Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5838/2025 19.01.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X6 kаtibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “İddiaçı sağlamlıq imkanlarının pozulmasının faiz göstəricisini müəyyən etməklə əlilliyin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə tələbi üzrə inzibati işə məhkəmə binasında məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. MÜƏYYƏN ETDİ: TƏSVİRİ HİSSƏ Mübahisənin predmeti İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “İddiaçı sağlamlıq imkanlarının pozulmasının faiz göstəricisini müəyyən etməklə əlillik təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” bаrədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı 2016-cı ildən N nömrəli hərbi hissədə kəşfiyyatçı olmuşdur. 2020-ci ilin oktyabr ayının 13-də Şuşa şəhəri ərazisində döyüş tapşırığı yerinə yetirərəkən mərmi partlayışı nəticəsində bədən xəsarətləri (Sol qulaq pərdəsinin postravmatik perforasiyası. Sol diz oynağının və sağ çiyin nahiyəsinin kor qəlpə zədələnməsindən sonrakı bərkimiş dəri çapığı) almışdır. İddiaçı Vətən müharibəsindəki xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən, “Kəlbəcərin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Hərbi xidmətlərə görə” və Azərbaycan ordusunun 100 illik yubileyi münasibətilə “Şücaətə görə” medalları təltif olunmuşdur. xx.xx.2020-ci il tarixli travma haqqında arayışa əsasən, iddiaçı xx.xx.2020-ci il tarixində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Şuşa rayonu istiqamətində gedən döyüşlərdə mərmi partlaması nəticəsində xəsarət almışdır. Aldığı xəsarətlə əlaqədar olaraq ilkin yardım göstərildikdən sonra ambulator qaydada müayinə və müalicə olunub. Hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmiş və diaqnoz və xəsarətin (travma, yaralanmanın, kontuziyanm), xəstəliklə səbəblə əlaqəsi olaraq Hərbi-həkim komissiyası tərəfindən qərar qəbul edilmişdir. Qərarda İddiaçı partlayış travması (xx.xx.2020) nəticəsində keçirilmiş qapalı kəllə beyin travması, baş beyin silkələnməsindən sonrakı vəziyyət və soltərəfli posttravmatik perforasiyanın qapanmasının Azərbaycan Respublikasının müdafiəsi zamanı yaranmış Hərbi travma olduğu təyin edilmişdir. İddiaçı xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasında müayinədə olmuşdur və eyni diaqnoz qoyulmuşdur. Müalicəsini davam etdirmək üçün xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilədək müxtəlif tarixlərində Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında (bundan sonra MN BKH) şiddətli baş ağrıları, sol gözünün ağrımasından, əsəbilikdən, hövsələsizlikdən və gecə yuxusunun pozulmasından olan şikayətlərinə görə müalicə almışdır. İddiaçı xx.xx.2023-xx.xx.2023-cü il tarixlərində də yenidən yaddaş zəifləməsi, başında olan ağrılar, yuxusunun pozulmasından və döyüş səhnələrini təkrartəkrar yaşaması ilə bağlı şikayətlərlə xəstəxanaya daxil olmuşdur, müayinə nəticəsində xx.xx.2020-ci il partlayış travması nəticəsində alınmış “qapalı kəllə-beyin travması və baş beyin silkələnməsi fonunda orta (mülayim) dərəcədə ifadə olunmuş üzvi affektiv (depressiv) pozuntu, mülayim posttravmatik stress pozuntusu, davamlı vegetativ pozuntularla müşayiət olunan posttravmatik ensefalopatiya. Sol təbil pərdəsinin travmatik zədələnməsindən sonra ikincili bərpa, hər iki qulaqda pıçıltı nitqinin 6 m məsafədən eşidilməsi. Eutireoid düyünlü ur. Hər iki gözün mürəkkəb miopik astiqmatizmi səbəbindən görmə itiliyinin 0.8-ə qədər azalması (korreksiya ilə 1.0). Sağ çiyin nahiyəsində qəlpə yaralanmasından, sol qasıq nahiyəsində “varikoselektomiya” əməliyyatından və sol bazunun yuxarı 1/3-nin deşilmiş-kəsilmiş yaralarından sonra bərkimiş dəri çapıqları” təsbit edilmişdir. İddiaçı həmçinin müvafiq olaraq xx.xx.2023-xx.xx.2023-cü il, 1 1.10.2023xx.xx.2023-cü il, xx.xx.2024-xx.xx.2024-cü il tarixlərində 2 nömrəli X3 və xx.xx.2023xx.xx.2024-cü il tarixlərində Respublika Psixiatriya xəstəxanasında müalicə olunmuşdur. MN MHP-nın N nömrəli hərbi hissəsinə komandirinə göndərdiyi məktubda da, yuxarıda qeyd olan analizləri təsdiq etmiş və iddiaçının həkim nəzarətində saxlanılmasını məsləhət görmüşdür. MN МНР tərəfindən 10 aprel 2023-cü ildə iddiaçıya verdiyi 4232 nömrəli xəstəlik haqqında şəhadətnamə ilə sağlamlığında olan problemlərin Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmış hərbi travma olduğu mərkəzi hərbi həkim komissiyasının qərarı ilə təsdiq etmişdir. Həkim Psixiatr Komissiyasının iddiaçı barəsində xx.xx.2024-cü il tarixli 3260 nömrəli rəyində üzvi (2-ci Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması) şəxsiyyət pozuntusu F 07.0 təsbit edilmişdir. HPK-nm xx.xx.2024-cü il tarixində verdiyi rəydə yenidən üzvi şəxsiyyət pozuntusunu təsdiq etmişdir, əlavə olaraq depressiv epizodların, intihar fikirlərinin olduğu da rəydə göstərilmişdir. İddiaçı əlillik təyin edilməsi ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət etmişdir. Müraciətə cavab olaraq xx.xx.2024-cü il tarixində verilmiş imtina məktubunda bildirilmişdir ki, təqdim edilən tibbi sənədlər və sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı müəyyən edilmiş ağırlaşmalar və patofunksional dəyişikliklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022- ci il tarixli 187 №-li Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına müvafiq olaraq, əlillik təyininə imkan vermədiyindən, İddiaçı barəsində “diaqnozun əlillik əlaməti təyin etmir” qərarı qəbul edilmişdir. İddiaçı cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, Agentlik tərəfindən onun barəsində təyin edilmiş diaqnozlar dəqiq araşdırılmamış və əsassız olaraq ona əlillik təyin edilməsindən imtina edilmişdir. Təqdim edilmiş bütün sənədlər (şəhadətləndirmə, Hərbi-həkim komissiyasının, Həkim-psixiatr komissiyasının rəyləri, qərarları) iddiaçının əlilliyini təsdiq edir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamı əsasında cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi iddiaya yazılı etirazını məhkəməyə təqdim edərək bildirmişdir ki, Bakı şəhər sakini xx.xx.1994-cü il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) orqanizmin funksiyalarının pozulması faizi tibb müəssisəsinin göndərişi əsasında Agentlikdə əyani müayinəsi nəticəsində xx.xx.2024-cü il tarixdə qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İddiaçı orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirməsi üçün tibb müəssisəsi tərəfindən yeni göndəriş rəsmiləşdirilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2023-cü il tarixli 4232 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Partlayış travması (xx.xx.2020) nəticəsində keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsindən sonrakı orta (mülayim) dərəcədə ifadə olunmuş üzvi affektiv (depressiv) pozuntu. Orta (mülayim) dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu. Partlayış travması (xx.xx.2020) nəticəsində keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsinin davamlı vegetativ damar davamsızlığı, dağınıq üzvi nevroloji nişanələr, sefalgik və insomnik sindrom ilə təzahür edən posttravmatik ensefalopatiya şəklində nəticəsi. Partlayış travması, sol təbil pərdəsinin posttravmatik ikincili bərpası, pıçıltı nitqini hər iki qulaqda 6 (altı) metr məsafədən eşitməsi ilə. Partlayış travması (xx.xx.2020). Sağ çiyin nahiyəsinin kor qəlpə yaralanmasına görə aparılmış yaraların birincili cərrahi işlənməsi əməliyyatından sonrakı bərkimiş dəri çapığı. Sol dizin qəlpə yaralanmasından sonrakı bərkimiş dəri çapığı. Sağ çiyin və sol diz nahiyəsinin yumşaq toxumalarının yad cismi (metal qəlpə)” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir; “Hər iki gözün sadə miopik astiqmatizmi Em və M 1,5D nəticəsində görmə itiliyinin 0,8-ə qədər azalması, korreksiya ilə 1,0 olmaqla. Düyünlü ur, eutireoid forma. Soltərəfli varikoselektomiya cərrahi əməliyyatından (2012) sonrakı bərkimiş dəri çapığı. Çoxsaylı kariyes” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ Həkim Psixiatr Komissiyasının xx.xx.2024-cü il tarixli 5119 nömrəli Tibbi rəyində diaqnoz “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, depressiv epizodlar, intihar fikirləri ilə” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli X2 PHŞ xx.xx.2024- xx.xx.2024-cü il tarixli 6097/24 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, kobud davranış pozuntuları, tez-tez təkrarlanan dekompensasiyalarla, depressiv daxilolmalarla və intihar fikirləri ilə” kimi müəyyənləşdirilmişdir. Xəstə hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı əsəbilik, yuxusuzluqdan şikayətlənmişdir. Qəbul etdiyi dərmanların adlarını sadalaya bilməmişdir. Ünsiyyətdə sərbəst, həvəssiz olmuşdur. Suallara qısa, konkret cavablar vermişdir. Alçaq səs tonu ilə danışmışdır. Sosial adaptasiyada çətinlik çəkdiyini söyləmişdir. İntihar fikirləri olsa da, özünəxəsarətləri olmamışdır. Əlillik təyinatının aparılmasının vacibliyini 11 il hərbidə xidmət etmə səbəbi ilə tam haqqı olduğunu bildirmişdir. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Üzvi mənşəli yüngül ifadəli şəxsiyyət pozuntusu. Əlillik təyinatını haqqı hesab etməsindən irəli gələn davranış forması” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən davranış pozuntuları, psixoproduktiv əlamətlər qeyd olunmamışdır. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin iştirakı və izahatları: Azərbaycan Rеspublikаsının İPM-nin 62.3-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cavabdeh məhkəmə bахışınа öz nümаyəndəsini göndərməmiş, bunun səbəblərini məhkəməyə bildirməmişdir. Оdur ki, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirаkı оlmаdаn bахmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. 33.2. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. 35-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur; İddiaçının hüquqi marağı - İddiaçı sağlamlıq imkanlarının pozulmasının faiz göstəricisini nəzərə almaqla əlilliyin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasıdır; belə ki, cavabdeh tərəfindən qəbul edilmiş qərarı ilə əlilliyn müəyyən edilməsindən imtina edilmişdir. Qeyd edilməlidir ki, sözügedən qərarın ləğv edilməsi halında iddiaçı birbaşa istədiyinə nail olmayacaqdır. Çünki, cavabdehin iddiaçının orqanizminin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsinə dair müvafiq qərarı mövcud olmalıdır. Məhkəmə hazırkı iddianın məcburetmə haqqında iddia növünə aid olduğunu və iddiaçının yaşayış yeri və cavabdehin olduğu ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir, onun qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. Belə ki, iddia düzgün cavabdehə qarşı verilmiş, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməzdən əvvəl cavabdehə müraciət etmiş, lakin imtina cavabı almışdır, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Faktiki hallar və sübutlar. AA ******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1994-cü il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır. M/V 098021 nömrəli vəsiqədən görünür ki, X5 müharibə veteranıdır. Səhiyyə Nazirliyi “Respublikası Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsin xx.xx.2024cü il tarixli 5119 nömrəli həkim psixiatr komissiyasının rəyindən görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 17 fevral 2023-cü il 3-28/3-1-118/2023 saylı “Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə” əmrinə uyğun İddiaçı Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunub. Diaqnoz: Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, depressiv epizodlar, intihar fikirləri ilə F07.0 Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının xx.xx.2021-ci il tarixli 19757 nömrəli arayışında göstərilmişdir ki, N nömrəli hərbi hissənin hərbi qulluqçusu xx.xx.1994-cü il təvəllüdlü kiçik-gizir İddiaçı xx.xx.2021-ci il tarixdə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasında müayinədə olmuşdur. Diaqnoz: “Partlayış travması keçirilmiş qapalı kəllə beyin travması, baş-beynin travması, baş-beynin silkələnməsindən sonrakı vəziyyət. Sol diz oynağının və sağ çiyin nahiyyəsinin kor qəlpə zədələnməsindən sonrakı bərkimiş dəri çapığı.” Dövlət Tibbi-Sosial Ekspertiza və X1 Şəmistan Elxan oğluna ünvanladığı xx.xx.2024-cü il tarixli 3-17-4/2-A-32452/2024 nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı dövlət tibb müəssisəsinin göndərişləri və müraciətləri əsasında xx.xx.2024-cü və xx.xx.2024-cü il tarixində Agentlikdə əyani müayinə olunmuş, təqdim edilən tibbi sənədlər və sağlamlıq vəziyyəti obyektiv müayinəsi zamanı müəyyən edilmiş ağırlaşmalar və patofunksional dəyişikliklər, o cümlədən adınıza rəsmiləşdirilən göndərişlərdə qeyd edilmiş diaqnozlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq əlillik təyininə əsas vermədiyindən barənizdə hər iki halda diaqnoz əlillik əlaməti təyin etmir qərarı qəbul edilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli 3-17-4/3-3-8984/2024 nömrəli qərarına əsasən, Bakı şəhər sakini xx.xx.1994-cü il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) orqanizmin funksiyalarının pozulması faizi tibb müəssisəsinin göndərişi əsasında Agentlikdə əyani müayinəsi nəticəsində xx.xx.2024-cü il tarixdə qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İddiaçı orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirməsi üçün tibb müəssisəsi tərəfindən yeni göndəriş rəsmiləşdirilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2023-cü il tarixli 4232 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Partlayış travması (xx.xx.2020) nəticəsində keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsindən sonrakı orta (mülayim) dərəcədə ifadə olunmuş üzvi affektiv (depressiv) pozuntu. Orta (mülayim) dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu. Partlayış travması (xx.xx.2020) nəticəsində keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsinin davamlı vegetativ damar davamsızlığı, dağınıq üzvi nevroloji nişanələr, sefalgik və insomnik sindrom ilə təzahür edən posttravmatik ensefalopatiya şəklində nəticəsi. Partlayış travması, sol təbil pərdəsinin posttravmatik ikincili bərpası, pıçıltı nitqini hər iki qulaqda 6 (altı) metr məsafədən eşitməsi ilə. Partlayış travması (xx.xx.2020). Sağ çiyin nahiyəsinin kor qəlpə yaralanmasına görə aparılmış yaraların birincili cərrahi işlənməsi əməliyyatından sonrakı bərkimiş dəri çapığı. Sol dizin qəlpə yaralanmasından sonrakı bərkimiş dəri çapığı. Sağ çiyin və sol diz nahiyəsinin yumşaq toxumalarının yad cismi (metal qəlpə)” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir; “Hər iki gözün sadə miopik astiqmatizmi Em və M 1,5D nəticəsində görmə itiliyinin 0,8-ə qədər azalması, korreksiya ilə 1,0 olmaqla. Düyünlü ur, eutireoid forma. Soltərəfli varikoselektomiya cərrahi əməliyyatından (2012) sonrakı bərkimiş dəri çapığı. Çoxsaylı kariyes” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ Həkim Psixiatr Komissiyasının xx.xx.2024-cü il tarixli 5119 nömrəli Tibbi rəyində diaqnoz “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, depressiv epizodlar, intihar fikirləri ilə” kimi müəyyənləşdirilmişdir. (Təyin edilən diaqnoz 1 il müddətinə qüvvədədir) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli X2 PHŞ xx.xx.2024- xx.xx.2024-cü il tarixli 6097/24 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, kobud davranış pozuntuları, tez-tez təkrarlanan dekompensasiyalarla, depressiv daxilolmalarla və intihar fikirləri ilə” kimi müəyyənləşdirilmişdir. Xəstə hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı əsəbilik, yuxusuzluqdan şikayətlənmişdir. Qəbul etdiyi dərmanların adlarını sadalaya bilməmişdir. Ünsiyyətdə sərbəst, həvəssiz olmuşdur. Suallara qısa, konkret cavablar vermişdir. Alçaq səs tonu ilə danışmışdır. Sosial adaptasiyada çətinlik çəkdiyini söyləmişdir. İntihar fikirləri olsa da, özünəxəsarətləri olmamışdır. Əlillik təyinatının aparılmasının vacibliyini 11 il hərbidə xidmət etmə səbəbi ilə tam haqqı olduğunu bildirmişdir. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Üzvi mənşəli yüngül ifadəli şəxsiyyət pozuntusu. Əlillik təyinatını haqqı hesab etməsindən irəli gələn davranış forması” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən davranış pozuntuları, psixoproduktiv əlamətlər qeyd olunmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli Qərardadı ilə aşağıdakı suallar göstərilməklə məhkəmə ekspertizası təyin edilmişdir: 1. xx.xx.1994-cü il təvəllüdlü İddiaçı orqanizminin funksiyalarının məhdudlaşdırılmasına səbəb olan xəstəlik, travma və qüsurlar müayinə zamanı onda aşkar olunurmu? 2. xx.xx.1994-cü il təvəllüdlü İddiaçı “Üzvi şəxsiyyət pozuntusu. Əhvalın üzvi mənşəli (affektiv) pozğunluğu. Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozunluğu” diaqnozu İddiaçı təsdiq olunurmu? 3. xx.xx.1994-cü il təvəllüdlü İddiaçı davranışında aqressivlik və suisidal cəhdlərə meylilik, şəxsiyyət və davranış dəyişiklikləri müəyyən olunurmu? Bu əlamətlərinin ağırlıq dərəcəsi nəqədərdir? Müalicəvi və reabilitasiya müdaxilələrinin aparılması mümkündürmü? 4. Bu xəstəliyin(travma və qüsurların) səbəb əlaqəsi nədir? 5. Həmin xəstəliklərdən hər hansı biri mövcuddursa xəstəliklərin müalicə alınmaqla reabilitasiyası mümkündürmü? 6. Müalicə olunmaqla reabilitasiyası mümkün olduğu təqdirdə iddiaçının əlavə müalicəyə (ixtisaslaşmış müalicəyə) ehtiyacı mövcuddurmu? “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli 3055 saylı ambulator məhkəmə psixiatrik ekspertizasının rəyinin nəticə hissəsində göstərilmişdir ki, İ Motivləşdirici hissə. Yuxarıda göstərilənləri nəzərə alaraq belə nəticəyə gəlirəm ki, İddiaçı Hal-Hazırda “Üzvi (X8 X9 Nəticəsində) Şəxsiyyət Pozuntusu, Tez Tez Baş Verən Dekompensasiyalar, Funksional Tutmalarla” (F07.0) aşkar olunur. Bunu anamnestik məlumatlar - döyüş zamanı kəllə-beyin travması alması, bundan sonra psixi vəziyyətində dəyişikliklərin yaranması, SN “Respublika Psixiatriya Xəstəxanası” PHŞ-də, 2 nömrəli X3 müayinə və müalicədə olması, həmçinin hazırkı müayinə zamanı təqdim etdiyi şikayətləri və aşkar olunan əlamətlər -təfəkkürünün müfəssəlliyi və rigidliyi, bir mövzudan digərinə keçməkdə çətinlik çəkməsi, əhval-ruhiyyəsinin dəyişkən olması, xarici qıcıqlara qarşı həssaslığının artması, əhəmiyyətsiz səbəblərdən qıcıqlanması, davranışı üzərində nəzarətinin zəifləməsi, maraq dairəsinin məhdud olması, koqnitiv funksiyalarının zəifləməsi və s. sübut edir. İİ Yekun hissəsi: İnzibati iş materiallarını və ambulator məhkəmə - psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəmə- psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: 1-ci sual: xx.xx.1994-cü il təvəllüdlü İddiaçı orqanizminin funksiyalarının məhdudlaşdırılmasına səbəb olan xəstəlik, travma və qüsurlar müayinə zamanı onda aşkar olunurmu? 2-ci sual: xx.xx.1994-cü il təvəllüdlü İddiaçı “Üzvi şəxsiyyət pozuntusu. Əhvalın üzvi mənşəli (affektiv) pozğunluğu. Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozunluğu” diaqnozu İddiaçı təsdiq olunurmu? 1-ci və 2-ci suallara cavab: Yoxlanılan şəxs İddiaçı hal-hazırda “Üzvi (X8 X9 Nəticəsində) Şəxsiyyət Pozuntusu, Tez Tez Baş Verən Dekompensasiyalar, Funksional Tutmalarla” (F07.0) aşkar olunur.3-cü sual: xx.xx.1994-cü il təvəllüdlü İddiaçı davranışında aqressivlik və suisidal cəhdlərə meylilik, şəxsiyyət və davranış dəyişiklikləri müəyyən olunurmu? Bu əlamətlərinin ağırlıq dərəcəsi nəqədərdir? Müalicəvi və reabilitasiya müdaxilələrinin aparılması mümkündürmü? 4-cü sual: Bu xəstəliyin (travma və qüsurların) səbəb əlaqəsi nədir? 5-ci sual: Həmin xəstəliklərdən hər hansı biri mövcuddursa xəstəliklərin müalicə alınmaqla reabilitasiyası mümkündürmü? 6-cı sual: Müalicə olunmaqla reabilitasiyası mümkün olduğu təqdirdə iddiaçının əlavə müalicəyə (ixtisaslaşmış müalicəyə) ehtiyacı mövcuddurmu? 3-cü, 4-cü, 5-ci və 6-cı suallara cavab: İddiaçı hal-hazırda “üzvi (ıı qarabağ müharibəsi X9 nəticəsində) şəxsiyyət pozuntusu, tez tez baş verən dekompensasiyalar, funksional tutmalarla” (f07.0) aşkar olunur. Elmi ədəbiyyatdakı məlumata əsasən, nisbətən uzun zaman ərzində formalaşan bir patologiya olan Üzvi mənşəli şəxsiyyət pozuntusu üzvi xəstəliklərin (kəllə-beyin travması nəticəsində) ağır keçən uzaq nəticələrindən biri hesab olunur. Üzvi mənşəli şəxsiyyət pozuntusunun tam reabilitasiyası mümkün deyil, lakin İddiaçı vəziyyətinin stabil saxlanılması və sosial adaptasiyası məqsədilə əlavə müalicə və psixiatrik nəzarətə ehtiyacı vardır Məhkəmənin mövqeyi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun preambulasına əsasən bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin İ hissəsinin 1-ci bəndinə uyğun olaraq əlilliyi olan şəxslər barəsində dövlət siyasətinin əsaslarını və onların hüquqlarının müdafiəsi sahəsində dövlətin vəzifələrini müəyyən edir, əlilliyə səbəb olan risklərin, əlillik əlamətinə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılmasını, əlilliyi olan şəxslərin reabilitasiyasını, cəmiyyətin həyatında tam həcmdə iştirakını və sosial inteqrasiyasına şərait yaradılmasını, onlara aid olan strategiya və proqramlara dair qərarların qəbulu prosesinə fəal cəlb olunmasını, əlilliyi olan şəxslərin hüquq və azadlıqlarının tam və bərabər səviyyədə həyata keçirilməsini, onların şərəf və ləyaqətinin müdafiəsi sahəsində yaranan münasibətləri tənzimləyir. Həmin Qanunun 1.0-cu maddəsinə əsasən bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.0.2. əlilliyi olan şəxs müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, Həmin Qanunun 3.1-ci maddəsinə əsasən şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbisosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Həmin Qanunun 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Həmin Qanunun 3.3-1-ci maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Həmin Qanunun 3.4-cü maddəsinə əsasən Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Həmin Qanunun 3.5-ci maddəsinə əsasən Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) əlilliyi olan şəxslərin vahid informasiya bazasını yaratmaq məqsədi ilə müvafiq icra hakimiyyəti orqanının apardığı elektron informasiya ehtiyatlarından istifadə etməklə əlilliyi olan şəxslərin reyestrini elektron formada aparır. Həmin Qanunun 3.6-cı maddəsinə əsasən əlilliyi olan şəxslərin reyestrinin aparılması qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” qaydasının 1.1-ci bəndinə əsasən bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Həmin Qaydanın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Həmin Qaydanın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Həmin Qaydanın 3.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na əsasən 1.1-ci bəndinə əsasən əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. Həmin Meyarların 2.1-ci bəndinə əsasən insanın həyat fəaliyyətinin əsas kateqoriyaları aşağıdakılardır: 2.1.1. özünəqulluq bacarığı; 2.1.2. sərbəst hərəkətetmə bacarığı; 2.1.3. istiqamətseçmə bacarığı; 2.1.4. ünsiyyət bacarığı; 2.1.5. davranışına nəzarətetmə bacarığı; 2.1.6. öyrənmə bacarığı; 2.1.7. əmək fəaliyyəti bacarığı. Həmin Meyarların 2.2.7.-ci bəndinə əsasən əmək fəaliyyəti bacarığı – işin yerinə yetirilməsinə, keyfiyyətinə, həcminə və məzmununa dair tələblərə uyğun olaraq əmək fəaliyyəti bacarığı:
1. İ dərəcə – iş həcminin, iş yükünün, əməyin gərginliyinin və peşəkarlığın azalması ilə müşayiət olunan əmək fəaliyyətini həyata keçirmək bacarığı, əsas peşəsi (vəzifəsi, ixtisası) üzrə əmək fəaliyyətini davam etdirə bilməmək, lakin adi iş şəraitində əmək fəaliyyətini həyata keçirmək bacarığı;
2. İİ dərəcə – əlilliyi olan şəxslərə uyğunlaşdırılmış iş yerlərində köməkçi texniki vasitələrdən istifadə edərək əmək fəaliyyətini həyata keçirmək bacarığı;
3. İİİ dərəcə – orqanizmin funksiyalarının ciddi pozuntularından irəli gələrək sadə əmək fəaliyyətinin qeyri-mümkünlüyü və yaxud kənar şəxslərin əhəmiyyətli köməyi ilə həyata keçirmək bacarığı. Həmin Meyarların 3.1-ci bəndinə əsasən anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir:3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz;3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz;3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. Həmin Meyarların 3.2-ci bəndinə əsasən xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. Həmin Meyarların 7.6.2-ci bəndinə əsasən “baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliklə bağlı digər psixi pozuntular F06, üzvi mənşəli şəxsiyyət pozuntusu F07.0, baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları F07.8 4; 7.6.2.1. Qiymətləndirmə : əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı). “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 24-cü maddəsində göstərilir: 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan , subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.
İşin faktiki hallarından göründüyü kimi, iddiaçı 1994-cü il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2023-cü il tarixli 4232 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Partlayış travması (xx.xx.2020) nəticəsində keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsindən sonrakı orta (mülayim) dərəcədə ifadə olunmuş üzvi affektiv (depressiv) pozuntu. Orta (mülayim) dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu. Partlayış travması (xx.xx.2020) nəticəsində keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsinin davamlı vegetativ damar davamsızlığı, dağınıq üzvi nevroloji nişanələr, sefalgik və insomnik sindrom ilə təzahür edən posttravmatik ensefalopatiya şəklində nəticəsi. Partlayış travması, sol təbil pərdəsinin posttravmatik ikincili bərpası, pıçıltı nitqini hər iki qulaqda 6 (altı) metr məsafədən eşitməsi ilə. Partlayış travması (xx.xx.2020). Sağ çiyin nahiyəsinin kor qəlpə yaralanmasına görə aparılmış yaraların birincili cərrahi işlənməsi əməliyyatından sonrakı bərkimiş dəri çapığı. Sol dizin qəlpə yaralanmasından sonrakı bərkimiş dəri çapığı. Sağ çiyin və sol diz nahiyəsinin yumşaq toxumalarının yad cismi (metal qəlpə)” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. İddiaçıya ixtisaslaşdırılmış psixiatrik tibb müəssisələri tərəfindən “üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması) şəxsiyyət pozuntusu, əhvalın üzvi mənşəli (affektiv) pozğunluğu, baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozğunluqları” diaqnozu qoyulmuşdur. Cavabdeh isə həmin diaqnoz əlillik əlaməti təyin etməməsi əsası ilə əlilliyin müəyyən edilməsindən imtina barədə qərar vermişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının yuxarıda qeyd edilən xəstəliklərin olması, həmin xəstəliklər əlilliyi müəyyən edilməsinə əsas verməsi kimi iddiaçının xeyrinə olan halları araşdırmadan əlillik müəyyən edilməsindən qanunsuz olaraq imtina etmiş və iddiaçıya əlillik müəyyən etməmişdir. Halbuki iddiaçıda olan xəstəliklər əlilliyin müəyyən edilməsi üçün yuxarıda istinad edilən qanunvericilik aktlarında nəzərdə tutulmuşdur. Yuxarıda istinad olunan qanunvericilik müddəalarına əsasən inzibati orqan olaraq cavabdeh inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından öz xidməti mövqeyinə görə yalnız iddiaçının əlillik əlaməti təyin edilən xəstəlikdən əziyyət çəkmədiyi halda mübahisələndirilən məzmunda qərar qəbul edə bilərdi. Məhkəmə tərəfindən təyin edilmiş ekspertiza nəticəsində təqdim edilmiş ekspert rəylərindən də görünür ki, İddiaçı Üzvi (İİ Qarabağ müharibəsi X9 nəticəsində) şəxsiyyət pozuntusu, tez tez baş verən dekompensasiyalar, funksional tutmalarla” (F07.0) aşkar olunur, üzvi mənşəli şəxsiyyət pozuntusunun tam reabilitasiya mümkün deyildir. Belə olan halda iddiaçının sağlam olmasına əsaslı sübutlar olmadığı halda, iddiaçının əlilliyi (xəstəliyi, qoyulmuş diaqnozu) ilə bağlı mövcud olmuş sübutları təkzib edən, diaqnozlarda əks olunan əlilliyin təyinatına əsas verən xəstəliklərdən sağalmasını sübuta yetirən sənəd və sübutlar mövcud olmadığı halda cavabdeh iddiaçının diaqnozunun əlillik əlaməti təyin etməməsinə dair qərar etmişdir, bununla da cavabdeh inzibati icraat zamanı iddiaçının əlilliyi ilə bağlı məsələnin həlli üçün əhəmiyyət kəsb edən faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamışdır, eyni zamanda inzibati orqanların inzibati praktikasına fiziki və hüquqi şəxslərin etimadının qanunla qorunması prinsipi pozulmuşdur. Məhkəmə “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli 3055 saylı ambulator məhkəmə psixiatrik ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, İddiaçı üzvi mənşəli şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalar diaqnozu ilə (İİ Qarabağ müharibəsi X9 nəticəsində) orqanizmin funksiyalarının pozulması faizi 35-60 olmaqla müddətsiz əlillik müəyyən edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı sağlamlıq imkanlarının pozulmasının faiz göstəricisini müəyyən etməklə əlilliyin müəyyən edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə tərəflər, dövlət rüsumu ödəməkdən azad olunurlar.
NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2, 32, 34, 68,69, 85,110-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. İddiaçı (üzvi mənşəli şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalar diaqnozu ilə (İİ Qarabağ müharibəsi X9 nəticəsində) orqanizmin funksiyalarının pozulması faizi 35-60 olmaqla müddətsiz) əlillik müəyyən edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Miminat Hacıbəyova