Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5845/2021 27.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili X1, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “birdəfəlik ödəmənin verilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, şəhid ailəsi olaraq, bu günə qədər ödənilməmiş mərhum əri X2 şəhid olması ilə əlaqədar 11 min manat müavinətin vərəsəsinə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X3 izahatında bildirdi ki, İddiaçı Rasim Məmmədovla 26 noyabr 1989-cu il tarixdə nikaha daxil olmuşdur. İddiaçının əri X4 25 noyabr N0-cı ildə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə könüllü döyüşçü kimi iştirak edib vuruşan zaman, Ağdam- Əsgəran yolunda mənfur düşmən ermənilər tərəfindən öldürülərək şəhid olmuşdur. Bu barədə iddiaçının ailəsinə 04 mart N6-cı il tarixdən şahid ailəsi statusu verilərək bugünkü günə qədər şəhid ailəsi statusu daşıyırlar. Lakin buna baxmayaraq, dövlət tərəfindən şəhid ailələrinə verilən on bir min manat müavinəti əldə etməmişlər. İddiaçı müavinətin ödənilməsi barədə cavabdehə müraciət etsə də, müraciətinin təmin edilməsindən imtina edilmişdir. Müraciətə cavabdeh tərərfındən verilən cavabda qeyd edilmişdir ki, «Birdəfəlik ödəniş “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanlarının əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli 1 nömrəli Fərmanına əsasən həyata keçirilir. “Azərbaycan Respublikası Dövlət müstəqilliyi haqqında” Konstitusiya aktının 18 oktyabr N1-ci il tarixində qəbulu ilə Azərbaycan Respublikası dövlət müstəqilliyi elan edilmişdir. Sözügedən birdəfəlik ödəmə həmin tarixdən N7-ci il avqustun 2-dək Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə şamil olunur. X4 25 noyabr N0-cı il tarixində həlak olduğuna görə, adıçəkilən Fərmanın əhatə dairəsinə daxil olmadığı üçün, onun vərəsəsinə (vərəsələrinə) birdəfəlik ödəmənin verilməsi nəzərdə tutulmamışdır». Cavabdeh tərəfindən verilmiş bu imtina cavabı tamamilə qanunsuzdur. Belə ki, Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda həlak olmuş şəxs barəsində onun Azərbaycan Respublikası müstəqilliyi dövründə həlak olmamasını əsas gətirməklə, yəni “Azərbaycan Respublikası Dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının 18 oktyabr N1-ci il tarixində qəbulu əsas gətirməklə və X2 isə 25 noyabr N0-cı il tarixində həlak olduğunu əsas gətirərək birdəfələik müavinətin verilməsinidən imtina edilməsi tamamilə əsassız və qanunsuzdur. Ölkədə başlayan müharibə 1988-ci ilə təsadüf edir və həmin dövrdən başlayaraq Azərbaycanın vətənpərvər oğulları öz Vətənlərinin müdafiəsinə qalxmış və mübarizə aparmışlar. Vətənpərvər oğullardan biri də X4 olmuşdur ki, onun da vərəsələrinin birdəfəlik müavinəti əldə etmək haqqı var. Vətən uğrunda ölən şəxslər barəsində ayrı-seçkilik etmək, onları fərqləndirmək, hər hansı birini akta və yaxud da qəbul edilmiş hər hansı qanuna görə qanunsuz olaraq fərqləndirmək dövlətçiliyə və onun siyasətinə ziddir. X2 müstəqillik aktının qəbul edilməsindən əvvəl həlak olmasının heç bir aidiyyəti yoxdur. Onun da vərəsələrinin müharibənin digər vaxtlarında həlak olanların vərəsələri kimi müavinət almaq haqqı var. Belə ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanlarının əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli 1 nömrəli Fərmanında belə bir qadağa və yaxud da ayrı-seçkilik, yəni müavinəti yalnız 18 oktyabr N1-ci ildən N7-ci il avqust ayının 2-nə qədər həlak olmuş şəxslərə verilməsi nəzərdə tutulmamışdır. Həmin Fərmanda yalnız qeyd edilir ki, N7-ci il avqust ayının 2-nə qədər həlak olmuş şəxslərə müavinət verilməsi nəzərdə tutulmuşdur. Nazirlik tərəfindən verilmiş bu imtina isə tamamilə absurd olmaqla əsassız və uydurma bir cavab olmuşdur. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə izahatında bildirdi ki, İddiaçı həyat yoldaşı X4 24.11.N0-cı il tarixdə Ağdam-Şuşa yolunda ermənilər tərəfindən öldürülmüş və mövcud qanunvericiliyin tələblərinə əsasən şəhid hesab edilmişdir. İddiaçı 04 mart N6-cı il tarixdə “şəhid ailəsi” kimi 10491 №-li vəsiqə verilmişdir. İddiaçı birdəfəlik ödəmənin verilməsi ilə bağlı müraciətlərinə baxılmış və iddiaçının həyat yoldaşı X2 hərbi qulluqçu statusu olmadığı və 25 noyabr N0-cı il tarixdə mülki vətəndaş kimi həlak olduğundan “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli 1 nömrəli Fərmanın əhatə dairəsinə daxil olmadığı üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən onun vərəsələrinə birdəfəlik ödəmənin verilməsi mümkün olmamışdır. Belə ki, Nazirlik tərəfindən birdəfəlik ödənişin verilməsi yuxarıda adıçəkilən 19 aprel 2018-ci il tarixli 1 nömrəli Fərmana əsasən həyata keçirilir. “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının 18 oktyabr N1-ci il tarixdə qəbulu ilə Azərbaycan Respublikasının dövlət müstəqilliyi elan edilmişdir. Buna görə də müvafiq birdəfəlik ödəmə həmin tarixdən N7-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə şamil olunur. X4 25 noyabr N0-cı il tarixdə həlak olduğuna görə adıçəkilən Fərmanın əhatə dairəsinə daxil olmadığı üçün onun vərəsəsinə (vərəsələrinə) birdəfəlik ödəmənin verilməsi nəzərdə tutulmamışdır. Həmçinin sözügedən Fərmana əsasən, birdəfəlik ödəmə N7-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların (bundan sonra - hərbi qulluqçuların) və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə (bundan sonra - birdəfəlik ödəmə) verilir. Birdəfəlik ödəmə həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olması, ölməsi və ya xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilməsi ilə əlaqədar barəsində sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktı olmayan, habelə 11.000 manat məbləğində (qanunvericiliklə müəyyən edilmiş məcburi ödənişlər nəzərə alınmaqla) sığorta ödənişi almamış hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə verilir. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanunu ilə hərbi qulluqçuların sosial müdafiəsini gücləndirmək məqsədilə onların həyatının və səhhətinin dövlət icbari şəxsi sığortası qaydaları və şərtləri müəyyən edilmişdir. Həmin Qanunun 5-ci maddəsinə əsasən sığorta olunanın həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olması, ölməsi və ya xəbərsiz itkin düşməsinə görə məhkəmə qərarı ilə ölmüş elan edilməsi sığorta hadisəsi hesab edilir və sığorta ödənişləri həyata keçirilir. “Hərbi xidmət və hərbi vəzifə haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.9-cu maddəsinə əsasən hərbi qulluqçular həqiqi hərbi xidmətdə olan şəxslərdir. Göründüyü kimi, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli 1 nömrəli Fərmanı ilə müəyyən edilmiş birdəfəlik ödəmə mülki şəxs kimi həlak olan şəhidlərin deyil, şəhid hərbi qulluqçuların və daxili işlər orqanlarının əməkdaşlarının vərəsələrinə şamil olunur. İddiaçının həyat yoldaşı R.Məmmədovun hərbi qulluqçu statusu olmadığından (həmçinin R.Məmmədovun daxili işlər orqanı əməkdaşı olması barədə iş materiallarında məlumat yoxdur) adıçəkilən Fərmanın əhatə dairəsinə daxil olmadığı üçün Nazirlik tərəfindən ona birdəfəlik ödəmənin verilməsi nəzərdə tutulmamış, buna görə də iddiaçıya birdəfəlik ödəniş verilməsindən imtina edilmişdir. Həmçinin Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 29 iyun 2021-ci il tarixli 2903 nömrəli məktubunda qeyd olunanlar öz təsdiqini tapır. Həmin məktubda qeyd edilmişdir ki, «Xidmətin Şuşa şəhər şöbəsinin uçot sənədlərində mərhum Rasim Məmmədova hərbi qulluqçu kimi şəhid statusunun verilməsi barədə məlumat yoxdur. Aparılan əlavə araşdırmalardan məlum olmuşdur ki, Azərbaycan Respublikasının suverenliyini və ərazi bütövlüyünü müdafiə etmək məqsədilə “Azərbaycan Respublikasının milli özünümüdafiə qüvvələrinin yaradılması haqqqında” Azərbaycan Respublikası Ali Sovetinin 30.08.N1-ci il tarixli 182 nömrəli qərarı imzalanmışdır. Həmçinin Azərbaycan Respublikası Silahlı Qüvvələrin Baş Qərargah rəisinin təsdiq etdiyi “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı qovluğu”na əsasən ilk hərbi hissə və hərbi birləşmələr N1-ci ilin oktyabr-noyabr aylarında yaradılmış və döyüş əməliyyatlarında iştirak etmişdir. Belə ki, mərhum X2 hərbi qulluqçu statusu olmadığı üçün adının qeyd olunan Fərmanın icrası ilə əlaqədar tərtib edilmiş ümumi siyahıdan çıxarılması məqsədilə Xidmətin Aparatı tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 29.10.2018-ci il tarixli 5323 nömrəli məktubla siyahı (s/s 53) göndərilmişdir». Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 29 iyun 2021-ci il tarixli 2903 nömrəli məktubundan da göründüyü kimi, mərhum X2 hərbi qulluqçu statusu olmadığı üçün adının qeyd olunan Fərmanın icrası ilə əlaqədar tərtib edilmiş ümumi siyahıdan çıxarılması məqsədilə Xidmətin Aparatı tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 29.10.2018-ci il tarixli 5323 nömrəli məktubla siyahı (s/s 53) göndərilmişdir. İddiaçının həyat yoldaşı mərhum R.Məmmədovun adı müvafiq siyahıda nəzərdə tutulmadığından Fərmanın 2-ci hissəsinə əsasən Nazirlik tərəfindən onun vərəsəsinə birdəfəlik ödəmənin verilməsi mümkün deyil. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Şuşa rayon VVAQ Şöbəsi tərəfindən verilmiş 26.11.1989-cu il tarixdə verilmiş İV-JQ seriyalı 397457 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X4 ilə İddiaçı 26.11.1989-cu il tarixdə nikahlarını bağlamışlar. Nikah bağlanandan sonra ərə Məmmədov, arvada isə Məmmədova soyadı verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən İddiaçı ünvanlanmış 06.03.2021-ci il tarixli məktubda qeyd edilir: Sizin 15 fevral 2021-ci il tarixli sosial təminat hüququndan istifadə etmənizlə bağlı müraciətinizə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində baxılmışdır. Bildiririk ki, birdəfəlik ödəniş “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli 1 nömrəli Fərmanına əsasən həyata keçirilir. “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının 18 oktyabr N1-ci il tarixində qəbulu ilə Azərbaycan Respublikasının dövlət müstəqilliyi elan edilmişdir. Sözügedən birdəfəlik ödəmə həmin tarixdən N7-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə şamil olunur. Bildiririk ki, X4 25 noyabr N0-cı il tarixində həlak olduğuna görə, adıçəkilən Fərmanın əhatə dairəsinə daxil olmadığı üçün, onun vərəsəsinə (vərəsələrinə) birdəfəlik ödəmənin verilməsi nəzərdə tutulmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şuşa rayon Bölməsi tərəfindən məhkməyə ünvanlanmış 30.07.2021-ci il tarixli məktubdan görünür ki, mərhum, 1960-cı il təvəllüdlü X4, mülki şəxs kimi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən məhkməyə ünvanlanmış 06.08.2021-ci il tarixli məktubdan görünür ki, keçmiş Şuşa RHK tərəfindən göndərilən “Şuşa RHK üzrə həlak olan və itkin düşənlərin adlı siyahısı”nda 1962-ci il təvəllüdlü siravi X2 20 noyabr N0-cı il tarixdə həlak olması (hərbi hissə qrafasında “könüllü batolyon” yazılıb) barədə məlumat vardır. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən İddiaçı ünvanlanmış 14.11.2019-cu il tarixli məktubda qeyd olunur: “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli 1 nömrəli Fərmanının 4-cü hissəsinə əsasən, birdəfəlik ödəmə həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olması, ölməsi və ya xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilməsi ilə əlaqədar barəsində sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktı olmayan, habelə 11000 manat məbləğində (qanunvericiliklə müəyyən edilmiş məcburi ödənişlər nəzərə alınmaqla) sığorta ödənişi almamış hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə verilir. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə hərbi qulluqçuların sosial müdafiəsini gücləndirmək məqsədilə onların həyatının və səhhətinin dövlət icbari şəxsi sığortası qaydaları və şərtləri müəyyən edilmişdir. Həmin Qanunun 5-ci maddəsinə əsasən, sığorta olunanın həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olması, ölməsi və ya xəbərsiz itkin düşməsinə görə məhkəmə qərarı ilə ölmüş elan edilməsi sığorta hadisəsi hesab edilir və sığorta ödənişləri həyata keçirilir. “Hərbi xidmət və hərbi vəzifə haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.9-cu maddəsinə əsasən hərbi qulluqçular həqiqi hərbi xidmətdə olan şəxslərdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli 1 nömrəli Fərmanı ilə müəyyən edilmiş birdəfəlik ödəmə yalnız şəhid hərbi qulluqçuların vərəsələrinə şamil olunur. Həyat yoldaşınız X4 mülki vətəndaş kimi həlak olduğuna görə, adıçəkilən Fərmanın əhatə dairəsinə daxil olmadığı üçün, Nazirlik tərəfindən Sizə birdəfəlik ödəmənin verilməsi nəzərdə tutulmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən Azərbaycan Respublikası ƏƏSMN tabeliyində DSMF-nun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialına ünvanlanmış 29.06.2021-ci il tarixli 2903 saylı məktubda qeyd olunur: Xidmətin Şuşa şəhər şöbəsinin uçot sənədlərində mərhum Rasim Məmmədova hərbi qulluqçu kimi şəhid statusunun verilməsi barədə məlumat yoxdur. Lakin, Xidmətin Aparatına Müdafiə Nazirliyinin Təşkilat- Səfərbərlik İdarəsindən daxil olan “N7-ci il avqustun 2-dək həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar itkin düşmüş əsgər (matros) və çavuşların siyahısı"nda mərhum X2 25.11.N0-cı il tarixdə könüllü batalyonun (siyahıda “k-b” yazılıb) tərkibində həlak olmasi barədə qeydlər vardır. Bu səbəbdən Rasim Məmmədovun adı Azərbaycan Respublikası Prezidentinin 19.04.2018-ci il tarixli 1 nömrəli Fərmanının icrası ilə əlaqədar tərtib edilmiş müvafiq siyahıya daxil edilmiş və aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilmişdir. Aparılan əlavə araşdırmalardan məlum olmuşdur ki, Azərbaycan Respublikasının suverenliyini və ərazi bütövlüyünü müdafiə etmək məqsədilə “Azərbaycan Respublikasının milli özünümüdafiə qüvvələrinin yaradılması haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 30.08.N1-ci il tarixli 182 nömrəli qərarı imzalanmışdır. Həmçinin, Azərbaycan Respublikası Silahlı Qüvvələrin Baş Qərargah rəisinin təsdiq etdiyi “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı qovluğu”na əsasən ilk hərbi hissə və hərbi birləşmələr N1-ci ilin oktyabr-noyabr aylarında yaradılmış və döyüş əməliyyatlarında iştirak etmişdir. Belə ki, mərhum X2 hərbi qulluqçu statusu olmadığı üçün adının qeyd olunan Fərmanın icrası ilə əlaqədar tərtib edilmiş ümumi siyahıdan çıxarılması məqsədilə Xidmətin Aparatı tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 29.10.2018-ci il tarixli 5323 nömrəli məktubla siyahı (s/s 53) göndərilmişdir. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun: 2-ci maddəsinə əsasən bu Qanunun məqsədləri üçün hərbi qulluqçulara (sığorta olunanlara) Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat orqanlarının şəxsi heyəti, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilər aid edilirlər; 3-cü maddəsinin 1-ci hissəsinə əsasən hərbi qulluqçuların sığortaçısı dövlət sığorta orqanıdır; 4-cü maddəsinin 1-ci hissəsinə əsasən bu Qanuna uyğun olaraq hərbi qulluqçu on bir min manat məbləğində sığorta edilir; 5-ci maddəsinə əsasən aşağıdakılar sığorta hadisələri hesab edilir və onlara görə sığorta ödənişləri bu Qanunun 4-cü maddəsi ilə müəyyən edilmiş sığorta məbləğinin müvafiq faiz nisbətlərində verilir: a) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olduqda, öldükdə və ya xəbərsiz itkin düşdüyünə görə məhkəmə qərarı ilə ölmüş elan edildikdə - 100 faiz. «Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli 1 nömrəli Fərmanının 1-ci bəndinə əsasən N7-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların (bundan sonra – hərbi qulluqçuların) və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmənin (bundan sonra – birdəfəlik ödəmə) verilməsi qərara alınmışdır. Həmin Fərmanın 2-ci bəndinə əsasən birdəfəlik ödəmənin bu Fərmanın 5-ci və 5-1-ci hissələrində nəzərdə tutulmuş siyahılardakı hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq müəyyən edilən vərəsələrinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilməsi qərara alınmışdır. Həmin Fərmanın 5-ci bəndinə əsasən Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin N7-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ümumi siyahısını Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Ədliyyə Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti və digər aidiyyəti dövlət orqanları ilə birgə müəyyən etməsi və üç ay müddətində Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etməsi qərara alınmışdır. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçının əri X4 mülki şəxs kimi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuşdur. X2 adı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən «Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 19.04.2018-ci il tarixli 1 nömrəli Fərmanının icrası ilə əlaqədar tərtib edilmiş müvafiq siyahıya daxil edilmiş və aidiyyəti üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilmişdir. Lakin hərbi qulluqçu statusu olmadığı üçün sonradan X2 adı qeyd olunan Fərmanın icrası ilə əlaqədar tərtib edilmiş ümumi siyahıdan çıxarılmış və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə bu barədə məlumat göndərilmişdir. Qeyd olunan səbəblərdən də iddiaçıya Azərbaycan Respublikası Prezidentinin 19.04.2018-ci il tarixli 1 nömrəli Fərmanı ilə müəyyənləşdirilmiş 11.000 manat məbləğində birdəfəlik ödəmənin verilməsindən cavabdeh tərəfindən imtina edilmişdir. Göründüyü kimi, qeyd olunan Fərmanla “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqindən əvvəl (02.08.N7-ci ildən əvvəl) Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş və itkin düşmüş hərbi qulluqçuların, eləcə də daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması məqsədi ilə birdəfəlik ödəmənin verilməsi müəyyən edilmişdir. X4 isə hərbi qulluqçu olmadığı üçün qeyd olunan Fərmanda nəzərdə tutulmuş siyahıya daxil edilməmişdir. Qeyd olunan səbəblərdən də iddiaçıya birdəfəlik ödəmənin verilməsindən cavabdeh tərəfindən imtina edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası qanuni və əsaslıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-5845/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5845/2021
27.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver