Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5851/2021 17.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, cavabdeh Azərbaycan Meliorasiya və Su Təsərrüfatı açıq səhmdar cəmiyyətinin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Meliorasiya və Su Təsərrüfatı açıq səhmdar cəmiyyətinə qarşı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı açıq səhmdar cəmiyyətinin sədri X9 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə, cavabdehin müraciətə cavab verməsindən imtinanın qanunsuz hesab edilməsi və müraciətə cavab verilməsi vəzifəsinin onun üzərinə qoyulması tələbinə dair iddiası üzrə mümkünlük məsələsinə Bakı şəhərində Bakı İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra mətndə İddiaçı MMC) cavabdeh Azərbaycan Meliorasiya və Su Təsərrüfatı açıq səhmdar cəmiyyətinə (bundan sonra mətndə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC) qarşı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı açıq səhmdar cəmiyyətinin sədri X9 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə, iddia qaldıraraq, cavabdeh Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin 30 mart 2020-ci il tarixli 220/20 saylı məktuba cavab verməkdən imtina etməsinin qanunsuz və əsassız hesab edilməsi və 30 mart 2020-ci il tarixli 220/20 saylı məktuba cavab verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-yə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, etibarnamə əsasında nümayəndəsi olduğu X1 rayonunun Navahi kəndində ********** saylı çıxarışa əsasən mülkiyyətində olan 17,54 ha torpaq sahəsində arpa əkməsi, lakin ötən 4 aydan artıq müddətdə əkin sahəsinin suvarılmasının mümkün olmaması, bu səbəbdən maddi zərər çəkməsi, odur ki, qəbul qrafikindən kənar onu qəbul etməklə barədə 21 mart 2020-ci il tarixdə həm elektron, həm də poçt vasitəsilə müraciət etmişdir. Bundan başqa, X6 20-28 mart 2020-ci il tarixdə ASC rəhbərliyinin növbətçilik qrafıkinə uyğun olaraq əkin sahəsinin suvarılmasına köməklik göstərilməsi məqsədilə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin şöbə müdirləri X7, X11 və X2 telefon vasitəsilə müraciət etmişdir. Lakin heç bir tədbir görülmədiyi üçün İddiaçı MMC tərəfindən 30 mart 2020-ci il tarixli 220/20 saylı məktubla müraciət edilərək X3 pozulmuş hüquqlarının bərpa edilməsi, həmçinin adı çəkilən vətəndaşın nümayəndəsi ilə birlikdə qəbul edilməsi cavabdeh təşkilatın sədrindən xahiş edilmişdir. 30 mart 2020-ci il tarixli 220/20 saylı məktub həmin tarixdə poçt xidmətinə təhvil verilmiş, müraciət 02 aprel 2020-ci il tarixdə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin ünvanına daxil olmuşdur. Lakin cavabdeh orqan məktuba qanunla müəyyən edilmiş müddət və qaydada cavab verilməsini təmin etməmişdir. Aşağıda göstərilənlərə əsasən cavabdeh Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin 30 mart 2020-ci il tarixli 220/20 saylı məktuba cavab verməməsi qanunsuz və əsassız hesab edilməli və 30 mart 2020-ci il tarixli 220/20 saylı məktuba cavab verməsi vəzifəsinin cavabdeh Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-yə həvalə edilməsi barədə qərar qəbul edilməlidir. Cavabdeh təşkilatın qanunla müəyyən edilmiş vəzifə səlahiyyətlərinin icrasına səhlənkar yanaşmaları nəticəsində nümayəndəsi olduğu vətəndaşın əkin sahəsi suvarma suyu ilə təmin edilməmiş, nəticədə o, maddi zərər çəkmişdir. Həmçinin cavabdeh təşkilat qanunsuz hərəkətlərə yol verərək yazılı müraciətinin cavablandırılmasından imtina etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin 18.11.2020-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Meliorasiya və Su Təsərrüfatı açıq səhmdar cəmiyyətinə qarşı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı açıq səhmdar cəmiyyətinin sədri X9 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə, cavabdehin müraciətə cavab verməsindən imtinanın qanunsuz hesab edilməsi və müraciətə cavab verilməsi vəzifəsinin onun üzərinə qoyulması tələbinə dair iddiasının mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan İddiaçı MMC tərəfindən apellyasiya şikayəti verilərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6392/2020 saylı 18 noyabr 2020-ci il tarixli qərardadının ləğv edilməsi xahiş edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-827/2021 №li 17.02.2021-ci il tarixli qərardadı ilə İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6392/2020 saylı 18 noyabr 2020-ci il tarixli qərarının ləğv edilməsi, işin sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş iddiaçı və üçüncü şəxs müvafiq olaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və məhkəmə iclasına gəlməmiş və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə iddiaçının və üçüncü şəxsin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. 17 iyul 2021-ci il tarixdə məhkəməyə daxil olmuş Azərbaycan Meliorasiya və Su Təsərrüfatı açıq səhmdar cəmiyyətinin 16.07.2021-ci il tarixli 16/1-24 №li məktubunda göstərilmişdir ki, "xxxx" MMC-nin direktoru Yaşar Ağazadənin 30.03.2020-ci il tarixli, 220/20 nömrəli müraciəti ilə bağlı 14.07.2021-ci il tarixdə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən ona təkrar cavab məktubu göndərilmişdir. Qeyd olunan məktuba əlavə olunmuş Azərbaycan Meliorasiya və Su Təsərrüfatı açıq səhmdar cəmiyyəti tərəfindən "xxxx" MMC-nin direktoru Yaşar Ağazadəyə ünvanlanmış 14.07.2021-ci il tarixli 16/11-23 №li məktubun surətindən müəyyən olunur ki, Cəmiyyət tərəfindən "xxxx" MMC-nin direktoru Yaşar Ağazadənin 30.03.2020-ci il tarixli, 220/20 nömrəli müraciətinə cavab verilmişdir. Cavabdeh Azərbaycan Meliorasiya və Su Təsərrüfatı açıq səhmdar cəmiyyətinin nümayəndəsi X8 iddiaçının müraciətinə cavab verildiyini bildirmiş və qeyd olunanların nəzərə alınmaqla məhkəmədən iş üzrə icraata İPM-nin 67-ci maddəsinə əsasən xitam verilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Həmin Məcəllənin 67.2-ci maddəsinə əsasən sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki işin mahiyyəti üzrə tərəflər arasında artıq mübahisə mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67, 80 və 81-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Meliorasiya və Su Təsərrüfatı açıq səhmdar cəmiyyətinə qarşı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı açıq səhmdar cəmiyyətinin sədri X9 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə, cavabdehin müraciətə cavab verməsindən imtinanın qanunsuz hesab edilməsi və müraciətə cavab verilməsi vəzifəsinin onun üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim:Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-5851/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5851/2021
17.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver