Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5893/2025 03.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı “yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhər Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı “yaşayış sahəsinin qeyri yaşayış sahəsinə keçirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, mənzil kimi qeydiyyata alınmış əmlak iddiaçının mülkiyyətindədir və hazırda qeyri-yaşayış sahəsi kimi istifadə edilir. Cavabdehə yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilmə barədə müraciət edilmiş, lakin müraciətin təminindən imtina edilmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun hüquqlarının pozulmasına səbəb olur. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının yaşayış sahəsinə bitişik tikilmiş əlavə sahəsi binanın əsas layihəsindən kənara çıxdığına görə yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçməsi tərəfimizdən mümkün deyildir. Qanunvericiliyin tələblərinə görə iddiaçı inzibati orqana rəsmi müraciət etməli və həmin orqan tərəfindən inzibati aktın qəbul edilməsindən imtina olunması yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqların pozulduğu müəyyən edildiyi hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır və bu zaman məhkəmə sözügedən iddialarla bağlı inzibati mübahisəyə baxa bilər. Lakin göründüyü kimi iddiaçı öz tələbinin əsasını iddia ərizəsində əsaslandırmayaraq hüquqlarının pozulduğunu bildirmişdir. Yuxarıda qeyd olunan qanun normalarından göründüyü kimi iddiaçının xahişinin təmin edilməsi üçün qanuni əsaslar mövcud olmamışdır. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə hazırki iş üzrə iddia tələbi İddiaçı xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 60 saylı mənzilin yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması formasında icraata qabul edilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən mənzil üzərində İddiaçı xüsusi mülkiyyət hüquqları qeydiyyata alınmışdır. Texniki pasportun surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən mənzilin ümumi sahəsi 57,84 kv.m təşkil edir. ünvan 2 ünvanında yerləşən İddiaçı məxsus qeyri-yaşayış obyektinə dair “Areal Group” tərəfindən Memarlıq-Planlaşdırma Bölməsi tərtib edilmişdir. İmtina məktubundan görünür ki, cavabdeh iddiaçının müraciətinə baxmış və cavab olaraq bildirmişdir ki, qeyd olunan ünvanda yerləşən yaşayış sahəsi binanın layihəsindən kənara çıxdığına görə məsələnin müsbət həlli imkan xaricindədir və mümkün deyildir. 79 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş arayışdan görünür ki, ünvan 2 ünvanında yerləşən mənzil ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli çıxarışa əsasən iddiaçının adındadır. xx.xx.2013-cü il tarixdən hal-hazıradək həmin əmlak obyekt kimi fəaliyyət göstərir. Qeyd olunmalıdır ki, Mənzil Məcəlləsinin: 20.1. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə bu Məcəllənin və şəhərsalma haqqında qanunvericiliyin tələblərinin nəzərə alınması şərti ilə yol verilir. 21.1. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun qərarı əsasında həyata keçirilir. 22.1. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsindən imtinaya aşağıdakı hallarda yol verilir: 22.1.1. bu Məcəllənin 21.2-ci maddəsi ilə müəyyən edilmiş sənədlər təqdim edilmədikdə (bu Məcəllənin 21.2-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla); [9] 22.1.2. bu Məcəllənin 20-ci maddəsində nəzərdə tutulmuş sahənin keçirilməsi şərtlərinə riayət edilmədikdə; 22.1.3. yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi tikinti norma və qaydalarına uyğun olmadıqda. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin icrasının təmin edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 24 may 2010-cu il tarixli Fərmanın 1.2-ci bəndinə əsasən həmin Məcəllənin 21.1-ci maddəsində birinci halda nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini yerli (rayon, şəhər və şəhər rayonu) icra hakimiyyəti orqanları (dövlət mülkiyyətində olan qeyri-yaşayış sahələrinin yaşayış sahələrinə keçirilməsinə münasibətdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin, dövlət mühafizəsində olan daşınmaz tarixi və mədəniyyət abidələrinə münasibətdə isə həmçinin Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, tabeliyindəki dövlət qoruqlarının ərazilərində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin razılığı əsasında) həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş Yerli icra hakimiyyətləri haqqında Əsasnamənin 4.9.11-ci yarımbəndinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi barədə qərar qəbul etmək yerli icra hakimiyyətinin başçısının səlahiyyətindədir. Sadalanmış qanunvericiliyin və normativ hüquqi aktların tələblərindən göründüyü kimi yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi barədə qərar qəbul etmək yerli icra hakimiyyətinin başçısının səlahiyyətindədir. Nəzərə alınmalıdır ki, bu növ qərar qəbul edilərkən hüquqi qiymətləndirilmənin aparılması Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəaları əsasında həyata keçirilir. Məcəllənin İİİ fəslində yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi şərtləri, qaydası və imtina əsasları konkret olaraq göstərilmişdir. Məhkəmə, ilk növbədə, qeyd edir ki, iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməsində əsas məqsəd, mülkiyyətində olan yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsidir. Cavabdeh isə iddiaçının bu tələbini binanın layihəsindən kənara çıxması ilə əlaqələndirmişdir. Lakin nəzərə alınmalıdır ki, cavabdeh inzibati orqan qismində çıxış edərək, irəli sürülən dəlilin əsaslı olmasını təsdiq edən hər hansı hüquqi baxımdan məqbul və inandırıcı arqumentlər təqdim etməmişdir. Digər tərəfdən, hətta yaşayış sahəsinin binanın layihəsindən kənara çıxması ehtimalı mövcud olsa belə, bu, iddiaçının mülkiyyətində olan əmlaka münasibətdə sərəncamvermə hüququnun məhdudlaşdırılmasına hüquqi əsas yarada bilməz. Xüsusilə, iddiaçının tələbi istənilən halda onun mülkiyyətində olan və texniki sənədlərdə əks olunan ölçülərdəki sahənin qeyri-yaşayış sahəsinə keçirilməsi ilə bağlıdır. Yəni iddiaçı, hər hansı şəxsin hüquqlarına toxunan və ya layihədən kənar olan əlavə sahəyə deyil, yalnız öz mülkiyyət hüququ ilə sahib olduğu sahənin təyinatının dəyişdirilməsini tələb edir. Bundan əlavə, məhkəmə müəyyən edir ki, iddiaçının mülkiyyətində olan həmin yaşayış sahəsi uzun müddət faktiki olaraq qeyri-yaşayış məqsədilə istifadə edilməkdədir. Bu faktın təsdiqi kimi, müvafiq dövlət qurumu olan MKİS tərəfindən təqdim edilmiş arayış da iş materiallarına əlavə olunmuşdur. Uzun müddət ərzində hüquq subyekti tərəfindən maneəsiz və fasiləsiz şəkildə qeyri-yaşayış sahəsi kimi istifadə olunan əmlaka münasibətdə inzibati orqan tərəfindən hər hansı hüquqi əsas olmadan məhdudiyyətlərin tətbiq edilməsi mülkiyyət hüququnun toxunulmazlığı prinsipinə ziddir. Belə olan halda, məhkəmə iddiaçının mülkiyyət hüququnu nəzərə alaraq, onun sahib olduğu və istifadəsində olan sahənin qeyri-yaşayış sahəsinə keçirilməsinə hər hansı hüquqi maneənin mövcud olmadığı qənaətinə gəlir. İddiaçı məhz ona məxsus olan əmlaka dair hüquqlarını müdafiə edir və üçüncü şəxslərə aid olmayan, sırf öz mülkiyyətində olan sahənin təyinatının dəyişdirilməsini tələb edir ki, bu da mülkiyyət hüququndan irəli gələn qanuni tələblər çərçivəsindədir. Məhkəmə hesab edir ki, AR İPM-nin 14-cü maddəsinə uyğun olaraq hazırkı iddianın təminini konkret istisna edən halların müəyyən edilməsi cavabdehin üzərinə düşdüyündən və cavabdeh konkret olaraq müraciətin təminini istisna edən halları sübuta yetirə bilmədiyindən, hazırki iddia təmin olunmalıdır. İnzibati Prosessual Məcəlləsinin: 58.7.Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1.Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2.Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 60 saylı mənzilin yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsinə dair qərar qəbul edilməsi vəzifəsi Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-5893/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5893/2025
03.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver