Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5853/2021 25.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızınınsədrliyi, Məhkəmə iclas katibi X2katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı 3-cü şəxs Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və qeyrisi işə cəlb edilməklə cavabdehin şikayət ərizəsinə cavab verməməsinin qanunsuz və əsassız hesab edilməsi, ərizəyə cavab verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsitələbi barədə inzibati işəməhkəmənin binasında hazırlıq icraatı mərhələsində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı 3-cü şəxs Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və qeyrisi işə cəlb edilməklə cavabdeh "xxxx" ASC Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin 27 aprel 2020-ci il tarixli, 02/16-08-14-1076 saylı məktubu ilə cavabdeh orqana göndərilən suvarma suyu ilə təmin edilmə barədə 01 aprel 2020-ci il tarixli şikayət ərizəsinə cavabdeh verməməsinin qanunsuz və əsassız hesab edilməsi, 01 aprel 2020-ci il tarixli ərizəyə cavab verməsi vəzifəsinin cavabdehə həvalə edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, sərəncama əsasən cavabdeh tərəfindən məhkəməyə münasibət (etiraz) təqdim edilərək iddia tələbinin hüquqi əsası olmadığından təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər, məhkəmə iclasına gəlməmələrinin səbəbi barəsində isə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Məhkəmə işə tərəflərin iştirakları olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iş üzrə dəlilləri araşdıraraq hesab edir ki, cavabdeh tərəfindən iddiaçının tələbi təmin edildiyindən və hazırki işin mahiyyəti üzrə mübahisə artıq mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: - 01.04.2020-ci il tarixli ərizədən görünür ki, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirinə ərizə ilə müraciət edilmişdir. - 01.04.2020-ci il tarixli və eyni məzmunlu ərizədən görünür ki, İddiaçı həmçinin, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-yə elektron ərizə vasitəsilə müraciət etmişdir. - Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-yə ünvanlanmış 15 aprel 2020-ci il tarixli, 02/16-08-14- 962 nömrəli məktubdan görünür ki, İddiaçı Kənd Təsərrüfatı Nazirliyinə müraciət edərək, Hacıqabul rayonunun Navahı kəndində yerləşən 17.54 hektar arpa sahəsinin suvarılmasında yaranmış çətinliklərin aradan qaldırılmasına lazımi köməkliyin göstərilməsini xahiş etmişdir. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 7.10-cu maddəsinə uyğun olaraq həmin müraciət aidiyyəti üzrə ona göndərilir. Müraciətə müvafiq qaydada baxaraq bu məsələnin araşdırılması, lazımi tədbirlərin görülməsi və nəticəsi barədə vətəndaşa məlumat verilməsi üçün göstəriş verilməsi xahiş edilmişdir. Sözügedən məktubla bağlı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri tərəfindən müvafiq tədbir görülməsi barədə göstəriş verilmişdir. - Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC X1 İdarəsi tərəfindən İddiaçı və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sdər müavininə ünvanlanmış 55 nömrəli, 24 aprel 2020-ci il tarixli məktubdan görünür ki, iddiaçının 01.04.2020-ci il tarixli məktubuna cavab olaraq bildirmişlər ki, Navahı-Pirsasat massivində 7309 ha suvarılan torpaq sahəsi vardır. Bu suvarılan torpaqların su təminatı əsasən Pirsaat çayından Pirsaat su anbarına yığılan suyun hesabına həyata keçirilir. İlin quraqlıq keçməsi, Pirsaat çayının da quruyan çay olması səbəbindən yay aylarında ümumiyyətlə anbarda su ehtiyatının olmaması rayonun Navahı-Pirsaat massivində suvarılan torpaqlarda əkinlərin su ilə təminatında daim çətinliklər yaradır. Bununla yanaşı, Pirsaat su anbarına aprel ayının əvvəlində suyun daxili olması anından əkinlərə su verilmişdir və İddiaçı məxsus 17.54 ha taxıl əkininin 9 ha-ı suvarılmışdır. Lakin, hal-hazırda Pirsaat çayında axının kəsilməsi səbəbindən suvarmada fasilə yaranmışdır. Navahı SİB-in verdiyi arayış əsasında bildirilmişdir ki, İddiaçı X3 üzvü deyildir və o, suvarma ilə əlaqədar SİB-lə müqavilə bağlamamışdır. Buna baxmayaraq, Pirsaat çayından anbara suvarma suyunun daxil olacağı təqdirdə vətəndaşın qalan əkinlərinin növbəlilik əsasında suvarılması təmin ediləcəkdir. Göründüyü kimi, iddiaçının müraciəti aidiyyəti üzrə cavabdeh tərəfindən cavablandırılmışdır. AzərbaycanRespublikası İPM-nin67.1-ci maddəsinə əsasən, mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Azərbaycan Respublikası İPM-nin 67.2-ci maddəsinə əsasən, sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Azərbaycan Respublikası İPM-nin 67.3-ci maddəsinə əsasən, bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki,cavabdeh tərəfindəniddiaçının tələbi təmin edildiyindən, bununla da işin mahiyyəti üzrə mübahisə artıq mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı 3-cü şəxs Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və qeyrisi işə cəlb edilməklə cavabdeh "xxxx" ASC Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin 27 aprel 2020-ci il tarixli, 02/16-08-14-1076 saylı məktubu ilə cavabdeh orqana göndərilən suvarma suyu ilə təmin edilmə barədə 01 aprel 2020-ci il tarixli şikayət ərizəsinə cavabdeh verməməsinin qanunsuz və əsassız hesab edilməsi, 01 aprel 2020-ci il tarixli ərizəyə cavab verməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia tələbinə dair 2-1(112)-5853/2021 saylı inzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-5853/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5853/2021
25.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver