Məhkəmə qərarları › İş №2-1(112)-589/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-589/2022

19.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-589/2022 19.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçı Cavabdehin nümayəndəsi X5 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi barədə” iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə müraciət edərək, 25 sentyabr 2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək iddiaçıya 60 yaşının tamam olduğu 25 sentyabr 2020-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxxxx 1960-cı il tarixdə Quba rayonunun Rustov kəndində anadan olmuş, əmək fəaliyyətinə 01 iyul 1983cü il tarixdən başlamışdır. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh ərizəsinə və ona əlavə olunmuş sənədlərinə baxaraq imtina məktubunda güzəştli iş stajının 12 il 6 aydan az (5 il 11 ay) təşkil etdiyini bildirərək pensiya təyinatından imtina etmişdir. İddiaçı hazırda "xxxx" MMCdə metalkonstruksiyaların quraşdırılması üzrə quraşdırıcı peşəsində işləyir. "xxxx" MMC tərəfindən verilmiş güzəştli arayışdan görünür ki, təkcə "xxxx" MMC-də güzəştli əmək şəraitində iş müddəti 5 il 10 ay 12 gün təşkil edir. Göründüyü kimi cavabdeh təqdim etdiyi sənədlərdən yalnız "xxxx" MMC tərəfindən verilmiş güzəştli arayışı nəzərə almış, əmək kitabçasında olan digər iş yerlərində olan güzəştli şərtlərlə xidmət illərini nəzərə almamışdır. Hesab edir ki, cavabdehin imtinası əsassızdır və qanuna ziddir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra-İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iş üzrə cavabdehə göndərilmiş, cavabdehdən iddiaya dair münasibətini yazılı şəkildə bildirməsi tələb olunmuşdur. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2021-ci il tarixli, **********0 saylı etirazda bildirilmişdir ki, iddia tam əsassızdır və qanunazidd olduğuna görə rədd edilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi 01 iyul 1983-cü il tarixli, ******* nömrəli əmək kitabçasından göründüyü kimi onun güzəştli iş stajı 12 il 6 aydan az (5 il 11 ay) təşkil edir. Bundan əlavə iddiaçının fəaliyyət göstərdiyi "xxxx" müəssisə tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli “güzəştli arayış”da İddiaçı yalnız xx.xx.2012xx.xx.2017-ci il tarixləri arasındakı dövrdə işlədiyi metalkonstruksiyaların quraşdırılması üzrə quraşdırıcı peşəsi güzəştli iş stajına aid edilmişdir. Qeyd olunanları nəzərə alaraq, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. Şifahi məhkəmə baxışı iclasında iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Belə ki, iş materiallarına əlavə edilmiş: - Qaradağ RPİ tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş AZE seriyalı, ******** saylı şəxsiyyət vəsiqəsindən görünür ki, iddiaçı xx.xx.1960-cı il tarixdə Quba rayonunun Rostov kəndində anadan olmuşdur. - İddiaçıya məxsus HЗ № ******* saylı hərbi biletdən görünür ki, iddiaçı xx.xx.1979-ci il tarixdən xx.xx.1981-ci il tarixə qədər həqiqi hərbi xidmətdə olmuşdur. - İddiaçıya məxsus 015776 saylı diplomdan görünür ki, o, xx.xx.1978-ci il tarixdən xx.xx.1983-cü il tarixə qədər X6 Texnikumda təhsil almışdır. - İddiçıya məxsus ИТ seriyalı ******* saylı xx.xx.1983-ci il tarixdə doldurulmuş əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.1983-cü il tarixindən qeyri-standart avadanlıqlar istehsal edən mexaniki emalatxanaya mexaniki yığma işləri üzrə çilingər təyin edilmiş (xx.xx.1983-cü il tarixli 106/K nömrəli əmr), xx.xx.1984-cü il tarixindən Bakı Dərin Özüllər Zavoduna köçürmə yolu ilə sexə mexaniki yığma işləri üzrə çilingər təyin edilmiş (xx.xx.1984-cü il tarixli 3/K nömrəli əmr), xx.xx.1989-cu il tarixində işdən azad olunmuş (xx.xx.1989-cu il tarixli 259/K nömrəli əmr), xx.xx.1989-cu il tarixdən (əmr № 41 xx.xx.1989-cu il) Dənizkənarı Mədəniyyət və İstirahət parkında texnik, xx.xx.1989-cu il tarixdən (əmr №34 xx.xx.1989) “Bəhram” kooperativində, xx.xx.1989-cu il tarixindən xx.xx.1990-cı il tarixədək “Zoluşka” kooperativində, xx.xx.1990-cı il tarixdən xx.xx.1996-cı il tarixə qədər “Zövq” kooperativində, xx.xx.2000-ci il tarixdən xx.xx.2001-ci il tarixə qədər “X10”də mexaniklər sahəsində briqadir (Əmr № 0039/K), xx.xx.2002-ci il tarixdən xx.xx.2004-cü il tarixə qədər “MK X3” İnc-də quraşdırıcı, xx.xx.2004-cü il tarixdən xx.xx.2007-ci il tarixə qədər (əmr №180/k xx.xx.2004) “X7” MMC-də 6-cı dərəcəli quraşdırıcı, xx.xx.2008-ci il tarixindən (xx.xx.2008-ci il tarixli 43/k saylı əmr) xx.xx.2009-cu il tarixinədək (xx.xx.2009-ci il tarixli 15/k saylı əmr) Heydər Əlivev adına Bakı Dərin Özüllər Zavodu Üst tikililərin yığılması və quraşdırılması sexində quraşdırıcı, xx.xx.2012ci il tarixdən xx.xx.2012-ci tarixə qədər sexdə m/k yığılması üzrə çilingər (Əmr № 307/i xx.xx.2012-ci il), xx.xx.2012-ci il tarixdən xx.xx.2017-ci il "xxxx" MMC-də X1 üzrə quraşdırıcı (əmr № 15803 xx.xx.2012-ci il), xx.xx.2019-cu il tarixdən metal konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcı vəzifəsində hal-hazıradək işləyir. - Cavabdehin iddiaçıya ünvanlanmış xx.xx.2020-ci il tarixli **********6 saylı imtina məktubu ilə bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin emək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Mərkəzi Filiala təqdim etdiyi 1 iyul 1983-cü il tarixli MT-İ ******* nömrəli əmək kitabçasından göründüyü kimi, güzəştli iş stajı 12 il 6 aydan az (5 il 11 ay) təşkil edir. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatından imtina edilmişdir. - "xxxx"in xx.xx.2020-ci il tarixli HR-2020/BOS/GHA/R-00/3973 saylı arxiv arayışından görünür ki, iddiaçı "xxxx" MMC-də xx/xx/2012-ci il tarixdə X1 üzrə Quraşdırıcı peşəsinə işə qəbul olunub. Onunla bağlanmış əmək müqaviləsinə xx/xx/2017-ci il tarixdə xitam verilib (xx/xx/2017-ci il tarixli 797/17 ir saylı Əmr). İddiaçı yenidən "xxxx" MMC-də Əmək müqaviləsinə əsasən xx/xx/2019-cu il tarixdən bu günədək Metalkonstruksiyaların Quraşdırılması üzrə Quraşdırıcı peşəsində işləyir. "xxxx" MMC xx.xx.2001-ci il tarixindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən hüquqi qeydiyyata alınmış və əsas fəaliyyət növünü “stasionar dərin dəniz özüllərinin və özüllərin yuxarı hissələrinin blok modullarının metalkonstruksiyalarının quraşdırılması” işlərinin icrası təşkil edir. Beləliklə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”, 29-cu hissədə, öz əksini tapmış “polad və dəmir - beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar” bəndinə əsasən İddiaçı güzəştli şərtlərlə xidmət illərinə görə təqaüd hüququ verən iş stajı yaranmışdır. Onun "xxxx" MMC-də güzəştli əmək şəraitində iş müddəti 5 il 10 ay 12 gün təşkil edir. - Cavabdehin xx.xx.2021-ci il tarixli **********0 saylı məktubundan görünür ki, iddiaçının 2006-cı ilədək olan əmək stajına uyğun hesablanmış pensiya kapitalı 14867,69 manat, 2006-cı ildən sonrakı dövr üçün isə 60768,09 manat olmaqla cəmi pensiya kapitalı 75635,78 manat təşkil edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 27.1-ci maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Bununla əlaqədar olaraq iddiaçının 1 yanvar 2006-cı il tarixinədək olan 19 il 6 ay 4 gün iş stajı pensiya kapitalına çevrilməklə hesablanmış və Azərbaycan Respublikası Prezidentinin müvafiq illər üzrə sərəncamlarına əsasən indeksləşdirilərək 14867,69 manat müəyyən edilmişdir. Adıçəkilən şəxsin həmin tarixdən sonrakı işlədiyi dövr üzrə fərdi hesabında 60768,09 manat pensiya kapitalı qeydə alınmışdır. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla nəzərdə tutulmuş digər şərtlərin mövcud olacağı təqdirdə onun Mərkəzi Filiala müraciətində qeyd etdiyi kimi 60 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 39000,00 manat məbləğində hesablanmışdır. - "xxxx"in xx.xx.2021-ci il tarixli HR-2021/BOS/GHA/R-00/249 saylı arxiv arayışından görünür ki, İddiaçı "xxxx" MMC-də xx/xx/2012-ci il tarixdə X1 üzrə Quraşdırıcı peşəsinə işə qəbul olunub, onunla bağlanmış əmək müqaviləsinə xx/xx/2017-ci il tarixdə xitam verilib (xx/xx/2017-ci il tarixli 799/17 ir saylı Əmr). İddiaçı yenidən "xxxx" MMC-də Əmək müqaviləsinə əsasən xx/xx/2019-cu il tarixdən bu günədək Metalkonstruksiyaların Quraşdırılması üzrə Quraşdırıcı peşəsində işləyir. "xxxx" MMC xx.xx.2001-ci il tarixindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən hüquqi qeydiyyata alınmış və əsas fəaliyyət növünü “stasionar dərin dəniz özüllərinin və özüllərin yuxan hissələrinin blok modullarının metalkonstruksiyalarının quraşdırılması” işlərinin icrası təşkil edir. Beləliklə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”, 29-cu hissədə, öz əksini tapmış “polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar” bəndinə əsasən İddiaçı güzəştli şərtlərlə xidmət illərinə görə təqaüd hüququ verən iş stajı yaranmışdır. İddiaçı BOS Şelf MMC-də güzəştli əmək şəraitində iş müddəti 6 il 8 ay 29 gün təşkil edir. - “SOCAR”ın xx.xx.2021-ci il tarixli SOCAR**********80020123X00054 saylı arxiv arayışından görünür ki, iddiaçı Azərbaycan Respublikasının əmək pensiyası haqqında qanunvericiliyə uyğun olaraq, güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən qurasdırıcı peşəsində Heydər Əlivev adına Bakı dərin özüllər zavodu Üst tikililərin yığılması və quraşdırılması sexində xx.xx.2008-ci il tarixindən (xx.xx.2008-ci il tarixli 43/k saylı əmr) xx.xx.2009-cu il tarixinədək (xx.xx.2009-cu il tarixli 15/k saylı əmr) işləmişdir. İşlədiyi peşə üzrə iş stajı 11 ay 20 gün. İşlədiyi peşənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri: Mürəkkəb metalkonstruksiya qovşaqlarının gaynaq edilməsi, müxtəlif vəziyyətlərdə və müxtəlif hündürlüklərdə yıgılması, ayrı-ayrı elementlərdən və düyünlərdən ibarət dərinlik özüllərinin və qurgu konstruksiyalarının yığılmasında xüsusi mürəkkəb quraşdırma işlərindən ibarət olmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-cü il tarixli 12 saylı qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının 29-cu bəndinin “a” yarımbəndində “polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcı” vəzifə kodunda müəyyən edilmiş sahənin və peşənin xüsusiyyətləri ilə eynidir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin xx.xx.2021-ci il tarixli **********662100 saylı məktubundan görünür ki, Panamanın “X2 İnc.” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı (VÖEN **********) adlı qurum müəyyən edilmişdir. - “SOCAR”ın xx.xx.2022-ci il tarixli SOCAR**********30480092X00006 saylı arxiv arayışından görünür ki, İddiaçı xx.xx.1983-cü il tarixindən X4 İstehsal edən Mexaniki Emalatxanaya (sonradan Bakı Stasionar Dərinlik Özülləri Zavodu adlandırılmışdır) mexaniki yığma işləri üzrə çilingər peçəsinə işə qəbul edilmiş (xx.xx.1983-cü il tarixli 106/K nömrəli əmr) və xx.xx.1989-cu il tarixinədək həmin peşədə işlədikdən sonra öz xahişi ilə işdən azad olunmuşdur (xx.xx.1989-cu il tarixli 259/K nömrəli əmr). İddiaçı işlədiyi mexaniki yığma işləri üzrə çilingər peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin və göstəricilərin Siyahısı”nda (1 nömrəli və 2 nömrəli) qeyd olunan peşələr və vəzifələrlə uyğunluğu müəyyən edilməmişdir. - “X10”nin X-Y-1182 saylı xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, xx.xx.2009cu il tarixində müstəqil hüquqi şəxs olaraq yaradılmış "X10” QSC-nin məlumat bazasında İddiaçı əmək fəaliyyəti barədə heç bir informasiya yoxdur. - “MK X3 İnc” Şirkətinin məhkəməyə göndərdiyi xx.xx.2021-ci il tarixli məktubuna əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı xx.xx.2002-ci il tarixdən xx.xx.2004-cü il tarixə qədər quraşdırıcı vəzifəsində işləmişdir. Məhkəmə hesab edir ki, hazırkı mübahisəyə “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə uyğun olaraq baxılmalı və hüquqi qiymət verilməlidir. Məhkəmə qeyd edir ki, pensiya təyinatı orqanının mübahisələndirdiyi hal iddiaçının güzəştli iş stajı ilə əlaqədardır. İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Mülki Prosessual Məcəllənin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 2006-cı il 1 yanvar tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 2006-cı il 1 yanvar tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67ci maddəsinin “v” bəndinə əsasən hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, dövlət sərhədini mühafizə və prezidenti mühafizə orqanlarında xidmət müddəti, ğ) bəndinə əsasən isə ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Beləliklə, iddiaçının tələbinin təmin edilməsi və ona 60 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün onun xx.xx.2020-ci il tarixdək azı 25 il ümumi iş stajı olmalı, bunun 12 il 6 ayını Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulmuş işlərdə çalışmış olmalı, həmçinin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir. Lakin iş materiallarında olan iddiaçıya məxsus əmək kitabçasından və güzəştli arayışlardan görünür ki, iddiaçı tələb olunan 12 il 6 ay güzəştli iş stajını xx.xx.2020-cı il tarixədək toplamamışdır. Belə ki, iddiaçı xx.xx.2002-xx.xx.2004-cü illərdə “MK X3” İnc-də quraşdırıcı (2 il 1 ay 28 gün), xx.xx.2004-xx.xx.2007-ci illərdə “X7” MMC-də quraşdırıcı (2 il 09 ay), xx.xx.2008-xx.xx.2009-cu illərdə Heydər Əlivev adına Bakı X8raşdırıcı (11 ay 19 gün), xx.xx.2012-xx.xx.2012-ci illərdə çilingər (09 ay 2 gün), xx.xx.2012-xx.xx.2017-ci il "xxxx" MMC-də quraşdırıcı (5 il), xx.xx.2019- xx.xx.2020-ci illərdə metal konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcı (9 ay 20 gün) peşələrində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 29. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin (a) fəhlələr yarımbölməsində göstərilmiş polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcı peşəsində cəmi 11 il 08 ay 07 gün işləməklə xüsusi iş stajını toplamışdır. Məhkəmə, işdə olan sənədlərə əsaslanaraq belə qənaətə gəlir ki, cavabdeh inzibati orqanın iddiaçıya ünvalandığı imtina məktubu ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilməsi baxımından nəticə etibarilə qanuni və əsaslı olmuşdur. Beləliklə, məhkəmə araşdırması zamanı ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunur (İPM-14.3). Bu səbəbdən cavabdehin imtinası qanuni olmuş və iddiaçının hüquqlarını pozmamışdur (İPM- 73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur («İnzibati icraat haqqında» AR Qanunu, 17-ci maddə). İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanının üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı ona 60 yaşının tamam olduğu 25 sentyabr 2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddiası təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilməsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 3 HAKİM: MEHRİBAN QARAYEVA

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar