Məhkəmə qərarları › İş №2-1(112)-5890/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5890/2020

26.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5890/2020 26.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İsmayılov Teymur Rauf oğlunun katibliyi ilə, tərəflərin iştirakı olmadan iddiaçı İbrahimov Mahir Əlisa oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı xüsusi nəqliyyat alması üçün avtomobil növbəsinə götürülməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı İbrahimov Mahir Əlisa oğlu cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı İİ qrup əlil olan iddiaçıya növbəlilik qaydasında pulsuz avtomobil verilməsi ilə əlaqədar xüsusi nəqliyyat alması üçün avtomobil növbəsinə götürülməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1-ci Qarabağ Müharibəsində xx.xx.1993-cü ildən xx.xx.1997-ci ilə qədər Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin tərkibində olan N saylı hərbi hissədə xidmət keçmişdir və xx.xx.1993cü ildən xx.xx.1994-cü ilə qədər Murovdağda Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmişdir. Hərbi xidmət keçərkən hərbi xidmət vəzifələrini yerinə yetirərkən aldığı travma nəticəsində müayinə və müalicə almışdır və bu barədə SQ Baş Klinik Hospitalın poliklinika şöbəsinin sərəncamı ilə xəstəlik haqqında şəhadətnamə ilə şəhadətləndirilmişdir.Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazrliyi TSEK-də sonuncu müayinəyə dair məlumat vərəqəsində xəstəliyinin hərbi xidmət dövründə alınması ilə əlaqədar İİ qrup əlillik təyin edilmişdir.Cavabdehin avtomobil və motorlu araba ilə təmin olunması haqqında qərarına əsasən iddiaçının avtomobil və motorlu araba ilə təmin edilməsindən imtina cavabı verilmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən verilmiş məhkəmə sərəncamını icra edərək cavabdeh iddiaya dair etirazını təqdim edərək göstərmişdir ki, İddiaçı 26 saylı şəhər Poliklinikasının göndərişi əsasında xx.xx.2011-ci il tarixdə tibbi-sosial ekspert komissiyasında ilkin müayinə olunmuş və “keçirilmiş kəllə beyin travmasından sonrakı ensefalopatiya, hipertenzion sindromla.NSD” diaqnozu ilə “ümumi xəstəlik” səbəbi ilə 1 il müddətinə ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir.26 saylı şəhər poliklinikasının göndərişi əsasında xx.xx.2014-cü ildə tibbi-sosial ekspert komissiyasında təkrar müayinə olunmuş və “keçirilmiş kəllə beyin travmasından sonrakı ensefalopatiya, hipertenzion sindromla.NSD” diaqnozu ilə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik” səbəbi ilə 1 il müddətinə ikinci dərəcə əlilliyin təyinatı barədə qərar verilmişdir. İddiaçı növbəti dəfə 26 saylı şəhər poliklinikasının göndərişi ilə xx.xx.2015-ci ildə tibbi-sosial ekspert komissiyasında təkrar müayinə olunmuş və “keçirilmiş kəllə beyin travmasının qalıqları.Postravmatik ensefalopatiya.Hipertenzion sindrom. Sol aşağı ətraf” diaqnozu ilə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik” səbəbi ilə 1 il müddətinə üçüncü dərəcə əlilliyin təyini barədə qərar verilmişdir.Daha sonra 26 saylı şəhər poliklinikasının göndərişi ilə xx.xx.2016-ci ildə tibbi-sosial ekspert komissiyasında təkrar müayinə olunmuş və “Baş beynin ocaqlı travması.Keçirilmiş kəllə beyin travmasının qalıqları.Ensefalopatiya. Tez-tez baş verən qıcolma tutmaları.Kəllədaxili hipertenziya” diaqnozu ilə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik” səbəbi ilə 5 il müddətinə üçüncü dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair əsasnamə”nin 5.2.3-cü bölməsində nəzərdə tutulmadığından “Baş beynin ocaqlı travması.Keçirilmiş kəllə beyin travmasının qalıqları.Ensefalopatiya. Tez-tez baş verən qıcolma tutmaları.Kəllə daxili hipertenziya” diaqnozu avtomobilə tibbi göstərişin təyininə əsas vermədiyi üçün iddiaçının avtomobillə bağlı müraciəti təmin edilməmişdir. Cavabdeh göstərilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş iddiaçı və cavabdeh məhkəmə bахışınа öz nümаyəndələrini göndərməmiş, bunun səbəblərini məhkəməyə bildirməmişlər. Оdur ki, məhkəmə işə iddiaçının və cavabdehin nümayəndələrinin iştirаkı оlmаdаn bахmışdır. Məhkəmə iddia ərizəsini nəzərdən keçirərək, iddiaya dair etirazı nəzərə alaraq iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsassızdır. İş materiallarında olan: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin xx.xx.2020-ci il tarixli sənədinə əsasən iddiaçı ikinci dərəcəli əlildir, əlilliyinin səbəbi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədardır, TSEK-in diaqnozu: “Baş beynin ocaqlı travması. Keçirilimiş qapalı kəllə beyin travmasının qalıqları.Ensefalopatiya, tez-tez baş verən qıcolma tutmalar. Kəllə daxili hipertenziya” göstərilmişdir. 99 №li qərara əsasən avtomobil və motorlu araba ilə təmin edilməsindən imtina edilmişdir. Odur ki, iddiaçı ona növbəlilik qaydasında pulsuz avtomobil verilməsi ilə əlaqədar xüsusi nəqliyyat alması üçün avtomobil növbəsinə götürülməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması haqqında hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağıda göstərilənləri qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumihüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinə əsasən dövlət əlilliyi olan şəxslərə müstəqil həyat tərzi keçirmək və həyatın bütün aspektlərində hərtərəfli iştirak etmək imkanının yaradılması üçün, onların digərləri ilə bərabər səviyyədə fiziki mühit, nəqliyyat, informasiya və rabitədən, o cümlədən informasiya-kommunikasiya texnologiyaları və sistemlərindən, əhaliyə açıq olan və ya təqdim olunan digər obyekt və xidmətlərdən istifadəsinin təmin olunması üçün zəruri tədbirlər görür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 5 avqust tarixli 433 saylı qərarı ilə təsdiq edilmiş “Xüsusi avtonəqliyyat almaq üçün tibbi göstərişləri olan əlillərin avtomobil və motorlu araba ilə təmin edilməsi qaydaları haqqında təlimat”ın 1-ci bəndinə əsasən tibbi göstərişlər üzrə xüsusi nəqliyyat vasitəsi almaq hüququ olan əlillərin avtomobil və motorlu araba ilə təmin olunması bu məqsədlə ayrılmış fond daxilində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi və Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, tərəfindən növbə qaydasında həyata keçirilir. Həmin Təlimatın 2-ci bəndinə əsasən əlilin xüsusi nəqliyyat vasitəsi almağa tibbi göstərişləri haqqında tibbi-sosial ekspert komissiyası (TSEK ) rəyi avtomobil və motorlu arabanın növbəyə götürülməsi və verilməsi üçün əsasdır Həmin Təlimatın 8-ci bəndinə əsasən Əlillərin TSEK -dən keçirilməsi müalicə profilaktika müəssisələrinin göndərişi əsasında həyata keçirilir.Müalicə müəssisəsi xüsusi avtonəqliyyat almaq üçün əlili tam ətraflı müayinə edib, psixiatr, göz və qulaq-boğaz həkiminin müayinə nəticələri göstərilməklə, ona TSEK -na göndəriş verir. Həmin Təlimatın 9-cu bəndinə əsasən TSEK tibbi sənədlərin öyrənilməsi və əlilin müayinəsi əsasında, xüsusi avtonəqliyyata tibbi göstərişləri və onun idarə edilməsinə əks göstərişləri müəyyən edir. Qərar qəbul edilərkən müalicə-profilaktika müəssisələrinin göndərişi 88 №-li forma və əlillik dərəcəsi, səbəbi barədə TSEK arayışının Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbəsi tərəfindən təsdiq edilmiş surəti əsas götürülür. TSEK ekspert qərarının verilməsində çətinlik çəkdiyi hallarda xəstəni əlavə müayinə olunmaq üçün müalicə müəssisəsinə göndərir. Həmin Təlimatın 10-cu maddəsinə əsasən tibbi göstəricilərin təyini üçün müayinə hər bir əlilə görə əl ilə idarə olunan avtonəqliyyat və ya motorlu araba almaq üçün tibbi göstərişlərin təyini barədə akt qərtib edilir. Müayinə aktları müayinə keçirilmiş TSEK -da saxlanılır. Həmin Təlmatın 17-ci bəndinə əsasən nəqliyyat vasitəsi ilə təmin edilməsinə dair tibbi göstərişlərin müəyyən edilməsi haqqında 5 gün müddətində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi və Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinə, tibbi-sosial ekspert komissiyaları tərəfindən göndərilən müayinə aktlarından çıxarış əlillərin qeydiyyata götürülməsi üçün əsasdır. Əlillər tibbi-sosial ekspert komissiyasından keçdikləri gündən qeydiyyata götürülürlər və növbələri əsasında nəqliyyat vasitəsi ilə təmin olunurlar. Həmin Təlimatın N-ci bəndinə əsasən hər növ nəqliyyat vasitələrilə təmin olunmağa ehtiyacı olan əlillərin qeydiyyatı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi və Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri tərəfindən həyata keçirilir və nəqliyyat vasitəsinin növünə görə xüsusi kitabda ayrıca qeydiyyatı aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 5.2.3. avtomobillər aşağıdakı hallarda verilir:5.2.3.1. ikinci-B dərəcəli xroniki qan dövranı çatışmazlığı (İ99);5.2.3.2. ikinci dərəcəli ağciyər çatışmazlığı (J96-J96.9);5.2.3.3. bir aşağı ətrafın iflici və ya nəzərəçarpan parezi (G92.9);5.2.3.4. hemiplegiya, nəzərəçarpan hemiparez (G81-G81.9);5.2.3.5. nəzərəçarpan ataksiya, hiperkinetik, amiostatik sindrom (R27.0,F90,E83.0);5.2.3.6. hər iki aşağı ətrafın xroniki tromboobliterasiyaedici xəstəlikləri ikinci dərəcə arterial çatışmazlığı;5.2.3.7. aşağı ətrafların nəzərəçarpan trofik pozuntuları (hər iki aşağı ətraf və çanaq qurşağı əzələlərinin müxtəlif etiologiyalı atrofiyaları);5.2.3.8. aşağı ətraf venalarının xəstəlikləri, bir aşağı ətrafda üçüncü və ya hər iki aşağı ətrafda ikinci-üçüncü dərəcə venoz çatışmazlıqları (İ80.3);5.2.3.9. hər iki aşağı ətrafın fillik xəstəliyi (İ89.0);5.2.3.10. hər iki əlin güdülü (S68.0-S68.9, Z89.1);5.2.3.11. hər iki topuğun ankilozu və ya kəskin kontrakturası (hərəkətin həcminin 5 dərəcəyədək məhdudlaşması) (M24.6);5.2.3.12. hər iki pəncənin Şarp üzrə güdülü (ayaq darağı sümük başlıqlarının amputasiyası) və ya hər iki aşağı ətrafın yüksək səviyyədə güdülü – (S98-S98.4);5.2.3.13. baldırın güdülü (S88, Z89.7);5.2.3.14. bud-çanaq oynaqlarının, ətrafların funksiyasının nəzərəçarpan dərəcədə pozulması ilə müşayiət edilən, anadangəlmə və ya qazanılmış çıxığı (Q65-Q65.9, S73- S73.0);5.2.3.15. bud-çanaq və ya diz oynağının laxlaması (M23.5);5.2.3.16. bud-çanaq oynağının ankilozu və ya kəskin çarpan kontrakturası (hərəkətlərin həcmi 10 dərəcəyədək olduqda) (M24.5-M24.6);5.2.3.17. diz oynağının ankilozu və ya funksional əlverişsiz vəziyyətdə (150 dərəcədən az və 170 dərəcədən artıq bucaq altında) kəskin kontrakturası (M24.5-M24.6);5.2.3.N. topuq oynağının kəskin nəzərəçarpankontrakturası nəticəsində pəncənin qüsurlu vəziyyəti (T93.2-T93.3,M21.0-M21.6);5.2.3.19. hər iki bud və ya baldır sümüklərinin əyri bitişmiş sınığı nəticəsində onların 170 dərəcədən az bucaq altında deformasiyası (T93.2,M24.5);5.2.3.20. bir aşağı ətraf və ya ancaq qurşaq sümüklərinin xroniki osteomieliti (2 ildən artıq gedişli fistula və ya sekvestrli boşluqların olması ilə) (M86.3);5.2.3.21. budda yalançı oynaq, yaxud iri sümük qüsuru olması (sümüyün çevrəsinin yarısından artığı dağılmaqla) budun və ya baldırın hər iki sümüyünün yalançı oynağı və ya sümük qüsuru, yaxud qamış sümüyünün incik sümüyündə 170 dərəcədən kiçik bucaq altında deformasiya olmaqla yalançı oynağı və ya sümük qüsuru;5.2.3.22. bud-çanaq oynağının endoprotezi (Z96.6,T84-84.9);5.2.3.23. hər iki diz oynaqlarının endoprotezi (Z96.6);5.2.3.24. bir aşağı ətrafın 10 sm qısa olması (Q72.4-Q72.9,T13.0- 13.9);5.2.3.25. baldırda 20 kv.sm pəncənin üst səthində 10 kv.sm və pəncənin alt səthində ən azı 2 kv.sm ölçülü uzun müddət (6 aydan artıq) sağalmayan xora, yaxud travmadan sonrakı trofik pozuntular (T93.0-T93.9);5.2.3.26. onurğanın ayaq üstə dayanmağı və hərəkəti xeyli çətinləşdirən xəstəlikləri, deformasiyası, onurğa funksiyasının kəskin nəzərəçarpan pozulması ilə müşayiət olunan üçüncü-dördüncü dərəcəli əyilmələri;5.2.3.27. ankilozlaşdıranspondiloartrit (Bexterev xəstəliyi) bud-çanaq oynaqlarının nəzərəçarpankontrakturası ilə (M45),5.2.3.28. müharibə əlillərinin hər iki gözünün görmə itiliyi 0.04-dən aşağı və ya görmə sahəsi 10 dərəcədən aşağı olduqda (H53.0-H54.9);5.2.3.29. proqramlı hemodializ (Z99.2,Z49.0-Z49.1). İşin faktiki hallarına əsasən isə iddiaçıya TSEK tərəfindən müəyyən edilmiş diaqnoz yuxarıda qeyd edilənlər sırasında yoxdur, yəni iddiaçının diaqnozu onun əlil kimi avtomobillə təmin edilməsi üçün tibbi göstəriş deyildir. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 68.2-ci mаddəsinə əsаsən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.1-ci mаddəsinə əsаsən sübutlаr məhkəmə tərəfindən şifаhi məhkəmə iclаsındа аrаşdırılır. Həmin Məcəllənin 58.7-ci mаddəsinə əsаsən sübutlаr məhkəmə tərəfindən tаm və hərtərəfli аrаşdırıldıqdаn sоnrа qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı İbrahimov Mahir Əlisa oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı İİ qrup əlil olduğu üçün növbəlilik qaydasında pulsuz avtomobil verilməsi ilə əlaqədar xüsusi nəqliyyat alması üçün avtomobil növbəsinə götürülməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2,33,68,69,85, 110-cu maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı İbrahimov Mahir Əlisa oğlunun İİ qrup əlil olduğu üçün növbəlilik qaydasında pulsuz avtomobil verilməsi ilə əlaqədar xüsusi nəqliyyat alması üçün avtomobil növbəsinə götürülməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməsin. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar