Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5851/2024 18.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı və onun nümayəndəsi X2, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçınun cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhər X15 üzrə Baş İdarəsinə qarşı “vergi məsuliyyətinə cəlb edilmə haqqında qərarların ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhər X15 üzrə Baş İdarəsinin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 1 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********3911 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin müvafiq qərardadı ilə iddiaçı tərəfin ərizəsi nəzərə alınaraq iş üzrə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti əsl cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhər X15 üzrə Baş İdarəsi ilə əvəz edilmişdir. Məhkəmə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi üzrə xx.xx.2023-cü il tarixli Əmri ilə xx.xx.2024-cü il tarixdən cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X15 üzrə Baş İdarəsinin adının Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X14 və Uçotun Təşkili Baş İdarəsi kimi dəyişdirilməsini nəzərə almışdır. İddiaçı 23 oktyabr 2024-cü il tarixdə məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək vergi ödəyicisi tərəfindən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması ilə bağlı qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********3901 qərarın da ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, dəqiqləşmə icraata qəbul edilmiş, lakin sonradan iddiaçı tərəf daha bir ərizə təqdim edərək tələbinin həcmini azaldaraq yalnız əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********3911 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2020-ci ildən kiçik sahibkarlıqla məşğul olmağa başlamışdır. Fəaliyyəti müddətində vergiləri vaxtından əvvəl ödəmişdir. 2023-cü ilin sentyabr ayında fəaliyyətini dayandırmış, fəaliyyət dayandırılan müddətdə bəzi məhsulları şirkətlərə (Azərsun Holdinq, Ovçular MMC) geri qaytara bilmədiyi üçün əlində olan məhsulların satışını davam etdirmişdi. Həmin ərəfədə Bakı şəhəri X15 üzrə Baş İdarəsinin X14 şöbəsindən yoxlama gəlmiş və onun haqqında Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında X **********3911 saylı qərarı qəbul edilmişdir. İddiaçı qeyd edir ki, dükanın 500 m radiusunda onlardan savayı rəsmi işləyəni yoxdur və onlar hazırda da belə işləməyə davam edirlər. Lakin, həmin yoxlama ərəfəsində onlara heç bir cərimə tətbiq edilməmişdir. İddiaçı hesab edir ki, ona yazılan cərimə qərəzlidir. Fəaliyyət göstərdiyi müddətdə bütün vergiləri və digər ödənişləri vaxtından əvvəl ödəmiş, müvafiq yardımlar etmiş və hazırda heç bir vergi borcu yoxdur. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi icraata daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və bu məqsədlə məhkəmə iclası təyin edilərək tərəflərə bildiriş, eyni zamanda iddiaya yazılı münasibət (etiraz) təqdim etməsi üçün iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surəti cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı münasibətdə iddiaya etiraz edilərək bildirilmişdir ki, araşdırma zamanı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X15 üzrə Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********4399 nömrəli “X14nin həyata keçirilməsi haqqında” Qərarına əsasən, ünvan 1 ünvanında yerləşən obyektə keçirilmiş X14 tədbiri zamanı Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 1 (bir) nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı müəyyən olunaraq xx.xx.2023-cü il tarixli DVX seriyalı 000887 nömrəli aktın tərtib edildiyi və aktın vergi ödəyicisi tərəfindən imzalanmadığı lakin bir nüsxəsinin qəbul etdiyini müəyyən edilmişdir. Tərtib edilmiş akt əsasında Baş İdarə tərəfindən xx.xx.2023-cü il tarixli **********3911 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul olunaraq vergi ödəyicisinə 2000 (iki min) manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Qeyd olunan qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” Təlabnamə **********290400 nömrəli məktubla vergi ödəyicilərinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutusuna göndərilmişdir. Bununla bağlı qeyd olunur ki, X14 tədbiri zamanı vergi ödəyicisi tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş fiziki şəxs X6 yazılı izahatı alınmışdır. X13 xx.xx.2023-cü il tarixdə vergi orqanına təqdim etdiyi izahatında heç bir müqavilə bağlamadan qohumuna (xalasına) kömək etdiyini bildirmişdir. İddiaçi İddiaçı xx.xx.2023-cü il tarixdə vergi orqanına təqdim etdiyi izahatında ünvan 1 ünvanında yerləşən "Banu” marketin bağlandığını, bununla əlaqədar quhumu (bacısı oğlu) X7 ona kömək etmək məqsədilə işə cəlb edilməsini bildirmişdir. Əmək Məcəlləsinin 3-cü maddəsinə əsasən işçi, işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir. İşəgötürən, tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxsdir. Əmək müqaviləsi (kontraktı) - işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Göründüyü kimi Əmək Məcəlləsində qohum münasibətlərinin olması fiziki şəxslər arasında əmək müqaviləsi bağlanmasını istisna etmir. Əlavə olaraq qeyd edilir ki, İddiaçı izahatında marketi işlədə bilmədiyini və fəaliyyətini dayandırdığını qeyd etmişdir. Qeyd olunanın əksinə bildirilir ki, xx.xx.2023-cü il tarixli **********4399 nömrəli “X14nin həyata keçirilməsi haqqında” Qərara əsasən xx.xx.2023-cü il tarixdə ünvan 2 ünvanında yerləşən “Banu marketdə” nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti yoxlanılarkən müştəri tərəfindən alınan 1 ədəd fanta (0.5 İ) və 1ədəd cola (0.5 İ) üçün ödənilən 2,8 manat (iki manat səksən qəpik) ödəniş olunduğu, lakin ödəniş müqabilində nəzarət-kassa aparatı çeki vurulmadığı və təqdim edilmədiyi aşkar olunmuşdur. Uçotdan yayındırılmış məbləği bərpa etmək istiyərkən iddiaçının NKA olmadan (NKA qeydiyyatdan çıxarılmışdır) fəaliyyət göstərməsi aşkarlanmışdır. Bununla bağlı “Əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında “ xx.xx.2023-cü il tarixli DVX 032483 nömrəli akt tərtib edilmiş və “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 20 dekabr 2023-ci il tarixli **********3901 nömrəli qərar qəbul edilmişdir. Bu fakt fərdi sahibkar İddiaçı sahibkarlıq fəaliyyətinin göstərməsini sübut edir və vergi ödəyicisi qeyd olunan qərarı nə inzibati qaydada, nə də məhkəmə qaydasında mübahisələndirməmişdir. Eyni zamanda bildiririlir ki, İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X5 tərəfindən daha sonra vergi orqanına xx.xx.2024-cü il tarixli **********595700 nömrəli izahat verilmiş və həmin izahatında X7 10-15 gündür ki, İddiaçı kömək məqsədi ilə işlərin görülməsinə cəlb edildiyini bildirmişdir. Göründüyü kimi, yuxarıda qeyd olunan hallar bir daha sübut edir ki, X1 Raya Göyüş qızı tərəfindən əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən bildirilir ki, X14 tədbiri hər hansı pozuntu olmadan Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tələblərinə uyğun formada keçirilmişdir. İddiaçı isə öz ərizəsində həyata keçirilmiş X14nin və mübahisələndirdiyi qərarların əsassız olduğunu bildirsə də, bunu sübut edən hallar barədə hər hansı məlumat verməmiş, özünün qanun pozuntusuna haqq qazandırmaq üçün müxtəlif arqumentlər irəli sürmüşdür. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi iddianın dəqiqləşdirilməsinə dair ərizəni müdafiə edərək iddia tələbinin təmin olunmasını xahiş etdilər. Məhkəmənin iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iddia mübahisələndirmə növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə işin mahiyyəti ilə bağlı gəldiyi nəticəni aşağıdakı qaydada əsaslandırır. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -“Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, tarixli **********3911nömrəli qərardan görünür ki, İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 1 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 2000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilmişdir. -“X14nin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması barədə” **********4405 nömrəli tələbnamədən görünür ki, İddiaçı vergi nəzarətinin həyata keçirilməsi üçün bütün zəruri məlumatların və sənədlərin təqdim edilməsi tələb edilmişdir. -“Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” 20 dekabr 2021-ci il tarixli, **********4401 nömrəli Qərardan görünür ki, İddiaçı nəzarət kitabçası, əmək müqaviləsi bildirişlərinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sistemində qeydiyyatı barədə məlumatlar, fiziki şəxslərin şəxsiyyət vəsiqələrinin surətləri, sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbzlər, xidmət müqavilələri barədə məlumatlar, elektron daşıyıcı vasitələrindəki bütün zəruri sənədlər və məlumatların götürülməsi qərara alınmışdır. -“X14nin həyata keçirilməsi haqqında” xx.xx.2023-ci il tarixli, **********4399 nömrəli qərardan görünür ki, ünvan 3 ünvanda yerləşən İddiaçı (VÖEN: **********) məxsus “Banu” marketdə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələləri üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək (xx.xx.2022 tarixi daxil olmaqla) X14 keçirilməsi nəzərdə tutulmuşdur. -“Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” xx.xx.2023-cü il tarixli, KY232059068 nömrəli çıxarışdan görünür ki, Dövlət Vergi Xidməti tərəfindən İddiaçı cari fəaliyyətinin X14 qaydasında plandankənar (növbədənkənar) qaydada yoxlanılması müvafiq reyestrdə qeydiyyata alınmışdır. -DVX seriyalı 000887 nömrəli, 07 noyabr 2023-cü il tarixli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə X14nin nəticəsi haqqında akt”dan görünür ki, İddiaçı (VÖEN: **********) məxsus ünvan 3 ünvanda yerləşən “Banu” marketdə iştirakı ilə müəyyən olunmuşdur ki, xx.xx.2023-cü il tarixdə, saat 12:45də 1 nəfərin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsinə cəlb edildiyi müəyyən edilmişdir. AR Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərini pozaraq əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 1 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə İddiaçı VM-in 58.10-cu maddəsinə əsasən maliyyə sanksiyasının tətbiq edilməsi üçün tədbirlərin görülməsi təklif olunmuşdur. İddiaçı akta imza etməkdən imtina etdiyi, lakin bir nüsxəsini imza edərək qəbul etdiyi qeyd edilmişdir. -Qeyd olunan akta xx.xx.2023-cü il tarixli saylı akta əlavənin surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə İddiaçı məxsus ünvan 3 ünvanda yerləşən “Banu” marketdə aparılmış X14 nəticəsində əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş şəxsin siyahısına X13 (AA 4463808) daxildir. Qeyd olunan Əlavə vergi orqanının nümayəndələri və vergi ödəyicisi iddiaçı M.S.Əfəndiyev tərəfindən imzalanmışdır. -İddiaçınun xx.xx.2023-cü il tarixdə verdiyi yazılı izahatdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində yerləşən “Banu” market işləyə bilməiyi üçün bağlayırlar. Bununla bağlı firmalardan aldıqları malları geri qaytarırlar. Xanım olduğu üçün bacısı oğlu X3 çağırmışdır, işçi kimi götürməmişdir, ona əmək haqqı vermir. -X13 xx.xx.2023-cü il tarixli (saat 11:00) yazılı izahatında verilmiş suallara cavab olaraq bildirmişdir ki, mağazadan malların geri qaytarılmasına kömək etmək üçün xalası onu çağırmışdır, mağazada işləmir deyə əmək müqaviləsi bağlanmamışdır. -Cavabdeh tərəfindən verilmiş Arayışdan görünür ki, **********-12001 kod üzrə mağazanın sahibi İddiaçı müraciətinə əsasən 02 oktyabr 2023-cü il tarixdə vergi ödəyicisinin fəaliyyətinə vergi orqanı tərəfindən xitam verilmişdir. -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 05 fevral 2024-cü il tarixli, **********326200 nömrəli qərarından görünür ki, fərdi sahibkar İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X5nun maliyyə sanksiyasının ləğv edilməsin haqqında müraciətinə baxılaraq, İddiaçı Bakı inzibati Məhkəməsində baxılan işlə əlaqədar “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.2-ci maddəsinə əsasən X14 tədbirinin nəticəsindən Dövlət Vergi Xidmətinə verilən xx.xx.2023cü il tarixli inzibati şikayət üzrə icraata xitam verilməsi qərara alınmışdır. Göründüyü kimi iddiaçı cavabdeh inzibati orqanın tərəfindən onun barəsində qəbul edilmiş vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2023-cü il tarixli **********3911 nömrəli qərarını mübahisələndirərək ləğv edilməsini tələb edir. Mübahisə üzrə cavabdeh inzibati orqanın dəlili ondan ibarətdir ki, fərdi sahibkar İddiaçı tərəfindən ona məxsus mağazada X13 əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi müəyyən edilmiş, nəticədə vergi orqanı tərəfindən iddiaçıya Azərbaycan Respublikası VM-nin 58.10-cu maddəsi tətbiq olunaraq xx.xx.2023-cü il tarixli **********3911 saylı qərar ilə 2000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə görə qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergiləri və başqa dövlət ödənişlərini ödəməyə məcbur edilə bilməz. Məhkəmə ilk öncə cavabdeh inzibati orqanın iddiaçı barəsində qəbul etdiyi ına münasibətdə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin: -3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. -13.2.11. Xidmət (iş) - malların təqdim edilməsi sayılmayan, nəticələri maddi ifadə kəsb edən fəaliyyətdir. -16.3-cü maddəsinə əsasən vergi ilində vergi ödəyicisi sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırdıqda, həmin fəaliyyətin və ya əməliyyatların dayandırılması günündən gec olmayaraq vergi orqanına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada arayış təqdim edilməlidir. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir. -50.1-ci maddəsinə əsasən X14 sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır. -50.1.7-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi; 50.2. X14nin həyata kecirilməsi ücün əsaslar aşağıdakılardır: 50.2.1. vergi orqanı tərəfindən kecirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. 50.3. X14 vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə X14 ilə əhatə olunmalı olan məsələ (məsələlər), X14nin müddəti və X14ni həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. 50.4. X14 vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. X14ni həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. -58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinə əsasən işəgötürən – tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxs. -3-cü maddənin 4-1-ci bəndinə əsasən əmək münasibətləri – əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir. -3-cü maddənin 5-ci bəndinə əsasən əmək müqaviləsi (kontraktı) (bundan sonra – əmək müqaviləsi) – işəgötürənlə işçi arasında fərdi qaydada bu Məcəllə ilə müəyyən edilmiş formada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə. -3-cü maddənin 8-ci bəndinə əsasən iş yeri – işçinin haqqı ödənilməklə vəzifəsi (peşəsi) üzrə əmək müqaviləsi ilə müəyyən edilmiş işləri (xidmətləri) yerinə yetirdiyi yer. Göründüyü kimi, qanunvericilik normaları əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə qanunda qeyd olunan sahələrdə müştərilərə xidmət göstərən fiziki şəxslərin fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə maliyyə sanksiyasının tətbiq edilməsini müəyyən etmişdir. Hazırkı işin hallarına görə isə vergi orqanının əməkdaşları tərəfindən X14 qaydasında ünvan 4 ünvanda yerləşən "Banu market” adlı obyektdə keçirilmiş X14 nəticəsində Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 1 (bir) nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktının aşkar edilməsi əsası ilə vergi ödəyicisinə maliyyə sanksiyası tətbiq edilmişdir. Halbuki, iş materiallarından və yoxlamanın əsasını təşkil edən inzibati icraat materiallarından müəyyən edilir ki, əmək müqaviləsi olmadan xidmət göstərən işçi kimi qələmə verilən X13 vergi orqanının əməkdaşları tərəfindən yoxlama zamanı iddiaçının qohumu olduğundan idiaçı tərəfindən malların sayılmasında ona köməklik etməsi məqsədilə mağazada olduğunu bildirmişdir. Cavabdeh tərəfindən məhkəməyə bununla bağlı hər hansı tutarlı əks arqument təqdim edilməmişdir. Belə ki, cavabdehin əsas dəlili olan K.Məmmədovun xx.xx.2024-cü il tarixli izahatından görünür ki, o, qohumu olan (xalası) İddiaçı mağazadan malların geri qaytarılması ilə əlaqədar kömək etdiyini bildirmişdir. Göründüyü kimi, göstərilmiş xidmət əvəzli deyildir və X7 xalası olan iddiaçının köməyə ehtiyacı olmasını istisna edən, yəni mağazadakı malların təhvil verilməsinin təkbaşına görə biləcəyini təsbit edən hər hansı dəlil də cavabdeh tərəfindən təqdim edilməmişdir. Odur ki, bu fəaliyyətin nəticələri maddi ifadə kəsb edən fəaliyyət sayılmadığından vergi qanunvericiliyində nəzərdə tutulmuş xidmət hesab edilə bilməz. Eyni zamanda o da bildirilməlidir ki, sözügedən izahatda Kərim Məmmədovun iddiaçıya məxsus mağazada satıcı kimi fəaliyyət göstərməsinə dair hər hansı qeyd yoxdur və məsələ istər iş materiallarında olan digər sənədlərlə, istərsə də işin araşdırılan halları ilə müəyyən edilməmişdir. Cavabdehin tərəfin iddiaçının məhkəmə iclasında Kərimin müştəriyə şörək satması ilə bağlı etirafına gəlincə məhkəmə hesab edir ki, iddiaçı bu etirafda Kərimlə əmək münasibətlərində olmasını bildirməmiş, hətta qəti təkzib etmiş, onun sadəcə satışla bağlı tapşırığını icra etdiyini bildirmişdir. Halbuki, əmək qanunvericiliyinə görə əmək münasibətləri şəxsin əmək funksiyasını əməkhaqqı ödənilməklə, iş vaxtı razılaşdırılmaqla, əmək şəraitinin təmin edilməklə həyata keçirilməsini ehtiva edir. Hazırkı halda isə tərəflər arasında qeyd olunan şərtlərin mövcudluğu təsdiqini tapmadığından X7 iddiaçı ilə əmək münasibətlərində olması sübuta yetirilmir. Halbuki, vergi orqanı inzibati orqan kimi inzibati icraat apararkən “İnzibati icraat haqqında” Qanunun müddəalarını nəzərə almalıdır. Belə ki, inzibati orqan kimi vergi orqanı inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur, maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina etməməlidir. Belə ki, işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəldiyindən maraqlı şəxslərin izahatları ilə yanaşı, təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Məcəllənin 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Məcəllənin 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Beləliklə, məhkəmə bəhs olunanlara əsasən belə nəticəyə gəlir ki, cavabdeh vergi orqanı iddiaçının əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 1 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********3911 nömrəli inzibati aktını əsaslandıra, həmçinin onun qəbulunu zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmədiyindən ləğv edilməlidir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. İPM-in 70.3-cü maddəsinə əsasən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 68-ci, 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X14 və Uçotun Təşkili Baş İdarəsinin İddiaçı əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 1 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********3911 nömrəli qərarı ləğv edilsin. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-5851/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5851/2024
18.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver