Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5850/2021 13.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi İddiaçı, iddiaçının nümayəndəsi X13, cavabdehin nümayəndəsi X14 iştirakı ilə İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı «iddiaçıya işlədiyi illər sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının təyin edilməsi» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon şöbəsinə qarşı «iddiaçıya işlədiyi illər sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının təyin edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilmişdir ki, iddiaçı 9 oktyabr 1954-cü il tarixdə Ağcabədi rayonunda doğulmuşdur, ali təhsillidir. Əmək fəaliyyətinə 1972-ci ildən Ağcabədi rayonunun Ə.Bünyadov və Caparidze kolxozlarından başlamışdır. 1973 – 1975-ci illərdə hərbi xidmətdə olmuş, hərbi xidmətdən sonra 1975 – 1977-ci illərdə həmin kolxozda işləmişdir. Sonradan ailə vəziyyəti ilə əlaqədar Özbəkistan Respublikasına köçmüşdür. 24 mart 1977-ci il tarixdə “Sırdəryarıstroy” Avtobazasının 1-ci avtokalonuna “3-cü dərəcəli sürücü” təyin edilmişdir. 25 aprel 1978-ci il tarixdə öz xahişi əsasında işdən azad olunmuşdur. 21 may 1978-ci il tarixdə Sırdərya Dəmir-Beton Zavoduna “sürücü” vəzifəsinə təyin edilmiş, 25 may 1979-cu il tarixdə öz ərizəsi ilə işdən azad edilmişdir. 2 iyul 1979-cu il tarixdə X5 “3-cü dərəcəli sürücü” vəzifəsinə təyin edilmiş və 18 iyul 1980-ci il tarixdə öz xahişi ilə işdən azad olunmuşdur. 25 iyul 1980-ci il tarixdə Sırdərya rayon Məişət Xidməti Kombinatına “2-ci dərəcəli sürücü” vəzifəsinə işə qəbul olunmuş, 9 iyul 1981-ci il tarixdə həmin Kombinatda “dispetçer” vəzifəsinə, 16 iyul 1981-ci il tarixdə isə “2-ci dərəcəli sürücü” vəzifəsinə keçirilmişdir. 2 yanvar 1984-cü il tarixdə Sırdərya rayon İstehsalat İdarəsinə keçirilməsi ilə əlaqədar olaraq tutduğu vəzifədən azad edilmiş, 2 yanvar 1984-cü il tarixdə “böyük dispetçer” vəzifəsinə işə qəbul olunmuşdur. 20 dekabr 1985-ci il tarixdə öz istəyi ilə işdən azad edilmişdir. 24 dekabr 1985-ci il tarixdə Voroşilov rayon X4 “idarəedən” vəzifəsinə işə qəbul olunmuşdur. 1 iyil 1987-ci il tarixdə həmin qurumun ləğvi ilə əlaqədar X2 keçirilmişdir. 15 oktyabr 1991-ci il tarixdə öz xahişi ilə işdən azad olunmuşdur. 2 dekabr 1991-ci il tarixdə X15 (MUM) X16 Bakıxanov qəsəbəsi Filialına “komisyon şöbə müdiri” vəzifəsinə işə qəbul olunmuşdur. 1 fevral 1993-cü il tarixdə X10 keçirilməsi ilə əlaqədar işdən azad edilərək, Bakıxanov qəsəbəsində yerləşən 979 saylı mağazaya keçirilmişdir. 10 mart 1995-ci il tarixdə "xxxx" Daxili və Xarici Ticarət Əlaqələri Şirkətinin Bakı Filialına "xxxx" vəzifəsinə təyin edilmişdir. 30 dekabr 1999-cu il tarixdə Firmanın bağlanması ilə əlaqədar olaraq tutduğu vəzifədən azad edilmişdir. Daha sonra icarədar "xxxx" firması ilə onun (iddiaçının) arasında icarə müqaviləsi bağlanmış, 1 fevral 2000-ci il tarixdən 7 fevral 2002-ci il tarixədək sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 25 fevral 2019cu il tarixli 1-53 saylı arxiv arayışından görünür ki, X11 arxiv sənədlərinin əmr kitablarında 2 dekabr 1991-ci il tarixli 145 L/S saylı əmrlə 2 dekabr 1991-ci il tarixdə X16 komisyon şöbəsinə müdir vəzifəsinə işə qəbul olunmuş, lakin X11 arxiv sənədlərinin 1992 və 1993cü illərə dair əmr kitablarında onun işdən azad olunması barədə məlumat aşkar olunmamışdır. Bu barədə əmək kitabçasında müvafiq qeydlər aparılmışdır. İddiaçı ona yaşa görə əmək pensiyasının təyin olunması ilə əlaqədar DSMF Bakı şəhəri Sabunçu rayon şöbəsinə müraciət etmişdir. Həmin şöbənin 26 iyul 2019-cu il tarixli imtina məktubunda bildirilmişdir ki, “«Əmək pensiyaları haqqında» AR Qanununun 7-ci maddəsinə əsasən 1 yanvar 2019-cu il tarixdən kişilər 64 yaşı tamam olduqda fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ qazanırlar. Şöbəyə təqdim edilmiş sənədlər əsasında Sizə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan sosial sığorta stajınız və pensiya sığorta kapitalınız olmadığına görə əmək pensiyası hüququnuz yaranmır.” Cavabdehin imtinası qanunsuz və əsassız hesab olunur. Belə ki, əmək kitabçası və təqdim edilən arxiv arayışlarına əsasən onun tələb olunan 25 il stajı vardır. Buna görə də hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 60, 71-ci maddələrinə, İPM-in 2.2.2, 33, 38, 73-cü maddələrinə, «İnzibati icraat haqqında» AR Qanununun 67, 73-cü maddələrinə, «Əmək pensiyaları haqqında» AR Qanununun 21, 30.2-ci maddələrinə, “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyasının təyin edilməsi, sosial sığorta stajının müəyyən edilməsi, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1.1, 3.4, 4.1.1-ci bəndlərinə əsaslanaraq, 1975 – 1977-ci illərdə Ağcabədi rayonunun Ə.Bünyadov və Caparidze kolxozlarında işlədiyi, 10 mart 1995-ci il tarixdən 30 dekabr 1999-cu il tarixədək "xxxx" Daxili və Xarici Ticarət Əlaqələri Şirkətinin Bakı Filialında əmtəəşünas vəzifəsində işlədiyi və 1 fevral 2000-ci il tarixdən 7 fevral 2002-ci il tarixədək sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq məcburi dövlət sosial haqqı ödənişlərinin ödənildiyi dövr sosial sığorta stajına daxil edilməklə ona (iddiaçıya) yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İşə mahiyyəti üzrə 29 oktyabr 2019-cu il tarixdə baxılmış və 2 saylı Bakı İnizbati- İqtisadi Məhkəməsinin 2-1(82)-3411/2019 saylı iş üzrə 29 oktyabr 2019-cu il tarixli qərarı ilə iddia təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-185/2020 saylı iş üzrə 15 yanvar 2020-ci il tarixli qərarı ilə cavabdeh DSMF Bakı şəhəri Sabunçu rayon şöbəsinin apellyasiya şikayəti təmin edilməmiş və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 29 oktyabr 2019cu il tarixli qərarı müvafiq dəyişiklik edilərək (“63 yaş 6 ay tamam olduğu gündən, yəni 9 aprel 2018-ci il tarixdən” sözləri əlavə edilərək) dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1056/2020 saylı iş üzrə 30 sentyabr 2020-ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-185/2020 saylı iş üzrə 15 yanvar 2020-ci il tarixli qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin sözügedən qərarında məhkəmə kollegiyası aşağıdakıları vurğulamışdır: 1) məhkəmə ümumiyyətlə iddiaçının pensiya kapitalını yoxlamamamışdır; 2) məhkəmələr iddiaçının pensiya təyin olunmasına imkan verən sosial sığorta stajına malik olduğunu araşdırarkən, inzibati orqanın əmək kitabçasında və arxiv sənədlərində qeyd olunmuş çoxsaylı müəssisələrdən və müxtəlif dövrlərdən məhz hansı dövrü və nə səbəbdən staja daxil edilməsinə razı olmadığını araşdırmamışdır. Çünki, cavabdeh həm iddiaçıya pensiya təyin olunmasından imtina məktubunda, həm apellyasiya şikayətində iddiaçının 25 il stajının olmadığını mücərrəd şəkildə ifadə etmişdir, iddiaçının təqdim etdiyi sənədlərdəki stajının isə nəyə görə qəbul edilmədiyi aydın deyildir. Apellyasiya instansiyası məhkəməsi İPM-in 12-ci maddələrinin tələblərinə uyğun olaraq araşdırma aparmamış, iddiaçının əmək fəaliyyətinin hansı dövrünü qəbul etrmədiyi barədə inzibati orqanın nümayəndəsinin yazılı və ya şifahi izahatını almamışdır; 3) məhkəmələr iddiaçının əmək fəaliyyətinin təqdim etdiyi sənədlərdə əksini tapmış illəri qeyd etsə də, həmin müddətin cəmini (hər bir iş üzrə) müəyyən etməmişdir; 4) əmək kitabçasında iddiaçının 1 fevral 1993-cü ildə Mərkəzi Univermaq üzrə 27 oktyabr 1992-ci il tarixli 63 saylı əmrə əsasən Razin qəsəbəsindəki 979 saylı mağazaya keçirildiyi göstərilmiş, bu qeyddən sonra isə "xxxx" Daxili və Xarici Ticarət Əlaqələri Şirkətində əmtəəşünas vəzifəsinə keçirildiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının Mərkəzi Univermaq üzrə 27 oktyabr 1992-ci il tarixli 63 saylı əmrə əsasən Razin qəsəbəsindəki 979 saylı mağazada 1 fevral 1993-cü il tarixdən hansı tarixədək işlədiyi müəyyən deyildir. Dövlət Arxivinin Bakı Filialından alınmış arayışda göstərilmişdir ki, MUM-un arxiv sənədlərinin əmr kitablarında 2 dekabr 1991-ci il tarixli 145 L/S saylı əmrlə həmin tarixdə komisyon mağazasının müdiri vəzifəsinə işə qəbul olunmuşdur. Lakin MUM arxiv sənədlərinin 1991 – 1993-cü illər üzrə əmr kitablarında işdən azad olunması barədə məlumat aşkar olunmamışdır, Bakıxanov qəsəbəsində yerləşən TH mağazanın arxiv sənədləri arxivə təhvil verilməmişdir. İşin bu vəziyyətində məhkəmə həmin dövrün iş stajına daxil edilməsini əsaslandırmalı idi. Lakin bu əsaslandırma aparılmamışdır; 5) apellyasiya instansiyası məhkəməsi iddiaçının “1975 – 1977-ci illərdə kolxozda işləməsi Ağcabədi rayon Dövlər Arxivinin 17 iyul 2019-cu il tarixli 288 saylı arayışı ilə təsdiq edildiyindən” bu dövrün sosial sığorta stajına daxil edilməsini əsaslı hesab etmişdir. Lakin bu, məhkəmə tərəfindən arxiv arayışında olan məlumatlarla bağlı tam araşdırılmamış və lazımi qaydada əsaslandırılmamış nəticədir. İddiaçı 1973 – 1975-ci illərdə hərbi xidmətdı olmuş və hərbi xidmətdən qayıtdıqdan sonra kolxozda 252 adam günü işləmişdir. Lakin məhkəmə həmin dövrün staja daxil edilməməsini araşdırmamışdır; 6) apellyasiya instansiyası məhkəməsi «SSRİ-də vətəndaşların pensiya təminatı haqqında» 15 may 1990-cı il tarixli SSRİ Qanununun və «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının 23 sentyabr 1992-ci il tarixli Qanununun (6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunla qüvvədən düşmüşdür) müddəalarına əsasən iddiaçının kolxozda qazanılmış iş stajını hesablayarkən iş vaxtının həmin dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasını nəzərə almaqla hesablamalı idi. Lakin məhkəmə bu cür araşdırma aparmamış, kolxozda minimum əmək iştirakı normasını müəyyən etmək üçün arxiv idarəsinə sorğu verməmişdir; 7) məhkəmə qeyd etmişdir ki, iddiaçının “1 fevral 2000-ci il tarixdən 7 fevral 2002-ci il tarixədək sahibkarlıq fəaliyyəti ilə məşğul olması təsdiq edildiyindən”, ona yaşa görə əmək pensiyasının təyin edilməsi əsaslıdır. İşin bu halı tam araşdırılmamışdır. İş materiallarında iddiaçının vergi ödəyicisi kimi uçota alınması barədə hər hansı sübut yoxdur. İş materiallarında iddiaçının 2000 və 2001-ci illər üçün müvafiq məbləğlərdə sosial sığorta haqları ödəməsi barədə qəbzlər var, eyni zamanda işdə olan "xxxx" firması ilə iddiaçı arasında bağlanmış 1 fevral 2001-ci il tarixli müqavilədən görünür ki, iddiaçı icarə verənə məxsus qeyri-yaşayış sahəsini icarəyə götürmüşdür, lakin bu müqavilədə də iddiaçının vergi ödəyicisi olması göstərilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-528/2021 saylı iş üzrə 8 fevral 2021-ci il tarixli qərardadı ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3411/2019 saylı iş üzrə 29 oktyabr 2019-cu il tarixli qərarı ləğv edilmiş və iş məhkəmə icraatının davam etdirilməsi üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. Qeyd olunmalıdır ki, iş apellyasiya instansiyası məhkəməsinin icraatında olan dövrdə məhkəmənin müvafiq qərardadı ilə cavabdeh DSMF Bakı şəhəri Sabunçu rayon şöbəsi DSMF X3 üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadında Ali Məhkəmənin müvafiq göstərişləri təkrarən bildirilmişdir. Azərbaycan Respublikası Prezidentinin 19 iyul 2019-cu il tarixli 1325 nömrəli Fərmanının 1-ci və 2-ci bəndlərinə əsasən 2020-ci il yanvarın 1-dən Bakı şəhərində Bakı İnzibati Məhkəməsi və Bakı Kommersiya Məhkəməsi təşkil edilmiş, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsi və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi ləğv edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli 1077 nömrəli Fərmanının 1 – 3-cü hissələri ilə “Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi”, “X7 Nizamnaməsi”, “Dövlət Tibbi-Sosial Ekspertiza və X1” təsdiq edilmişdir. Fərmanın 5-ci hissəsi ilə müəyyən edilmişdir ki, (5.1) bu Fərmanın 1–3-cü hissələrində nəzərdə tutulan Dövlət Sosial Müdafiə Fondu, X17, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi, müvafiq olaraq, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun, Dövlət Məşğulluq Xidmətinin, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin hüquqi varisləridir, onların bütün hüquq və öhdəlikləri, habelə əmlakı (bu Fərmanın 5.2-ci bəndi nəzərə alınmaqla) aidiyyəti üzrə yuxarıda adları çəkilən publik hüquqi şəxslərə keçir. İş materialları Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra iddiaçı tərəf cavabdeh DSMF X3 üzrə Mərkəzi Filialının həmin Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilməsi və iddia tələbinin dəyişdirilməsi (iddia tələbində göstərilən “1975-ci ildən 1977-ci ilədək” sözlərinin “1972-ci ildən 1977-ci ilədək” sözləri ilə əvəz edilməsi) barədə ərizələr təqdim etmiş və müvafiq qərardad çıxarılmasını xahiş etmişdir. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İPM-in 54.1-ci maddəsinə görə inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmiş və iş üzrə cavabdeh DSMF X3 üzrə Mərkəzi Filialı DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsinin İPM-in 47.2-ci maddəsinin tələblərinə müvafiq olaraq, məhkəməyə təqdim olunmuş yazılı etirazında aşağıdakılar bildirilir: - Hesab edilir ki, İddiaçı iddiası əsassızdır və təmin edilməməlidir. İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi üçün DSMF Bakı şəhəri Sabunçu rayon şöbəsinə müraciət etmiş, lakin «Əmək pensiyaları haqqında» AR Qanununun 7-ci maddəsinə əsasən fərdi hesabın sığorta hissəsində pensiya kapitalı əmək pensiyasının minmum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən və ya 25 il sığorta stajı olmadığından, müraciətin müsbət həlli mümkün olmamışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 29 oktyabr 2019-cu il tarixli qərarı ilə iddia təmin olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 15 yanvar 2020-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 sentyabr 2020-ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti qismət təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin həmin qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 8 fevral 2021-ci il tarixli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 29 oktyabr 2019-cu il tarixli qərarı ləğv edilmiş və iş məhkəmə icraatının davam etdirilməsi üçün həmin məhkəməyə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 8 fevral 2021-ci il tarixli qərardadında göstərilmişdir ki, Ali Məhkəmənin qərarında şərh edilən göstərişlərin icrası ilə bağlı bildirilir: Məhkəmələr iddiaçının pensiya təyin olunmasına imkan verən sosial sığorta stajına malik olduğunu araşdırarkən inzibati orqanın əmək kitabçasında və arxiv sənədlərində qeyd olunmuş, müəssisələrdən və müxtəlif dövrlərdən məhz hansı dövrü və nə səbəbdən staja daxil edilməsinə razı olmadığını araşdırmamışdır. Məhkəmə araşdırma apararkən kolxozda minimum əmək iştirakı normasını müəyyən etmək üçün arxiv idarəsinə sorğu verməmişdir. Məhkəmə iddiaçının əmək fəaliyyətinin təqdim etdiyi sənədlərdə əksini tapdığını qeyd etsə də, bu müddətin cəmini müəyyən etməmişdir. Bundan əlavə, məhkəmələr qeyd etmişdir ki, iddiaçının “1 fevral 2000-ci il tarixdən 7 fevral 2002-ci il tarixədək sahibkarlıq fəaliyyəti ilə məşğul olması təsdiq edildiyindən,. . .” ona yaşa görə əmək pensiyası təyin edilməsi əsaslıdır. İşin bu halı tam araşdırılmamışdır. İş materiallarında iddiaçının vergi orqanında vergi ödəyicisi kimi uçota alınması barədə hər hansı sübut yoxdur. Eyni zamanda, məhkəmə ümumiyyətlə iddiaçının pensiya kapitalını hesablamamamışdır. Belə ki, 9 oktyabr 1954-cü il tarixdə doğulmuş İddiaçı hazırkı qanunvericiliyin tələbinə əsasən yaşa görə əmək pensiyası hüququ 9 aprel 2018-ci il tarixdə yaranır. «Əmək pensiyaları haqqında» AR Qanununun 31.2-ci maddəsinə əsasən əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və siyahısı AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müəyyən edilmiş sənədlərə baxılmaqla təyinat aparılır. Sözügedən siyahı AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2011-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydalarla müəyyən edilmişdir. Qaydaların 3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı, hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin, prokurorluq və ədliyyə orqanları işçilərin xidmət müddətinə dair məlumat vərəqi, İ dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt və sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Göründüyü kimi, sosial sığorta stajını təsdiq edən sənədlərə arxiv arayışları aid edilməmişdir. Habelə nəzərə alınmalıdır ki, Qanunun 31.2-1-ci maddəsinə uyğun olaraq sığortaolunanların əmək kitabçası üzrə 1 yanvar 2006-cı il tarixədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə daxil olduğu gün baxılaraq, sığortaolunanlara əmək pensiyası təyin edilir. Yəni, 1 yanvar 2006-cı il tarixədək sığortaolunanın arxiv arayışı üzrə iş stajı o halda keçərlidir ki, o, əmək kitabçası ilə birlikdə təqdim olunsun və əmək kitabçasında öz əksini tapsın. AR Nazirlər Kabinetinin 1992-ci il 25 noyabr tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilmısi qaydası barədə» Əsasnamənin 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Normanın məzmunundan görünür ki, sosial sığorta stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Ağcabədi Rayon Dövlət Arxivinin 17 iyul 2019-cu il tarixli 288 nömrəli arxiv arayışında qeyd edilən 1972, 1973, 1975, 1976, 1977-ci illərdə İddiaçı kolxozda işlədiyi ümumi 3 il 1 ay olan dövr əmək kitabçasında qeyd edilmədiyi üçün sığorta stajına daxil edilməmişdir. Eyni zamanda, Dövlət Arxivinin Bakı Filialının 25 fevral 2019-cu il tarixli 1-53 nömrəli arxiv arayışında 2 dekabr 1991-ci il tarixdə X18 işə qəbul olunduğu qeyd edilsə də, 1992 – 1993-cü illərə dair əmr kitablarında onun işdən azad olunması barədə heç bir məlumat olmadığından, əmək kitabçasında qeyd edilən 2 dekabr 1991-ci il tarixdən 1 fevral 1993-cü il tarixədək olan 1 il 1 ay 29 gün və əmək kitabçasında qeyd edilən "xxxx" Daxili və Xarici Ticarət Şirkətinin Bakı Filialında işlədiyi dövrün yoxlanılması (müəssisə bağlandığı üçün) mümkün olmadığından, 10 mart 1995-ci il tarixdən 30 dekabr 1999-cu il tarixədək olan 4 il 9 ay 20 gün sığorta stajına daxil edilməmişdir. Beləliklə, ümumilikdə 9 il 18 gün sığorta stajı DSMF orqanı tərəfindən mübahisələndirilir. İş materiallarında olan iddiaçının pensiya işinə əlavə edilmiş əmək kitabçasındakı qeydlərə əsasən ümumilikdə mübahisəsiz sığorta stajı 16 il 4 ay 10 gün təşkil edir: 2 il 3 gün hərbi xidmət dövrü – 25 may 1973-cü il tarixdən 28 may 1975-ci il tarixədək, əmək fəaliyyəti – 24 may 1977-ci il tarixdən 25 aprel 1978-ci il tarixədək 1 il 1 ay 1 gün, 21 may 1978-ci il tarixdən 25 may 1978-ci il tarixədək 1 il 4 gün, 2 iyul 1979-cu il tarixdən 18 iyul 1980-ci il tarixədək 1 il 16 gün, 25 iyul 1980-ci il tarixdən 2 yanvar 1984-cü il tarixədək 3 il 5 ay 7 gün, 2 yanvar 1984-cü il tarixdən 20 dekabr 1985-ci il tarixədək 1 il 11 ay 18 gün, 24 dekabr 1985-ci il tarixdən 15 oktyabr 1991-ci il tarixədək 5 il 9 ay 21 gün. Bu isə, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericliklə tələb olunan sığorta stajı üçün kifayət etmir. “«Əmək pensiyaları haqqında» AR Qanununa əsasən əmək pensiyasının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na əsasən yaşa görə pensiyanın təyin olunması üçün ilk növbədə müraciət edən şəxslərin pensiya kapitalı hesablanır. Bu məqsədlə onun 1 yanvar 2006-cı il tarixədək olan dövrə aid iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesabının sığorta hissəsində 1 yanvar 2006-cı il tarixə qeydə alınır. İddiaçının pensiya hüququ yarandığı tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış 11.477 manat pensiya kapitalı tələb olunan 16.762,88 manatdan azdır. İddiaçı tərəfindən təqdim edilən məcburi dövlət sosial sığorta haqqı üçün mədaxil qəbzləri (27 fevral 2001-ci il tarixli 000495 nömrəli, 29 iyun 2001-ci il tarixli 001369 nömrəli, 28 dekabr 2001-ci il tarixli 001396 nömrəli) İddiaçı hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs qismində uçota alınmadığından, staja daxil edilmir. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələbinə uyğun həyata keçirilməlidir. Eyni zamanda, Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimlənmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Beləliklə, «Əmək pensiyaları haqqında» AR Qanununun 7-ci maddəsinə əsasən iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatna imkan vermədiyindən və ya 25 il sığorta stajı olmadığından, iddia təmin edilə bilməz. Göstərilənlərə əsaslanaraq, İddiaçı iddiasının təmin edilməməsi məhkəmədən xahiş olunur. İddiaçı tərəf məhkəməyə əlavə ərizə də təqdim etmiş və iddianın dəyişdirilərək «iddiaçıya 1972 – 1977-ci illərdə Ağcabədi rayonunun Ə.Bünyadov və Caparidze kolxozlarında kolxozçu işlədiyi, 2 dekabr 1991-ci il tarixdən 1 fevral 1993-cü il tarixədək MUM Bakıxanov qəsəbəsindəki komisyon mallar mağazasının müdiri vəzifəsində işlədiyi, 10 mart 1995-ci il tarixdən 30 dekabr 1999-cu il tarixədək "xxxx" Daxili və Xarici Ticarət Əlaqələri Şirkətinin Bakı Filialında əmtəəşünas vəzifəsində işlədiyi dövr sosial sığorta stajına daxil edilməklə 9 aprel 2018-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X19 iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X20 iddiaya qarşı yazılı münasibətdə göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Təqaüdlərin və sosial müavinətlərin minimum məbləği qanunla müəyyən edilir. «Əmək pensiyaları haqqında» AR Qanununun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İş materiallarında olan ASAN 4 tərəfindən verilmiş 27 iyul 2014-cü il tarixdə verilmiş AZE seriyalı ******** nömrəli “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi”nin surətindən görünür ki, İddiaçı 9 oktyabr 1954-cü il tarixdə doğulmuşdur və onun yaşayış yeri Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ə.Kərim küçəsi, döngə 3, ev 5, mənzil 2-dir. İş materiallarında olan AR Dövlət Arxivinin Bakı Filialının 25 fevarl 2019-cu il tarixli 1-53 saylı arxiv arayışında aşağıdakılar qeyd olunur: - Dövlət Arxivinin Bakı Filialında saxlanılan X8 arxiv sənədlərinin əmr kitablarında vətəndaş İddiaçı 2 dekabr 1991-ci il tarixli 145 L/S saylı əmrlə 2 dekabr 1991-ci il tarixdən X16 komisyon şöbəsinə müdir vəzifəsinə işə qəbul olunması, 1991-ci ilin dekabr, 1992-ci ilin yanvar, iyun, oktyabr ayları və 1993-cü ilin mart aylarına dair əmək haqqı cədvəllərində əmək haqqı hesablanması barədə məlumatlar mövcuddur (cədvəl əlavə olunur). Dövlət Arxivinin Bakı Filialında saxlanılan X8 arxiv sənədlərinin 1992 və 1993-cü illərə dair əmr kitablarında vətəndaş İddiaçı işdən azad olunması barədə heç bir məlumat yoxdur. X8 nəzdində Bakıxanov qəsəbəsində yerləşən X6 arxiv sənədləri Dövlət Arxivinin Bakı Filialına təhvil verilməmişdir. İş materiallarından görünür ki, icarədar "xxxx" Firması ilə icarəçi İddiaçı arasında 1 fevral 2020-ci il tarixdə bağlanmış icarə haqqında müqaviləyə əsasən icarədar tərəfindən Bakı şəhəri, Nizami küçəsi, 77/9 saylı binada yerləşən 1 otaqlı qeyri-yaşayış sahəsinin 27 kv.m hissəsi icarəçiyə müvəqqəti istifadəyə verilmişdir. İcarə müqaviləsi 7 fevral 2000-ci il tarixdən 7 fevral 2002-ci il tarixədək bağlanmışdır. İş materiallarında olan Ağcabədi Rayon Dövlət Arxivinin 1 fevral 2021-ci il tarixli 19 nömrəli arayışında göstərilmişdir ki, arxivdə saxlanılan Ə.Bünyadov və Caparidze k/n 1970 – 1977-ci il üzrə dövr, arxiv xarakterli arxiv sənədləri yoxlanıldı və məlum oldu ki, İddiaçı həmin kolxozda işləməsi və əmək haqqı alması barədə aşağıdakı kimi qeydiyyat var: Minimum adam günü (bütün illər üzrə) – 240 gün; faktiki adam günü 1972-ci ildə 252 gün, 1975-ci ildə 200 gün, 1976-cı ildə 267 gün, 1977-ci ildə 87 gündür. Məhkəmənin 10 iyun 2021-ci il tarixli məktubu ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə aşağıdakı məzmunda sorğu ünvanlanmışdır: - 9 oktyabr 1954-cü il tarixdə Ağcabədi rayonunda (şəhərində) doğulmuş X9 2000 – 2002-ci illərdə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olub-olmaması, habelə həmin dövrdə bu fəaliyyət üzrə məcburi dövlət sosial sığorta haqları ödəyibödəməməsi barədə ətraflı məlumatın təqdim olunması. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məhkəməyə ünvanlanmış 8 iyul 2021-ci il tarixli cavab məktubunda aşağıdakılar bildirilir: - Vergi ödəyicilərinin dövlət reyestrində 9 oktyabr 1954-cü il tarixdə doğulmuş İddiaçı hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs qismində uçota alınması barədə məlumat mövcud deyil. Məhkəmənin 10 iyun 2021-ci il tarixli məktubu ilə Azərbaycan Respublikasının Dövlət Arxivinə və Ağcabədi Rayon Dövlət Arxivinə aşağıdakı məzmunda sorğular ünvanlanmışdır: - Ağcabədi rayonunun Ə.Bünyadov və Caparidze kolxozunda 1975 – 1977-ci illər üzrə müəyyən olunmuş minimim əmək iştirakı norması barədə məlumatın təqdim olunması. Ağcabədi Rayon Dövlət Arxivindən məhkəməyə ünvanlanmış 2 iyul 2021-ci il tarixli cavab məktubunda aşağıdakılar bildirilir: - Minimum əmək günü (iş günü) normasını müəyyən edən təsdiqedici hüquqinormativ sənəd mühafizə olunmadığından, 1975 – 1977-ci illərdə Ə.Bünyadov və Caparidze adına kolxozlarının da minimum əmək günü barədə məlumat verilməsi mümkün olmamışdır. Əldə edilən şifahi məlumatlara əsasən kolxozların fəaliyyəti zamanı Ağcabədi rayonunun yerləşdiyi regiona, kolxoz dövrlərində mərkəzi icra hakimiyyəti (keçmiş Kənd Təsərrüfatı Nazirliyi) tərəfindən normativə uyğun minimum əmək günü (iş günü) norması kişilər üçün 240 gün, qadınlar üçün 180 adan günü müəyyən edilmişdir. Məhkəmənin 19 noyabr 2021-ci il tarixli məktubu ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə aşağıdakı mözmunda sorğu ünvanlanmışdır: - "xxxx" Daxili və Xarici Əlaqələr Şirkətinin Bakı Filialının (ASİST İç və Dış Ticaret Anonim Şirkətinin Bakı şöbesi) dövlət qeydiyyatı və fəaliyyət dövrü barədə ətraflı məlumatın məhkəməyə təqdim edilməsi. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsininin məhkəməyə ünvanlanmış 6 dekabr 2021-ci il tarixli məktubunda aşağıdakılar bildirilir: - "xxxx" İç və Dış Ticaret Anonim Şirkətinin Bakı Filialı Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən 4 noyabr 1994-cü il tarixli 291 nömrəli şəhadətnamə ilə dövlət qeydiyyatına alınmışdır və hüquqi ünvanı ünvan 6ıradək inventarlaşdırmadan keçmək və yeni VÖEN almaq üçün vergi orqanına müraciət etməmişdir. Həmçinin, Filialın təşkilatihüquqi formasını dəyişməsi və hüquqi varisinin olması barədə hər hansı bir məlumat aşkar edilməmişdir. İPM-in 8.1.2-ci maddəsinin 1 oktyabr 2021-ci il tarixədək qüvvədə olan tələblərinə görə mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 8.1.2-ci maddəsinin 1 oktyabr 2021-ci il tarixdən qüvvədə olan tələblərinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. İPM-in 8.1.4-cü maddəsinə əsasən digər (8.1.1 – 8.13-1-ci maddələrindən başqa) hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə görə inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Bakı şəhərinin Nərimanov rayonu Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. DSMF orqanı iddiaçının müvafiq müraciəti üzrə qaldlırılan məsələnin həllindən imtina etdiyindən, hazırkı cavabdeh həmin orqanın varisi qismində çıxış etdiyindən, tərəflər arasında inzibati mübahisə mövcuddur. Məhkəmə iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Mübahisənin ərazi aidiyyəti belədir ki, iddia “öhdəliyin icrası haqqında” iddia növünə aid olduğundan, iddia ərizəsi məhkəməyə 1 oktyabr 2021-ci il tarixdən əvvəl daxil olduğundan, mübahisəyə baxılması üçün İPM-in 8.1.4-cü maddəsinin tələblərinə uyğun olaraq cavabdehin olduğu yer (Bakı şəhərinin Nərimanov rayonu) üzrə inzibati məhkəmə kimi Bakı İnzibati Məhkəməsi səlahiyyətlidir. Mübahisənin mahiyyətinə gəldikdə isə, məhkəmə aşağıdakıları diqqətə çəkir: Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. «İnzibati icraat haqqında» AR Qanununun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. «Əmək pensiyaları haqqında» AR Qanununun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin “qeyd” hissəsində göstərilir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 30.1-ci maddəsinə əsasən əmək pensiyası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilir. 1 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: . . “v” hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti. Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin (Azərbaycan Respublikasının 1 fevral 1999-cu il tarixli 618-İQ nömrəli Qanunu ilə təsdiq edilmişdir) 87-ci maddəsinə görə işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. AR Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş (qərar hazırda qüvvədən düşmüşdür) “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. İPM-in 87.9-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Məhkəmə apellyasiya instansiya məhkəməsinin iş üzrə 8 fevral 2021-ci il tarixli qərardadındakı (Ali Məhkəmənin qərarında qeyd olunanlar təkrarlanmaqla) göstərişlərlə əlaqədar aşağıdakıları diqqətə çəkir: 1) (pensiya kapitalı) İddiaçının pensiya hüququ yarandığı tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 16.762,88 manat məbləğin qarşılığında 11.477 manat təşkil edir; 2) (iddiaçının mübahisələndirilməyən və mübahisələndirilən əmək fəaliyyəti dövrləri) İddiaçının əmək kitabçasında göstərilən və cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilməyən sığorta stajı ümumilikdə 16 il 4 ay 10 gündür. Həmin staja onun 25 may 1973-cü il tarixdən 28 may 1975-ci il tarixədək (2 il 3 gün) olan hərbi xidmət dövrü və 24 mart 1977-ci il tarixdən 15 oktyabr 1991-ci il tarixədək Özbəkistan SSR-də müxtəlif təşkilatlarda iş stajı (fasilələr nəzərə alınmaqla 14 il 4 ay 7 gün) daxildir. İddiaçının əmək kitabçasında və müvafiq arxiv arayışlarında əks olunan, lakin cavabdeh inzibati orqan tərəfindən sığorta stajına daxil edilməyən stajı ümumilikdə 9 il 19 gündür. Bu stajı onun 1972, 1975, 1976, 1977-ci illərdə Ağcabədi rayonunun Bünyadov və Caparidze adına kolxozlarda kolxozçu işlədiyi dövr, 2 dekabr 1991-ci il tarixdən 1 fevral 1993-cü il tarixədək Bakı şəhəri MUM-un Bakıxanov qəsəbəsindəki X16 komisyon şöbəsinin müdiri işlədiyi (1 il 1 ay 29 gün) və 10 mart 1995-ci il tarixdən 30 dekabr 1999-cu il tarixədək "xxxx" İç və Dış Ticaret Anonim Şirkətinin Bakı Filialında əmtəəşünas işlədiyi (4 il 9 ay 20 gün) dövrlər təşkil edir. Həmin 9 il 19 gün stajın sığorta stakı kimi qəbul edilməməsinə əsas kimi cavabdeh inzibati orqan bildirir ki, iddiaçının arxiv arayışında əks olunan 1972, 1975, 1976, 1977-ci illərdə kolxozlarda işlədiyi 3 il 1 ay dövr onun əmək kitabçasında göstərilməmişdir, 1991 – 1993-cü illərdə komissyon mağazada müdir vəzifəsində işlədiyi dövr əmək kitabçasında işdən azad olunma barədə əmr qeyd olunmamışdır, eləcə də 1995 – 1999-cu illərdə işlədiyi "xxxx" İç və Dış Ticaret Anonim Şirkətinin Bakı Filialı hazırda faəliyyət göstərmədiyindən, onun həmin müəssisədə işləməsinin yoxlanılması mümkün olmamışdır; 3) (iddiaçının topladığı ümumi sığorta stajı) Yuxarıda qeyd olunduğu kimi, iddiaçının mübahisələndirilməyən iş stajı 16 il 4 ay 10 gün, mübahisələndirilən iş stajı isə 9 il 19 gündür. Bu barədə yuxarıdakı bənddə daha geniş bildirilmişdir. Nəzərə alınmalıdır ki, iddiaçı məcburi dövlət sosial sığorta haqqı ödəniılməsi ilə əhatə olunan 1 fevral 2000-ci il tarixdən 7 fevral 2002-ci il tarixədək olan dövrün sığorta stajına daxil edilməsini tələbindən çıxartmışdır; 4) (1991 – 1993-cü illərdə iş stajının sığorta stajı kimi qəbul olunmasının əsaslandırılmaması) İddiaçının əmək kitabçasında onun 2 dekabr 1991-ci il tarixdə Ticarət Nazirliyinin tabeliyində olan Bakı şəhəri X11 Razin (indiki Bakıxanov) qəsəbəsindəki komisyon mağazasının müdiri təyin edilməsi və 1 fevral 1993-cü il tarixdə həmin vəzifədən başqa işə – Razin qəsəbəsində 979 saylı mağazaya keçirilməsi ilə bağlı qeydlər mövcuddur. Həmin qeydlər onun başqa işə keçirilməsi ilə əlaqədar olsa da, tutduğu şöbə müdiri vəzifəsindən azad olunmasını ehtiva edir. Mağazanın təsərrüfat hesabına keçirilənədək Ticarət Nazirliyinin tabeliyində olması isə, işin mübahisələ olunmayan hallarına daxildir. Əmək kitabçasındakı qeydlər üzrə məlumatlar, onların həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən, mötəbər sayılır. Odur ki, əmək kitabçasındakı bu qeydlər, arxiv materiallarında 1992 – 1993-cü illərə aid saxlanılan sənədlərdə iddiaçının işdən azad olunması barədə əmrə dair məlumat olmasa da, onun 2 dekabr 1991-ci il tarixdən 1 fevral 1993-cü il tarixədə başqa işə keçirilənədək komisyon mağazasının müdiri kimi işləməsini təsdiqləyir. Odur ki, iddiaçının 1 il 1 ay 29 gün həmin işdə işlədiyi müddətin sığorta stajına daxil edilməməsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinə (Vİİ hissəsinə), «İnzibati icraat haqqında» AR Qanununun 19-cu maddəsinə və «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 67-ci maddəsinə ziddir; 5) (iddiaçının kolxozda işlədiyi dövrün araşdırılmaması) İş apellyasiya instansiya məhkəməsinin icraatında olduğu dövrdə Ağcabədi rayon Dövlət Arxivindən alınmış 1 fevral 2021-ci il tarixli 19 nömrəli arayışda iddiaçının Ağcabədi rayonunun müvafiq kolxozlarında minimum adam günü (bütün illər üzrə) – 240 gün olmaqla faktiki olaraq 1972-ci ildə 252 gün, 1975-ci ildə 200 gün, 1976-cı ildə 267 gün, 1977-ci ildə 87 gün işlədiyi təsdiqini tapır. Göründüyü kimi, 1972 və 1976-cı illərdə iddiaçı kolxozda müəyyən edilmiş minimum adam normasını yerinə yetirmiş və həmin illər üzrə 2 il staja malikdir. 1975 və 1977-ci illərə gəldikdə isə, ayrılıqda həmin illər üzrə minimum normalar toplanmasa da, ümumilikdə bu iki il üzrə faktiki adam günü (287 gün) 1 il 1 ay sığorta stajı kimi hesablanmalıdır. Nəzərə alınmalıdır ki, iddiaçının 1973-cü ilin may ayından 1975-ci ilin may ayınadək hərbi xidmət dövrü kolxozda işlədiyi faktiki dövrlə hər hansı hissədə üst-üstı düşmür. 6) (arxiv qurumuna iddiaçının kolxozda iş stajı ilə bağlı sorğu verilməməsi) Məhkəmənin 10 iyun 2021-ci il tarixli məktubu ilə Azərbaycan Respublikasının Dövlət Arxivinə və Ağcabədi Rayon Dövlət Arxivinə müvafiq məzmunda sorğular ünvanlanmış və sonuncudan müvafiq cavab alınmışdır. Məlum olmuşdur ki, iş materialları apellyasiya instansiya məhkəməsinin icraatında olduğu dövrdə Ağcabədi Rayon Dövlət Arxivinindən iddiaçının adına onun kolxozdakı fəaliyyəti ilə bağlı arayış alınmışdır. 7) (iddiaçının 2000 – 2001-ci illərdə sahibkarlıq fəaliyyəti ilə məşğul olub-olmaması halı araşdırılmamışdır) Hazırkı icraatda məhkəmənin 8 iyul 2021-ci il tarixli məktubu ilə Dövlət Vergi Xidmətinə iddiaçının sahibkarlıq fəaliyyəti üzrə uçota alınması ilə bağlı sorğu ünvanlanmış və onun vergi orqanında uçota alınmaması barədə müvafiq cavab alınmışdır. Lakin nəzərə alınmalıdır ki, iddiaçı məhkəmə icraatında iddiasını dəyişdirərək həmin dövrün sığorta stajına daxil edilməsini sonradan tələb etməmişdir. Beləliklə, məhkəmə hazırkı inzibati məhkəmə icraatında toplanmış sübutların məcmusunda belə qənaətə gəlir ki, İddiaçı fərdi hesabının sığorta hissəsində yetərli pensiya kapitalı toplanmasa da, o, 1972-ci ildən 1999-cu ilin 30 dekabr tarixədək ümumilikdə (müəyyən fasilələrlə) 25 il 4 ay 29 gün sığorta stajına malikdir. Bu qənaət ondan yaranır ki, iddiaçının cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilməyən iş stajı 16 il 4 ay 10 gün, mübahisələndirilən iş stajı isə 9 il 19 gündür. Bu müddətlərin cəmi 25 il 4 ay 29 gündür. Məhkəmə iddiaçının həmin 16 il 4 ay 10 gün iş və hərbi xidmət dövrünün sığorta stajına daxil edilməsi ilə bağlı cavabdehin qənaətini qanuna uyğun qiymətləndirir və qeyd edir ki, iddiaçının 1973 – 1975-ci illərdəki hərbi xidmət dövrünün və 1977 – 1991-ci illərdə Özbəkistan SSR-də işlədiyi müddətin sığorta stajına daxil edilməsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinin və «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 67-ci maddəsinin tələblərinə uyğundur. Məhkəmə iddiaçının cavabdeh tərəfindən mübahisələndirilən 9 il 19 gün müddətində iş dövrü və bununla bağlı müəyyən edilən xüsusatlarla əlaqədar aşağıdakıları qeyd edir: - iddiaçının təqdim etdiyi arxiv arayışına əsasən o, Ağcabədi rayonunun Ə.Bünyadov və Caparidze kolxozlarında minimum adam günü (bütün illər üzrə) – 240 gün olmaqla faktiki olaraq 1972-ci ildə 252 gün, 1975-ci ildə 200 gün, 1976-cı ildə 267 gün, 1977-ci ildə 87 gün işləmişdir. Həmin məmulatların həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən, həmin arxiv sənədi «İnzibati icraat haqqında» AR Qanununun 19-cu maddəsinə əsasən mötəbər sayılır. 1972 və 1976-cı illərdə iddiaçı kolxozda müəyyən edilmiş minimum adam normasını tam yerinə yetirdiyindən, həmin illər üzrə iddiaçı 2 il staja malikdir. 1975 və 1977-ci illərlə bağlı isə, ayrılıqda həmin illər üzrə minimum normalar toplanmasa da, ümumilikdə bu iki il üzrə faktiki adam günü (287 gün) 1 il 1 ay sığorta stajı kimi hesablanmalıdır. Həmin arxiv arayınında əks olunan iş stajları barədə əmək kitabçasında qeydlərin aparılmamasına gəldikdə isə, məhkəmə qeyd edir ki, 2006-cı ilin yanvar ayının 1-dək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun müddəaları mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq bütün qurumlarda işləmiş sığortaolunanlara pensiya hesablanarkən onun işlədiyi hər hansı işin müddətini də nəzərdə tutur. Həmçinin nəzərə alınmalıdır ki, iddiaçının tələbində nəzərə alınması göstərilən kolxozda işlədiyi dövrdən sonrakı vaxtda, yəni 25 noyabr 1992-ci il tarixdən (AR Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı qəbul edildikdən) sonra 2006-cı ilədək qüvvədə olan qanunvericilik normaları əmək kitabçası və ya onda müvafiq qeydlər olmadığı hallarda iş stajının arayışlar vasitəsilə müəyyən edilməsini mümkün saymışdır. Hazırda AR Nazirlər Kabibnetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı qüvvədə olmasa da, məhkəmənin mövqeyinə görə Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə uyğun olaraq, həmin norma iddiaçının 1992-ci ildən əvvəlki dövr üzrə sözügedən (kolxozda) əmək fəaliyyətinə münasibətdə tətbiq edilməlidir. Ona görə də arxiv arayışında göstərilən iş stajının əmək kitabçasında əks olunmamasını əssı ilə həmin stajın sığorta stajına daxil edilməməsi qanuna zidd qiymətkəndirilir; - Əmək kitabçasında iddiaçının 2 dekabr 1991-ci il tarixdə Ticarət Nazirliyinin tabeliyində olan Bakı şəhəri X11 Razin qəsəbəsindəki komisyon mağazasının müdiri vəzifəsinə təyin edilməsi və 1 fevral 1993-cü il tarixdə həmin vəzifədən başqa işə, yəni adıçəkilən qəsəbədə 979 saylı mağazaya keçirilməsi ilə bağlı qeydlər mövcuddur. Həmin qeydlər onun başqa işə keçirilməsi ilə əlaqədar olsa da, tutduğu Qaışıq mallaar mağazasının komisyon şöbəsinin müdiri vəzifəsindən azad olunmasını da ehtiva edir. Mağazanın təsərrüfat hesabına keçirilənədək Ticarət Nazirliyinin tabeliyində olması isə, işin mübahisələ olunmayan hallarına daxildir. Əmək kitabçasındakı qeydlər üzrə məlumatlar, onların həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən, mötəbər sayılır. Odur ki, əmək kitabçasındakı bu qeydlər, arxiv materiallarında 1992 – 1993-cü illərə aid saxlanılan sənədlərdə iddiaçının işdən azad olunması barədə əmrə dair məlumat olmasa da, onun 2 dekabr 1991-ci il tarixdən 1 fevral 1993-cü il tarixədə başqa işə keçirilənədək X16 komisyon şöbəsinin müdiri kimi işləməsini nəinki inkar etmir, hətta bu faktı təsdiqləyir. Arxiv materiallarında iddiaçınımn vəzifəsindəın azad olunması barədə əmr barədə əlavə məlumatın olmaması, onun həmin vəzifədə işləməməsini qənaətinə əss vermir. Buna görə də iddiaçının 1 il 1 ay 29 gün həmin müdir vəzifəsində işlədiyi müddət Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinə (Vİİ hissəsinə), «İnzibati icraat haqqında» AR Qanununun 19-cu maddəsinə və «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 67-ci maddəsinə iddiaçının sığorta stajına daxil edilməlidir. - cavabdeh inzibati orqan iddiaçının 1995 – 1999-cu illərdə "xxxx" İç və Dış Ticaret Anonim Şirkətinin Bakı Filialında işlədiyi dövrü hazırda həmin qurumun faəliyyət göstərməməsi və bu səbəbdən həmin müəssisədə işləməsinin yoxlanılmasının mümkün olmaması ilə əsaslandırmışdır. Lakin məhkəmə cavabdehin bu mövqeyi ilə razılaşmır və qeyd edir ki, adıçəkilən Filialın 1995 – 1999-cu illərdə Bakıdakı fəaliyyəti qanuni əsaslarla olmuşdur. Bunu, məhkəmənin müvafiq sorğusu üzrə aidiyyəti qeydiyyatı orqanının (vergi orqanının) 6 dekabr 2021-ci il tarixli cavab məktubundakı bildirilənlər təsdiqləyir. Bir daha diqqətə çəkilir ki, həmin məktubda "xxxx" İç və Dış Ticaret Anonim Şirkətinin Bakı Filialının AR Maliyyə Nazirliyi tərəfindən 4 noyabr 1994-cü il tarixli 291 nömrəli şəhadətnamə ilə dövlət qeydiyyatına alındığı, lakin 2004-cü ildən hal-hazıradək inventarlaşdırmadan keçmək və yeni VÖEN almaq üçün vergi orqanına müraciət etmədiyi qeyd olunmuşdur. Bu hal Filialın 1995 – 1999-cu ildə fəaliyyət göstərməsini inkar etmir. Odur ki, iddiaçının həmin Filialda işlədiyi 4 il 9 ay 20 gün onun sığorta stajına daxildir; - iddiaçının yuxarıda qeyd olunan 9 il 19 gün müddətində əmək fəaliyyəti 1 yanvar 2002-ci il tarixədək dövrə aid olduğundan, həmin müddətlərin sığorta stajı kimi hesablanması üçün məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti qoyula bilməz. Belə olan halda, məhkəmənin qənaətinə görə İddiaçı 9 oktyabr 1954-cü il tarixdə doğulduğundan və 25 il sığorta stajı topladığından, «Əmək pensiyaları haqqında» AR Qanununun 7-ci maddəsinin tələblərinə əsasən 9 aprel 2018-ci il tarixdən onun yaşa görə əmək pensiyası hüququ yaranır. Odur ki, iddiaçıya həmin tarixdən yaşa görə əmək pensiyasının təyin olunmasından DSMF Bakı şəhəri Sabunçu rayon şöbəsi tərəfindən imtina olunması qanuna zidd və iddiaçının sosial təminat hüququnun pozulmasına səbəb olan hal kimi qiymətləndirilir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək İddiaçı 1972, 1975, 1976, 1977-ci illərdə Ağcabədi rayonunun Ə.Bünyadov və Caparidze kolxozlarında kolxozçu işlədiyi, 2 dekabr 1991-ci il tarixdən 1 fevral 1993-cü il tarixədək Bakı şəhərində X8 Bakıxanov qəsəbəsindəki komisyon mağazasının müdiri vəzifəsində işlədiyi, 10 mart 1995-ci il tarixdən 30 dekabr 1999-cu il tarixədək "xxxx" Daxili və Xarici Ticarət Əlaqələri Şirkətinin Bakı Filialında əmtəəşünas vəzifəsində işlədiyi dövrlər sosial sığorta stajına daxil edilməklə 9 aprel 2018-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 23.1, 58.7, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı 1972, 1975, 1976, 1977-ci illərdə Ağcabədi rayonunun Ə.Bünyadov və Caparidze kolxozlarında kolxozçu işlədiyi, 2 dekabr 1991-ci il tarixdən 1 fevral 1993-cü il tarixədək Bakı şəhərində X8 Bakıxanov qəsəbəsindəki komisyon mağazasının müdiri vəzifəsində işlədiyi, 10 mart 1995-ci il tarixdən 30 dekabr 1999-cu il tarixədək "xxxx" Daxili və Xarici Ticarət Əlaqələri Şirkətinin Bakı Filialında əmtəəşünas vəzifəsində işlədiyi dövrlər sosial sığorta stajına daxil edilməklə 9 aprel 2018-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-5850/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5850/2021
13.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver