Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-589/2025 21.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, Qurbanlı Elnur Qubad oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X2, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Milli Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" 03 iyul 2023-cü il tarixli, **********173705 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir.
2. Məhkəmənin qərardadı ilə iddiaçının ərizəsinə əsasən iddia tələbi “03 iyul 2023-cü il tarixli, **********173705 nömrəli qərarın Dövlət Vergi Xidməti tərəfindən dəyişdirilmədən saxlanılması, transfer qiymətlərinin vergi orqanları tərəfindən yenidən tətbiq edilməsi nəticəsində 1 554 862,06 manat məbləğində əlavə mənfəət vergisinin və 777 431,03 manat məbləğində makiyyə sanksiyasının hesablanması və qeyri-rezidentin əlavə dəyər vergisi ilə bağlı 1 247 697,63 manat məbləğində əlavə vergi və 1 642 009,42 manat məbləğində maliyyə sanksiyasının hesablanması hissələrində ləğv edilməsi” kimi dəqiqləşdirilmişdir.
3. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı (bundan sonra - “İddiaçı") cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Milli Gəlirlər Baş İdarəsinin (“MGBİ”) “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 03 iyul 2023-cü il tarixli, **********173705 nömrəli Qərarına (bundan sonra “Qərar”) etiraz edir. MGBİ-nin 21 sentyabr 2021-ci il tarixli **********149874 saylı qərarına əsasən Avqust 2018- İyul 2021 tarixlərini əhatə edən vergi dövrü üzrə iddiaçıda X15 aparılmış və X15nın nəticəsində iddiaçıya 29 noyabr 2022-ci il tarixli **********150571 saylı ilkin X15 Aktı (“İlkin Akt”) təqdim edilmişdir. İddiaçı tərəfindən 05 yanvar 2023-cü il tarixində MGBİ-yə 29 noyabr 2022-ci il tarixli İlkin Aktın ləğv edilməsinə dair **********422600 saylı etiraz məktubu təqdim olunmuş və həmin etiraz məktubuna cavab olaraq MGBİ-nin 27 yanvar 2023-cü il tarixli **********167819 saylı “Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında” qərarına əsasən əlavə vergi yoxlaması tədbirləri həyata keçirilmişdir. Əlavə vergi yoxlaması tədbirlərinin nəticəsində iddiaçıya 08 may 2023-cü il tarixli **********150571 saylı yenilənmiş X15 Aktı (“Akt”) kağız nüsxədə təqdim edilmişdir. Aktda qeyd edilən dövrlər üzrə müvafiq bəyannamələrin yoxlanması nəticəsində təqdim edilmiş mənfəət vergisi (“MV”) bəyannamələrində mənfəət vergisi məbləğinin azaldılmasına görə əlavə 1 554 853,81 manat vergi məbləği və vergi məbləğinin 50% miqdarında yəni, 777 426,91 manat, təqdim edilmiş əlavə dəyər vergisi (“ƏDV”) bəyannamələrində ƏDV məbləğinin azaldılmasına görə, 1 322 623,75 manat ƏDV və azaldılmış vergi məbləğinin 50% miqdarında yəni, 661 322, 88 manat maliyyə sanksiyası, əlavə olaraq Vergi Məcəlləsinin (“VM”) 166-cı, 169.3-cü və 58.1-ci maddələrinə əsasən 1 033 960,51 manat maliyyə sanksiyasının tətbiq edilməsi nəzərdə tutulur. Bundan əlavə, Aktda muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan verginin (“MÖMV”) azaldılmasına görə 213 820,00 manat MÖMV və vergi məbləğinin 50% miqdarında yəni, 106 910,00 manat, məcburi sosial sığorta haqlarının azaldılmasına görə 263 391,00 manat sosial sığorta haqqı həmin məbləğin 50% miqdarında yəni, 131 695,50 manat maliyyə sanksiyasının tətbiq edilməsi nəzərdə tutulur. Yoxlamanın nəticələrinə dair MGBİyə iddiaçı tərəfindən 07 iyun 2023-cü il tarixli **********459700 saylı etiraz məktubu təqdim edilmişdir. Buna baxmayaraq, vergi yoxlayıcısı tərəfindən iddia olunan pozuntularla bağlı iddiaçının mövqeyi, ətraflı izahat, təqdim olunmuş dəlil və sübutlar MGBİ tərəfindən nəzərə alınmamış və 03 iyul 2023-cü il tarixli **********173705 saylı Qərar qəbul edilmişdir. Qərara əsasən ümumilikdə 3 354 688,37 manat məbləğində əlavə vergi və 2 711 315,75 manat məbləğində maliyyə sanksiyası hesablanmışdır. Hesablamalar dərhal şirkətin şəxsi hesab vərəqəsində öz əksini tapmış və iddiaçıya ödənişin 5 gün ərzində həyata keçirilməsi ilə bağlı Tələbnamə göndərilmişdir. İddiaçı tərəfindən 02 avqust 2023-cü il tarixində 03 iyul 2023-cü il tarixli **********173705 saylı Qərarın ləğv edilməsinə dair Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Vergi Xidmətinin Sənədlərlə iş və müraciətlərə baxılması (Katiblik) Baş İdarəsinə (“Dövlət Vergi Xidməti”) Şikayət məktubu təqdim olunmuş və Dövlət Vergi Xidməti “İnzibati şikayətin qismən təmin edilməsi haqqında” 30 oktyabr 2023-cü il tarixli, **********703500 nömrəli Qərar qəbul edilmişdir. “İnzibati şikayətin qismən təmin edilməsi haqqında” 30 oktyabr 2023-cü il tarixli, **********703500 nömrəli Qərara əsasən xx.xx.2023-cü il tarixli **********173705 nömrəli Qərar 74 926,12 manat məbləğində ƏDV və 37 463,06 manat məbləğində maliyyə sanksiyası, 263 390,88 manat məbləğində MDSS və 131 695,44 manat məbləğində maliyyə sanksiyası, 213 819,88 manat məbləğində MÖMV və 106 909,94 manat məbləğində maliyyə sanksiyası hissəsində ləğv edilmiş və həmin Qərar digər hissədə dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, iddiaçının inzibati aktdan şikayətinə yuxarı şikayət instansiyası tərəfindən baxılaraq 30 oktyabr 2023-cü il tarixində qərar qəbul edildiyindən və iddiaçıya onlayn kargüzarlıq vasitəsilə 31 oktyabr 2023-cü il tarixində təqdim olunduğundan qanunla nəzərdə tutulmuş 30 günlük şikayət vermə müddəti ötürülməmişdir. Hazırkı iddia ərizəsini yazmaqla cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Milli Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 03 iyul 2023-cü il tarixli, **********173705 nömrəli Qərarına etirazlarını bildirmək istəyirlər. Vergi orqanının məsələ ilə bağlı mövqeyi. Transfer Qiyməti ilə bağlı Vergi orqanlarının mövqeyi bundan ibarətdir ki, VM-nin 14-1,2.1-ci maddəsinə əsasən Transfer Qiyməti əsas götürülməklə vergilər Azərbaycan Respublikasının rezidenti ilə onunla qarşılıqlı surətdə asılı olan qeyri-rezident şəxslər arasında həyata keçirilən əməliyyatlardan hesablana bilər. Qərara əsasən, VM 14- 1.2-ci maddəsinə istinad edilərək İddiaçı ilə onun təsisçisi, Almaniya Federativ Respublikasının rezidenti olan SAP SE arasında X7 Müqaviləsi (“PTDM”) çərçivəsində aparılmış əməliyyatlara Transfer Qiymətləri tətbiq edilmişdir. Nəticədə, royalti və texniki xidmət haqqının hesablanması üçün faiz dərəcəsi 50% olaraq müəyyən edilmişdir. Transfer qiymətləri üzrə xərcə tanınmalı royalti və texniki dəstək xidmətinin haqqı üzrə məbləğ 2018-ci ildə 3 652 005,80 manat, 2019-cu ildə 872 880,93 manat, 2020-ci ildə 3 528 402,60 manat müəyyən edilmişdir. Yuxarıda qeyd edilənlərə və VM-in 14.1.1, 14-1.4cü maddələrinə əsasən xərclərin 2018-ci ildə 1 386 510,14 manat (5 038 515,94- 3 652 005,80), 2019-cu ildə 2 682 825,58 manat (3 555 706,50 - 872 880,93), 2020-ci ildə isə 75 856,46 manat (3 604 259,05 - 3 528 402,60) artıq hesablandığı müəyyən edilmişdir. Transfer Qiymətləri transmilli şirkət daxilində həyata keçirilən əməliyyatların şərtlərinə aiddir və müxtəlif ölkələrdə təsis edilmiş asılı müəssisələr arasında aparılan şirkətdaxili əməliyyatlar, yəni mal və xidmətlərin təqdim olunması əməliyyatlarında təyin edilən qiymətləri əhatə edir. Qiymətlər, transmilli şirkət daxilində qeyri-müstəqil asılı müəssisələr tərəfindən təyin edildiyinə görə müstəqil bazar qiymətini əks etdirməyə bilər. Bu isə, transmilli şirkətlər tərəfindən sərhədlər arası əməliyyatlar üzrə transfer qiymətlərinin həmin transmilli şirkətlərin öz yurisdiksiyalarında vergiyə cəlb olunan mənfəəti azaldacaq şəkildə təyin ediləcəyindən narahat olan vergi orqanları üçün ciddi problem yaradır. Nəticə etibarı ilə, dünyada transfer qiymətləri sahəsində tənzimləmə və qanunun tətbiqi gücləndirilir, transfer qiymətqoyma vergi uyğunluğu baxımından önəmli məsələyə çevrilir. 1979-cu ildən etibarən İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (“İƏİT”) Transfer Qiymətlərinin (“TQ”) tətbiqi üzrə praktiki Qaydalar hazırlayır. Transfer qiymətqoymanın konseptual əsaslarını ehtiva edən bu təlimat transfer qiymətqoyma sahəsində öz qanunvericiliyini hazırlayan bütün yurisdiksiyalar tərəfindən istinad sənədi kimi istifadə edilir. Azərbaycan Respublikasında Transfer Qiymətləri 2017-ci ildən etibarən tətbiq olunmaya başlayıb və Transfer Qiymətləri üzrə qanunvericilik İƏİTTQ Qaydalarına əsaslanır. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2017-ci il 27 yanvar tarixli **********006200 nömrəli Qərarı ilə müəyyən edilmiş Transfer Qiymətlərinin müəyyən edilməsi və tətbiqi qaydaları (“TQ Qaydalar”) əsasən transfer qiymətlərinin tətbiqi sahəsində istifadə olunan anlayışlar, əgər TQ Qaydalarda digər məna nəzərdə tutulmamışdırsa, Vergi Məcəlləsində, İƏİT-nın “Transmilli şirkətlər və vergi orqanları üçün Transfer qiymətləndirmə Qaydaları”nda qəbul edilmiş mənada tətbiq edilir. Azərbaycan Respublikasında tətbiq olunan TQ qanunvericiliyi və TQ qaydaları haqqında qısa məlumat iddia ərizəsinə əlavə olunmuş sənəddə təqdim olunur. Yuxarıda qeyd olunduğu kimi, Qərara əsasən, VM 14- 1.2-ci maddəsinə istinad edilərək iddiaçı ilə onun təsisçisi, Almaniya Federativ Respublikasının rezidenti olan SAP SE arasında PTDM çərçivəsində aparılmış əməliyyatlara Transfer Qiymətləri tətbiq edilmişdir. Nəticədə, royalti və texniki xidmət haqqının hesablanması üçün faiz dərəcəsi 50% olaraq müəyyən edilmişdir. İddiaçı və SAP SE arasında imzalanmış PTDM-ə uyğun olaraq, əqli mülkiyyətin sahibi SAP SE İddiaçıya proqram təminatını, sənədləri, üçüncü şəxslərin məlumat bazasını, son istifadəçilər üçün üçüncü şəxslərin proqram təminatını istifadə etmək, bazara çıxarmaq və sub-lisenziyaya vermək üçün qeyri-eksklüziv lisenziya verir. PTDM-ə əsasən İddiaçı proqram təminatları üzrə texniki xidmət lisenziyalarının satışının təşviqi və son istifadəçilər ilə müvafiq razılaşmaların əldə edilməsi və icrası üçün məsuliyyət daşıyır. İddiaçı son istifadəçini cari proqram təminatı, yeni təkmilləşdirmələr və proqram təminatının davamlı inkişafı barədə məlumatlandırır. İddiaçı həm də cari texniki xidmət müqavilələri bağlamış son istifadəçilərə proqram təminatının yeni buraxılışları, versiyaları, proqram təminatına düzəlişlər üzrə texniki dəstək xidmətlərini (“texniki xidmətlər”) aktivləşdirmək üçün lazım olan bütün vasitələr ilə təmin edilməsi üzrə xidmətlər göstərir. İddiaçı proqram təminatı və texniki xidmətin lisenziyalaşdırılması müqabilində SAP SE-yə hesabat ili üzrə əldə etdiyi gəlirlərdən 60% haqq ödəyir. Nəticədə iddiaçı SAP SE tərəfindən hazırlanmış proqram təminatların və SAP SE tərəfindən göstərilən texniki xidmətlərin Azərbaycan bazarında distribyusiya edilməsi xidmətlərinin müqabilində proqram təminatlarının və dəstək xidmətlərinin satışından əldə olunan gəlirlərin 40% əldə edir. Belə ki, VM-nin 14-1-ci maddəsinin tələblərinə əsasən iddiaçının onunla qarşılıqlı sürətdə asılı olan SAP SE ilə PTDM çərçivəsində aparılmış əməliyyatda tətbiq olunan 60% dərəcənin uzadılmış əl prinsipinə uyğun olmasını sübut etmək üçün iddiaçı üçüncü müstəqil konsaltinq şirkətini TQ qanunvericiliyində nəzərdə tutulmuş müqayisəli təhlilin aparılması üçün cəlb etmişdir. Beləliklə, İddiaçı özü qanunvericiliyi nəzərə alaraq tələb olunan təhlilləri həyata keçirmişdir. Həmin müqayisəli təhlil nəticəsində İddiaçı və SAP SE arasında imzalanmış PTDM ilə müqayisəli ola bilən 8 müqavilə müəyyən olunmuşdur. Seçilən müqavilələrdə tətbiq olunan royalti dərəcələrinin məqbul intervalı (müqayisəli təhlil nəticəsində tapılmış nəzarət olunmayan əməliyyatlar üzrə müvafiq göstəricilərin ən aşağı və ən yuxarı həddi arasında olan interval) 40-75 faiz kimi müəyyən olunmuşdur. Bunun nəticəsində iddiaçı PTDM çərçivəsində tətbiq olunan 60% dərəcənin uzadılmış əl prinsipinə uyğun olduğu qənaətinə gəlmişdir və müvafiq olaraq TQ Qaydalarının 6.5.2-ci maddəsinə əsasən mənfəət vergisi üzrə öhdəliklərini 60% dərəcəyə uyğun olaraq hesablamışdı. Həmin maddəyə əsasən əgər nəzarət olunan əməliyyat (hal hazırda İddiaçının SAP SE ilə apardığı əməliyyat) vergi ödəyicisi tərəfindən (İddiaçı tərəfindən) malların (işlərin, xidmətlərin) alınması (proqram təminatı və texniki xidmətin lisenziyalaşdırılması) ilə bağlıdırsa və əməliyyat zamanı təsbit edilmiş qiymət müəyyənləşdirilmiş transfer qiymətindən və ya intervaldan (müqayisəli təhlilə əsasən məqbul interval 40-75% faiz kimi müəyyən olunub) aşağı olduqda (PTMD çərçivəsində tətbiq olunan 60% dərəcə intervalın yuxarı həddi olan 75%-dən aşağıdır) vergilər faktiki alış qiyməti, yuxarı olduqda isə transfer qiyməti ilə hesablanır. Vergi orqanları İddiaçı tərəfindən aparılan iqtisadı təhlil nəticəsində SAP SE-nin İddiaçı ilə bağlanmış müqaviləsi ilə müqayisə oluna bilən kimi müəyyən olunmuş 8 müqavilədən yalnız bir müqaviləni saxlamışdır. Digər müqayisə oluna bilən kimi seçilmiş müqavilələr isə vergi orqanları tərəfindən kənarlaşdırılmışdır. Vergi orqanının SAP SE tərəfindən müqayisə oluna bilən kimi seçilmiş müqavilələrin kənarlaşdırılması üçün istifadə etdiyi əsas iki səbəb aşağıdakılardır: Seçilmiş müqavilələrdə lisenziya alanın işçi sayı və dövriyyəsinin İddiaçının müvafiq göstəriciləri ilə uyqun olmaması. Transfer Qiymətlərinin müəyyən edilməsi məqsədləri üçün X8 (“QMÜ”) istifadə olunmuşdur və vergi orqanları tərəfindən QMÜ-nun istifadəsi mübahisələndirilməmişdir. Digər üsullarının tətbiqindən fərqli olaraq, QMÜ-nun tətbiqi zamanı şirkətlər yox məhz müqayisə oluna bilən royalti üzrə müqavilələr İddiaçı və SAP SE arasında imzalanmış nəzarət olunan müqavilə ilə müqayisə olunur. Müqavilələrin müqayisəsi zamanı işçilərin sayı və şirkətin dövriyyəsi qiymətə təsir göstərə biləcək amil kimi nəzərə alınmamalıdır. Belə ki, müqayisə oluna bilən kimi seçilmiş müqaviləni imzalamış şirkətlər royalti müqaviləsindən irəli gələn fəaliyyətdən başqa digər fəaliyyət növləri ilə də məşğul ola bilərlər və bu səbəbdən əlavə işçiləri və dövriyyələri mövcud ola bilər. Halbuki, müqayisə oluna bilən kimi seçilmiş müqavilələri imzalanmış şirkətlərin digər fəaliyyət növlərinin mövcud olması royalti müqaviləsi əsasında müəyyən olunan xidmət haqqına iqtisadi baxımından təsir göstərməməlidir. Nümunə kimi, bir şirkət lisenziya müqaviləsi əsasında qeyri-maddi aktivin distribusiyası ilə və eyni zamanda İT sahəsində konsaltinq xidmətlərinin göstərilməsi ilə məşğul ola bilər. Həmin şirkətin iki gəlir mənbəyi mövcuddur və hər fəaliyyət üzrə müxtəlif sayda işçilər cəlb oluna bilər. Halbuki, lisenziya verən tərəfindən royalti haqqının müəyyən olunması zamanı şirkətin digər fəaliyyətinin mövcud olması təsir göstərməyəcək. Əlavə olaraq qeyd olunmalıdır ki, İƏİTTQ Təlimatları QMÜ istifadəsi zamanı məhz qiymətlərin müqayisə olunduğunu vurğulayır və tərəflərin və ya işçilərin sayını tərəflər arasında əməliyyatda razılaşdırılmış qiymətə təsir göstərən faktor kimi qeyd etmir. Bundan əlavə, Qaydalarının 8-ci maddəsinə əsasən, müqayisə edilə biləni və ya müqayisə edilə bilən haqqında hər hansı məlumatı müəyyən etmək üçün yalnız mənşəyi məlum olan mənbələrdən istifadə edilə bilər. Eyni zamanda, İƏİT TQ Qaydalarının İİİ Fəslinin 3.3. bəndinə əsasən məlumat bazalarında tapılan məlumatlar digər açıq mənbələr, məsələn, internet saytları vasitəsilə yoxlanıla bilər. Halbuki, yoxlama zamanı internet vasitəsi ilə şirkət haqqında tapılan məlumatın məlumat bazasında qeyd olunan şirkət üzrə məlumatın olduğuna əmin olmaq lazımdır. Bu məqsədlər üçün internet səhifəsində qeyd olunan şirkətin eyniləşdirilmə nömrəsi, ünvanı və telefonu haqqında məlumatın məlumat bazasında verilən məlumat ilə eynilik təşkil etdiyini təsdiq etmək lazımdır. Əks halda, internet vasitəsi ilə şirkət haqqında tapılan məlumat istifadə oluna bilməz. Bunun səbəbi odur ki, şirkətin adını internetdə axtarışa verib bir neçə eyni adlı və ya oxşar adlı şirkətlərin səhifəsini müəyyən etmək olar, halbuki eyniləşdirmə nömrəsi, ünvan və telefon nömrələri hər bir şirkət üzrə unikal olduğu üçün bu göstəricilər əsasında internet vasitəsi ilə tapılan şirkətin məhz məlumat bazasında olan şirkət olduğunu təsdiqləmək olar. Nəzərə alaraq ki, İddiaçı tərəfindən aparılan müqayisəli təhlil nəticəsində seçilən müqavilələrdə tərəflərin eyniləşdirmə nömrəsi, ünvanı və ya telefon nömrəsi qeyd olunmurdu və buna görə həmin şirkətlər haqqında işçi sayı və dövriyyə haqqında məlumatın vergi orqanları tərəfindən necə əldə olunması sualı yaranır. Beləliklə, biz belə bir nəticəyə gəlirik ki, vergi orqanları seçilmiş müqavilələrdən yalnız şirkətlərin adını əsas götürərək internet vasitəsi ilə axtarış aparıblar və axtarış zamanı müəyyən olunan ilk şirkətlər haqqında məlumatı istifadə ediblər. Halbuki, hərtərəfli müqayisəli təhlilin prinsiplərindən biri məlumat bazasından tapılan şirkət haqqında məlumatın internetdən axtarışı zamanı internet vasitəsi ilə müəyyən olunan şirkətin məlumat bazasında verilən şirkət ilə eyni olduğunu təsdiqləməkdir. Burdan belə bir nəticəyə gəlinir ki, vergi orqanı kənarlaşdırılan müqavilələrdəki tərəflər haqqında məlumatın hansı mənbələrdən əldə etdiyini bizə təqdim etmədiyi üçün həmin tərəflərin işçi sayı və dövriyyəsi haqqında məlumatların etibarlı mənbələr əsasında müəyyən edildiyini təsdiq və şərh edə bilmir. Ayrıca vergi orqanları ilə aparılan görüşlər zamanı, məhz iddiaçı tərəfindən seçilmiş müqavilə tərəflərinin işçi sayı və dövriyyələri haqqında məlumatların hansı mənbədən (məlumat bazası, internet səhifənin linki və ya ekran görüntüsü) əldə olunması istənilmişdir. Buna baxmayaraq bu məlumat təqdim olunmamışdır. Müqayisə olunan kimi seçilmiş müqavilələrdə lisenziya obyekti kimi telefonlar üçün istifadə olunan proqram təminatlarının və tətbiqlərin olması SAP məhsulları müxtəlif qurğulardan, o cümlədən mobil telefonlardan (https://www.sap.com/germany/products/mobile.html) istifadə edilə bilən tətbiqlərdir. SAP məhsullarının əksəriyyəti mobil tətbiqlərdir. Buna görə də, hesab edir ki, müqayisə oluna bilən müqavilə üzrə mallar və xidmətlər SAP-in təklif etdiyi mal və xidmətlərlə müqayisə edilə bilər. İddiaçı tərəfindən müqayisəli olan kimi seçilmiş müqavilələr. İddiaçı tərəfindən aparılan təhlil nəticəsində bütün müəyyən olunmuş müqavilələrin müqayisə oluna bilən olduğu hesab edilsə də, nümunə kimi aşağıda seçilmiş müqavilələrdən üç müqavilənin müqayisəli olduğunu sübut etmək üçün ətraflı təsviri məhkəmənin nəzərinə çatdırılır. X16 və TBC X21, İNC arasında imzalanmış Tətbiqlərin Distribyusiya və Xidmət Müqaviləsi - Lisenziyaya verən (TBC X21, İNC) tətbiqləri satmaq, yaymaq və əlçatan etmək üçün qeyri-müstəsna, geri alına bilinməyən hüquq verir. Lisenziya alan isə Amazon.com saytında tətbiqlər, mobil və qeyri- mobil proqram təminatı oyunları və digər rəqəmsal məhsulları distribusiya edir, təbliğ edir və satır. Nəzərə alınmalıdır ki, müqavilədə royalti haqqı mobil və qeyri-mobil proqram təminatları və oyunlar üzrə royalti haqqı ayrıca müəyyən olunub və mobil və qeyri-mobil proqram təminatları üçün nəzərdə tutulan lisenziyalaşdırılma haqqı 70% təşkil edir. X4 LLC, ABŞda Nevada ştatında qeydiyyatdan keçmiş Məhdud Məsuliyyətli Cəmiyyət (“RTL”) və Telemedicine Afrika arasında imzalanmış X6 Müqaviləsi- Lisenziyaya verən (RTL) Lisenziya alana (Telemedicine Afrika) daxili biznes məqsədləri və kommersiya məqsədləri üçün Proqram təminatına və sənədlərə daxil olmaq üçün qeyri-müstəsna, ötürülməyən hüquq və lisenziya verir. Müqavilə lisenziya alana Proqram təminatını yalnız X18 Birliyində (“Ərazi”) təsis edilmiş şirkətlərə təklif etmək hüququnu verir və lisenziyalaşdırılma haqqını 70% kimi müəyyən edir. Sonasoft və Wipro Ltd. İnfotech Group arasında imzalanmış X1- Sonasoft (Lisenziyaya verən) aparat və proqram təminatından ibarət olan müəyyən verilənlər bazası və server üzrə ehtiyat məhsullarını işləyib hazırlayır. “Sonasoft” Proqram təminatının “Object Code” formatında yalnız marketinq, təşviq, nümayiş, dəstək və texniki xidmət məqsədləri üçün Lisenziya alana (Wipro Ltd, İnfotech Group) qeyri-müstəsna, ötürülə bilməyən hüquq və lisenziya təqdim edir. Lisenziya alan “Sonasoft” məhsullarını bazara çıxarır və müştərilər və proqram təminatının distributoru üçün quraşdırır. Müqavilə əsasında müəyyən olunan lisenziyalaşdırılma haqqı 60% təşkil edir. İƏİTTQ Təlimatlarının qeyri-maddi aktivlərin marketinqi üzrə təklif etdiyi yanaşması. İƏİT TQ Təlimatlarının B.4.1ci Bölməsinə əsasən distributor sadəcə agent kimi fəaliyyət göstərdiyi halda, onun reklam xərclərinə görə kompensasiya ödənilir və əmtəə nişanlarının və digər qeyri-maddi marketinq obyektlərinin sahibi tərəfindən fəaliyyətinə rəhbərlik və nəzarət edilir. Bu halda distributor öz agentlik fəaliyyətinə uyğun kompensasiya almaq hüququna malikdir. O, ticarət nişanının və digər qeyri-maddi marketinq obyektlərinin gələcək inkişafı ilə bağlı riskləri öz üzərinə götürmür və buna görə də bununla bağlı əlavə kompensasiya almaq hüququ olmamalıdır. Bu eynilə iddiaçının yerinə yetirdiyi funksiyalara aid oluna bilər. Belə ki, iddiaçı Azərbaycan bazarında qeyri-maddi aktivləri təqdim etməklə həmin qeyri maddi aktivlər üzrə heç bir əlavə dəyər yaratmır və risklər daşımır. Əslində, bütün qeyri-maddi məhsullar SAP SE tərəfindən hazırlanır və yerli müştərilərin istəkləri əsasında fərdiləşdirilir. Müqayisə üçün 2020-ci ildə iddiaçının ortalama 6 işçisi olmuşdur, SAP SEnin 2020-ci il üzrə konsolidə edilmiş Maliyyə Hesabatına əsasən isə ortalama 101 476 işçisi olub. Eyni ildə, iddiaçının Azərbaycan bazarında SAP SE-nin məhsulları və xidmətlərini yerli müştərilərə təqdim etməsindən əldə etdiyi gəlir X5 30 milyon manat kimi göstərilib. İddiaçı həmin 30 milyon manatdan bütün xərclər çıxıldıqdan (SAP SE-nin gəlirinin 60% haqqı və əmək xərcləri) sonra 9 milyon manat mənfəət əldə edib və həmin məbləğdən 2 054 782 manat məbləğində mənfəət vergisi ödəyib. Royalti və dəstək xidmətlərinə görə ödənilən haqqından xaric iddiaçının əsas xərci əmək xərcləridir və 2020ci ildə həmin xərclər 6 işçi üzrə 1 062 635 manat təşkil etmişdir. Qeyd olunan rəqəmlərə əsasən, belə bir nəticəyə gəlmək olar ki, iddiaçının distributor funksiyalarının yerinə yetirilməsi ilə bağlı əsas xərci 6 işçinin əmək haqqıdır. İddiaçı əlavə (marketinq, reklam) xərcləri çəkmir. Beləliklə, iddiaçı qeyri-maddi obyektlərin satışı üzrə marketinq kampaniyaları və ya strategiyalarını inkişaf etdirmir, çünki bütün bu funksiyalar SAP SE tərəfindən həyata keçirilir və iddiaçı sadəcə olaraq təlimatları yerinə yetirir. Odur ki, İƏİT TQ Qaydalarına əsasən, iddiaçı qeyri-maddi obyektlərin inkişafına töhfə verməsi və onlarla bağlı riskləri bölüşməsi əsası ilə mükafat almaq hüququna malik olmamalıdır. İddiaçı sadəcə olaraq marketinq xərclərini çəkən distributor kimi mükafatlandırılmalı və onun mükafatı müvafiq xərcləri qarşılamalıdır. Odur ki, 100 000 çox işçisi olan və proqram təminatın hazırlanmasını və dəstəyini həyata keçirən SAP SE-nin Azərbaycan bazarında təqdim etdiyi məhsul və xidmətlərdən əldə etdiyi gəlirin, yalnız 6 işçisi olan və əhəmiyyətli funksiyalar yerinə yetirməyən İddiaçı ilə eyni olması iqtisadi cəhətdən əsaslı deyil. Belə ki, iddiaçı bölüşdürülən 40% əslində kifayət qədər böyük mükafatdır. 60% dərəcə digər ölkələrdə eyni biznes modeli əsasında fəaliyyət göstərən SAP törəmə müəssisələri üçün bu məsələ ilə bağlı heç bir əlavə hesablama və ya maliyyə sanksiyası tətbiq olunmayıb. qeyri-rezidentin ədv-sinin düzgün olmayan dövrlərdə hesablanması. Vergi orqanının məsələ ilə bağlı mövqeyi. Yoxlayıcı tərəfindən xx.xx.2020-ci il tarixədək qüvvədə olan VMin 169.3-cü maddəsinə istinad edilərək xx.xx.2020-ci il tarixədək olan dövr üzrə qeyrirezident şəxslərin gördüyü işlərin, göstərdiyi xidmətlərin dəyəri üzrə ƏDV işin, xidmətin görüldüyü tarixə uyğun olaraq müəyyən edilmişdir. Qeyd olunan iddialar əsasında, xx.xx.2020-ci il tarixədək qeyri-rezident şəxslərin gördüyü işlərin, göstərdiyi xidmətlərin dəyəri işin görülmə tarixinə, xx.xx.2020-ci il tarixindən sonrakı dövr üzrə isə qeyrirezidentə ödənilmiş məbləğə uyğun olaraq ƏDV aylar üzrə tam müəyyənləşdirilmiş və iddiaçı əlavə 1 247 697,63 manat məbləğində qeyri-rezidentin ƏDV-si (bundan sonra, “QR ƏDV”) hesablanmışdır. Yuxarıda qeyd olunanlardan əlavə olaraq, Qərarda VM-in 169.3-cü maddəsinə əsasən hesablanmış QR ƏDV məbləğinə VM-in 58.1-ci maddəsinə uyğun olaraq 50%, yəni 623 848,82 manat və ƏDV hesablamalarının aylar üzrə düzgün müəyyən edilməməsinə görə 1 033 971,54 manat olmaqla ümumilikdə 1 657 820,33 manat maliyyə sanksiyasının tətbiq edilmişdir. X15 zamanı müəyyən olunub ki, iddiaçı tərəfindən qeyri-rezident şəxslərdən proqram təminatı üzrə xidmətlər alınmış, lakin həmin xidmətlər yalnız ödəniş edildikdən sonra ƏDV-yə cəlb edilmişdir. Qərara əsasən xx.xx.2020-ci il tarixinədək qüvvədə olan VM-in 169.3-cü maddəsinə əsasən bu Məcəllənin 169.1-ci maddəsi tətbiq edildikdə, vergi agenti qeyri-rezidentə ödənməli olan məbləğə ƏDV hesablamalı və ödəməlidir. Verginin məbləği VM-in 173.1-ci maddəsinin müddəalarına uyğun olaraq vergi dərəcəsinin qeyri-rezidentə ödənməli olan məbləğə (ƏDV nəzərə alınmadan) tətbiq edilməsi yolu ilə müəyyənləşdirilir. Yoxlayıcı tərəfindən xx.xx.2020-ci il tarixədək qüvvədə olan VM-in 169.3-cü maddəsinə istinad edilərək xx.xx.2020-ci il tarixədək olan dövr üzrə qeyri-rezident şəxslərin gördüyü işlərin, göstərdiyi xidmətlərin dəyəri üzrə ƏDV işin, xidmətin görüldüyü tarixə uyğun olaraq müəyyən edilmişdir. Qeyd olunan iddialar əsasında, xx.xx.2020-ci il tarixədək qeyri-rezident şəxslərin gördüyü işlərin, göstərdiyi xidmətlərin dəyəri işin görülmə tarixinə, xx.xx.2020-ci il tarixindən sonrakı dövr üzrə isə qeyri-rezidentə ödənilmiş məbləğə uyğun olaraq ƏDV aylar üzrə tam müəyyənləşdirilmiş və iddiaçıya əlavə 1 247 697,63 manat məbləğində qeyri-rezidentin ƏDV-si (“QR ƏDV”) hesablanmışdır. Yuxarıda qeyd olunanlardan əlavə olaraq, Qərarda VM-in 169.3-cü maddəsinə əsasən hesablanmış QR ƏDV məbləğinə VMin 58.1-ci maddəsinə uyğun olaraq 50%, yəni 623 848,79 manat və ƏDV hesablamalarının aylar üzrə düzgün müəyyən edilməməsinə görə 1 033 971,54 manat olmaqla ümumilikdə 1 657 820,33 manat maliyyə sanksiyası hesablanmışdır. Qərarda qeyd edilən QR ƏDV məbləğinin tanınması dövrü ilə bağlı məsələ ilə əlaqədar, qeyri-rezidentlərin vergiyə cəlb edilməsinə münasibətdə vergi dövrü aşağıdakı təhlildə öz əksini tapmışdır. Belə ki, QR ƏDV məbləğinin tanınması dövrünün müəyyən olunması üçün sözügedən verginin vergitutma elementlərini nəzərdən keçirmək zərurəti yaranır. Öncəliklə, VM-in 12-ci maddəsinə əsasən, vergi o halda müəyyən edilmiş hesab olunur ki, bu zaman vergi ödəyicisi və aşağıdakı vergitutma elementləri müəyyən edilmiş olsun: vergitutma obyekti; vergitutma bazası; vergi dövrü; vergi dərəcəsi; verginin hesablanması qaydası; verginin ödənilməsi qaydası və müddəti. Beləliklə, vergilərin müəyyən edilməsi üçün qeyd olunan bütün şərtlərin tam olaraq yerinə yetirilməsi mütləqdir. VM-in 169.1-ci maddəsinə əsasən ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezident Azərbaycan Respublikasının ərazisində VM-in 169.2-ci və ya 169.5-ci maddələrində adı çəkilən vergi agenti üçün xidmət göstərirsə və ya iş görürsə, bu cür işlərin görülməsi və ya xidmətlərin göstərilməsi bu maddəyə uyğun olaraq vergiyə cəlb olunur. Sözügedən maddə VM-in 12.1,1-ci maddəsinə əsasən “vergitutma obyektini” müəyyən edir. Qərarda istinad edilən VM-in xx.xx.2020-ci ilədək qüvvədə olan 169.3-cü maddəsinə əsasən VM-in 169.1-ci maddəsi tətbiq edildikdə, vergi agenti qeyri-rezidentə ödənməli olan məbləğə ƏDV hesablamalı və ödəməlidir. 169.3-cü maddənin bu tələbi isə VM-in 12.1.2-ci maddəsinə uyğun olaraq “vergitutma bazasını” müəyyən edir. Eyni zamanda, VM-in 169.4-cü maddəsində qeyd olunmuş hesablanan verginin əməliyyatın aparıldığı ay üçün ƏDV-nin bəyannaməsi verilərkən ödənilməsi şərti vergitutma dövrünü deyil, artıq hesablanmış və bəyan edilmiş verginin dövlət büdcəsinə “ödənilməsi qaydası və müddətinin” müəyyən edilməsi üçün nəzərdə tutulub. ƏDV ödəyicisi olan vergi agentləri üçün VM-in 12.1.3-cü maddəsində nəzərdə tutulan “vergitutma dövrü" VM-in xx.xx.2020-ci il tarixinədək qüvvədə olan 169.7-ci maddəsinə əsasən, vergi agenti tərəfindən qeyri-rezidentə ödəmə verilən ay hesab olunur. Belə ki, 169.7-ci maddəyə əsasən, vergi agenti qeyri-rezidentə ödəmə verilən aydan sonrakı ayın 20-dən gec olmayaraq ƏDV-nin hesablanması barədə vergi orqanına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada bəyannamə təqdim etməlidir. Qərarın təhlili onu göstərir ki, VM-in X15nın əhatə etdiyi dövrdə qüvvədə olan 169.7-ci maddəsi yoxlayıcı tərəfindən nəzərə alınmayıb. Eləcə də, VM-in 19.4-cü maddəsində qeyd olunmuşdur ki, qeyri-rezident müəssisənin və ya qeyri-rezident fiziki şəxsin istənilən 12 ay ərzində üst-üstə 90 gündən az müddətdə Azərbaycan Respublikasında fəaliyyət göstərdiyi hər hansı yer daimi nümayəndəlik sayılmır, bu halda Azərbaycan mənbəyindən əldə olunan gəlir VM-in 125-ci və 169-cu maddələrinə əsasən ödəniş mənbəyində vergiyə cəlb edilir. Göründüyü kimi, vergi dövrünün müvafiq ödəniş vaxtı ilə tənzimlənməsi aydın şəkildə VM-də öz əksini tapmışdır və bu halda MGBİ-nin yanaşması VM-in heç bir maddəsi ilə təsdiqlənmir. Qeyd etdiyimiz təhlilə baxmayaraq, yoxlayıcı tərəfindən Qərarda VM-in 169.3-cü maddəsinin əvvəlki redaktəsinə heç bir əsaslandırılmış şərh verilmədən istinad edilməsi qanunamüvafiq deyil. Belə ki, sözügedən maddənin əvvəlki məzmununu bir daha nəzərdən keçirdikdə aydın olur ki, həmin maddə xx.xx.2020-ci ilədək QR ƏDV məqsədləri üçün “vergitutma dövrünü” deyil, yalnız “vergitutma bazasını” müəyyənləşdirib. Sözügedən maddənin xx.xx.2020-ci ilədək olan redaktəsində vergi tutulan əməliyyatın vaxtının “qeyri- rezident tərəfindən xidmətlərin göstərilməsi vaxtı olması” ilə bağlı müddəa öz əksini tapmır və ya maddənin şərhi belə nəticəyə gəlmək üçün əsas vermir. İnzibati praktikanın sabitliyi prinsipinin pozulması. İlk növbədə, inzibati praktika sabit və gözlənilə bilən olmalıdır. Belə ki, QR ƏDV-nin dövrünü müəyyən etmək üçün vergi orqanları tərəfindən heç bir əsaslandırılma olmadan VM-in 169.3-cü maddəsinə istinad edilməsi, eyni zamanda yoxlanılan dövrdə qüvvədə olmuş və açıq aydın QR ƏDV-nin tanınma vaxtını müəyyən edən VM-in 169.7-ci maddəsinin nəzərə alınmaması inzibati praktikanın stabilliyini pozur. Əvvəlki dövrlərdə vergi orqanları vergi öhdəliyinin yaranma anını faktiki ödəniş anı ilə müəyyən edirdilər. İddiaçı barədə qərar qəbul edilən zaman VM-in müvafiq maddəsinə heç bir dəyişikliyin edilmədiyini nəzərə alaraq, vergi orqanının heç bir əsas olmadan yanaşmasını dəyişməsi hüquqi müəyyənlik və inzibati praktikanın sabitliyi prinsiplərinə ziddir. Nəzərə almaq lazımdır ki, inzibati orqan onun qəbul etdiyi qərarın məzmununa uyğun davranmağa və inzibati praktikasını həmin qərarın məzmununa uyğunlaşdırmağa borcludur. Bu, hüquqi dövlətin fundamental prinsipi olan şəxsin etimad hüququnun qorunması prinsipindən irəli gəlir. Həmçinin nəzərə almaq lazımdır ki, vergi ödəyicisinin inzibati orqanların mövcud inzibati praktikasına etimadı qorunmalıdır. İnzibati orqanlar mövcud inzibati praktikaya uyğun davranmağa borcudurlar. Yalnız ictimai maraqlar və hüquqi əsaslar inzibati praktikanın dəyişdirilməsini şərtləndirə bilər. Hüquqi müəyyənlik prinsipinin pozulması. Digər bir tərəfdən, VM-in 169-cu maddəsinin yuxarıda qeyd olunduğu kimi qeyri-stabil şərh olunması bu normanın qeyrimüəyyən olması mənasına gətirib çıxarır buna isə, ümumiyyətlə, yol verilmir. Belə ki, hüquq norması dəqiq müəyyən olunmalı və qeyri- müəyyənliyə yol verilməməlidir. Hüquqi müəyyənlik prinsipinin əhəmiyyəti Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin (“AR KM”) 22 sentyabr 2008-ci il tarixli Plenum Qərarında da vurğulanır: “Hüquqi müəyyənlik prinsipi hüququn əliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Bu öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarını müdafiə edəcəyinə, hüquq tətbiqedənin hərəkətlərinin isə proqnozlaşdırıla bilən olacağına əminlik verməlidir. Bunun əksi, yəni hüquq normasının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmədə məhdudiyyətsiz mülahizə üçün imkan yaratmaqla, hər bir normativ-hüquqi aktın əsasında dayanmalı olan qanunun aliliyi, qanun və məhkəmə qarşısında bərabərlik və ədalət prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Hüquqi müəyyənliyə dair tələblər hüququn üstünlüyü, normativ-hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmasına dair konstitusiya prinsiplərindən irəli gəlir. Hüquq normasının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmədə məhdudiyyətsiz mülahizə üçün imkan yaratmaqla hər bir normativ-hüquqi aktın əsasında dayanmalı olan qanunun aliliyi, qanun və məhkəmə qarşısında bərabərlik və ədalət prinsiplərinin pozulmasına gətirib çıxarır”. Həmçinin, AR KM-nin 6 avqust 2002-ci il tarixli digər bir Qərarında da qeyd olunur ki, hüquq normasının müəyyənliyi, aydınlığı, ikimənalı olmamasının ümumi hüquqi şərtləri kimi hamının qanun və məhkəmə qarşısında bərabərliyinə dair Konstitusiya prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsi). Belə bərabərlik hüquqtətbiqedicilər tərəfindən yalnız normanın eyni cür şərhi və anlaşılması şərtilə təmin edilə bilər. Hüquq normasının məzmununun qeyri-müəyyənliyi isə əksinə, hüquq-tətbiqi prosesində onun qeyri-məhdud anlaşılmasına imkan yaradır və qaçılmaz olaraq özbaşınalığa, hamının qanun və məhkəmə qarşısında bərabərliyi, eləcə də qanunun aliliyi prinsiplərinin pozulmasına gətirib çıxarır. Ziddiyyətlərin və aydın olmayan məqamların vergi ödəyicisinin xeyrinə şərh edilməsi prinsipinin pozulması. Nəhayət, vergi orqanları tərəfindən hüquqi müəyyənlik prinsipinə zidd olaraq, VM-in 169.3- cü maddəsinin keçmiş yanaşmasından fərqli olaraq digər formada şərh edilməsi mövqeyi yalnız VM-in 169.1, 169.3 və 169.7-ci maddələri arasında ziddiyyətin olması ilə əsaslandırıla bilər. Bu halda nəzərə alınmalıdır ki, VM-in 3.11-ci maddəsinə əsasən, vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Bu mövqe AR KM-in 23 iyul 2020-ci il tarixli Plenum Qərarında da öz əksini tapmışdır. Burada qeyd olunur ki, müvafiq qanunvericilik sahəsinin müddəalarının qeyri- müəyyənliyi həm vergi ödəyicilərinin hüquqlarının pozulmasına, həm də vergidən yayınma hallarına səbəb ola bilər. Məhz buna görə də adıçəkilən qanunvericilik sahəsi hər kəsin tələb olunan vergini nə vaxt və hansı qaydada ödəməli olduğuna dair tam və dəqiq məlumatlı olmasını mümkün edən səviyyədə qurulmalıdır. Bu zaman onu da nəzərə almaq lazımdır ki, vergi qanunvericiliyi aktlarındakı bütün ziddiyyətlər və anlaşılmazlıqlar vergi ödəyicisinin xeyrinə həll olunur. Belə ki, VM-in 3.9-cu maddəsinə müvafiq olaraq, vergilər haqqında qanunvericilik elə tərzdə formalaşdırılmalıdır ki, hər kəs hansı vergiləri, hansı qaydada, nə vaxt və hansı məbləğdə ödəməli olduğunu dəqiq bilsin. VM-in 3.11-ci maddəsinə uyğun olaraq isə vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. AR KM-in sözügedən Plenum Qərarındakı mövqeyinə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-2(102)-142/2021 saylı, xx.xx.2021 tarixli Qərarında da istinad edilmiş, Qərarın “Ali Məhkəmənin mövqeyi” bölməsinin formalaşmasında yer almışdır. Digər tərəfdən, normada qeyri-müəyyənlik olsa belə, yuxarıda da əsaslandırıldığı kimi, bu cür qeyri-müəyyənlik vergi ödəyicisinin xeyrinə şərh olunmalı və onun vergi öhdəliyinin pozuntusu kimi qiymətləndirilməməlidir. Odur ki, MGBİ tərəfindən qəbul olunmuş Qərarın, inzibati praktikanın stabilliyi, hüquqi müəyyənlik və vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamlarının vergi ödəyicisinin xeyrinə şərh edilməsi prinsiplərini pozması səbəbindən əsassız hesab edilməlidir.
4. Cavabdeh iddia tələbinin dəqiqləşməsi barədə ərizəsinə dair etirazda qeyd etmişdir ki, “SAP AZ" Məhdud Məsuliyyətli Cəmiyyəti İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı xx.xx.2023-cü il tarixli **********178621 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması haqqında” qərarın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş və hazırda müvafiq inzibati iş 2-1(112)-16639/2023 nömrəsi ilə icraatdadır. İş üzrə iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixli iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edilmiş və vergi orqanı tərəfindən **********173705 nömrəli xx.xx.2023-cü il tarixli qərara edilmiş **********178621 nömrəli xx.xx.2023-cü il tarixli qərarla qüvvədə saxlanılmış hesablamanın 1 554 862.06 manat məbləğində əlavə mənfəət vergisinin və 777 431.03 manat məbləğində maliyyə sanksiyasının, Qeyri-rezidentin əlavə dəyər vergisi ilə bağlı 1 247 697.63 manat məbləğində əlavə vergi və 1 642 009.42 manat məbləğində maliyyə sanksiyası hissəsində ləğv edilməsini tələb etmişdir. Hesab edilir ki, ərizədə qeyd olunan müddəalar həm işin faktiki hallarına, həm də qanunvericiliyin tələblərinə zidd olduğundan əsassızdır. İddiaçı tərəfindən təqdim edilmiş iddia tələbinə dair ilkin ərizəyə cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli, **********860800 nömrəli etirazla münasibət bildirilmişdir. Əlavə olaraq, yoxlama aparılan dövrdə vergi ödəyicisi tərəfindən əlavə dəyər vergisinin ödənilməsi ilə bağlı Vergi Məcəlləsinin 169-cu maddəsi ilə yanaşı, 166-cı maddəsinin tələbləri pozulması müəyyən edilmişdir. Belə ki, 2020-ci il tarixədək qüvvədə olan (28 dekabr 2019-cu il tarixli dəyişikliklərə qədər) Vergi Məcəlləsinin 166.1-ci maddəsinə əsasən, Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın vaxtı həmin əməliyyat üçün ödəmə 30 gün müddətində həyata keçirildikdə ödəmənin həyata keçirildiyi, ödəmə 30 gündən sonra həyata keçirildikdə isə ƏDV-nin elektron vergi hesab fakturasının verildiyi vaxt sayılır. Bu Məcəllənin 166.1.1-ci və 166.1.2-ci maddələrində göstərilən müddətlərdən sonrakı 5 gün ərzində ƏDV-nin elektron vergi hesab fakturası verilmirsə, vergi tutulan əməliyyat aşağıdakı vaxtlarda aparılmış sayılır: 166.1.1. malların göndərildiyi və ya təqdim edildiyi, işlərin görüldüyü və ya xidmətlərin göstərildiyi vaxtda, yaxud 166.1.1. malların göndərilməsi onların daşınmasını nəzərdə tutursa, daşımanın başladığı vaxtda. Göründüyü kimi qanunvericilik əlavə dəyər vergisi üçün vergi tutulan əməliyyatların vaxtının həmin əməliyyat üçün ödəmənin aparılması və sonrakı müddətdə isə elektron vergi hesab fakturasının verilməsi vaxtı ilə şərtləndirir. Həmin müddətlər ötürüldüyü təqdirdə isə malların göndərilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi vaxtı əlavə dəyər vergisinin məqsədləri üçün vergi tutulan əməliyyatın vaxtı sayılır. Yəni, vergi ödəyicisi tərəfindən ödəmə üçün 30 günlük müddət və elektron vergi hesab fakturası üçün 5 günlük müddət ötürüldüyü təqdirdə əlavə dəyər vergisi görülmüş işlərə, göstərilmiş xidmətlərə və göndərilmiş mallara uyğun olaraq həmin işlərə və xidmətlərin göstərildiyi vaxta uyğun hesabat dövründə ödənilməli idi. Lakin vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin tələbləri nəzərə alınmamış, ƏDV-nin ödənilməsi üçün hesabat ayı görülmüş iş və xidmətə uyğun olaraq həmin iş və xidmətin göstərildiyi vaxt deyil, ödəmənin həyata keçirildiyi vaxt müəyyən edilmiş və əlavə dəyər vergisi üzrə hesabatın verilməsi üçün müəyyən edilmiş müddət ötürüldüyü üçün kənarlaşmalar yaranmışdır. Belə ki, X15 zamanı aşkar edilmişdir ki, xx.xx.2019-cu il tarixli EAAZ328592 nömrəli elektron qaimə faktura üzrə işlərin görülməsinə, xidmətlərin göstərilməsinə dair akt xx.xx.2019-cu il tarixində tərtib edilmiş, elektron vergi hesab fakturası 5 gün müddətindən gec, yəni xx.xx.2019-cu il tarixində təqdim edilmiş, vəsait isə 30 gündən gec, yəni 2021-ci il tarixində ödənilmişdir. Qeyd olunanlardan anlaşıldığı üzrə Vergi Məcəlləsinin 2020-ci ilədək qüvvədə olan müvafiq müddəalarına əsasən vergi ödəyicisi görülmüş iş və xidmətə uyğun olaraq əlavə dəyər vergisini ödəməli olduğu halda müddəti ötürmüş və həmin əməliyyatlara görə ödəmənin həyata keçirildiyi vaxta uyğun olaraq vergini ödəmişdir. Əlavə olaraq yoxlama zamanı müəyyən olunmuşdur ki, xx.xx.2020-ci il tarixli EBAP473099 nömrəli elektron qaimə faktura üzrə 346 079.82 manat malın (işin, xidmətin) ƏDV-siz dəyəri üzrə 170 403.06 manat hissəsinin təhvil-təslim tarixi 2020-ci il üzrə, 175 676.76 manat hissəsi isə 2019-cu ilin sentyabr ayında olduğuna görə və tam məbləğ 2020-ci il tarixində daxil olduğuna görə 175 676.76 manat dövriyyə 2020-ci ilin müvafiq ayları üzrə azaldılaraq 2019-cu ilin sentyabr ayında ƏDV tutulan dövriyyəyə əlavə edilmişdir. Vergi Məcəlləsinin 159.1-ci maddəsinə əsasən, əlavə dəyər vergisi üzrə vergitutma obyekti malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. Məcəllənin 178-ci maddəsinə əsasən, əlavə dəyər vergisi üzrə hesabat dövrü təqvim ayı sayılır. Məcəllənin 58.1-ci maddəsinə əsasən, verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa vergi ödəyicisinə (bu Məcəllənin 58.1-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Qeyd olunan müddəalar əsasən, vergi ödəyicisi tərəfindən vergi öhdəlikləri qanunvericiliyin tələblərinə uyğun olaraq vaxtında icra edilmədiyi, əlavə dəyər vergisi hesablamalarının aylar üzrə düzgün müəyyən edilməməsinə görə 1 033 971.54 manat və qeyri-rezident şəxslərlə aparılmış əməliyyatlara görə Vergi Məcəlləsinin 169.3-cü maddəsinə əsasən yayındırılmış 1 322 623.69 manat ƏDV məbləğinə görə Məcəllənin 58.1-ci maddəsinə uyğun olaraq 50% yəni, 661 311.85 manat məbləğində maliyyə sanksiyası hesablanmışdır. Yekun nəticə olaraq, mübahisələndirilən hallar üzrə 2020-ci ilədək qüvvədə olan Vergi Məcəlləsinin 166-cı maddəsinin tələblərinə əsasən vergi ödəyicisi tərəfindən həmin əməliyyat üzrə ödəmə üçün 30 günlük müddət və elektron vergi hesab fakturası üçün 5 günlük müddət ötürüldüyü halda, hansı ki mübahisələndirilən iş üzrə vergi ödəyicisi tərəfindən həmin müddətlər ötürülmüşdür, əlavə dəyə vergisi üzrə vergilər işlərin görüldüyü, xidmətlərin göstərildiyi və malların təqdim edildiyi vaxta uyğun olaraq ödənilməli olduğu nəzərdə tutulurdu. Yuxarıda qeyd olunan müddəaları və qanunvericiliyin tələblərini nəzərə alaraq, iddia ərizəsinin təmin olunmaması barədə qərar qəbul olunması xahiş edilir.
5. 29.11.2022-ci il tarixli X15 haqqında **********150571 nömrəli aktda qeyd edilmişdir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Audit idarəsinin xüsusi rejimli vergi ödəyicilərinin audit şöbəsinin dövlət vergi müfəttişi 2-ci dərəcəli müvafiq X11, Beynəlxalq vergitutma və vergi monitorinqi baş idarəsinin Transfer qiymətləri və elektron ticarətə nəzarət şöbəsinin baş dövlət vergi müfəttişi kiçik vergi xidməti müşaviri X13 tərəfindən tərəfindən "xxxx" MMC (VÖEN **********) üzrə aşağıda siyahısı verilən tədiyyə və dövrlərdə 3-cü Rüb 2019 - 4-cü Rüb 2019 MDSS - muzdla işləyənləri işə götürən sığortaedənlər (0112), avqust 2018 – iyul 2021 mədən vergisi, 2018-2020-ci il mənfəət vergisi, avqust 2018 – iyul 2021 ƏDV-si, 2018-2019-ci il muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, 3-cü Rüb 2019 - 4-cü Rüb 2019 muzdla işləyənləri işə götürən sığortaedənlər, 3-cü Rüb 2018 - 2-ci Rüb 2021-ci il ödəmə mənbəyində tutulan vergi, 2018-2020-ci il əmlak vergisi, 2019-2021-ci il torpaq vergisi, 4cü Rüb 2018 - 2-ci Rüb 2019 işsizlik sığortası üzrə rüblük hesabat (hüquqi şəxslər), avqust 2018 – iyul 2021-ci il aksiz vergisi, 3-cü Rüb 2018 - 2-ci Rüb 2021-ci il sadələşdirilmiş vergi, 4-cü Rüb 2018 - 2-ci Rüb 2019-cu il MDSS – işəgötürənlər-muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürülən hüquqişəxslər. Hesabatda göstərilən mənfəət vergisi məbləğinin göstərilməli mənfəət vergisi məbləğinə nisbətdə 4.500.275,96 manat azaldılmasına görə, azaldılmış vergi məbləğinin 50 faizi miqdarında yəni, 2.250.137,99 manat, hesabatda göstərilən ƏDV-nin məbləğinin göstərilməli ƏDV-si məbləğinə nisbətdə 1.322.623,75 manat azaldılmasına görə, azaldılmış vergi məbləğinin 50 faizi miqdarında yəni 661.322,88 manat, Vergi Məcəlləsinin 166, 169.3, və 58.1-ci maddələrinə əsasən hesabat aylarında ƏDV-si tutulan əməliyyatların düzgün göstərilməməsinə görə 1.033.960,51 manat, muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan verginin 347.770,79 manat azldılmasına görə azaldılmış vergi məbləğinin 50 faiz miqdarında yəni 173.885,40 manat, məcburi sosial sığorta haqların 405.172,0 manat azaldılmasına azldılmış məbləğin 50 faizi miqdarında yəni, 202.585,0 manat, ümumilikdə 4.321.892,84 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur.
6. xx.xx.2023-cü il tarixli X15 haqqında **********150571 nömrəli aktda qeyd edilmişdir ki, beynəlxalq vergitutma və vergi monitorinqi baş idarəsinin Transfer qiymətləri və elektron ticarətə nəzarət şöbəsinin baş dövlət vergi müfəttişi kiçik vergi xidməti müşaviri X13, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Audit idarəsinin xüsusi rejimli vergi ödəyicilərinin audit şöbəsinin dövlət vergi müfəttişi 2-ci dərəcəli müvafiq X11, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi xx.xx.2021-ci tarixli **********149874 saylı qərarına əsasən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Audit idarəsinin Dövlət müəssisələrinin audit şöbəsinin baş dövlət vergi müfəttişi kiçik vergi xidməti müşaviri X14 tərəfindən "xxxx" MMC (VÖEN **********) üzrə aşağıda siyahısı verilən tədiyyə və dövrlərdə 4-cü Rüb 2018 - 2-ci Rüb 2019-cu il MDSS - işəgötürənlər-muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürün hüquqişəxslər (0111), 3-cü Rüb 2019 - 4-cü Rüb 2019-cu il MDSS muzdla işləyənləri işə götürən sığortaedənlər(0112), 1-cü Rüb 2020 - 2-ci Rüb 2021-ci il muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı) 2018-2019-cu il muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, 3-cü Rüb 2018 - 2ci Rüb 2021 ödəmə mənbəyində tutulan vergi, 2018-2020-ci il əmlak vergisi, 2019-2021-ci il torpaq vergisi, 4-cü Rüb 2018 - 2-ci Rüb 2019-ci il işsizlik sığortası üzrə rüblük hesabat (hüquqi şəxslər), avqust 2018 – iyul 2021-ci il aksiz vergisi, 3-cü Rüb 2018 - 2-ci Rüb 2021-ci il sadələşdirilmiş vergi, 2018-2020-ci il mənfəət vergisi, avqust 2018 – iyul 2021 mədən vergisi, avqust 2018 – iyul 2021 ƏDV-si, 3-cü Rüb 2019 - 4-cü Rüb 2019-cu il, muzdla işləyənləri işə götürən sığortaedənlər. Hesabatda göstərilən mənfəət vergisi məbləğinin göstərilməli mənfəət vergisi məbləğinə nisbətdə 1.554.853.,81 manat azaldılmasına görə, azaldılmış vergi məbləğinin 50 faizi miqdarında yəni, 777.426,91 manat, hesabatda göstərilən ƏDV-nin məbləğinin göstərilməli ƏDV-si məbləğinə nisbətdə 1.322.623,75 manat azaldılmasına görə, azaldılmış vergi məbləğinin 50 faizi miqdarında yəni 661.322,88 manat, Vergi Məcəlləsinin 166, 169.3, və 58.1-ci maddələrinə əsasən hesabat aylarında ƏDV-si tutulan əməliyyatların düzgün göstərilməməsinə görə 1.033.960,51 manat, muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan verginin 213.820,88 manat azaldılmasına görə azaldılmış vergi məbləğinin 50 faiz miqdarında yəni 106.909,94 manat, məcburi sosial sığorta haqların 263.390,88 manat azaldılmasına azaldılmış məbləğin 50 faizi miqdarında yəni, 131.695,44 manat, ümumilikdə 2.711.315,75 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur.
7. Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2023-cü il tarixli **********173705 nömrəli qərarına əsasən
8. Vergi qısa Dövr (il Azaldılmışdır Artq Fərq VM Maliyyə Faiz adı üzrə) hesablanmı Əlavə maddəsi sanksiyası Artıq şdır hesa hesablama blam 20 18 489189.16 0.00 4891 0.00 58.1 244594.58 0.00 Mənfəət vergisi 89.16 2019 863724.00 0.00 8637 0.00 58.1 431862.00 0.00 Mənfəət vergisi 24.00 2020 201940.65 0.00 261940.65 0.00 58.1 100970.33 0.00 Mənfəət vergisi
Əlavə dəyər 2018 1095081.53 0.00 1095081.53 0.00 58.1 547540.77 0.00 Əlavə dəyər 2019 2295485.24 28405.51 2267079.73 0.00 58.1 1147742.62 0.00 vergisi Əlavə dəyər 2020 0.00 1758932.48 0.00 1758932.48 58.1 0.00 0.00 vergisi Əlavə dəyər 2021 0 00 280605.03 0.00 280605.03 58.1 0.00 0.00 vergisi Muzdlu işlə 2020 0.03 0.03 0.00 0.00 58.1 0.02 0.00 əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı) Muzdlu işlə 2021 0.07 0.02 0.05 0.00 58.1 0.04 0.00 əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi MDSS - 2018 163597.68 0.00 163597.68 0 00 58.1 81798.84 0.00 işəgötürənlər-ın ızdla işləyənləri əmək müqaviləsi ilə İŞƏ götürən hüquqi şəxslər (0111) .MDSS - Muzdla 2019 99793 20 0.00 99793.20 0.00 58.1 49896.60 0.00 işləyənləri işə götürən sığortaedəniər (0112) Muzdlu işlə 2018 171695.99 o.uo 171695.99 0.00 58.1 85848.00 0.(10 əlaqədar ödəmə mənbəyindən tutulan vergi
Muzdlu işlə 201.9 42123. 89 0.00 42123.8$ 0.00 58.1 21061.95 0.00
əlaqədar ödəmə mənbəyindən tutulan vergi (Əlavə dəyər vergisi bəyannaməsi tərkibində)
Cəmi 2 067 2 711 5 422 631.44 5 394 225.88 2 039 537.51 0 943.07 315.75
9. Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərara düzəlişin edilməsi haqqında xx.xx.2023-cü il tarixli 2**********178621 nömrəli qərarda qeyd edilmişdir ki, Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin “X15nın keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********178621 nömrəli qərarına əsasən "xxxx" MMC-də vergi və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr əhatə olunmaqla Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən növbəti X15 keçirilmiş və nəticəsi xx.xx.2023-cü il tarixli **********150571 nömrəli X15 aktı ilə rəsmiləşdirilmişdir. Milli Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********173705 nömrəli qərarına düzəlişlər edilmişdir. Cəmi azaldılmış məbləğ üzrə 4.870.494,56 manat, artıq hesablanmış məbləğ üzrə 2.067.943,07 manat, fərqə dair əlavə hesablama üzrə məbləğ 4.842.089 manat, fərqə dair artıq məbləğ 2.039.537,51 manat, tətbiq edilmiş maliyyə sanksiyası məbləği 2.435.247,3 manat vergi məsuliyyətə cəlb edilməsi qərara alınmışdır.
10. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2023-cü il tarixli **********703500 nömrəli inzibati şikayətin qismən təmin edilməsi haqqında qərarında qeyd edilmişdir ki, "xxxx" MMC-də keçirilmiş X15nın nəticələrindən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə verilmiş xx.xx.2023-cü il tarixli (AVİS qeydiyyatı: xx.xx.2023-cü il tarixli **********856300 nömrəli) inzibati şikayətinin araşdıırlmasının nəticələri üzrə "xxxx" MMC-nin keçirilmiş X15nın nəticələrindən Dövlət Vergi Xidmətinə verdiyi xx.xx.2023-cü il tarixli inzibati şikayətinin qismən təmin edilməsi, xx.xx.2023-cü il tarixli **********150571 nömrəli X15 aktı əsasında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi tərəfindən qəbul olunmuş “Vergi ödəyicisinin və ya sığortardənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********173705 nömrəli qərar 74.926,12 manat məbləğində ƏDV və 37.463,06 manat məbləğində maliyyə sanksiyası, 263.390,88 manat məbləğində MDSS və 131.695,44 manat məbləğində maliyyə sanksiyası, 213.819,88 manat məbləğində MÖMV və 106.909,94 manat məbləgində maliyyə sanksiyası hissəsində ləğv edilməsi, qərarın digər hissədə dəyişdirilmədən saxlanılması qərar alınmışdır.
11. Məhkəmə sorğusu əsasında cavabdeh tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli 3- 21-2-2/2-35255/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, vergi ödəyicisinin fəaliyyəti barəsində keçirilmiş X15nın nəticəsində xx.xx.2023-cü il tarixli, **********173705 nömrəli qərar qəbul edilmişdir. İddiaçı tərəfindən yoxlamanının nəticələrindən yuxarı vergi orqanına (Dövlət Vergi Xidməti) xx.xx.2023-cü il tarixli inzibati şikayətlə müraciət edilmiş və həmin şikayət əsasənda aparılmış araşdırmanın nəticəsində xx.xx.2023-cü il tarixli, **********703500 saylı “İnzibati şikayətin qismən təmin edilməsi haqqında” qərar qəbul edilmişdir. Müvafiq qərar əsasında Milli Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli, **********173705 nömrəli qərarının 74.926,12 manat məbləğində ƏDV və 37.463,06 manat məbləğində maliyyə sanksiyası, 263.390,88 manat məbləğində MDSS və 131.695,44 manat məbləğində maliyyə sanksiyası, 213.819,88 manat məbləğində MÖMV və 106.909,94 manat məbləğində maliyyə sanksiyası hissəsində ləğv edilməsi, qərarın digər hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Dövlət Vergi Xidmətinin qərarı əsas götürülməklə Milli Gəlirlər Baş İdarəsi tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərara düzəlişin edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********178621 saylı qərar qəbul edilmişdir. Sonuncu qərarla xx.xx.2023-cü il tarixli, **********173705 nömrəli qərara yuxarıda qeyd edilən düzəlişlər edilmiş və qərar digər hissələrdə dəyişidirilmədən qüvvədə saxlanılmışdır. Nəticə etibarilə, xx.xx.2023-cü il tarixli, **********173705 nömrəli qərar qismən və xx.xx.2023-cü il tarixli, **********178621 nömrəli qərar tam hissədə qüvvədədir.
12. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək edən iddianın təmin olunmasını məhkəmədən xahiş etdi.
13. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndələri iddia tələbinə etiraz edərək məhkəməyə təqdim edilən yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin olunmamasını məhkəmədən xahiş etdilər.
II. İddianın növü və mümkünküyü
14. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
15. İddiaçı cavabdeh Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə vergi ödəyicisinin fəaliyyəti barəsində keçirilmiş X15nın nəticəsində xx.xx.2023-cü il tarixli, **********173705 nömrəli qərar qəbul edilmişdir. Milli Gəlirlər Baş İdarəsi tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərara düzəlişin edilməsi haqqında” xx.xx.2023cü il tarixli, **********178621 saylı qərar qəbul edilmişdir. Sonuncu qərarla xx.xx.2023-cü il tarixli, **********173705 nömrəli qərara yuxarıda qeyd edilən düzəlişlər edilmiş və qərar digər hissələrdə dəyişidirilmədən qüvvədə saxlanılmışdır.
16. Mübahisələndirilən qərar inzibati aktdır. İddia mümkündür.
İV. Məhkəmənin mövqeyi
17. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışa əsasən yoxlanılan dövr xx.xx.2021-xx.xx.2023-cü illəri əhatə etməklə "xxxx" MMC-də növbəti X15 keçirilmişdir.
18. Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərara əsasən "xxxx" MMC 2018-2021-ci illər üzrə mənfəət vergisi, əlavə dəyər vergisi, ödəmə mənbəyində vergini ödəməkdən yayınmağa görə məsuliyyətə cəlb edilmişdir. 19.X15 ilə mənfəət vergisinin 2018-ci ildə 489.189,16 manat, 2019-cu ildə 863.724,0 manat, 2020-ci ildə 201.940,65 manat azaldılması, əlavə dəyər vergisinin 2018-ci ilin yoxlama ilə əhatə olunan dövründə 1.095.081,53 manat, 2019-cu ildə 2.267.079,73 manat azaldılması, 2020-ci ildə 1.758.932,48 manat, 2021-ci ilin yoxlama ilə əhatə olunan dövründə 280.605,03 manat artıq hesablanması, muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının 2021-ci ildə 0,5 manat azaldılması, məcburi dövlət sosial sığorta haqqının (MDSS) 2018-ci ildə 163.597,68 manat, 2019-cu ildə 99.793,2 manat, muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan verginin (MÖMV) 2018-ci ildə 171.695,99 manat, 2019-cu ildə 42.123,89 manat azaldılması aşkar edilmişdir.
20. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 85.4. Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (X15 zamanı əlavə hesablanmış vergilər, faizlər və maliyyə sanksiyaları üzrə X15nın materiallarına baxılmanın nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tutmaq hüququna malikdirlər. Bu maddə ilə müəyyən edilən 3 illik müddət (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) X15nın keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 3 illik dövrü əhatə edir. Vergi ödəyicisi tərəfindən bu maddədə göstərilən müddətdə təqdim edilən vergi bəyannaməsi üzrə vergi orqanı tərəfindən vergilərin hesablanması bu Məcəllənin 37.2-ci maddəsində göstərilən müddətdə həyata keçirilir. Xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda, vergi yoxlamaları (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) yoxlamanın keçirilməsi haqqında vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 5 illik dövrü, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamaları üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb etmə müddəti ilə müəyyən edilən dövrü əhatə edir.
21. 29 noyabr 2019-cu il tarixli 1704-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 85.4-cü maddəyə yeni məzmunda ikinci və üçüncü abzaslar əlavə edilmişdir. Həmin Qanun 2020-ci il yanvarın 1-dən qüvvəyə minmişdir.
22. Beləliklə məhkəmə qeyd edir ki, həmin 3 illik müddətin X15nın keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 3 illik dövrü əhatə etməsinə dair müddəa xx.xx.2020-ci ildən qüvvəyə mindiyindən vergi orqanı həmin normanı vergi ödəyicisinin vəziyyətini ağırlaşdıran şəkildə tətbiq edə bilməz.
23. Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir.
24. "xxxx" MMC üzrə (növbəti) X15nın keçirilməsi haqqında qərara əsasən yoxlama ilə əhatə olunan vergi dövrü xx.xx.2021-xx.xx.2023-cü illərdir.
25. Vergi məsuliyyətinə cəlb edilmə haqqında qərar 2023-cü il tarixlidir, odur ki, əlavə araşdırma aparmadan məhkəmə qeyd edir ki, vergi orqanı 2018-ci və 2019-cu il üçün (3 ildən əvvəlki dövr) əlavə hesablama apara və həmin məbləğə maliyyə sanksiyası tətbiq edə bilməz.
26. Bununla belə hər bir vergi tədiyyəsi üzrə məhkəmə aşağıdakıları qeyd edir:
27. Mənfəət vergisi üzrə: -Mənfəət vergisinin və ona maliyyə sanksiyasının hesablanmasına münasibətdə məhkəmə qeyd edir ki, “SAP AZ" MMC proqram təminatının işlənməsi sahəsində fəaliyyəti ilə məşğul olmuşdur. Cəmiyyət Sap SE Almaniya tərəfindən təqdim edilən proqram təminatlarının satışı ilə məşğul olur. Bununla yanaşı təqdim edilmiş proqram təminatlarına uyğun olaraq Ana müəssisədən və qrupun digər üzvlərindən müəyyən xidmətlər alaraq üçüncü müstəqil tərəflərə satmışdır. İddiaçı MMC ilə SAP SE arasında bağlanmış müqavilə şərtlərinə əsasən SAP SE məhsullarının yerli bazarda təşviqi və lisenziyanın təqdim edilməsi, məsləhət xidmətləri, quraşdırma və təlim də daxil olmaqla müştərilərə texniki xidmətlərin göstərilməsi, yeniləmələr və dəstək xidmətləri şəklində texniki xidmətin göstərilməsini həyata keçirir. Müqaviləyə Əlavə 6-da nəzərdə tutulmuş düstura uyğun olaraq təqdim edilmiş lisenziyaya (proqram təminatı üzrə) və Müşayət xidmətlərinə (Maintanance) görə İddiaçı MMC tanınmış gəlirin 60%-ni royalti olaraq SAP SE-yə ödəməlidir.
28. Vergi Məcəlləsinin 14-1.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının rezidenti ilə onunla qarşılıqlı surətdə asılı olan qeyri-rezident şəxslər, habelə həmin rezidentin başqa dövlətlərdə (ərazilərdə) yerləşən hər hansı nümayəndəliyi, filialı və digər bölməsi arasında olan əməliyyatlara transfer qiyməti əsas götürülməklə vergilər hesablanır.
29. Cavabdeh orqan tərəfindən transfer qiymətlərinin düzgünlüyünün yoxlanılması məqsədi ilə müqayisəli təhlil aparılmış və oxşar royalti müqavilələri seçilmişdir ki, həmin müqavilələr üzrə 2018-2020-ci illər 50% olduğu müəyyən edilmişdir. Belə olan halda Transfer qiymətləri üzrə xərcə tanınmalı xidmətlərin məbləği 2018-ci ildə 5.853.599,58 manat (11.707.199,17*50%), 2019-cu ildə 6.248.496,67 manat (12.496.993,34*50%) 2020-ci ildə 7.428.814,70 manat (14.857.629,41*50%) müəyyən edilir. Yuxanda qeyd edilənlərə və Vergi Məcəlləsinin 14.1, 14-1.4-cü maddələrinə əsasən xərclərin 2018-ci ildə 1.059.435,66 manat (6.913.035,24- 5.853.599,58), 2019-cu ildə 1.460.117,68 manat (7.708.614,35- 6.248.496,67), 2020-ci ildə isə 1.109.523,55 manat (8.538.338,25-7.428.814,70) artıq hesablandığı müəyyən edilmişdir. Vergi Məcəlləsinin 14-1-ci maddəsinin tələbinə uyğun olaraq yoxlama ilə Mənfəət vergisinin 2018-ci ildə 489.189,16 manat, 2019-cu ildə üzrə 863.724,0 manat, 2020-ci ildə 201940,65 manat, ümumilikdə 1.554.853,81 manat azaldılması müəyyən edilmişdir. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 1.554.853,81 verginin azaldılmasına görə 50% miqdarında, yəni 777.426,91 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur.
30. Transfer qiymətlərin tətbiq edilməsi məqsədilə iddiaçı tərəfindən müqayisə üçün 8 şirkətin adı təqdim edilmiş, bunlardan həmin siyahıda adı olan “X9” şirkətinin məlumatları (50% - 50%) cavabdeh tərəfindən məqsədəmüvafiq hesab olunaraq mənfəət vergisi transfer qiymət tətbiq edilməklə yenidən hesablanmışdır. Digər 7 şirkət ilə müqayisə aparılması məqsədəmüvafiq hesab edilməmişdir.
31. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Transmilli Şirkətlər və Vergi Administrasiyaları üçün İƏİT Transfer Qiymətinin müəyyən edilməsi üzrə Qaydalara (“lƏlT(OECD) TQ Qaydaları”) görə nəzarət olunan əməliyyatlarda Transfer Qiymətlərin (“TQ”) təhlili məqsədləri üçün hər hansı TQ üsulunun tətbiqində müqayisəli təhlilin aparılması zəruridir. Müqayisəli təhlil üçün yalnız bir əməliyyat deyil, bütün müqayisə oluna bilən kimi hesab olunan müqavilələr tərəflərin funksional oxşarlıq nöqteyi-nəzərdən təhlil olunmalıdır.
32. Məhkəmə hesab edir ki, yoxlama zamanı transfer qiymətlərin müəyyən edilməsi Vergi Məcəlləsi, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının “Transmilli şirkətlər və vergi orqanları üçün Transfer qiymətləndirmə Təlimatı”, “Transfer qiymətlərinin müəyyən edilməsi və tətbiqi qaydaları”nın tələbləri əsasında aparılmışdır. Qaydaların 2.0.1.1-ci bəndinə uyğun olaraq iddiaçı ilə qeyri-rezident təsisçisi (qarşılıqlı surətdə asılı olan qeyri-rezident şəxs) SAP SE arasında royalti və texniki xidmətlərin bölüşdürülməsi müqaviləsi üzrə əməliyyat nəzarət olunan əməliyyat hesab edilməklə transfer qiymətlərin tətbiqinin əhatə dairəsinə düşmüşdür. Vergi ödəyicisi tərəfindən transfer qiymətlərin müəyyən edilməsi üçün aparılmış müqayisəli təhlil vergi orqanı tərəfindən yoxlanılmışdır. Qaydaların 2.0.5-ci bəndinə əsasən müqayisəli təhlil - nəzarət olunan əməliyyatla müqayisə edilə bilən nəzarət olunmayan əməliyyatın seçilməsi prosesidir. Müqayisəli təhlilə daxildir: Nəzarət olunan əməliyyatın iqtisadi əhəmiyyətli xarakteristikasının və şərtlərinin müəyyən edilməsi; Nəzarət olunan əməliyyatın qiymət və digər şərtlərinin nəzarət olunmayan əməliyyatın müvafiq göstəriciləri ilə müqayisə edilməsi. Müqayisə edilə bilən əməliyyatların tapılması üçün istifadə edilən məlumat mənbələri sırasında vergi orqanının da istifadə hüququnun olduğu beynəlxalq məlumat bazası olan “Bureau van Dijk” bazasından istifadə olunur. Vergi orqanı tərəfindən müqayisəli təhlilin yoxlanılması zamanı “Bureau van Dijk” bazasından istifadə olunması barədə iddiaçıdan etiraz daxil olmamışdır, həmçinin iddiaçının özü də transfer qiymətlərin müəyyən edilməsi üçün həmin məlumat bazasına istinad etmişdir.
33. İddiaçı tərəfindən təqdim olunan müqavilələrdən 7-sində müqavilə şərtləri və həmin şərtlər əsasında müəyyən edilən maliyyə və iqtisadi göstəricilər ilə SAP SE-SAP AZ müqaviləsi əsasında müəyyən edilən göstəricilərin müqayisəliliyinə təsir göstərdiyi müəyyən edilmişdir. Müqayisəlilərin seçilməsi və ya seçimlərdən çıxarılmasını tənzimləyən Təlimatın 3.43-cü bəndinə əsasən potensial müqayisə olunanların seçilməsi və ya müqayisəli təhlildən çıxarılması zamanı həm keyfiyyət, həm də kəmiyyət göstəriciləri nəzərə alınmalıdır. Satışın həcmi, aktivlərin həcmi, işçilərin sayı ən çox müşahidə olunan kəmiyyət göstəriciləri kimi xüsusi vurğulanmışdır. Həmçinin, tərəflərin apardıqları əməliyyatlarının həcminin müqayisəliliyə təsir göstərməsi birbaşa qeyd olunmuşdur. Bundan başqa qeyd olunmalıdır ki, vergi ödəyicisi özü müqayisəli təhlili zamanı axtarış kriteriyalarını müəyyən edərkən dövriyyə məhdudiyyəti tətbiq edərək müqayisəli təhlilin gedişində özü bu göstəriciləri tətbiq etmişdir.
34. Əlavə dəyər vergisi üzrə: Vergi Məcəlləsinin 169.3-cü maddəsi ƏDV üzrə vergitutma bazasını müəyyən edir. Qeyrirezidentlərin ƏDV-yə cəlb olunması Vergi Məcəlləsinin 169-cu maddəsinin müəyyənləşdirdiyi qaydalara uyğun həyata keçirilir.
35. Vergi Məcəlləsinin: 169.1. ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezident Azərbaycan Respublikasının ərazisində bu Məcəllənin 169.2-ci və ya 169.5-ci maddələrində adı çəkilən vergi agenti üçün xidmət göstərirsə və ya iş görürsə (o cümlədən elektron ticarət qaydasında Azərbaycan Respublikasının hüdudlarından kənarda otel xidmətlərinin və aviabiletlərin sifarişi üzrə xidmətlər istisna olmaqla, işlərin görülməsi və xidmətlərin göstərilməsi), bu fəslin məqsədləri üçün işlərin görülməsi və ya xidmətlərin göstərilməsi bu maddəyə uyğun olaraq vergiyə cəlb olunur. 169.2. ƏDV-nin məqsədləri üçün qeydiyyata alınan hər hansı şəxs bu maddənin məqsədləri üçün vergi agenti sayılır. 169.3. Bu Məcəllənin 169.1-ci maddəsi tətbiq edildikdə, vergi tutulan əməliyyatın vaxtı ödəmənin həyata keçirildiyi vaxt sayılır. Ödəmə əməliyyatın həyata keçirilməsinədək aparıldıqda, vergi tutulan əməliyyat ödəmə həyata keçirildikdə aparılmış sayılır. Verginin məbləği bu Məcəllənin 173.1-ci maddəsinin müddəalarına uyğun olaraq vergi dərəcəsinin qeyri-rezidentə ödənməli olan məbləğə (ƏDV nəzərə alınmadan) tətbiq edilməsi yolu ilə müəyyənləşdirilir. ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezidentə elektron ticarət qaydasında işlərin və xidmətlərin təqdim edilməsinə görə vergi orqanlarında uçotda olmayan şəxslər tərəfindən ödənişlər aparılarkən bu maddə ilə müəyyən edilmiş qaydada qeyri-rezidentə ödənilməli olan məbləğə ƏDV hesablanmalı və ödənilməlidir. Elektron ticarət qaydasında işlərin və xidmətlərin alıcısı, habelə Azərbaycan Respublikasının hüdudlarından kənarda elektron qaydada təşkil olunan lotereyaların (o cümlədən virtual lotereyaların), idman mərc oyunlarının, digər yarışların və müsabiqələrin iştirakçısı vergi orqanlarında uçotda olmayan şəxs olduqda ödənişi aparan yerli ödəniş xidməti təchizatçısı və xarici ödəniş xidməti təchizatçısının Azərbaycan Respublikasındakı filialları tərəfindən hesablanan ƏDV alıcının vəsaiti hesabına büdcəyə ödənilir. ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış yerli ödəniş xidməti təchizatçısı və xarici ödəniş xidməti təchizatçısının Azərbaycan Respublikasındakı filialları tərəfindən vergi orqanlarında uçotda olmayan şəxsdən tutulmuş ƏDV əvəzləşdirilmir. 169.4. Vergi agenti ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçmişdirsə, hesablanan vergi, əməliyyatın aparıldığı ay üçün ƏDV-nin bəyannaməsi verilərkən ödənilir. Hesablanan verginin ödənilməsini təsdiq edən ödəmə sənədi bu Məcəllənin 175-ci maddəsinin müddəalarına uyğun olaraq vergi agentinə ƏDV-nin məbləğini əvəzləşdirmək hüququnu verən elektron qaimə-fakturadır.
36. Göründüyü kimi, ƏDV məqsədləri üçün vergi tutulan əməliyyatın vaxtının əməliyyatın aparıldığı vaxta əsasən müəyyən edilməsi bir daha təsdiqini tapır. Həmin müddəalardan aydın olur ki, vergi agenti ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçmişdirsə, ƏDV-nin hesablanması Vergi Məcəlləsinin 169.3-cü maddəsinə uyğun olaraq qeyri-rezident tərəfindən yerinə yetirilmiş işlərin müvafiq aktla təsdiq edilərək qəbul edildiyi ayın ƏDV bəyannaməsində, qeyri-rezident tərəfindən yerinə yetiriləcək işlərin dəyəri qabaqcadan ödənildiyi halda Vergi Məcəlləsinin 169.7-ci maddəsinə uyğun olaraq ödəmənin aparıldığı ayın ƏDV bəyannaməsində əks etdirilməlidir.
37. Qeyri-rezidentlə bağlanmış müqavilə üzrə qeyri-rezident tərəfindən göstərilməli olan xidmətlərə görə avans ödəmələrə ödənişin aparıldığı vaxtda həmin günə mövcud rəsmi məzənnə ilə ƏDV hesablanır və avans ödənişin aparıldığı ayda büdcəyə ödənilir.
38. İddiaçı tərəfindən qeyri-rezident şəxslərdən proqram təminatı üzrə xidmətlər alınmış, lakin həmin xidmətlərdən yalnız ödəniş edilmiş xidmətlər ƏDV-yə cəlb edilmişdir. xx.xx.2020-ci il tarixədək qüvvədə olan Vergi Məcəlləsinin 169.3-cü maddəsinə əsasən bu Məcəllənin 169.1-ci maddəsi tətbiq edildikdə, vergi agenti qeyri-rezidentə ödənməli olan məbləğə ƏDV hesablamalı və ödəməlidir. Verginin məbləği bu Məcəllənin 173.1-ci maddəsinin müddəalarına uyğun olaraq vergi dərəcəsinin qeyri-rezidentə ödənməli olan məbləğə (ƏDV nəzərə alınmadan) tətbiq edilməsi yolu ilə müəyyənləşdirilir. xx.xx.2020-ci il tarixədək qüvvədə olan Vergi Məcəlləsinin 169.3-cü maddəsinə əsasən qeyri-rezident şəxslərin gördüyü işlərin, göstərdiyi xidmətlərin dəyəri üzrə ƏDV işin, xidmətin görüldüyü tarixə uyğun olaraq ƏDV-yə cəlb edilmişdir. xx.xx.2020-ci il tarixədək qeyri-rezident şəxslərin gördüyü işlərin, göstərdiyi xidmətlərin dəyəri işin görülmə tarixinə, xx.xx.2020-ci il tarixdən sonrakı dövr üzrə isə qeyri-rezidentə ödənilmiş məbləğə uyğun olaraq ƏDV aylar üzrə tam müəyyənləşdirilmiş və müəssisəyə əlavə ƏDV hesablanmışdır.
39. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" 03 iyul 2023-cü il tarixli, **********173705 nömrəli qərarı 2018 və 2019-cu illər üzrə əlavə dəyər vergisinin və maliyyə sanksiyasının hesablanması hissələrində ləvğ edilməli, iddia qalan hissədə rədd edilməlidir.
40. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
41. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
42. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
İddia qismən təmin edilsin. “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" 03 iyul 2023-cü il tarixli, **********173705 nömrəli qərar 2018 və 2019-cu illər üzrə əlavə dəyər vergisinin və maliyyə sanksiyasının hesablanması hissələrində ləvğ edilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Ləman Musayeva