Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5869/2025 17.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialının 24 avqust 2024-cü il tarixli, 3-17-1/2-14- 203005/2024 saylı Qərarın ləğv edilməsi, yaşa görə əmək pensiyasının təyin edilməsi haqqında cavabdehin üzərinə öhdəlik qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Məhkəmə iddiaçının tələbini “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialının 24 avqust 2024-cü il tarixli 3-17-1/2-14-203005/2024 saylı imtinasının qanunsuz hesab edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsi” kimi nəzərə almışdır.
3. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1993-cü il tarixində "xxxx" firmasında Direktor vəzifəsində işə qəbul olunmuşdur. xx.xx.2004-cü il tarixində isə öz xahişi ilə tutduğu vəzifədən azad edilmişdir. xx.xx.1989-xx.xx.1992-ci illər aralığında “Stolyar” kooperativ müəssisəsində əmək fəaliyyəti ilə məşğul olmuşdur. Lakin sonradan qeydolunan əmək stajı pensiya təyin edilərkən nəzərə alınmamışdır. Bu barədə əvvəlcə iddiaşə tərəfindən şifahi qaydada Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dayanıqlı və X2 Agentliyinə müraciət edilmiş, cavabında hesablanmamış stajın müəyyən edilməsi üçün Monitorinq aparılmalı olduğu, bunun üçün də DOST Mərkəzinə yazılı müraciət edilməsi tövsiyə edilmişdir. Beləliklə, Əmək stajının müəyyənləşdirilməsi üçün monitorinq aparılması barədə tərəfimdən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dayanıqlı və X2 Agentliyi, 3 SAYLİ Bakı DOST Mərkəzinə xx.xx.2024-cü il tarixdə ərizə ilə müraciət olunmuşdur. Müraciətə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı iizrə Mərkəz Filialında baxılmış Yaşa görə Ənıək Pensiyasının təyin edilməsinin mümkün olmaması haqqında 24 avqust 2024-cii il tarixli 3-17-1/2-14- 203005/2024 saylı qərar qəbul edilmişdir. İddiaçı hesab edir ki, qərar əsassızdır və ləğv edilməlidir.
4. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan “Yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün olmaması haqqında” məktubda qeyd edilmişdir ki, Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 7-cı maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına ırnkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci iİ iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2020-ci il tarixindən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Həmin Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu ıl yanvarın 1-dan etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən onun fərdi şəxsi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya Kapitalı olduqda 2015-2025 cı illərdə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunan (Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Təqdim edilmiş sənədlənn surətlərinə və Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən xx.xx.1975-ci il tarixindən xx.xx.1979-cu il tarixədək təhsil aldığı illər və xx.xx.1979-cu il tarixindən xx.xx.1981-ci il tarixədək hərbi xidmətdə olduğu dövr də nəzərə alınmaqla cəmi sığorta stajı 12 il, 10 ay, 6 gün təşkil edir. Eyni zamanda fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixədək 12 il 8 ay 6 gün sığorta stajına uyğun otaraq ******* manat manat, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixinədək 100,52 manat olmaqla, ümumilikdə 11847,29 manat (2023-cü il tarixinə ideksləşdirilmiş) təşkil edir ki, bu məbləğ pensiya yaşının tamam olduğu tarixdə qanunvericilikdə tələb olunan 40320 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280 manat) az olmayan pensiya təminatına imkan vermir. Həmçinin, Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində avtomatlaşdırılmış qaydada pensiya təyinatına imkan verən pensiya kapitalı qeydə alınmayıb. Təqdim edilmiş əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1989-cu il tarixindən xx.xx.1992-ci il tarixinədək və xx.xx.1993-cü il tarixindən xx.xx.2004-cü il tarixinədək əmək fəaliyyəti dövrlərinin araşdırılması zərurəti yaranmışdır. Mərkəzi Filialın xx.xx.2023-cü iİ tarixli aktına əsasən “Stolyar” kooperativ müəssisəsinin xx.xx.1989-cu il tarixindən xx.xx.1992-ci il tarixinədək və "xxxx" firmasının xx.xx.1993-cü il tarixindən xx.xx.2004-cü il tarixinədək olan arxiv sənədləri mühafizə edilmədiyi üçün həmin dövrlərdə əməkhaqqı alıb-almadığın müəyyən etmək mümkün olmayıb. “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən əmək kitabçasında qeyd edilmiş xx.xx.1989-cu il tarixindən xx.xx.1992-ci il tarixinədək olan dövrün (işdən azad olma əmrində Azərbaycan SSR-nin möhründən istifadə edildiyi üçün) xx.xx.1993-cu il tarixindən xx.xx.2004-cü il tarixinədək olan (işdən azad olna əmri xx.xx.2004-cü il tarixli olsa da, əmrin nömrəsi 510 olduğu üçün) doldurulma qaydası pozulduğu üçün həmin dövrlərin sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmayıb. Əlavə olaraq bildirilir ki, təqdim edilmiş sənədlərdə əməkhaqqı ödənişləri və əmrlərdən çıxarışlar barədə məlumatlar əks olunmadığından "xxxx" firmasında əmək fəaliyyəti dövrünün sığorta stajına daxil edilməsi mümkün hesab edilmir. Qeyd olunanlar nəzərə alınaraq bildirilir ki, ümumi sığorta stajı qanunla yaşa görə əmək pensiyası hüququnun yaranması üçün kifayət etmədiyindən Qanunla nəzərdə tutulan müddətdən (25 ildən az) olduğuna görə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məlumat uçun bildirilir ki, əlavə sənədlər təqdim edildiyi təqdirdə müvafiq qaydada araşdırıldıqdan soma sığorta stajı qanunvericilikdə tələb olunan göstəricilərə uyğun gələrsə pensiya təminatı hüququna yenidən baxıla bilər. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasan yaşa gora müavinət əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Qeyd olunan maddənin tələblərinə əsasən xx.xx.2023-cü il tarixinden 220 manat məbləğində yaşa görə sosial muavmat təyin edilmiş və hazırda ödənişi davam etdirilir. “İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək huququ vardır.
5. Cavabdeh tərəfindən təqdim edilmiş yazılı etirazda qeyd edilmişdir ki, İddiaçı xx.xx.1958-ci il təvəllüdlü olduğunu bildirərək ərizə ilə cavabdeh orqana yaşa görə əmək pensiyası təyin olunması üçün müraciət etmişdir. Mərkəzi Filial tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-17-1/2-M-108888/2023 nömrəli xx.xx.2024-cü il tarixli 3-17-1/2-M- 203005/2024 nömrəli imtina məktubu ilə ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir, imtinanın əsası kimi iddiaçının təqdim etdiyi sənədlərə əsasən qanunvericiliklə tələb olunan sığorta stajının (25 il) olmadığı qeyd edilmişdir. Bundan narazı qalan iddiaçı Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Hesab edilir ki, cavabdehin imtinası qanuni və əsaslı olduğundan İddiaçı iddia tələbi aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. 01,07.2020-ci il tarixdən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Bildirilir ki, iddiaçı tərəfindən təqdim olunmuş sənədlərin surətlərinə və Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən iddiaçının xx.xx.1975-ci il tarixdən xx.xx.1979-cu il tarixədək təhsil aldığı və xx.xx.1979-cu il tarixdən xx.xx.1981-ci il tarixədək hərbi xidmətdə olduğu dövr də nəzərə alınmaqla cəmi sığorta stajı 12 il 10 ay 6 gün təşkil edir. Həmçinin Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək iddiaçının fərdi şəxsi hesabının sığorta hissəsində avtomatlaşdırılmış qaydada pensiya təminatına imkan verən pensiya kapitalı qeydə alınmayıb. Eyni zamanda iddiaçının fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixədək 12 il 8 ay 6 gün sığorta stajına uyğun olaraq 11746,77 manat, 01,03.2020-ci il tarixdən 01,07.2020-ci il tarixədək 100,52 manat olmaqla ümumilikdə 11847,29 manat (2023-cü il tarixə indeksləşdirilmiş) təşkil edir ki, bu məbləğ iddiaçının pensiya yaşının tamam olduğu tarixdə qanunvericiliklə tələb olunan 40320 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280 manat) az olmayan pensiya təminatına imkan vermir. Əlavə olaraq iddiaçının əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliliyinə əsaslı şübhələr olan xx.xx.1989-cu il tarixdən xx.xx.1992-ci il tarixədək və xx.xx.1993-cü il tarixdən 01.01,2004-cü il tarixədək əmək fəaliyyəti dövrlərinin araşdırılması zərurəti yaranmış və həmin araşdırmanın gedişində Mərkəzi Filialın xx.xx.2023-cü il tarixli aktına əsasən “Stolyar" kooperativ müəssisəsinin xx.xx.1989-cu il tarixdən xx.xx.1992-ci il tarixədək və "xxxx" firmasının xx.xx.1993-cü il tarixdən 01.01,2004-cü il tarixədək olan arxiv sənədləri mühafizə edilmədiyi üçün həmin dövrlərdə iddiaçının əməkhaqqı alıbalmadığını müəyyən etmək mümkün olmayıb.
6. Dövlət Vergi Xidməti tərəfindən məhkəməyə ünvanlanan “məlumatın təqdim edilməsi barədə” xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, dövlət reyestrində rəhbəri İddiaçı olan "xxxx" Firmasının xx.xx.1994-cü il tarixdə 6845 nömrə ilə dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcuddur. Reyestrdə “Stolyar” Kooperativi adlı hüquqi şəxsin dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcud deyildir. Eyni zamanda bildirilir ki, reyestrdə “Dülgər” Kooperativinin xx.xx.1989-cü il tarixdə 4 nömrə ilə dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcuddur. 2004-cü ildən hal-hazıradək "xxxx" Firması və “Dülgər” Kooperativi adından inventarlaşmadan keçmək və VÖEN almaq üçün vergi orqanlarına müraciət edilməmişdir.
7. Şifahi məhkəmə dinləmələri zamanı iştirak edən (məhkəmə baxışı zamanı) iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdi vəə bildirdi ki, əmək kitabçasında əks olunmuş “Dülgər” Kooperativinə (Мустəгил “Столjар” Кооперативи) məxsus möhür səlahiyyətli dövlət orqanı tərəfindən verilmiş etibarlı möhürdür. Sadəcə olaraq olaraq Azərbaycan Respublikası 1991-ci il tarixində müstəqil əldə etdikdən möhür yenilənməmiş və bütün sənədlərdə köhnə möhürdən istifadə olunmuşdur.
8. Şifahi məhkəmə dinləmələri zamanı iştirak edən (məhkəmə baxışı zamanı) iştirak edən cavabdehin nümayəndəsi iddiaya yazılı etirazın məzmununa uyğun izahat verməklə iddianın təmin olunmasını xahiş etdi.
II. İddianın növü və mümkünlüyü
9. İddia tələbi pensiyanın təyin edilməsi ilə bağlıdır. İddianın növü öhdəliyin icrasına dair iddiadır.
10. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
11. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeyd hissəsinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.
12. Göründüyü kimi, iddiaçı 2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxs olmadığı üçün kimi yaşa görə pensiya təyini üçün iki şərt lazımdır: 1) tələb olunan yaş; 2) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı və ya ən azı 25 il staj.
13. Belə ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, 5 vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117 “q” bəndinə görə arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir.
14. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.1.1-ci bəndinə əsasən Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir.
15. Şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir.
16. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz.
17. İddiaçı xx.xx.1958-ci ildə anadan olub.
18. İddiaçının cavabdeh tərəfindən mübahisələndirilməyən xx.xx.2006-cı il tarixinədək sosial sığorta stajı xx.xx.1975-ci il tarixindən xx.xx.1979-cu il tarixədək təhsil aldığı illər və xx.xx.1979-cu il tarixindən xx.xx.1981-ci il tarixədək hərbi xidmətdə olduğu müddət nəzərə alınmaqla 12 il 08 ay 06 gün təşkil edir.
19. Mübahisəli sosial sığorta stajı isə iddiaçının əmək kitabçasında qeyd olunmuş xx.xx.1989cu il tarixdən xx.xx.1992-ci il tarixədək və xx.xx.1993-cü il tarixdən xx.xx.2004-cü il tarixədək olan dövrdür. Mübahisəyə əsas olan hal isə iddiaçının əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1989-cu il tarixdən xx.xx.1992-ci il tarixədək və xx.xx.1993-cü il tarixdən xx.xx.2004-cü il tarixədək olan dövrlərin doldurulma qaydasının pozulmasıdır. Belə ki, xx.xx.1989-cu il tarixdən xx.xx.1992-ci il tarixədək olan dövr üzrə işdən azad olma əmrində AZərbaycan SSR-nin möhründən istifadə edilmiş; xx.xx.1993-cü il tarixdən xx.xx.2004-cü il tarixədək olan dövr üzrə işdən azad olma əmrinin nömrəsi yanlış qeyd olunmuşdur. Nəticədə həmin dövrlər cavabdeh tərəfindən mübahisələndirilmiş və sosial sığorta stajına daxil edilməmişdir.
20. Cavabdeh tərəfindən mübahisələndirilən xx.xx.1989-cu il tarixdən xx.xx.1992-ci il tarixədək olan dövrə münasibətdə məhkəmə müəyyən edir: - Dövlət Vergi Xidməti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq ünvanlanan “məlumatın təqdim edilməsi barədə” xx.xx.2025-ci il tarixli məktubda qeyd olunmuşdur ki, reyestrdə “Dülgər” Kooperativinin (Мустəгил “Столjар” Кооперативи) xx.xx.1989-cü il tarixdə 4 nömrə ilə dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcuddur. - Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirmişdir ki, əmək kitabçasında əks olunmuş “Dülgər” Kooperativinə (Мустəгил “Столjар” Кооперативи) məxsus möhür səlahiyyətli dövlət orqanı tərəfindən verilmiş etibarlı möhürdür. Sadəcə olaraq olaraq Azərbaycan Respublikası 1991-ci il tarixində müstəqil əldə etdikdən möhür yenilənməmiş və bütün sənədlərdə köhnə möhürdən istifadə olunmuşdur. - İddiaçı məxsus əmək kitabçasının surətindən görünür ki, xx.xx.1989-cu il tarixli işə daxil olma və xx.xx.1992-ci il tarixli işdən azad olma zamanı kooperativi tərəfindən istifadə olunmuş möhürlər eynilik təşkil edir, möhürlərin eyniliyinə şübhə doğuran hər hansı hal yoxdur.
21. Belə olan təqdirdə məhkəmə müəyyən edir ki, iddiaçının müvafiq dövr üzrə kooperativdə işləməsi faktı əmək kitabçasında əksinin tapmışdır və müəssisənin mövcudluğu məhkəmədə hər hansı şübhə yaratmır.
22. Cavabdeh tərəfindən mübahisələndirilən xx.xx.1993-cü il tarixdən xx.xx.2004-cü il tarixədək olan dövrə münasibətdə məhkəmə müəyyən edir ki, Dövlət Vergi Xidməti tərəfindən məhkəməyə ünvanlanan “məlumatın təqdim edilməsi barədə” xx.xx.2025-ci il tarixli məktuba əsasən dövlət reyestrində rəhbəri İddiaçı (hazırki iş üzrə iddiaçı) olan "xxxx" Firmasının xx.xx.1994-cü il tarixdə 6845 nömrə ilə dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcuddur.
23. Belə olan təqdirdə mməhkəmə müəyyən edir ki, iddiaçının müvafiq dövr üzrə kooperativdə işləməsi faktı əmək kitabçasında əksinin tapmışdır və müəssisənin mövcudluğu məhkəmədə hər hansı şübhə yaratmır.
24. Məhkəmə şəxsin (iddiaçının) işlədiyi dövrlə bağlı əmək kitabçasında işdən azad olma əmrinin nömrəsinin yanlış qeyd olunmasına münasibətdə qeyd etməyi zəruri hesab edir ki, əmək kitabçasının doldurulması zamanı yanlışlığa yol verilməsi şəxsi pensiya hüququndan məhrum edə bilməz. Qeyd edilən hal həmin dövr üzrə əmək fəaliyyətinin həyata keçirilməsini araşdırmaq üçün (inzibati icraat zamanı lazımi həcmdə sübutetmə vasitələrindən istifadə etməklə) əsas ola bilər.
25. Lakin cavabdeh tərəfindən inzibati icraatın aparılmaması və qeyd edilən zəruri sübutetmə vasitələrindən istifadə edilməməsi nəticəsində formal yanaşma iddiaçının pensiya hüququndan məhrum edilməsi ilə nəticələnmişdir.
26. Beləliklə, məhkəmə qeyd olunan halları məcmu halında qiymətləndirərək müəyyən edir ki, iddiaçının mübahisələndirilən dövrlər üzrə (xx.xx.1989-cu il tarixdən xx.xx.1992-ci il tarixədək və xx.xx.1993-cü il tarixdən xx.xx.2004-cü il tarixədək olan dövr) işləməsi əmək kitabçasında əksini tapmışdır. İddiaçı xx.xx.1958-ci il təvəllüdlüdür, qeyd edilən dövr nəzərə alındığı təqdirdə xx.xx.2006-cı il tarixədək ümumi sığorta stajı 26 il 04 ay 28 gün təşkil edir.
27. Nəticə etibarilə iddiaçının yaşa görə pensiya təyin edilməsi hüququ və bununla bağlı “qanuni gözləntisi” var. Belə ki, X3 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.
28. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany , and Gratzinger and Gratzingerova v. the Czech Republic );
29. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05)
30. Odur ki, məhkəmə cavabdehin imtinasının iddiaçının qanunla qorunan hüquqlarını pozduğunu müəyyən edir.
31. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
32. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilsin. Əmək kitabçasında qeyd edilmiş xx.xx.1989-cu il tarixdən xx.xx.1992-ci il tarixədək və xx.xx.1993-cü il tarixdən xx.xx.2004-cü il tarixədək olan dövr sığorta stajı kimi nəzərə alınmaqla İddiaçı 65 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim edildiyi gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva