Məhkəmə qərarları › İş №2-1(112)-5899/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5899/2022

05.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5899/2022 05.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, İddiaçı (Bakı şəhərində qeydiyyatdadır, pensiyaçı), iddiaçının nümayəndəsi və vəkili X4 (Sumqayıt şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, vəkil bürosunda vəkil işləyir) və cavabdehin nümayəndəsi X1 (Gəncə şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, Məhkəmə mübahisələri ilə iş üzrə mərkəzi filialında mütəxəssis vəzifəsində işləyir) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya 60 yaşdan xx.xx.2019-cu ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” bаrədə iddiа tələbi üzrə işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ЕTDİ: İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiа qaldıraraq ona 60 yaşdan xx.xx.2019-cu ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının 60 yaşı xx.xx.2018-ci il tarixdə tamam olmuşdur. Artıq xx.xx.2019-cu il tarixə ümumi sığorta stajı 25 il olmaqla, bu müddətin 12 il 6 aydan çox müddəti əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərə aid staj olmuşdur. O, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı müvafiq sənədlərlə xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Həmin orqan tərəfindən ümumi iş stajının 25 ildən az, yəni 24 il 6 ay 24 gün olması əsas gətirilərək ona güzəştli şərtlərlə pensiya təyinatından xx.xx.2021-ci il tarixli məktubla imtina edilmişdir. Mərkəzə təqdim etdiyi ona məxsus xx.xx.1986-cı il tarixli İT-№0848997 nömrəli və xx.xx.1989-cu il tarixli İT- İ №1939415 nömrəli əmək kitabçalarından, şəxsin güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair arayış və hərbi biletdən müəyyən olunur ki, xx.xx.2019-cu il tarixə artıq onun güzəştli şərtlərlə pensiya hüququ yaranmışdır. Belə ki, hərbi xidmət dövrü- (xx.xx.1977- xx.xx.1979-cu il) 2 il 1 ay 3 gün (əsas: hərbi bilet); əmək fəaliyyəti üzrə sığorta stajı;) (xx.xx.1979- xx.xx.1983) 3 il 10 ay 26 gün (əsas: İT-№0848997 nömrəli əmək kitabçası 2-3-cü səhifələr), (xx.xx.1983-xx.xx.1986) 2 il 10 ay (əsas: İT-№0848997 nömrəli əmək kitabçası 3-5 səhifələr) qeyd: Həmin müddət Mərkəz tərəfindən hər hansı səbəb göstərilmədən iş stajı kimi nəzərə alınmamışdır. (xx.xx.1986- xx.xx.1986) 1 ay 5 gün (əsas: İT-№0848997 nömrəli əmək kitabçası 4-5 səhifələr), (xx.xx.1986- xx.xx.1986) 1 ay 29 gün (əsas: İT-№0848997 nömrəli əmək kitabçası 4-5 səhifələr), (xx.xx.1986xx.xx.1986) 1 ay 2 gün (əsas: İT-№0848997 nömrəli əmək kitabçası 6-7 səhifələr), (xx.xx.1987- xx.xx.1987) 1 ay (əsas: İT-№0848997 nömrəli əmək kitabçası 8-9 səhifələr), (xx.xx.1987- xx.xx.1987) 2 ay 15 gün (əsas: İT-№0848997 nömrəli əmək kitabçası 8-9 səhifələr), (xx.xx.1988-01.1 1.1988) 9 ay 2 gün (əsas: İT-№0848997 nömrəli əmək kitabçası 10-11 səhifələr), (xx.xx.1988- xx.xx.1989) 6 ay 10 gün (əsas: İT-№0848997 nömrəli əmək kitabçası 12-13 səhifələr), (xx.xx.1989- xx.xx.1989) 5 ay 20 gün (əsas: İT- №0848997 nömrəli əmək kitabçası 12-13 səhifələr), (xx.xx.2005- xx.xx.2006) 1 il 24 gün (əsas: İT-İ №1939415 nömrəli əmək kitabçası 4-5 səhifələr).qeyd: Göstərilən müddətdən 3 ay 2 gün əksik hesablanmışdır. (xx.xx.2006 -xx.xx.2021) 14 il 11 ay 25 gün əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş siyahının 11-ci bəndində/ 11.1.a/ (yarımbəndində) müəyyən edimiş sahənin və vəzifənin xüsusiyyəti ilə eynidir. (əsas: "xxxx" QSC “Bibiheybət” Gəmi Təmiri Zavodunun 92 nömrəli xx.xx.2021-ci il tarixli arayışı). İddiaçı hal hazıradək həmin işlərdə işləyir. Göründüyü kimi pensiya hüququnun yarandığı xx.xx.2019-cu il tarixə 25 il ümumi iş stajına malik olmuş, bu müddətin 12 il 6 aydan çox müddəti 12 il 8 ay 14 günü güzəştli şərtlərlə pensiya hüququ verən işlər olmuşdur. Artıq həmin tarixdə 60 yaşı tamam olmuşdur və pensiya kapitalında əmək pensiyasının minimum məbləğindən az olmayan vəsait vardır. Lakin Mərkəz tərəfindən pensiya hüququnun yarandığı xx.xx.2019-cu il tarixə kimi olan iş stajı (xx.xx.1983-xx.xx.1986) 2 il 10 ay və (xx.xx.2005-xx.xx.2006) 1 il 24 gündən 3 ay 2 gün əksik hesablanmaqla ümumilikdə 3 il 1 ay 2 gün müddət əsassız olaraq iş stajı kimi nəzərə alınmamışdır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 47-ci mаddəsinə əsаsən verilmiş məhkəmə sərəncamı ilə bağlı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı iddiаyа dаir еtirаzını təqdim edərək göstərmişdir ki, imtinası qanuni və əsaslı olmuşdur. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan yerdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. AR ƏƏSMN-nin Kollegiyasının xx.xx.2017-ci il tarixli, 17 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarını 3.1-ci maddəsinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilən zaman Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı nəzərə alınır. Bildirilir ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə əmək şəraitinə görə güzəştli şərtlərlə əmək pensiyası hüququ vardır. "Əmək pensiyaları haqqında" Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. İddiaçı Mərkəzi Filiala təqdim etdiyi 15 yanvar 1986-ci il tarixli İT-İ ******* nömrəli və 30 yanvar 1989-cu il tarixli İT- İ ******* nömrəli əmək kitabçalarında qeyd olunan məlumatlardan göründüyü kimi, iddiaçının ümumi iş stajı 25 ildən az (24 il 6 ay 24 gün (xx.xx.1977-xx.xx.1979-cu il, xx.xx.1979-xx.xx.1983-cü il, xx.xx.1986xx.xx.1986-cı il, xx.xx.1986-xx.xx.1986-cı il, xx.xx.1986-xx.xx.1986-cı il, xx.xx.1987xx.xx.1987-ci il, xx.xx.1987-xx.xx.1987-ci il, xx.xx.1988-xx.xx.1988-ci il, xx.xx.1988xx.xx.1989-cu il, xx.xx.1989-xx.xx.1989-cu il, xx.xx.2005-xx.xx.2006-cı il, xx.xx.2006xx.xx.2021-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Cavabdeh göstərilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Аzərbаycаn Rеspublikаsı İnzibаti Prоsеssuаl Məcəlləsinin 2.2.2-ci mаddəsinə əsаsən inzibаti оrqаnın üzərinə inzibаti аktın qəbul еdilməsi ilə bаğlı öhdəliyin qоyulmаsınа dаir iddiаlаrа və yа inzibаti оrqаnın hərəkətsizliyindən müdаfiəyə dаir iddiаlаrа (məcburеtmə hаqqındа iddiа) inzibаti məhkəmə icrааtı qаydаsındа bахılır. Azərbaycan Respublikasının İPM-nin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili X4 iddiaçının 05 mart 2019-cu ildə 25 il ümumi stajının tamam olduğunu və 12 il 6 aydan çox güzəştli pensiya hüququ verən işdə çalışdığını bildirərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddia ərizəsinə etirazda göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahat və çıxışını dinləyərək, təqdim еdilmiş sənədləri nəzərə аlаrаq, işin fаktiki hаllаrınа və sübutlаrа qiymət vеrərək hеsаb еdir ki, iddiaçının iddiа tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: Azərbaycan Respublikası vətəndaşının AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1958-ci ildə Füzuli rayonunda anadan olmuşdur. İddiaçının İZ ******* nömrəli hərbi biletinin surətinə əsasən iddiaçı xx.xx.1977-ci il tarixdən xx.xx.1980-ci il tarixədək Sovet Ordusunda hərbi xidmətdə olmuşdur. İddiaçının İT-İ ******* nömrəli əmək kitabçasının surətinə əsasən iddiaçı xx.xx.1979cu ildən Jdanov beton zavodunun dəmir-beton sexində fəhlə, xx.xx.1983-cü ildən Dəmirbeton sexinin yenidən təşkili ilə əlaqədar olaraq Jdanov beton zavodunda armaturçu kimi işləmiş, xx.xx.1986-cı ildə öz istəyi ilə işdən azad edilmiş, xx.xx.1986-cı ildən “Kemerovoqorremstroy” trestinin 11 saylı təmir-tikinti idarəsinə müvəqqəti olaraq 4-cü dərəcəli rəngsaz işləmiş, xx.xx.1986-cı ildə müqavilə müddəti bitdiyi üçün işdən azad edilmiş, xx.xx.1986-cı ildən müvəqqəti olaraq 4-cü dərəcəli rəngsaz işinə qəbul edilmiş, xx.xx.1986-cı ildə müqavilə müddəti bitdiyi üçün işdən azad edilmiş, xx.xx.1986-cı ildən “Osinnikiuqol” trestinə müvəqqəti olaraq 2 ay müddətinə yükləyici işləmiş, xx.xx.1986-cı ildə öz istəyi ilə işdən azad edilmiş, xx.xx.1987-ci ildəm “Osinnikiuqol” trestinin tikinti şöbəsinə fəhlə işləmiş, xx.xx.1987-ci ildə müddətin başa çatması ilə əlaqədar işdən azad edilmiş, xx.xx.1987-ci ildən Kommunal müəssisələr və abadlıq kombinatında fəhlə işləmiş, xx.xx.1987-ci ildə öz istəyi ilə işdən azad edilmiş, xx.xx.1987-ci ildən Kommunal qazanxanalar və istilik şəbəkələri idarəsinin tikinti şöbəsində fəhlə, xx.xx.1987-ci ildən 4-cü dərəcəli vəzifədə işləmiş, xx.xx.2987-ci ildən öz istəyi ilə işdən azad edilmiş, xx.xx.1987-ci ildə SSRİ Kömür sənayesi nazirliyi “Kuzbassuqol” ümumittifaq sənaye birliyi Oktyabr inqilabı ordenli “Yujkuzbassuqor istehsalat birliyi Osinniki şəhəri mənzil-kommumal təsərrüfatı idarəsi 2 saylı mənzil-istismar kontorunda 4-cü dərəcəli suvaqçı işinə qəbul ounmuş, həmin vaxtda da işdən azad olunmuş, xx.xx.1988-ci ildən Osinniki şəhərində kioskçu, xx.xx.1988-ci ildən 23 saylı idarədə kioskçu işləmiş, xx.xx.1988-ci ildə müddət başa çatdığı üçün işdən azad edilmişdir. İddiaçının İT-İ ******* nömrəli əmək kitabçasının surətinə əsasən iddiaçı xx.xx.1989xx.xx.2004-cü illərdə Keşlə ətkombinatı, xx.xx.2005-xx.xx.2006-cı illərdə “X3 və Dış Ticarət Limited” Şirkətinin Azərbaycan Respublikasındakı filialında 4-cü dərəcəli tökməci işləmiş, xx.xx.2006-cı ildə “X7 Donanması” İdarəsi Gəmi Təmiri Zavodunda tökmə sahəsində 4-cü dərəcəli metal tökməcisi işinə qəbul edilmiş, xx.xx.2007-ci ildə ştat cədvəlində baş vermiş dəyişikliklər ilə əlaqədar olaraq tökmə sahəsi tökmə sexi adlandırılmış, xx.xx.2014-cü ildə “Bibiheybət” Gəmi Təmiri Zavodunun tökmə sahəsinə 4cü dərəcəli metal töküçü işinə keçirilmişdir. xx.xx.2021-ci ildən hazıradək həmin peşədə işləyir. "xxxx" QSC “Bibiheybət” Gəmi Təmiri Zavodunun şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair xx.xx.2021-ci il tarixli 92 nömrəli arayışına əsasən İddiaçı güzəştli şərtlə pensiya hüququ verən metal töküçüsü vəzifəsində "xxxx" QSC “Bibiheybət” GTZ-də xx.xx.2006-cı il - əmr № 159, xx.xx.2021-ci il – haz-hazırda işləyir. İşlədiyi vəzifə üzrə sosial sığorta stajı 14 il 11 ay 25 gün təşkil edir. İşlədiyi vəzifənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri əridilmiş modelləri üzrə tökmək üçün yüksək legizlənmiş və istiliyə davamlı ərintilərin çalovlarla əl ilə tökülməsindən ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş siyahının 11-ci bəndində 11.1.a) (yarımbəndində) müəyyən edimiş sahənin və vəzifənin xüsusiyyəti ilə eynidir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli **********9 nömrəli imtina məktubunda bildirilmişdir ki, Mərkəzi Filiala təqdim olunan 15 yanvar 1986-cı il tarixli İT-İ ******* nömrəli və 30 yanvar 1989-cu il tarixli İt-İ ******* nömrəli əmək kitabçalarında və ona əlavə olunmuş sənədlərə görə iddiaçının ümumu iş stajı 25 ildən az (24 il 6 ay 24 gün (xx.xx.1977-xx.xx.1979-cu il, xx.xx.1979xx.xx.1983-cü il, xx.xx.1986- xx.xx.1986-cı il, xx.xx.1986-xx.xx.1986-cı il, xx.xx.1986xx.xx.1986-cı il, xx.xx.1987-xx.xx.1987-ci il, xx.xx.1987-xx.xx.1987-ci il, xx.xx.1988xx.xx.1988-ci il, xx.xx.1988-xx.xx.1989-cu il, xx.xx.1989-xx.xx.1989-cu il, xx.xx.2005xx.xx.2006-cı il, xx.xx.2006-xx.xx.2021-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin təyinatı baxımından mümkün hesab edilmir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli **********7 nömrəli imtina məktubunda bildirilmişdir ki, Mərkəzi Filial tərəfindən 15 yanvar 1986-cı il tarixli İT-İ ******* nömrəli əmək kitabçası araşdırılarkən orada qeyd olunan məlumatların həqiqiliyinə əsaslı şübhələr yaranmışdır, belə ki, əmək kitabçasının 14-15-ci səhifələrində xx.xx.1991-ci il tarixinə aid qeydlərdə sözlərin yazılışında qarışıq olaraq kiril və latın qrafikalı hərflərdən istifadə olunmuş, həmin səhifələrdə xx.xx.1991-xx.xx.2004-cü il tarixləri arasındakı dövr ərzində aparılmış qeydlərdə möhürün oxunması mümkün olmamışdır. Bu səbəblərdən də iddiaçının ümumu iş stajı 25 ildən az (24 il 6 ay 24 gün) təşkil edir. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin təyinatı baxımından mümkün hesab edilmir. Müraciətə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığı təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququ vardır. Beləliklə, iş materiallarında olan sənədlərdən məhkəmə müəyyən etdi ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1958-ci il təvəllüdlüdür, xx.xx.2018-ci il tarixində onun 60 yaşı tamam olmuşdur, iddiaçı xx.xx.2019-cu il tarixinə olan 25 il ümumi əmək stajını və 14 ildən çox güzəştli stajını nəzərə alınmaqla güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi barədə cavabdehə müraciət etsə də, cavabdeh onun müraciətini təmin etməkdən imtina etmişdir. Cavabdeh imtinasını onunla əsaslandırmışdır ki, iddiaçının ümumu iş stajı 25 ildən az (24 il 6 ay 24 gün) təşkil edir. Məhkəmə cavabdehin iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası təyin etməsindən imtinasını əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır. Hər kəsin pensiya hüququ konstitusion hüquq olan sosial təminat hüququnun subyektiv hüquq növü kimi çıxış edir. Vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyası təminatı sistemi “Əmək pensiyaları haqqında” Qanunla müəyyən edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Аzərbаycаn Rеspublikаsının Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Аzərbаycаn Rеspublikаsının Nаzirlər Kаbinеtinin 1996-cı il 26 dеkаbr tаriхli, 186 nömrəli qərаrı ilə təsdiq еdilmiş «İşçilərin əmək kitаbçаsının fоrmаsı və оnun tərtibi qаydаlаrı»nın 1.1-ci bəndinə əsаsən əmək kitаbçаsı işçinin əmək fəаliyyətini və əmək stаjını təsdiq еdən əsаs sənəddir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası“ nın 4.1.1. –ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək olan dövr üzrə: 1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən; İşdə olan iddiaçıya məxsus əmək kitabçalarına və hərbi bilətinə əsasən iddiaçının xx.xx.2019-cu il tarixinə 25 il ümumi stajı olması təsdiq olunur. Cavabdeh iddiaçının əmək kitabçasının 14-15-ci səhifələrində xx.xx.1991-ci il tarixinə aid qeydlərdə sözlərin yazılışında qarışıq olaraq kiril və latın qrafikalı hərflərdən istifadə olunması və həmin səhifələrdə xx.xx.1991-xx.xx.2004-cü il tarixləri arasındakı dövr ərzində aparılmış qeydlərdə möhürün oxunması mümkün olmaması səbəbinən həmin dövrləri ümumi stajına daxil etməmiş, nəticədə iddiaçının ümumu iş stajı 25 ildən az (24 il 6 ay 24 gün) olması əsası ilə güzəştli şərtlərlə pensiyanın təyin edilməsindən imtina etmişdir. Lakin, cavabdeh tərəfindən iddiaçıya məxsus əmək kitabçalarının mötəbər sənəd olmamasına dair hər hansı bir subut təqdim edilməmişdir. İşin həqiqi hallarına əsasən, iddiaçının 60 yaşı 19 noyabr 2018-ci il tarixdə tamam olmasına baxmayaraq, qanunla tələb olunan 25 il ümumi və 12 il 6 ay güzəştli stajı xx.xx.2019-cu il tarixində mövcud olduğundan, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ xx.xx.2019-cu il tarixindən yaranmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-ci maddəsinə əsasən, yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəlləinin 73.1.-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Göstərilənlərə əsasən, məhkəmə iş üzrə sübutlara məcmu qaydada qiymət verərək, qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir, İddiaçı 60 yaşdan xx.xx.2019-cu ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməlidir. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə – tərəflər; dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının İPM-nin 2, 33, 68, 73, 85, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı 60 yaşdan xx.xx.2019-cu ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar