Məhkəmə qərarları › İş №2-1(112)-5860/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5860/2022

11.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5860/2022 11.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı və nümayəndəsi (vəkili) Vəkil, Zəruri cəlbetmə qaydasında üçüncü şəxs X6, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin (bundan sonra - Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi) nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “fərdi yaşayış evinin altındakı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınaraq vahid əmlak kimi çıxarışın verilməsi öhdəliyinin qoyulması” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə müraciət edərək xx.xx.2021-ci ildə verilmiş çıxarış (qeydiyyat nömrəsi - **********) əsasında İddiaçı mülkiyyətində olmaqla, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi. Göl küçəsində yerləşən 3 saylı fərdi yaşayış evinin 290 kv.m (həyətyanı və likintialtı) torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına aınması və vahid əmlak kimi dövlət reyestrindən yeni çıxarışın verilməsi öhdəliyinin Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Göl küçəsində yerləşən 3 saylı fərdi yaşayış evi DƏDRX-nin 1 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci ildə verilmiş elektron çıxarışa əsasən onun xüsusi mülkiyyətindədir. Həmin evi Suraxanı Rayon Məhkəməsinin 2(010)-168/2015 saylı xx.xx.2015-ci il tarixli qətnaməsinə, hərracın nəticələri haqqında yekun Y-67 saylı xx.xx.2016-cı il tarixli protokola və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx.xx.2016-cı il tarixli müqaviləyə əsasən X15 adına qeydiyyatdan keçmiş, 5 saylı Asan xidmət mərkəzində notariat ofisinin xüsusi notariusu E.İsmayılov tərəfindən təsdiqlənmiş 4Ə-1590 saylı xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən onun adına qeydiyyata alınmış və hazırda da mülkiyyətindədir. Əlavə olaraq qeyd edir ki, qeyd olunan fərdi yaşayış evi 2,9 sot torpaq sahəsində inşa edilmiş, hazırda da həmin torpaq sahəsi və fərdi yaşayış evi təyinatı üzrə onun tərəfindən istifadə olunur. Bununla bağlı vəkili vasitəsilə verilmiş sorğulara əsasən müəyyən edilmişdir ki, həmin yaşayış evi Suraxanı RİHB-nın xx.xx.2004-cü il tarixli 947 saylı sərancamı əsasında keçmiş mülkiyyətçi X6 adına ilkin qeydiyyatdan keçmiş, həmin şəxs torpaq sahəsini xx.xx.2003-cü il tarixdə notarial qaydada bağlanmış alqı-satqı müqaviləsi əsasında almış, adına 02 aprel 2003-cü il tarixli JN-6293D KOD 00600016 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Hazırda fərdi yaşayış evinin həyətyanı və tikintialtı torpaq sahəsinə vahid əmlak kimi dövlət reyestrindən çıxarışın verilməsinə zərurət yaranmışdır. Əlavə olaraq bildirir ki, 3 saylı fərdi yaşayış evinin və həyətyanı 5 sot torpaq sahəsinin ilkin hüquqi qeydiyyata alınmasına əsas olan bütün sənədlər DƏDRX-nin 1 saylı Bakı Ərazi idarəsinin arxivindədir. O, fərdi yaşayış evinin həyətyanı və tikintialtı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və vahid əmlak kimi dövlət reyestrindən yeni çıxarışın verilməsi barədə cavabdeh inzibati orqana müraciət etdi. Cavabdehin ona ünvanladığı xx.xx.2022-ci il tarixli **********09 saylı cavab məktubu ilə ərizəsi təmin edilməmiş, imtinaya əsas kimi qeyd edilmişdir ki, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzrərində hüquqların iddiaçının adma daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulan hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Bundan əlavə, qeyd olunan torpaq sahəsinin bir hissəsi digər fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, bir hissəsinə isə elektron kadast məlumatlarına əsasən digər fiziki şəxsin adma ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən “torpağın mülkiyyət verilməsinə dair” şəhadətnamə verilmişdir. Qeyd olunanlarla yanaşı, müraciətinizdə adı çəkilən notariat qaydada təsdiq edilmiş 4Ə-1590 saylı reyestr nömrəli alqı-satqı müqaviləsində fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin özgəninkiləşdirilməsi qeyd olunmamışdır. Odur ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 88.3-cü maddəsinə və "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 11.1-ci maddəsinə istinad edilərək, ərizənin təmin olunmasından imtina edilmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır və qanunsuz olmaqla, mülkiyyət hüquqlarını məhdudlaşdırır. Belə ki, qeyd olunan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur. Həmin evi və həyətyanı torpaq sahəsini 5 saylı Asan xidmət mərkəzində notariat ofisinin xüsusi notariusu E.İsmayılov tərəfindən təsdiqlənmiş 4Ə-1590 saylı xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi əsasında alıb. Cavabdeh inzibati orqan tərəfindən xx.xx.2021-ci ildə ona verilmiş yaşayış evinin texniki pasportunda da evinin həyətyanı və tikintialtı torpaq sahəsinin 0,0290 ha, yəni 290 kv.m olması qeyd olunub, yaşayış evi və torpaq sahəsinin M 1:200 miqyasda planı tərtib edilib, evin 3 tərəfdən qonşularla, bir tərəfdən isə yol ilə əhatə olunması dəqiq müəyyən olunur, yaşayış evinin ölçüləri, həyətyanı torpaq sahəmin hasarlanması və dəmir qapı qoyulması, hətta yaşayış evinin 2004-cü ildə likilməsi qeyd edilmişdir. Əgər cavabdehin dediyi kimi həmin torpaq sahəsi başqa fiziki şəxslərin mülkiyyətindədirsə, cavabdehin verdiyi texniki pasportda həmin torpaq sahəsinin ölçüləri qeyd olunması anlaşılan deyil. Bir daha qeyd edir ki, ilkin olaraq 8,5 sot torpaq sahəsi ayrılıb, onun 5 sotunu keçmiş mülkiyyətçi X10 xx.xx.2003-cü il tarixdə notarial qaydada bağlanmış alqı-satqı müqaviləsi əsasında X4 almış, 5 sotun 2 sotu sonradan qapı qonşusu X1 ki, o həmin torpaq sahəsini tələb etmir və onunla həmin qonşu arasında, eləcə də digər qonşuları ilə heç bir torpaq mübahisəsi yoxdur. Suraxanı RİHB-nın xx.xx.2004-cü il tarixli 947 saylı sərancamı əsasında keçmiş mülkiyyətçi X10 hazırda mənim mülkiyyətimdə olan, yaşayış sahəsi 53.60 kv.m (sərəncamda isə 54,50 kv.m) olan 4 otaqlı 1 mərtəbəli evi tikib, həmin vaxt adına keçmiş DTXK Bakı şəhər şöbəsindən şəhadətnamə alıb. Keçmiş mülkiyyətçi Elmira Abdullayeva evini ipoteka ilə yüklü edib, borcunu qaytara bilməyib, nəticədə Suraxanı Rayon Məhkəməsinin 2(010)-168/2015 saylı xx.xx.2015-ci il tarixli qətnaməsinə, hərracın nəticələri haqqında yekun Y-67 saylı xx.xx.2016-cı il tarixli protokola və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx.xx.2016-cı il tarixli müqaviləyə əsasən X22 həmin evi alıb, sonradan ona satıb. Hazırda da alqı-satqıdan sonra mən həmin evdə ailə üzvləri ilə birlikdə yaşayır. Elmira Abdullayeva və Vaqif Qafarov da özlərinə məxsus əmlaklarını da götürməklə çıxıb gediblər. İstinad etdiyi bütün sənədlər cavabdeh inzibati orqanda mövcuddur, məcburiyyət qarşısında qalıb hər dəfə vəkil sorğusu verməklə, sənədləri hissə-hissə müxtəlif orqanlardan əldə edib. Cavabdeh habelə istinad edir ki, müqavilədə evin torpaq sahəsi göstərilməyib. Cavabdeh nəzərə almır ki, xüsusi mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmayan əmlak alqı-satqı predmeti ola və müqavilədə qeyd oluna bilməzdi. Bu hal Azərbaycan Respublikasının Torpaq Məcəlləsi ilə tənzimlənmişdir. Belə ki, elə imtina məktubunda cavabdeh özü Torpaq Məcəlləsinin 88.3-cü maddəsinə istinad edib. 2020-ci ildən notarial qaydada aldığı torpaq sahəsi və üstündəki yaşayış evi təyinatı üzrə onun tərəfindən istifadə olunur və həmin torpaq sahəsi ilə bağlı qonşularla hər hansı formada mübahisə mövcud deyildir. Bundan başqa 5 saylı Asan xidmət mərkəzində notariat ofisinin xüsusi notariusu E.İsmayılov tərəfindən təsdiqlənmiş 4Ə-1590 saylı xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri hesab olunur.

3. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 17.02. 2022-ci il tarixli **********66 nömrəli imtina məktubunda bildirilmişdir ki, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəs: üzərində hüquqların sizin adınıza daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Bundan əlavə, qeyd olunan torpaq sahəsinin bir hissəsi digər fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, bir hissəsinə isə elektron kadastr məlumatlarına əsasən digər fiziki şəxs adına ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə verilmişdir. Qeyd olunanlarla yanaşı, müraciətinizdə adıçəkilən notarial qaydada təsdiq edilmiş 4Ə- 1590 reyestr nömrəli alqı-satqı müqaviləsində fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin özgəninkiləşdirilməsi qeyd olunmamışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 88.3-cü maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən binaya, o cümlədən fərdi yaşayış evinə, habelə qurğuya mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar binanı (fərdi yaşayış evini) və ya qurğunu əldə edənə keçir. Torpaq sahəsinin bina (fərdi yaşayış evi) və ya qurğu yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.

4. X12 ilə X10 arasında bağlanmış xx.xx.2003-cü il tarixli müqaviləyə əsasən Bakı şəhəri Yeni Suraxanı qəsəbəsi, Göl küçəsində yerləşən 850 kv.m. torpaq sahəsindən 500 kv.m. hissəsi X10 tərəfindən satın alınmışdır.

5. Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli 947 nömrəli sərəncamına əsasən vətəndaş X11 2003-cü ildə tikilmiş 500 kv.m. torpaq sahəsində yerləşmiş Yeni Suraxanı qəsəbəsi, Göl küçəsi 3 saylı fərdi yaşayış evinin mülkiyyətçisi müəyyən edilmişdir.

6. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Göl küçəsi, ev 3 ünvanında yerləşən fərdi yaşayış evi (0,029 ha torpaq sahəsində yerləşən) X6 mülkiyyətində olmuşdur.

7. Suraxanı rayon məhkəməsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli 2(010)-168/2015 icra vərəqəsinə əsasən X7 cəmi 15034,50 manat məbləğində pul vəsaiti X15 xeyrinə tutulmuş, tutulacaq məbləğin Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Göl küçəsi 3 saylı fərdi yaşayış evinə yönəldilmiş, həmin evin açıq hərracdan satılması və onun satışından əldə edilmiş pul vəsaitinin təmin edilmiş iddia tələbi həcmində X18 ödənilməsi, ipoteka predmetinin ilkin satış qiyməti 26370 manat müəyyən edilmiş və s. məsələlər qərara alınmışdır.

8. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Göl küçəsi, ev 3 ünvanında yerləşən ümumi sahəsi 62,60 kv.m. olan fərdi yaşayış evi altındakı istifadədə olan 0,007530 ha torpaq sahəsi ilə birlikdə xx.xx.2016-cı il tarixdə X15 xüsusi mülkiyyəti kimi qeydə alınmışdır.

9. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Göl küçəsi, ev 3 ünvanında yerləşən ümumi sahəsi 62,60 kv.m. olan fərdi yaşayış evi altındakı istifadədə olan 0,007530 ha torpaq sahəsi ilə birlikdə xx.xx.2021-ci il tarixdə İddiaçı xüsusi mülkiyyəti kimi qeydə alınmışdır.

10. Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Göl küçəsi, 3 saylı evin hüquqi vəziyyəti ilə bağlı məlumat və sənəd surətlərinin verilməsinə dair müraciətə cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən bildirilmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Göl küçəsi, 3 saylı ev Suraxanı Rayon İcra Hakimiyyəti başçısının 947 nömrəli xx.xx.2004-cü il tarixli sərəncamına əsasən xx.xx.2005-ci il tarixdə X8 adına ilkin qeydiyyatdan keçmişdir. Suraxanı rayon Məhkəməsinin 2(010)-168/2015 nömrəli xx.xx.2015-ci il tarixli qətnaməsinə, hərracın nəticələri haqqında yekun Y-67 nömrəli xx.xx.2016-cı il tarixli protokoluna, hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx.xx.2016-cı il tarixli müqaviləyə əsasən X15 adına qeydiyyatdan keçmişdir. 5 saylı ASAN Xidmət mərkəzində notariat ofisinin xüsusi notariusu E.Ə.İsmayılov tərəfindən təsdiqlənmiş 4Ə-1590 reyestr nömrəli xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən İddiaçı adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir.

11. İddiaçı adına hüquqi qeydiyyata alınmış və Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Göl küçəsində yerləşən 3 saylı fərdi yaşayış evinin 500 kv.m torpaq sahəsinə dair 02 aprel 2003-cü il tarixli JN-6293D, KOD 00600016 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin və onun verilməsinə əsas olmuş sənədlərin surətlərinin verilməsi ilə bağlı vəkil sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən bildirilmişdir ki, təqdim edilən kadastr məlumatlarına əsasən ləğv edilmiş DTXK tərəfindən 10 saylı NK-nın, 4ə-1-45 reyestr nömrəli, xx.xx.2003-cü il tarixli alqı-satqı müqaviləsi əsasında X9 adına Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Göl küçəsində yerləşən 500 kv.m torpaq sahəsinə dair JN- 6293D, KOD 00600016 olan "torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” tərtib edilmişdir. Məlumat üçün bildirilmişdir ki, sözügedən torpaq sahəsinin 200 kv.m olan hissəsi 10 saylı NK-nın, xx.xx.2004-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən digər fiziki şəxsin adına özgəninkiləşdirilmişdir və yerdə qalan 0,03 ha olan hissə ilə bağlı ləğv edilmiş DTXK tərəfindən X9 adına JN-18603D, KOD 00600016 olan “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” tərtib olunmuşdur. Sonradan qeyd olunan torpaq sahəsində yerləşən fərdi yaşayış evi X9 adına dövlət reyestrində qeydiyyata alınmışdır və həmin fərdi yaşayış evinə ünvan 1 ünvanı verilmişdir. xx.xx.2016-cı il tarixdə isə həmin fərdi yaşayış evi X15 mülkiyyətinə keçmişdir. Bildirilmişdir ki, 5 saylı Bakı “ASAN Xidmət" mərkəzi notariusu tərəfindən təsdiq edilmiş 4ə-1590 reyestr nömrəli, xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Göl küçəsi, ev 3 ünvanı və istifadədə olan 0,0075 ha torpaq sahəsi İddiaçı adına rəsmiləşdirilmişdir.

12. Məhkəmənin sorğusu əsasında Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Göl küçəsi 3 saylı fərdi yaşayış evi ilə bağlı arxiv qovluğundakı yuxarıda qeyd edilən sənədlər məhkəməyə təqdim edilmişdir. Qeyd edilənlərdən əlavə arxiv qovluğunda olan Bakı şəhəri Suraxanı rayon icra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli 229 nömrəli Sərəncamına əsasən Suraxanı rayon İHB-nin xx.xx.2004-cü il tarixli 947 saylı sərəncamının 1-ci bəndində dəyişiklik aparılaraq aşağıdakı kimi oxunması qərara alınmışdır: Vətəndaş X10 2003-cü ildə tikmiş, 300 kv.m. torpaq sahəsində yerləşən sahəsi 54,50 kv.m. olan 4 yaşayış otaqlarında, sahəsi 9,00 kv.m. olan köməkçi otaqlardan və həyətyanı təsərrüfat tikililərindən ibarət olan Yeni Suraxanı qəsəbəsi Göl küçəsi 3 saylı evin mülkiyyətçisi hesab edilsin.

13. Cavabdeh tərəfindən təqdim edilmiş iddiaya yazılı etiraza əsasən bildirilmişdir ki, iddiaçı müvafiq tələblə ********** saylı, xx.xx.2021-ci il tarixli ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Aparılmış araşdırma zamanı, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində hüquqların İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlərin təqdim edilmədiyi müəyyən edilmişdir. Bundan əlavə, qeyd olunan torpaq sahəsinin bir hissəsi (200 kv.m) digər fiziki şəxsin (X20) adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış (**********), bir hissəsinə isə elektron kadastr məlumatlarına əsasən digər fiziki şəxs (X8) adına ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə verilmişdir. Həmçinin iddiaçının iddia tələbi ilə idarəyə müraciət etdiyi sahə arasında uyğunsuzluq var. Beləki, idarəyə xx.xx.2021-ci il tarixli müraciətində 500 kv.m torpaq sahəsi üzərində, iddia ərizəsində 290 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasını qeyd edilmişdir. Qeyd olunanlarla yanaşı, müraciətində adıçəkilən notarial qaydada təsdiq edilmiş 4Ə- 1590 reyestr nömrəli alqı-satqı müqaviləsində fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin özgəninkiləşdirilməsi qeyd olunmamışdır. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış və vətəndaşa **********09 saylı, 11.01 2022-ci il tarixli cavab məktubu ünvanlanmışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 88.3-cü maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən binaya, o cümlədən fərdi yaşayış evinə, habelə qurğuya mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar binanı (fərdi yaşayış evini) və ya qurğunu əldə edənə keçir. Torpaq sahəsinin bina (fərdi yaşayış evi) və ya qurğu yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, № 5 qərarının 9-cu bəndinə əsasən məhkəmələrin diqqətinə çatdırılmışdır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 10.2-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin ərizəsi əsasında aparılır, həmçinin hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; torpaq sahəsinin planı və ölçüsü; torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi və dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunmalıdır. Azərbaycan Respublikasinin Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir.

14. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə X10 3-cü şəxs qismində cəlb edilmiş, üçüncü şəxsin məhkəmə iclasında iştirakı zəruri cəlbetmə qaydasında nəzərə alınmışdır.

15. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında və şifahi məhkəmə dinləmələrində (məhkəmə baxış iclasında) iştirak edən iddiaçı və nümayəndəsi (vəkili) iddia tələbinin məzmununa uyğun olaraq izahat verməklə iddia tələbinin təmin edilməsini xahiş etdi.

16. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında və şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək məhkəməyə təqdim edilən yazılı etirazın məzmununa uyğun izahat verdi.

17. Məhkəmə iclasında iştirak edən zəruri cəlbetmə qaydasında üçüncü şəxs bildirdi ki, onun mülkiyyətində olan torpaq sahəsi cəmi 0,03 ha-dır (300 kv.m.). Fərdi yaşayış evi 62,6 kv.m olduğundan altındakı torpaq sahəsinin ölçüsü də 0,00753 olmaqla fərdi yaşayış evindən istifadə üçün zəruri olan hissəsinə vaxtilə hüquq X2, qalan hissə onun mülkiyyətindədir, həmin hissəyə dair hüquqların keçirilməsi hər hansı şəkildə razılaşdırılmamışdır.

II. İddianın növü və mümkünlüyü

18. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.

19. Odur ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır.

20. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

21. X23 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.

22. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Lixtenşteyn kralı Hans-Adam İİ Almaniyaya qarşı; Gratzinger and Gratzingerova Çexiyaya qarşı).

23. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05).

24. Məhkəmənin presedent hüququna əsasən “əsaslı mübahisə” və ya “tutarlı iddia”nın mövcudluğu P(1)-1-lə mühafizə olunan “qanuni gözlənti”ni müəyyən etmək üçün meyar deyil. Məhkəmə nəzərə alır ki, iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland).

25. Milli qanunvericiliyin şərhi və tətbiqi barədə mübahisə olduqda və ərizəçinin təqdimatları yerli məhkəmələr tərəfindən rədd edildikdə, “qanuni gözlənti”nin yaranmasından söz gedə bilməz (X5 qarşı, § 65; Kopecky Slovakiyaya qarşı, § 50).

26. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.

27. Məhkəmə qeyd edir ki, qüvvədə olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı, Göl küçəsində 0,03 ha (300 kv.m.) torpaq sahəsi üçüncü şəxs X6 xüsusi mülkiyyətindədir. Lakin fərdi yaşayış evinə dair X6 adına xx.xx.2006-cı il tarixdə verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Göl küçəsində istifadədə olan 0,029 ha torpaq sahəsində yerləşən 3 nömrəli fərdi yaşayış evinə dair X6 mülkiyyət hüququ qeydə alınmışdır. Həmin fərdi yaşayış evi qeyd edilən şəkildə ipoteka ilə yüklü edilmiş, daha sonra məhkəmə qərarı əsasında hərracda satılaraq X15 adına özgəninkiləşdirilmiş və X13 adına həmin fərdi yaşayış evinə dair hüquqlar qeydə alınarkən torpaq sahəsinin ölçücü 0,00753 ha olmaqla istifadədə göstərilmişdir.

28. X22 ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsində də alqısatqının predmeti qeyd edilən fərdi yaşayış evi olmuşdur.

29. Torpaq Məcəlləsinin 88-ci maddəsinin 3-cü hisssinə əsasən, Torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən binaya, o cümlədən fərdi yaşayış evinə, habelə qurğuya mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar binanı (fərdi yaşayış evini) və ya qurğunu əldə edənə keçir. Torpaq sahəsinin bina (fərdi yaşayış evi) və ya qurğu yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir.

30. Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı, Göl küçəsində üçüncü şəxs X6 xüsusi mülkiyyətində olan torpaq sahəsinin ölçüsü 300 kv.m. olsa da, həmin hüquqlar daşınmaz əmlakın dövlət reyestrində lazımi qaydada qeydə alınmadığından (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.5-ci maddəsinə əsasən) fərdi yaşayış evinə dair onun adına verilmiş çıxarışda (qeydiyyat tarixi xx.xx.2006-cı il) torpaq sahəsi 0,029 ha olmaqla istifadədə göstərilmişdir. Reyestrin tamlığı prezumpsiyasından irəli gələrək məhkəmə qeyd edir ki, fərdi yaşayış evinə dair X18 hüquqlar keçərkən altındakı torpaq sahəsinə dair hüquqların keçməsi tərəflərin razılaşması ilə şərtlənməmiş, odur ki, altındakı torpaq sahəsi fərdi yaşayış evinin yerləşdiyi və ondan istifadə üçün zəruri olan hissədə (0,00753 ha olmaqla) istifadədə olmaqla qeydə alınmışdır.

31. İddiaçı tərəfindən də ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi qeyd edilən şəkildə satın alınmışdır.

32. Odur ki, məhkəmə hesab edir ki, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlərin təqdim edildiyi müəyyən edilmir.

33. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının qeyd edilən 290 kv.m. torpaq sahəsinə mülkiyyət hüququnun tanınması üçün “qanuni gözləntisi” yoxdur.

34. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna zidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilmir.

35. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar