Məhkəmə qərarları › İş №2-1(112)-5849/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5849/2020

03.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5849/2020 03.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi ilə, İddiaçı Cavabdeh nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Cavabdehnə (3-cü şəxslər Azərbaycan Respublikası Nazirlər Kabineti və Azərbaycan Respublikası Maliyyə Nazirliyi) qarşı “kompensasiyanın ödənilməsi” barədə iddia tələbinə dair inzibati işə məhkəmənin binasında(Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı (3-cü şəxslər Azərbaycan Respublikası Nazirlər Kabineti və Azərbaycan Respublikası Maliyyə Nazirliyi) Texniki pasporta əsasən cəmi meydançanın sahəsi 401.2 kv.metr təşkil edən iddiaçının ümumi paylı mülkiyyətçisi olduğu Bakı şəhəri, Yasamal rayonu, Mirzəağa Əliyev küçəsi, 2-ci dalanda yerləşən 6 saylı ev üzrə mülkiyyətində olan 3/48 hissənin və qanuni sahiblik və istifadə hüquqlarının mövcud olduğu müvafiq torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar yuxarıda qeyd edilən 18750 (on səkkiz min yeddi yüz əlli) manat, 37500 (otuz yeddi min beş yüz) manat, 1875 (bir min səkkiz yüz yetmiş beş) manat, 3750 (üç min yeddi yüz əlli) manat, 4125 (dörd min yüz iyirmi beş) manat və 8250 (səkkiz min iki yüz əlli) manat pul kompensasiyalarının, 7425 (yeddi min dörd yüz iyirmi beş) manat vurulmuş maddi zərərin əvəzinin və 10000 (on min) manat vurulmuş mənəvi zərərin əvəzinin cəmi kimi yekun olaraq 91675 (doxsan bir min altı yüz yetmiş beş) manat pul kompensasiyasının və vurulmuş zərərin əvəzinin müvafiq qaydada rəsmiləşdirmə aparılmaqla ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) məhkəməyə daxil olmuşdur. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3480/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı ilə iddia qismən təmin edilmişdir. Həmin qərardan iddiaçı tərəfindən apelyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın tam təmin edilməsi xahiş edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-566/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3480/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı ləğv edilmiş və inzibati işin mahiyyəti üzrə yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qərardaddan kassasiya şikayəti verilməmiş, qərardad qanuni qüvvəsini almış, yenidən baxılması üçün geri qaytarılmış, iş materialları xx xxxxxx 2020-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə daxil olmuşdur. İş icraatıma daxil olduqdan sonra işin hazırlıq icraatı keçirilərək iş üzrə şifahi məhkəmə baxışı ilə bağlı iclas xx.xx.2020-ci il tarixə təyin edilmişdir. Məhkəmə hesab edir ki, hazırkı mübahisəyə İPM-in 2.2.7-ci maddəsinə əsasən inzibati icraat qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.7-ci maddəsinə görə inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyaların ödənilməsi tələbinə dair iddialara da baxılır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın İPM-in 2.2.7-ci maddəsində nəzərdə tutulan iddia növünə aid olduğunu və daşınmaz əmlakın yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. “İnzibati icraata haqqında” Azərbaycan Respublikası Qanunun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Həmin Qanunun 89.2-ci maddəsinə əsasən maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. İddia ərizəsində bildirilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Mirzağa Əliyev küçəsi, 2-ci dalanda yerləşən 6 saylı evin 3/48 hissəsi ümumi paylı mülkiyyət hüququ üzrə iddiaçıya məxsusdur. Bakı şəhəri Yasamal rayonu Mirzağa Əliyev küçəsi 2-ci dalanda yerləşən 6 saylı evin Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən 1966-cı ildə tərtib edilmiş 3452 reyestr nömrəli şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportuna əsasən Bakı şəhəri Yasamal rayonu Mirzağa Əliyev küçəsi 2-ci dalanda yerləşən 6 saylı ev üzrə cəmi meydançanın sahəsi 401,2 kv.metr, tikintinin sahəsi isə 199,8 kv.metr təşkil edir. Söküntü zonasına düşmüş Bakı şəhəri Yasamal rayonu Mirzağa Əliyev küçəsi 2-ci dalanda yerləşən 6 saylı evin 3/48 hissədə ümumi paylı mülkiyyətçisi olmağını və torpaq sahəsi üzəri qanuni sahiblik və istifadə hüquqlarını təsdiq edən müvafiq hüquqmüəyyənedici sənədləri - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən 1966-cı ildə tərtib edilərək verilmiş 3452 reyestr nömrəli evin texniki pasportunu və digər zəruri sənədləri qanunvericiliyin tələblərinə uyğun surətdə pul kompensasiyasının hesablanaraq əvəz kimi ona verilməsi üçün Bakı şəhəri Cavabdeh nəzdində Köçürmə Komissiyasına təqdim etmişdir. Lakin ona məxsus olan daşınmaz əmlakın - söküntü zonasına düşmüş Bakı şəhəri, Yasamal rayonu, Mirzağa Əliyev küçəsi, 2-ci dalanda yerləşən 6 saylı evin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar ona əvəz kimi verilməli olan hansı məbləğdə pul kompensasiyasının hesablanması barədə hal-hazıra kimi rəsmi qaydada məlumat verilməmişdir, bu barədə sənədlər - müstəqil qiymətləndirici kimi cəlb edilmiş “xxxx” MMC-nin təklifinin “Qiymətləndirmə hesabatı”nın və qiymətləndirmə komissiyasının qərarının surətləri ona rəsmi qaydada təqdim olunmamışdır və onunla notariat qaydasında təsdiq edilməklə alqı-satqı müqaviləsi bağlanmamışdır. Hazırda isə əvəz kimi ona müvafiq pul kompensasiyasının ödənilməsi təmin edilmədən ümumi paylı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Mirzağa Əliyev küçəsi, 2-ci dalanda yerləşən 6 saylı ev sökülmüşdür və nəticədə Azərbaycan Respublikasının Konstitusiyası, qanunları və beynəlxalq müqavilələrlə təminat verilmiş və qorunan mülkiyyətçi kimi hüquqları pozulmuşdur. Hesab edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 246-cı, 247-ci və digər maddələrinə, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci, 22-ci, 23-cü, 24-cü və digər maddələrinə, “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa, “Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2007-ci il 7 dekabr tarixli 506-llİQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 689 №-li xx xxxxxx 2007-ci il tarixli Fərmanının 1.3-cü və 2.3-cü bəndlərinə, habelə digər qanunvericilik aktlarına əsasən texniki pasporta əsasən cəmi meydançanın sahəsi 401.2 kv.metr təşkil edən ümumi paylı mülkiyyətçisi olduğu Bakı şəhəri, Yasamal rayonu, Mirzəağa Əliyev küçəsi, 2-ci dalanda yerləşən 6 saylı ev üzrə mülkiyyətində olan 3/48 hissənin və qanuni sahiblik və istifadə hüquqlarının mövcud olduğu müvafiq torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar alınmanın təsirinə məruz qalan şəxs kimi ona ədalətli əvəz kimi müvafiq qaydada rəsmiləşdirmə aparılmaqla cəmi 91675 (doxsan bir min altı yüz yetmiş beş) manat pul kompensasiyasının və vurulmuş zərərin əvəzinin ödənilməsi öhdəliyi (vəzifəsi) dövlət ehtiyacları üçün alan orqan kimi Bakı şəhəri Cavabdehnə həvalə edilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsilə eyni məzmunlu izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh orqan iddiaya dair yazılı etirazını onunla əsaslandırmışdır ki, İddiaçı iddia tələbində qeyd etdiyi kompensasiya məbləğinin verilməsi ilə bağlı Cavabdehnə müraciət etməmişdir və mübahisə predmeti olan evə dair 3/48 hissəyə mülkiyyət hüququ olsa da, həmin ünvanda 1977-ci il tarixindən yaşamadığı üçün “Daşınmaz əmlakın alınması Qrupu” tərəfindən iddiaçıya, eyni zamanda digər payçılar olan bacılarına ümumi 31,65 kv.m yaşayış sahəsinə dair 15 000 manat məbləğində kompensasiya depozit hesabına köçürülmüşdür. İddiaçının atası mərhum Məhərrəm Quliyev mülkiyyətində olan ünvan 3 küçəsi 2-ci dalanda yerləşən 6 saylı evi vəfatından əvvəl keçmiş həyat yoldaşı olan X2 və övladları X6 və X1 vəsiyyət etmişdir. Həmçinin, İddiaçı həmin ünvanda 1977-ci il tarixindən yaşamaması barədə digər payçılar və həmin ünvanda yaşayan şəxslər tərəfindən tərtib edilərək imzalanmış xx xxxxxx 2018-ci il tarixli akt mövcuddur. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri xanım Südabə Həsənovaya payçılar və sözügedən ünvanda yaşayan vətəndaşlar tərəfindən ünvanlanmış izahatdan görünür ki, iddiaçının atası Quliyev Məhərrəm tərəfindən miras əmlak kimi ikinci həyat yoldaşı olan Dəmirova Kimya Əlövsət qızına və övladları Aybəniz Quliyevaya, Sevinc Quliyevaya və İddiaçı ünvan 3 küçəsi 2-ci dalanda yerləşən 6 saylı evə dair hər-hansı şifahi və ya notarial qaydada vəsiyyətnamə tərtib olunmamışdır. Bundan başqa, həmin şəxslərin izahatlarından və iş materiallarından görününr ki, Quliyev Məhərrəm Bakı şəhəri, Biləcəri qəsəbəsi, M.Hüseyzadə küçəsi, 8 saylı evin 17 nömrəli mənzilini xx.xx.1997-ci il tarixində ikinci həyat yoldaşı olan Dəmirova Kimya Əlövsət qızının adına özəlləşdirərək onu və övladları Aybəniz Quliyevaya, Sevinc Quliyevaya və İddiaçı mənzillə təmin etmişdir. Beləliklə, İddiaçı mübahisə predmeti olan evə dair mülkiyyət hüququnun hansı əsaslarla alması məlum deyil. Çünki, Aybəniz Quliyeva, Sevinc Quliyeva və İddiaçı atalarından qalan miras əmlaka dair vərəsəlik haqqında şəhadətnamə verilməsi ilə bağlı 12 saylı Dövlət Notariat kontorunun şəhadətnamənin verilməsinə dair imtinası mövcuddur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 51 saylı, xx xxxxxx 2018-ci il tarixli qərarı ilə torpağın alınması zəruri edən dövlət ehtiyacı və həmin torpağı alan orqan müəyyən edilmişdir. Qərara əsasən Bakı şəhəri Yasamal rayonu X13 küçəsi 2-ci dalanda yerləşən 6 saylı ev ünvanında yerləşən daşınmaz əmlakın ərazisinin dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi, dövlət ehtiyacları üçün alınması məqsədilə alan orqan kimi Bakı Şəhəri Yasamal Rayonu İcra Hakimiyyəti müəyyən edilmişdir. Qərarın icrası məqsədi ilə Yasamal Rayonu İcra Hakimiyyəti “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq “Daşınmaz əmlakın alınması Qrupu”nu təşkil etmiş və alınan hər bir əmlakın qiymətləndirilməsi məqsədləri üçün müstəqil qiymətləndirici cəlb edib. ünvan 3 küçəsi 2-ci dalanda yerləşən 6 saylı ev ünvanında yerləşən daşınmaz əmlak Nazirlər Kabinetinin 51 saylı, xx xxxxxx 2018-ci il tarixli qərarının təsirinə düşür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 572 nömrəli, xx.xx.2018-ci il tarixli qərarı ilə Bakı şəhəri, Yasamal rayonunda, “Sovetski” adlandırılan ərazidə bəzi yaşayış və qeyri-yaşayış obyektləri Bakı şəhərinin Baş Planına uyğun olaraq dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi məqsədi ilə dövlət ehtiyacları üçün satın alınması layihəsi ilə bağlı keçirilmiş tenderdə qalib gəlmiş “xxxx” MMC-nin müstəqil qiymətləndirmə ekspertlərinin rəyi ilə müəyyən olunmuş mənzilin əsas və köməkçi sahələrinin hər kvadrat metri üçün son hədd əlavələr də nəzərə alınmaqla 1500,00 manat və digər sahələr üzrə isə bir kvadrat metr üçün onların konstruksiyasından və təmir səviyyəsindən asılı olaraq ***-**** manat arasında qiymətləndirilir. Satınalma “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununa uyğun həyata keçirilir. Azərbaycan Respublikasında ən ali qanunvericilik sayılan Azərbaycan Respublikası Konstitusiyasının 29.4-cü maddəsinə görə dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası MM-nin 246.1-ci maddəsində qeyd olunub ki, bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir. Həmin Məcəllənin 157.9-cu maddəsinə əsasən dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 52.2.3-cü maddəsinə əsasən alınan torpağın yerləşdiyi ərazi vahidi üzrə məhkəməyə müraciət alan orqan tərəfindən alınmanın təsirinə məruz qalan şəxslərə ödəniləcək kompensasiyanın növünün və məbləğinin təsdiq olunması üçün verilir. Həmin Qanunun 2.2. maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi göstərilənlərə əsasən iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş 3cü şəxslərin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iddia tələbindən görünür ki, iddiaçı “Texniki pasporta əsasən cəmi meydançanın sahəsi 401.2 kv.metr təşkil edən iddiaçının ümumi paylı mülkiyyətçisi olduğu Bakı şəhəri, Yasamal rayonu, Mirzəağa Əliyev küçəsi, 2-ci dalanda yerləşən 6 saylı ev üzrə mülkiyyətində olan 3/48 hissənin və qanuni sahiblik və istifadə hüquqlarının mövcud olduğu müvafiq torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar yuxarıda qeyd edilən 18750 (on səkkiz min yeddi yüz əlli) manat, 37500 (otuz yeddi min beş yüz) manat, 1875 (bir min səkkiz yüz yetmiş beş) manat, 3750 (üç min yeddi yüz əlli) manat, 4125 (dörd min yüz iyirmi beş) manat və 8250 (səkkiz min iki yüz əlli) manat pul kompensasiyalarının, 7425 (yeddi min dörd yüz iyirmi beş) manat vurulmuş maddi zərərin əvəzinin və 10000 (on min) manat vurulmuş mənəvi zərərin əvəzinin cəmi kimi yekun olaraq 91675 (doxsan bir min altı yüz yetmiş beş) manat pul kompensasiyasının və vurulmuş zərərin əvəzinin müvafiq qaydada rəsmiləşdirmə aparılmaqla ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını” tələb edir. İş materiallarından görünür ki, məhkəmə zamanı əslinə baxış keçirilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli Çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, X13 küçəsi, dalan 2, ev 6 ünvanda yerləşən daşınmaz əmlak paylı mülkiyyət olmaqla, həmin daşınmaz əmlakın ümumi sahəsinin, yəni 168.8 kv.m. sahəsinin 3/48 hissəsi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Göründüyü kimi, iddiaçı iddia tələbində ümumi paylı mülkiyyətçisi olduğu Bakı şəhəri, Yasamal rayonu, Mirzəağa Əliyev küçəsi, 2-ci dalanda yerləşən 6 saylı evin ümumi sahəsinin 401.2 kv.m qeyd etsə də, həmin daşınmaz əmlakın 168.8 kv.m. olması və 168.8 kv.m. sahənin 3/48 hissəsinin İddiaçı mülkiyyətində olması iş materialları ilə öz təsdiqini tapmışdır. Məhkəmə zamanı iddiaçı öz izahatında bildirmişdir ki, mübahisə predmeti olan daşınmaz əmlakın sadəcə paylı mülkiyyətçilərindən biridir, uzun müddətdir ki, həmin mənzildə yaşamır, yəni istifadəçisi olmamışdır. Məhkəmə qeyd edir ki, iş materiallarından və iddiaçının izahatından da müəyyən edildiyi kimi, İddiaçı iddia tələbində qeyd etdiyi daşınmaz əmlakın istifadəçisi olmaması işin mübahisələndirilməyən halıdır. Məhkəmə iddia tələbinin “18750 (on səkkiz min yeddi yüz əlli) manat məbləğində kompensasiyanın ona ödənilməsi” hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı həmin məbləğin ona ödənilməsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Mirzağa Əliyev küçəsi 2-ci dalanda yerləşən 6 saylı ev üzrə mülkiyyətində olan 3/48 hissəyə müvafiq sahə 12,5 kv.metr (199,8 kv.metrin 48-ə bölünməsi və 3-ə vurulması qaydasında) təşkil edir və həmin 12,5 kv.metr sahənin satın alınması ilə əlaqədar ona 18750 (on səkkiz min yeddi yüz əlli) manat (12,5 kv.metrin 1500 manata vurulması qaydasında hesablanmaqla) ödənilməlidir. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli Çıxarışın surətindən göründüyü kimi, Bakı şəhəri, Yasamal rayonu, X13 küçəsi, dalan 2, ev 6 ünvanda yerləşən paylı mülkiyyətdə olan daşınmaz əmlakın ümumi sahəsi iddiaçının qeyd etdiyi kimi 199.8 kv.m deyil, 168.8 kv.m olduğundan, iddiaçının mülkiyyətində olan payın sahəsi 12.5 kv.m deyil 10.55 kv.m təşkil edir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi “Bakı şəhəri, Yasamal rayonu, X13 küçəsi, dalan 2, ev 6 ünvanda yerləşən paylı mülkiyyətdə olan və ümumi sahəsi 168.8 kv.m. olan daşınmaz əmlakın dövlət ehtiyacları məqsədi ilə sökülməsi nəticəsində vurulmuş zərərin əvəzi olaraq iddiaçıya 15825 (10.55 x 1500 = 15825) manat ödənilməsi” hissəsində əsaslıdır və təmin olunmalıdır. İddia ərizəsindən görünür ki, iddiaçı iddia tələbinin “1875 (bir min səkkiz yüz yetmiş beş) manat və 4125 (dörd min yüz iyirmi beş) manat” hissəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Mirzağa Əliyev küçəsi, 2-ci dalanda yerləşən 6 saylı ev üzrə mülkiyyətində olan 3/48 hissəyə müvafiq 18750 (on səkkiz min yeddi yüz əlli) manat pul kompensasiyası məbləğinin 10 (on) faizi 1875 (bir min səkkiz vüz yetmiş beş) manat, satınalma qiymətinə 20 (iyirmi) faiz miqdarında əlavə haqq kimi isə 4125 (dörd min bir yüz iyirmi beş) manat pul kompensasiyası əlavə olaraq ona ödənilməlidir. Məhkəmə iddia tələbinin həmin hissəsi ilə bağlı qeyd edir ki, dövlət ehtiyacları məqsədi ilə sökülməsi nəticəsində vurulmuş zərərin əvəzi olaraq Bakı şəhəri, Yasamal rayonu, Mirzəağa Əliyev küçəsi, 2-ci dalanda yerləşən 6 saylı ev üzrə İddiaçı mülkiyyətində olan və sahəsi 10.55 kv.m təşkil edən tikilinin sökülməsinə görə kompensasiya iddiaçının qeyd etdiyi əlavələr, yəni xx xxxxxx 2007-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanında qeyd edilmiş 20% əlavə, həmçinin 10% əlavə nəzərə alınmaqla 15825,0 (on beş min səkkiz yüz iyirmi beş) manat hesablandığından, iddia tələbi bu hissədə əsassızdır və təmin olunmamalıdır. Daha sonra, iddia ərizəsindən görünür ki, iddiaçı iddia tələbinin “37500 (otuz yeddi min beş yüz) manat” hissəsini onunla əsaslandırmışdır ki, Bakı şəhər, Yasamal rayonu, Mirzağa Əliyev küçəsi, 2-ci dalanda yerləşən 6 saylı ev üzrə iddiaçının mülkiyyətində olan 3/48 hissəyə müvafiq qanuni sahiblik və istifadə hüquqlarının mövcud olduğu 25 kv.metr torpaq sahəsinin alınması üçün ona 37500 (otuz yeddi min beş yüz) manat pul ödənilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, yuxarıda qeyd edilən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli Çıxarışda Bakı şəhəri, Yasamal rayonu, X13 küçəsi, dalan 2, ev 6 ünvanda olan daşınmaz əmlakın yerləşdiyi torpaq sahəsinin mülkiyyət növü “Dövlət” mülkiyyət növü kimi qeyd edilmişdir. Odur ki, iddiaçının alınmasına görə kompensasiya ödənilməsi tələb etdiyi torpaq sahəsi xüsusi mülkiyyətdə olmadığından, yəni dövlətin mülkiyyətində olduğundan iddia tələbi həmin hissədə də əsassızdır və təmin olunmamalıdır. Həmçinin, məhkəmə qeyd edir ki, mübahisə predmeti olan mənzildə şəxs yaşamadığı üçün həmin mənzilin yerləşdiyi torpaq sahəsindən də istifadə etməmişdir. İddia ərizəsindən görünür ki, iddiaçı iddia tələbinin “3750 (üç min yeddi yüz əlli) və 8250 (səkkiz min iki yüz əlli) manat” hissəsini onunla əsaslandırmışdır ki, iddiaçının Bakı şəhəri, Yasamal rayonu, Mirzağa Əliyev küçəsi, 2-ci dalanda yerləşən 6 saylı ev üzrə mülkiyyətində olan 3/48 hissəsinə müvafiq qanuni sahiblik və istifadə hüquqlarının mövcud olduğu 25 kv.metr torpaq sahəsinə görə 37500 (otuz yeddi min beş yüz) manat pul kompensasiyası məbləğinin 10 (on) faizi, yəni 3750 (üç min yeddi yüz əlli) manat, həmçinin satınalma qiymətinə 20 (iyirmi) faiz miqdarında əlavə haqq kimi 8250 (səkkiz min iki yüz əlli) manat pul kompensasiyası ona ödənilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki,iddia tələbi “37500 (otuz yeddi min beş yüz) manat kompensasiyanın ödənilməsi” hissəsində əsassız hesab olunduğundan, həmin pul kompensasiyası məbləğinin 10 (on) faizi, yəni 3750 (üç min yeddi yüz əlli) manat, həmçinin satınalma qiymətinə 20 (iyirmi) faiz miqdarında əlavə haqq kimi 8250 (səkkiz min iki yüz əlli) manat pul kompensasiyasının ödənilməsi də əsassızdır və təmin olunmamalıdır. Daha sonra iddiaçı iddia tələbinin “7425 (yeddi min dörd yüz iyirmi beş) manat vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” hissəsini onunla əsaslandırmışdır ki, 74250 (yetmiş dörd min iki yüz əlli) manat pul məbləğinin (mülkiyyətində olan yaşayış sahəsi və qanuni sahibliyində və istifadəsində olan torpaq sahəsi ilə əlaqədar ona ödənilməli olan 18750 (on səkkiz min yeddi yüz əlli) manat və 37500 (otuz yeddi min beş yüz) manat pul kompensasiyalarının, 1875 (bir min səkkiz yüz yetmiş beş) manat və manat 3750 (üç min yeddi yüz əlli) manat çətinliklərə görə pul kompensasiyasının, 4125 ( dörd min bir yüz iyirmi beş) manat və 8250 (səkkiz min iki yüz əlli) manat satınalma qiymətinə 20 (iyirmi) faiz miqdarında əlavə haqq kimi hesablanmış pul kompensasiyalarının cəmi kimi hesablanmaqla) ona ödənilməsinin dövlət ehtiyacları üçün alan orqan kimi Bakı şəhəri Cavabdeh tərəfindən qanunsuz və əsassız olaraq gecikdirilməsi ilə əlaqədar Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün göstərilən 74250 (yetmiş dörd min iki yüz əlli) manat pul məbləğinin illik 5 (beş) faiz məbləği kimi 2018-ci və 2019-cu illər üzrə 7425 (yeddi min dörd yüz iyirmi beş) manat pul məbləğinin müvafiq qaydada rəsmiləşdirmə aparlmaqla ona ödənilməlidir. Məhkəmə iddia tələbinin qeyd edilən hissəsi ilə bağlı bildirir ki, iddiaçı mövcud qanunvericiliyə əsasən daha böyük məbləğ tələb edə bilməməsini əsaslandıra bilmədiyi üçün, iddia tələbi əsassızdır və təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Məhkəmə iddia tələbinin 10000 (on min) manat vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi ilə bağlı qeyd edir ki, mənəvi ziyanın dəyməsi iş materialları ilə sübut olunmadığından, iddia bu hissədə də əsassızdır və təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsi barədə” Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli Qərarında göstərilir ki, “Mülki Məcəllənin 23-cü maddəsində mənəvi zərər adətən şəxslərin qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır. Mənəvi zərər qeyri-əmlak zərəri olub iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşlara anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik və sair qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı və iztirab verir”. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2008-ci il tarixli 7 saylı Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X7 Haqqında Konvensiya”nın müddəaları və X12 Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Həmçinin, məhkəmə qeyd edir ki, cavabdeh orqan iddiaya dair yazılı etirazında iddiaçının mübahisə predmeti olan evə dair mülkiyyət hüququnun hansı əsaslarla almasının məlum olmamasını qeyd etsə də, yəni iddiaçı tərəfindən mülkiyyət hüququna dair təqdim edilmiş sənədin mötəbərliyini şübhə altına alsa da, həmin sənədin mötəbərliyinin müəyyən edilməsi üçün cavabdeh inzibati orqan tərəfindən hər hansı tədbir görülməsi iş materialları ilə öz təsdiqini tapmır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. İş materiallarından görünür ki, cavabdeh orqan iddiaya dair yazılı etirazında “Daşınmaz əmlakın alınması Qrupu” tərəfindən iddiaçıya, eyni zamanda digər payçılar olan iddiaçının bacısılarına ümumi 31,65 kv.m yaşayış sahəsinə dair 15000 manat məbləğində kompensasiyanın depozit hesabına köçürülməsini bildirmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, cavabdeh orqan 31,65 kv.m yaşayış sahəsinə dair 15 000 manat məbləğin hansı qaydada hesablanmasına və həmin məbləğin depozit hesaba qoyulmasına dair hər hansı sübut məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Konstitusıyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İV bəndinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacı üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2018-ci il tarixli 572 nömrəli “Bakı şəhərinin Yasamal rayonu ərazisində vətəndaşlara məxsus yaşayış və qeyriyaşayış obyektlərinin bir qisminin dövlət ehtiyacları üçün alınması haqqında” Qərarının 1ci bəndində Bakı şəhərinin Yasamal rayonu ərazisində vətəndaşlara məxsus Nabat Aşurbəyova, Süleyman Tağızadə, Abdulla Şaiq və Çingiz Mustafayev küçələri arasındakı ərazidə 1130 ədəd, Nəriman Nərimanov prospekti, İsmayıl bəy Qutqaşınlı, Bəşir Səfəroğlu və Mirzağa Əliyev küçələri arasındakı ərazidə 880 ədəd olmaqla, ümumilikdə 2010 yaşayış və qeyri-yaşayış obyekti dövlət ehtiyacları üçün alınması qeyd edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpağı alan orqanın müəyyən edilməsi barədə” 51 nömrəli, xx xxxxxx 2018-ci il tarixli Qərarına əsasən Bakı şəhərinin Yasamal rayonu ərazisində vətəndaşlara məxsus Nabat Aşurbəyova, Süleyman Tağızadə, Abdulla Şaiq və Çingiz Mustafayev küçələri arasındakı ərazidə 1130 ədəd, Nəriman Nərimanov prospekti, İsmayılbəy Qutqaşınlı, Bəşir Səfəroğlu və Mirzağa Əliyev küçələri arasındakı ərazidə 880 ədəd, ümumilikdə 2010 yaşayış və qeyri-yaşayış obyektlərini Bakı şəhərinin “Baş Planı”na uyğun olaraq, dövlət əhəmiyyətli kommunikasiya xətlərinin çəkilməsi məqsədi ilə dövlət ehtiyacları üçün alan orqan Bakı şəhəri Cavabdeh müəyyən edilmişdir. İşin faktiki hallarından göründüyü kimi, hazırkı iddianın predmeti olan Bakı şəhəri, Yasamal rayonu, X13 küçəsi, dalan 2, ev 6 ünvanda yerləşən daşınmaz əmlak qeyd olunan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 51 nömrəli, xx xxxxxx 2018-ci il tarixli, həmçinin xx xxxxxx 2018-ci il tarixli 572 nömrəli qərarının təsiri altına düşür. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının 2010-cu il 20 aprel tarixli 987-İİİQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar “Azərbaycan Respublikası Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında “Azərbaycan Respublikasının xx.xx.2012-ci il tarixli Qanununa əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.9-cu maddəsi “Dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır.” kimi redaksiyada verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 246.1-ci maddəsinə əsasən bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 70-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiya məbləğinin hesablanması və ödənilməsi qaydaları, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətlər “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. “Torpaqların dövlət ehtiyacı üçün alınması haqqında” Azərbaycan Respublikası Qanunun 4.1-ci maddəsində qeyd olunub ki, bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, bələ razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. Həmin Qanunun 5-ci maddəsinə əsasən istifadədə, icarədə olmasından və torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklülüklərdən (məhdudiyyətlərdən) asılı olmayaraq xüsusi mülkiyyətdə olan torpaqlar, bələdiyyə mülkiyyətində olan torpaqlar və üzərində istifadə və icarə hüquqları olan dövlət Torpaqları bu Qanuna uyğun olaraq dövlət ehtiyacları üçün alına bilər. Həmin Qanunun 6.1-ci maddəsinə əsasən torpaqları dövlət ehtiyacları üçün alan orqan bu Qanunun 9.1-ci maddəsində tutulmuş qaydada qəbul edilən, torpağın alınmasını zəruri edən dövlət ehtiyacının mövcudluğu barədə qərarla müəyyən olunur və torpaqların dövlət ehtiyacları üçün alınmasını konkret halda dövlətin adından icra edir. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanunun 52.1-ci maddəsinə əsasən alınmanın təsirinə məruz qalan şəxsdən alınan torpaqla bağlı sahibliyin əldə edilməsi məhkəmə tərəfindən müvafiq qərar qəbul edildikdən sonra həyata keçirilə bilər. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanunun 54.2-ci maddəsinin tələbinə görə kompensasiya alınmanı zəruri edən layihənin hesabına ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 249.2-ci maddəsinə əsasən torpağın alınması barədə qərarın qəbul edildiyi tarixdən sonra həmin tarixədək mülkiyyətində alınan torpaq olan şəxslərin sahiblik və istifadə hüquqları istisna olmaqla, həmin torpaqla bağlı bütün hüquqları kompensasiya almaq hüququna çevrilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Önər Yıldız Türkiyəyə qarşı qərarının 139-cu bəndində müəyyən etmişdir ki, istər daxili qanunlar tərəfindən şəxsi marağın «hüquq» kimi tanınmaması, istərsə də bu qanunlar tərəfindən həmin marağın «mülkiyyət hüququ» hesab edilməməsi faktı heç də sözügedən marağın 1 saylı Protokolun 1-ci maddəsinin mənası baxımından müəyyən hallarda «mülkiyyət» hesab edilməsinin qarşısını almır. Həmçinin həmin qərarda qeyd olunur ki, «Mülkiyyət» anlayışı «mövcud mülkiyyətlə» məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və qanuni gözləntiyə malik olduğuna dair tələblərini də əhatə edə bilər. Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, dəyəri ədalətli olaraq ödənilmədən mülkiyyətin əldən alınması adətən ictimaiyyətin ümumi maraq tələbləri ilə şəxsin fundamental hüquqlarının müdafiəsinə dair tələbləri arasında ədalətli tarazlığın (balansın) yaranmasını qeyri-mümkün edəcək və şəxsin üzərinə qeyri-mütənasib yük salacaq (bax X3rşı, x xxxxxx 1994, § 71, A Seriyaları, no. 301-A, və Yunanıstanın əvvəlki Kralı və qeyriləri Yunanıstana qarşı (GC), no. 25701/94, § 89, AİHM 2000-Xİİ). Mülkiyyətin alınması ilə bağlı oxşar işlərdə Məhkəmənin presedentinə əsasən, qeyd olunan tarazlıq mülkiyyətçiyə onun əmlakı alınan zaman bazar qiymətinə uyğun hesablanan kompensasiya ödənildikə əldə olunur (bax Pincova və Pinc Çexiya Respublikasına qarşı, no. 36548/97, § 53, AİHM 2002-Vİİİ; Vistins və Perepyolkins Latviyaya qarşı, § 111; və QuisoQalisay İtaliyaya qarşı (GC), no. 58858/00, § 103, xx xxxxxx 2009). Kompensasiyanın məbləği mülkiyyətdən məhrum edilmə tarixində hesablanmalıdır. Vistins və Perepyolkins Latviyaya qarşı işdə (§ 118 və 180) Məhkəmə nəzərə aldı ki, ərizəçi torpaq sahəsini çox ucuz qiymətə əldə etmişdir və dövlət orqanları prinsip etibarı ilə həmin sahənin tam bazar qiymətinin kompensasiya olaraq ödənilməməsi barədə qərar verərkən haqlı olmuşlar. Məhkəmə sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, Bakı şəhəri, Yasamal rayonu, X13 küçəsi, dalan 2 ünvanda yerləşən paylı mülkiyyətdə olan olan 6 saylı evin Bakı şəhərinin “Baş Planı”na uyğun olaraq, dövlət əhəmiyyətli kommunikasiya xətlərinin çəkilməsi məqsədi ilə dövlət ehtiyacları üçün alan orqan Bakı şəhəri Cavabdeh tərəfindən sökülməsi və həmin əmlaka dair İddiaçı hər hansı kompensasiyanın ödənilməməsi işin mübahisələndirilməyən halıdır. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, kompensasiyanın ödənilməsi ilə bağlı iddia tələbinin “dövlət ehtiyacları məqsədi ilə sökülməsi nəticəsində vurulmuş zərərin əvəzi olaraq Bakı şəhəri, Yasamal rayonu, Mirzəağa Əliyev küçəsi, 2-ci dalanda yerləşən 6 saylı ev üzrə İddiaçı mülkiyyətində sahəsi 10.55 kv.m olan tikilinin sökülməsinə görə, xx xxxxxx 2007-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanında qeyd edilmiş 20% əlavə və digər əlavələr hesablanmaqla (10,55 x 1500 = 15825,0) 15825,0 (on beş min səkkiz yüz iyirmi beş) manat məbləğin Cavabdehndən İddiaçı ödənilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulması” hissəsində təmin edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 75-ci və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qərara aldı: İddia qismən təmin edilsin. Bakı şəhəri, Yasamal rayonu, Mirzəağa Əliyev küçəsi, 2-ci dalanda yerləşən 6 saylı ev üzrə İddiaçı mülkiyyətində olan 3/48 hissəsinin dövlət ehtiyacları məqsədi ilə sökülməsi nəticəsində vurulmuş zərərin əvəzi olaraq iddiaçıya məxsus sahəsi 10.55 kv.m olan tikilinin sökülməsinə görə 15825,0 (on beş min səkkiz yüz iyirmi beş) manat məbləğinin Cavabdehndən İddiaçı ödənilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) verilə bilər. Sədrlik edən Mehriban Qarayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar