Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5882/2025 05.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi X1 kаtibliyi, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azəriqaz" İstehsalat Birliyinə (SOCAR) qarşı “cavabdeh tərəfindən iddiaçıya dəymiş 10000 manat mənəvi zərərin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Azəriqaz" İstehsalat Birliyinə (SOCAR) qarşı “cavabdeh tərəfindən iddiaçıya dəymiş 10000 manat mənəvi zərərin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-5360/2024 saylı xx.xx.2024-cü il tarixli Qərardadı ilə inzibati iş baxılması üçün aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-5360/2024 saylı xx.xx.2024-cü il tarixli Qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-992/2024 xx.xx.2024-cü il tarixli Qərardadı ilə apellyasiya şikayətinin təmin edilməməsi, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-5360/2024 saylı xx.xx.2024-cü il tarixli Qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İnzibati iş Bakı İnzibati Məhkəməsinə xx.xx.2024-cü il tarixdə daxil olmuş, hal-hazırda iş № 2-1(112)-5567/2025 məhkəmənin icraatındadır. Bununla yanaşı İddiaçı cavabdeh “Azəriqaz" İstehsalat Birliyinə qarşı “cavabdeh tərəfindən iddiaçıya dəymiş 50.000 (əlli min) manat mənəvi zərərin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-4167/2024 saylı xx.xx.2024-cü il tarixli Qərardadı ilə inzibati iş baxılması üçün aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sözügedən inzibati iş Bakı İnzibati Məhkəməsinə xx.xx.2024-cü il tarixdə daxil olmuş, hal-hazırda iş № 2-1(112)-5882/2025 məhkəmənin icraatındadır. Məhkəmə qeyd edir ki, işlərin faktiki və hüquqi əsasları eyni olduğundan, vahid qərar qəbul edilməsi məqsədilə hazırkı 2-1(112)-5882/2025 nömrəli inzibati iş üzrə məhkəmə icraatı 2-1(112)-5567/2025 nömrəli işlə inzibati iş üzrə icraata birləşdirilməlidir. Azərbyacan Respublikası İnzibati Prosessual Məcəllənin 56.1-ci maddəsinə əsasən, məhkəmə birgə baxılması və vahid qərar qəbul edilməsi məqsədilə icraatında olan və mübahisə predmetləri eyni olan müstəqil işlər üzrə icraatı bir icraatda birləşdirməyə və ya onları yenidən ayırmağa haqlıdır. 56.2. Məhkəmə birgə baxılan bir neçə tələb üzrə icraatı ayrı-ayrı müstəqil icraata ayırmağa və hər bir tələbə dair ayrıca qərar qəbul etməyə haqlıdır. 56.3. Məhkəmə müstəqil işlər üzrə icraatın bir icraatda birləşdirilməsi və ya bir icraatın müstəqil işlər üzrə icraata ayrılması barədə qərardad qəbul edir. Həmin Məcəllənin 83.3.4-cü maddəsinə əsasən müstəqil işlər və ya hüquqi tələblər üzrə icraatın bir icraatda birləşdirilməsi və ya bir icraatın müstəqil işlər üzrə icraata ayrılması haqqında məhkəmə qərardadlarından müstəqil qaydada şikayət verilə bilməz. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən, bu Məcəllə ilə müstəqil qaydada mübahisələndirilməsinə yol verilməyən qərardadlardan məhkəmənin yekun qərarı ilə birlikdə şikayət verilə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 83.1-ci və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: 2-1(112)-5882/2025 nömrəli inzibati iş üzrə məhkəmə icraatı 2-1(112)- 5567/2025 nömrəli inzibati iş üzrə məhkəmə icraatına birləşdirilsin. Bu qərardaddan müstəqil qaydada şikayət verilə bilməz. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-5882/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5882/2025
05.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver