Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5856/2022 18.07.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı adı və vəsiqəsinin verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə müraciət edərək “Müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbi irəli sürmüşdür.
2. Tələb onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda apardığı mühartibə zamanı AR Müdafiə Nazirliyinin Mərkəzi arxiv arayışına da əsasən hərbi hissə rəhbərliyinin müvafiq əmrləri üzrə N dekabr N99N-ci il tarixdən başlayaraq rəhbərliyin bir neçə əmri ilə müxtəlif döyüş əməliyyatlarında iştirak edib, sonuncu dəfə xx.xx.N993-cü il tarixdə döyüş tapşırıqlarını yerinə yetirib qayıtmış hesab edilib, bir müddət sonra isə şəxsi heyətin siyahısından və bütün növ təminatlardan azad edilib. Bu barədə hərbi biletimdə də müvafiq qeydlər edilmişdir. Sonra arxiv arayışının sonunda qeyd edilmişdir ki. N saylı hərbi hissə komandirinin iyul-noyabr N992-ci il tarixli nizami hissə üzrə əmrlərində onun xidməti barədə məlumat aşkar olunmamış, N saylı hərbi hissənin komandirinin mart-may N992-ci il tarixli əmrlərinin Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamış, N və N nömrəli hərbi hissələr üzrə isə müddətlər dəqiq qeyd edilmədiyinə görə əlavə araşdırma aparmaq mümkün olmamışdır. Daha sonra müvafiq komissiyaya bir neçə dəfə müvafiq sənədləri, yəni hərbi biletinin notarial qaydada təsdiq edilmiş surətini, arxiv arayışı və şəxsiyyət vəsiqəsinin surətini ərizəsinə əlavə edib, zəruri halda MN-nin müvafiq sənədlərindən də istifadə etməklə mənim üçün müharibə veteranı adı və vəsiqəsi verilməsi məsələsinə baxılmasını ərizə ilə müraciət edərək xahiş edib, lakin xahişindən imtina edilmişdir. Sonuncu imtina məktubunu xx.xx.2022-ci il tarixdə alıb. Hazırkı ərizəsinin yalnız birinci abzasında döyüş əməliyyatlarında iştirak etdiyinin və qanuni əsaslarla xidmətdən tərxis olunmağı qeyd edildiyinə görə ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi, hazırkı ərizəsinin ikinci abzasında qeyd edilənlərdən asılı olmayaraq təmin edilməli olsa da, bunun təmin edilməməsi, yəni xahişindən imtina edilməsi əsassız və qanunsuzdur. Hesab edir ki, göstərilən səbəbdən müvafiq komissiya ərizəmə yenidən baxmalı və mənə müharibə veteranı adı və vəsiqəsinin verilməsi təmin edilməlidir. Göründüyü kimi, göstərilən illərdən bəri müharibə veteranı olsa da, indiyə kimi cavabdeh Müdafiə Nazirliyinin səhvi ucbatından hüquqlarım pozulmuş, həm də müharibə veteranı kimi qanunla nəzərdə tutulmuş və istifadə elməli olduğu halda istifadə edə bilmədiyim imtiyazlardan, o cümlədən keçən illər (aylar) ərzində külli məbləğdə veteran pulunu almaqdan məhrum edilib.
3. Azərbaycan Respublikası Müdafiə Nazirliyinə daxil olmuş ərizəsinə cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.202N-ci il tarixli məktubda təkrar bildirilmişdir ki, ona “Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində "Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komıssiya”nın xx.xx.20N9-cu il tarixli iclasında baxılmış və 585 nömrəli protokol ilə barənizdə müsbət qərar qəbul edilməmişdir.
4. Həmin məktub xx.xx.202N-ci il tarixli olsa da, iddiaçıya nə vaxt təqdim edildiyini müəyyən olunmur.
5. İddia ərizəsi məhkəməyə xx.xx.2022-ci il tarixdə verilmişdir.
6. Cavabdeh qurumdan məhkəməyə daxil olan iddiaya etirazda bildirilir ki, “Veteranlar haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin üçüncü abzasına əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N995-ci il tarixli 2N6 saylı Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və Əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməsinin N-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Cavabdeh, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və XN Xidməti və Azərbaycan Respublikasının Strateji X2 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Belə ki, iddiaçı Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”ya müraciət etmiş, komissiya xx.xx.20N9-cu il tarixli iclasında iddiaçının müraciətinə baxılaraq müsbət qərar qəbul edilməmişdir. Qərarı barədə iddiaçının ünvanına komissiya tərəfindən məlumat göndərilmişdir. İddiaçı həmin qərarın, yəni inzibati aktın qəbul eilməsindən 3 il sonra onu mübahisələndirmişdir. Bununla əlaqədar İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia tələbinin mümkün sayılmaması xahiş edilir.
II. İddianın növü və mümkünlüyü
7. Müharibə veteranı adının və vəsiqəsinin verilməsi “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il 22 sentyabr tarixli 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə (bundan sonra – Əsasnamə) əsasən müəyyən edilir.
8. Müharibə veteranı adı aidiyyəti qurumların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir.
9. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 20N7-ci ilin N yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 20N6-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının N3 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd). Odur ki, həmin rəy qeyd edilən əlamətlərə malik olduğundan iddiaçıya münasibətdə inzibati akt hesab edilməli və hazırki iddia məcburetməyə dair iddiadır.
10. İddiaçı inzibati orqanın üzərinə arzuladığı inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasını tələb edir. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
11. Azərbaycan Respublikası Müdafiə Nazirliyinə daxil olmuş ərizəsinə cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.202N-ci il tarixli məktubda təkrar bildirilmişdir ki, ona “Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində "Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komıssiya”nın xx.xx.20N9-cu il tarixli iclasında baxılmış və 585 nömrəli protokol ilə barənizdə müsbət qərar qəbul edilməmişdir.
12. Həmin məktub xx.xx.202N-ci il tarixli olsa da, iddiaçıya nə vaxt təqdim edildiyini müəyyən olunmur.
13. İddia ərizəsi məhkəməyə xx.xx.2022-ci il tarixdə daxil olmuşdur.
14. İddia mümkündür.
III.Məhkəmə tərəfindən tədqiq edilən sübutlar
15. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxiv tərəfindən verilən xx.xx.20N8ci il tarixli arxiv arayışına əsasən, Oktyabr RHK-dan çağırılmış, baş leytenant İddiaçı N №-li hərbi hissə komandirinin N dekabr N99N-cı il tarixli 26 №-li əmrilə (əsas: səh.-47, §5; qeyd: əmrdə hərbi rütbəsi “baş leytenant" qeyd edilmişdir) şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilərək, xidməti vəzifəsinin icrasına başlamış hesab edilmişdir. 70N №-li hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli 2 №-li əmrilə kəşfiyyat bölüyündə "tağım komandiri" təyin olunmuş baş leytenant İddiaçı 70N №- li hərbi hissə komandirinin N aprel N992-ci il tarixli N0 №-li əmrilə (əsas: səh.-42, §4; qeyd əmrdə hərbi rütbəsi "baş leytenant" qeyd edilmişdir) xx.xx.N992-ci il tarixdən tutduğu vəzifədən azad edilərək, şəxsi heyətin siyahısından və bütün növ təminatlardan azad edilmişdir. Qeyd edilmişdir ki, N №-li hərbi hissə komandirinin iyul-noyabr N992-ci il tarixli nizamı hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. Bildirilmişdir ki, N №-li hərbi hissə komandirinin mart-may N992-ci il tarixli nizamı hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır Ərizədə xidmət müddəti ayrı-ayrılıqda dəqiq (illər və aylar) qeyd edilmədiyindən N və N56 №-li hərbi hissələr üzrə İddiaçı barəsində əlavə araşdırma apara bilmirlər.
16. İddiaçı hərbi biletinin notariat qaydasında təsdiq edilmiş surətinə əsasən xx.xx.N99N-ci il tarixində 70N nömrəli hərbi hissəyə qəbul edilib, xx.xx.N992-ci il tarixdə həmin hərbi hissədən xaric edilmişdir. Həmin qeyd 70N nömrəli hərbi hissə qərargahının rəisi “podpolkovnik Mamedov” imzası ilə və hərbi hissənin möhürü ilə təsdiq edilmişdir. Hərbi biletin döyüş əməliyyatlarında iştirakına dair qeyd hissəsində xx.xx.N992-xx.xx.N992-ci il tarixlərində Dağlıq Qarabağda döyüş əməliyyatlarında iştirakına dair qeyd var. Həmin qeyd 70N nömrəli hərbi hissə qərargahının rəisi “podpolkovnik Mamedov” imzası ilə və hərbi hissənin möhürü ilə təsdiq edilmişdir.
17. Məhkəmənin N56, 422, 70N, və N nömrəli hərbi hissələrin 0N iyun N992-ci il tarixdən N2 may N994-cü il tarixədək döyüş əməliyyatları aparıb-aparmaması və İddiaçı Azərbaycan Silahlı Qüvvələrində hərbi xidməti barədə arxiv məlumatının təqdim edilməsinə barədə sorğusuna cavab olaraq cavabdeh tərəfindən bildirilmişdir ki, N () №li hərbi hissə komandirinin yanvar-dekabr N992-ci il, yanvar- dekabr N993-cü il, yanvardekabr N994-cü il tarixli nizami hissə üzrə əmrlərində və N №-li hərbi hissənin zabit, gizir heyətinin əlifba qeydiyyatı kitabında İddiaçı xidməti barədə məlumat aşkar edilməmişdir. N56 və N nömrəli hərbi hissələr döyüş əməliyyatlarında iştirak etməyib, 70N nömrəli hərbi hissə xx.xx.N99N-xx.xx.N994-cü il tarixlərdə və N nömrəli hərbi hissə xx.xx.N992- N6.NN,N992-ci il tarixlərdə döyüş əməliyyatlarında iştirak edib. Əsas: xx.xx.N997-ci il tarixdə Silahlı Qüvvələrin Baş Qərargah rəisi tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranan vaxtdan döyüş əməliyyatları aparan hərbi hissələrin siyahısı” Oktyabr RHK-dan çağırılmış, baş leytenant İddiaçı N №-li hərbi hissə komandirinin N dekabr N99N-ci il tarixli 26 №-li əmrilə (əsas: səh.-47, §5; qeyd: əmrdə hərbi rütbəsi “baş leytenant” qeyd edilmişdir) şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilərək, xidməti vəzifəsinin icrasına başlamış hesab edilmişdir. 70N №-li hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli 2 №-li əmrilə kəşfiyyat bölüyündə “tağım komandiri” təyin olunmuş baş leytenant İddiaçı 70N №-li hərbi hissə komandirinin N aprel N992-ci il tarixli N0 №-li əmrilə (əsas: səh.-42, §4; qeyd: əmrdə hərbi rütbəsi “baş leytenant” qeyd edilmişdir) xx.xx.N992-ci il tarixdən tutduğu vəzifədən azad edilərək, şəxsi heyətin siyahısından və bütün növ təminatlardan azad edilmişdir. N56 №-li hərbi hissə komandirinin 0N sentyabr N993-cü il tarixli 35 №-li əmrində (əsas: səh.-44, §4; qeyd: adı və atasının adı tam yazılmamışdır, əmr rus əlifbası ilə yazılmışdır) “А.Г. Алиев” in Baş Qərargah rəisinin xx.xx.N993-cü il tarixli müvafiq əmrinə əsasən "bölmə komandiri” vəzifəsinə təyin edilərək xx.xx.N993-cü il tarixdən şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilməklə, vəzifəsinin icrasına başlamış hesab edilməsi barədə məlumat vardır. Xüsusi təyinatlı taborun bölük komandiri, baş leytenant İddiaçı N8-ci maddənin “e” bəndinə əsasən (hərbi qulluqçunun şərəf və ləyaqətini alçaldan hərəkətlər etdiyinə görə) hərbi rütbəsi N (bir) pillə aşağı salınmaqla, “leytenant” hərbi rütbəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrin Baş Qərargah rəisinin xx.xx.N994-cü il tarixli əmrinə müvafiq N56 №-li hərbi hissə komandirinin N0 mart N994-ci il tarixli 64 №li əmrilə (əsas: §7) şəxsi heyətin siyahısından çıxarılaraq, qeydiyyata düşmək üçün Yasamal RHK-na göndərilmişdir.
18. Məhkəmənin sorğusuna cavab olaraq 70N nömrəli hərbi hissə xx.xx.N99N-xx.xx.N994cü il tarixlərdə və N nömrəli hərbi hissə xx.xx.N992- N6.NN,N992-ci il tarixlərdə döyüş əməliyyatlarında iştirak edib. Əsas: xx.xx.N997-ci il tarixdə Silahlı Qüvvələrin Baş Qərargah rəisi tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranan vaxtdan döyüş əməliyyatları aparan hərbi hissələrin siyahısı”.
19. Məhkəmənin sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilən tələbnaməyə əsasən şəxsin məhkumluğu, barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi, amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilməsi barədə əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur.
20. Dövlət Teleradio Şirkəti tərəfi tərəfindən Gədəbəy rayon və Qazax rayon icra başçılarına ünvanlanmış məktublara əsasən əsasən (N992-ci il tarixli) İddiaçı sərhədyanı bölgədə və ümumiyyətlə aqrar bölmədə mövcud problem və çətinlikləri operativ işıqlandırmaq üçün zona müxbiri təyin edilmişdir.
IV.Məhkəmənin mövqeyi
21. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinin N-ci hissəsinin ikinci abzasına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin qanunun 7-ci maddəsinin N-ci hissəsinə əsasən, müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı (Nazirlər Kabineti) tərəfindən müəyyən edilir.
22. Əsasnamənin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müvafiq komissiyaların rəyinə əsasən verilir. Qeyd: Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur.
23. Qeyd edilən normativ hüquqi aktların tələbinə əsasən, məhkəmə tərəfindən aşağıdakı iki hal müəyyən edilməlidir: Şəxsin (i) Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirakı faktı və (ii) həmin dövrdə hərbi cinayətlərə görə cinayət məsuliyyətinə cəlb edilib-edilməməsi (bəraətverici əsaslarla cinayət təqibinə xitam istisna olmaqla) və məhkumluğunun olub-olmaması olmalıdır. İddianın uğurluluğu həmin hallardan asılıdır və bu səbəbdən məhkəmə araşdırmasının həddi qeyd edilən halları müəyyən etməklə məhdudlaşmalıdır. N-ci hala münasibətdə iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakı faktı təsdiq olunmaqla, iddiaçının təminata götürüldüyü hərbi hissənin döyüş əməliyyatlarında iştirak edən hərbi hissə olduğu müəyyən edilir (döyüş əməliyyatlarında iştirak edən 70N nömrəli hərbi hissənin tərkibində xx.xx.N99Nci il tarixli əmrlə şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmiş; 70N nömrəli hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli əmri ilə şəxsi heyətin siyahısından və bütün növ təminatlarından azad edilmişdir. Qeyd edilən hal həm arxiv arayışı, həm də hərbi biletdəki qeydlərlə təsdiq olunur. Əlavə olaraq qeyd edilən hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirak etməsi ilə bağlı hərbi biletində müvafiq qeyd də mövcuddur). 2-ci hala münasibətdə məhkəmə qeyd edir ki, həmin dövrdə iddiaçının hərbi cinayətlərə görə cinayət məsuliyyətinə cəlb edilməsi və məhkumluğunun olub-olmaması məhz Daxili İşlər Nazirliyi və onun rayon polis idarə (şöbələri) tərəfindən təqdim edilən fərdi uçot məlumatları əsasında müəyyən edilməlir. Məhkəmə tərəfindən iddiaçının məhkumluğu, barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi, amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilməsi barədə məlumat olmadığı müəyyən edilmişdir. “Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” Azərbaycan Respublikasının 20N8-ci il 29 iyun tarixli NN97-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 20N8-ci il 24 avqust tarixli 232 nömrəli Fərmanının N.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının 20N9-cu il N6 yanvar tarixli QNN- 00N-N9 nömrəli qərarı ilə təsdiq edilmiş “Cinayət törətməkdə şübhəli və ya təqsirləndirilən, məhkum olunmuş, habelə inzibati qaydada həbs edilmiş şəxslərin mərkəzləşdirilmiş fərdi uçotlarının təşkili və aparılmasına dair” Təlimatın N.3-cü bəndinə əsasən, mərkəzləşdirilmiş uçotların aparılmasının məqsədi - cinayət törətməkdə şübhəli və ya təqsirləndirilən, məhkum olunmuş, inzibati qaydada həbs edilmiş şəxslərə dair təqdim edilmiş fərdi məlumatlara əsasən formalaşması, şəxsin məhkumluğunun olubolmaması, barəsində cinayət təqibinə başlanması (və ya xitam verilməsi), reabilitə edilməsi, cəzaçəkmə vaxtı və yeri, inzibati qaydada həbs olunması barədə sorğuların cavablandırılması, axtarışı elan olunmuş təqsirləndirilən, mülki-hüquqi öhdəliklərin icrasından yayınan və itkin düşmüş şəxslərin aşkar edilməsi, səhhətinə və ya yaşına görə özü haqqında məlumat vermək qabiliyyətinə malik olmayan Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin şəxsiyyətinin müəyyənləşdirilməsidir. Təlimatın N.4-cü bəndinə əsasən, mərkəzləşdirilmiş uçotlarda toplanan məlumatlar Azərbaycan Respublikasının cinayətprosessual qanunvericiliyində nəzərdə tutulmuş təhqiqat (istintaq) orqanlarında, korrupsiya ilə bağlı cinayətlər üzrə korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış prokurorluq orqanında, hakimlər, fərdi məlumatları əldə etmək hüququ qanunvericiliklə müəyyən olunmuş digər dövlət orqanlarının kadr aparatlarının xidməti fəaliyyətində istifadə edilir. Qeyd edilən halların müəyyənləşdirilməsi iddianın təmin edilərək müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün yetərlidir.
24. Odur ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçının hərbi xidmətdən qanuni əsaslarla buraxılması barədə məlumat mövcuddur.
25. Beləliklə, məhkəmə müəyyən etdi ki, iddiaçı xx.xx.N992-xx.xx.N992-ci illərdə Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan 70N nömrəli hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, iddiaçının hərbi xidmətdən qanuni əsaslarla buraxılması haqqında məlumat mövcud olmaqla hərbi xidmət yerini özbaşına tərk etməmiş, həmin dövrdə hərbi cinayətlərə görə cinayət məsuliyyətinə cəlb edilib-edilməsi, iddiaçının məhkumluğu, barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi, amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilməsi barədə məlumat yoxdur.
26. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun N9-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.
27. İPM-in 68.N-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
28. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
29. İPM-in 73.N-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
30. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək, iddiaçıya oğluna “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsi Cavabdeh üzərinə qoyulmalı, cavabdehin imtinası qanunsuz hesab edilməlidir.
31. Göstərilənlərə əsasən və İPM-in 4.N, 23.N, 58.7, 69, 75, 78–79, 8N, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilsin. İddiaçı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsi Cavabdeh üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva