Məhkəmə qərarları › İş №2-1(112)-5867/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5867/2023

07.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5867/2023 07.03.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “pul tələbi” iddiası üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə müraciət edərək ona Cavabdeh ASC tərəfindən tutulmuş 212 və 150 manat maddi ziyanın ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 15 fevral 2022-ci il tarixində növbəti təqaüdünü alarkən 212 manat pulun əksik ödənildiyini görüb Tbilisi prospekti 3004-cü məhəllədə yerləşən “Bravo” marketin içərisində olan Cavabdeh ASC-nin filialına yaxınlaşıb aydınlaşdırarkən bankın əməkdaşı iddiaçıya xx.xx.2022-ci il tarixdə, saat 18:25-də həmin bankomatdan 200 manat avans götürməsi barədə çıxarış təqdim etmişdir. Həmin əməliyyatı iddiaçı həyata keçirmədiyi üçün marketin təhlükəsizlik xidməti əməkdaşlarından qeyd olunan vaxtda kamera görüntülərinə baxmağı xahiş etmişdir. Həmin əməkdaşlar şifahi olaraq görüntü qeydə alınmadığını bildirmişlər. İddiaçı bir neçə dəfə banka yazılı və şifahi müraciət edərək ona aid olan debet kartından xx.xx.2022-ci il tarixdə həqiqətən 200 manat məbləğində pul çıxarıldığnı, xx.xx.2022-ci il tarixdən adına olan 3 ədəd debet kartlarında müəyyən məbləğlərdə pul olduğunu, belə olan halda məntiqlə onun avans götürməyə ehtiyacı qalmadığını bildirmişdir. Hüquqları kobud surətdə pozulduğu üçün bank tərəfindən tutulmuş 212 manat məbləğ və 150 manat maddi ziyan iddiaçıya ödənilməlidir.

3. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə baxışı iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir.

II. İddianın mümkünlüyü

5. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarı; 1.3 və 1.4-cü bəndlər)

6. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər.

7. Cavabdeh ASC Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş inzibati orqanların təsnifatına əsasən inzibati orqan deyil. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin açıq məlumat bazasına əsasən, Cavabdeh ASC-nin dövlət qeydiyyat nömrəsi (VÖEN) ********** olmaqla olduğu yer AZ1014, Bakı şəhəri, Nəsimi rayonu, Füzuli küçəsi, ev 71-dir.

8. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır (İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarı; 17-ci bənd).

9. Məhkəmə müəyyən edir ki, hazırkı iş üzrə tələb mülki xarakterlidir. Odur ki, iddiaçıya müvafiq tələblə ümumi məhkəməyə (Nəsimi Rayon Məhkəməsinə) (fərdi sahibkar olduğu təqdirdə Bakı Kommersiya məhkəməsinə) müraciət etmək hüququ izah olunsun.

10. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

11. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar