Məhkəmə qərarları › İş №2-1(112)-5839/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5839/2024

03.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5839/2024 03.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “aktiv döyüş əməliyyatlarında iştirakının 1 ayının 3 ay kimi hesablanması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “aktiv döyüş əməliyyatlarında iştirakının 1 ayının 3 ay kimi hesablanması” tələbinə dair iddiası üzrə inzibati işə 3 aprel 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.1984-xx.xx.2014-cü illərdə həqiqi hərbi xidmət keçmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət edərək, 1993-1994-cü illərdə aktiv döyüş əməliyyatlarında iştirak etdiyi dövrün bir ayının üç ay olmaqla hesablanmasını xahiş etmişdir. Cavabdeh müraciəti təmin etməkdən imtina etmiş və xx.xx.2023-cü il tarixli imtina məktubunda bildirmişdir ki, “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 23 noyabr tarixli 631 nömrəli Qərarına, habelə Müdafiə Nazirliyinin "Döyüş şəraitində olan hərbi hissə və bölmələrin tərkibinin müəyyənləşdirilməsi haqqında" əmrlərinə əsasən döyüş şəraitində döyüş əməliyyatlarında iştirak etmiş hərbi hissələrdə xidmət etmiş, həmçinin bu hərbi hissələrə xidməti tapşırıqla ezam edilmiş hərbi qulluqçuların xidmət illəri güzəştli qaydada sayılır. Sizin hərbi xidmətdə olduğunuz Hərbi Hava Qüvvələrinə aid olan 115, N və N nömrəli hərbi hissələr döyüş şəraitində (döyüş bölgəsində) olan hərbi hissələr hesab edilmədiyinə görə, bu hərbi hissələrdə xidmət illərinizin bir ayı üç ay kimi sayılmamışdır. Lakin təqdim etdiyiniz "Uçuş kitabça”nızın kserosurətində olan məlumatlara əsasən Sizin xx.xx.1993-cü il tarixdə 40 dəqiqə, xx.xx.1994-cü il tarixdə 37 dəqiqə, xx.xx.1994-cü il tarixdə 30 dəqiqə, xx.xx.1994-cü il tarixdə 01 saat 09 dəqiqə, xx.xx.1994cü il tarixdə 43 dəqiqə, xx.xx.1994-cü il tarixdə 37 dəqiqə, xx.xx.1994-cü il tarixdə 38 dəqiqə, xx.xx.1994-cü il tarixdə 35 dəqiqə, xx.xx.1994-cü il tarixdə 38 dəqiqə, xx.xx.1994cü il tarixdə 38 dəqiqə, xx.xx.1994-cü il tarixdə 01 saat 02 dəqiqə, xx.xx.1994-cü il tarixdə 27 dəqiqə və xx.xx.1994-cü il tarixdə 33 dəqiqə döyüş bölgələrinə həyata keçirdiyiniz 13 uçuş gününün bir günü üç gün kimi nəzərə alınmaqla ümumi xidmət illərinizə əlavə edilməsini məqsədə uyğun hesab edirik. Odur ki, yuxarıda qeyd etdiyimiz 13 günün birinci və ikinci qatları Sizə daha öncə tərəfimizdən hesablanaraq 30 il 10 ay 25 gün təşkil etmiş ümumi xidmət illərinizdə artıq nəzərə alındığından, bu müddətin yalnız bir qatı əlavə edilməklə ümumi xidmət illəriniz 30 il 11 ay 08 gün təşkil edir. Bu barədə məlumatlar yenidən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının elektron informasiya bazasına tərəfimizdən daxil edilərək yerləşdirilmişdir”. İddia tələbi, iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək, 1993-1994-cü illərdə aktiv döyüş əməliyyatlarında iştirakının bir ayının üç ay olmaqla hesablanmasına dair cavabdehin üzərinə öhdəlik qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Ordusunun polkovnik-leytenant rütbəli istefada olan zabiti, hərbi təyyarəçidir. 1985-2014-cü illər ərzində SSRİ və Azərbaycan Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir. xx.xx.2014-cü il tarixində Müdafiə nazirinin müvafiq əmri ilə “Hərbi Xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “b” bəndinə əsasən (yaşa görə) ehtiyata buraxılmış, hal-hazırda istefadadır. 1-ci Qarabağ Müharibəsi zamanı, 1993-1994-cü illərdə Hərbi Hava Qüvvələrində Azərbaycan Respublikası ərazilərinin Ermənistan Silahlı Qüvvələrinin işğalından azad olunması zamanı aktiv döyüş əməliyyatlarında “Su-24 MR” tayyarəsində pilot qismində döyüş uçuşları etmişdir. Həmin aylar pensiyasına hesablanarkən 1 (bir) ay 3 ay əvəzinə 2 (iki) ay kimi nəzərə alınıb, nəticədə ona az pensiya hesablanmışdır. Qanunvericiliyə görə pensiya təyinatı zamanı döyüş əməliyyatlarında iştirak etdiyi müddət güzəştli şərtlərlə, yəni həmin dövrdə qüvvədə olmuş qanunvericiliyə görə güzəştli xidmətin bir ayı üç ay olmaqla hesablanmalıdır. Cavabdehin etirazları: Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və yazılı etirazını təqdim etməmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçı, onun nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək rədd edilməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin mübahisələndirilməyən halları ondan ibarətdir ki, iddiaçı 1993-1994-cü illərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmiş, hərbi pilot kimi döyüş tapşırıqlarının yerinə yetirilməsi üçün hərbi uçuşlar həyata keçirmişdir. İddiaçıya Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı və vəsiqəsi verilmişdir. İşin mübahisələndirilən hallarına görə cavabdeh iddiaçının 1993-1994-cü illər üzrə həyata keçirdiyi uçuş dəqiqlələrini üç qat hesablamışdır. İddiaçı bununla razılaşmayaraq 1993-1994-cü illərdə aktiv döyüş əməliyyatlarında iştirakının 1 ayının 3 ay kimi hesablanmalı olduğunu hesab edərək, hazırkı iddianı qaldırmışdır. Məhkəmə aşağı qeyd olunalara əsasən cavabdehin imtinasını əsassız, iddiaçının iddiasını əsaslı hesab edir: Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin məlumatlarına əsasən: Sıravi İddiaçı Azərbaycan Resspublikası Müdafiə nazirinin xx.xx.1992-ci il tarixli 01299 №-li əmrinə əsasən “leytenant” hərbi rütbəsi verilərək pilot vəzifəsinə təyin olunduğundan N №-li hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 42 №-li əmrilə (əsas: §-1, səh-111) xx.xx.1992-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara salınaraq xidməti vəzifəsinin icrasına buraxılmışdır. N №-li hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 64 №-li əmrində (əsas: §-1, səh-12, əmrdə atasının adı yazılmamışdır) məğbulun nəticəsinə əsasən, leytenant İddiaçı A-29 təyyarəsində uçuşa icazə verilməsi barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 63 №-li əmrilə (əsas: §-1, səh- 51, sıra-2) pilot, leytenant İddiaçı xx.xx.1993-cü il tarixdən 08.0A.1993-cü il tarixədək N №li hərbi hissəyə yuxarı komandanlığın tapşırığını yerinə yetirmək üçün ezamiyyətə göndərilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 80 №-li əmrində (əsas: §-6, səh-66, sıra-1, əmrdə adı və atasının adı tam yazılmamışdır) pilot, leytenant İddiaçı ezamiyyətdən qayıtmış hesab edilərək xidməti vəzifəsinin icrasına buraxılması barədə məlumat vardır. Azərbaycan Respublikası Silahlı Qüvvələrin Baş Qərargah rəisinin xx.xx.1993-cü il tarixli 0157 №-li əmrinə əsasən, pilot, leytenant İddiaçı N №-li hərbi hissədə baş şturman vəzifəsinə təyin olunduğundan N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 95 №-li əmrilə (əsas: §-4, səli-77) xx.xx.1993-cü il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılaraq xidmətini davam etdirmək üçün N №-li hərbi hissəyə göndərilmişdir. Xidmətini davam etdirmək üçün N №-li hərbi hissədən gəlmiş, leytenant İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 164 №-li əmrilə (əsas: §-12, səh-39) xx.xx.1993-cü il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara salınaraq xx.xx.1993-cü il tarixdən baş şturman vəzifəsinin icrasına başlamış hesab edilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 183 №-li əmrində (əsas: §-2, səh-18, əmrdə adı və atasının adı tam yazılmamışdır, hərbi rütbəsi “baş leytenant” yazılmışdır, ezamiyyətə getmə səbəbi göstərilməmişdir) xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixədək baş leytenant İddiaçı N №-li hərbi hissəyə ezamiyyətə göndərildiyinə görə, qazan təminatından çıxarılması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 202 №-li əmrində (əsas: §-3, səh-38, əmrdə adı və atasının adı tam yazılmamışdır, hərbi rütbəsi “baş leytenant” yazılmışdır) baş leytenant İddiaçı ezamiyyətdən qayıtmış hesab edilərək xx.xx.1993-cü il tarixdən qazan təminatına qoyulması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 213 №-li əmrində (əsas: §-5, səh-11, əmrdə hərbi rütbəsi “baş leytenant” yazılmışdır, ezamiyyətə getmə səbəbi göstərilməmişdir) baş leytenant İddiaçı N №-li hərbi hissəyə ezamiyyətə göndərilərək xx.xx.1993-cü il tarixdən qazan təminatından çıxarılmışdır. N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 240 №-li əmrində (əsas: §-2, səh-45, əmrdə adı və atasının adı tam yazılmamışdır, hərbi rütbəsi “baş leytenant” yazılmışdır, ezamiyyətə getmə səbəbi göstərilməmişdir) baş leytenant İddiaçı N №-li hərbi hissəyə ezamiyyətə göndərildiyinə görə, qazan təminatından çıxarılması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 240 №-li əmrində (əsas: §-1, səh-45, əmrdə adı və atasının adı tam yazılmamışdır, hərbi rütbəsi “baş leytenant” yazılmışdır) baş leytenant İddiaçı N №-li hərbi hissədən ezamiyyətdən qayıtmış hesab edilərək qazan təminatına qoyulması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 12 №-li əmrində (əsas: §-6, səh-15, əmrdə adı və atasının adı tam yazılmamışdır, hərbi rütbəsi “baş leytenant” yazılmışdır) baş leytenant İddiaçı şturman praqramist vəzifəsinə təyin olunması qeyd edilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 39 №-li əmrində (əsas: §-1, səh-12, əmrdə adı və atasının adı tam yazılmamışdır, hərbi rütbəsi “baş leytenant” yazılmışdır) baş leytenant İddiaçı Bakı şəhərinə hospitala göndərildiyinə görə, xx.xx.1994cü il tarixdən qazan təminatından çıxarılması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 39 №-li əmrilə (əsas: §-3, səh- 40, əmrdə hərbi rütbəsi “baş leytenant” yazılmışdır) baş leytenant İddiaçı Bakı şəhərindən, hospitaldan qayıtmış hesab edilərək xx.xx.1994-cü il tarixdən qazan təminatına qoyulmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 60 №-li əmrində (əsas: §-1, səh-6, əmrdə hərbi rütbəsi “baş leytenant” yazılmışdır) baş leytenant İddiaçı aviasiya eskadrilində SU-24 MR təyyarəsində baş şturman vəzifəsinə təyin olunması qeyd edilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 133 №-li əmrində (əsas: §-1, səh-32, əmrdə hərbi rütbəsi “baş leytenant” yazılmışdır) SU-24 MR təyyarəsində 108-ci ekipajın tərkibində döyüş növbəsinə təyin olunması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx.xx.1995-ci il tarixli 135 №-li əmrində (əsas: §-19, səh-30, əmrdə hərbi rütbəsi “baş leytenant” yazılmışdır) baş leytenant İddiaçı SU-24 MR aviasiya təyyarəsində baş şturman vəzifəsinə təyin olunması qeyd olunmuşdur. N Nə-li hərbi hissə komandirinin sərəncamında olan, baş leytenant İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.1997-ci il tarixli 176 №-li əmrilə (əsas: §-6, səh-10, əmrdə hərbi rütbəsi “baş leytenant” yazılmışdır) Türkiyə Respublikasının Hava Hərbi Akademiyasını xx.xx.1997-ci il tarixdə bitirmiş hesab edilərək hərbi hissənin aviasiya eskadriyasının şturmanı vəzifəsinə təyin olunmuşdur. N №-li hərbi hissə komandirinin 2010-cu il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2010-cu ul tarixli 0443 №-li əmrinə əsasən, polkovnik-leytenant İddiaçı aviasiya komendantlığının (Sitalçay) rəisi ‘'əzifəsinə təyin edildiyinə görə, N №-li hərbi hissə komandirinin xx.xx.2010-cu il tarixli 253 №-li əmrilə (əsas: §-7, səh-131, əmrdə hərbi rütbəsi “polkovnik-leytenant” yazılmışdır) xidmətini davam etdirmək üçün N №-li hərbi hissədən gəlmiş hesab edilərək xx.xx.2010-cu il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara salınmış və vəzifəsinin icrasına başlamışdır. Qeyd edirik ki, N №-li hərbi hissə komandirinin 2014-cü il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. N №-li hərbi hissə komandirinin 1992-1993-cü il tarixli nizami hissə üzrə əmrlərində hərbi hissənin dislokasiya yeri “ aer. Sanqaçal”, Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan N №-li hərbi hissə komandirinin 1993-2004-cü il tarixli əmrlərində hərbi hissənin dislokasiya yeri “Kürdəmir şəhəri”, N №-li hərbi hissə komandirinin 2010-cü il tarixli nizami hissə üzrə əmrlərində hərbi hissənin dislokasiya yeri “H.Zeynalabdin qəsəbəsi” yazılmışdır. - Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı” qovluğunda 115, 411, N №-li hərbi hissələrin döyüş əməliyyatlarında iştirakı barədə məlumat qeyd edilməmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin 1995-2014-cü il tarixli əmrlərində 115, 411, N №-li hərbi hissələrin döyüş əməliyyatları şəraitində hesab edilməsi barədə məlumat aşkar olunmamışdır. “Uçuş kitabçası”na əsasən iddiaçı xx.xx.1993-cü il tarixdə 40 dəqiqə, xx.xx.1994-cü il tarixdə 37 dəqiqə, xx.xx.1994-cü il tarixdə 30 dəqiqə, xx.xx.1994-cü il tarixdə 01 saat 09 dəqiqə, xx.xx.1994-cü il tarixdə 43 dəqiqə, xx.xx.1994-cü il tarixdə 37 dəqiqə, xx.xx.1994cü il tarixdə 38 dəqiqə, xx.xx.1994-cü il tarixdə 35 dəqiqə, xx.xx.1994-cü il tarixdə 38 dəqiqə, xx.xx.1994-cü il tarixdə 38 dəqiqə, xx.xx.1994-cü il tarixdə 01 saat 02 dəqiqə, xx.xx.1994-cü il tarixdə 27 dəqiqə və xx.xx.1994- cü il tarixdə 33 dəqiqə döyüş bölgələrinə 13 uçuş həyata keçirmişdir. N saylı hərbi hissə tərəfindən iddiaçıya M/V 015215 №-li müharibə veteranı vəsiqəsi verilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: 1.0.3. hərbi qulluqçular - Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir; 1.0.5. təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir; 22.4-cü maddəsinə əsasən, hərbi xidmət müddətinin və təminat xərcliyinin hesablanması və bu barədə məlumatların təqdim olunması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın: 1-ci hissəsinə əsasən, bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçular və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslər - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində xidmət etmiş xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra – Fond) təqdim olunması qaydalarını müəyyən edir; 2-ci hissəsinə əsasən, bu Qaydaların 1-ci hissəsində nəzərdə tutulmuş hərbi və xüsusi rütbəli şəxslərin (bundan sonra – hərbi və xüsusi rütbəli şəxslər) təminat xərcliyi (pul təminatı) həmin şəxslərin sonuncu xidmət keçdiyi orqan tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 1.0.5-ci maddəsinə uyğun olaraq hesablanır. “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun: Maddə 1. Pensiya təminatı hüququ Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının, başqa hərbi birləşmələrin zabit heyəti, gizirləri, miçmanları və müddətindən artıq xidmət hərbi qulluqçuları, müvafiq icra hakimiyyəti orqanlarının sıravi və rəis heyəti bu Qanunla müəyyən edilmiş müddət ərzində hərbi xidmət və orqanlarda xidmət etdikdə ömürlük pensiya hüququna malik olurlar. ... Müddətli xidmət hərbi qulluqçularının və onların ailə üzvlərinin pensiya təminatı qaydası “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) 68-ci maddəsinə əsasən pensiya almaq hüququ verən iş stajına aşağıdakı dövrlər güzəştli şərtlə daxil edilir: döyüş əməliyyatları dövründə döyüşən ordunun tərkibində xidmət və muzdla iş dövrü, eləcə də Azərbaycan Respublikasının Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq müddəti - üçqat ölçüdə; ... Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 23 noyabr tarixli 631 nömrəli Qərarının (1 iyul 2005-ci il tarixədək qüvvədə olmuş redaksiyası):

2. Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına daxili işlər və ədliyyə orqanlarının rəis və sıravi heyətinə mənsub pensiya hüququna malik şəxslərə pensiya təyin olunması üçün aşağıdakılar uzun müddət xidmətə güzəştli şərtlərlə aid edilsin: a) xidmətin bir ayı üç ay sayılmaqla: Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və müstəqilliyi uğrunda döyüş əməliyyatlarında iştirak dövrləri; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 mart 2014-cü il tarixli “Hərbi qulluqçuların pensiya təminatı haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunlarının bəzi müddəalarının zamana görə tətbiq edilməsi baxımından şərh edilməsinə dair” Qərarında göstərilmişdir ki, “...Həmçinin “Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavə və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 1 iyul tarixli Qərarına əsasən Nazirlər Kabinetinin 1992-ci il 23 noyabr tarixli Qərarına dəyişiklik edilərək döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edənlərin bir xidmət ilinin iki xidmət ili (bir xidmət gününün iki xidmət günü) kimi hesablanması müəyyən edilmişdir. Göründüyü kimi, yuxarıda qeyd olunan qanunvericilik aktlarına edilmiş bu dəyişikliklərlə hərbi qulluqçuların pensiya hüququnun əldə edilməsi ilə bağlı xidmət illərinin hesablanması qaydasının güzəştli şərtləri ləğv edilmişdir. Həmin dəyişiklikdən əvvəl xidmət illərinə görə pensiya hüququnun əldə edilməsi üçün ümumilikdə 20 il hərbi xidmət stajı (güzəştli hesablanma daxil olmaqla) tələb olunduğu halda, bu dəyişiklikdən sonra belə hüququn əldə edilməsi üçün 20 təqvim ili tələb olunurdu. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, pensiyaların növlərinin, onların hesablanmasının, pensiyaların təyin və əldə edilməsinin, həmçinin bəzi kateqoriya vətəndaşlara güzəştli şərtlərlə pensiyanın təyin edilməsinin ümumi əsaslarının və qaydalarının tənzimlənməsində, habelə bu sahədə mövcuq qanunvericiliyə dəyişikliklərin edilməsində qanunverici Konstitusiyanın tələblərini nəzərə almaqla mülahizə sərbəstliyinə malikdir. Konstitusiya Məhkəməsi Plenumunun bununla bağlı formalaşdırdığı hüquqi mövqeyə əsasən sosial hüquqların hüquqi təbiəti ilə əlaqədar nəzərə alınmalıdır ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi, iqtisadi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə əlaqəlidir. (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.1 və 8.3-cü maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 1 dekabr 2010-cu il tarixli Qərar). Bununla belə, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, şəxsin pensiya hüququnun əldə edilməsi ilə bağlı yeni hüquqi tənzimlənmənin qüvvəyə minməsinə qədər qüvvədə olan qanunvericiliyin tələblərinə müvafiq qaydada əldə edilmiş pensiya hüququ saxlanılmalıdır. Belə ki, “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunun 1-ci maddəsinin birinci hissəsinə görə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının, başqa hərbi birləşmələrin zabit heyəti, gizirləri, miçmanları və müddətindən artıq xidmət hərbi qulluqçuları, müvafiq icra hakimiyyəti orqanlarının sıravi və rəis heyəti bu Qanunla müəyyən edilmiş müddət ərzində hərbi xidmət və orqanlarda xidmət etdikdə ömürlük pensiya hüququna malik olurlar. Bundan əlavə, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə görə bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Göründüyü kimi, qanunverici “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunla şəxsin müəyyən edilmiş müddət ərzində hərbi xidmət və orqanlarda xidmət etdikdə ömürlük pensiya hüququna malik olmasını müəyyən etmiş, “Əmək pensiyaları haqqında” Qanunla isə bu şəxslərə pensiyaların əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş qaydada təyin edilməsini nəzərdə tutmuşdur. Beləliklə, vətəndaşın pensiya təminatı sahəsində hüquqları onun qanunvericilik qaydasında tanınan əmək və ya digər ictimai faydalı fəaliyyətindən irəli gəldiyindən, dövlət bu hüququ artıq əldə etmiş vətəndaşa münasibətdə müəyyən vəzifələr daşıyır. Bu baxımdan, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, 2004-cü il 1 sentyabr tarixli Qanun qüvvəyə mindiyi günədək (yəni 2004-cü il 13 sentyabr tarixinədək) xidmət illərinə görə güzəştli şərtlərlə ömürlük pensiya hüququ əldə etmiş hərbi qulluqçulara pensiyanın təyin edilməsi həmin hüququn əldə edildiyi zaman qüvvədə olan “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunda müəyyən edilmiş tələblərə müvafiq həyata keçirilməlidir. Məsələnin başqa qaydada tənzimlənməsi dövlətin hüquqi münasibətlərin müəyyən bir sahəsində əvvəllər mövcud olmuş qanunvericilik tənzimlənməsindən irəli gələn publik-hüquq öhdəliklərindən imtina etməsi kimi qiymətləndirilə bilər. Xidmət illərinə görə güzəştli şərtlərlə ömürlük pensiya hüququ əldə etmiş hərbi qulluqçulara pensiyanın fərqli və daha əlverişsiz şərtlərlə təyin edilməsi Konstitusiyanın 12 və 16-cı maddələrində təsbit edilmiş Azərbaycan Respublikasının sosial dövlət kimi bəyan edilməsinə dair müddəaların, Konstitusiyanın 38-ci maddəsində təsbit edilmiş sosial təminat hüququnun, habelə Konstitusiyanın Preambulasından irəli gələn qanunun aliliyinin əsas elementlərindən biri olan hüquqi müəyyənlik prinsipinin və onun mühüm elementi olan vətəndaşların qanuna olan etimadının gözlənilməsi prinsipinin pozulmasına səbəb olar. Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd etməyi zəruri hesab edir ki, insan hüquqlarının, o cümlədən sosial hüquqların həyata keçirilməsinin əsasını təşkil edən ədalət və hüquqi müəyyənlik prinsipləri qanunvericilik siyasətinin əvvəlcədən gözlənilən olmasını tələb edir. Hüquqi müəyyənlik prinsipi müvafiq hüquq münasibətlərinin iştirakçılarında öz davranışlarının nəticələrini ağlabatan hüdudlarda qabaqcadan bilməsi və özlərinin rəsmi tanınmış hüquqi statusunun, əldə edilmiş hüquqlarının dəyişilməməzliyində əminlik yaratmaqla, dövlətin hüquq siyasətinə etibarını artırır. Qeyd edilməlidir ki, Azərbaycan Respublikasında aparılan pensiya islahatları çərçivəsində 2006-cı il 7 fevral tarixində “Əmək pensiyaları haqqında” Qanun qəbul edilmişdir. Bu Qanun Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsaslarını, bu hüquqların həyata keçirilməsi qaydalarını və əmək pensiyası təminatı sistemini müəyyən edir. Yeni pensiya qanunvericiliyində əmək pensiyasının üç növü – yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyası nəzərdə tutulmuşdur. (“Əmək pensiyaları haqqında” Qanunun 4.1-ci maddəsi)...” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarında göstərilmişdir ki, “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavə edilməsi barədə” Azərbaycan Respublikasının 2004-cü il 1 sentyabr tarixli 728-İİQD nömrəli Qanunu qüvvəyə mindiyi günədək xidmət illərinə görə güzəştli şərtlərlə ömürlük pensiya hüququ əldə etmiş hərbi qulluqçulara pensiyanın təyin edilməsi həmin hüququn əldə edildiyi zaman qüvvədə olmuş “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş tələblərə müvafiq həyata keçirilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının 2006-cı il 7 fevral tarixli Qanununun 20.14.1-ci maddəsi ilə hərbi qulluqçuların pensiyasına qulluq stajına görə əlavələr hesablanarkən “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının 1992-ci il 29 aprel tarixli Qanunu qüvvədə olduğu dövrdə hərbi xidmət və ya orqanlarda xidmət etmiş hərbi qulluqçulara hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmalıdır”. Məhkəmə cavabdehin imtinasında göstərdiyi birinci dəlillə, yəni iddiaçının xidmət etdiyi hərbi hissələrin döyüş şəraitində (döyüş bölgəsində) olan hərbi hissələr hesab edilməməsi ilə bağlı qeyd edir ki, cavabdeh özü imtina məktubunda bu dəlilə ziddiyətli hal göstərərək iddiaçının uçuş günlərinin bir gününü, 3 gün kimi hesablamışdır. Məhkəmə qeyd edir ki, iddiaçının ezam olunduğu hərbi hissələr Hərbi Hava qüvvələrinə məxsus hərbi hissələr olduğundan həmin hərbi hissələrin döyüş bölgələrində yerləşməməsi kimi cavabdeh Nazirliyin dəlili başadüşülən deyil. Məhkəmə iddiaçının döyüş bölgələrində həyata keçirdiyi uçuş vaxtlarının hesablanması ilə bağlı qeyd edir ki, yuxarıda sadalanan qanunvericilik aktlarına və Konstitusiya Məhkəməsi Plenumunun qərarında ifadə edilmiş hüquqi mövqeyə əsasən, iddiaçının döyüş tapşırığının icrası ilə bağlı etdiyi uçuşların müddəti, həmin vaxt qüvvədə olan qanunvericiliyə görə hesablanmalıdır. “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) 68-ci maddəsinə əsasən (1 sentyabr 2005-ci il tarixədək qüvvədə olmuş redakasiyada) pensiya almaq hüququ verən iş stajına aşağıdakı dövrlər güzəştli şərtlə daxil edilir: döyüş əməliyyatları dövründə döyüşən ordunun tərkibində xidmət və muzdla iş dövrü, eləcə də Azərbaycan Respublikasının Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq müddəti - üçqat ölçüdə; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 23 noyabr tarixli 631 nömrəli Qərarının (1 iyul 2005-ci il tarixədək qüvvədə olmuş redaksiyası):

2. Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına daxili işlər və ədliyyə orqanlarının rəis və sıravi heyətinə mənsub pensiya hüququna malik şəxslərə pensiya təyin olunması üçün aşağıdakılar uzun müddət xidmətə güzəştli şərtlərlə aid edilsin: a) xidmətin bir ayı üç ay sayılmaqla: İddiaçı 1993-1994-cü illərdə aktiv döyüş əməliyyatlarında iştirak etdiyi dövrün bir ayının 3 ay kimi hesablanmasını xahiş edir ki, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 23 noyabr tarixli 631 nömrəli Qərarının tələblərinə əsasən güzəştli xidmət dövrünün bir ayının üç ay kimi hesablanması təsbit edilmişdir. Cavabdeh isə, bundan imtina edərək qanunvericiliyin tələblərinə əməl etməmişdir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddiaçının tələbi əsaslı olmaqla yuxarıda sadalanan qanunvericiliyin tələblərinə uyğun olduğundan təmin edilməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə,

qərara aldı:

İddia təmin edilsin. İddiaçı 1993-1994-cü illərdə aktiv döyüş əməliyyatlartında iştirakının bir ayının üç ay olmaqla hesablanması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar