İş materiallarından görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı “nəvəsi X3 övladlığa götürülməsi barədə müsbət rəyin verilməsi” barədə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, X2 valideynləri X8 və X4 xarici ölkəyə getmək istədiklərini planlaşdırdıqlarından xx.xx.2016-cı il təvəllüdlü qızı X3 yaxın qohumu (uşağın nənəsi) olan İddiaçı övladlığa verməyə notarial razılıq vermişdirlər. Bakı İnzibati Məhkəməsinin 08 avqust 2022-ci il tarixli 2-1(112)-8209/2022 nömrəli (İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı “ müsbət rəyin verilməsi” barədə) qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. Hazırda iddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin övladlığa götürmə ilə əlaqədar bu iş üzrə verdiyi rəyin qanunsuz hesab edilərək ləğv edilməsi, valideyn-namizəd olaraq uçotun bərpa edilməsi və yenidən müsahibə keçirilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçı iddianın əsas kimi “müsahibə zamanı sosial işçi tərəfindən 6 yaşlı uşağın fikrinin soruşması hüquq normalarına zidd olması”nı göstərmişdir. Hazırki iddia ərizəsindən və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8209/2022 nömrəli inzibati iş üzrə qəbul edilmiş qərarından görünür ki, iddiaçı xx.xx.2022-ci il tarixində nəvəsinin övladlığa götürülməsi üçün Nazirliyin “X6 Olmuş Uşaqlar və Övladlığagötürmə” elektron altsistemi üzərindən müraciət etmiş, cavabdeh tərəfindən inzibati icraat aparılmış və iddiaçının müraciətinin icraatından imtina edilmişdir. Aparılmış inzibati icraatın nəticəsi iddiaçı tərəfindən mübahisələndirilsə də, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olsa da, iddiaçı tərəfindən mahiyyəti eyni olan iddia tələbi ilə məhkəməyə müraciət etməsi, iddianın mümkün sayılmasını istisna edir. Belə ki, hər iki inzibati işdə iddiaçının istinad etdiyi sübutlar və hallar, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iddiaya dair münasibət və digər hallar eynilik təşkil edir. Məhkəmə əlavə olaraq iddia tələbi ilə bağlı aşağıdakılar qeyd edir:
8. Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən:
- 117.1. Övladlığa götürməyə yetkinlik yaşına çatmayanlar barəsində və yalnız onların mənafeyi naminə uşağın doğumu müvafiq icra hakimiyyəti orqanında qeydə alındıqdan sonra yol verilir. - 118.1. Övladlığa götürmə üç mərhələdə həyata keçirilir: 118.1.1. övladlığa götürmək istəyən şəxsin (şəxslərin) uçota alınması; 118.1.2. övladlığa götürmənin uşağın mənafeyinə uyğunluğunun müəyyən edilməsi; 118.1.3. övladlığa götürmə barədə məhkəmə qərarının qəbul edilməsi.
9. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən:
5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının tə min olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır.
10. 20 noyabr 1989-cu il tarixdə BMT-nin Baş Məclisinin 44-cü sessiyasında qəbul edilmiş və Azərbyacan Respublikasının Milli Məclisinin 21 iyul 1992-ci il tarixli qərarı ilə ratifikasiya edilmiş “Uşaq hüquqları haqqında Konvensiya”ya əsasən:
Maddə 1. Hər bir insan 18 yaşına çatanadək bu Konvensiyanın məqsədləri üçün uşaq sayılır, bir şərtlə ki, həmin uşaq barəsində tətbiq edilən qanuna görə o, yetkinlik yaşına daha əvvəl çatmış olmasın. Maddə 2. 2. İştirakçı dövlətlər uşağın, onun valideynlərinin, qanuni qəyyumlarının və ya digər ailə üzvlərinin statusu, fəaliyyəti, ifadə etdikləri baxışları və ya əqidələri əsasında uşağın ayrı-seçkiliyin və ya cəzanın bütün formalarından müdafiə olunmasını təmin etmək üçün hər cür lazımi tədbirləri görürlər. Maddə 3. 3. İştirakçı dövlətlər təmin edirlər ki, uşaqların qayğısına qalmaq və ya müdafiəsi üçün cavabdeh olan idarələr, xidmətlər və orqanlar səlahiyyətli orqanların qoyduqları normalara, o cümlədən təhlükəsizlik və səhiyyə, onların işçi heyətinin say tərkibi və yararlığı, habelə mötəbər nəzarət baxımından cavab versinlər. Maddə 4. İştirakçı dövlətlər bu Konvensiyada tanınan hüquqların həyata keçirilməsi üçün bütün lazımi qanunvericilik tədbirlərini, inzibati və digər tədbirləri görürlər. İştirakçı dövlətlər iqtisadi, sosial və mədəni hüquqlar barəsində belə tədbirləri malik olduqları ehtiyatların maksimum çərçivəsində və lazım gəldikdə, beynəlxalq əməkdaşlıq çərçivəsində görürlər. Maddə 5. İştirakçı dövlətlər valideynlərin və yerli adətdə nəzərdə tutulduğu kimi, müvafiq hallarda genişləndirilmiş ailə və ya icma üzvlərinin, qəyyumların və ya qanuna görə uşaq üçün məsuliyyət daşıyan digər şəxslərin bu Konvensiyada tanınan hüquqların uşaqlar tərəfindən həyata keçirilməsində onu lazımınca idarə etmək və ona rəhbərlik etmək və bunu uşağın inkişaf etməkdə olan qabiliyyətinə müvafiq sürətdə yerinə yetirmək məsuliyyətinə, hüquqlarına və vəzifələrinə hörmət bəsləyirlər. Maddə 7. 1. Uşaq doğulduqdan sonra dərhal qeydə alınır və doğulduğu andan ad və vətəndaşlıq əldə etmək hüququna, habelə, mümkün olduğu dərəcədə, öz valideynlərini tanımaq və onlardan qayğı görmək hüququna malikdir. 2. İştirakçı dövlətlər bu hüquqların öz milli qanunvericiliyinə uyğun həyata keçirilməsini və öz öhdəliklərinin bu sahədə müvafiq beynəlxalq sənədlərə uyğun yerinə yetirilməsini, o cümlədən əks təqdirdə uşağın vətəndaşlığa malik olmayacağı halda təmin edirlər. Maddə 9. 2. Bu maddənin 1-ci bəndinə uyğun hər cür araşdırma zamanı bütün əlaqədar tərəflərə araşdırmada iştirak etməyə və öz nöqteyi-nəzərini şərh etmək imkanı verilir. Maddə 18. 1. İştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir.
11. “Valideynlərini itirmiş və X6 olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: M a d d ə 1 . Əsas anlayışla Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: X6 olmuş uşaqlar – hər iki valideyni aşağıda qeyd olunan kateqoriyaların hər hansı birinə aid olan: məlum olmayan; valideynlik hüquqlarından məhrum edilən və ya valideynlik hüquqları məhdudlaşdırılan; xəbərsiz itkin düşmüş, fəaliyyət qabiliyyəti olmayan (fəaliyyət qabiliyyəti məhdudlaşdırılan) hesab edilən, ölmüş elan edilən; cəzaçəkmə müəssisələrində cəzasını çəkən; uşaqlarının tərbiyə edilməsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən imtina edən; uşaqlarını uşaqlar üçün sosial xidmət müəssisələrindən götürməkdən imtina edən; qanunla nəzərdə tutulmuş qaydada digər hallarda X6 hesab edilən 18 yaşınadək şəxslərdir. Bir valideyni vəfat etmiş və o biri valideyni orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs və ya bu maddənin birinci hissəsinin dördüncü–onuncu abzaslarında nəzərdə tutulan kateqoriyaların hər hansı birinə aid şəxs olan 18 yaşınadək şəxslər də X6 olmuş uşaqlar hesab edilirlər. Valideynlərini itirmiş və X6 olmuş uşaqların arasından olan şəxslər – valideynlərini itirmiş, habelə X6 olmuş ali, orta ixtisas və peşə təhsili müəssisələrində əyani formada təhsil alan 23 yaşınadək olan şəxslərdir;
12. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, uşaqların hüquqlarından və menafələrindən söhbət gedir ki, onlara münasibətdə hər hansı qərarın verilməsi, onların mənafelərin qorunması xüsusi diqqət tələb edir. X9 valideyn himayəsində olmaqla, öz valideynləri tərəfindən himayə edilən, onların qayğısı və müdafiəsi altında olan azyaşlıdır. Bu hal, azyaşlının həm hüquqi, həm də fiziki baxımdan valideynlərindən asılı olduğu vəziyyətdir. İddiaçının övladlığa götürülməsini istədiyi uşağın valideynləri yuxarıda göstərilmiş qanunvericiliklə müəyyən edilmiş kateqoriyaların heç birinə aid olmadığından uşaq X6 olan uşaq hesab edilə bilməz. Valideynlər tərəfindən uşağın nənəsi tərəfindən övladlığa götürülməsinə razılıq verilməsi uşağın X6 etmir. Məhkəmə qeyd edir ki, valideynlərin uşağın tərbiyə edilməsindən və ya onun hüquq və mənafelərinin müdafiəsindən imtina etməsi barədə məlumat iddia ərizəsində göstərilməmiş, sənədlərə istinadən əsaslandırılmamışdır. . İddiaçının hazırkı iddia tələbinin əsasını- onun iddia ərizəsində qeyd etdiyi -uşağın fikirlərinin sosial işçi tərəfindən soruşulması təşkil edir. İddiaçı bu halın qanunsuz olmasını əsas gətirərək fərqli əsaslarla yenidən məhkəməyə müraciət etdiyini məhkəmənin diqqətinə çatdırmışdır. Məhkəmə bununla bağlı qeyd edir ki, bu hal Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 8209/2022 saylı işə baxılan zaman müzakirə predmeti olmuş, məhkəmə tərəfindən bütün işin halları tam, hərtətəfli və obyektiv araşırıldıqdan sonra qiymət verilmişdir. Belə ki, məhkəmənin 2-1(112)-8209/2022 saylı işi üzrə qəbul edilmiş xx.xx.2022-ci il tarixli Qərarının 6-cı səhifəsinin 2-ci abzasında aşağıdakılar göstərilmişdir: “cavabdeh inzibati orqan ...uşağın marağlarını öyrənmiş və nəticədə rəy (mənfi) vermişdir. Məhkəmə, cavabdeh inzibati orqan tərəfindən aparılmış inzibati icraatda hər hansı prosessual pozuntuya yol verilmədiyini aşkar etmişdir.” Odur ki, hazırki iddia tələbinə mahiyyəti üzrə baxılıb yekun məhkəmə aktı qəbul edildiyinə və iddiaçının iddia ərizəsində göstərdiyi əsasa qanuni qüvvəyə minmiş məhkəmə aktında qiymət verildiyinə görə hazırkı iddiaya baxılması mümkün deyildir.
13. İnzibati Prosessual Məcəlləsinin 45.5-ci maddəsinə əsasən, iddia ərizəsinin icraata qəbul edilməsi aşağıdakı hüquqi nəticələri doğurur: 45.5.1. iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz; Həmin Məcəllənin 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir.
14. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 15.6. bəndinə əsasən, İPM-nin 45.5.1-ci və 78-ci maddələrdə təsbit edilmiş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar.
15. İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
16. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir.
17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 34, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan tərəfə rəsmi təqdim olunduqdan sonra 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (ünvan ünvan 2əyova