Məhkəmə qərarları › İş №2-1(112)-5843/2020

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5843/2020

22.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5843/2020 22.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İsmayılov Teymur Rauf oğlunun katibliyi ilə, tərəflərin iştirakı olmadan, iddiaçılar İddiaçı1 və digərlərinin cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı “İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsində nəzərdə tutulmuş sərbəst toplaşmaq azadlığını pozan cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin xx xxxxxx 2020-ci il tarixli, Ə-S08-003 saylı məktubu qanunsuz hesab edilməsi və həmin hüququn təmin edilməsi cavabdehə həvalə edilməsi, vurulmuş mənəvi zərərin əvəzi olaraq Əhmədovlara 40000 manat pulun tutulması, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8 və İddiaçı9 Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsində nəzərdə tutulmuş sərbəst toplaşmaq azadlığını pozan cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin müraciətə cavab verməməsi qanunsuz hesab edilməsi və həmin hüququn təmin edilməsi cavabdehə həvalə edilməsi, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8 və İddiaçı9 xeyrinə vurulmuş mənəvi zərərin əvəzi olaraq ümumilikdə 50000 manat pulun tutulması, İddiaçı10, İddiaçı11, İddiaçı12, X1 və İddiaçı14 Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsində nəzərdə tutulmuş sərbəst toplaşmaq azadlığını pozan cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin xx xxxxxx 2020-ci il tarixli, 1-S14-003 saylı məktubu qanunsuz hesab edilməsi və həmin hüququn təmin edilməsi cavabdehə həvalə edilməsi, İddiaçı10, İddiaçı11, İddiaçı12, X1 və İddiaçı14 xeyrinə vurulmuş mənəvi zərərin əvəzi olaraq ümumilikdə 50000 manat pulun tutulması, İddiaçı15, İddiaçı16, İddiaçı17 və İddiaçı18 Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsində nəzərdə tutulmuş sərbəst toplaşmaq azadlığını pozan cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin xx xxxxxx 2020-ci il tarixli, 1-S15-003 saylı məktubu qanunsuz hesab edilməsi və həmin hüququn təmin edilməsi cavabdehə həvalə edilməsi, İddiaçı15, İddiaçı16, İddiaçı17 və İddiaçı18 xeyrinə vurulmuş mənəvi zərərin əvəzi olaraq ümumilikdə 40000 manat pulun tutulması, İddiaçı19 Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsində nəzərdə tutulmuş sərbəst toplaşmaq azadlığını pozan cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin xx xxxxxx 2020-ci il tarixli, İ-176-003 saylı məktubu qanunsuz hesab edilməsi və həmin hüququn təmin edilməsi cavabdehə həvalə edilməsi, İddiaçı19 xeyrinə vurulmuş mənəvi zərərin əvəzi olaraq 10000 manat pulun tutulması” barədə iddia ərizəsi üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 və digərləri cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı “İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsində nəzərdə tutulmuş sərbəst toplaşmaq azadlığını pozan cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin xx xxxxxx 2020-ci il tarixli, Ə-S08-003 saylı məktubu qanunsuz hesab edilməsi və həmin hüququn təmin edilməsi cavabdehə həvalə edilməsi, vurulmuş mənəvi zərərin əvəzi olaraq Əhmədovlara 40000 manat pulun tutulması, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8 və İddiaçı9 Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsində nəzərdə tutulmuş sərbəst toplaşmaq azadlığını pozan cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin müraciətə cavab verməməsi qanunsuz hesab edilməsi və həmin hüququn təmin edilməsi cavabdehə həvalə edilməsi, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8 və İddiaçı9 xeyrinə vurulmuş mənəvi zərərin əvəzi olaraq ümumilikdə 50000 manat pulun tutulması, İddiaçı10, İddiaçı11, İddiaçı12, X1 və İddiaçı14 Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsində nəzərdə tutulmuş sərbəst toplaşmaq azadlığını pozan cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin xx xxxxxx 2020-ci il tarixli, 1-S14-003 saylı məktubu qanunsuz hesab edilməsi və həmin hüququn təmin edilməsi cavabdehə həvalə edilməsi, İddiaçı10, İddiaçı11, İddiaçı12, X1 və İddiaçı14 xeyrinə vurulmuş mənəvi zərərin əvəzi olaraq ümumilikdə 50000 manat pulun tutulması, İddiaçı15, İddiaçı16, İddiaçı17 və İddiaçı18 Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsində nəzərdə tutulmuş sərbəst toplaşmaq azadlığını pozan cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin xx xxxxxx 2020-ci il tarixli, 1-S15-003 saylı məktubu qanunsuz hesab edilməsi və həmin hüququn təmin edilməsi cavabdehə həvalə edilməsi, İddiaçı15, İddiaçı16, İddiaçı17 və İddiaçı18 xeyrinə vurulmuş mənəvi zərərin əvəzi olaraq ümumilikdə 40000 manat pulun tutulması, İddiaçı19 Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsində nəzərdə tutulmuş sərbəst toplaşmaq azadlığını pozan cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin xx xxxxxx 2020-ci il tarixli, İ-176-003 saylı məktubu qanunsuz hesab edilməsi və həmin hüququn təmin edilməsi cavabdehə həvalə edilməsi, İddiaçı19 xeyrinə vurulmuş mənəvi zərərin əvəzi olaraq 10000 manat pulun tutulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçılara məxsus evlərin sökülməsi ilə bağlı müvafiq kompensasiyanın ödənilməməsi ilə əlaqədar olaraq etiraz əlaməti olaraq və sərbəst toplaşmaq azadlığından istifadə edərək Yasamal rayon İcra Hakimiyyətinin yerləşdiyi inzibati binasının qarşısında piket keçirmək qərarına gəlmişlər. İddiaçılar müxtəlif tarixlərdə piket keçirilməsinə dair cavabdeh Bakı şəhəri İcra Hakimiyyətinə müraciət etmişlər. Bakı şəhər İcra Hakimiyyəti iddiaçıların ərizələrinə cavab olaraq ünvanladığı məktublarında bildirmişdir ki, planlaşdırdıqları toplantıların keçirilməsi məqsdəuyğun hesab edilmir.İddiaçılar Bakı şəhər İcra Hakimiyyətinin cavab-məktublarını qanunsuz hesab etmişlər. İddiaçılar qaldırdığı iddia ilə cavabdehin sərbəst toplaşma azadlığını pozan məktubların qanunsuz hesab edilməsini və həmin hüququn təmin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması və vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2. –ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia);2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); 2.2.4. inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia); 2.2.5. inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia); 2.2.6. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aid olan məsələlər istisna olmaqla, normativ xarakterli aktların qanunauyğunluğunun yoxlanılmasına dair iddialara (qanunauyğunluq haqqında iddia);2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara;2.2.8. bələdiyyələrin inzibati nəzarət orqanlarının hərəkətlərinə qarşı və ya inzibati nəzarət orqanlarının bələdiyyələrə qarşı iddialarına;2.2.9. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq bankın sağlamlaşdırılması, rezolyusiyası çərçivəsində verdiyi, bankın məcburi ləğvi və ləğvedicinin təyin edilməsi, bankın iflas proseduruna başlanması, bankın kapitalında mühüm iştirak payı olan şəxsin payının özgəninkiləşdirilməsi və ya bank tərəfindən geri alınması və digər nəzarət tədbirləri ilə bağlı maliyyə bazarlarına nəzarət orqanının ərizələrinə. Göründüyü kimi, hazırkı iddianın Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1- 2.2.9-cu maddələrində nəzərdə tutulmuş iddia tələblərindən hər hansı birinə uyğunluğu müəyyən olunmur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir.İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir. İnzibati işin materiallarından göründüyü kimi İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 “Piket keçirilməsinə dair müraciət ” təqdim edərək, xx xxxxxx 2020-ci il tarixdə saat 11-00 da Bakı şəhər Yasamal rayon İcra Hakimiyyətinin yerləşdiyi inzibati binasının qarşısında piket formasında 15 dəqiqə ara məsafəsi saxlamaqla və tibbi maska taxmaqla aksiya keçirilməsinin planlaşdırılması barədə xx xxxx 2020-ci ildə yazıl şəkildə Bakı şəhər İcra Hakimiyyətini xəbərdar etmişlər. İş materiallarından göründüyü kimi, iddiaçılar İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9 “Piket keçirilməsinə dair müraciət ” təqdim edərək, xx xxxxxx 2020-ci il tarixdə saat 11-05 da Bakı şəhər Yasamal rayon İcra Hakimiyyətinin yerləşdiyi inzibati binasının qarşısında piket formasında 15 dəqiqə ara məsafəsi saxlamaqla və tibbi maska taxmaqla aksiya keçirilməsinin planlaşdırılması barədə xx xxxx 2020-ci ildə yazıl şəkildə Bakı şəhər İcra Hakimiyyətini xəbərdar etmişlər. İş materiallarından göründüyü kimi, iddiaçılar İddiaçı10, İddiaçı11, İddiaçı12, X2, İddiaçı14 “Piket keçirilməsinə dair müraciət ” təqdim edərək, xx xxxxxx 2020-ci il tarixdə saat 11-30 da Bakı şəhər Yasamal rayon İcra Hakimiyyətinin yerləşdiyi inzibati binasının qarşısında piket formasında 15 dəqiqə ara məsafəsi saxlamaqla və tibbi maska taxmaqla aksiya keçirilməsinin planlaşdırılması barədə xx xxxx 2020-ci ildə yazıl şəkildə Bakı şəhər İcra Hakimiyyətini xəbərdar etmişlər. İş materiallarından göründüyü kimi, iddiaçılar İddiaçı15, İddiaçı16, İddiaçı17, İddiaçı18 Namiq qızı “Piket keçirilməsinə dair müraciət ” təqdim edərək, xx xxxxxx 2020-ci il tarixdə saat 12-00 da Bakı şəhər Yasamal rayon İcra Hakimiyyətinin yerləşdiyi inzibati binasının qarşısında piket formasında 15 dəqiqə ara məsafəsi saxlamaqla və tibbi maska taxmaqla aksiya keçirilməsinin planlaşdırılması barədə xx xxxx 2020-ci ildə yazıl şəkildə Bakı şəhər İcra Hakimiyyətini xəbərdar etmişlər. İş materiallarından göründüyü kimi, İddiaçı19 “Piket keçirilməsinə dair müraciət ” təqdim edərək, xx xxxxxx 2020-ci il tarixdə saat 11-00 da Bakı şəhər Yasamal rayon İcra Hakimiyyətinin yerləşdiyi inzibati binasının qarşısında piket formasında 15 dəqiqə ara məsafəsi saxlamaqla və tibbi maska taxmaqla aksiya keçirilməsinin planlaşdırılması barədə xx xxxxxx 2020-ci ildə yazıl şəkildə Bakı şəhər İcra Hakimiyyətini xəbərdar etmişdir. Cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının İddiaçı1 və digərlərinə ünvanlanmış Ə-S08-003 nömrəli, xx.xx.2020-cİ il tarixli məktubu ilə bildirilmişdir: “Sizin Bakı şəhər İcra Hakimiyyətinə ünvanladığınız xx.xx.2020-ci il tarixdə piket keçirməklə bağlı xx.xx.2020-ci il tarixli müraciətinzə Bakı şəhər İcra Hakimiyyətində baxılmışdır. Toplantı keçirilməsi haqqında müraciətinizə cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Operativ Qərargah tərəfindən ölkə ərazisində xx xxxxxx 2020-ci il tarixədək xüsusi karantin rejimi tətbiq edilmişdir. Mövcud epidemioloji vəziyyətlə əlaqədər olaraq müraciətinizdə qeyd etdiyiniz məsələ ilə bağlı aksiya keçirmək deyil, aidiyyəti üzrə müraciət etməyinizi tövsiyə edirik. Qeyd olunanı nəzərə alaraq xx xxxxxx 2020-ci il tarixlərində Yasamal rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısında planlaşdırdığınız toplantının keçirilməsini məqsədəuyğun hesab etmirik”. Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının İddiaçı11 və digərlərinə ünvanlanmış İ-S14- 003 nömrəli, xx.xx.2020-cİ il tarixli məktubu ilə bildirilmişdir: “Sizin Bakı şəhər İcra Hakimiyyətinə ünvanladığınız xx.xx.2020-ci il tarixdə piket keçirməklə bağlı xx.xx.2020-ci il tarixli müraciətinzə Bakı şəhər İcra Hakimiyyətində baxılmışdır. Toplantı keçirilməsi haqqında müraciətinizə cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Operativ Qərargah tərəfindən ölkə ərazisində xx xxxxxx 2020-ci il tarixədək xüsusi karantin rejimi tətbiq edilmişdir. Mövcud epidemioloji vəziyyətlə əlaqədər olaraq müraciətinizdə qeyd etdiyiniz məsələ ilə bağlı aksiya keçirmək deyil, aidiyyəti üzrə müraciət etməyinizi tövsiyə edirik. Qeyd olunanı nəzərə alaraq xx xxxxxx 2020-ci il tarixlərində Yasamal rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısında planlaşdırdığınız toplantının keçirilməsini məqsədəuyğun hesab etmirik”. Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının İddiaçı16 və digərlərinə ünvanlanmış İ-S15- 003 nömrəli, xx.xx.2020-cİ il tarixli məktubu ilə bildirilmişdir: “Sizin Bakı şəhər İcra Hakimiyyətinə ünvanladığınız xx.xx.2020-ci il tarixdə piket keçirməklə bağlı xx.xx.2020-ci il tarixli müraciətinzə Bakı şəhər İcra Hakimiyyətində baxılmışdır. Toplantı keçirilməsi haqqında müraciətinizə cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Operativ Qərargah tərəfindən ölkə ərazisində xx xxxxxx 2020-ci il tarixədək xüsusi karantin rejimi tətbiq edilmişdir. Mövcud epidemioloji vəziyyətlə əlaqədər olaraq müraciətinizdə qeyd etdiyiniz məsələ ilə bağlı aksiya keçirmək deyil, aidiyyəti üzrə müraciət etməyinizi tövsiyə edirik. Qeyd olunanı nəzərə alaraq xx xxxxxx 2020-ci il tarixlərində Yasamal rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısında planlaşdırdığınız toplantının keçirilməsini məqsədəuyğun hesab etmirik”. Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının İddiaçı19 və digərlərinə ünvanlanmış İ-176- 003 nömrəli, xx.xx.2020-cİ il tarixli məktubu ilə bildirilmişdir: “Sizin Bakı şəhər İcra Hakimiyyətinə ünvanladığınız xx.xx.2020-ci il tarixdə piket keçirməklə bağlı xx.xx.2020-ci il tarixli müraciətinzə baxılmışdır. Toplantı keçirilməsi haqqında müraciətinizə cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Operativ Qərargah tərəfindən ölkə ərazisində xx xxxxxx 2020-ci il tarixədək xüsusi karantin rejimi tətbiq edilmişdir. Mövcud epidemioloji vəziyyətlə əlaqədər olaraq müraciətinizdə qeyd etdiyiniz məsələ ilə bağlı aksiya keçirmək deyil, aidiyyəti üzrə müraciət etməyinizi tövsiyə edirik. Qeyd olunanı nəzərə alaraq xx xxxxxx 2020-ci il tarixlərində Yasamal rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısında planlaşdırdığınız toplantının keçirilməsini məqsədəuyğun hesab etmirik”. İddiaçılar cavabdehin qeyd edilən məktublarında qeyd edilənləri piket keçirilməsinin qadağan edilməsi kimi qiymətləndirərək Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2020-ci il tarixli, Ə-S08-003 nömrəli, İ-S14-003 nömrəli, İ-S15-003 nömrəli və xx xxxxxx 2020-ci il tarixli İ-176- 003 nömrəli məktublarında əksini tapmış qərarların qanunsuz hesab edilməsi tələbi ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə hesab edir ki, cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2020-ci il tarixli, Ə-S08-003 nömrəli, İ-S14-003 nömrəli, İ-S15-003 nömrəli və xx xxxxxx 2020-ci il tarixli İ-176- 003 nömrəli məktublarında “planlaşdırdığınız toplantının keçirilməsi məqsədəuyğun hesab edilmir” ifadəsi inzibati orqanın qadağanedici hərəkəti deyildir, iddiaçılarının etiraz aksiyalarının keçirilməsinin məqsədəuyğun olmaması barədə cavabdehin mövqeyidir. “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinin İ hissəsinə əsasən bu Qanunun 3-cü maddəsində sadalanan toplantıların hər hansı birini təşkil edən şəxs və ya şəxslər bu barədə müvafiq icra hakimiyyəti orqanını qabaqcadan yazılı surətdə xəbərdar etməlidirlər. Xəbərdarlıq nəzərdə tutulmuş toplantı ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən zəruri tədbirlərin görülməsi məqsədi ilə onun yeri və vaxtının, küçə yürüşünün isə marşrutunun razılaşdırılması üçün toplantının keçiriləcəyi gündən, bir qayda olaraq, azı 5 iş günü əvvəl təqdim edilməlidir. Xəbərdarlığın nəzərdə tutulmuş toplantının keçiriləcəyi gündən 5 iş günündən az müddətdə təqdim edilməsi təşkilatçılar tərəfindən əsaslandırılmalıdır. Göründüyü kimi qanunvericilikdə toplantıların keçirilməsi üçün toplantıları təşkil edən şəxslərin müvafiq icra hakimiyyəti orqanına əvvəlcədən toplantının keçirilməsi haqqında xəbərdarlıq etməli olması nəzərdə tutulmuşdur. Bu halda iddiaçının “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinin İ hissəsinə əsasən piket keçiriləcəyi barədə etdiyi xəbərdarlıqla bağlı cavabdehin piketin keçirilməsinin məqsədəuyğun hesab edilməməsi barədə bildirdiyi mövqe ilə iddiaçıların hər hansı bir subyektiv hüququ, o cümlədən sərbəst toplaşmaq hüquqları pozulmur, belə cavabdehin öz mövqeyini ifadə etməsi onun hüququdur və qadağanedici hərəkət hesab edilə bilməz. Bundan başqa iddiaçılar mənəvi ziyanın ödənilməsi tələbi ilə məhkəmədə iddia qaldırılmazdan əvvəl bu haqda cavabdehə müraciət etməsinə dair sübutu məhkəməyə təqdim etməmişlər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1 və digərlərinin cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı “İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsində nəzərdə tutulmuş sərbəst toplaşmaq azadlığını pozan cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin xx xxxxxx 2020-ci il tarixli, Ə-S08- 003 saylı məktubu qanunsuz hesab edilməsi və həmin hüququn təmin edilməsi cavabdehə həvalə edilməsi, vurulmuş mənəvi zərərin əvəzi olaraq Əhmədovlara 40000 manat pulun tutulması, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8 və İddiaçı9 Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsində nəzərdə tutulmuş sərbəst toplaşmaq azadlığını pozan cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin müraciətə cavab verməməsi qanunsuz hesab edilməsi və həmin hüququn təmin edilməsi cavabdehə həvalə edilməsi, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8 və İddiaçı9 xeyrinə vurulmuş mənəvi zərərin əvəzi olaraq ümumilikdə 50000 manat pulun tutulması, İddiaçı10, İddiaçı11, İddiaçı12, X1 və İddiaçı14 Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsində nəzərdə tutulmuş sərbəst toplaşmaq azadlığını pozan cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin xx xxxxxx 2020-ci il tarixli, 1-S14- 003 saylı məktubu qanunsuz hesab edilməsi və həmin hüququn təmin edilməsi cavabdehə həvalə edilməsi, İddiaçı10, İddiaçı11, İddiaçı12, X1 və İddiaçı14 xeyrinə vurulmuş mənəvi zərərin əvəzi olaraq ümumilikdə 50000 manat pulun tutulması, İddiaçı15, İddiaçı16, İddiaçı17 və İddiaçı18 Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsində nəzərdə tutulmuş sərbəst toplaşmaq azadlığını pozan cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin xx xxxxxx 2020ci il tarixli, 1-S15-003 saylı məktubu qanunsuz hesab edilməsi və həmin hüququn təmin edilməsi cavabdehə həvalə edilməsi, İddiaçı15, İddiaçı16, İddiaçı17 və İddiaçı18 xeyrinə vurulmuş mənəvi zərərin əvəzi olaraq ümumilikdə 40000 manat pulun tutulması, İddiaçı19 Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsində nəzərdə tutulmuş sərbəst toplaşmaq azadlığını pozan cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin xx xxxxxx 2020-ci il tarixli, İ-176-003 saylı məktubu qanunsuz hesab edilməsi və həmin hüququn təmin edilməsi cavabdehə həvalə edilməsi, İddiaçı19 xeyrinə vurulmuş mənəvi zərərin əvəzi olaraq 10000 manat pulun tutulması” barədə iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 35-ci, 80-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiаçı İddiaçılar İddiaçı1 və digərlərinin cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı “İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsində nəzərdə tutulmuş sərbəst toplaşmaq azadlığını pozan cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin xx xxxxxx 2020-ci il tarixli, Ə-S08-003 saylı məktubu qanunsuz hesab edilməsi və həmin hüququn təmin edilməsi cavabdehə həvalə edilməsi, vurulmuş mənəvi zərərin əvəzi olaraq Əhmədovlara 40000 manat pulun tutulması, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8 və İddiaçı9 Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsində nəzərdə tutulmuş sərbəst toplaşmaq azadlığını pozan cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin müraciətə cavab verməməsi qanunsuz hesab edilməsi və həmin hüququn təmin edilməsi cavabdehə həvalə edilməsi, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8 və İddiaçı9 xeyrinə vurulmuş mənəvi zərərin əvəzi olaraq ümumilikdə 50000 manat pulun tutulması, İddiaçı10, İddiaçı11, İddiaçı12, X1 və İddiaçı14 Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsində nəzərdə tutulmuş sərbəst toplaşmaq azadlığını pozan cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin xx xxxxxx 2020-ci il tarixli, 1-S14-003 saylı məktubu qanunsuz hesab edilməsi və həmin hüququn təmin edilməsi cavabdehə həvalə edilməsi, İddiaçı10, İddiaçı11, İddiaçı12, X1 və İddiaçı14 xeyrinə vurulmuş mənəvi zərərin əvəzi olaraq ümumilikdə 50000 manat pulun tutulması, İddiaçı15, İddiaçı16, İddiaçı17 və İddiaçı18 Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsində nəzərdə tutulmuş sərbəst toplaşmaq azadlığını pozan cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin xx xxxxxx 2020-ci il tarixli, 1-S15-003 saylı məktubu qanunsuz hesab edilməsi və həmin hüququn təmin edilməsi cavabdehə həvalə edilməsi, İddiaçı15, İddiaçı16, İddiaçı17 və İddiaçı18 xeyrinə vurulmuş mənəvi zərərin əvəzi olaraq ümumilikdə 40000 manat pulun tutulması, İddiaçı19 Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsində nəzərdə tutulmuş sərbəst toplaşmaq azadlığını pozan cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin xx xxxxxx 2020-ci il tarixli, İ-176-003 saylı məktubu qanunsuz hesab edilməsi və həmin hüququn təmin edilməsi cavabdehə həvalə edilməsi, İddiaçı19 xeyrinə vurulmuş mənəvi zərərin əvəzi olaraq 10000 manat pulun tutulması” barədə iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına(ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar