Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-589/2021 08.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərov Murad Şadtat oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X3, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarın ləğv olunması tələbinə dair inzibati işə şifahi, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı cavabdehin 27 sentyabr 2019-cu il tarixli, **********175432 saylı səyyar vergi yoxlaması aktının və “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 01 noyabr 2019-cu il tarixli, **********192561 saylı qərarının qanunsuz (etibarsız) hesab edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (Vergilər Nazirliyinin) Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 15 yanvar 2019-cu il tarixli, **********174290 saylı qərarı ilə "Unikal-A” Məhdud Məsuliyyətli Cəmiyyətində 01 sentyabr 2016-cı ildən, 01 dekabr 2018-ci ilədək olan dövr əhatə edilməklə növbəti səyyar vergi yoxlaması aparılmışdır. Yoxlama 30 yanvar 2019-cu ildə başlamış, onun başa çatma tarixi isə məlum deyildir, cavabdeh tərəfindən səyyar vergi yoxlamasının gedişatı və yekunlaşması barədə Cəmiyyətə hər-hansı məlumat verilməmişdir. İddiaçındə aparılan səyyar vergi yoxlamasının yekunlaşdırıldığından yalnız cavabdehin 28 oktyabr 2019-cu il tarixli, **********308300 saylı məktubunu aldıqdan sonra məlumatları olmuşdur. Həmin məktubda Lokal Gəlirlər Baş İdarəsinin 15 yanvar 2019-cu il tarixli qərarı ilə Cəmiyyətdə aparılmış növbəti səyyar vergi yoxlamasının 27 sentyabr 2019-cu il tarixli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirildiyi və vergi qanunvericiliyinin pozulması hallarına, müvafiq sanksiyanın tətbiq edilməsi məsələsinə 30 oktyabr 2019-cu ildə baxılacağı göstərilmişdir. 30 oktyabr 2019-cu ildə tərəflərindən göndərilmiş cavab məktubunda səyyar vergi yoxlaması aktının onlara təqdim olunmadığı və yoxlama aktı ilə tanış olmaq, ona münasibət bildirmək hüququndan məhrum edildikləri göstərilmişdir. Cavabdeh bu məktublarını aldıqdan sonra 27 sentyabr 2019-cu il tarixli yoxlama aktının nüsxəsini 40 günə yaxın vaxt keçdikdən sonra - 05 noyabr 2019-cu ildə Cəmiyyətə təqdim etmişdir. 05 noyabr 2019-cu ildə həm də, 01 noyabr 2019-cu il tarixli, **********192561 saylı "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar Cəmiyyətin ünvanına göndərilmişdir. Qərarla heç bir əsaslandırma olmadan İddiaçı MMC-nə 2016-cı il mənfəət vergisi hesabat dövrü üzrə 36417.35 manat əlavə vergi məbləği və 18208.68 manat maliyyə sanksiyası, 2016-cı il əlavə dəyər vergisi hesabat dövrü üzrə 160752.57 manat əlavə vergi məbləği və 60070.89 manat maliyyə sanksiyası, 2017-ci il mənfəət vergisi hesabat dövrü üzrə 104483.81 manat əlavə verrgi məbləği və 52241.91 manat maliyyə sanskiyası, 2017-ci il əlavə dəyər vergisi hesabat dövrü üzrə 525984.89 manat əlavə vergi məbləği və 262992.45 manat maliyyə sanskiyası, 2018-ci il əlavə dəyər vergisi hesabat dövrü üzrə 510702.22 manat əlavə vergi məbləği və 255351.11 manat maliyyə sanksiyası olmaqla. Cəmi 1 338 340.84 manat əlavə vergi məbləği və 648 865.04 manat maliyyə sanksiyası hesablanmışdır. Bu qərarın və səyyar vergi yoxlamasının nəticələri üzrə 27 sentyabr 2019-cu il tarixli aktın ləğv olunmasına, cavabdehin qanunsuz hərəkətlərinə son qoyulmasının təmin olunmasına dair tərəflərindən 18 noyabr 2019-cu ildə cavabdehə inzibati şikayətlə müraciət olunmuşdur. İnzibati şikayətdə cavabdehin yol verdiyi aşağıda sadalanan çoxsaylı qanun pozuntuları ətraflı və geniş şəkildə göstərilmişdir. Cavabdeh tərəfindən Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələbləri kobud şəkildə pozulmuşdur. Belə ki, 1.1. Vergi Məcəlləsinin 38.2-ci maddəsinin tələbinə görə vergi orqanı səyyar vergi yoxlamasını 30 gün ərzində başa çatdırmalı olduğu və yalnız müstəsna hallarda yoxlamanın keçirilmə müddətini yuxarı vergi orqanının qərarı əsasında 90 günə qədər artırıla biləcəyi halda, cavabdeh səyyar vergi yoxlamasını 7 aydan artıq müddətə aparmış və yoxlama müddətinin uzadılması barədə Cəmiyyətə hər-hansı qərar təqdim etməmişdir. Cavabdeh Vergi Məcəlləsinin 39cu maddəsinin də, tələblərini kobud şəkildə pozaraq nə apardığı səyyar vergi yoxlamasının nəticəsi üzrə aktı tərtib edərkən onları məlumatlandırmamış və iştiraklarını təmin etməmiş,nə də, tərtib etdiyi aktı cəmiyyətə təqdim etməmişdir. Vergi yoxlaması artıq yekunlaşdırıldığından və nəticəsi üzrə 27 sentyabr 2019-cu il tarixli, **********175432 saylı aktı tərtib olunduğundan 30 gün keçdikdən sonra – cavabdehin 28 oktyabr 2019-cu il tarixli, **********308300 saylı “səyyar vergi yoxlamasının nəticələri üzrə akta müvafiq olaraq maliyyə sanksiyasının tətbiq edilməsi məsələsinə baxılması”na dair məktubu aldıqdan sonra məlumatı olmuşdur. Müraciətlərindən sonra 27 sentyabr 2019-cu il tarixli yoxlama aktı 05 noyabr 2019-cu ildə Cəmiyyətə təqdim olunmuşdur. Halbuki, Vergi Məcəlləsinin 39.4-cü maddəsinə görə vergi yoxlaması aktının bir nüsxəsi, tərtib edildiyi vaxtdan 5 gündən gec olmayaraq, vergi ödəyicisinə təqdim olunmalıdır. Cavabdeh yoxlama aktını onlara verməkdən yayınmaqla Cəmiyyəti akta və pozulduğunu iddia etdiyi vergi qanunvericiliyinə dair izahat, etiraz və rəy vermək hüququndan məhrum etmişdir. Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun “Vergi qanunvericiliyinin iqtisadi məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” 27 noyabr 2003-cü il tarixli qərarında göstərilmişdir ki, vergi yoxlaması zamanı – vergi münasibətlərində bilavasitə vergi ödəyicisinin özünün və ya onun nümayəndəsinin iştirak etməsi, onların vergi yoxlamasına dair aktının məzmununa yazılı izahatlarının alınması, vergi yoxlamasının qanunvericiliyin tələblərinə tam uyğun aparılması, vergi ödəyicilərinə vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması üçün imkan verilməsi məsələlərinə diqqətlə yanaşılmalıdır. Aktın Cəmiyyətə təqdim olunmadığı barədə cavabdehə 30 oktyabr 2019-cu il tarixli məktubla məlumat vermələrinə baxmayaraq, iştirakları olmadan, yoxlama aktı əsasında Cəmiyyət barəsində 01 noyabr 2019-cu il tarixli, **********192561 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyini pozmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul edilmişdir. Bununla da, cavabdeh tərəfindən bilərəkdən Vergi Məcəlləsinin 39-cu maddəsinin tələbləri kobud surətdə pozulmuşdur. Yoxlama aktında uydurma məlumatlar qeyd olunmuşdur. Aktın 1.9.4-cü bəndində “Ekspertizanın təyin edilməsi haqqında” 28 iyun 2019-cu ildə qərar qəbul edildiyi, ancaq ekspert tərəfindən təlb edilən sənədlərin Cəmiyyət tərəfindən təqdim edilmədiyi səbəbi ilə ekspertizanın keçirilməsinin imkan xaricində olduğu göstərilmişdir. Halbuki, Vergi Məcəlləsinin 44.6-cı 44.7-ci və 44.9-cu maddələrinin tələblərinə görə vergi ödəyicisinə ekspertizanın təyin olunması haqqında qərar təqdim olunmalı halda, ödəyicinin ekspertiza keçirilməsində iştirak etmək, suallar siyahısı təqdim etmək, ekspert rəyi ilə tanış olmaq hüquqlarının olmasına və vergi orqanı tərəfindən bu hüquqların realizə olunmalı olmasına baxmayaraq, cavabdeh bunların heç birini etməmiş və ekspertizanın aparılması üçün zəruri olan sənədlərin ekspert tərəfindən tələb edilməsinə dair hər hansı müraciət, sorğu və tələb də nə ekspert tərəfindən, nə də cavabdeh tərəfindən Cəmiyyətə təqdim olunmamışdır. Sənədlərə gəldikdə isə yoxlama başlayarkən cavabdehə bütün zəruri sənədlər təqdim olunmuşdu. Aktın 1.9.5-ci bəndində 24 aprel 2019-cu il tarixli "Mütəxəssisin dəvət edilməsi haqqında” qərar qəbul edildiyi, yoxlama gedişatında isə qeyd edilən məsələlər üzrə mütəxəssis rəyinin alınmasına zərurət olmadığının müəyyən olunduğu göstərilmişdir. Ancaq nə mütəxəssisin dəvət edilməsi haqqında aktda adı çəkilən qərar, nə də mütəxəssis rəyinin alınmasına zərurət olmaması ilə bağlı sonradan qəbul edilmiş qərar heç vaxt Cəmiyyətə təqdim olunmamış və bu barədə onlara hər hansı məlumat verilməmişdir. 27 sentyabr 2019-cu il tarixli yoxlama aktında cavabdeh tərəfindən əvvəlki yoxlamanın nəticələri göstərilərək, əlaqəli məlumatlar əsasında Sentyabr 2016-Noyabr 2018 dövrü üzrə 1 338 340.84 manat əlavə vergi məbləği hesablandığı qeyd olunmuşdur. Ancaq əvvəlki yoxlama aktı ilə müqayisədə bu fərqləndirmənin metodikası və mahiyyəti müəmmalıdır. Vergi orqanı tərəfindən Cəmiyyətdə xronometraj metodu ilə aparılan müşahidə nəticəsində 2018-ci ilin oktyabr ayı üzrə orta günlük istehsal həcmi və satış, dövriyyəsi 668.82 manat, 01 noyabr 2018-ci ildən 08 noyabr 2018 tarixədək orta günlük istehsal həcmi və satış dövriyyəsi 572.30 manat müəyyən olunmuşdur. Odur ki, Vergi Məcəlləsinin 67.1.8-ci maddəsinə əsasən əlaqəli məlumatlardan biri hesab olunan xronometraj müşahidəsi nəticəsində hesablanmış dövriyyə ilə cavabdehin 27 sentyabr 2019-cu il tarixli akt ilə hesabladığı məbləğ arasındakı fərq fantastik xarakter daşıyır. Bu nəticə, səyyar vergi yoxlaması aktı ilə hesablanmış vergi məbləğinin heç bir faktiki əsası olmadığını və bu hesablanmanın cavabdehin tamamilə subyektiv və absurd mülahizələrinin məhsulu olduğunu büruzə verir. Bu sadalanan qanun pozuntularını inzibati şikayətlərində dəqiqliklə göstərmələrinə baxmayaraq, Dövlət Vergi Xidməti (Vergilər Nazirliyi) etinasızlıq nümayiş etdirərək və qanunun tələblərini pozaraq, şikayətlərinə baxmaqdan və lazımi araşdırma aparmaqdan yayınmış, bununla da, cavabdehin Cəmiyyətə münasibətdə qanunsuz hərəkətlərini davam etdirməsinə şərait yaratmışdır. İnzibati şikayətləri icraatda olduğu dövrdə - 09 dekabr 2019-cu ildə cavabdeh **********453200 saylı məktubla Cəmiyyətə müraciət edərək, hesabladığı vergi borcunun ödənilməməsi ilə əlaqədar Cəmiyyətin əmlaklarının siyahıya alınması haqqında qərar qəbul etdiyini göstərmiş və "Vergi ödəyicisinin aktivləri barədə məlumat formasının doldurulmasını Cəmiyyətdən tələb etmişdir. Lakin, nə vergi borcunun ödənilməsi barədə bildiriş, nə də əmlakın siyahıya alınması haqqında cavabdehin qərarı Cəmiyyətə təqdim olunmamışdır. Bununla bağlı, tərəflərindən 19 dekabr 2019-cu ildə cavabdehə müraciət olunaraq, Cəmiyyətə məxsus əmlakın siyahıya alınmasına dair qəbul edilmiş qərar Cəmiyyətə təqdim olunduqdan sonra vergi ödəyicisinin aktivləri barədə məlumat formasının doldurulması məsələsinə baxılmasının mümkün olacağı bildirilmişdir. Ancaq, bu müraciətinə də, baxılmamış və əmlakın siyahıya alınması haqqında cavabdehin qərarı bu günədək Cəmiyyətə təqdim olunmadığı halda, aktivlər barədə məlumatın verilməməsi əsası ilə Cəmiyyət barəsində 100 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Cavabdehin qanunsuz hərəkətlərini davam etdirməsi nəticəsində 30 dekabr 2019-cu ildə "inzibati şikayətə əlavə” ilə yenidən vergi orqanına müraciət etmişlər. 10 yanvar 2020-ci ildə Dövlət Vergi Xidmətinin (Vergilər Nazirliyinin) sənədlərlə iş və müraciətlərə baxılması baş idarəsinin rəisi, baş vergi xidməti müşaviri Nigar Alimova tərəfindən Cəmiyyətə göndərilmiş “Müraciətlərə baxılması barədə” məktubda Cəmiyyətə qarşı cinayət işinin başlanıldığı və hazırda cinayət işi üzrə istintaq davam etdiyindən, inzibati şikayətlərinə vergi orqanında baxılmasının mümkünsüz olduğu göstərilmişdir. Şikayətə baxılmasının imtina səbəbi olaraq göstərilmiş bu "əsas”ın heç bir hüquqi istinadı yoxdur və bu hərəkət vergi orqanının Cəmiyyətə qarşı açıq-aşkar büruzə verdiyi qərəzli münasibətinin təzahürüdür. Sonradan iddiaçının nümayəndəsi və vəkili məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 01 noyabr 2019-cu il tarixli, **********192561 saylı qərarının qanunsuz hesab edilməklə ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşdirilmiş ərizə icraata qəbul edilmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, cavabdeh tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz məhkəməyə təqdim edilərək, iddianın təmin edilməməsi xahiş edilmişdir. Etiraza əsasən, səyyar vergi yoxlaması aktı “İnzibati icraat” haqqında Azərbaycan Respublikası Qanununun tələbləri baxımından inzibati akt hesab edilə və həmin aktın ləğv edilməsi məsələsinə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin inzibati məhkəmə icraatında baxılan iddiaların növlərini müəyyən edən 2.2-ci maddəsi hər hansı aktların yox, yalnız inzibati aktların mübahisələndirilməsini nəzərdə tutur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinin tələbinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Lakin inzibati iş üzrə mübahisə predmetini təşkil edən səyyar vergi yoxlaması Aktı inzibati aktın malik olmalı olduğu “ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmaq” əlamətindən məhrumdur. Odur ki, iddia - 27.09.2019-cu il tarixli **********175432 saylı səyyar vergi yoxlaması Aktının ləğv edilməsi hissəsində mümkün sayılmamalıdır. İddianın digər hissəsinə - 01.11.2019-cu il tarixli **********192561 saylı ‘Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarın ləğv edilməsi - hissəsinə münasibətdə isə cavabdeh aşağıda qeyd edilən hallara görə iddiaya etiraz edir: İşin faktiki halları ilə bağlı bildirilir ki, vergi orqanının “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” 15.01,2019-cu il tarixli **********174290 saylı Qərarına əsasən vergi ödəyicisi üzrə Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə sentyabr 2016-noyabr 2018 vergi dövrlərini əhatə edən növbəti səyyar vergi yoxlaması keçirilmişdir. Vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2016-cı və 2017-ci il mənfəət vergisi bəyannaməsində onu gösətriciləri aşağıdakı kimi olmuşdur: mənfəət üzrə: tədiyyə növü və vergi dövrü – mənfəət 2016, mənfəət 2017; ümumi gəlir 1985543.96 manat, 213375.91 manat; ümumi gəlirdən çıxılan xərclər – 297011.71 manat, 323569.88 manat, balans zərəri - 98467.75 manat, 111193.97 manat. Yoxlama zamanı vergi ödəyicisi tərəfindən Səhiyyə Nazirliyinə təqdim edilmiş 14 (“Tibb müəssisələrinin stasionar fəaliyyəti haqqında”), 17 (Tibbi kadrlar haqqında), 30 (“Müalicə profilaktika müəssisəsinin fəaliyyəti haqqında”) nömrəli hesabat formalarının qarşılıqlı surətdə təhlil edilməsi nəticəsində 2016-2018-ci illər ərzində göstərilmiş tibbi xidmətlərin adı və sayı miqdarı) müəyyən edilmişdir. Eyni zamanda vergi ödəyicisi tərəfindən bağlanmış sığorta müqavilələrində göstərilmiş tibbi xidmətlərin qiymətləri istifadə edilməklə müəssisənin yoxlanılan dövrdə dövriyyəsi (gəliri) müəyyən edilmişdir. Yoxlama zamanı əldə edilmiş sənədlərin araşdırılması zamanı müəssisənin 2016-cı ilin yoxlanılan dövrü üzrə (01.09.2016- 31.12.2016) göstərilmiş xidmətlərdən gəliri 954184.75 manat, yoxlama ilə əhatə olunmayan dövr üzrə təqdim edilmiş bəyannamələrə əsasən (01.01.2016- 31.08.2016) gəliri 138335.72 manat, cəmi 2016-cı il üzrə ümumi gəlirinin 1092520.47 manat olduğu müəyyən edilmişdir. Lakin, həmin xidmətlərin göstərilməsi zamanı istifadə edilmiş mal və materialların alınması, digər xərclərin ödənilməsi ilə bağlı (bank xərclərindən başqa) heç bir sənədin və məlumatın əldə edilməsi mümkün olmamış, eyni zamanda vergi ödəyicisi tərəfindən də qeyd edilənlərlə bağlı yoxlamaya heç bir sənəd təqdim edilməmişdir. Həmçinin, göstərilmiş xidmətlərə görə sığorta və digər təşkilatlardan vergi ödəyicisinin bank hesabına daxil olmuş pul vəsaiti müəssisənin rəhbəri tərəfindən götürülmüş, lakin həmin vəsaitlərin hansı istiqamətlərə yönəldilməsini müəyyən etmək mümkün olmamışdır. Yoxlama zamanı vergi ödəyicisi tərəfindən malların təqdim edilməsini, işlərin və xidmətlərin göstərilməsini, habelə mal, iş və xidmətlərin alışını təsdiq edən sənədlər tam təqdim edilmədiyindən müəssisənin qeyd olunan dövr üzrə mənfəətini birbaşa müəyyən etmək mümkün olmamışdır. Vergi ödəyicisinin fəaliyyət göstərdiyi 2016-cı il ərzində əldə etdiyi mənfəəti birbaşa müəyyən etmək mümkün olmadığından Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli 55 saylı (əlavə və dəyişikliklər 04 aprel 2003-cü il tarixli 42 saylı) Qərarına əsasən şərti rentabellik səviyyəsi 20% götürülərək Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən müəssisəsinin mənfəəti aşağıdakı kimi hesablanmışdır: M=G/100+R ×R, M- vergi ödəyicisinin mənfəəti, G - gəlir ƏDV nəzərə alınmadan, R-rentabellik. Yoxlama ilə müəssisənin 2016-cı il üzrə gəliri 1092520.47 manat olduğu məyyən olunmuşdur. M=1092520.47/100+20×20 = 182086.75 manat. Beləliklə, vergi ödəyicisinə 2016-cı il üzrə (182086.75 × 20% % = 36417.35 = 36417.35) 36417.35 manat mənfəət vergisi hesablanmışdır. Yoxlama zamanı əldə edilmiş sənədlərin araşdırılması zamanı müəssisənin 2017-ci ilin yekunu üzrə göstərilmiş xidmətlərdən ümumi gəlirinin 3134514.24 manat olduğu müəyyən edilmişdir. Lakin, həmin xidmətlərin göstərilməsi zamanı istifadə edilmiş mal və materialların alınması, digər xərclərin ödənilməsi ilə bağlı (bank xərclərindən başqa) heç bir sənədin və məlumatın əldə edilməsi mümkün olmamış, eyni zamanda müəssisə tərəfindən də, heç bir sənəd təqdim edilməmişdir. Müəssisənin fəaliyyət göstərdiyi 2017-ci il ərzində əldə etdiyi mənfəəti birbaşa müəyyən etmək mümkün olmadığından Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli, 55 saylı (əlavə və dəyişikliklər 04 aprel 2003-cü il tarixli 42 saylı) Qərarına əsasən şərti rentabellik səviyyəsi 20 % götürülərək, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən müəssisənin mənfəəti aşağıdakı kimi hesablanmışdır: M=3134514.24/100+20×20=522419.04 manat. Yoxlama ilə vergi ödəyicisinə 2017-ci il üzrə (522419.04 × 20 % = 104483.81) 104483.81 manat mənfəət vergisi hesablanmışdır. Nəticədə 2016- 2017-ci illər üzrə mənfəət vergisinin (36417.35+104483.81) 140901.16 manat azaldılması müəyyən edilmişdir. ƏDV üzrə: yoxlama zamanı müəssisəsi tərəfindən aparılmış tibbi xidmətlərin çeşidi, miqdarı və real qiymətləri barədə ilkin sənədlər tam təqdim edilməmişdir. Müəssisə tərəfindən Səhiyyə Nazirliyinə təqdim edilmiş 14 (“Tibb müəssisələrinin stasionar fəaliyyəti haqqında'’), 17 (Tibbi kadrlar haqqında), 30 (“Müalicə profilaktika müəssisəsinin fəaliyyəti haqqında”) nömrəli hesabat normaları qarşılıqlı sürətdə təhlil edilərək müəssisə tərəfindən 2016-2018-cl ilər ərzində göstərilmiş tibbi xidmətlərin adı və sayı (miqdarı) müəyyən edilmişdir. Eyni zamanda müəssisə tərəfindən bağlanmış sığorta müqavilələrində göstərilmiş tibbi xidmətlərin qiymətləri istifadə edilməklə müəssisənin yoxlanılan dövrdə ƏDV-yə cəlb edilən dövriyyəsi müəyyən edilmişdir. Nəticədə 2016-cı ilin yoxlanılan ayları üzrə (sentyabr-dekabr) satış dövriyyəsi (ƏDV-li) 1139341.04 manat, 2017-ci il üzrə satış dövriyyəsi (ƏDV-li) 3697656.01 manat, 2018-ci ilin yoxlanılan ayları üzrə (yanvar-noyabr) satış dövriyyəsi 3546981.14 manat, cəmi yoxlanılan dövr üzrə göstərilmiş tibbi xidmətlərinin (satış dövriyyəsinin) məbləğinin (ƏDV-li) 8383978.19 manat olduğu müəyyən edildi. ƏDV üzrə vergi ödəyicinin özünün bəyan etdiyi və yoxlama ilə müəyyən edilən göstəricilər aşağıdakı kimi olmuşdur: vergi ödəyicisi tərəfindən təqdim edilən bəyannamələrə əsasən 18 % dərəcə ilə ƏDV-yə cəlb edilən dövriyyə - 441484.57 manat, yoxlama ilə müəyyən edilən 7096530.88 manat, 0 % dərəcə ilə ƏDV-yə cəlb edilən dövriyyə - vergi ödəyicisi tərəfindən təqdimedilən bəyannamələrə əsasən – 12889.83 manat, yoxlama ilə müəyyən edilən – 1176.85 manat; ƏDV-dən azad edilən dövriyyə - vergi ödəyicisi tərəfindən təqdim edilən bəyannamələrə əsasən – 204.12 manat, yoxlama ilə müəyyən edilən – 173.52 manat; büdcəyə ödənilməli ƏDV - vergi ödəyicisi tərəfindən təqdim edilən bəyannamələrə əsasən - 62204.05 manat, yoxlama ilə müəyyən edilən – 1259643.74 manat. Nəticədə yoxlama ilə ƏDV-nin bəyannamədə göstərilən məbləğinin, bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 1197439.68 manat (1259643.74 - 62204.05) azaldıldığı müəyyən edildi. Əmlak vergisi üzrə Vergi ödəyicisi tərəfindən təqdim edilən bəyannamələrin göstəricilərinə əsasən əsas vəsaitlərin orta illik qalıq dəyərinə 1% tətbiq etməklə, 2016-il üçün 1583.74 manat, 2017-ci il üçün 1188.99 manat əmlak vergisi hesablanmışdır. Bildirirlər ki, Vergi Məcəlləsinin 199.4.4-cü maddəsinə əsasən səhiyyə müəssisələri təyinatı üzrə istifadə edilən əmlaka görə əmlak vergisindən azad edilməsinə baxmayaraq, müəssisə tərəfindən təyinatı üzrə istifadə edilən əmlaka görə 2016-2017-ci illər üzrə cəmi 2772.73 manat əmlak vergisi hesablanmışdır. Bu səbəbdən də yoxlama ilə 2772.73 manat əmlak vergisinin artıq hesablanması müəyyən edildi. Beləliklə, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 01.11.2019-cu il tarixli **********192561 saylı Qərara əsasən vergi ödəyicisinə mənfəət vergisi üzrə 140901.16 manat məbləğin yayındırılmasına görə 70450.58 manat maliyyə sanksiyası, ƏDV üzrə 1197439.68 manat məbləğin yayındırılmasına görə 578414.45 manat maliyyə sanksiyası hesablanmış, əmlak vergisi üzrə isə 2772.73 manat məbləğin artıq ödənilməsi müəyyən olunmuşdur. İddia ərizəsində səyyar vergi yoxlamasının 30 gün ərzində başa çatdırılmalı olduğu və yalnız müstəsna hallarda 90 günə qədər artırıla bilinəcəyi halda, yoxlamanın 7 aydan artıq müddətə aparıldığı və yoxlama müddətinin uzadılması barədə iddiaçıya nər hansı qərarın təqdim edilmədiyi bildirilmişdir. Sözügedən arqumentə münasibətdə bildirilir ki, vergi qanunvericiliyinə əsasən səyyar vergi yoxlamasının müddətinin 90 günədək artırılmaqla, o cümlədən 9 ay dayandırılmaqla qanunvericiliyin imkan verdiyi müddətdə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Odur ki, yoxlamanın 30 gün ərzində başa çatdırılmaması hər hansı şəkildə qanunvericiliyin pozuntusu hesab oluna bilməz. O cümlədən bildirilir ki, vergi ödəyicisi səyyar vergi yoxlamasının dayandırılması müddətləri barədə məlumatlı olmuşdur. Belə ki, yoxlamanın müddətinin uzadılması barədə qərarlar hər dəfə vergi ödəyicisinə təqdim edilmiş və vergi ödəyicisi müvafiq qərarları imzalayaraq qəbul etmişdir, (qərarlar etiraza əlavə olunur). İddiaçı iddia ərizəsində vergi orqanına müraciət ünvanlayaraq yoxlama aktının ona təqdim olunmadığını və akta münasibət bildirmək hüququndan məhrum edildiyini həmin müraciətdə qeyd etdiyini bildirmişdir. İddiaçının qeyd edilən mövqeyi ilə bağlı bildirilir ki, səyyar vergi yoxlaması aktı 02.10.2019-cu il tarixdə vergi ödəyicisinə göndərilmiş və 03.10.2019-cu il tarixdə vergi ödəyicisinə çatdırılmışdır, (çatdırılmanı təsdiq edən qəbz etiraza əlavə olunur) Bu səbəbdən vergi ödəyicisinin səyyar vergi yoxlaması aktından yalnız 28.10.2019-cu il tarixli səyyar vergi yoxlamasının nəticələri üzrə akta müvafiq olaraq maliyyə sanksiyasının tətbiq edilməsi məsələsinə baxılması”na dair məktubu aldıqdan sonra məlumatlı olması barədə mövqe tamamilə əsassızdır və öz təsdiqini tapmır. Eyni zamanda bildirirlər ki, vergi ödəyicisinin müraciəti ilə bağlı bildirirlər ki, vergi orqanı tərəfindən ünvanlanan cavab məktubuna əsasən vergi ödəyicisinin tələb etdiyi sənədlər, o cümlədən səyyar vergi yoxlaması aktı ödəyiciyə təkrar göndərilmiş və müraciətə verilən cavabda sənədlərin təkrar göndərilməsi qeydi öz əksini tapmışdır. Digər tərəfdən vergi ödəyicisi səyyar vergi yoxlaması aktına baxılmasında onun iştirakının təmin olunmamasını iddia etsə də, vergi orqanı tərəfindən vergi ödəyicisinə ünvanlanan 28.10.2019-cu il tarixli **********308300 saylı “Keçirilmiş səyyar vergi yoxlamasının nəticələrinin rəsmiləşdirilməsi barədə” məktubda vergi yoxlaması aktına, vergi qanunvericiliyinin pozulması hallarına, onların aradan qaldırılması və müvafiq sanksiyaların tətbiq edilməsi məsələsinə 30.10.2019-cu il tarixdə saat 12.00da baxılacağı, o cümlədən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 39.5-ci maddəsinə əsasən vergi ödəyicisinin yuxlama aktını imzalamamaq və ya etirazını ona öz yazılı izahatını (etirazını) təsdiq edən sənədlərin surətini əlavə edərək vergi orqanına təqdim etmək hüququ olduğunu bildirmişdir. Bildirirlər ki, Vergi Məcəlləsinin 39.5-ci maddəsinin tələbinə əsasən vergi ödəyicisi vergi yoxlaması aktı ilə və ya onun hər hansı bir hissəsi ilə razılaşmadıqda vergi yoxlaması aktının verilməsi günündən 30 gün müddətində müvafiq vergi orqanına aktı imzalamamasının səbəblərini izah edə, yaxud akta və ya onun ayrı-ayrı hissələrinə öz etirazını yazılı surətdə bildirə bilər. Vergi ödəyicisinə ünvanlanan məktubun məzmunundan da aydın olduğu kimi ona səyyar vergi yoxlaması nəticəsində hesablanmış vergi ilə razılaşmamasının səbəblərini təsdiq edən sənədlərin təqdim edilməsi üçün vergi qanunvericiliyi ilə müəyyən edilmiş qaydada şərait yaradılmışdır. Odur ki, iddiaçının səyyar vergi yoxlaması aktına münasibət bildirmək hüququndan məhrum olmasına dair mövqeyi əsassızdır. Etiraza əlavə olunan sənədlərdən də aydın olduğu kimi vergi ödəyicisinə səyyar vergi yoxlamasının nəticələrinin rəsmiləşdirilməsi prosesində iştirak etmək və yoxlama aktına dair öz etirazını təqdim etmək imkanı yaradılmasına baxmayaraq vergi ödəycisi qeyd edilən hüququndan istifadə etməmişdir. Həmçinin iddiaçı səyyar vergi yoxlamasının gedişində ekspertizanın təyin olunması və mütəxəssisin dəvət edilməsi barədə qərardan xəbərsiz olduğunu və həmin qərarların ona təqdim olunmamasını bildirsə də, müvafiq qərarların qəbul edilməsi ilə bağlı vergi ödəyicisinin nümayəndəsinin imzası onun qeyd edilən mövqeyini birmənalı təkzib edir, (müvafiq qərarlar etiraza əlavə olunur) Həmçinin iddiaçı bildirir ki, hal-hazırkı səyyar vergi yoxlaması ilə əvvəlki səyyar vergi yoxlamasına əsasən hesablanmış məbləğlər əsasında vergi hesablanmışdır və həmin hesablamaların vergi orqanı tərəfindən həyata keçirilmiş xronometraj müşahidəsi nəticəsində əldə edilmiş göstəricilərlə uyğunluq təşkil etməməsi hesablamanın əsassızlığını təsdiq edir. Qeyd edirlər ki, iddiaçının sözügedən mövqeyi işin faktiki hallarını düzgün şərh etməməklə, iddiaçının mövqeyinin hüquqi və faktiki əsasının olmadığını birmənalı şəkildə nümayiş etdirir. Belə ki, səyyar vergi yoxlaması üzrə müəyyən edilmiş vergilərin keçmiş səyyar yoxlaması isasında hesablanması həqiqəti əks etdirmir və yoxlama ilə müəyyən edilmiş hər bir tədiyyə üzrə əlavə vergi məbləğlərinin müəyyən edilmə əsası səyyar vergi yoxlaması aktında öz əksini tapmışdır. Xronometraj metodu ilə müşahidənin nəticələrinə gəldikdə isə bildirirlir ki, səyyar vergi yoxlamalarının həyata keçirmək vergi orqanın hüququdur və vergi ödəyicisində xronometraj metodu ilə müşahidənin aparılması səyyar vergi yoxlamasının keçirilməsini istisna etmir. Həmçinin iddia ərizəsində qeyd edilən borc bildirişlərinin təqdim edilməməsi barədə iddiaçının mövqeyi əsassızdır, vergi borcunun ödənilməsinə dair bütün bildirişlər vergi ödəyicisinə göndərilmiş və vergi ödəyicisi borc məbləği barədə məlumatlı olmuşdur, göndərilməni təsdiq edən sənədlər etiraza əlavə olunur). Odur ki, qeyd edilənlər iddiaçının arqumentlərinin əsasızlığını birmənalı şəkildə təsdiq edir. Vergi Məcəlləsinin 23-cü maddəsinə əsasən Vergi Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanının hüququdur. Vergi Məcəlləsinin 38.1-ci maddəsinə görə səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Növbəti səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir. Həmin Məcəllənin 39.1 -ci maddəsinə əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə vergi orqanlarının səlahiyyətli vəzifəli şəxsləri tərəfindən müəyyən edilmiş formada vergi yoxlaması aktı tərtib edilir və həmin şəxslər və yoxlanılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs) və ya fərdi sahibkar tərəfindən imzalanır. Vergi ödəyicisi yoxlama aktında öz qeydlərini edə bilər, aktı imzalamaqdan imtina edə bilər və bu barədə həmin aktda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 49.2-ci maddəsinə əsasən vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, vergi qanunvericiliyinin pozulmasına görə və tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməklə vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması ona izah olunur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia ərizəsinə qarşı etiraza uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, işdə iştirak edən tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan sənədlərdən müəyyən olunur ki: - Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 15.01.2019-cu il tarixli, **********174290 saylı Qərarına əsasən İddiaçındə 01 sentyabr 2016-cı ildən 01 dekabr 2018-ci ilədək olan dövr əhatə edilməklə növbəti səyyar vergi yoxlaması aprılmışdır. Yoxlama 30 yanvar 2019-cu il tarixdə başlamışdır. - 11.03.2019-cu il tarixli, **********178538 nömrəli qərarla səyyar vergi yoxlamasının müddəti yoxlamanın obeyktiv və dolğun keçirilməsi üçün sənədlərin ətraflı öyrənilməsinə, əldə edilmiş məlumatların, eləcə də, bütün qarşılıqlı əməliyyatların, işlərin, xidmətlərin yerinə yetirilməsi və təhviltəslimi ilə bağlı sənədlərin araşdırılmasına əlavə vaxt tələb olunduğu üçün 30 (otuz) iş günü artırılmışdır. - 30.04.2019-cu il tarixli, **********182035 nömrəli qərarla vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edilməsi və ya ekspertiza keçirilməsi ilə əlaqədar səyyar vergi yoxlamasının müddəti 30.04.2019-cu il tarixdən 30.05.2019-cu il tarixədək olan müddətdə müvəqqəti dayandırılmışdır (təxirə salınmışdır). - 30.05.2019-cu il tarixli, **********184021 nömrəli qərarla vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edilməsi və ya ekspertiza keçirilməsi ilə əlaqədar səyyar vergi yoxlamasının müddəti 30.05.2019-cu il tarixdən 27.06.2019-cu il tarixədək olan müddətdə müvəqqəti dayandırılmışdır (təxirə salınmışdır). - 28.06.2019-cu il tarixli, **********185900 nömrəli qərarla səyyar vergi yoxlamasının aparılması zamanı yaranan sualların (məsələlərin) aydınlaşdırılması üçün Daşınmaz əmlakın icarə haqları sahəsində xüsusi biliklərə malik olan ekspertlərin cəlb olunması ilə əlaqədar daşınmaz əmlakın icarə haqları üçün ekspertiza təyin edilmiş, ekspertizanın keçirilməsi üçün Azərekspertiza İdarəsinin nümayəndəsi X2 ekspert qismində dəvət edilmişdir. Ekspert qarşısında 11.09.2016-cı il tarixdən 01.12.2018-ci il tarixədək olan dövr üzrə müəssisə tərəfindən icarəyə götürülmüş qeyriyaşayış sahəsinin orta bazar qiymətlərinin müəyyən edilməsi barədə sual qoyulmuşdur. - P-053 nömrəli, 03.07.2019-cu il tarixli “Ekspertizanın keçirilməsi haqqında qərarla tanış olma”nın protokolundan görünür ki, ekspertizanın keçirilməsi haqqında 28.06.2019-cu il tarixli, **********185900 nömrəli qərarla Cəmiyyətin direktoru X5 və ekspert X2 tanış edilmişdir. - 26.07.2019-cu il tarixli, **********187546 nömrəli qərarla vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edilməsi və ya ekspertiza keçirilməsi ilə əlaqədar səyyar vergi yoxlamasının müddəti 26.07.2019-cu il tarixdən, 26.08.2019-cu il tarixədək olan müddətdə müvəqqəti dayandırılmışdır (təxirə salınmışdır). - 26.08.2019-cu il tarixli, **********188999 nömrəli qərarla vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edildikdə və ya ekspertiza keçirilməsi ilə əlaqədar səyyar vergi yoxlamasının müddəti 26.08.2019-cu il tarixdən, 26.09.2019-cu il tarixədək olan müddətdə müvəqqəti dayandırılmışdır (təxirə salınmışdır). - 27.09.2019-cu il tarixdə, **********175432 nömrəli “Səyyar vergi yoxlaması aktı” tərtib edilərək 02.10.2019-ci il tarixdə poçt rabitəsi vasitəsi ilə "xxxx" MMC-yə göndərilmiş, Cəmiyyət tərəfindən sözügedən akt 03.10.2019-ci il tarixdə qəbul edilmişdir. - 28.10.2019-cu il tarixli, **********308300 nömrəli məktubla Vergilər Nazirliyi Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçı MMC-nin direktoruna “Keçirilmiş səyyar vergi yoxlamasının nəticələrinin rəsmiləşdirilməsi barədə” məktub ünvanlanaraq bildirilmişdir ki, Baş İdarənin səyyar vergi yoxlamasının keçirilməsi haqqında 15.01.2019-cu il tarixli, **********174290 nömrəli Qərarı ilə İddiaçı MMC-də (VÖEN **********) növbəti səyyar vergi yoxlaması (yoxlanılan dövr: 01.09.2016- 01.12.2018) keçirilmiş və nəticəsi 25.09.2019-cu il tarixli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 39.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi yoxlaması aktı ilə və ya onun hər hansı bir hissəsi ilə razılaşmadıqda vergi yoxlaması aktının verilməsi günündən 30 gün müddətində müvafiq vergi orqanına aktı imzalamamasının səbəblərini izah edə, yaxud akta və ya onun ayrı-ayrı hissələrinə öz etirazını yazılı surətdə bildirə bilər. Bu halda vergi ödəyicisinin yoxlama aktını imzalamamaq və ya etirazını ona öz yazılı izahatını (etirazını) təsdiq edən sənədlərin surətini əlavə edərək vergi orqanına təqdim etmək hüququ vardır. Vergi yoxlaması aktına, vergi qanunvericiliyinin pozulması hallarına, onların aradan qaldırılması və müvafiq sanskiyaların tətbiq edilməsi məsələsinə 30.10.2019-cu il tarixdə, saat 12:00-da baxılacaqdır. Göstərilənlərlə əlaqədar onun və ya nümayəndəsinin şəxsiyyətini təsdiq edən vəsiqənin surəti və səlahiyyətlərini təsdiq edən etibarnamə ilə Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə gələrək, iştirakının təmin edilməsi xahiş olunur, əgər üzürlü səbəb olmadan iştirakı təmin edilməsə, yoxlamanın materiallarına və digər sənədlərə iştirakları olmadan baxılacaqdır. - İddiaçı MMC tərəfindən Vergilər Nazirliyi Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 30.10.2019-cu il tarixdə məktubla müraciət edilərək, Baş İdarənin 28.10.2019-cu il tarixli, **********308300 saylı məktubuna cavab olaraq bildirilmişdir ki, İddiaçı MMC-yə növbəti səyyar vergi yoxlaması üzrə tərtib olunmuş akt tanışlıq və baxılması üçün onlara təqdim edilməmiş və tərəfindən imzalanmamışdır. Ona görə də, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 39.5-ci maddəsinə əsasən vergi ödəyicisi kimi yoxlama aktı ilə tanış olmadıqlarından münasibət bildirmək mümkünsüzdür. - 01.11.2019-cu il tarixli, **********192561 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarına əsasən İddiaçı MMC üzrə keçirilmiş səyyar vergi yoxlamasının nəticələri haqqında 27.09.2019-cu il tarixli, **********175432 nömrəli aktına və 28.10.2019-cu il tarixli **********308300 nömrəli sənədə baxıb müəyyən edilmişdir ki, mənfəət vergisi və əlavə dəyər vergisi azaldılmışdır. Əmlak vergisi artıq hesablanmışdır. Vergi ödəyicisinin özünü müdafiəsi üçün gətirdiyi dəlillər və digər sənədlər yoxdur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23-cü və 49-cu maddələrini əsas tutaraq, qərara alınmışdır ki, 2016-cı il mənfəət vergisi hesabat dövrü üzrə 36417.35 manat əlavə vergi məbləği və 18208.68 manat maliyyə sanksiyası, 2016-cı il əlavə dəyər vergisi hesabat dövrü üzrə 160752.57 manat əlavə vergi məbləği və 60070.89 manat maliyyə sanksiyası, 2017-ci il mənfəət vergisi hesabat dövrü üzrə 104483.81 manat əlavə vergi məbləği və 52241.91 manat maliyyə sanksiyası, 2017-ci il əlavə dəyər vergisi hesabat dövrü üzrə 525984.89 manat əlavə vergi məbləği və 262992.45 manat maliyyə sanskiyası, 2018-ci il əlavə dəyər vergisi hesabat dövrü üzrə 510702.22 manat əlavə vergi məbləği və 255351.11 manat maliyyə sanksiyası olmaqla, cəmi 1 338 340.84 manat əlavə vergi məbləği və 648 865.04 manat maliyyə sanksiyası olmaqla vergi məsuliyyətinə cəlb edilmişdir. Məhkəmənin 2-1(112)-2836/2021 saylı, 10.11.2020-ci il tarixli qərardadı ilə mübahisəli qərar ilə vergi məbləğinin düzgün hesablanıb-hesablanmamasının müəyyən edilməsi məqsədilə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş və ekspert qarşısında aşağıdakı məzmunda suallar qoyulmuşdur: 1. İddiaçı MMC tərəfindən ekspertizaya təqdim edilmiş sənədlər Azərbaycan Respublikası vergi qanunvericiliyinə əsasən, Cəmiyyətin 01 sentyabr 2016-cı ildən 01 dekabr 2018-ci ilədək olan dövr üzrə vergitutma bazasının müəyyən edilməsinə və vergilərin hesablanmasına kifayət edirmi? 2. İddiaçı MMC-nin ekspertizaya təqdim etdiyi sənədlər əsasında hesablanmış vergilərlə Cəmiyyətin vergi bəyannamələri üzrə təqdim etdiyi sənədlərdə və ödədiyi vergilərin məbləğində fərq və kənarlaşma vardırmı? 3. 01.11.2019-cu il tarixli, **********192561 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar üzrə hesablanan vergi məbləği əsaslıdırmı? 4. əgər 01.11.2019-cu il tarixli, **********192561 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar üzrə hesablama ekspertiza ilə öz təsdiqini tapmırsa, vergi yoxlaması ilə əhatə edilən dövr və yoxlanılan tədiyyələr üzrə nə qədər vergi hesablanmalıdır? 5. gəlirin əldə edilməsi ilə bağlı iddiaçının hər hansı xərci iş materiallarında olan sənədlərlə öz təsdiqini tapırmı? 6. əgər gəlirin əldə edilməsi ilə bağlı iddiaçının hər hansı xərci iş materiallarında olan sənədlərlə öz təsdiqini tapırsa, həmin sənədlərin hər birinin növü, adı və rekvizitləri (tarixi, seriyası və nömrəsi) nədən ibarətdir? 7. əgər gəlirin əldə edilməsi ilə bağlı iddiaçının hər hansı xərci iş materiallarında olan sənədlərlə öz təsdiqini tapırsa, həmin sənədlərin hər birində əks olunmuş məbləğ ayrılıqda nə qədərdir və bu sənədləri hansı vergi ödəyiciləri təqdim (tərtib) etmişdir? 8. əgər gəlirin əldə edilməsi ilə bağlı iddiaçının hər hansı xərci iş materiallarında olan sənədlərdə öz təsdiqini tapırsa, həmin sənədlərdə göstərilən məbləğin gəlirdən çıxılan xərc kimi nəzərə alınması vergi qanunvericiliyinin tələblərinə uyğundurmu? Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəmənin sözügedən qərardadının icrası ilə əlaqədar olaraq 9/533 nömrəli, 26 may 2021-ci il tarixli ekspert rəyi təqdim edilərək, rəyin nəticə hissəsində göstərilmişdir ki, birinci və dördüncü suallar üzrə: rəyin tədqiqi hissəsində göstərildiyi kimi, 27.09.2019-cu il tarixli, **********175432 nömrəli səyyar vergi yoxlaması ilə aparılmış əlavə hesablamalara əsas olmuş və yuxarıda göstərilən normativ-hüquqi aktların tələblərinə cavab verən mühasibat sənədləri təqdim edilmiş iş materiallarında tam şəkildə olmadığından həmin əlavə hesablamaların düzgünlüyünü müəyyən etmək mümkün deyildir. Eyni zamanda bildirilir ki, İddiaçı MMC tərəfindən ekspertizaya təqdim edilmiş sənədlər Azərbaycan Respublikası vergi qanunvericiliyinə əsasən, Cəmiyyətin 01 sentyabr 2016-cı ildən 01 dekabr 2018-ci ilədək olan dövr üzrə vergitutma bazasının müəyyən edilməsinə və vergilərin hesablanmasına kifayət edir. Beləliklə, bütün yuxarıda qeyd olunanlara əsasən 27.09.2019cu il tarixli, **********175432 nömrəli səyyar vergi yoxlaması aktı ilə İddiaçınə səyyar vergi yoxlamasının əhatə etdiyi dövr üzrə əlavə olaraq 140.901,16 manat məbləğində mənfəət vergisinin və 1.197.439.68 manat məbləğində ƏDV-nin hesablanmasının düzgünlüyü müəyyən olunmur. Həmçinin qeyd edilir ki, hazırki tədqiqata təqdim edilmiş sənədlərlə vergi ödəyicisinin hesabat məlumatları arasında kənarlaşmanın olmaması müəyyən olundu. Yəni vergi ödəyicisi tərəfindən dövlət büdcəsinə ödənilməli olan vergi məbləğləri həmin vergi ödəyicisinin hesabatlarında öz əksini tapmışdır. Beşinci-səkkizinci suallar üzrə: rəyin tədqiqi hissəsində göstərildiyi kimi, təqdim edilmiş iş materiallarında İddiaçı ayrı-ayrı vergi ödəyiciləri ilə apardığı əməliyyatlara dair gəlirin əldə edilməsi ilə bağlı xərc sənədləri (bank sənədləri, kassa sənədləri, qaimə-fakturalar, VHF-lər və s.) mövcuddur ki, həmin sənədlərin ciddi hesabat sənədləri olması və həmçinin həmin sənədlərin vergi qanunvericiliyinin tələblərinə uyğun olması müəyyən olunur. Bununla yanaşı qeyd edilir ki, xərc sənədlərinin hər birinin növü, adı və rekvizitləri (tarixi, seriyası və nömrəsi) və hər birində əks olunmuş məbləğləri təqdim edilmiş iş materiallarında öz əksiki tapmışdır. Beləliklə sadalanan xüsusatlara hüquqi qiymət verərək, məhkəmə mübahisə ilə bağlı qeyd edir ki, cavabdeh tərəfindən mübahisəli qərarın qəbul edilməsi zamanı aparılan inzibati icraat zamanı maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. Belə ki, ilk öncə cavabdeh tərəfindən «Unikal-A” MMC üzrə 15.01.2019-cu il tarixli, **********174290 saylı, “səyyar vergi yoxlamasının keçirilməsi haqqında” qərarla avqust 2016 – noyabr 2018 vergi dövrü üzrə səyyar vergi yoxlaması təyin edilmiş və yoxlama 27.09.2019-cu il tarixli səyyar vergi yoxlaması aktı ilə başa çatmışdır. Cavabdeh səyyar vergi yoxlaması aktında səyyar vergi yoxlamasının müvəqqəti dayandırma və müddət uzadılması barədə qərarların olmasını göstərmiş, həmin qərarların surəti məhkəməyə təqdim edilmiş, lakin, məhkəmə araşdırması zamanı səyyar vergi yoxlamasının müddətinin dayandırılması və müddət uzadılması barədə qərarların əsaslı olmasını, yəni iş üzrə müstəsna halların olmasını müəyyən etmək mümkün olmamışdır. Belə ki, 30.04.2019-cu il tarixli, 30.05.2019-cu il tarixli və 26.07.2019-cu il tarixli qərarlarda səyyar vergi yoxlamasının müddətinin uzadılmasının əsası kimi vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edilməsi və ya ekspertiza keçirilməsi göstərilsə də, həmin qərarların icrası ilə əlaqədar hər-hansı bir mütəxəssisin dəvət edilməsini və ya ekspertizasının keçirilməsini müəyyən etmək mümkün olmamışdır. Bununla bağlı, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iddia ərizəsinə qarşı etiraz ərizəsində də, səyyar vergi yoxlamasının müddətinin uzadılmasına əsas olmuş hallar barədə mötəbər sübutlar təqdim edilməmişdir. Sadəcə qanunvericiliyin normaları sadalanmaqla kifayətlənmişdir. Halbuki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38.2-ci maddəsinin tələblərinə əsasən növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. Aşağıda göstərilən hallarda yuxarı vergi orqanının əsaslandırılmış qərarına əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddəti 30 gündən çox olmayan müddətə uzadıla bilər: nümunə kimi götürülən əşyaların tədqiqi, səyyar vergi yoxlaması zamanı ekspertizanın keçirilməsi və ya mütəxəssis tərəfindən rəy verilmə üçün müxtəlif bilik sahələrindən istifadə etməklə aparıldıqda; səyyar vergi yoxlaması ilə əlaqədar vergi orqanları tərəfindən göndərilən sorğulara cavabların alınma müddətləri cavab göndərən şəxslər tərəfindən pozulduqda. Həmin Məcəllənin 38.3-cü maddəsinə görə növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən aşağıda göstərilən hallarda keçirilə bilər: - (38.3.5) vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə. Həmin Məcəllənin 49.2-ci maddəsinə görə vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, vergi qanunvericiliyinin pozulmasına görə və tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməklə vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması ona izah olunur. Həmin Məcəllənin 49.5-ci maddəsinə görə vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. Hazırki iş üzrə məhkəmə araşdırması zamanı qanunvericiliyin yuxarıda sadalanan normalarında göstərilən səyyar vergi yoxlaması müddətinin uzadılması ilə bağlı əsaslar müəyyən edilməmişdir. Bundan əlavə, iş materiallarında 27.09.2019-cu il tarixli, **********175432 nömrəli səyyar vergi yoxlaması ilə aparılmış əlavə hesablamalara əsas olmuş və qanunvericiliyin tələblərinə cavab verən mühasibat sənədlərinin təqdim edilmiş iş materiallarında tam şəkildə olmadığından həmin əlavə hesablamaların düzgünlüyünün müəyyən edilməməsi barədə, İddiaçı MMC tərəfindən ekspertizaya təqdim edilmiş sənədlərin Azərbaycan Respublikası vergi qanunvericiliyinə əsasən, Cəmiyyətin 01 sentyabr 2016-cı ildən 01 dekabr 2018-ci ilədək olan dövr üzrə vergitutma bazasının müəyyən edilməsinə və vergilərin hesablanmasına kifayət etməsi, 27.09.2019-cu il tarixli, **********175432 nömrəli səyyar vergi yoxlaması aktı ilə İddiaçı MMC-yə səyyar vergi yoxlamasının əhatə etdiyi dövr üzrə əlavə olaraq 140.901.16 manat məbləğində mənfəət vergisinin və 1.197.439.68 manat məbləğində ƏDV-nin hesablanmasının düzgünlüyü müəyyən olunmaması, ekspertiza tədqiqatına təqdim edilmiş sənədlərlə vergi ödəyicisinin hesabat məlumatları arasında kənarlaşmanın olmaması müəyyən olunması, yəni vergi ödəyicisi tərəfindən dövlət büdcəsinə ödənilməli olan vergi məbləğlərinin həmin vergi ödəyicisinin hesablatlarında öz əksini tapması, İddiaçı ayrı-ayrı vergi ödəyiciləri ilə apardığı əməliyyatlara dair gəlirin əldə edilməsi ilə bağlı xərc sənədlərinin (bank sənədləri, kassa sənədləri, qaimə-fakturalar, VHF-lər və s.) mövcud olması, həmin sənədlərin ciddi hesabat sənədləri olması və həmçinin həmin sənədlərin vergi qanunvericiliyinin tələblərinə uyğun olmasının müəyyən edilməsi, xərc sənədlərinin hər birinin növü, adı və rekvizitləri (tarixi, seriyası və nömrəsi) və hər birində əks olunmuş məbləğlərinin iş materiallarında öz əksini tapması barədə ekspert rəyi mövcuddur ki, məhkəmə həmin ekspert rəyi ilə razılaşaraq qeyd edir ki, ekspert rəyi məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməklə tərtib edilmiş və işdəki digər sənədlərlə öz təsdiqini tapır. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, iş üzrə mübahisəli qərarla vergi məbləğinin hesablanması zamanı cavabdeh tərəfindən işin faktiki və hüquqi halları düzgün araşdırılmayaraq, iddiaçıya münasibətdə qanunvericiliyin normaları düzgün tətbiq edilmədiyindən, mübahisəli qərar əsassız olmaqla ləğv edilməlidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. Həmin Məcəllənin 23.1.2-ci maddəsinə əsasən vergi orqanı vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda elektron auditin məqsədləri üçün vergi ödəyicisinin və onun filiallarının elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb edə bilər. «Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında» AR Qanununun 3-cü maddəsinə əsasən yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 13.1-ci maddəsinə görə sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Həmin Qanunun 13.3-cü maddəsinə əsasən yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. Həmin Qanunun 17.1-ci maddəsinə görə yoxlama yoxlayıcı orqanın rəhbəri və ya onu əvəz edən şəxs tərəfindən imzalanan qərar əsasında aparılır. Həmin Qanunun 17.2.7-ci maddəsinə görə yoxlamanın aparılması haqqında qərarda yoxlamanın müddəti (başlama və başa çatma tarixləri göstərilməklə) göstərilir. Həmin Qanunun 18-ci maddəsinə görə yoxlayıcı orqanın rəhbəri və ya onu əvəz edən şəxs tərəfindən yoxlamanın dayandırılması barədə əsaslandırılmış qərar qəbul edilir və bu barədə məlumat yoxlamaların vahid məlumat reyestrinə daxil edilir. Yoxlamanın dayandırıldığı müddət yoxlamanın ümumi müddətinə daxil edilmir. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə»nin 1.5-ci bəndinə görə sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Əsasnamənin 3.4-cü bəndinə görə reyestrə yoxlama ilə bağlı aşağıdakı məlumatlar daxil edilir: (3.4.11) yoxlamanın müddəti (başlama və sona çatma tarixləri göstərilməklə), (3.4.16) yoxlamanın dayandırılması və ya vergi yoxlamalarının müddətinin artırılması barədə məlumat (tarix, müddət, əsas, qərarı verən şəxsin vəzifəsi, soyadı, adı, atasının adı göstərilməklə). “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanununun 24-cü maddəsinin tələblərinə əsasən: 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir; 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur; 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Həmin Qanununun 48.1-ci maddəsinə əsasən inzibati icraatla bağlı hərəkətlər bu Qanunla və Azərbaycan Respublikasının başqa müvafiq qanunları ilə müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Həmin Qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə eləcə də qeyd edir ki, iş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 26 may 2021-ci il tarixli, 9/533 saylı ekspertiza xərclərinə dair bildirişindən görünür ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 145 (yüz qırx beş) manatdır və iddiaçıdan 145 (yüz qırx beş) manat ekspertiza xərci tutularaq, Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 70, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 01 noyabr 2019-cu il tarixli, **********192561 saylı qərarı ləğv edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 145 (yüz qırx beş) manat məbləğində pul İddiaçındən Məhkəmə Ekspertiza Mərkəzinin (VÖEN **********, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab АZ41 NABZ********************4, SFİFTBİK CTREAZ22) xeyrinə tutulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-589/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-589/2021
08.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver