Məhkəmə qərarları › İş №2-1(112)-5878/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5878/2022

27.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5878/2022 27.07.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının İmanov Sənan Xaliq oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Ağentliyinə qarşı “cavabdehə xx.xx.2021-ci il tarixində edilən müraciətlərinə yazılı cavab verilməsi və poçt vasitəsilə ilə müraciət edilən ünvanına göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiа ərizəsi üzrə işə məhkəmənin binаsındа baxaraq müəyyən еtdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Ağentliyinə qarşı cavabdehə xx.xx.2021-ci il tarixlərdə edilən müraciətinə yazılı cavab verilməsi və poçt vasitəsilə ilə müraciət edilən ünvanına göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Daha sonra 01 fevral 2022-ci il tarixdə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Ağentliyinə qarşı cavabdehə xx.xx.2021-ci il tarixdə edilən müraciətinə yazılı cavab verilməsi və poçt vasitəsilə ilə müraciət edilən ünvanına göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Beləliklə Bakı İnzibati Məhkəməsinin icraatında İddiaçı eyni cavabdehə qarşı qaldırılan iddialar üzrə 2-1(112)-3366 /2022 və 2-1(112)-5878 /2022 inzibati işlər vardır. Məhkəmə hazırkı işin materialları nəzərdən keçirərək hesab edir ki, hazırkı inzibati işə digər 2-1(112)-3366 /2022 nömrəli iş ilə bir məhkəmə icraatına birləşdirilərək baxılmalıdır. Belə ki, hər iki iş üzrə İddiaçı cavabdeh isə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Ağentliyi, eyni zamanda hər iki iş üzrə iddia tələbləri oxşardır. Belə ki, hər iki işdə iddiaçı “müraciətinə yazılı cavab verilməsi və poçt vasitəsilə ilə müraciət edilən ünvanına göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”nı tələb edir. Beləliklə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3366/2022 nömrəli, 2-1(112)- 5878/2022 nömrəli işləri bir-birinə tərəflərə, iddia tələbinə, hüquqi əsaslara görə oxşar və əlaqəlidirlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1. –ci maddəsinə əsasən, bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir.1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. İnzibati Prosessual Məcəlləsinin 56-ci maddəsində göstərilmişdir:” 56.1. Məhkəmə birgə baxılması və vahid qərar qəbul edilməsi məqsədilə icraatında olan və mübahisə predmetləri eyni olan müstəqil işlər üzrə icraatı bir icraatda birləşdirməyə və ya onları yenidən ayırmağa haqlıdır.56.2. Məhkəmə birgə baxılan bir neçə tələb üzrə icraatı ayrıayrı müstəqil icraata ayırmağa və hər bir tələbə dair ayrıca qərar qəbul etməyə haqlıdır.56.3. Məhkəmə müstəqil işlər üzrə icraatın bir icraatda birləşdirilməsi və ya bir icraatın müstəqil işlər üzrə icraata ayrılması barədə qərardad qəbul edir. “ Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 43.2-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Belə olan halda məhkəmə hesab edir ki, hazırki iş birgə baxılması və vahid qərar qəbul edilməsi üçün Bakı İnzibati Məhkəməsinin icraatında olan 2- 1(112)- 3366/2022 nömrəli inzibati işlə birləşdirilməlidir. Məhkəmə İnzibati Prosessual Məcəlləsinin 1-ci,56-ci, 80-ci və Azərbaycan Rеspublikasının Mülki Prosessual Məcəlləsinin 43-cü və 263-cü maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Ağentliyinə qarşı cavabdehə xx.xx.2021-ci il tarixdə edilən müraciətinə yazılı cavab verilməsi və poçt vasitəsilə ilə müraciət edilən ünvanına göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə Bakı İnzibati Məhkəməsinin icraatında olan 2- 1(112)- 5878 /2022 nömrəli inzibati iş birgə baxılması üçün Bakı İnzibati Məhkəməsinin icraatında olan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Ağentliyinə qarşı cavabdehə xx.xx.2021-ci il tarixdə edilən müraciətinə yazılı cavab verilməsi və poçt vasitəsilə ilə müraciət edilən ünvanına göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə Bakı İnzibati Məhkəməsinin icraatında olan 2- 1(112)- 3366 /2022 nömrəli inzibati işlə bir icraatda baxılması üçün birləşdirilsin. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar