Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5852/2020 08.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə (3-cü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və X1 Dövlət Xidməti və Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyi) qarşı “qaz sayğacının quraşdırılması” tələbinə dair işə hazırlıq icraatı ilə əlaqədar açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi̇: İddiaçı Cavabdehnə qarşı (3-cü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və X1 Dövlət Xidməti və Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyi) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında yerləşən AAAF Park yaşayış massivinin “A” kompleksi (küçəsi), 5 saylı evin (binanın) 7 saylı mənzilinə Cavabdeh İB tərəfindən qaz sayğacının quraşdırılması və qazla təchiz edilməsinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hazırlıq icraatı mərhələsinin məhkəmə iclası xx xxxxxxx 2020-ci il tarixə təyin edilmişdir. Cavabdehin və üçüncü şəxsin nümayəndələri məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barəsində məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə iş materiallarını araşdırarkən iddiaçıya hazırki işə aidiyyət üzrə Sumqayıt İnzibati Məhkəməsində baxılmasına dair öz münasibətini bildirməsini təklif etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı işin aidiyyəti üzrə səlahiyyətli məhkəməyə göndərilməsinə etiraz etdiyini bildirmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iş baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilməlidir. Göründüyü kimi hazırki iddia üzrə iddiaçının tələbi İddiaçı ona məxsus Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 167 ünvanda yerləşən AAAF Park yaşayış massivinin “A” kompleksi (küçəsi), 5 saylı evin (binanın) 7 saylı mənzilinə Cavabdeh İB tərəfindən qaz sayğacının quraşdırılması və qazla təchiz edilməsinin təmin edilməsi barədə qərar qəbul edilməsindən ibarətdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hesab edir ki, müstəsna aidiyyətin mahiyyəti ondan ibarətdir ki, iddiaçının konkret işə baxılması üçün bu və ya digər məhkəməni öz iradəsinə uyğun olaraq seçmək imkanı istisna olunur və müvafiq işə hər hansı xüsusiyyətindən asılı olmayaraq qanunda göstərilmiş məhkəmədə baxıla bilər. Müstəsna aidiyyət nəzərdə tutulan işlərin düzgün və vaxtında həlli üçün maksimum dərəcədə əlverişli şərait yaradılmasının təmin edilməsinə yönəlmişdir. Qeyd olunan işlər üzrə icraatın taleyi mübahisə obyekti olan əmlakın yerində müayinəsindən, həmin əmlaka, habelə daşımalara dair sənədlərin vaxtında toplanmasından, şahidlərin hamısının cəlb edilərək dindirilməsindən asılıdır ki, bu hərəkətlər də qeyd olunan obyektlərin, habelə nəqliyyat təşkilatının olduğu yerdə daha uğurla həyata keçirilə bilər. Digər tərəfdən, müstəsna aidiyyət həm də mübahisə obyektinin yerləşdiyi yerin məhkəməsinin iş üzrə qərarının icrasının daha asan ola biləcəyi mülahizəsindən də doğur. Mübahisə predmeti olan daşınmaz əmlakın ünvanı Abşeron rayonu, Xırdalan qəsəbəsi ərazi yurisdiksiya baxımından Sumqayıt İnzibati Məhkəməsinin yurisdiksiyasına aiddir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Qərarına əsasən Abşeron rayonu, Xırdalan şəhəri Sumqayıt İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.2-ci maddəsinə əsasən predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırkı iş baxılması üçün ərazi aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.5-ci maddəsinə əsasən bu Məcəllənin 8.2-8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1, 8.2-ci və 8.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldi: İddiaçı Cavabdehnə (3-cü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və X1 Dövlət Xidməti və Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyi) qarşı qaz sayğacının quraşdırılması tələbinə dair 2-1(112)-5852/2020 saylı iş ərazi aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-5852/2020
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5852/2020
08.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver