Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5851/2025 17.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.N9N-ci il tarixdən N2 may N94cü il tarixində elan olunan atəşkəsə qədər Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan 865,N saylı hərbi hissələrdə bütün xidmətlərimi hərbi hissələrdən tələb olunan əmrlər əsasında araşdırılmaların nəticəsi barədə Qərar qəbul etməsi cavabdeh vəzifəsinin Müdafiə Nazirliyinin üzərinə qoyulması barəsində qərar, Qəbul edilmiş Qərarın araşdırılmasının nəticəsi olaraq xx.xx.N9N-ci il tarixdən N2 may N94-cü il tarixində elan olunan atəşkəsə qədər Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan 865, N saylı hərbi hissədə saylı hərbi hissələrdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etməyim barəsində qərardan irəli gələn ehtiyata buraxılmağımın Arxiv Arayışının verilməsi vəzifəsinin cavabdeh Müdafiə Nazirliyinin üzərinə qoyulması barəsində Məhkəmə qərarının qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı məhkəmə iclasında ərizə təqdim edərək iddia tələbinin “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” kimi dəqiqləşdirilməsini xahiş etmişdir.
3. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı N70-ci il təvəllüdlü İddiaçı N88-ci il tarixdən N90-cı il tarixədək SSRİ Silahlı Qüvvələrinin tərkibində həqiqi hərbi xidmətdə olmuşdur. xx.xx.N9N-ci il tarixdə SHXÇDX-nin Zəngilan rayon şöbəsi tərəfindən təkrar hərbi xidmətə çağırılaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeçiliyində olan döyüşən ordunun tərkibində N və N saylı hərbi hissələrdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmişdir. N2 may N94-cü il tarixə qədər Horadiz qəsəbəsində gedən ağır döyüşlərdə atəşkəs elan olunanadək iştirak etmişdir. N saylı hərbi hissə komandirinin N may N-ci il tarixli N59 №-li əmrilə iddiaçının döyüş bölgəsinə göndərilməyi barədə məlumat vardır. N saylı hərbi hissənin N dekabr N-ci il tarixli 2№-li əmrinlə iddiaçını baş mexanik vəzifəsinə təyin etmişdir. N saylı hərbi hissə komandirinin N aprel N93-cü il tarixli 86 №-li əmrilə növbəli “Çavuş" hərbi rütbəsi verilmişdir. xx.xx.N9N-ci il tarixdən N2 may N94-cü il tarixə qədər (yəni Atəşkəs elan edilənədək) Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmişdir. İddiaçının döyüşən ordunun tərkibində olan N saylı hərbi hissədə gedən döyüşlərdə döyüş əməliyatlarında iştirak etməyi hamısı həmin hərbi hissə komandirinin əmrilə təsdiq edilib, lakin, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxiv İdarəsi xx.xx.20N-cu il tarixli 9/2-0NN73N №-li Arxiv arayışında qeyd edir ki, iddiaçının xidməti barədə heç bir məlumat aşkar olmamışdır. İddiaçı elə həmin arayışa əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyaya müraciət etsə də, xidmət etdiyi dövr barədə Arxiv arayışında dəqiq məlumat olmadığına görə Müharibə Veteranı adı və vəsiqəsini ala bilmir. İşin faktiki halları ilə təsdiq olunur ki, X2 Arxivindən iddiaçıya göndərilən Arxiv Arayışında iddiaçının hərbi xidməti barəsində Arxiv məlumatının olmaması iddiaçının təqsiri ucbatında olmamışdır. Belə ki, qanunla Arxiv İdarəsi həm də Müdafiə Nazirliyinin tabeliyində olan bütün hərbi hissələrdə şəxsi heyətlə bağlı verilən əmrlərin müəyən vaxtdan sonra Müdafiə Nazirliyinin Arxiv İdarəsinə təhvil verilməsini də təmin etməlidir. İddiaçı qeyd edir ki, ona görə də Arxiv İdarəsi tərəfindən hərbi hissədən əmrlərin Arxiv İdarəsinə təqdim olunmaması səbəbindən iddiaçıya arayışın verilməsindən imtina qanunsuzdur. Çünki arxiv idarəsi həmin hərbi hissədən əmrləri tələb etməklə müvafiq hərbi qulluqçuların xidmətini bərpa etməlidir. Belə olan halda Arxiv İdarəsi tərəfindən hərbi qulluqçuya belə arayışın verilməsi, iddiaçının timsalında hüququnun kobud surətdə pozulmasıdır. Bununla da Arxiv İdarəsi iddiaçının hüququnu pozur. Ona görə də Arxiv İdarəsini məhkəməyə vermək məcburiyyətində qalmışdır. İddiaçı hesab edir ki, yuxarıda göstərdiyi kimi, qanunla iddiaçının hərbi xidmətini Müdafiə Nazirliyinin Arxivi təmin etməlidir, iddiaçının xidmətləri barəsində hərbi hissədən əmrləri tələb etməlidir, Müdafiə Nazirliyinin Arxiv İdarəsi bu sahədə pozulmuş hüquqlarının bərpa olunması üçün məsuliyyət daşımalıdır. Ona görə də Müdafiə Nazirliyinin Arxiv İdarəsini məhkəməyə verərək aşağıdakı qanuni tələblərinin təmin olunması vəzifəsinin üzərinə qoyulmasını tələb edir.
4. Cavabdeh tərəfindən xx.xx.20N-cu il tarixli məktubda qeyd edilmişdir ki, vətəndaş İddiaçı “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyamın xx.xx.20N-cu il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılır. Döyüş əməliyyatları aparılan zaman N93-cü ilin dekabr ayından sonra hərbi hissədə xidməti və hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması barədə arxiv sənədlərində məlumat olmadığına görə vətəndaş İddiaçı “Müharibə Vete'anı” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. Əlavə olaraq bildirilir ki, “Vətəndaşların müraciətləri haqqında” Qanunun N4.08-ci maddəsinə görə ərizəçi müraciəti barədə qəbul edilmiş qərarla razılaşmadığı halda həmin, qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququna malikdir.
5. Cavabdeh tərəfindən xx.xx.20N-cu il tarixli məktubda qeyd edilmişdir ki, Ağkənd döyüş zonasını özbaşına tərk etdiyinə və döyüş vaxtında yerində olmadığına görə İddiaçı N nömrəli hərbi hissə komandirinin N aprel N- ci il tarixli N50 №-li əmrində (əsas: §-N, sıra-N0) həbs edilməsi üçün komendaturadan xahiş edilməsi barədə məlumat vardır. N nömrəli hərbi hissə komandirinin N may N-ci il tarixli N59 №-li əmrilə (əsas: §-2, sıra-4, əmrdə atasının adı yazılmamışdır) İddiaçı Ağkənd döyüş zonasına göndərilməsi barədə məlumat vardır. N nömrəli hərbi hissə komandirinin N dekabr N-ci il tarixli 2 №-li əmrində (əsas: səh-N0, §-N4, sıra-3N0) şəxsi heyətinin siyahısında sıravi İddiaçı adı baş mexanik vəzifəsində qeyd olunmuşdur. N nömrəli hərbi hissə komandirinin N aprel N93-cü il tarixli 86 №-li əmrilə (əsas: səh-96, §-3, sıra-8) İddiaçı növbəti “çavuş” hərbi rütbəsi verilmişdir. Qeyd edilir ki, N nömrəli hərbi hissə komandirinin dekabr N9N-ci il, dekabr N93- cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır.
6. Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, N №-li hərbi hissə komandirinin xx.xx.N-ci il tarixli N50 №-li əmrində (əsas: §-N, sıra-N0) Ağkənd döyüş zonasını özbaşına tərk etdiklərinə, döyüş vaxtında yerində olmadıqlarına və komandirin əmri olmadan döyüş mövqeyini tərk etdiklərinə görə, siyahıya alınmış və həbs edilməsi hərbi komendaturadan xahiş olunan şəxsi heyətin siyahısında İddiaçı adı qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin 07.5.N-ci il tarixli N59 №-li əmrilə (əsas §-2 sıra-4, əmrdə atasının adı yazılmamışdır) İddiaçı Ağkənd döyüş zonasına göndərilməsi barədə məlumat vardır. N № hərbi hissə komandirinin 0N.N2. N-ci il tarixli 2 №-li əmrində (əsas səh-N0. §-N4 sıra-3N0) Mühəndis-istehkam tağımının N-cı bölməsində, baş mexanik vəzifəsində sıravi İddiaçı adı qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin 06.04 N93-cü ıl tarixli 86 №-li əmrilə (əsas səh-96 § 3. sıra-8) sıravi İddiaçı növbəti “çavuş” hərbi rütbəsi verilmişdir. Qeyd edirik ki, N nömrəli hərbi hissə komandirinin dekabr N9N-cı ıl. aprel-dekabr N93cü il, N72 №-li hərbi hissə komandirinin yanvar-may N94-cu ıl tarixli nizamı hissə uzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxiv tərəfindən İddiaçı oglu barəsində xx.xx.20N-cu il tarixli 9/2-NN73N №-li məktubla Şəhid Ailələri, Əlillər və XN İctimai Birliyinin Sumqayıt şəhər şöbəsinə və N4.NN 20N-cu ıl tarixli 9/2-N7792 №-li məktubla Müdafiə Nazirliyinin nəzdində veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiyasına cavab göndərilmişdir.
7. Cavabdeh tərəfindən təqdim edilmiş yazılı etirazda qeyd edilmişdir ki, qeyd edilən iddia tələbi üzrə işə artıq baxılmış və iddianın mümkünsüz sayılmasına dair Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2- N(NN2)-4570/2023 nömrəli qərardadı qəbul edilmiş, həmin qərardad qanuni qüvvəyə minmişdir. Eyni mübahisə predmetinə yenidən eyni əsaslarla baxılması Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə zidd olduğundan hazırda iddiaya mahiyyəti üzrə baxılması mümkünsüz hesab edilməlidir. Qeyd edilən qərardad onunla əsaslandırılmışdır ki, işdə olan sənədlərdən müəyyən olunur ki, Müdafiə Nazirliyinin Katibliyi Mərkəzi Arxivi tərəfindən Azırbaycan Respublikası “Şəhid ailələri, əlillər və XN” İctimai Birliyinin Baş İdarəsinin sədrinə ünvanlanmış xx.xx.2022-ci il tarixli 4/2-6N03 nömrəli məktuba əsasən, Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivə ünvanlanmış xx.xx.2022-ci il tarixli N5406 nömrəli məktuba cavab olaraq bildirilmişdir ki, N nömrəli hərbi hissə komandirinin xx.xx.N-ci il tarixli N50 nömrəli əmrində Ağkənd döyüş zonasını özbaşına tərk etdiklərinə, döyüş vaxtında yerində olmadıqlarına və komandirin əmri olmadan döyüş mövqeyini tərk etdiklərinə görə siyahıya alınmış və həbs edilməsi hərbi komendaturadan xahiş olunan şəxsi heyətin siyahısında İddiaçı adı qeyd olunmuşdur. N nömrəli hərbi hissə komandirinin xx.xx.N-ci il tarixli N59 nömrəli əmrilə İddiaçı Ağkənd döyüş zonasına göndərilməsi barədə məlumat vardır. Qeyd edirlər ki, N nömrəli hərbi hissə komandirinin dekabr N9N-ci il, aprel-dekabr N93-cü il, N72 nömrəli hərbi hissə komandirinin yanvar-may N94-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. İddia tələbindən və iş materiallarından göründüyü kimi, iddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Mərkəzi Arxivi tərəfindən onun xidməti barədə məlumat verilməsinə dair sorğusuna verilmiş arxiv arayışını mübahisələndirərək, ona N və N72 nömrəli hərbi hissələrdən bütün xidməti barədə tələb olunan əmrlər əsasında arxiv arayışı verilməsini xahiş edir. İddia ərizəsinin məzmununun və işin hallarının araşdırılması nəticəsində müəyyən edilir ki, iddiaçının hazırkı iddianı qaldırmaqda hüquqi marağı onun N və N72 nömrəli hərbi hissələrdə xidmət etməsini təsdiq edən əmrlərin əks edildiyi arxiv arayışını əldə etməklə, ona “müharibə veteranı” adının və vəsiqəsinin verilməsinə nail olmaqdır; bununla bağlı iddiaçıya məhkəmə tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin N3-cü maddəsinə əsasən hüquqi yardım göstərilməsinə baxmayaraq, o, məhkəməyə yazılı ərizə təqdim edərək, iddia tələbinin dəqiqləşdirilməsindən imtina etmiş və iddiasına olduğu kimi baxılmasını xahiş etmişdir. İşin faktiki hallarının və iddiaçının hüquqi marağının qanunvericiliyin yuxarıda sadalanan normaları ilə birgə tətbiqi nəticəsində məhkəmə belə qənaətə gəlir ki, iddiaçı düzgün hüquqi müdafiə vasitələrindən istifadə etməmişdir. Belə ki, o, cavabdehə qarşı iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi barədə iddia qaldırmalı, həmin iddiaya baxılması zamanı iddiaçının xidməti barədə arxiv arayışları və əmrlər araşdırılaraq işə tam həcmdə hüquqi qiymət verilməlidir; beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, hazırkı iddia mümkünlük şərtlərinə cavab vermədiyindən, iddia mümkün sayılmamalıdır.
8. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, müqavilə bağlamış hərbi mükəlləfiyyətli İddiaçı N () №-li hərbi hissə komandirinin xx.xx.N9N-ci il tarixli 6 №-li əmrilə (əsas: §-5, səh-5, sıra-7) 5-ci rota üzrə atıcı vəzifəsinə və Mühəndis-istehkam tağımında (əsas: §-8, səh-6, sıra-9) istehkamçı vəzifəsinə təyin olunması qeyd edilmişdir. N () №-li hərbi hissə komandirinin xx.xx.N-ci il tarixli N50 №-li əmrində (əsas: §-N, sıra- N0) Ağkənd və Qazançı zastavalarını icazəsiz tərk etdiklərinə, döyüş vaxtında yerində olmadıqlarına, postu tərk etdiklərinə, komandirin əmri olmadan döyüş mövqeyini tərk etdiklərinə görə, siyahıya alınmış və həbs edilməsi hərbi komendaturadan xahiş olunan şəxsi heyətin siyahısında İddiaçı adı qeyd olunmuşdur. N () Nə-li hərbi hissə komandirinin xx.xx.N-ci il tarixli N59 №-li əmrində (əsas: §-2, sıra-4, əmrdə atasının adı yazılmamışdır) İddiaçı Ağkənd zastavasına göndərilməsi barədə məlumat vardır. N № hərbi hissə komandirinin xx.xx.N-ci il tarixli 2 №-li əmrində (əsas: §-N5, səh- N0, sıra-NN0) N-ci batalyonun tərkibində baş mexanik vəzifəsində, sıravi İddiaçı adı qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.N93-cü il tarixli 86 №-li əmrilə (əsas: §-3, səh-96, sıra-8) sıravi İddiaçı növbəti “çavuş” əsgəri hərbi rütbəsi verilmişdir. Qeyd edilir ki, N №-li hərbi hissə komandirinin may-dekabr N93-cü il tarixli nizami hissə üzrə əmrlərində, N72 №-li hərbi hissə komandirinin yanvar-may N94-cü il tarixli nizami hissə üzrə əmrlərində və hərbi hissənin əlifba qeydiyyatı kitablarında İddiaçı barəsində məlumat aşkar olunmamışdır.
9. Məhkəmənin şifahi məhkəmə dinləmələri zamanı (şifahi məhkəmə baxışı) iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi.
10. Cavabdehin nümayəndəsi şifahi məhkəmə dinləmələri zamanı (şifahi məhkəmə baxışı) iştirak etməmişdir.
II. İddianın növü və mümkünlüyü
11. Müharibə veteranı adının və vəsiqəsinin verilməsi “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikası Nazirlər Kabinetinin N95-ci il 22 sentyabr tarixli 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə (bundan sonra – Əsasnamə) əsasən müəyyən edilir.
12. Müharibə veteranı adı aidiyyəti qurumların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir.
13. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 20N7-ci ilin N yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 20N6-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının N3 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd). Odur ki, həmin rəy qeyd edilən əlamətlərə malik olduğundan iddiaçıya münasibətdə inzibati akt hesab edilməli və hazırki iddia məcburetməyə dair iddiadır.
14. İddiaçı inzibati orqanın üzərinə arzuladığı inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasını tələb edir. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
15. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
16. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinin N-ci hissəsinin ikinci abzasına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin qanunun 7-ci maddəsinin N-ci hissəsinə əsasən, müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı (Nazirlər Kabineti) tərəfindən müəyyən edilir.
17. Əsasnamənin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N88-ci il fevralın N-dən N94-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N94-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müvafiq komissiyaların rəyinə əsasən verilir. Qeyd: Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur.
18. Qeyd edilən normativ hüquqi aktların tələbinə əsasən, məhkəmə tərəfindən aşağıdakı iki hal müəyyən edilməlidir: Şəxsin (i) Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirakı faktı; (ii) Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməməsi, eləcə də hərbi xidmətdən qanuni əsaslarla tərxis edilmiş olması; və (iii) həmin dövrdə hərbi cinayətlərə görə cinayət məsuliyyətinə cəlb edilib-edilməməsi (bəraətverici əsaslarla cinayət təqibinə xitam istisna olmaqla) və məhkumluğunun olub-olmaması olmalıdır. İddianın uğurluluğu həmin hallardan asılıdır və bu səbəbdən məhkəmə araşdırmasının həddi qeyd edilən halları müəyyən etməklə məhdudlaşmalıdır. N-ci hala münasibətdə məhkəmə müəyyən edir ki, İddiaçı N () №-li hərbi hissə komandirinin xx.xx.N9N-ci il tarixli 6 №-li əmrilə (əsas: §-5, səh-5, sıra-7) 5-ci rota üzrə atıcı vəzifəsinə və Mühəndis-istehkam tağımında (əsas: §-8, səh-6, sıra-9) istehkamçı vəzifəsinə təyin olunması qeyd edilmişdir. N () №-li hərbi hissə komandirinin xx.xx.N-ci il tarixli N50 №-li əmrində (əsas: §-N, sıra- N0) Ağkənd və Qazançı zastavalarını icazəsiz tərk etdiklərinə, döyüş vaxtında yerində olmadıqlarına, postu tərk etdiklərinə, komandirin əmri olmadan döyüş mövqeyini tərk etdiklərinə görə, siyahıya alınmış və həbs edilməsi hərbi komendaturadan xahiş olunan şəxsi heyətin siyahısında İddiaçı adı qeyd olunmuşdur. N () Nə-li hərbi hissə komandirinin xx.xx.N-ci il tarixli N59 №-li əmrində (əsas: §-2, sıra-4, əmrdə atasının adı yazılmamışdır) İddiaçı Ağkənd zastavasına göndərilməsi barədə məlumat vardır. N № hərbi hissə komandirinin xx.xx.N-ci il tarixli 2 №-li əmrində (əsas: §-N5, səh- N0, sıra-NN0) N-ci batalyonun tərkibində baş mexanik vəzifəsində, sıravi İddiaçı adı qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.N93-cü il tarixli 86 №-li əmrilə (əsas: §-3, səh-96, sıra-8) sıravi İddiaçı növbəti “çavuş” əsgəri hərbi rütbəsi verilmişdir. 2-ci hala münasibətdə məhkəmə qeyd edir ki, N nömrəli hərbi hissə komandirinin xx.xx.N-ci il tarixli N50 nömrəli əmrində Ağkənd döyüş zonasını özbaşına tərk etdiklərinə, döyüş vaxtında yerində olmadıqlarına və komandirin əmri olmadan döyüş mövqeyini tərk etdiklərinə görə siyahıya alınmış və həbs edilməsi hərbi komendaturadan xahiş olunan şəxsi heyətin siyahısında İddiaçı adı qeyd olunmuşdur. 3-cü hala münasibətdə məhkəmə qeyd edir ki, həmin dövrdə iddiaçının hərbi cinayətlərə görə cinayət məsuliyyətinə cəlb edilməsi və məhkumluğunun olub-olmaması məhz Daxili İşlər Nazirliyi və onun rayon polis idarə (şöbələri) tərəfindən təqdim edilən fərdi uçot məlumatları əsasında müəyyən edilməlidir. Lakin məhkəmə qeyd edir ki, qeyd edilən hallar eyni zamanda mövcud olduğu təqdirdə iddiaçının müvafiq hüququ təmin oluna bilər.
19. Odur ki, məhkəmə qeyd edir ki, iş materiallarına əsasən müəyyən olunur ki, döyüş zonasını özbaşına tərk etdiklərinə, döyüş vaxtında yerində olmadıqlarına və komandirin əmri olmadan döyüş mövqeyini tərk etdiklərinə görə siyahıya alınmış və həbs edilməsi hərbi komendaturadan xahiş olunan şəxsi heyətin siyahısında İddiaçı adı qeyd olunmuşdur, yəni ordu sıralarından qanuni əsaslarla ehtiyata buraxılmamışdır.
20. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun N-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.
21. İPM-in 68.N-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
22. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
23. İPM-in 73.N-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
24. Beləliklə məhkəmə hesab edir ki, cavabdehin imtinası nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmamışdır.
25. Göstərilənlərə əsasən və İPM-in 4.N, 23.N, 58.7, 69, 75, 78–79, 8N, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva