Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5900/2025 28.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qeyri-yaşayış sahəsi üzərində xüsusi mülkiyyət hüquqlarının qeydə alınmaqla, reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qeyri-yaşayış sahəsi üzərində xüsusi mülkiyyət hüquqlarının qeydə alınmaqla, reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” haqqında iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. müəyyən etdi: TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hazırda qanuni şəkildə sahibliyində və istifadəsində olan Bakı şəhəri, Yasamal rayonu, Ümid Ələkbərov (keçmiş 13-cü Xrebtovı) küçəsi, göl ətrafı ərazidə mövcud olan qeyri-yaşayış sahələri üzərində mülkiyyət hüququnun qeydə alınması, müvafiq çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı (nümayəndəsi və vəkili X4 vasitəsilə) məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, ünvan 1, göl ətrafı ərazidə yerləşən qeyri-yaşayış binası - 147,13 kv metrdən ibarət, hündürlüyü 3 (üç) metr olan 1 (bir) mərtəbəli A tikilisi; 89,99 kv metrdən ibarət, hündürlüyü 3 (üç) metr olan 1 (bir) mərtəbəli B tikilisi; 59,63 kv metrdən ibarət, hündürlüyü 3 (üç) metr olan 1 (bir) mərtəbəli C tikilisi; 318,03 kv metrdən ibarət, hündürlüyü 5 (beş) metr olan 1 (bir) mərtəbəli D tikilisi; 154,97 kv metrdən ibarət, hündürlüyü 5 (beş) metr olan 1 (bir) mərtəbəli F tikilisi və 316,06 kv metrdən ibarət, hündürlüyü 5 (beş) metr olan 1 (bir) mərtəbəli E tikilisinə dair İddiaçı xüsusi mülkiyyət hüquqlarının Daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınaraq, müvafiq çıxarış və texniki pasportun verilməsi öhdəliyinin cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil Kommunal Təsərrüfatı Komitəsi Baş Dövlət İnventarlaşma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2000-ci il tarixli Texniki Pasporta əsasən ünvan 1, göl ətrafı ərazidə 0,6707 ha torpaq sahəsi və üzərində olan mövcud qeyri-yaşayış binası onun sahibliyində və istifadəsindədir. Belə ki, sözügedən əmlak üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün tələb olunan bütün zəruri sənədləri toplayıb cavabdeh oraqna müraciət etmişdir. Lakin, cavabdeh orqan xx.xx.2024-cü il tarixli imtina məktubu ilə ona bildirmişdir ki, tərəfindən ‘‘Tikinti obyektinin istismarına icazə” sənədi təqdim edilməmişdir, bu səbəbdən Fövqəladə Hallar Nazirliyinin müvafiq struktur bölməsinə müraciət edilməsi tövsiyə olunmuşdur. Halbuki, o ilkin müraciətinin qəbulu zamanı cavabdeh orqan tərəfindən tələb edilmiş bütün sənədlərin hamısını tam şəkildə təqdim etmiş və cavabdeh orqan onun bütün sənədlərinə bir-bir ətraflı şəkildə baxdıqdan sonra müraciət ərizəsini qəbul etmiş, lakin həmin vaxt hər hansı sənəd əksikliyi barədə ona məlumat verilməmişdir. Sonradan bilinməyən səbəblərdən cavabdeh orqan heç bir əsas olmadan, yalnız formal mülahizəyə əsaslanıb qanunsuz olaraq ərizəsinin icrasından imtina etmişdir. Əvvəlcə o, Bakı Şəhəri Yasamal Rayon İcra Hakimiyyətinə müraciət edərək Bakı şəhəri, Yasamal rayonu, Ümid Əkbərov (keçmiş 13- cü Xrebtovı) küçəsi, göl ətrafı ərazidə istifadəsində söügedən torpaq sahəsinə icarə müqaviləsinin bağlanması və mövcud qeyri-yaşayış sahələrinin sənədləşdirilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Müraciətilə bağlı, qeyd edilən ünvana baxış keçirilmiş və istifadəsində olan ərazidə texniki pasportda göstərilən tikililərin mövcud olduğu müəyyən olunmuş və Bakı Şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli 5-2 1/a-C-8-091/24 nömrəli məktubu ilə ona bildirilmişdir ki, ünvan 1, göl ətrafı ərazidə yerləşən həmin torpaq sahəsinə dair qanunvericiliyə uyğun olaraq onunla icarə müqaviləsinin bağlanmasına Yasamal Rayon İcra Hakimiyyətinin etiraz etmədiyi barədə Əmlak Məsələləri Dövlət Xidmətinə məktub göndərilmiş, torpaq sahəsinin yerləşmə planı və qeyri-yaşayış sahələrinin mövcud vəziyyətinə dair eskiz layihəsi razılaşdırılmışdır. Bundan başqa, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə bağlanmış xx.xx.2024-cü il tarixli 8268 nömrəli müqaviləyə əsasən sözügedən əmlak kompleksinin yerləşdiyi 0,6707 ha torpaq sahəsi qanuni şəkildə onun istifadəsindədir. Belə ki, sözügedən əmlaka dair Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi, Fövqəladə Hallar Nazirliyi X8 Xidməti və Fövqəladə Hallar Nazirliyi X2 Görülməsi və X6 Agentliyi tərəfindən qeyriyaşayış təyinatlı tikinti obyektinin istismara hazır olması barədə xx.xx.2023-cü il tarixli, 00373 nömrəli Rəy verilmişdir. Bununla yanaşı, cavabdehin tələbi əsasında sözügedən əmlakın Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Tikintisinə icazə tələb olunan və barəsində məlumatlandırma icraatı tələb olunan bina və qurğuların layihələndirməsinə dair X3 (qeyri-yaşayış sahəsinin eskiz layihəsi) işlənib hazırlanmış və cavabdehə təqdim edilmişdir. Həmçinin, xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası "xxxx" tərəfindən qeyri-yaşayış obyekti su və kanalizasiya xətlərinin mühafizə zolağından kənarada yerləşdiyi və istismara qadağan edici amillər aşkar edilmədiyi üçün müsbət rəy verilmişdir. Bundan əlavə, xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası “Azəriqaz” İB Bakı Regional Qaz İstismarı Departamenti tərəfindən qeyri-yaşayış obyektinin ərazisindən yeraltı və yerüstü qaz xətləri keçmədiyinə, qurğular mövcud olmadığına və sahə qaz xətlərinin mühafizə zonasında yerləşmədiyinə dair müsbət rəy verilmişdir. Bundan əlavə, xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası "xxxx" ASC tərəfindən qeyri-yaşayış obyektinin elektrik enerjisi təchizatında qüsur aşkar edilməməsinə dair müsbət rəy verilmişdir. Bununla yanaşı, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X8 Xidməti tərəfindən Azərbaycan Respublikası Prezidentinin 14 iyun 2023-cü il tarixli, 2181 nömrəli “Qeyri- yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanın icrasının təmin olunması məqsədilə ünvan 2ndə inşa olunmuş X5 məxsus qeyri-yaşayış obyektində keçirilmiş yanğın-texniki müayinənin nəticəsinə dair YTNƏŞ - 1399 nömrəli, xx.xx.2023-cü il tarixli müsbət rəy verilmişdir. Həmin əyə əsasən, Bakı şəhəri, Yasamal rayonu. Ümid Əkbərov küçəsində inşa olunmuş İddiaçı məxsus və hazırda mövcud olan qeyri-yaşayış obyektində keçirilmiş yanğın- texniki müayinəyə əsasən bina və qurğularla yanğına qarşı ara məsafəsi, eləcə də təxliyə yolları yanğın təhlükəsizliyi üzrə normativ tələblərə uyğundur. Bundan başqa, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-Planlaşdırma Mərkəzi ilə aralarında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2023-cü İl tarixli 2181 nömrəli Fərmanı ilə bağlı Tikintisinə İcazə tələb olunan qeyri-yaşayış obyektlərinin Tikinti Layihəsinin Şəhərsalma sənədlərinə uyğunluğunun yoxlanılması xidmətinin göstərilməsinə dair xx.xx.2024-cü il tarixli müqavilə bağlanmış və buna dair müsbət rəy verilmişdir. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2024-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. xx.xx.2025-ci il tarixdə “Elektron məhkəmə” sistemi vasitəsilə cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin iddiaya dair dair yazılı mülahizəsi məhkəməyə təqdim olunmuşdur. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı mülahizələri (etirazı): Etiraz onunla əsaslandırılmışdır ki, qeyri-yaşayış binasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.10-1-ci maddəsində nəzərdə tutulmuş “Tikinti obyektinin istismarına icazə” sənədi təqdim edilməmişdir. “Qeyriyaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 14 iyun 2023-cü il tarixli, 2181 nömrəli Fərmanına uyğun olaraq Fövqəladə Hallar Nazirliyinin müvafiq struktur bölməsinə müraciət edilməsi tövsiyə olunmuşdur. Elektron baza məlumatlarına əsasən torpaq sahəsinin şimal və şərq hasarı boyunca 159 mm-lik orta təzyiqli yerüstü qaz xətti keçir. Ərazinin kateqoriyası yaşayış məntəqələrinin torpaqlarıdır. Texniki pasportda torpaq sahəsinə dair baş plan olmadığından ətraflı qeyd aparmaq mümkün olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş cavabdeh inzibati orqan məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və gəlmədikləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi və vəkili X4 məhkəmə iclasında verdiyi izahatında iddianı müdafiə edərək və idda ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-nin 2.2.3-cü və 34.1-ci maddələrinə əsasən cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb etmək hüququnu müəyyən edən öhdəliyin icrası haqqında iddia üzrə ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Məhkəmə hesab edir ki, iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddiaçı hazırki tələblə cavabdeh orqana müraciət etmiş, sonuncu tərəfindən müraciəti təmin olunmadığından, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. Faktiki hallar və sübutlar: İş materiallarında olan: Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil Kommunal Təsərrüfatı Komitəsi Baş Dövlət İnventarlaşma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair İddiaçı adına xx.xx.2000-ci il tarixdə tərtib edilmiş Texniki Pasportda olan məlumatlara əsasən qeyriyaşayış sahəsi 1995-ci ildə tikilmişdir. "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarixdə ünvan 2, göl ətrafı sahəsində yerləşən qeyri-yaşayış sahəsinin eskiz lahiyəsi hazırlanmışdır. Bakı Regional Qaz İstismarı Departamenti tərəfindən AR Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə ünvanlanmış xx.xx.2023-cü il tarixli, № 14-2-2-3/2-1380/2023 saylı məktubunda göstərilmişdir ki, qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 14 iyun tarixli 2181 nömrəli Fərmanının icrası ilə bağlı Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyindən elektron qaydada (xx.xx.2023-cü il 3-18-2/1-C-3855-8/2023) daxil olmuş müraciəti ilə əlaqədar ünvan 2, göl ətrafı sahədə yerləşən qeyri-yaşayış sahəsinin (3 ədəd anbar və 3 ədəd ticarət obyektləri) ərazisindən “Azəriqaz” İB-nin Bakı Regional Qaz İstismarı Departamentinə məxsus yeraltı və yerüstü qaz xətləri keçmir, qurğular mövcud deyil və sahə qaz xətlərinin mühafizə zonasında yerləşmir. Qeyd olunan ünvanda (koordinatlar 40.374895 49.799743) yerləşən 3 ədəd ticarət obyektlərinin qarşısından (L=3-4 metr məsafədən) D159 mm-lik yerüstü və torpaq sahəsinin arxa hissəsi ilə (L=5metr məsafədən) PE160 mm-lik yeraltı, orta təzyiqli polietilen qaz xətləri keçir. Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli, 5-21/2-C-67- 091/2023 saylı məktubunda göstərilmişdir ki, xx.xx.2000-ci il tarixdə tərtib edilmiş texniki pasportda göstərilən, Yasamal rayonu, Ümid Əkbərov küçəsinin (keçmiş 13-cü Xrebtovı) sağ tərəfi, gölətrafı sahədə mövcud olan tikililərə baxış keçirilmiş və məlum olmuşdur ki, istifadə olan ərazidə xx.xx.2000-ci il tarixdə tərtib edilmiş texniki pasportda göstərilən tikililər mövcuddur. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən AR Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 13- 13/2-1/01-3-7167/2023 №li məktubunda göstərilmişdir ki, “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 14 iyun 2023-cü il tarixli 2181 nömrəli Fərmanının icrası məqsədilə elektron qaydada daxil olmuş İddiaçı Yasamal rayonu. Ümid Əkbərov küçəsi göl ətrafı sahəsində yerləşən qeyri-yaşayış obyektinin istismarına icazə verilməsi barədə müraciətinə "xxxx" ASC-də baxılmışdır. Bununla əlaqədar olaraq aparılmış müayinə nəticəsində İddiaçı məxsus qeyri-yaşayış obyektinin elektrik enerjisi təchizatında qüsur aşkar edilməmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən AR Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə ünvanlanmış xx.xx.2023-cü il tarixli, FHN-001181-1582 №li məktubunda göstərilmişdir ki, “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 14 iyun tarixli 2181 nömrəli Fərmanının icrası ilə bağlı Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyindən elektron qaydada daxil olmuş FHN-001181 nömrəli müraciətlə əlaqədar İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış obyektinə müvafiq qaydada baxış keçirilmişdir. Qeyri-yaşayış obyekti su və kanalizasiya xətlərinin mühafizə zolağından kənarda yerləşdiyi və istismarı qadağan edici amillər aşkar edilmədiyi üçün müsbət rəy verilir. Məktuba əlavə edilmiş arayışda qeyd olunmuşdur ki, ünvan 2 ünvanında yerləşən İddiaçı məxsus qeyri-yaşayış obyektinin yaxınlığından keçən kanalizasiya və su xətti barəsində təkrar araşdırma aparılmışdır və qeyd olunan obyektin mühafizə zolağına düşmədiyi məlum olmuşdur. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X8 Xidmətinin xx.xx.2023-cü il tarixli, YTNƏŞ-1399 saylı rəyində göstərilmişdir ki, ünvan 2ndə inşa olunmuş İddiaçı məxsus və hazırda mövcud olan qeyri-yaşayış obyektində keçirilmiş yanğın- texniki müayinəyə əsasən bina və qurğularla yanğına qarşı ara məsafəsi, eləcə də təxliyə yolları yanğın təhlükəsizliyi üzrə normativ tələblərə uyğundur. Qeyd: Obyektin qüvvədə olan yanğın təhlükəsizliyi qaydalarının tələblərinə tam uyğun saxlanılması “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununun 6-cı və 7-ci maddələrinin tələblərinə əsasən qeyri-yaşayış obyektinin sahibi tərəfindən təmin və riayət edilməlidir. Azərbaycan Respublikası Prezidentinin 14 iyun 2023-cü il tarixli Fərmanının icrası ilə əlaqədar olaraq Fövqəladə Hallar Nazirliyinin xx.xx.2023-cü il tarixli ********** (İddiaçı) nömrəli elektron müraciəti əsasında DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən tərtib olunmuş “Qeyri-yaşayış binasının dövlət torpaq kadastrında və daşınmaz əmlakın dövlət reyestrində mövcud məlumatlarına dair” yerquruluşunun planından müəyyən olunur ki, ünvan 3ndə yerləşən 0.6707 ha torpaq sahəsi kommunikasıya xətləri və mühafizə zolağında yerləşmir. Tikintialtı sahə 1085,81 kv. metr təşkil edir. Eyni zamanda torpaq sahəsi ümumi istifadədə yerləşmir. “Qeyri-yaşayış təyinatlı tikinti obyektinin istismara hazır olması barədə” xx.xx.2023cü il tarixli, № 00373 saylı rəyin surətindən müəyyən olunur ki, rəy, “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2023-cü il tarixli, 2181 nömrəli Fərmanının 1.1.3-cü bəndinə uyğun olaraq tikinti obyektinin yükdaşıyan konstruksiyalarının dayanıqlıq və möhkəmlik baxımından istismara yararlığı barədə Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin nəzdindəki Təhlil qrupunun rəyi, yanğın təhlükəsizliyi tələblərinə cavab verməsi barədə Fövqəladə Hallar Nazirliyi X8 Xidmətinin rəyi, qaldırıcı qurğuların və digər təhlükə potensiallı qurğu və konstruksiyaların istismara hazırlığı barədə Fövqəladə Hallar Nazirliyi X2 Görülməsi və X6 Agentliyinin rəyi və mühəndis-kommunikasiya təminatı şəbəkəsinin istismara hazırlığına dair rəyləri əsasında tərtib edilmiş və qeyri-yaşayiş təyinatlı tikinti obyektinin istismara yararlı olduğunu təsdiq edir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (“İcarəyəverən”) ilə İddiaçı (“İcarəçi”) arasında bağlanmış “Hüquqi və fiziki şəxslərə torpaq sahəsinin icarəyə verilməsi barədə” xx.xx.2024-cü il tarixli, 8268 №-li müqavilənin: 1.1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin icarəyə verdiyi ünvan 3 ünvanındakı əmlak kompleksinin yerləşdiyi 6707.0 kv.metr torpaq sahəsi icarəçi tərəfindən icarə şərtləri əsasında müvəqqəti istifadəyə verilmişdir. 4.1-ci bəndinə əsasən, bu müqavilə ilə icarə müddəti xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək müəyyən edilir. 4.2-ci bəndinə əsasən, müqavilənin müddəti qurtardıqdan sonra icarəçi torpaq sahəsini istifadə etdiyini nəzərə alaraq, o, müqavilədə nəzərdə tutulmuş eyni müddət üçün uzadılmış hesab edilir (icarəyəverənin etirazı olmadıqda). Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli, 5-21/2-C-8-091/2024 saylı məktubunda göstərilmişdir ki, ünvan 1, göl ətrafı ərazidə istifadəsində olan 0,62 ha torpaq sahəsi və tikililər Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil Kommunal Təsərrüfatı Komitəsi Baş Dövlət İnventarlaşma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin xx.xx.2000-ci il tarixdə tərtib etdiyi Texniki Pasporta əsasən onun istifadəsindədir. ünvan 1, göl ətrafı ərazidə yerləşən həmin torpaq sahəsinə dair qanunvericiliyə uyğun olaraq onunla icarə müqaviləsinin bağlanmasına Yasamal Rayon İcra Hakimiyyətinin etiraz etmədiyi barədə Əmlak Məsələləri Dövlət Xidmətinə məktub göndərilmiş, torpaq sahəsinin yerləşmə planı və qeyri-yaşayış sahələrinin mövcud vəziyyətinə dair eskiz layihəsi razılaşdırılmışdır. İddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciətinə cavabdeh inzibati orqan DƏDKRin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, **********70 №-li, cavab məktubunda qeyd olunmuşdur ki, “... ünvan 3ndə yerləşən qeyri-yaşayış binası üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, 26.11,2024-cü il tarixli müraciətinə tərəflərindən baxılmışdır. Müraciətlə əlaqədar olaraq bildirirlər ki, qeyri-yaşayış binasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.10-1-ci maddəsində nəzərdə tutulmuş “Tikinti obyektinin istismarına icazə” sənədi təqdim edilməmişdir. Bildirirlər ki, “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 14 iyun 2023-cü il tarixli, 2181 nömrəli Fərmanına uyğun olaraq Fövqəladə Hallar Nazirliyinin müvafiq struktur bölməsinə müraciət etməyiniz tövsiyə olunur. Nəzərinizə çatdırırıq ki, müvafiq hüquqmüəyyənedici sənəd təqdim ediləcəyi təqdirdə müraciətinə yenidən qanunamüvafiq qaydada baxılacaqdır.” Məhkəmənin müvafiq sorğusuna əsasən xx.xx.2025-ci il tarixdə tərtib olunmuş “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı”nda qeyd olunmuşdur ki, Bakı şəhəri, Yasamal rayonu, Ü.Əkbərov küçəsində yerləşən torpaq sahəsi hüquqmüəyyənedici sənəd üzrə və faktiki olaraq 0,6707 kv. metr, tikinti altı sahə isə 1085,81 kv. metr təşkil edir. Sözügedən ünvanda yerləşən qeyri-yaşayış sahələri tərtib olunmuş texniki plana, cizgi və baş plana uyğundur. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ... Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. ... Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. ... Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: ... Maddə 68. Torpaq sahələri üzərində hüquqların yaranma vaxtı. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. ... Maddə 84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarının müdafiəsi və təminatı.
1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.
“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun:
Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra – hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra – dövlət reyestri) aparılır. ... Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: ... 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə – torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün – torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə;
... Maddə 9.1. Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi.
Maddə 10.1. Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. ... Maddə 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. ... Maddə. 10.4. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.
Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi
Maddə 75. Tikintiyə icazə verilməsinin ümumi qaydaları 75.1. Barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) (reklam qurğularının tikintisinə istisna olmaqla) tikintiyə icazə verməlidir ... Maddə 101. Tikinti obyektinin istismarına icazənin məqsədi 101.1. Tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsidir. 101.2. Tikinti obyektinin (tikintisinə icazə tələb olunan reklam qurğuları istisna olmaqla) istismarına icazə müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum, tikintisinə icazə tələb olunan reklam qurğularının istismarına icazə isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən verilir.
“Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 14 iyun 2023-cü il tarixli, 2181 nömrəli Fərmanının:
1.1. 2023-cü il iyunun 1-dək tikinti obyektinin inşası, yenidən qurulması, yenidən planlaşdırılması, bərpası, təmiri və digər tikinti fəaliyyəti nəticəsində yaradılmış bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış qeyri-yaşayış təyinatlı binaların (bundan sonra – qeyri-yaşayış binası) və nəqliyyat, rabitə, energetika və digər mühəndis-kommunikasiya obyektlərinin (bundan sonra – infrastruktur obyekti) istismarına icazə verilməsi aşağıdakı qaydada həyata keçirilir. 1.1.1. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (bundan sonra – Nazirlik) qeyri-yaşayış binasının (infrastruktur obyektinin) sifarişçisinin (sahibinin) 2026-cı il yanvarın 1-dək etdiyi və bu Fərmana əsasən aparılacaq yerquruluşu işlərinin, qeyriyaşayış binasının (infrastruktur obyektinin) müayinəsi, Tikintilərin Dövlət reyestrində uçota alınması, habelə istismarına icazə verilməsi üçün əsas hesab edilən müraciətin daxil olduğu tarixdən 1 (bir) iş günü müddətində qeyri-yaşayış binasının (infrastruktur obyektinin) və onun yerləşdiyi torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarını və onlar arasındakı məsafələri, habelə qeyri-yaşayış binasının (infrastruktur obyektinin) magistral boru kəmərlərinin, yüksəkgərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin, suların və digər mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində, meşə fondu və xüsusi qorunan ərazilərin torpaqlarında yerləşib-yerləşmədiyini müəyyən etmək üçün həmin müraciəti və ona əlavə olunmuş sənədləri elektron qaydada Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (bundan sonra – Xidmət) göndərir; 1.1.2. Xidmət bu Fərmanın 1.1.1-ci yarımbəndində göstərilən müraciətin daxil olduğu tarixdən 15 (on beş) iş günü müddətində dövlət torpaq kadastrının, daşınmaz əmlakın dövlət reyestrinin məlumatları və aparılacaq yerquruluşu işlərinin nəticələri əsasında qeyri-yaşayış binasının (infrastruktur obyektinin) və onların yerləşdiyi torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının və onlar arasındakı məsafələrin göstərildiyi, habelə torpaq sahəsinin kateqoriyası barədə, qeyri-yaşayış binasının magistral boru kəmərlərinin, yüksəkgərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin, suların və digər mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində, meşə fondu və xüsusi qorunan ərazilərin torpaqlarında, yaşayış məntəqələrinin ümumi istifadədə olan torpaqlarında yerləşib-yerləşmədiyi, torpaq sahəsinin mülkiyyət növü, xüsusi mülkiyyətdə olduqda – mülkiyyətçisi, istifadədə və ya icarədə olduqda – müvafiq olaraq, istifadəçisi və ya icarəçisi barədə, qeyri-yaşayış binasının (infrastruktur obyektinin) yerləşdiyi torpaq sahəsinin bu Fərmanın 1.4-cü bəndinə uyğun olaraq mülkiyyətə alınması və icarəyə götürülməsi zəruriliyi barədə məlumatın əks olunduğu planı (bundan sonra – plan) hazırlayıb, elektron qaydada Nazirliyə və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin (bundan sonra – Komitə) tabeliyindəki Ərazi Tikinti-Planlaşdırma Mərkəzinə (bundan sonra – Mərkəz), habelə qeyri-yaşayış binasının (infrastruktur obyektinin) sifarişçisinə (sahibinə) göndərilməsini təmin edir; ... 1.4. dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində fiziki və ya qeyridövlət hüquqi şəxslər tərəfindən inşa edilmiş qeyri-yaşayış binasının (infrastruktur obyektinin) bu Fərmana uyğun olaraq istismarına icazə aşağıdakı şərtlər yerinə yetirildikdə verilir: 1.4.1. dövlət mülkiyyətində olan torpaq sahəsində yerləşən qeyri-yaşayış binasına (infrastruktur obyektinə) münasibətdə – onun yerləşdiyi torpaq sahəsi Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 19 dekabr tarixli 659 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılması qaydaları haqqında Əsasnamə”yə uyğun olaraq həmin şəxslərin öz mülahizələri ilə onların mülkiyyətinə satıldıqdan və ya icarəsinə verildikdən sonra; ... 1.5. bu Fərmanın 1.4-cü bəndində nəzərdə tutulmuş torpaq sahəsinin mülkiyyətə satılması və ya icarəyə verilməsi tələbi qeyri-yaşayış binasının (infrastruktur obyektinin) “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən fiziki şəxslərin qanuni istifadəsində olan və əvəzsiz olaraq onların mülkiyyətinə verilən torpaq sahəsində yerləşdiyi hallara şamil edilmir; 1.6. bu Fərmanın məqsədləri üçün qeyri-yaşayış binasının (infrastruktur obyektinin) yerləşdiyi və fiziki və ya qeyri-dövlət hüquqi şəxslərin mülkiyyətinə satılan və ya icarəsinə verilən torpaq sahəsinin ölçüləri torpağın ayrılması barədə və ya torpağa dair hüquqmüəyyənedici sənədlərdə göstərilən, yaxud tikinti layihəsində əks olunan tikinti ərazisinin hüdudları ilə müəyyən olunur. Belə sənədlər olmadığı hallarda fiziki və ya qeyridövlət hüquqi şəxslərin mülkiyyətinə satılan və ya icarəsinə verilən torpaq sahəsinin ölçüləri qeyri-yaşayış binasının (infrastruktur obyektinin) tikinti sahəsindən az olmamaq şərtilə Xidmət tərəfindən müəyyən olunur;
“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu
Maddə 11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. ... Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır.
Maddə 15. Formal tələblərdən sui-istifadənin qadağan olunması ... 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. ... Maddə 16. Hüququn tətbiqindən imtinanın qadağan olunması 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. ... Maddə 17. Mütənasiblik prinsipi Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. ... Maddə 23. İnzibati orqan tərəfindən məsləhətlərin və zəruri məlumatların verilməsi 23.1. İnzibati orqan ərizə, şikayət və ya vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur. ... Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. ... Maddə 32. Əlavə sənədlərin və ya məlumatların tələb olunması ... 32.3. İnzibati orqan ərizəçidən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğundan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edə bilməz.
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 №li Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi: 1.1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (bundan sonra – Xidmət) dövlət əmlakının idarə edilməsi, onun özəlləşdirilməsi, daşınmaz əmlakın dövlət reyestrinin, daşınmaz əmlakın vahid dövlət kadastrının tərtibi və aparılması, ünvan reyestrinin aparılması, dövlət torpaq kadastrı, yerquruluşu, torpaqların dövlət idarəetməsi, torpaq bazarının təşkili sahəsində dövlət siyasətini, habelə torpaqlardan istifadəyə və onların mühafizəsi sahəsində (bundan sonra – müvafiq sahə) dövlət nəzarətini həyata keçirən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin (bundan sonra – Nazirlik) strukturuna daxil olan qurumdur. 2.0. Xidmətin əsas fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.7. ünvan reyestrinin aparılmasını həyata keçirmək, daşınmaz əmlak obyektlərinə ünvan verilməsini təmin etmək.
3. Xidmətin vəzifələri. ... 3.0.18-ci bəndinə əsasən daşınmaz əmlakın dövlət reyestrini aparmaq, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüquqlarının qeydiyyatını həyata keçirmək; 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq;
... 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq; ... 3.0.25-ci bəndinə əsasən ünvan reyestrini tərtib etmək və aparmaq, həmçinin ünvan reyestrinin məlumatlarını Ünvan Reyestri İnformasiya Sisteminə daxil etmək və onun aparılmasını təmin etmək, daşınmaz əmlak obyektlərinə ünvan vermək, ünvan reyestrində saxlanılan və açıq hesab edilən məlumatları internet saytında yerləşdirmək; 3.0.26-cı bəndinə əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatının və dövlət reyestrinin aparılmasını, ünvan reyestri, daşınmaz əmlakın vahid dövlət kadastrı, yerquruluşu, dövlət torpaq kadastrı, torpaqların dövlət idarəetməsinin və torpaq bazarının təşkili sahəsində funksiyaların icrasını və digər aidiyyəti dövlət orqanları ilə əlaqələndirilməklə məkan məlumatları infrastrukturunun formalaşdırılmasını təmin etmək, o cümlədən məkan məlumatlarının daxil edilməsinin, saxlanılmasının, idarə olunmasının, inteqrasiyasının və istifadəsinin təmin edilməsi sahəsində tədbirlər görmək Xidmətin vəzifəsidir.
Məhkəmənin mövqeyi.
Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsassızdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Hazırkı işin hallarına görə iddiaçının hüquqi marağı və məqsədi ünvan 1, göl ətrafı ərazidə yerləşən qeyri-yaşayış binası üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, müvafiq çıxarış verilməsinə nail olmaqdan ibarətdir. İlkin olaraq iddia tələbinə münasibətdə qeyd edilməlidir ki, şərh olunan qanunvericilyin müddəalarından göründüyü kimi, xx.xx.2013-cü il tarixdən sonra inşa edilmiş daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının qeydə alınması üçün tikintisinə icazə tələb olunan və məlumatlandırma icraatı tələb olunan tikililəri münasibətdə sənədlərin əhatə dairəsi fərqləndirilmişdir. Hazırki iddia predmetini təşkil edən qeyriyaşayış sahəsinin xx.xx.2013-cü ildən əvvəl və ya sonra inşa edilməsi hər hansı bir əhəmiyyət kəsb etmir. Belə ki, həmin qeyri-yaşayış sahəsi tikintisinə icazə tələb olunan tikili olduğundan, həmin qeyri-yaşayış üzərində mülkiyyət hüquqlarının qeydiyyat alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.9.2-ci maddəsində və ya 8.0.10.1-ci maddəsində səciyyələnmiş sənədlər təqdim edilməlidir. Başqa sözlə desək, iddiaçının qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması üçün torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, tikilinin inşa edilməsinə icazə barədə qərar və tikinti obyektinin istismarına icazə sənədi olmalıdır. İddiaçının hal-hazırda qeydiyyata alınmasını istədiyi daşınmaz əmlak – qeyriyaşayış sahəsidir. Qüvvədə olan qanunverilik şəxsin qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyatı üçün torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin zəruriliyini şərtləndirmişdir. İş materiallarında olan icarə müqaviləsindən göründüyü kimi, qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi dövlətin mülkiyyətində olduğundan, həmin torpaq sahəsinə dair icarə müqaviləsi iddiaçı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti arasında bağlanmışdır ki, göstərilən bu hal torpaq sahəsinin qanuni əsaslar ilə iddiaçının icarəsində olduğunu göstərir. Göründüyü kimi, səlahiyyətli orqanlar iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsinin mövcud vəziyyətdə qeydiyyata alınmasında öz iradə ifadəsini nümayış etdirmişdir. Göründüyü kimi mülkiyyət hüququnun realizəsini təmin edən şərtlər, eyni zamanda vətəndaşın etimad hüququna istinad etməsini təmin edən şərtlər mövcud olmuş, vətəndaş tikiliyə müvafiq orqanın iradə ifadəsinə etibar edərək cavabdehə müraciət etmişdir. Məhkəmə, həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, X.Miratayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli Qərarı ilə məhkəmə etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsinə münasibətdə əhəmiyyətli mövqe nümayiş etmişdir. Qərardan da görünür ki, Konstitusiya Məhkəməsi hesab edir ki, inzibati hüququn təməl prinsiplərindən birini etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Etimad hüququnun qorunmasını inzibati icraatın təməl prinsiplərindən biri kimi məhkəmə işin hazırkı faktiki hallarını da nəzərə alaraq qeyd etməyi zəruri hesab edir ki, iddiaçı qeyri-yaşayış sahəsinə dair hüquqmüəyyənedici sənədləri nəzərə alaraq cavabdehə müraciət etmiş, cavabdeh isə işin mahiyyəti üçün əsas olan həmin sənədləri nəzərə almadan formal əsaslarla müraciətin təminin həyata keçirməmişdir. Halbuki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.10-cu maddəsində nəzərdə tutulmuş sənədlər cavabdehə təqdim edilmişdir. Məhkəmə, tikinti obyektinin istismarına icazə sənədinin olmaması ilə bağlı cavabdehin irəli sürdüyü mülahizələrə münasibətdə qeyd etməyi zəruri hesa edir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 31 avqust 2009-cu il tarixli, 47 saylı əmri ilə təsdiq edilmiş 2 saylı Əlavədə daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı, texniki sənədlərin tərtib edilməsi və dövlət reyestrindən arayışların verilməsi ilə əlaqədar tələb olunan sənədlərin siyahısı müəyyən edilmişdir. Həmin Qaydaların 43-cü bəndinə görə, dövlət torpaqlarında fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün ərizə; torpaq sahəsinin qanuni istifadədə olduğunu təsdiq edən sənəd (müvafiq icra hakimiyyəti orqanının sərəncamı, icarə müqaviləsi və.s); obyektin inşaat pasportu, obyektin layihə sənədləri, obyektin istismara qəbul aktı, obyektin texniki pasportu; dövlət rüsumunun ödənilməsi barədə qəbz tələb edilir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 47.4.6-cı maddəsinə əsasən, sifarişçi tikintiyə texniki və müəllif nəzarətinin həyata keçirilməsini təmin edir, tikinti obyektinin (reklam qurğuları istisna olmaqla) tikintisi başa çatdıqdan sonra onun istismarına icazə ilə bağlı müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma, reklam qurğusunun tikintisi başa çatdıqdan sonra onun istismarına icazə ilə bağlı müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma müraciət edir. Həmin Məcəllənin 75.3-cü maddəsinə əsasən, sifarişçi tikintiyə icazə almaq üçün müvafiq icra hakimiyyəti orqanına (quruma) ərizə ilə müraciət edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 dekabr 2008-ci il tarixli, 272 saylı qərarı ilə təsdiq edilmiş, “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən tikinti sahəsində dövlət nəzarətinin mərhələlərlə həyata keçirilməsi barədə” Qaydalarının: -3.6.1-ci bəndinə əsasən, tikintisi başa çatmış obyektlər mövcud qanunvericiliyə uyğun olaraq, Agentliyin nümayəndələrinin iştirakı ilə yaradılmış sifarişçi və ya dövlət qəbul komissiyaları tərəfindən istismara qəbul edilir. Obyekt istismara bütövlüklə və yaxud hissə-hissə (tikintinin növbələri kimi) qəbul edilə bilər; -3.6.3-cü bəndinə əsasən, bu obyektlər müvafiq qanunvericiliyə uyğun olaraq yaradılmış qəbul komissiyası tərəfindən istismara qəbul ediləndən sonra istismar oluna bilər və onlara kommunal xidmətlər (tikinti obyektlərinin texniki və yanğın təhlükəsizliyini təmin edən kommunikasiya xətləri istisna olmaqla) göstərilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 dekabr 2008-ci il tarixli, 272 saylı qərarı ilə təsdiq edilmiş, “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən tikinti sahəsində dövlət nəzarətinin mərhələlərlə həyata keçirilməsi barədə” Qaydalarının: -3.6.1-ci bəndinə əsasən, tikintisi başa çatmış obyektlər mövcud qanunvericiliyə uyğun olaraq, Agentliyin nümayəndələrinin iştirakı ilə yaradılmış sifarişçi və ya dövlət qəbul komissiyaları tərəfindən istismara qəbul edilir. Obyekt istismara bütövlüklə və yaxud hissə-hissə (tikintinin növbələri kimi) qəbul edilə bilər; -3.6.3-cü bəndinə əsasən, bu obyektlər müvafiq qanunvericiliyə uyğun olaraq yaradılmış qəbul komissiyası tərəfindən istismara qəbul ediləndən sonra istismar oluna bilər və onlara kommunal xidmətlər (tikinti obyektlərinin texniki və yanğın təhlükəsizliyini təmin edən kommunikasiya xətləri istisna olmaqla) göstərilə bilər. Məhkəmə bir daha vurğulayır ki, tikintisi başa çatmış obyektlərin istismara yararlı olub-olmaması müvafiq olaraq aidiyyəti qurum tərəfindən müəyyən olunur ki, bunun nəticəsində həmin obyekt ilə bağlı istismara qəbul aktı verilir. Nəzərə alınmalıdır ki, qanunvericilik həm xx.xx.2013-cü il tarixdən əvvəl həm də xx.xx.2013-cü il tarixdən sonra inşa edilmiş əmlaklara münasibətdə istismara qəbul aktının mövcudluğunu zəruri şərtləndirmişdir. Bundan başqa nəzərə alınmalıdır ki, iddiaçının iddia etdiyi əmlakın qeyri-yaşayış sahəsi kimi istifadəsini təsdiq edən əsaslardan biri də, Fövqəladə Hallar Nazirliyi tərəfindən verilmiş rəylərdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X8 Xidmətinin xx.xx.2023-cü il tarixli, YTNƏŞ-1399 saylı rəyi əsasında ünvan 2ndə inşa olunmuş İddiaçı məxsus və hazırda mövcud olan qeyri-yaşayış obyektində keçirilmiş yanğın- texniki müayinəyə əsasən bina və qurğularla yanğınaqarşı ara məsafəsi, eləcə dətəxliyə yolları yanğın təhlükəsizliyi üzrə normativ tələblərə uyğunluğu müəyyən edilmişdir. Yekun olaraq isə mübahisə predmeti olan qeyri-yaşayış sahəsinə dair Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən xx.xx.2023cü il tarixli, № 00373 saylı “Qeyri-yaşayış təyinatlı tikinti obyektinin istismara hazır olması barədə” rəyinin surətindən müəyyən olunur ki, tikinti obyektinin yükdaşıyan konstruksiyalarının dayanıqlıq və möhkəmlik baxımından istismara yararlığı barədə Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin nəzdindəki Təhlil qrupunun rəyi, yanğın təhlükəsizliyi tələblərinə cavab verməsi barədə Fövqəladə Hallar Nazirliyi X8 Xidmətinin rəyi, qaldırıcı qurğuların və digər təhlükə potensiallı qurğu və konstruksiyaların istismara hazırlığıbarədə Fövqəladə Hallar Nazirliyi X2 Görülməsi və X6 Agentliyinin rəyi və mühəndis-kommunikasiya təminatı şəbəkəsinin istismara hazırlığına dair rəyləri nəzərə alınmaqla, qeyri-yaşayiş təyinatlı tikinti obyektinin istismara yararlı olması qənaətinə gəlinmişdir. Göründüyü kimi sözügedən daşınmaz əmlakın istismara yanğın təhlükəsizliyi, sanitariya epidemioloji, həmçinin ekoloji norma və qaydalarının tələblərinə riayət olunaraq tikilməsi və istifadə edilməsi müəyyən olunur. Qeyd olunanlar nəzərə alınmaqla məhkəmə əlavə olaraq qeyd etməyi zəruri hesab edir ki, tikintiyə icazə sənədinin olmaması kimi imtina əsası formal olmaqla hüquqi əhəmiyyətini itirmişdir. Belə ki, tikintiyə icazəni verməli olan qurum Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin DLİ “Azərdövlətsənayelayihə” İdarəsi tərəfindən tərtib edilmiş tikinti layihəsi üzrə tikilinin mövcud texniki göstəricilərdə tikintisi təsdiq etmiş, mövcud tikilinin tikintisinə dolayı yolla razılıq vermiş, daha sonra da həmin sənədlər nəzərə alınmaqla Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən xx.xx.2023-cü il tarixli, № 00373 saylı “Qeyri-yaşayış təyinatlı tikinti obyektinin istismara hazır olması barədə” rəyi ilə istismara icazə də vermişdir. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Oxşar imtina əsasları qeyd edilmiş Ali Məhkəmənin 2-1(102)-1227/2021 saylı iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qərarında qeyd edilmişdir ki:
38. Bununla bağlı cavabdehin dəlillərini məhkəmə kollegiyası əsassız hesab edir. Belə ki, cavabdeh eyni dəlilləri apellyasiya şikayətində də bildirmiş və apellyasiya instansiyası məhkəməsi bununla bağlı araşdırma apararaq qeyd etmişdir ki, Azərbaycan Respublikası Dövlət Baş Ekspertiza ilə razılaşdırılmış qeyri-yaşayış binasının eskiz layihəsini tərtib etmiş “Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutunun və Sumqayıt memarlıq və Şəhərsalma İdarəsi ilə razılaşdırılmış birgə imzaladıqları tikinti obyektinin layihə və ölçü planında, o cümlədən Sumqayıt Şəhər İcra Hakimiyyətinin 51 saylı 2018-ci il 3 oktyabr tarixli “Tikinti obyektinin istismarına icazə”də qeyri-yaşayış binasının ümumi sahəsinin 6000 kv.m. olması göstərilmişdir. Lakin cavabdeh ünvan 1ndə inşa edilmiş qeyriyaşayış binasına müayinə baxışı keçirildikdən sonra tikilinin 302,0 kv.m. hissəsinin kənarda yerləşməsini bildirdiyinə baxmayaraq, buna dair hər hansı bir dəlil məhkəməyə təqdim etməmişdir.
46. Odur ki, bununla bağlı icra mərhələsində yaran biləcək maneələrin qarşısını almaq məqsədilə məhkəmə kollegiyası hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 aprel 2021-ci il tarixli, 2-1(105)-285/2021 nömrəli qərarı dəyişdirilməli, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyi tərəfindən verilmiş tikintinin istismara hazırlıq aktında göstərilən həcmdə daşınmaz əmlak üzərində İddiaçı mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarış, habelə texniki pasportun verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestrinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Beləliklə, cavabdehin imtinasında və iddia tələbinə dair yazılı etirazda istinad etdiyi əsaslarla bağlı məhkəmə qeyd edir ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1 – dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2 – hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3 – hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 – daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 – daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6 – bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Göründüyü kimi hüquqların dövlət qeydiyyatına alınmasından imtina əsasları konkret olaraq təsbit edilmişdir ki, hazırkı iş üzrə həmin hallar mövcud deyil. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 14 oktyabr tarixli 135 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestrinin aparılması” Qaydalarının 23-cü bəndinin (Bina və qurğularla bağlı xüsusi məlumatların daxil edilməsi) müddəalarına görə, İ fəslin “İnventar nömrəsi” və “Liter" qrafalarında bina və qurğuların texniki uçot pasportlarındakı müvafiq eyniləşdirmə nömrələri göstərilir (23.1). İ fəslin “Mərtəbə” və “Yeraltı mərtəbə” qrafalarında müvafiq olaraq bina və qurğuların mərtəbələrinin və zirzəmidəki səviyyələrin sayı göstərilir. Bundan başqa, “Mərtəbə” qrafasında müvafiq sahənin (mənzilin) yerləşdiyi mərtəbənin (mərtəbələrin) nömrəsi qeyd edilir (23.2). İ fəslin “Mərtəbələr üzrə plandakı nömrələr” qrafası yalnız binanın və ya qurğunun mərtəbələr üzrə planındakı nömrələrindən başqa, heç bir ayrı nömrəsi olmayan sahələrə olan hüquqların qeydiyyatı zamanı doldurulur (23.3). Daşınmaz əmlak obyektində əsaslı dəyişikliklər (yenidənqurma işləri, obyektin birləşməsi, bölünməsi, ayrılması) aparılmadığı hallarda, obyektin mülkiyyətçisi, icarəçisi və ya istifadəçisi dəyişdirildikdə daşınmaz əmlakın dövlət reyestrində daşınmaz əmlaka yeni yaranan hüquqların dövlət qeydiyyatı yeni texniki pasport tərtib edilmədən, mövcud texniki pasportun göstəriciləri nəzərə alınmaqla aparılır. Daşınmaz əmlak obyektinin texniki pasportu dövlət texniki inventarlaşdırma orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları”nın 4.2-ci bəndinə əsasən, mərzçəkmə və texniki inventarlaşdırma işlərinin nəticəsində torpaq sahələrinə münasibətdə torpaq sahəsinin planı və ölçüsü, onlar üzərindəki daşınmaz əmlak obyektlərinə münasibətdə texniki pasport, plan-cizgi tərtib edilir. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır.
NƏTİCƏVİ HİSSƏ
Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia təmin edilsin. ünvan 1, göl ətrafı ərazidə yerləşən qeyri-yaşayış binası - 147,13 kv metrdən ibarət, hündürlüyü 3 (üç) metr olan 1 (bir) mərtəbəli “A” tikilisi; 89,99 kv metrdən ibarət, hündürlüyü 3 (üç) metr olan 1 (bir) mərtəbəli “B” tikilisi; 59,63 kv metrdən ibarət, hündürlüyü 3 (üç) metr olan 1 (bir) mərtəbəli “C” tikilisi; 318,03 kv metrdən ibarət, hündürlüyü 5 (beş) metr olan 1 (bir) mərtəbəli “D” tikilisi; 154,97 kv metrdən ibarət, hündürlüyü 5 (beş) metr olan 1 (bir) mərtəbəli “F” tikilisi və 316,06 kv metrdən ibarət, hündürlüyü 5 (beş) metr olan 1 (bir) mərtəbəli “E” tikilisinə dair İddiaçı xüsusi mülkiyyət hüquqlarının Daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınaraq, müvafiq çıxarış və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Nəriman Abıyev