Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-590/2020 08.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X4 Ağa qızının katibliyi, İddiaçının vəkili X2 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilmə barədə sərəncam verilməsi barədə iddiasınaBakı şəhəri, N.Vəzirov küçəsi, 56 ünvanda məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı ünvan 2 ünvanında yerləşən 33 saylı mənzilin yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsinə dair sərəncam verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələb onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən 33 nömrəli mənzil (0127138 saylı Çıxarış) onun mülkiyyətindədir. O, hal-hazırda həmin sahədə sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Sahibkarlıq fəaliyyətinin şəffaf şəkildə həyata keçirilməsi, həmçinin binanın konstruksiya dəyişikliyi və qonşu sahələrə gələcəkdə maneəçilik törədilməməsi üçün iddiaçı Azərbaycan Respublikası Qanunvericiliyinə tam şəkildə riayət edərək, 2009-cu ildə Yasamal rayonu İcra Hakimiyyətin başçısına ərizə ilə müraciət edərək, adıçəkilən mənzilin pəncərəsinin qapı ilə əvəz edilməsi üçün icazə almışdır. İcazəyə əsasən Yasamal rayonu, İzmir küçəsi, 5 saylı evin 33-cü mənzilinə açılmış giriş qapısının eskiz layihəsii tərtib edilərək, Cavabdeh tərəfindən təsdiqlənmişdir. Bununla yanaşı, ona Cavabdeh başçısının 32 saylı sərəncamına əsasən, Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2009-cu il tarixli, 18/03- 8/227 saylı məktublarına riayət edərək, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin normalarına, həmçinin təhlükəsizlik tədbirlərini və binanın yükdaşıyıcı elementlərinə toxunulmamasına, memarlıq üslubuna xələl gətirmədən, rayon icra hakimiyyətinin memarının nəzarəti altında riayət edərək prosesi tam və qüsursuz şəkildə tamamlamışdır. xx.xx.2019-cu il tarixində iddiaçıya Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 20 və 21-ci maddəsinə riayət edərək, yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə dair ərizə ilə cavabdehə müraciət etmişdir. Müraciətdə iddiaçı Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 21-ci maddəsinə uyğun, həmçinin “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun İV fəslinə uyğn olaraq müraciət etsə də, cavabdeh tərəf Azərbaycan Respublikası “Vətəndaşların müraciətləri haqqında” Qanunun 10-cu maddəsini pozaraq, onun tərəfindən yazılı şəkildə ünvanlanmış ərizəyə rəsmi olaraq cavab verməmişdir. Beləliklə, o, ərizəsinə cavabdehin rəsmi qaydada cavab verməməsini imtina kimi qəbul edir. İş materiallarından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi 33 nömrəli mənzili mülkiyyət hüququ üzrə onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilmişdir. O, bu mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsi barədə ərizə ilə cavabdehə müraciət etmişdir. Cavabdeh onun müraciətinə baxmamış, həmçinin rəsmi sənəd təqdim etməmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilməsinə baxmayaraq, cavabdeh iddiaya qarşı məhkəməyə hər hansı bir münasibət təqdim etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçının vəkili izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısının X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş texniki pasportdan görünür ki, ünvan 3 ünvanında yerləşən mənzil həmin binanın 1-ci mərtəbəsində yerləşir, mənzil 2 otaqlıdır, mənzilin ümumi sahəsi 120.6 kv.m-dir. İşdə olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* nömrəli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsində istifadədə olan 0.14848 ha torpaq sahəsində yerləşən 5 nömrəli, 5 mərtəbəli binada yerləşən 42.47 kv.m ümumi, 29.47 kv.m yaşayış sahsindən ibarət 2 otaqlı, 33 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 345 nömrəli reyestr kitabının 32298 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən Cavabdehnə ünvanlanmış 18/03-8/227 nömrəli, xx.xx.2009-cu il tarixli məktubun surətindən görünür ki, Yasamal rayonu, İzmir küçəsi 5, ev 33-də yaşayan Marina Mixayılovnaya, yaşadığı mənzilin pəncərəsinin qapı ilə əvəz edilməsinə icazə verilməsi barədə xx.xx.2009-cu il tarixli, M-7 saylı razılıq məktubuna cavab olaraq bildirilmişdir ki, binanın yükdaşıyıcı elementlərinə toxunulmaması və memarlıq üslubuna xələl gətirilməməsi şərti ilə qaldırılan məsələnin müsbət həll edilməsinə etiraz etmirlər. İşdə olan Bakı şəhər İcra Hakimiyyəti tərəfindən Cavabdehnə ünvanlanmış M-17 nömrəli, xx.xx.2009-cu il tarixli məktubdan görünür ki, Yasamal rayonu, İzmir küçəsi, ev 5, mənzil 33-də yaşayan Marina Mixayılovna yaşadığı mənzilin pəncərəsinin qapı ilə əvəzləndirilməsinə icazə verilməsi barədə Bakı şəhər İcra Hakimiyyətinə ərizə ilə müraciət etmişdir. Bununla əlaqədar olaraq vətəndaş M.Mixayılovnanın ərizəsinin surətini aidiyyəti üzrə Cavabdehnə göndərməklə, qeyd olunan binanın konstruktiv dayanıqlığı və memarlıq üslubuna xələl gətirilməməsi baxımından bu məsələyə münasibət bildirilməsi xahiş edilmişdir. İşdə olan Bakı şəhəri Cavabdeh Başçısı tərəfindən Bakı şəhər İcra Hakimiyyəti başçısına ünvanlanmış M-7, xx xxxxxx 2009-cu il tarixli məktubdan görünür ki, Yasamal rayonu, İzmir küçəsi, ev 5, mənzil 33-də yaşayan M.Mixayılovnanın yaşadığı mənzilin pəncərəsinin qapı ilə əvəz edilməsi barədə BŞİH-nə ünvanladığı müraciətin nəzərə alıb, bu məsələyə münasibət bildirilməsi ilə bağlı Cavabdehnə ünvanlanmış məktuba baxılmışdır. Cavabdeh qeyd olunan ünvanda binanın yükdaşıyan elementlərinə toxunulmaması və memarlıq üslubuna xələl gətirilməməsi şərti ilə M.Mixayılovnaya məxsus 33 saylı mənzilin pəncərəsinin qapı ilə əvəzləndirilməsinə etiraz etmir. İşdə olan Bakı şəhəri Cavabdeh Başçısının 32 nömrəli, xx.xx.2009-cu il tarixli “İzmir küçəsi, ev 5, mənzil 33 ünvanda mənzilin pəncərəsinin qapı ilə əvəz edilməsinə icazə verilməsi haqqında” Sərəncamın surətindən görünür ki, Bak şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2009-cu il tarixli, M-17 saylı, Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2009-cu il tarixli, 18/03-8/227 saylı məktublarını nəzərə alaraq, Yasamal rayonu, İzmir küçəsi, ev 5, mənzil 33 ünvanda Marina Mixayılovnaya məxsus mənzilin bir pəncərəsinin qapı ilə əvəz edilməsinə və küçədən girişin təşkil edilməsinə icazə verilmiş, işlərin müvafiq qaydada razılaşdırılmış layihə əsasında aparılması qərara alınmışdır. İşdə olan eskiz layihəsinin surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi, 5 saylı evin 33-cü mənzilinə açılmış giriş qapısının eskiz layihəsi Cavabdeh Layihə Smeta Bürosunun rəisi tərəfindən təsdiq edilmiş, Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin 18/03-8/227 nömrəli, xx.xx.2009-cu il tarixli məktubu ilə razılaşdırılmışdır. Mübahisəli mənzil binanın 1-ci mərtəbəsində yerləşir. Məhkəmə işin yuxarıda sadalanan halları ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri sayır. Belə ki, işin hallarından müəyyən edilmişdir ki, iş üzrə mübahisəli mənzil mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Mənzil binanın 1-ci mərtəbəsində yerləşir, mənzilin pəncərəsinin qapı ilə əvəz edilməsinə Cavabdeh Başçısının 32 nömrəli, xx.xx.2009-cu il tarixli sərəncamı ilə icazə verilmiş və müvafiq layihə Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2009-cu il tarixli, 18/03-8/227 saylı məktubu ilə razılaşdırılmışdır. Hazırda iddiaçı daşınmaz əmlakını faktiki olaraq, qeyri-yaşayış sahəsi kimi istifadə edir. Bundan başqa, mənzilin daxilində iddiaçı tərəfindən hər hansı bir yenidən qurma işləri aparılmamışdır. İddiaçı mənzilin yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsi ilə bağlı müvafiq ərizə ilə cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən iddiaçının müraciətinə hər hansı bir cavab verilməmiş, iddiaçının müraciəti ilə əlaqədar inzibati icraat aparılmamışdır. Halbuki, iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsini tələb etmək iddiaçının hüququdur. Lakin, bununla bağlı qərarın verilməsi qanunvericilikdə nəzərdə tutulan şərtlərin mövcudluğuna bağlıdır. Bu şərtlərin mövcudluğunu müəyyən etmək isə qanunvericiliyə əsasən cavabdeh inzibati orqanın vəzifəsi olaraq müəyyən edilmişdir. Lakin, cavabdeh inzibati orqan qanunvericiliklə onlara verilən hüquq və vəzifələrini icra etməmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 20-ci və 22-ci maddələri yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi şərtlərini və imtinanın əsası olacaq halları kifayət qədər aydın göstərmişdir. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 20.1-ci maddəsinə əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə bu Məcəllənin və şəhərsalma haqqında qanunvericiliyin tələblərinin nəzərə alınması şərti ilə yol verilir. Həmin Məcəllənin 20.2-ci maddəsinə əsasən, yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilən sahəyə gediş-gəliş yaşayış sahələrinə gediş-gəlişi təmin edən sahələrdən istifadə etmədən mümkün olmadıqda və ya belə gediş-gəlişi qurmağa texniki imkan olmadıqda, keçirilən sahə eyni zamanda, mənzilin tərkib hissəsi kimi qaldıqda, yaxud həmin sahənin mülkiyyətçisi və ya başqa şəxs tərəfindən daimi yaşayış yeri kimi istifadə edildikdə, habelə keçirilən sahəyə mülkiyyət hüquqları digər şəxslərin hüquqları ilə yüklü edilmiş olduqda (xeyrinə yüklülük qeydə alınmış şəxslərin yazılı razılığı olduğu hallar istisna olmaqla), yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə yol verilmir. Həmin Məcəllənin 20.3-cü maddəsinə müvafiq olaraq çoxmənzilli binalarda mənzillərin qeyri- yaşayış sahələrinə keçirilməsinə o halda yol verilir ki, belə mənzil həmin binanın birinci mərtəbəsində yerləşsin. Digər mərtəbədə yerləşən mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsinə qeyri-yaşayış sahəsinə keçirilən mənzilin bilavasitə altında yerləşən sahələrin yaşayış sahələri olmadığı hallarda yol verilir. Həmin Məcəllənin 20.4-cü maddəsinə əsasən, qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə o halda yol verilmir ki, belə sahə müəyyən edilmiş tələblərə cavab verməsin və ya bu sahənin müəyyən edilmiş tələblərə uyğunluğunu təmin etmək mümkün olmasın, yaxud bu sahəyə mülkiyyət hüquqları digər şəxslərin hüquqları ilə yüklü edildiyi halda xeyrinə yüklülük müəyyən edilmiş şəxslərin razılığı olmasın. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən, yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra keçirilməni həyata keçirən orqan) qərarı əsasında həyata keçirilir. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi üçün müvafiq sahənin mülkiyyətçisi və ya onun tərəfindən səlahiyyət verilmiş şəxs (bundan sonra bu fəsildə - ərizəçi) keçirilən sahənin yerləşdiyi ərazi üzrə keçirilməni həyata keçirən orqana aşağıdakı sənədləri təqdim edir: 21.2.1. sahənin keçirilməsi haqqında ərizə (ərizədə yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinin məqsədləri göstərilməlidir); 21.2.2. keçirilən sahə üzərinə hüquqları müəyyənləşdirən sənədlər (əsli və ya notariat qaydasında təsdiqlənmiş surəti); 21.2.3. keçirilən sahənin texniki təsviri göstərilməklə planı (keçirilən sahə yaşayış sahəsi olduqda onun texniki pasportu); 21.2.4. keçirilən sahənin yerləşdiyi binanın mərtəbəli planı. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, sahənin keçirilməsini həyata keçirən orqan bu Məcəllənin 21.2-ci maddəsində göstəriləndən başqa, digər sənədləri tələb edə bilməz. Sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən sənədlərin qəbul edilməsi barədə onların siyahısı, qəbul edilmə tarixi göstərilməklə qəbz verilir. Həmin Məcəllənin 21.4-cü maddəsinə əsasən, sahənin keçirilməsi və ya ondan imtina haqqında qərar sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən bu Məcəllənin 21.2-ci maddəsinə uyğun olaraq təqdim edilmiş müvafiq ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında göstərilən sənədlərin həmin orqana təqdim edildiyi gündən 30 gündən gec olmayaraq qəbul edilməlidir. Yuxarıda qeyd edilən normalardan göründüyü kimi, sahənə keçirilməsini istəyən şəxsin bu keçirmənin qanuni olmasını sübut etmək vəzifəsi müəyyən olunmamışdır. Yalnız, qanunveriliklə müəyyən edilmiş sənədləri təqdim etmək vəzifəsi müəyyən edilmişdir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, hazırda iddiaçıya məxsus mənzilin yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsi üçün Mənzil Məcəlləsinin yuxarıda sadalanan maddələrində nəzərdə tutulmuş əsasların mövcudluğu işin halları ilə müəyyən olunduğundan iddia tələbi əsaslıdır və təmin edilməlidir. Əsas insan və vətəndaş hüquq və azadlıqları sırasında olan və Konstitusiyada təsbit edilmiş digər hüquqların təminatı kimi çıxış edən hüquq və azadlıqların inzibati və məhkəmə təminatı Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə müdafiəsi hüququ yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundantəmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı mülkiyyətində olan Bakı şəhəri Cavabdehnə qarşı ünvan 2 ünvanında yerləşən 33 saylı mənzilin yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsi barədə sərəncam verilməsi öhdəliyi Bakı şəhəri Cavabdehnə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-590/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-590/2020
08.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver