Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-587/2023 30.03.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi ilə, tərəflərin iştirakı olmadan, iddiaçılar İddiaçı1, X4, İddiaçı4, İddiaçı5 qızının, İddiaçı6, İddiaçı8, X1, İddiaçı10, İddiaçı11, X3, İddiaçı15, Qurban-zadə Vladimirovnanın, X2, X8 və İddiaçı17 cavabdeh Xətai rayon İcra Hakimiyyətinə qarşı “Bakı şəhəri, Yusif Səfərov 1 və Afiyəddin Cəlilov küçələrinin kəsişməsində yerləşən bir bloklu yaşayış binasının həyatyanı sahəsinin hasarının vurulması, elektrik enerjisinin kəsilməsi nəticəsində vurulmuş 16.500 manat pulun cavabdehdən tutulması və həmin binanın birinci və ikinci mərtəbəsinin şüşə pəncərələri, hımçinin binanın blokunun pəncərələrinin əvvəlki vəziyyətinə qaytarılması” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, X9, İddiaçı3, İddiaçı4, İddiaçı5 qızı, İddiaçı6, İddiaçı7, İddiaçı8, X5, İddiaçı10, İddiaçı11, İddiaçı12, X7, İddiaçı14, İddiaçı15, X6, X13, Qurban-zadə Vladimirovna və İddiaçı17 cavabdeh Xətai rayon İcra Hakimiyyətinə qarşı Bakı şəhəri, Yusif Səfərov 1 və Afiyəddin Cəlilov küçələrinin kəsişməsində yerləşən bir bloklu yaşayış binasının həyatyanı sahəsinin hasarının vurulması, elektrik enerjisinin kəsilməsi nəticəsində vurulmuş 16.500 manat pulun cavabdehdən tutulması və həmin binanın birinci və ikinci mərtəbəsinin şüşə pəncərələri, hımçinin binanın blokunun pəncərələrinin əvvəlki vəziyyətinə qaytarılması” haqqında iddia tələbi ilə məhkəməyə müraciət etmişdirlər. İddiaçılar iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçılar Bakı şəhəri, Xətai rayonu Yusif Səfərov küçəsi və Afiyəddin Cəlilov küçələrinin kəsişməsində yerləşən bir bloklu yaşayış binasının sakinləri-mülkiyyətçiləridir. İddiaçılar həmçinin kapitol mənzil tikinti kooperativinin üzvlədirdirlər. 18 noyabr 2021-ci il tarixdə Xətai rayon İcra Hakimiyyətinin müavini Etibar Əhmədovun imzası ilə bina sakinlərinə aşağıdakı məzmunda bildiriş paylanmışdır: "Bildiririk ki, Bakı şəhərinin Xətai rayonu ərazisində yol qovşağının genişləndirilməsi və abadlaşdırılına işlərinin həyata keçirilməsi ilə əlaqədar Xətai rayon İcra Hakimiyyəti Başçısının 12 noyabr 2021-ci il tarixli 373 nömrəli sərəncamı illə kotnissiyya yaradılmışdır və Xətai rayonu Yusif Səfərov və Allyəddin Cəlilov küçələrinin kəsişməsində yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi işlərinə başlanılmışdır. Sərəncamın icrası ilə əlaqədar 5 (gün) müddətinə hüquqi sənədrənizilə komissiyaya müraciət etməyiniz Sizdən xahiş olunur" Bundan sonra bina sakinlərinə Xətai rayon İcra Hakimiyyəti tərəfindən təzyiqlər başlanılmışdır. 23 noyabr 2021-ci tarixdə binanın həyətyanı sahəsinin hasarı uçurulmuşdur. 10 dekabr 2021-ci il tarixdə binanın elektrik təchizatı qanunsuz olaraq özbaşına şəbəkədən ayrılmışdır. Xətai rayon İcra Hakimiyyəti və Bakı şəhər İcra Hakimiyyətinin əməkdaşları şifahi olaraq bildirmişlər ki, mənzillərin sahəsindən, mərtəbəsindən, təmirindən asılı olmayaraq yaşayış sahəsinin hər kv.m. 2200 manat, binanın birinci və ikinci mərtəbələrində yerləşən qeyri-yaşayış sahələrinə 2500 manat pul ödəniləcək və razı olub olmadığınız halda belə bina söküləcək. Sakinlərin zorla köçürülməsi üçün binanın elektrik, qaz. su və kanalizasiya təchizatı xətlərinin kəsiləcəyi bildirilmişdir. Kapitol mənzil Tikinti Kooperativinin göstərilən sərəncamın surətinin təqdim olunması və həmin sərəncamın ləğv olunmasına dair müraciəti cavabsız qalmışdır. Cavabdehin göstərilən sərəncamı və həmin hərəkətləri qanunsuzdur. Bundan başqa cavabdeh tərəfindən özbaşına olaraq binanın söküntü işləri aparılmağa başlanılmışdır. Belə ki, binanln birinci və ikinci mərtəbəsinin şüşələri və pəncərələri qanunsuz olaraq sökülmüşdür. Həmçinin binanın blokunun pəncərələri qanunsuz olaraq sökülmüşdür. Bundan başqa binanın blokunda digər söküntü işləri də aparılmağa başlanılmışdır. Bütün bunlar bina sakinlərinin normal həyatının dözümsüz hala gətirmək və binanı tərk etmək məqsədi güdür. Bu səbəbdən vurulan zərər ödənilməlidir. Cavabdeh iddiaya dair etirazının onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Prezidentinin Bakı şəhərinin Xətai rayonu ərazisində abadlaşdırma işlərinin həyata keçirilməsi ilə əlaqədar tədbirlər haqqında xx.xx.2021-ci il tarixli, 2973 nömrəli Sərəncamının icrasının təmin edilməsi məqsədi ilə Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 02.11,2021-cı il tarixli, 278 saylı Sərəcamı əsasında Xətai rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli, 373 saylı sərəncamı ilə Xətai rayonu, Yusif Səfərov və Afiyəddin Cəlilov küçələrinin kəsişməsində yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi işlərinin həyata keçirilməsi məqsədi ilə 9 nəfər tərkibdən ibarət komissiya yaradılmışdır. Hal-hazırda köçürülmə ilə əlaqədar sakinlərlə müvafiq danışıqlar aparılır. Göstərilən sərəncamlara əsasən köçürülmə ilə əlaqədar qiymətləndirmə müəyyən edilərək yaşayış evlərinin 1 kv.rn-nə 2200 manat, qeyri yaşayış sahələrinin 1 kv.m-nə isə 2500 manat müəyyən edilmişdir. Hazırda iş üzrə iddiaçıların tələb etdiyi köçürülmə ərazisinə düşən tikililərin və mülkiyyətlərində olan yaşayış sahələrinə qaz və elektrikin verilməsi ilə əlaqədar tələbi əsassız olduğundan təmin edilməməlidir. Cavabdeh etiraza əlavə olaraq xx.xx.2022-ci il tarixli məktubunda məhkəməyə bildirmişdir ki, xx.xx.2022-ci il tarixli AN-1 № ******* nömrəli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən iş üzrə İddiaçı1 ilə müqavilə bağlanılmış və 414600 (dörd yüz on dörd min altı yüz manat) onun bank hesabına köçürülmüşdür. O ki, qaldı Yusif Səfərov 1 və Afiyəddin Cəlilov küçələrinin kəsişməsində yerləşən bir bloklu yaşayış binasının həyətyanı sahəsinin hasarının vurulması, elektrik enerjisinin kəsilməsi kimi hərəkətləri qanunsuz hesab edilməsi tələbinə dair bildirilir ki, qeyd olunan ünvanda hazırda bina mövcud deyil. Cavabdeh xx.xx.2022-ci il tarixində məhkəməyə iddiaçılar ilə Xətai rayon İcra hakimiyyəti arasında (hər biri ilə ayrı-ayrılıqda) bağlanılmış “Daşınmaz əmlakın alqı-satqısı ” müqavilələri təqdim etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən, bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 1.2-ci maddəsinə görə, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 48.1-ci maddəsinə uyğun olaraq, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Həmin Məcəllənin 48.2-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Sədrlik edən hakim bu məqsədlə müddət təyin edə bilər. Məhkəmə xidməti vəzifəsinə görə həmin sənədlərin surətlərini prosesin digər iştirakçılarına göndərir. Məhkəmə işin faktiki hallarının araşdırılması və aydınlaşıdırılması məqsədi ilə iddiaçıların vəkilinə ünvanladığı 11 noyabr 2022-ci il tarixli məktubu ilə, yaşayış sahəsindən köçürülmə ilə bağlı kompensasiyanın cavabdeh tərəfindən verilib-verilməməsi barədə məlumatın məhkəməyə təqdim edilməsinin zəruri olması barədə bildirmişdir. Məhkəmənin 23 dekabr 2022-ci il tarixli məktubu ilə iddiaçıların vəkilinə Vəkil hüquqi yardım göstərmək məqsədi ilə bildirilmişdir ki, iddia ərizəsi İnzibati Prosessual Məcəlləsinin 46.1-ci maddəsinin nəzərdə tutulmuş tələblərə cavab vermir. Beləki, iddia ərizəsində iddiaçıların yaşadığları ünvanları göstərilməmişdir; iddia ərizəsində olan qüsurlar aradan qaldırılmaqla dəqiqləşdirilməsinə dair ərizənin (iddia tələbi dəqiq göstərilməklə) təqdim edilməsi zəruridir. Məhkəmə İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə uyğun olaraq, iddiaçıya yardım etmək, işin halları və mübahisənin vəziyyətini müzakirə (izah) etmək məqsədi ilə məhkəmə iclaslarını xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixlərinə təyin etmiş, məhkəmə iclasları barədə iddiaçılara və onların nümayəndəsi və vəkilinə məhkəmə bildirişləri və SMS bildirişləri göndərmişdir. İş materiallarından göründüyü kimi, iddiaçılar iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi (xx.xx.2021-ci il) tarixdən məhkəmə prosesi ilə maraqlanmamış, məhkəmənin xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixlərində keçirilmiş iclaslarına gəlməmiş, işin hallarının və mübahisənin vəziyyətinin müzakirə prosesində iştirak etməmişlər, onların səlahiyyətli nümayəndəsi xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iştirak edərək lazimi sübutların təqdim ediləcəyini bildirmiş, lakın növbəti məhkəmə iclaslarında iştirak etməmiş, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022 və xx.xx.2022-ci il tarixlərdə məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, eyni zamanda məhkəmənin xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli məktublarına cavab verməmişdir. Görünür iddiaçılar onların iddia ərizəsində göstərilmiş iddia tələbinə məhkəmə tərəfindən baxılmasını istəmirlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçılar İddiaçı1, X4, İddiaçı4, İddiaçı5 qızının, İddiaçı6, İddiaçı8, X1, İddiaçı10, İddiaçı11, X3, İddiaçı15, Qurban-zadə Vladimirovnanın, X2, X8 və İddiaçı17 cavabdeh Xətai rayon İcra Hakimiyyətinə qarşı “Bakı şəhəri, Yusif Səfərov 1 və Afiyəddin Cəlilov küçələrinin kəsişməsində yerləşən bir bloklu yaşayış binasının həyatyanı sahəsinin hasarının vurulması, elektrik enerjisinin kəsilməsi nəticəsində vurulmuş 16.500 manat pulun cavabdehdən tutulması və həmin binanın birinci və ikinci mərtəbəsinin şüşə pəncərələri, hımçinin binanın blokunun pəncərələrinin əvvəlki vəziyyətinə qaytarılması” barədə iddia ərizələri geri götürülmüş hesab edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı1, X4, İddiaçı4, İddiaçı5 qızının, İddiaçı6, İddiaçı8, X1, İddiaçı10, İddiaçı11, X3, İddiaçı15, Qurban-zadə Vladimirovnanın, X2, X8 və İddiaçı17 cavabdeh Xətai rayon İcra Hakimiyyətinə qarşı “Bakı şəhəri, Yusif Səfərov 1 və Afiyəddin Cəlilov küçələrinin kəsişməsində yerləşən bir bloklu yaşayış binasının həyatyanı sahəsinin hasarının vurulması, elektrik enerjisinin kəsilməsi nəticəsində vurulmuş 16.500 manat pulun cavabdehdən tutulması və həmin binanın birinci və ikinci mərtəbəsinin şüşə pəncərələri, hımçinin binanın blokunun pəncərələrinin əvvəlki vəziyyətinə qaytarılması” barədə iddia ərizəsi geri götürülmüş hesab edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 2 Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-587/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-587/2023
30.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver