Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5836/2020 20.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, Cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinə qarşı “müavinətin verilməsi” tələbinə dair mübahisəyə dair iş üzrə iddianın mümkünlüyü məsələsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, 2018-ci ilin oktyabr ayından vahid aylıq müavinətin bərpa olunması və verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə bir sıra qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra növbəti məhkəmə iclası 20 oktyabr 2020-ci il tarixə təyin edilmiş, məhkəmə iclasına cavabdehin nümayəndəsi gəlmişdir. İddiaçı məhkəməyə ərizə təqdim edərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan iddianın mümkünlüyü məsələsinin araşdırılmasını mümkün hesab etmişdir. 01 oktyabr 2020-ci il tarixli məhkəmə iclasında məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin tələbi baxımından iddiaçıya hüquqi yardım göstərərək vahid aylıq müavinətin verilməsi tələbi üzrə Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin iddiaya cavab verməli orqan olmadığını bildirərək cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin əsl cavabdeh Kəlbəcər rayon İcra Hakimiyyəti ilə əvəz edilməsi barədə cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş ərizəyə münasibət bildirilməsi və müvafiq olaraq iddia tələbinin dəqiqləşdirilməsini təklif etmişdir. Lakin iddiaçı iddia tələbinin düzgün inzibati orqana qarşı yönəldiyini qeyd edərək, aylıq müavinətin bərpa olunması və verilməsi öhdəliyinin Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin üzərinə qoyulması barədə iddia formasında baxılmasının davam etdirilməsini məhkəmədən xahiş etmişdir. Əvvəlki Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin nümayəndəsi X3 məhkəməyə təqdim etdiyi iddia ərizəsinə dair etiraz ərizəsində göstərilənlərə uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, iddia tələbi aşağıdakı səbəblərə görə mümkün hesab edilməməlidir. Belə ki, X1 Azərbaycan Respublikasının Administrasiyasına ünvanlanmış vahid aylıq müavinətin verilməsinin bərpa edilməsinə dair ərizəsinə Komitədə baxılmış və xx.xx.2020-ci il tarixli 01/19372 nömrəli məktubla cavab verilərək, “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın tələblərinə uyğun olaraq aidiyyəti üzrə müvafiq qaydada baxılması və vətəndaşa cavab verilməsi üçün Kəlbəcər Rayon icra Hakimiyyətinə göndərilmiş və məktubun surəti iddiaçı şəxsə göndərilməklə ona bu barədə rəsmi məlumat verilmişdir. Qeyd edilir ki, iddiaçının Komitəyə daxil olmuş müraciətinə baxıldıqdan sonra aidiyyəti üzrə baxılması məqsədilə Kəlbəcər Rayon icra hakimiyyətinə göndərilmişdir. Komitə tərəfindən iddiaçının mürciəti ilə bağlı heç bır inzibiti akt (qərar) qəbul edilməmişdir. Odur ki, Komitənin iddia tələbi üzrə cavabdeh şəxs qismində göstərilməsi əsassızdır. Komitə əsl cavabdehlə əvəz edilməlidir. “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydasfnm təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli 11 nömrəli Qərarının 3.4-cu bəndinin tələblərinə əsasən Komitə cavabdeh şəxs qismində iddia tələbi üzrə göstərilməsi qanunsuzdur. Həmin Qaydanın tələblərinə əsasən vahid aylıq müavinətin verilməsi, siyahıların tərtib və təsdiq edilməsi əraziləri işğal olunmuş rayon icra hakimiyyətləri cavabdehlik daşıyırlar. Odur ki, Komitə iş üzrə cavabdeh şəxs qismindən çıxarılmalıdır. Həmçinin "Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti 23 yanvar 2017-ci il tarixli 1206 nömrəli Fərmanı təsdiq edilmişdir. Həmin Fərmana uyğun olaraq "Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli 11 nömrəli Qərarı qəbul edilmişdir. Hazırda Qaydanın tələblərinə uyğun olaraq məcburi köçkünlərə vahid aylıq müavinət verilir. Həmin Qaydanın 3.4-cü bəndinin tələbinə əsasən vahid aylıq müavinət alan məcburi köçkünlərin adlı siyahılarının dəqiqliyi və düzgünlüyünə görə həmin siyahıları tərtib edən məsul şəxslər və siyahıları təsdiq edən əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinin başçıları cavabdehlik daşıyırlar. Həmin Qaydanın 3.1-ci bəndinə əsasən əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti orqanları aylıq müavinət alan məcburi köçkünlərin hər il yanvarın 1-nə ümumi adlı siyahısını və azalmadan asılı olaraq, hər ay dəqiqləşdirilmiş hesabatı hazırlayıb təsdiq edir, həm kağız formatında, həm də elektron daşıyıcı variantında Azərbaycan Respublikasınin Qaçqınların və X4 üzrə Dövlət Komitəsinə (bundan sonra - Komitə), elektron daşıyıcı variantında isə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edirlər. Qaydadnın 3.5-ci bəndinə əsasən əraziləri işğal olunmuş rayonların icra hakimiyyətləri tərəfindən təqdim olunan aylıq müavinət alan məcburi köçkünlərin sayı barədə aylıq hesabatlar Komitə tərəfindən dürüstləşdirildikdən sonra Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müvafiq sifariş təqdim edilir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi aylıq müavinət barədə sifariş aldıqdan sonra bu məqsəd üçün vəsait ayırır və həmin vəsaitin müəyyən edilmiş qaydada əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti orqanlarının xəzinə hesablarına köçürülməsini təmin edir. Həmin Qaydanın 2.4-cu bəndində qeyd olunur ki, məcburi köçkün düşdükdən sonra məcburi köçkün statusu olmayan şəxsə ərə getmiş (nikahla və ya nikaha daxil olmadan), həmçinin sonradan boşanmış qadınlara müavinət verilmir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, 1995-ci il də Mingəçevir şəhər sakini ilə - məcburi köçkün statusu olmayan şəxslə rəsmi nikaha daxil olmuş və 2004-cu ildə məhkəmə qaydasında nikahları ləğv edilmişdir. Lakin nikahı pozulduqdan sonra 2004-cu ildən 2018-ci ilin oktyabr ayına kimi müavinət almışdır. İddiaçının ərizəsində əvvəlki vaxtlarda “yemək xərci üçün verilən aylıq müavinəti” almasını göstərmişdir. Qeyd edilir ki, iddiaçının 2018-ci ilin oktyabr ayına kimi müavinəti alması əsassız və qanunsuz olmuşdur. Belə ki “məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinət” xx.xx.2002-ci il tarixdə Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin 37 nömrəli əmri ilə təsdiq edilmiş, xx.xx.2002-ci il tarixdə Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Azərbaycan Respublikası Milli Bankı ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 2744 nömrəli şəhadətnamə ilə dövlət qeydiyyatına alınmış "Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanmasına dair" Təlimatla tənzimlənmişdir. Həmin Təlimatın 5.4-cu bəndinə əsasən, məcburi köçkün olduqdan sonra, məcburi köçkün statusu olmayan şəxslə nikaha daxil olmuş və onun himayəsi altında yaşayan, lakin işğal olunmuş rayondan yaşayış yeri üzrə qeydiyyatdan çıxmayan şəxslərə müavinət verilmirdi. Göründüyü kimi iddiaçıya Təlimatın 5.4-cu bəndinə əsasən, müavinət verilməməli idi. Lakin, iddiaçının mövcüd qanunvericiliyin tələblərinə zidd olaraq müavinət alması, ona vahid aylıq müavinətin verilməsinin davam etdirilməsi iicün əsas ola bilməz. Qeyd olunan Təlimat ləğv edilmiş, qüvvədən düşmüş və həmin Təlimat üzrə məcburi köçkünlərə yemək xərci üzrə aylıq müavinətin verilməsi həyata keçirilmir. Hazırda “məcburi köçkünlərə vahid aylıq müavinətin verilməsi” yeni - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydasına uyğun olaraq həyata keçirilir. Bu Qaydanın tələblərinə uyğun olmayan məcburi köçkünlərin vahid aylıq müavinətinin verilməsi dayandırılmışdır. İddaçı İddiaçı məcburi köçkün statusu olmayan şəxslə nikaha daxil olduğundan və boşandığından ona vahid aylıq müavinət verilə bilməz. Məhkəmə işdə iştirak edən cavabdehin nümayəndəsinin izahaını dinləyib, iş materiallarını araşdırıb aşağıdakı əsaslara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Həmin Qərarın 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Plenumun qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmaması yoxlanılarkən iddiaçının cavabdehə qarşı hər hansı maddi-hüquqi tələbinin və sonuncunun müvafiq qanunla müəyyən olunan cavabdehliyinin mövcud olub-olmamasıdır. Məhkəmə araşdırması nəticəsində həmçinin iddiaçının hazırki iddia tələbi üzrə subyektiv hüquqlarının mövcud olmadığı müəyyən edilmişdir. Belə ki, iddiaçı hazırkı iddia üzrə iddiaçı 2018-ci ilin oktyabr ayından vahid aylıq müavinətin bərpa olunması və verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Bununla bağlı məhkəmə qeyd edir ki, əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti orqanları aylıq müavinət alan məcburi köçkünlərin hər il yanvarın 1-nə ümumi adlı siyahısını və azalmadan asılı olaraq hər ay dəqiqləşdirilmiş hesabatı hazırlayıb təsdiq edirərək Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinə təqdim edildiyi məhkəmə tərəfindən müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 3.1-ci bəndinə əsasən, əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti orqanları aylıq müavinət alan məcburi köçkünlərin hər il yanvarın 1-nə ümumi adlı siyahısını və azalmadan asılı olaraq, hər ay dəqiqləşdirilmiş hesabatı hazırlayıb təsdiq edir, həm kağız formatında, həm də elektron daşıyıcı variantında Azərbaycan Respublikasınin Qaçqınların və X4 üzrə Dövlət Komitəsinə təqdim edirlər. Həmin Qaydaların 3.4-cü bəndinə əsasən,aylıq müavinət alan məcburi köçkünlərin adlı siyahılarının dəqiqliyi və düzgünlüyünə görə həmin siyahıları tərtib edən məsul şəxslər və siyahıları təsdiq edən əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinin başçıları cavabdehlik daşıyırlar. Odur ki, məhkəmə belə hesab edir ki, hazırki iddia tələbi üzrə cavabdeh kimi göstərilmiş Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi hazırkı iddiaya cavab verməli orqan olmadığından, hazırkı iddia predmeti üzrə cavabdeh ola bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Beləliklə, iddiaçılar tərəfindən inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onların hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu, hazırki iddia tələbinin irəli sürülməsində iddiaçıların subyektiv hüquqlarının mövcud olduğu müəyyən edilmədiyindən, həmçinin iddia ərizəsi prosessual həmiştirakçılığın tələblərinə cavab vermədiyindən iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-cı, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinə, Azərbaycan Respublikası Əmək və Əhalinin sosial müdafiəsi Nazirliyinə qarşı “müavinətin bərpa olunması və verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-5836/2020
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5836/2020
20.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver