Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5904/2025 04.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, Qurbanlı Elnur Qubad oğlu katibliyi, iddiaçının nümayəndəsi və vəkili X1 və cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı “iddiaçıya vurulmuş 262.722 manat maddi ziyan və 20000 manat mənəvi zərərin cavabdehdən tutularaq ödənilməsi” tələbinə dair inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı “iddiaçıya vurulmuş 262.722 manat maddi ziyan və 20000 manat mənəvi zərərin cavabdehdən tutularaq ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1 saylı Bakı İnzibati-lqtisadi Məhkəməsinin 2-1 (81 )-1436/2016 nömrəli, xx.xx.2015-ci il tarixli qərarı ilə İddiaçı iddia tələbi təmin edilmişdir. Həmin qərarda 2004-2005-ci illərin əmək haqqı son 24 ayın əmək haqqı kimi qəbul edilərək, “Əmək pensiyaları haqqında” Qanunun 2010-cu ildən əvvəlki tələblərinə uyğun olaraq əmək pensiyasının yenidən hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyi cavabdeh AR ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Yasamal rayon şöbəsinə həvalə edilmişdir. Həmin qərar Bakı Apellyasiya Məhkəməsinin və Ali Məhkəmənin qərarları ilə qüvvədə saxlanılmışdır. Həmin qərar xx.xx.2016-cı il tarixində qanuni qüvvəyə minmişdir və icra edilməsi üçün məhkəmə tərəfindən icra vərəqəsi verilmişdir. 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 8-1(81)- 28/2018 saylı qərardadına əsasən 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin xx.xx.2016cı il tarixli 2-1 (81 )-1436/2016 saylı qərarının nəticə hissəsi “İddiaçı 2004- 2005-ci illərin əmək haqqı son 24 ayın əmək haqqı kimi qəbul edilərək "Əmək pensiyaları haqqında” Qanunun 2010-cu ildən əvvəlki tələblərinə uyğun olaraq, yəni xx.xx.2006-cı il tarixdən hesablanması, xx.xx.2006-cı il tarixdən hesablama qaydası və məbləğin xx.xx.2008-ci il tarixdən tətbiq edilmiş hesablama qaydasına və məbləğinə uyğun aparılması, əmək pensiyalarının yenidən hesablayaraq keçmiş dövr üçün ödənilməmiş pensiya məbləğinin birdəfəlik ödənilməsinin cavabdehə həvalə edilməsi” kimi izah edilmiş, qərardan verilmiş şikayət apellyasiya instansiyasında baxılaraq, şikayət qismən təmin edilməklə qərarın nəticə hissəsindəki “xx.xx.2008” tarixi “xx.xx.2006” tarixi ilə əvəz edilmişdir. Hazırkı vəziyyətdə qeyd etməliyəm ki, məhkəmə qərarları qanuni olaraq qüvvəyə mindikdən sonra və məhkəməyə qədərki dövrdə cavabdeh orqan daim onun hüquqlarını pozmuş və öhdəliklərini yerinə yetirməmişdir. İddiaçı cavabdehin təqsiri ucbatından hər zaman maddi və mənəvi zərərə məruz qalmışdır. Cavabdeh bilərəkdən onun işini uzatmış və lazımi qaydada icra etməkdən boyun qaçırmışlar. Cavabdeh orqan illərlə onu süründürmüşdür. Hazırkı gündə belə tərəfindən ona ödənilməyən pullarla bağlı məhkəmə mübahisəsi vardır. Həmin məhkəmə mübahisəsinin həlli ilə əlaqədar hakim Pərviz Hüseynov 01 iyun 2022-ci il tarixli sorğu göndərsə də, artıq 4 aydan çoxdur ki, həmin sorğu icra edilmir. Bununla bağlı cavabdeh tərəf məhkəməyə və ona heç bir məlumat vermir. Onlar hər zamankı kimi işi uzatmaqla ona maddi zərər vurmağa çalışırlar. Belə ki, bununla bağlı dəfələrlə DSMFyə müraciət etsə də, cavabdeh tərəfindən müraciətinə hər hansı bir cavab verilməmişdir. Ən son olaraq 12 avqust 2024-cü il tarixində etmiş olduğu müraciətə AR İnzibati Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən 35 gün ərzində cavab gəlmədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Yuxanda qeyd edilənlərdən də göründüyü kimi, cavabdeh orqan öz lazımi öhdəliklərini vaxtlı-vaxtında görməmiş və məhkəmə qərarını vaxtında icra etməmişdir. Belə ki, onlar əslində ona çatmalı pulu 2015ci ildə, manatın məzənnəsinə nəzərən devalvasiyalar olmadan versə idilər, mən bu qədər maddi ziyana məruz qalmazdı. Cavabdeh ona keçmiş dövr üzrə pensiya fərqi olan 144.388 manat və 78356 manat olmaqla, ümumilikdə 222.745 manat pulu hələ də tam olaraq ödəyib bitirməmişlər. Halbuki həmin məbləğ yeddi il əvvəl ödənsə idi, həmin dövrün məzənnəsi ilə, 285.569 ABŞ dolları edərdi. Bu isə hazırkı dövrdə 485.467 manata bərabərdir. Onlar həmin məbləğdən ona sadəcə 222.745 manat vermişlər. Cavabdeh orqan aradakı fərq məbləği olan 262.722 (iki yüz altmış iki min yeddi yüz iyirmi iki) məbləğdə ona maddi zərər vurmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsində göstərilmişdir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin 262.722 manat məbləğində vəsait əldən çıxmış fayda kimi qəbul edilməlidir və cavabdeh orqan tərəfindən ona ödənilməlidir. Həmçinin, qeyd etmək istəyir ki, cavabdehin hüquqa zidd hərəkətləri nəticəsində ona mənəvi və fiziki iztirablar formasında mənəvi zərər dəymişdir. Belə ki, onlar bilərək və qəsdən işi uzatmış və onun dərin sarsıntı və əsəb keçirməyimə səbəb olmuşlar. Hətta həmin pulun ona vaxtında verilmədiyi üçün öz müalicəni edə bilməmiş və xəstəliyi daha da artmışdır. Cavabdeh bilərək və istəyərək onu həddindən artıq əsəbləşdirmiş və mənəvi iztirablar vermişlər. Cavabdeh tərəfindən ona dəymiş mənəvi zərəri 20.000 (iyirmi min) manat dəyərində qiymətləndirir. Cavabdeh iddia il bağlı yazılı münasibətini 25 iyun 2025-ci il tarixli ərizəsində bildirmişdir. ərizədə göstərilmişdir ki, ilk olaraq inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Belə bir yoxlamadan hərəkətlə, öhdəliyin icrası haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. İddianın məqsədi inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan əlverişli faktiki xarakterli hərəkətlərin edilməsi yaxud inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı olmalı; 3. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır. Qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin sözügedən normasının mahiyyətindən də belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 №-li qərarına əsasən: Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib- edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. İddiaçı ərizə ilə Fonda müraciət etdiyini iddia edərək, bununla bağlı iş materiallarına qəbz əlavə etmişdir. Lakin bununla əlaqədar bildiririk ki, müvafiq ərizə Fonda daxil olmamışdır. Bundan əlavə qeyd etməyi zəruri hesab edirlər ki, araşdırma zamanı iş materiallarına əlavə edilmiş poçt qəbzinin mötəbərliyi öz təsdiqini tapmamışdır. Göstərilənlərə əsasən iddia tələbinin mümkün sayılmamasını xahiş etmişdir. . Tərəflərin iştirakı və izaharları Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsində göstərilən məzmunda izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbi ilə bağlı ərizəsində göstərilən məzmunda izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş etdi. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən: - 1.1. bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. - 2.2. inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); - 35.1. bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göründüyü kimi qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir.
5. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən:
-1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. -1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur - 20. Hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. - 28.1. İnzibati icraat fiziki və ya hüquqi şəxsin ərizəsi əsasında başlanılır. - 52.1. Səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul edir. - 52.2. Azərbaycan Respublikasının müvafiq qanunları ilə bu Qanunun 52.1-ci maddəsində nəzərdə tutulmuş müddətdən az və ya çox müddət müəyyən oluna bilər. - 52.3. İnzibati icraat üzrə əhəmiyyət kəsb edən halların müəyyən olunması üçün bu Qanunun 52.1-ci maddəsində nəzərdə tutulmuş müddətdən daha artıq müddət tələb olunduğu hallarda, inzibati icraatın müddəti inzibati orqan tərəfindən hər dəfə 30 gün olmaqla iki dəfə uzadıla bilər. İnzibati orqan tərəfindən müddətin uzadılması barədə maraqlı şəxsə məlumat verilir. - 52.4. Bu Qanunun 52.3-cü maddəsində nəzərdə tutulmuş hallarda müddətin uzadılmasına səbəb olan hallar inzibati orqan tərəfindən inzibati aktda əsaslandırılmalıdır. - 52.5. İnzibati aktın qəbul edilməsi də daxil olmaqla hər bir halda inzibati icraatın ümumi müddəti 90 gündən çox ola bilməz.
İş materiallarından göründüyü kimi, iddiaçı tərəfindən iddia ərizəsində göstərilən “iddiaçıya vurulmuş 262.722 manat maddi ziyan və 20000 manat mənəvi zərərin cavabdehdən tutularaq ödənilməsi” tələblə məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh inzibati orqana müraciət edilməsinə dair sübut iddia ərizəsinə əlavə edilməmiş, işə baxılan zaman məhkəməyə təqdim edilməmişdir. Belə ki, cavabdeh iddiaçının müraciətinin olmamasını qeyd etmiş, iş materiallarına əlavə edilmiş poçt qəbzinin mötəbərsiz olması bildirmişdir. Poçt qəbzi nəzərdən keçirdikdə müəyyən olunur ki, üzərində müraciət-ərizəsinin cavabdeh tərəfindən alınmasına dair təsdiq edici qeyd yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 1.1-ci bəndinə əsasən inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri olan ilkin şərt onun mümkün olmasıdır, 1.2-ci bəndinə əsasən iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir, 1.3-cü bəndinə əsasən mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur, 2.3-cü bəndinə əsasən ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmaması, cavabdehin həmin iddiaya cavab verməli olub-olmaması, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyi, prosessual həmiştirakçılığın yol verilənliyi, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyü İPM-in 37-ci maddəsinə uyğun yoxlanılmalıdır. Həmin Qərarın 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı “iddiaçıya vurulmuş 262.722 manat maddi ziyan və 20000 manat mənəvi zərərin cavabdehdən tutularaq ödənilməsi” iddiası mümkünlük şərtlərinə cavab vermir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 35 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 2cıbəyova