Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5874/2022 13.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi-X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı dövlət reyestrindən çıxarışın və plan ölçünün verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Qaradağ rayonu, X24ndə yerləşən 18 saylı bağ evi üzərində hüquqlarının qeydiyyata alınaraq cavabdeh tərəfindən ona müvafiq sənədin yəni reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, Bakı şəhəri XDS İKnin xx.xx.1987-ci il tarixli 16/290 saylı Qərarı və AHİK-nin rəhbərliyi və X11 Komitəsinin “Səbail” b/y-nın xx.xx.1998-ci il tarixli 8 saylı Protokolu ilə ona yəni İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, X24ndə ayrılmış və Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib olunmmuş A seriyalı 439918 №-li “Torpaq sahəsinin planı və ölçüsü”nə əsasən ona məxsus sahəsi 533,4 ha olan 18 №-li bağ torpaq sahəsinə dair xüsusi mülkiyyət hüququnun qeydə alınması, buna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı xx.xx.2022-ci il tarixdə məhkəməyə İPM-nin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, Bakı şəhəri XDS İK-nin xx.xx.1987-ci il tarixli 16/290 saylı Qərarı və AHİK-nin rəhbərliyi və X11 Komitəsinin “Səbail” b/y-nın xx.xx.1998-ci il tarixli 8 saylı Protokolu ilə ona, yəni İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, X24ndə ayrılmış və Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib olunmuş A seriyalı 439918 №-li “Torpaq sahəsinin planı və ölçüsü”nə əsasən ona məxsus faktiki sahəsi 533,4 kv. metr olan 18 №-li bağ torpaq sahəsinə və həmin torpaq sahəsində inşa olunmuş bağ evinə dair xüsusi mülkiyyət hüquqlarının qeydə alınmaqla, buna dair daşınmaz əmlakın dövlət reyestrindən vahid çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı yenidən xx.xx.2022-ci il tarixdə İPM-nin 54-cü maddəsinə əsasən məhkəməyə iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, Bakı şəhəri XDS İK-nin xx.xx.1987-ci il tarixli 16/290 saylı Qərarı və AHİK-nin rəhbərliyi və X11 Komitəsinin “Səbail” b/y-nın xx.xx.1998-ci il tarixli 8 saylı Protokolu ilə ona, yəni İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, X24ndə ayrılmış və Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib olunmmuş A seriyalı 439918 №-li “Torpaq sahəsinin planı və ölçüsü”nə əsasən ona məxsus faktiki sahəsi 0.0530 ha olan 18 №-li bağ torpaq sahəsinə və həmin torpaq sahəsində inşa olunmuş bağ evinə dair xüsusi mülkiyyət hüquqlarının qeydə alınmaqla, buna dair daşınmaz əmlakın dövlət reyestrindən vahid çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhər X7 İcraiyyə Komitəsinin xx.xx.1987-ci il tarixli 16/290 nömrəli qərarına əsasən ona Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, X24ndə yerləşən 18 saylı bağ evi verilmişdir. O, həmin bağ evində ailəsi ilə birlikdə uzun illərdir yaşayır. Həmin bağ evini cavabdeh tərəfindən qeydiyyata alınmasına və müvafiq sənədin verilməsinə görə müraciət etmişdir. Cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli **********54 nömrəli cavabla ərizə təmin olunmamış, imtina edilmişdir. Cavabdehin imtinası əsassızdır, qanunsuzdur. Belə ki, Azərbaycan Respublikası Həmkarlar İttifaqı Konfederasiyasının 10 noyabr 1998-ci il tarixli iclas protokolundan çıxarışdan da görünür ki, onun sahibkarlıq və elm, elmi istehsalat müssisələri işçiləri müstəqil X12 rayon Birləşmiş Komitəsinin sədri olaraq, ona Qaradağ rayonu, X24ndə yerləşən, 533,4 kv. metr sahəsi olan 18 saylı bağ sahəsi ayrılmışdır. Azərbaycan Həmkarlar İttifaqı Komitəsinin rəhbərliyi və X11 Komitəsinin birgə iclasının 8 №-li protokolundan da görünür ki, həmin mübahisələndirilən bağ evi ona məxsusdur. Bağ evinin torpaq sahəsinin planı və ölçüsü Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilmişdir. Cavabdehə ünvanlanmış ərizəsi əsassız olaraq xx.xx.2021-ci il tarixdə imtina edilmişdir. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2022-ci il tarixli **********82 №li iddia ərizəsinə dair etirazda göstərilmişdir ki, İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, X24ndə yerləşən 18 saylı bağ evi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı xx.xx.2021 və xx.xx.2021-ci il tarixlərdə İdarəyə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, 1 saylı Bakı Ərazi idarəsinə təqdim edilmiş “Səbail” bağçılıq-yoldaşlığı üzvlərinin siyahısında İddiaçı və protokoldan çıxarışda qeyd edilmiş X1 adları aşkar olunmamışdır. Bağ sahəsinə texniki baxış keçirilən zaman ləğv edilmiş X13 Komitəsi tərəfindən verilmiş torpaq sahəsinin planı və ölçüsündə qeyd edilən torpaq sahəsinin 10 kv. metr hissəsinin hasardan kənarda yerləşdiyi məlum olmuşdur. Bundan əlavə təqdim edilmiş protokoldan çıxarış İdarənin arxiv qovluğunda aşkar edilməmişdir. İddiaçı Əli oğlu məhkəmə iclasında iddianın mahiyyəti üzrə izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X9 məhkəmə iclasında etiraza uyğun izahat verərək, məhkəmədən qeyd olunanların nəzərə alınmaqla iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan; İddiaçıya məxsus AA ******* №li şəxsiyyət vəsiqəsinin və şəxsiyyət vəsiqəsi barədə məlumatdan müəyyən olunur ki, xx.xx.1960-cı ildə Bakı şəhərində doğulmuş İddiaçı Bakı şəhəri, Sabunçu rayon Zabrat qəsəbəsində qeydiyyatdadır. Azərbaycan Respublikası Həmkarlar İttifaqı Konfederasiyası X8 AHİK rəhbərliyi və aparat Hİ Komitəsinin birgə iclasının 25 oktyabr 1991-ci il tarixli 22 №li protokolundan və X8nın 4 №li xx.xx.1991-ci il tarixli protokolundan çıxarışlardan müəyyən olunur ki, X2 və X5 bağçılıq üzvülüyündən çıxarılmaları, onların yerinə X6 və X1 üzvülüyə daxil edilməsi, 38 №li bağın A.B.Cəfərova, 18 №li bağın isə H.Q.Cəfərova təhkim edilməsi qərara alınmışdır. X8 tərəfindən İddiaçı verilmiş üzvülük biletinin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, o, xx.xx.1998-ci il tarixdə Bağçılıq yoldaşlığına daxil olmuşdur. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib olunmuş A seriyalı 439918 №-li “Torpaq sahəsinin planı və ölçüsü”ndən müəyyən olunur ki, Torpaq sahəsinin planı və ölçüsü İddiaçı Bakı şəhər XDSİK-nın xx.xx.1987-ci il tarixli 16/290 saylı Qərarı, AHİK-nin rəhbərliyi və X11 Komitəsinin Səbail b/y-nın xx.xx.1998-ci il tarixli 8 saylı Protokolu ilə Qaradağ rayonu, X24ndə 18 saylı bağ evinin tikintisi üçün ayrılmış 533.4 kv. metr torpaq sahəsinə dair tərtib olunmuş və X16 kitabında xx.xx.2013-cü il tarixdə 34221 nömrə ilə uçota alınmışdır. “Layihəaz” məhdud məsuliyyətli cəmiyyəti (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən xx.xx.2017-ci il tarixdə Tikintisinə icazə tələb olunan və barəsində məlumatlandırma icraatı tətbiq olunan bina və qurğuların layihələndirilməsinə icazə verilmişdir) tərəfindən İddiaçı məxsus Bakı şəhəri, Qaradağ rayonu, X24ndə yerləşən,18 saylı bağ evinə dair memarlıq planlaşdırma həlli tərtib olunmuşdur. İddiaçı Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq, “məlumatlandırma icraatı” qayasında mülkiyyətində olan 0,533 ha torpaq sahəsində Bakı şəhəri Qaradağ rayonu, X24, 18 saylı bağ evi ünavnında yerləşən sahəsi 247,6 kv. metr, mərtəbəliyi 2 olan fərdi yaşayış (bağ) evini işşa etdiyi barədə Qaradağ rayon İcra Hakimiyyətinə xx.xx.2021-ci il tarixli məktubla (xx.xx.2021-ci il tarixdə poçt vasitəsilə göndərilmişdir qəbz № ********) məlumat vermişdir. Məhkəmənin müvafiq sorğularına cavab olaraq DƏDKR-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən: **********16 №-li xx.xx.2022-ci il tarixli məktubla təqdim olunmuş: - 14 noyabr 1986-cı il tarixdə təsdiq olunmuş “X8 üzvlərinin siyahısı”nda İddiaçı adının qeyd olunmadığı müəyyən olunmuşdur. - Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2021-ci il tarixli müayinə (baxış) aktında qeyd olunmuş məlumatlara əsasən: X24 “Səbail” b/y, 18 saylı bağ sahəsində 2 mərtəbəli bağ evi yerləşir. Torpaq sahəsinin hüquq müəyyənedici sənəd üzrə sahəsi 0,05334 ha, faktiki sahəsi 0,05234 ha (10,0 kv. metr az) təşkil edir. Bağ sahəsi hasar daxilində yerləşir, üç tərəf qonşu, bir tərəf yoldur. Qeyd hissəsində göstərilmişdir ki, bağ evi təqdim edilmiş eskiz layihəyə uyğundur. DT və XK tərəfindən verilmiş torpaq sahəsinin planı və ölçüsünün 10,0 kv.m. hasardan kənarda qonşunun istifadəsində qalmışdır, faktiki vəziyyətə eskiz baş plan və kordinat əlavə olunmuşdur. **********93 №-li xx.xx.2022-ci il tarixli məktubla təqdim olunmuş İddiaçı adına Qaradağ rayonu, X24 18 saylı bağ evi tikintisi üçün ayrılmış 533,4 kv. metr torpaq sahəsi ilə bağlı tərtib edilmiş A seriyalı 439918 №li “Torpaq sahəsinin planı və ölçüsü”nün verilməsinə əsas olan “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” tərəfindən İdarəyə göndərilmiş aşağıda sadalanan sənədlərdən; - Bakı şəhər XDS-nin İK-nin xx.xx.1987-ci il tarixli 16/290 №li Qərarı ilə bağçılıq yoldaşlığının təşkili məqsədilə 26 Bakı Komissarı adına Həmkarlar ittifaqı birliyinin 40 nəfər üzvü üçün Şıxlar qəsəbəsində torpaq sahəsinin ayrılması qərara alınmışdır. AHİKnin rəhbərliyi və X11 komitəsinin birgə iclasının xx.xx.1998-ci il tarixli 8 №-li protokolundan (surəti) müəyyən olunur ki, AHİK-nin rəhbərliyi və X11 Komitəsinin birgə iclasında X4 (18 №-li sahə) öz xahişi ilə “Səbail” bağçılıq-yoldaşlığının üzvlüyündən azad edilməsi, “Sahibkarlıq və Elm, Elmi İstehsalat müəsisəsisələri işçiləri üstəqil X12 rayon birləşmiş komitəsinin sədri - İddiaçı “Səbail” bağçılıq-yoldaşlığına üzv qəbul edilməsi (xx.xx.1998-ci il tarixdə Bağçılıq Yoldaşlığına daxil olmuşdur, 6 №-li üzvlük biletinin notarial qaydada təsdiq olunmuş surəti) qərara alınmışdr. - Azərbaycan Respublikası Həmkarlar İttifaqı Konfederasiyası X8 AHİK rəhbərliyi və aparat Hİ Komitəsinin birgə iclasının (10 noyabr 1998-ci il tarixli, 8 saylı protokol) protokolundan çıxarışıdan müəyyən olunur ki, Sahibkarlıq və Elm, Elmi İstehsalat müəssisələri işçiləri müstəqil X12 rayon Birləşmiş komitəsinin sədri - İddiaçı X8na üzv qəbul edilmiş və ona Qaradağ rayonu, X24ndə-X8nda 533,4 kv. metr sahəsi olan 18 saylı sahə ayrılmışdır. X8 tərəfindən “Səbail” bağçılıq yoldaşlığının üzvü İddiaçı Ağa-Əli oğluna məxsus 18 saylı torpaq sahəsinin (533,4 kv. metr) sxemi tərtib olunmuşdur. **********41 №-li, xx.xx.2022-ci il tarixli məktubla təqdim olunmuş Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktından müəyyən olunur ki, Bakı şəhəri, Qaradağ rayonu, X24, “Səbail” b/y-nin 18 saylı bağ sahəsi 2 mərtəbəli yaşayış evindən ibarətdir, torpaq sahəsi hüquq müəyyənedici sənəd üzrə 0,05334 ha, faktiki 0,0530 ha təşkil edir, torpaq sahəsinin hasar daxilindədir, 3 tərəf qonşu, 1 tərəf yoldur. Eyni zamanda əraziyə baxış keçirilərkən qonşu ilə ara sərhəddi olan hasarın sökülərək DT və XK tərəfindən verilmiş plan və ölçüyə əsasən yenidən bərpa edildiyi, yaşayış evinin faktiki vəziyyətə eskizinin tərtib edildiyi, koordinat əlavə olunduğu qeyd olunmuşdur. İddiaçının hazırki tələblə bağlı cavabdeh inzibati orqana etdiyi müraciətə cavab olaraq, DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş - **********111 №li xx.xx.2021-ci il tarixli məktubunda göstərilmişdir ki, 1 saylı Bakı Ərazi idarəsinə təqdim edilmiş “Səbail” bağçılıq-yoldaşlığı üzvlərinin siyahısında adı və təqdim etdiyi protokoldan çıxarış arxiv qovluğunda aşkar olunmamışdır. Həmçinin, texniki baxış keçirilən zaman X13 Komitəsi tərəfindən verilmiş torpaq sahəsinin planı və ölçüsündə qeyd edilən torpaq sahəsinin 10 kv. metr hissəsinin hasardan kənarda yerləşdiyi aşkar olunmuşdur. - **********54 №-li xx.xx.2021-ci il tarixli məktubunda göstərilmişdir ki, qeyd olunan məsələ ilə bağlı müraciətinə **********11 nömrəli, xx.xx.2021-ci il tarixli məktubla cavab verilmişdir və həmin məktubda qeyd olunan iradlar aradan qaldırılmamışdır. İddia mümkündür. Belə ki, baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aid olan öhdəliyin icrası haqqında iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, iddiaçı cavabdeh orqanın bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsassızdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1 hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: - 4.1. Bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. - 4.2. Bu Qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır. - 8.0.7-cı maddəsinə görə 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 9-cu maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi (9.1.1); daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması (9.1.2.); bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi (9.1.3.); hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi (9.1.4.). Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Həmin Qanunun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”. Göründüyü kimi, mövcud qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Məhkəmə qeyd edir ki, hazırkı işin halları üzrə iddiaçının qanunla müəyyən olunmuş qaydada əldə etdiyi əmlaka dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilməsinə qanuni əsaslar mövcud deyildir. Belə ki, məhkəmə araşdırması zamanı iş materiallarından və cavabdeh inzibati orqan tərəfindən məhkəmənin müvafiq sorğularına cavab olaraq verilmiş məktublardan müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən iddia olunan bağ sahəsi faktiki cəhətdən mövcud olmaqla, hazırda iddiaçının istifadəsindədir. Cavabdeh inzibati orqan tərəfindən həm imtina məktubunda, həm də iddiaya dair etirazda istinad olunan İdarəyə təqdim edilmiş bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddiaçının adının aşkar olunmaması barədə dəlilinə gəldikdə isə, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qeyd olunan siyahı, 14 noyabr 1986-cı ildə tərtib olunmuş, mübahisəli bağ sahəsinin iddiaçıya ayrılmasına dair protokol isə xx.xx.1998-ci il tarixinə tərtib olunmuşdur. Belə olan halda cavabdeh inzibati orqanın qeyd olunan dəlili əsassızdır və iddiaçının iddiasının təmin olunmaması üçün əsas sayıla bilməz. Cavabdehin digər (bağ sahəsinə texniki baxış keçirilən zaman ləğv edilmiş X13 Komitəsi tərəfindən verilmiş torpaq sahəsinin planı və ölçüsündə qeyd edilən torpaq sahəsinin 10 kv. metr hissəsinin hasardan kənarda yerləşdiyi məlum olmuşdur) dəlilinə gəldikdə isə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə baxışı zamanı təqdim olunmuş Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktından müəyyən olunur ki, əraziyə yenidən baxış keçirilərkən qonşu ilə ara sərhəddi olan hasarın sökülərək DT və XK tərəfindən verilmiş plan və ölçüyə əsasən yenidən bərpa edildiy müəyyən olunmuşdur. Mübahisəli torpaq sahəsinin üzərində inşa olunmuş evin daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət hüququ ilə qeydə alınması ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinə əsasən: - 80.1. Mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıqplanlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. - 80.1-1. İnsanların yaşaması və toplanması, habelə istehsalat fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulmayan yerüstü mərtəbələrinin sayı ikidən, hər mərtəbəsinin hündürlüyü 3 metrdən, ümumi sahəsi 1400 kvadratmetrdən və tikinti sahəsi 1000 kvadratmetrdən çox olmayan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. - 80.2. Barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur. - 80.3. Barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələri müvafiq ərazidə qüvvədə olan müfəssəl planın tələblərinə uyğun tərtib edilməlidir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə uyğunluğu yoxlanılır. - 80.4. Sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma məlumat verir və bu Məcəllənin 80.1-ci, 80.1-1-ci və 80.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün tikinti obyektlərinin layihəsinin memarlıqplanlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surətini həmin orqana təqdim edir. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən bu Məcəllənin 80.1-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektlərinə münasibətdə 10 gün müddətində, bu Məcəllənin 80.1-1-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektlərinə münasibətdə isə, həmin ərazi üzrə müfəssəl plan olduqda 10 gün müddətində, belə plan olmadıqda və ya onun müddəti bitdikdə 1 ay müddətində layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya bilər. İradlar olduqda, həmin iradlar normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır. - 80.5. Barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinə uyğun tikilməsinə nəzarəti müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. İş materiallarından da göründüyü kimi, iddiaçı qanuni əsaslarla istifadəsində olan torpaq sahəsində Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə müvafiq olaraq, layihəsini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla yeni inşa etdirdiyi fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınması üçün cavabdeh inzibati orqana müraciət etmişdir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən: Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Həmin Qanunun 8.0.10.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə əsas hesab olunur. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti daşınmaz əmlakın dövlət reyestrinin tərtib edilməsini və aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır. Həmin Əsasnamənin 3.0.23 və 3.0.29-cu bəndlərinə əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək; vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək Xidmətin vəzifələrindəndir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarına və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı şəhər X7 İcraiyyə Komitəsinin xx.xx.1987-ci il tarixli 16/290 saylı Qərarı və Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası rəhbərliyi və X11 Komitəsinin “Səbail” b/ynın xx.xx.1998-ci il tarixli 8 saylı Protokolu ilə İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, X24ndə ayrılmış və Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib olunmmuş A seriyalı 439918 №-li “Torpaq sahəsinin planı və ölçüsü”nə əsasən ona məxsus faktiki sahəsi 0.0530 ha olan 18 №-li bağ torpaq sahəsinə və həmin torpaq sahəsində inşa olunmuş evə (fərdi qaydada inşa olunmuş bağ evi) dair İddiaçı xüsusi mülkiyyət hüquqlarının qeydə alınmaqla, buna dair daşınmaz əmlakın dövlət reyestrindən vahid çıxarışın və texniki pasportun verilməsi öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-5874/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5874/2022
13.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver