Məhkəmə qərarları › İş №2-1(112)-5906/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5906/2021

05.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5906/2021 05.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Vəliyeva Ayla Fuad qızının katibliyi, İddiaçının nümayəndəsi X4, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X16 Şəxsin 19 saylı Regional Ərazi Filialına qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək onun 15.01.1997-ci ildən 25.12.2001-ci il tarixə kimi Bakı şəhərində "xxxx" Firmasında menecer, 15.03.2002-ci il tarixdən 10.03.2003-cü il tarixə kimi Bakı şəhərində "xxxx" Firmasında təmizlik sahəsi üzrə briqadir, 15.06.2003-cü il tarixdən 18.06.2005-ci il tarixə kimi "xxxx" Firmasında təmizlik sahəsi üzrə menecer işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə yaşa görə pensiya təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X16 Şəxsinin 19 saylı Regional Ərazi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-562/2021 nömrəli, 04.03.2021-ci il tarixli qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X16 Şəxsin 19 saylı Regional Ərazi Filialı əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. Gəncə İnzibati Məhkəməsinin eyni tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı 15.01.1997-ci ildən 25.12.2001-ci il tarixə kimi Bakı şəhərində "xxxx" Firmasında menecer, 15.03.2002-ci il tarixdən 10.03.2003-cü il tarixə kimi Bakı şəhərində "xxxx" Firmasında təmizlik sahəsi üzrə briqadir, 15.06.2003-cü il tarixdən 18.06.2005-ci il tarixə kimi "xxxx" Firmasında təmizlik sahəsi üzrə menecer işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə yaşa görə pensiya təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair işin baxılması üçün ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İnzibati iş 20.04.2021-ci il tarixdə Bakı İnzibati Məhkəməsinin icraatına daxil olmuşdur. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1955-ci il tarixdə Gədəbəy rayonu, Dəyirmandağ kəndində anadan olmuşdur. Hal-hazırda Gədəbəy rayonu, Dəyirmankənd kəndində yaşayır. O, 01.09.1969-cu il tarixdən 18.07.1971-ci il tarixə kimi Sumqayıt şəhərində fəaliyyət göstərmiş 7 saylı Texniki Peşə məktəbində oxumuşdur. 26.07.1971-ci il tarixdən 22.04.1975-ci il tarixə kimi Bakı Quraşdırma İdarəsində çilingər işləmişdir. 07.05.1975-ci il tarixdən 20.05.1977-ci il tarixə kimi həqiqi hərbi xidmətdə olmuşdur. 05.07.1977-ci ildən 14.08.1978-ci il tarixə kimi Moskva şəhərində 54 saylı Tikinti trestində 5-ci dərəcəli usta işləmişdir. 05.09.1978-ci ildən 26.09.1979-cu ilə kimi Bakı şəhərində 87 saylı Tikinti Trestində 5-ci dərəcə usta işləmişdir. 04.10.1979-cu ildən 14.11.1979-cu il tarixə kimi 42 saylı Tikinti Trestində 4-cü dərəcə usta işləmişdir. 05.12.1981-ci ildən 01.04.1986-cı il tarixə kimi Gədəbəy rayonunun Gərgər kəndindəki “Sovet Ermənistanı” südçülük sovxozunda 3 nömrəli briqadada fəhlə işləmişdir. 02.06.1986-cı ildən 30.12.1993-cü il tarixə kimi Gədəbəy rayon X11 çilingər işləmişdir. 15.01.1997-ci ildən 25.12.2001-ci il tarixə kimi Bakı şəhərində "xxxx" Firmasında menecer işləmişdir. 15.03.2002-ci il tarixdən 10.03.2003-cü il tarixə kimi Bakı şəhərində "xxxx" Firmasında təmizlik sahəsi üzrə briqadir işləmişdir. 15.06.2003-cü il tarixdən 18.06.2005-ci il tarixə kimi "xxxx" Firmasında təmizlik sahəsi üzrə menecer işləmişdir. İddiaçı həmin illərin sosial sığorta stajına daxil edilməklə yaşa görə pensiyanın təyin edilməsi ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına ərizə ilə müraciət etsə də, həmin orqan "xxxx" Firmasında işlədiyi illəri sosial sığorta stajına daxil etməkdən imtina etmişdir. Cavabdeh orqanın imtinası qanunsuz və əsassızdır. Belə ki, həmin imtina ilə iddiaçının Konstitusiyada təsbit olunmuş yaşa görə pensiya almaq hüququ kobud şəkildə pozulmuşdur. Belə ki, cavabdeh orqan iddiaçının əmək kitabçasındakı "xxxx" Firmasında işlədiyi illəri nəzərə almamışdır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddia tam əsassızdır və təmin edilməməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən yaşa çatmış şəxslərin fərdi hesablarının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır (kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır). 2020-ci ilin 1 iyul tarixindən kişilərin pensiya yaşı 65 yaş müəyyən edilmişdir. Həmin Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. İddiaçının SÖTMF-ə təqdim etdiyi sənədlərə əsasən onun ümumi iş stajı 19 il 2 ay 4 gün təşkil etməklə tələb olunan müddətdən (25 il) azdır. Eyni zamanda iddiaçının 15.01.1997-ci il tarixdən 25.12.2001-ci il tarixədək, 15.03.2002-ci il tarixdən 10.03.2003-cü il tarixədək və 15.06.2003-cü il tarixdən 18.06.2005-ci il tarixədək işlədiyini iddia etdiyi "xxxx" Firmasının əmrlər kitabı, əmək haqqı cədvəlləri saxlanılmadığı üçün SÖTMF-nin Monitorinq və araşdırma şöbəsinin 06.01.2021-ci il tarixli aktı əsasında həmin dövrlərin iddiaçının sosial sığorta stajına əlavə edilməsi mümkün hesab edilməmişdir. Həmçinin qeyd etmək lazımdır ki, iddiaçının 01.01.2006-cı il tarixdən sonra əmək fəaliyyəti olmadığına görə onun fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Qeyd olunanlar nəzərə alınaraq iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün hesab olunmamışdır. Beləliklə, İddiaçı “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş edilir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1955-ci ildə Gədəbəy rayonu, Dəyirmandağ kəndində doğulmuş, Gədəbəy rayonu, Dəyirmandağ kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş 07 may 1975-ci il tarixli, НЗ ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı 07 may 1975-ci ildən 20 may 1977-ci ilədək hərbi xidmətdə olmuşdur. İş materiallarına əlavə edilmiş iddiaçıya məxsus 26 iyul 1971-ci il tarixli əmək kitabçasının surətindən görünür ki, İddiaçı 01.09.1969-cu ildən 18.07.1971-ci ilə kimi Sumqayıt şəhərində fəaliyyət göstərmiş 7 saylı Texniki Peşə məktəbində oxumuşdur. 26.07.1971-ci ildə Bakı Quraşdırma İdarəsində çilingər vəzifəsinə təyin edilmiş, 22.04.1975-ci ildə işdən azad olmuşdur. 05.07.1977-ci ildə 54 saylı Tikinti trestində 4-cü dərəcə usta vəzifəsinə təyin edilmiş, 14.08.1978-ci ildə işdən azad olmuşdur. 05.09.1978ci ildə 87 saylı Tikinti Trestində 5-ci dərəcə usta vəzifəsinə təyin edilmiş, 26.09.1979-cu ildə işdən azad olmuşdur. 04.10.1979-cu ildə 42 saylı Tikinti Trestində 4-cü dərəcə usta vəzifəsinə təyin edilmiş, 14.11.1979-cu ildə işdən azad olmuşdur. 05.12.1981-ci ildə Gədəbəy rayonunun Gərgər kəndindəki “Sovet Ermənistanı” südçülük sovxozunda 3 nömrəli briqadada fəhlə vəzifəsinə təyin edilmiş, 01.04.1986-cı ildə işdən azad olmuşdur. 02.06.1986-cı ildə Gədəbəy rayon X11 çilingər vəzifəsinə təyin edilmiş, 01.06.1993-cü ildə işdən azad olmuşdur. 15.01.1997-ci ildə "xxxx" Firmasında menecer vəzifəsində işləmiş, 25.12.2001-ci ildə işdən azad olmuşdur. 15.03.2002-ci ildə "xxxx" Firmasında təmizlik sahəsi üzrə briqadir işə qəbul edilmiş, 10.03.2003-cü ildə əmək müqaviləsinə xitam verilmişdir. 15.06.2003-cü ildə "xxxx" Firmasında təmizlik sahəsi üzrə menecer vəzifəsinə işə qəbul edilmiş, 18.06.2005-ci ildə əmək müqaviləsinə xitam verilmişdir. Cavabdehin məhkəməyə təqdim etdiyi inzibati icraat materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: -Gədəbəy Rayon Dövlət Arxivinin 15.05.2019-cu il tarixli, 267 nömrəli arxiv arayışında qeyd olunmuşdur ki, verilir İddiaçı ondan ötrü ki, o, sabiq “Sovet Ermənistanı” sovxozunda işləyərkən aşağıda göstərilən illər üzrə əmək haqqı almışdır: 1982-ci ilin mart, aprel və dekabr ayları üzrə, 1983-cü ilin aprel, may, iyul, oktyabr və dekabr ayları üzrə, 1984-cü ilin mart, aprel, iyul, oktyabr və noyabr ayları üzrə, 1985-ci ilin aprel, iyun, iyul, sentyabr, oktyabr və noyabr ayları üzrə, 1986-cı ilin mart ayı üzrə əmək haqqı almışdır. -Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azəriqaz” X2 istismarı Sahəsinin 14 oktyabr 2014-cü il tarixli, MH-127 nömrəli arayışında qeyd olunmuşdur ki, verilir Gədəbəy rayonu Dəyirmandağ kənd sakini İddiaçı (xx.xx.1955-ci il təvəllüdlü, Şəxsiyyət vəsiqəsi: AZE 0*******) ondan ötəri ki, o, həqiqətən 02.06.1986-cı il tarixdə Maye qazın istehsalı və satışı üzrə istehsalat birliyinin X14 Kontorunun Gər-Gər Sovetliyinə 2-ci dərəcə üzrə çilingər peşəsinə qəbul edilmişdir. İşlədiyi müddətdə müxtəlif peşələrdə işləmişdir. 30 dekabr 1993-cü ildə öz təşəbbüsü ilə tutduğu peşədən azad edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin 23.06.2021-ci il tarixli, **********753300 nömrəli məlumatın verilməsi barədə məktubunda qeyd olunmuşdur ki, idarədə olan reyestrə əsasən "xxxx" Firması 19.03.1996-cı il tarixdə dövlət qeydiyyatına alınmış və qurumun yenidən təşkili, yaxud hüquqi varisliyi barədə məlumat aşkar edilməmişdir. Hüquqi şəxsin fəaliyyətini dayandırması barədə məlumat “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə əsasən kommersiya hüquqi şəxslərin dövlət reyestrinə daxil edilən məlumatlara aid deyildir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyinin 01.07.2021-ci il tarixli, 00-25-235/16 nömrəli məktubunda qeyd olunmuşdur ki, vətəndaş İddiaçı, həqiqətən 1 sentyabr 1969-cu il tarixində Sumqayıt 7 nömrəli Texniki Peşə Məktəbinə “Çilingər santexnik” ixtisas qrupuna daxil olmuş, 7 iyul 1971-ci il tarixində həmin məktəbin əyani şöbəsini bitirmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialına ünvanladığı 01.06.2021-ci il tarixli, 4/1093 nömrəli məktubunda qeyd olunmuşdur ki, vətəndaş İddiaçı barəsində olan sorğuda qeyd olunan "xxxx" Firmasının arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı Filialına mühafizə üçün təhvil verilməmişdir. İnternet Vergi Xidmətinin Kommersiya qurumlarının dövlət reyestri məlumatlarından görünür ki, "xxxx" Firması VÖEN: **********, hüquqi ünvanı: AZ1110, Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov, ev 24, qanuni təmsilçisi: X9, dövlət qeydiyyatına alındığı tarix: 19.03.1996-cı ildir. Məhkəmənin sorğusuna cavab olaraq 23.06.2021-ci il tarixdə "xxxx" Firmasının drektoru X10 tərəfindən aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - "xxxx" Firmasının 15 yanvar 1997-ci il tarixli, 01/K nömrəli əmrinə əsasən İddiaçı 15 yanvar 1997-ci il tarixindən əsas iş yeri olmaqla əmək müqaviləsi əsasında menecer vəzifəsinə işə qəbul edilsin. Direktor İ.A.Nəcəfovun imzası. - "xxxx" Firmasının 25 dekabr 2001-ci il tarixli, 09/X nömrəli əmrinə əsasən "xxxx" Firmasının meneceri İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələbinə əsasən 25.12.2001-ci il tarixindən xitam verilsin. X1 imzası. - "xxxx" Firmasının 15 mart 2002-ci il tarixli, 11/K nömrəli əmrinə əsasən İddiaçı 15 mart 2002-ci il tarixindən əsas iş yeri olmaqla əmək müqaviləsi əsasında sahə rəisi vəzifəsinə işə qəbul edilsin. Direktor R.Ş.Babayevin imzası. - "xxxx" Firmasının 15 iyun 2003-cü il tarixli, 13/K nömrəli əmrinə əsasən İddiaçı 15 iyun 2003-cü il tarixindən əsas iş yeri olmaqla əmək müqaviləsi əsasında sahə rəisi vəzifəsinə işə qəbul edilsin. Direktor R.Ş.Babayevin imzası. - "xxxx" Firmasının 10 mart 2003-cü il tarixli, 12/X nömrəli əmrinə əsasən "xxxx" Firmasının sahə rəisi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələbinə əsasən 10.03.2003-cü il tarixdən xitam verilsin. X1 imzası. - "xxxx" Firmasının 18 iyun 2005-ci il tarixli, 16/X nömrəli əmrinə əsasən "xxxx" Firmasının sahə rəisi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələbinə əsasən 18.06.2005-ci il tarixindən xitam verilsin. X1 imzası. İddiaçı "xxxx" Firmasında işləməsi ilə bağlı 1997-2005-ci illərin əmək haqqı cədvəllərini təqdim etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosı̇ al Ödənı̇ şlərı̇ n Təyı̇ natı üzrə Mərkəzı̇ Fı̇ lı̇ alının iddiaçıya ünvanladığı 20.01.2021-ci il tarixli, **********6 nömrəli əmək pensiyasının təyin edilməsinə imtina haqqında məktubunda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən yaşa çatmış şəxslərin fərdi hesablarının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır (kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır). 2020-ci ilin 1 iyul tarixindən kişilərin pensiya yaşı 65 yaş müəyyən edilmişdir. Həmin Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Məlumat üçün bildirilir ki, müraciətiniz zamanı təqdim etdiyiniz sənədlərə əsasən sizin ümumi iş stajınız 19 il 2 ay 4 gün təşkil etməklə tələb olunan müddətdən (25 il) azdır. Eyni zamanda 15.01.1997-ci il tarixindən 18.06.2005-ci il tarixinədək işlədiyiniz "xxxx" Firmasının əmrlər kitabı, əmək haqqı cədvəlləri saxlanılmadığı üçün X7 və araşdırma şöbəsinin 06.01.2021ci il tarixli aktna əsasən yoxlamaq mümkün olmadığı üçün həmin dövrlərin sosial sığorta stajınıza əlavə etmək mümkün hesab edilmir. Həmçinin bildirilir ki, sizin 01.01.2006-cı il tarixdən əmək fəaliyyətiniz olmadığına görə fərdi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Qeyd olunanları nəzərə alaraq, sizə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün hesab olunmamışdır. Sözügedən Qanunun 1.0.18-ci maddəsinə əsasən xüsusi hesab əmək pensiyasının minimum məbləğində və ya daha yuxarı məbləğdə pensiya təminatının formalaşdırılması məqsədilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydada və məbləğdə sığortaoiunanlar üzrə ödənilən əlavə vəsaitlərin mədaxil olunduğu hesabdır. Qeyd olunan maddəyə əsasən yuxarı məbləğdə pensiya təminatının formalaşdırılması üçün xüsusi hesabınıza əlavə vəsait mədaxil edə bilərsiniz. Bu zaman sizin əmək pensiyanızın təyin olunması məsələsinə yenidən baxılacaqdır. Müraciətinizə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığınız təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnuz vardır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddia mahiyyət üzrə əsassızdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qanunun qeyd olunan normasından görünür ki, yaşa görə pensiya təyin edilməsi üçün şəxs qanunla müəyyən edilmiş yaş həddinə çatmalı, sığorta stajından asılı olmayaraq fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli və ya azı 25 il sığorta stajına malik olmalıdır. Qanunun 7-ci maddəsinin tələbinə əsasən 1 iyul 2020-ci ildən başlayaraq kişilər üçün pensiya yaşı həddi 65 yaşdır. İddiaçı xx.xx.1955-ci il təvəllüdlü olmaqla 65 yaşını 03.04.2020-ci il tarixdə tamamlamışdır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: -3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. -3.2-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin “v” bəndinə əsasən hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilən əmək fəaliyyətinin növlərinə daxildir. Həmin Qanunun 67-ci maddəsinin “ğ” bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Qanunvericiliyin bəhs edilən normalarından görünür ki, əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindikdən sonra əldə edilən sosial sığorta stajı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusuna əsasən nəzərə alınır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrdə sığortaolunanların sığorta stajını əhatə etdiyi dövr isə onun ümumi iş stajı ilə müəyyən edilir. İddiaçıya məxsus hərbi bilet, təhsil barədə sorğuya cavab məktubu, eləcə də əmək kitabçası qeydlərindən görünür ki, iddiaçının hərbi xidmət dövrü 07.05.1975-20.05.1977-ci illər 02 il 14 gün, təhsil dövrü 01.09.1969-07.07.1971-ci illər 01 il 10 ay 07 gün Əmək fəaliyyəti dövrü 26.07.1971-22.04.1975-ci illər 03 il 08 ay 28 gün, 05.07.1977-14.08.1978-ci illər 01 il 01 ay 11 gün, 05.09.1978-26.09.1979-cu il 01 il 22 gün, 04.10.1979-14.11.1979-cu il 01 ay 12 gün, 05.12.1981-01.04.1986-cı illər 04 il 03 ay 28 gün, 02.06.1986-01.06.1993-cü illər 07 il nəzərə alındıqda olmaqla 01.01.2006-cı il tarixədək ümumi iş stajı 21 il 03 ay 02 gün təşkil edir. Məhkəmə iddiaçının əmək kitabçasında olan qeydlərdən 15.01.1997-25.12.2001-ci illərdə "xxxx" Firmasında menecer vəzifəsində, 15.03.2002-10.03.2003-cü illərdə həmin firmada briqadir, 15.06.2003-18.06.2005-ci ilədək menecer vəzifəsində işlədiyi dövrü ümumi iş stajına daxil edilməsini əsaslı hesab etmir. Belə ki, cavabdehin imtinasının, eyni zamanda etirazının əsası iddiaçının "xxxx" firmasında işlədiyi dövrlər üzrə əmrlər kitabının və əmək haqqı cədvəllərinin saxlanılmadığı səbəbindən həmin dövlərin yoxlanılmasının mümkün olmaması və bu əsasdan qeyd edilən dövrün sosial sığorta stajına daxil edilməsinin mümkün olmaması olmuşdur. Məhkəmə icraatı gedişində iddiaçının işləmiş olduğu "xxxx" Firmasına əmrlər kitabı və əmək haqqı cədvəllərindən çıxarışların surətlərinin təqdim edilməsi ilə bağlı sorğular verilmiş, "xxxx" Firması tərəfindən iddiaçının firmaya işə qəbul və işdən çıxma barədə əmrlərin bilavasitə surətləri və əmək haqqı cədvəlləri təqdim edilmişdir. Əvvəla, təqdim edilmiş əmrlər və əmək haqqı cədvəllərinin nüsxələri tərtib edildikləri 1997-2005-ci illərin nüsxələrinə uyğun gəlmir. Belə ki, vərəq səhifələrinin aydınlığı, yazı şriftlərinin növü, çap rəngi və s. həmin sənədlərin adi gözlə seziləcək dərəcədə hazırkı dövrdə tərtib edildiyi qənaətini doğurur. Qeyd edilməlidir ki, əmrlər kitabında bir işçinin təkcə işə qəbul və ya işdən çıxması barədə əmrlər deyil, ümumiyyətlə işçinin əmək fəaliyyəti dövründə barəsində qəbul edilmiş əmrlərin tarixi, nömrəsi və s. qeyd edilməklə tərtib edilirsə, təqdim edilmiş əmrlər iddiaçının yalnız işə qəbul və işdən çıxması barədə olmuşdur. Bundan başqa, təqdim olunmuş əmrlərin nömrəsi ilə əmək kitabçasında eyni günə aid olan əmrlərin nömrələri, bəzi tarixləri üst-üstə düşməmişdir. Belə ki, əmək kitabçasında iddiaçının 16.01.1997-ci il tarixli, 05 nömrəli əmrlə menecer vəzifəsində işlədiyi qeyd edilsə də təqdim olunmuş işə qəbul barədə əmrdə iddiaçının 15.01.1997-ci il tarixli, 01/K nömrəli əmrlə işə qəbul edildiyi göstərilmişdir. Eyni zamanda 25.12.2001-ci il tarixli, 03 nömrəli əmrlə işdən azad edildiyi göstərilsə də təqdim olunmuş həmin 25.12.2001-ci il tarixli əmrin nömrəsi 09/X qeyd edilmişdir. Eyni zamanda 15.03.2002-ci il tarixli, 06 nömrəli əmrlə işə qəbul edildiyi göstərilsə də təqdim olunmuş həmin 15.03.2002-ci il tarixli əmrin nömrəsi 11/K qeyd edilmişdir. Eyni zamanda 10.03.2003-cü il tarixli, 04 nömrəli əmrlə əmək müqaviləsinə xitam verildiyi göstərilsə də təqdim olunmuş həmin 10.03.2003-cü il tarixli əmrin nömrəsi 12/X qeyd edilmişdir. Eyni zamanda 15.06.2003-cü il tarixli, 9 nömrəli əmrlə işə qəbul edildiyi göstərilsə də təqdim olunmuş həmin 15.06.2003-cü il tarixli əmrin nömrəsi 13/K qeyd edilmişdir. Eyni zamanda 18.06.2005-ci il tarixli, 7 nömrəli əmrlə əmək müqaviləsinə xitam verildiyi göstərilsə də təqdim olunmuş həmin 18.06.2005-ci il tarixli əmrin nömrəsi 16/X qeyd edilmişdir. Təqdim olunmuş işdən çıxma barədə əmrlərin heç birində işçinin işdən azad edilməsinin əsası olan Əmək Məcəlləsinin müvafiq maddəsinə istinadlar göstərilməmişdir. Həmçinin iddiaçının "xxxx" Firmasında əmək fəaliyyəti ilə bağlı qeydlərdə firmanın direktoru Babayev R.Ş imzası olsa da, təqdim olunmuş 15.01.1997-ci il tarixli, 01/K nömrəli əmr direktor İ.A.Nəcəfov tərəfindən imzalanmışdır. Eyni zamanda təqdim olunmuş 1997-ci il əmək haqqı cədvəlində imzanın əmək kitabçası və əmrlərin surətləri, digər illərə aid əmək haqqı cədvəlləri ilə müqayisə etdikdə X8 aid olduğu adi gözlə müşahidə etmək mümkündür. Bununla yanaşı qeyd edilməlidir ki, təqdim olunmuş əmək haqqı cədvəllərinin nüsxələri yalnız firmanın rəhbəri tərəfindən imzalanmış, baş mühasib tərəfindən imzalanmamışdır. Bundan başqa, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş "xxxx" Firmasından əldə edilmiş əmək fəaliyyəti ilə bağlı sənədlər sırasında əmrlər kitabından çıxarış deyil, əmrlərin bilavasitə özləri təqdim edilmiş və təqdim olunmuş əmr nüsxələri yuxarıda qeyd edildiyi kimi yeni tərtib edilmə xüsusiyyətləri ilə səciyyələnir. Bundan əlavə, iddiaçı tərəfindən təqdim edilmiş əmrlərin nüsxələrində əmrin nömrəsi ya məhkəməyə bilavasitə firmanın qanuni təmsilçisi tərəfindən əvvəl təqdim olunan eyni tarixli əmrlərin nömrələri ilə uyğunluq təşkil etmir (məsələn, firmanın qanuni təmsilçisi tərəfindən məhkəməyə təqdim olunan 15.03.2002-ci il tarixli əmrin nömrəsi 11K olaraq göstərilibsə, iddiaçı tərəfindən təqdim edilmiş əmr nüsxələrində 15.03.2002-ci il tarixli əmrin nömrəsi 13/k olaraq göstərilmişdir), ya da ümumiyyətlə əmrin nömrəsi qeyd edilməmişdir (məsələn, 15.06.2003-cü il tarixli əmri). İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə görə məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə qeyd edilənlərə əsasən bu nəticəyə gəlir ki, iddiaçının "xxxx" Firmasında işlədiyi dövr mötəbər sübutlarla öz təsdiqini tapmadığından həmin dövr iddiaçının sığorta stajına daxil edilə bilməz. Belə olan halda iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan 25 il sığorta stajına sahib olmadığından ona yaşa görə əmək pensiyasının təyin edilməsi tələbi də təmin edilə bilməz. Cavabdehin imtinası qanunazidd olmamış və iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar