Məhkəmə qərarları › İş №2-1(112)-5848/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5848/2021

30.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5848/2021 30.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil (ünvan 1 ünvanında qeydiyyatda olan) Üçüncü şəxsin qanuni nümayəndəsi X8 (Saatlı rayonu Xanlarkənd kəndində ünvanında qeydiyatda olan) iştirakları ilə İddiaçı cavabdeh Bakı şəhəri Pirallahı Rayon Polis İdarəsinə (üçüncü şəxs yetkinlik yaşına çatmayan X6 qanuni nümayəndəsi X17 cəlb olunmaqla) qarşı X6 qeydiyyatdan çıxarılması tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Pirallahı Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, X6 ünvan 3 ünvandan qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı bildirir ki, ünvan 5-i İddiaçı mülkiyyətindədir. Həmin mənzildə iddiaçının atası X7 ikinci nikahdan olan qızı xx.xx.2008ci il təvəllüdlü X14 pasport qeydiyyatındadır. X4 bir gün də həmin mənzildə yaşamayıb. Sadəcə atası, yəni X1 Rəşad Vyaçeslav oğluna məxsus mənzildə pasport qeydiyyatında olduğuna görə onun qızı xx.xx.2008-ci il təvəllüdlü X14 həmin ünvan üzrə pasport qeydiyyatına alınaraq şəxsiyyət vəsiqəsi veriİmişdir. X24 atası və anası ilə birlikdə Bakı ş., 29 məhəllə, ev 11, mənzil 8-də yaşayıblar. xx.xx.2017-ci il tarixli Pirallahı rayon məhkəməsinin qətnaməsi ilə Məryəm Hüseynovanın valideynləri boşandılar. Bundan sonra həmin mənzilin mülkiyyətçisi məhkəməyə müraciət etmiş və Pirallahı rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən X9 anası ilə birlikdə mənzildən çıxarıldı. X3 anası ilə birlikdə ünvan 4 ünvanda yaşayır. X15 isə xx.xx.2021-ci il tarixdə ölmüşdü. X6 ünvan 5 ünvanda olan qeydiyyatına xitam verilməsi ilə əlaqədar Bakı şəhəri Pirallahı Rayon Polis Şöbəsinə müraciət edildi, lakın xahiş təmin olunmadı. Göründüyü kimi üçüncü şəxs iddiaçıya məxsus olan mənzildə heç bir hüquqi əsas olmadan qeydiyyatdadır. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən iddia ərizəsinə qarşı hər hansı münasibət məhkəməyə təqdim edilməmişdir. Şifahi məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında üçüncü şəxsin qanuni nümayəndəsi X17 izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, şifahi məhkəmə baxışı iclasına gəlməmişlər. Cavabdeh məhkəməyə məktub ünvanlayaraq, işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin və üçüncü şəxsin qanuni nümayəndəsinin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, mövcud maddi və prosessual hüquq normalarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 02 mart 2017-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəs., Kamil Rzayev küçəsi, ev 12, ünvanında yerləşən 37 saylı mənzil İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçmişdir və bu barədə iddiaçı çıxarış əldə etmişdir. -Cavabdeh tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 2917H-3221 saylı imtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış, X6 ünvan 7 ünvanından qeydiyyatdan çıxarılması ilə əlaqədar “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə müvafiq olaraq əlaqədar məhkəməyə müraciət etməsi bildirilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş ******* saylı arayışdan görünür ki, xx.xx.2008-ci il təvəllüdlü X2 Rəşad Vyaçeslav oğlunun mülkiyyətçisi olduğu Bakı şəhəri, ünvan 8 ünvanında qeydiyyatdadır. Bakı şəhəri Pirallahı rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(094)-539/2017 nömrəli qətnaməsi ilə X18 ilə X15 arasında 11 oktyabr 2008-ci ildə bağlanmış və Bakı şəhəri Əzizbəyov (hazırda Xəzər) rayon Qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 918 № ilə qeydə alınmış nikah pozulmuş, tərəflərin birgə nikahlarından olan xx.xx.2008-ci il təvəllüdlü X14 anası X10 yanında qalması və xx.xx.2017-ci il tarixdən başlayaraq xx.xx.2008-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün X5 hər ay qazancının (gəlirlərinin) 1/4 hissəsi miqdarında aliment tutularaq X12 ödənilməsi qərara alınmışdır. Həmçinin Pirallahı rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(094)-448/2018 nömrəli qətnaməsi ilə X18 xx.xx.2008-ci il təvəllüdlü X14 ilə birlikdə Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, 29-cu məhəllə, 11 saylı evin 8 saylı mənzilindən çıxarılması qərara alınmışdır. Məhkəmə araşdırması dövründə Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəs., Kamil Rzayev küçəsi, ev 12 ünvanında yerləşən 37 saylı mənzilin hal-hazırda İddiaçı mülkiyyətində olmasının təsdiq edilməsi və İddiaçı adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* saylı, **********66-05101-093030 reyestr nömrəli çıxarışın və onun verilməsinə əsas olmuş sənədlərin təsdiq olunmuş surəti sorğu əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yannda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən tələb edilmişdir. Sorğuya cavab olaraq məhkəməyə təqdim olunan sənədlərdən görünür ki, Bakı şəhər X21 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 121419 nömrəli orderlə X11 Pirallahı qəs., K.Rzayev küçəsi, 12 saylı evin 5 mərtəbəli binanın 4-cü mərtəbəsində, sahəsi 38,27 kv.m sahəsi olan 37 saylı 3 otaqlı mənzil verilmişdir. Sonradan ailə üzvləri mənzilin İddiaçı adına özəlləşdirilməsinə razılıq vermişdir. Beləliklə işin hallarından görünür ki, ünvan 10 ünvanda yerləşən fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir. İş üzrə üçüncü şəxs X14 onun ögey bacısıdır. İddiaçı üçüncü şəxsin ona məxsus mənzildən qeydiyyatdan çıxarılmasını tələb edir ki, bu da həmin şəxsin ona məxsus mənzildə yaşamaması, qeydiyyatının formal olması ilə əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Həmin Qanunun 5-ci maddəsinə əsasən, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Həmin Qanunun 9-cu maddəsinin 1-ci bəndinə əsasən, şəxs yaşayış yerini dəyişdikdə-yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən müvafiq dövlət orqanı tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Məhkəmə hesab edir ki, X14 iddiaçıya məxsus ünvan 3 ünvanında yaşamadığı halda X6 həmin ünvanda formal olaraq qeydiyyatda qalması iddiaçının mülkiyyətçi kimi öz əmlakı üzərində sərbəst sərəncam vermək hüququnu məhdudlaşdırır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin tələbindən göründüyü kimi, yaşayış yerini dəyişdirmiş şəxs yeni yaşayış yeri üzrə qeydiyyata alınmalı olduğundan, iddiaçının iş üzrə X6 ünvan 11 ünvanında olan 37 saylı mənzildən qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdehə həvalə edilməsinə dair tələbi qanuni və əsaslı hesab edilərək təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldc: İddiaçı iddiası təmin edilsin. X6 ünvan 10 ünvandan qeydiyyatdan çıxarılması vəzifəsi Bakı şəhəri Pirallahı Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar