Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5894/2020 20.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi, Emin Etibar oğlu Eminzadənin katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin X3 üzrə Mərkəzi Filialına qarşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və əmək pensiyasının hesablanması zamanı yaranacaq fərq məbləğinin birdəfəlik ödənilməsinin cavabdehə həvalə edilməsi barədə» iddiası üzrə işə məhkəmənin binasında (ünvan: Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 6) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X3 İdarəsinəqarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 2015-ci il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin və hal-hazıradak yaranmış fərqin hesablanaraq birdəfəlik ödənilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxxxxx 1958-ci ildə Şəki rayonunun 2-ci Biləcik kəndində doğulmuşdur. xx xxxxxx 1975-ci il tarixdən halhazıradək müxtəlif vəzifələrdə işləmişdir. Qeyd olunan əmək stajı iddiaçıya məxsus əmək kitabçasında öz əksini tapmışdır. İddiaçının 45 ildən çox ümumi sığorta stajı olmaqla onun 12 il 6 aydan çoxunu əmək şəraitli, xüsusilə, zərərli və ağır olan işlərdə işləmişdir. Belə ki, xx.xx.1975-ci ildən xx.xx.1976-cı ilədək “Mərkəzixxxx” zavodunda tam iş günü rejimində, zərərli əmək şəraitində tökmə istehsalında töküklərin nəqledicisi vəzifəsində işləmişdir. xx.xx.1976-cı ildən xx.xx.1978-ci ilədək hərbi xidmətdə olmuşdur. xx.xx.1978ci ildən xx.xx.1990-cı ilədək hazırkı Heydər Əliyev adına neft emalı zavodunda 10 nömrəli sexdə və xx.xx.1994-cü ildən xx.xx.1995-ci ilədək 16 nömrəli sexdə mexaniki təmir bazasında zərərli əmək şəraitində 5-ci dərəcəli texnoloji qurğuların təmiri üzrə çilingər vəzifəsində (peşəsində) işləmişdir. xx.xx.1990-cı ildən xx.xx.1991-ci ilədək Heydər Əliyev adına neft emalı zavodunda Q-43-107M qurğusunda mexanik vəzifəsində, xx.xx.1991-ci ildən xx.xx.1992-ci ilədək hava kompressor stansiyasında usta vəzifəsində, xx.xx.1992-ci ildən xx.xx.1994-cü ilədək direktorun kadrlar üzrə müavini vəzifəsində işləmişdir. xx.xx.1995-ci ildən xx.xx.2003-cü ildən hal-hazıradək xam neftin emalı üzrə 2 nömrəli sexin təsərrüfat qrupunda 11-ci dərəcəli usta vəzifəsində işləyir. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi barədə ərizə ilə Dövlət Sosial Müdafiə Fondunun X3 İdarəsinə müraciət etmiş, pensiya təyinatı orqanı əsassız olaraq iddiaçıya pensiya təyin edilməsindən imtina etmiş, cavab məktubunda bildirilmişdir ki,“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Təqdim edilmiş xx.xx.1975-ci il tarixli, İT-İ seriyalı, ******* nömrəli əmək kitabçasında xx.xx.1975 - xx.xx.1976-cı il tarixləri arasındakı dövr ərzində “xxxx” ASC-də töküklərin nəqledicisi peşəsində işlədiyi qeyd edilmişdir. Adıçəkilən müəssisədəki iş stajına aid sənədlərdə qeyd olunan məlumatların İdarə tərəfindən yerində dəqiqləşdirilməsi zamanı məlum olmuşdur ki, yuxarıda qeyd olunan dövr ərzində sözügedən müəssisədə işlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na uyğun deyildir. Bu səbəbdən yuxarıda qeyd olunan dövrü qanunvericiliyin tələbləri baxımından güzəştli iş stajına daxil etmək mümkün olmadığından iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az təşkil edir. Bu səbəbdən əmək kitabçası və ondakı məlumatların həqiqiliyinə əsaslı şübhələr oldğundan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilməmişdir. İddiaçının xüsusi və ümumi iş stajı ilə bağlı məlumatlar ona məxsus xx.xx.1975-ci il tarixli, İT-İ seriyalı, ******* nömrəli əmək kitabçası ilə təsdiq edilir. Heydər Əliyev adına neft emalı zavodunun İnsan resursları şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, iddiaçı xx.xx.1978-ci il tarixdən xx.xx.1990-cı il tarixədək Vladimir İliç adına Yeni Bakı Neftayırma Zavodunun 10 nömrəli sexində mexaniki təmir sahəsinin texnoloji qurğuların təmiri üzrə çilingər, xx.xx.1994-cü il tarixdən xx.xx.1995-ci il tarixədək isə 16 nömrəli sexdə mexaniki təmir sahəsinin texnoloji qurğuların təmiri üzrə çilingər vəzifəsində işləmişdir. Həmin vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra-İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iş üzrə cavabdeh DSMF-nin X3 İdarəsinə göndərilmiş, cavabdehdən iddiaya dair münasibətini yazılı şəkildə bildirməsi tələb olunmuşdur. Cavabdeh nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş iddiaya dair yazılı etirazda göstərilmişdir ki, iddia tam əsassızdır və qanunazidd olduğuna görə rədd edilməlidir. X2 təqdim etdiyi xx.xx.1975-ci il tarixli, İT-İ seriyalı, ******* nömrəli əmək kitabçasında xx.xx.1975-xx.xx.1976-cı il tarixləri arasındakı dövr ərzində “xxxx” ASC-də töküklərin nəqledicisi peşəsində işlədiyi qeyd edilmişdir. Adıçəkilən müəssisədəki iş stajına aid sənədlərdə qeyd olunan məlumatların Mərkəzi Filial tərəfindən yerində dəqiqləşdirilməsi zamanı məlum olmuşdur ki, yuxarıda qeyd olunan dövr ərzində sözügedən müəssisədə işlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na uyğun deyildir. Bu səbəbdən yuxarıda qeyd olunan dövrü qanunvericiliyin tələbləri baxımından güzəştli iş stajına daxil etmək mümkün olmadığından iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az təşkil edir. Sonda iddia tələbinin rədd edilməsi məhkəmədən xahiş edilmişdir. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdimolunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. İş üzrəkeçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsində yazılanlara uyğun olaraq izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddiaya dair yazılı etirazda qeyd edilənlərə uyğun məzmunda izahat verdi və iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. İnzibati Prosessual Məcəllənin2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Belə ki, iş materiallarına əlavə edilmiş: - BAKİ-NİZAMİ RPİ tərəfindən verilmiş AZE seriyalı, 0******* saylı şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən müəyyən edilir ki, İddiaçı xx.xx.1958-ci il tarixdə Şəki rayonunun 2-ci Biləcik kəndində doğulmuşdur. - İddiaçıya məxsus olmaqla xx.xx.1975-ci ildə açılmış İT-İ seriyalı ******* saylı əmək kitabçasının Azərbaycan dilinə tərcümə edilməklə təsdiq edilmiş surətindən müəyyən olunur ki, İddiaçı 697 nömrəli, xx.xx.1975-ci il tarixli əmrə əsasən xx.xx.1975-ci il tarixdən “Mərkəzi xxxx” zavoduna maddi-texniki təminat şöbəsinə 3-cü dərəcəli tökmə nəqledicisi qəbul olunmuş, 149 nömrəli, xx.xx.1976-cı il tarixli əmrlə xx.xx.1976-cı il tarixdən Sovet Ordu sıralarına getməsi ilə əlaqədar işdən azad edilmiş, 415k saylı xx.xx.1978-ci il tarixli əmrə əsasən xx.xx.1978-ci il tarixdən Vladimir İliç adına Yeni Bakı Neftayırma Zavodu 10 nömrəli sexə avadanlığın təmiri və texnoloji qurğulara xidmət üzrə 2-ci dərəcəli çilingər qəbul edilmiş, 568 k saylı xx.xx.1979-cu il tarixli əmrlə xx.xx.1979-cu il tarixdən həmin sexdə texnoloji qurğuların təmiri və xidməti üzrə çilingər 3-cü dərəcəsi verilmiş, 321k saylı xx.xx.1982-ci il tarixli əmrə əsasən xx.xx.1982-ci il tarixdən həmin sexdə texnoloji qurğuların təmiri və xidməti üzrə çilingər 4-cü dərəcəsi verilmiş, 8-12/19 saylı xx.xx.1988-ci il tarixli əmrə əsasən xx.xx.1988-ci il tarixdən həmin sexdə texnoloji qurğuların təmiri və xidməti üzrə çilingər 5-ci dərəcəsi verilmiş, 8-12/19 saylı xx.xx.1990cı il tarixli əmrə əsasən həmin tarixdən 5 nömrəli sexin Q-43-107M qurğularının 8-3/58 saylı xx.xx.1991-ci il tarixli xx.xx.1991-ci il tarixdən həmin sexin hava kompressorları stansiyasına usta vəzifəsinə köçürülmüş, 8-3/124 saylı xx.xx.1992-ci il tarixli əmrə əsasən xx.xx.1991-ci il tarixdən həmin sexin AOS və HKS sahəsinə usta vəzifəsinə köçürülmüş, 8-3/133 saylı xx.xx.1992-ci il tarixli əmrlə həmin tarixdən zavod idarəsinə kadrlar üzrə direktor müavini vəzifəsinə köçürülmüş, xx.xx.1994-cü il tarixdən 8-12/15 saylı xx.xx.1994-cü il tarixli əmrə əsasən “Azərneftyanacaq” İstehsalat Birliyi 16 nömrəli sexin mexaniki təmir bazasının 5-ci dərəcəli texqurğu çilingəri keçirilmiş, 8-3/35 saylı xx.xx.1995-ci il tarixli əmrlə xx.xx.1995-ci il tarixdən 1 nömrəli istehsalata təsərrüfat işləri üzrə rəis müavini vəzifəsinə keçirilmiş, 8-12/112 saylı, xx.xx.2003-cü il tarixli sərəncamla xx.xx.2003-cü il tarixdən “Azərneftyanacaq” neft emalı zavodunun xam neftin ilkin emalı üzrə 2 nömrəli sexin təsərrüfat qrupuna 11-ci dərəcəli usta vəzifəsinə keçirilmiş, 94-k saylı, xx.xx.2009-cu il tarixli əmrə əsasən xam neftin ilkin emalı üzrə 2 nömrəli sexin təsərrüfat qrupuna 11-ci dərəcəli ustası vəzifəsinə sayılmışdır və hal-hazırkı tarixədək əmək fəaliyyətini davam etdirir. - İddiaçıya məxsus HЗ seriyalı, ******* saylı hərbi biletin notarial qaydada təsdiq edilmiş surətindən aydın olur ki, İddiaçı xx xxx 1976-cı il tarixdən xx xxxx 1978-ci il tarixədək SSRİ Ordu sıralarında müddətli həqiqi hərbi xidmət keçmişdir. - “xxxx” ASC tərəfindən verilmiş 01 saylı, xx.xx.2020-ci il tarixli arayışdan müəyyən edilir ki, Qədirli (Qədirov) Çingiz Həşim oğlu xx.xx.1975-ci il tarixindən (697 nömrəli, xx.xx.1975-ci il tarixli əmr) xx.xx.1976-dək (149 saylı, xx.xx.1976-ci il tarixli əmr) “Mərkəzielektrotökmə “ zavodunda tam iş günü rejmində, zərərli əmək şəraitində, tökmə istehsalında töküklərin nəqledicisi peşəsində çalışıb. Yuxarıda göstərilənləri nəzərə alaraq, Qədirli (Qədirov) Çingiz Həşim oğlu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı Qərarına əsasən “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, işlərin, vəzifələrin və göstəricilərin siyahısı” nın XİV bölüm “Metal emalı”, “Tökmə istehsalı” a bəndi üzrə ******* a (kod2150100 a-19219) təqaüdə çıxmaq hüququ qazanır. xx.xx.2001-dən İqtisadi İnkişaf Nazirliyinin 166 saylı sərəncamına əsasən “Mərkəzixxxx” zavodunun bazasında Bakı “xxxx” ASC yaranmışdır. - SOCAR Heydər Əliyev adına Neft emalı zavodu tərəfindən verilmiş SOCAR**********81200601B00009 nömrəli, xx xxxxxxx 2020-ci il tarixli zərərli iş haqqında arayışdan müəyyən edilir ki, İddiaçı xx.xx.1978-ci il tarixdən xx.xx.1990-cı il tarixədək Vladimir İliç adına Yeni Bakı Neftayırma Zavodu 10 nömrəli sexdə mexaniki təmir sahəsinin texnoloji qurğuların təmiri üzrə çilingər, xx.xx.1994-cü il tarixdən xx.xx.1995-ci il tarixədək isə 16 nömrəli sexdə mexaniki təmir sahəsinin texnoloji qurğuların təmiri üzrə çilingər vəzifəsində işləmişdir. Həmin vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 saylı siyahısı”nın 12-ci bölməsində (kod: 2130302a – 18547) nəzərdə tutulmuşdur. İş materiallarından məlum olur ki, iddiaçı 12 il 06 aydan artıq güzəştli iş stajının, 25 ildən artıq ümumi iş stajının olmasını, eyni zamanda, xx.xx.2015-ci ildə 57 yaşının tamam olmasını əsas gətirərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ərizə ilə cavabdeh pensiya təyinatı orqanına müraciət etmiş, lakin sonuncunun xx.xx.2020-ci il tarixli, **********9 saylı cavab məktubu ilə bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Təqdim edilmiş xx.xx.1975-ci il tarixli, İT-İ seriyalı, ******* nömrəli əmək kitabçasında xx.xx.1975 - xx.xx.1976-cı il tarixləri arasındakı dövr ərzində “xxxx” ASC-də töküklərin nəqledicisi peşəsində işlədiyi qeyd edilmişdir. Adıçəkilən müəssisədəki iş stajına aid sənədlərdə qeyd olunan məlumatların İdarə tərəfindən yerində dəqiqləşdirilməsi zamanı məlum olmuşdur ki, yuxarıda qeyd olunan dövr ərzində sözügedən müəssisədə işlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na uyğun deyildir. Bu səbəbdən yuxarıda qeyd olunan dövrü qanunvericiliyin tələbləri baxımından güzəştli iş stajına daxil etmək mümkün olmadığından iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az təşkil edir. Bu səbəbdən əmək kitabçası və ondakı məlumatların həqiqiliyinə əsaslı şübhələr olduğundan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilməmişdir. Məhkəmə hesab edir ki, xx.xx.2006-cı il tarixədək İddiaçı pensiya hüququnun yaranması üçün qanunvericiliklə tələb edilən müvafiq iş stajını topladığından və müvafiq qanunla tələb olunan yaşa çatdığından hazırkı mübahisəyə həmin Qanunun 9.8-ci maddəsinə uyğun olaraq baxılmalı və hüquqi qiymət verilməlidir. 2006-cı il 1 yanvar tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 1992-ci ildə qəbul edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) 13-cü maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa...; Həmin Qanunun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixdə edilmiş dəyişikliyə görə, həmin maddədə nəzərdə tutulan yaş həddi 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Həmin normaların tələbləri nəzərə alındıqda, yuxarıda qeyd edilən 2 nömrəli Siyahıya (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 №-li Qərarı ilə təsdiq edilmişdir) uyğun olaraq (kişilərə): - 55 yaşdan pensiya təyin edilməsi üçün, şəxs “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndində nəzərdə tutulmuş 25 illik ümumi və 12,5 illik xüsusi iş stajını 1997-ci il avqustun 1-dək qazanmış olmalıdır; - həmin stajların tam qazanılması 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək olan dövrə təsadüf etdikdə, yaş həddinin həmin dövrdə hər il 6 ay artırıldığı nəzərə alınır; - həmin stajlar 2000-ci ilin avqustun 1-dən 2006-cı il yanvarın 1-dək (“Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi tarixədək) olan dövrdə qazanıldıqda, güzəştli şərtlərlə yaşa görə pensiya 57 yaşdan təyin edilir. Beləliklə, iddiaçının tələbinin təmin edilməsi və ona 57 yaşının tamam olduğu xx.xx.2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün onun 2006-cı il 1 yanvar tarixədək azı 25 il ümumi iş stajı olmalı, bunun 12 il 6 ayını Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahıda nəzərdə tutulmuş işlərdə çalışmış olmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın 14-cü, yəni “metal emalı” bölməsinin 1. Tökmə istehsalatı yarımbölməsində 2150100a — 19219 şifri altında çıxardılma iş sahələrində və doğranma, qəlibləmə, içlik ilə məşğul olan tökmə istehsalatındakı nəqledicilər və 12-ci, yəni “qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı bölməsinin 2.Neft-qaz və qaz kondensatının hasilatı yarımbölməsində 2130200a — 18547 şifri altında texnoloji qurğuların təmiri üzrə çilingərlər peşəsi təsbit olunmuşdur. Məhkəmə cavabdehin mübahisələndirilən məsələ ilə bağlı iddiaçıya ünvanlanmış yazılı cavabını, iddiaya dair yazılı etirazını və yuxarıda şərh edilən qanunvericiliyin güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtina edilməsi üçün əsasları müqayisəli şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, cavabdeh inzibati orqanın iddiaçının müraciəti və təqdim etdiyi sənədlər əsasında ona güzəştli şərtlərlə yaşa görə pensiya təyinatını aparmaması qanunsuz və əsassız olmuşdur. Belə ki, hazırkı işin faktiki hallarından görünür ki, iddiaçı 12 il 6 aydan artıq güzəştli, 25 ildən artıq ümumi iş stajını Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək toplamış, onun 57 yaşı xx.xx.2015-ci il tarixdə tamam olmuş, cavab pensiya təyinatı orqanı isə iddiaçının xx.xx.1975-ci il tarixindən xx.xx.1976-cı il tarixədək “xxxx” ASC-də zərərli əmək şəraitində, tökmə istehsalında töküklərin nəqledicisi peşəsində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı»nın deyil, məhz Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 saylı siyahısı”nın təsir dairəsinə düşməsini nəzərə almadan formal mülahizələrlə iddiaçının haqlı tələbini təmin etməmişdir. Məhkəmə, həmçinin, qeyd edir ki, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin “v” bəndinə əsasən hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilir. Göstərilən normanın tələbləri baxımından iddiaçının Sovet Ordu sıralarında müddətli həqiqi hərbi xidmət müddəti də ümumi iş stajı kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2011-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması” Qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür: 3.1.1. Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Həmçinin, xx xxxxxx 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsində də iş stajını sübut edən əsas sənəd kimi əmək kitabçası nəzərdə tutulurdu. Bundan başqa, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. «İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları» haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 saylı qərarının 1.1-ci maddəsinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. İddiaçının işlədiyi peşələr ona məxsus əmək kitabçasında qeyd olunmuş, həmin qeydlər işlədiyi müəssisələrin səlahiyyətli şəxsləri tərəfindən imza və möhür ilə təsdiq edilmiş, eləcə də müvafiq arayışlar iş materiallarına əlavə edilmişdir. Məhkəmə, işdə olan sənədlərə əsaslanaraq belə qənaətə gəlir ki, cavabdeh iddiaçının xx.xx.2006-cı il tarixədək 25 ildən artıq ümumi iş stajının, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı” üzrə 12 il 6 aydan artıq güzəştli iş stajının olmasını və 57 yaşının xx.xx.2015-ci il tarixdə tamam olmasını nəzərə almamaqla onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair ərizəsini təmin etməməkdə haqlı olmamışdır. “Əmək pensiyaları haqqında” Qanunun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyasının yarandığı gündən, lakin bu qanunun qüvvəyə mindiyi gündən tez olmayaraq ömürlük təyin edilir. Məhkəmə, həmçinin, qeyd edir ki, iddiaçı əsas, yəni ona güzəştli şərtlərlə pensiya təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə tələbi ilə yanaşı, əlavə, yəni təyin ediləcək əmək pensiyasının hesablanması zamanı yaranacaq fərq məbləğinin ödənilməsi tələbini də irəli sürmüşdür. “Əmək pensiyaları haqqında” Qanunun 37.7-ci maddəsinə görə keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Məhkəmə hesab edir ki, iddiaçının ilkin tələbi qanuni və əsaslı olduğundan hüquqi müqəddəratı həmin tələbə məhkəmə tərəfindən veriləcək hüquqi qiymətdən asılı olan təyin ediləcək əmək pensiyasının hesablanması zamanı yaranacaq fərq məbləğinin ödənilməsi məsələsinə də qiymət verilməlidir. Məhkəmənin qənaətinə görə, iddiaçıya əmək pensiyasının hesablanması zamanı yaranacaq fərq məbləğinin ödənilməsi xx.xx.2017-ci il tarixdən sonrakı dövrdə aparılacağından müvafiq məsələ məhz “Əmək pensiyaları haqqında” Qanunun həmin tarixdən qüvvəyə minmiş 37.7-ci maddəsinin tələblərinə uyğun olaraq həll edilməlidir. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Konstitusiyanın 38ci maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq, dövlət pensiya sistemini yaratdıqda həmin sistemdən irəli gələn fərdi hüquqlar və maraqlar, bu sistemin maliyyələşdirilməsinə haqq ödənilib-ödənilməməsindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsinin tətbiq dairəsinə düşür. 1 Saylı Protokolun 1-ci Maddəsinə əsasən işlərə ümumilikdə tətbiq olunan prinsiplər sosial yardıma gəldikdə eyni dərəcədə qüvvədə olur. Xüsusilə də, bu Maddə əmlak əldə etmək hüququ yaratmır. Bu, Razılığa gələn Dövlətlərin sosial sığorta sxeminin hər hansı formasını yaradıbyaratmaması barədə qərar vermək və ya hər hansı belə sxem altında təmin edilən yardımın növünü və ya məbləğini seçmək azadlığına hər hansı məhdudiyyət qoymur. Lakin əgər Razılığa gələn Dövlətin – ödənişlərin əvvəlcədən edilməsi şərti qoyulubqoyulmamasından asılı olmayaraq - sosial yardım hüququ əsasında belə ödənişi nəzərdə tutan qüvvədə olan qanunvericiliyi varsa, bu, onun tələblərindən faydalanan şəxslər üçün 1 Saylı Protokolun 1-ci Maddəsinin təsir dairəsinə düşən, əmlak maraqlarını yaradan qanunvericilik hesab olunmalıdır (Stek və digərləri Birləşmiş Krallığa qarşı iş üzrə Böyük Palatanın xx xxxxx 2006-cı il tarixli Qərarı, §47-53; Andreyeva Latviyaya qarşı iş üzrə Böyük Palatanın xx xxxxxx 2009-cu il tarixli Qərarı, §76-77, Karsonun işi (Carson), § 64). Beləliklə, məhkəmə araşdırması zamanı ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM-14.3). Bu səbəbdən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («İnzibati icraat haqqında» AR Qanunu, 17-ci maddə). Sadalanan normaların tələbinə görə məcburetmə haqqında iddianın əsaslı olması üçün aşağıdakı şərtlər birlikdə mövcud olmalıdır: inzibati orqan tərəfindən inzibati aktın qəbulundan imtina edilməli və ya inzibati orqanın hərəkətsizliyi nəticəsində inzibati akt qəbul edilməməli, həmin hərəkətlər qanuna zidd olmalı, həmçinin həmin hərəkətlər iddiaçının hüquqlarının pozulmasına səbəb olmalıdır. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanının üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia tələbi işdə olan sübutlara görə qismən əsaslı və qanuni olduğuna görə qismən təmin edilməli, İddiaçı xx.xx.2015-ci il tarixdən, yəni 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və əmək pensiyasının hesablanması zamanı yaranacaq fərq məbləğinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx xxxx 2017-ci il tarixdən qüvvəyə minmiş 37.7-ci maddəsinin tələblərinə uyğun olaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin X3 üzrə Mərkəzi Filialına həvalə edilməli,iddia qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia qismən təmin edilsin. İddiaçı xx.xx.2015-ci il tarixdən, yəni 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və əmək pensiyasının hesablanması zamanı yaranacaq fərq məbləğinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx xxxx 2017-ci il tarixdən qüvvəyə minmiş 37.7-ci maddəsinin tələblərinə uyğun olaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin X3 üzrə Mərkəzi Filialına həvalə edilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan rəsmi qaydada tam formada təqdim olunduğu gündən 30 (otuz)gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: Bakı şəhəri, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: MEHRİBAN QARAYEVA
Məhkəmə qərarları › İş №2-1(112)-5894/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5894/2020
20.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver