Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5907/2022 20.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Əliyeva Zərif Nəzər qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Xəzər rayon Polis İdarəsinə qarşı X9, X10, X15, X16 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Xəzər rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X9, X10, X15, X16, X7 ona məxsus olan ünvan 4 yaşayış sahəsindən pasport qeydiyyatından çıxarılmasının cavabdehin üzərinə bir vəzifə olaraq qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin 04.02.2022-ci il tarixli, 2-1(112)-5907/2022 nömrəli qərardadı ilə hazırki iş üzrə X9, X10, X15, X16 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşlar. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, R.Məmmədhüseynov (köhnə adı Zevin) küçəsi, ev 25, mənzil 40 ümumi sahəsi 47-07 kv/m olan 3 (üç) otaqlı mənzili Donuzkökəltmə sovxozundan 30 may 1997-ci il tarixində 40 nömrəli orderlə almışdır. Qeyd olunan mənzili aldıqdan sonra o, həyat yoldaşı X11 və oğulları (X17, X32 oğlu), X12, 1 (bir) az yaşlı uşağı ilə qeyd olunan mənzilə qeydiyyata düşmüşlər. O, mənzilə çıxarış almaq üçün 5 saylı Asan xidmətə müraciət etmiş, Asan xidmət tərəfindən verilən arayış əsasında ona məlum olmuşdur ki, mənzilində tanımadığı X9, X10, X15, X16, X19 qeydiyyatdadırlar. Hansı yolla mənzilinə qeydiyyata düşmələrindən xəbəri yoxdur. Şəxsləri taparaq onlara mənzilindən qeydiiyatdan çıxmalarını xahiş etmişdir. Onlar müxtəlif bəhanələr gətirməklə mənzilindən qeydiyyatdan çıxmaq istəmirlər. Pasport qeydiyyatından çıxmadıqları üçün o, Xəzər rayon Polis İdarəsinin Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi şöbəsinə yuxarıda adları göstərdiyi şəxslərin qeydiyyatdan çıxarılmalarını xahiş etsə də heç bir nəticəsi olmamışdır. Belə ki, Xəzər rayon Polis İdarəsinin Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi şöbəsinin 24.01.2022-ci il tarixli, 1491T-3222 saylı arayışından göstərilmişdir ki, yalnız məhkəməyə müraciət etməklə öz həllini tapacaqdır. Həmin şəxslərin ona məxsus olan mənzildə qeydoyyatda olmaları bir sıra problemləri yaradır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək onun məzmununa uyğun izahat verib tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh və üçüncü şəxslər lazımi qaydada xəbərdarlıq edilmiş, lakin cavabdehin səlahiyyətli nümayəndəsi və üçüncü şəxslər məhkəməyə gəlməmiş, gəlməmələrinin üzrlü səbəbləri barədə məlumat verməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin səlahiyyətli nümayəndəsi və üçüncü şəxslərin iştirakları olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının 30.11.2015-ci il tarixli, AZE ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1958-ci ildə Bakı şəhərində doğulmuşdur, yaşayış yeri ünvan 2-dır. - Azərbaycan Respublikası Abşeron rayon İcra Hakimiyyəti Abşeron rayon Dövlət Arxivinin 16.04.2013-ci il tarixli məktubu ilə Donuzkökəlmə sovxozu tərəfindən verilmiş 30.05.1997-ci il tarixli, 23 №-li əmrdən çıxarışın surətindən görünür ki, həmin əmrə əsasən İddiaçı Xudaş oğluna Binə qəsəbəsi, Zevin küçəsi 25, mənzil 40-a qeydyyata götürülməsi və həmin evin orderinin ona verilməsi əmr edilmişdir. - Donuzkökəlmə sovxozu tərəfindən verilmiş 40 №-li orderin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, həmin orderə əsasən ünvan 1 ünvanında yerləşən, sahəsi 47-07 kvm. olan 3 otaqlı yaşayış sahəsi İddiaçı Xuduş oğluna 4 nəfər ailə tərkib ilə (özü, arvadı Talıbova Kəmalə, oğlu Talıbov Elxan, oğlu Talıbov Elşən) verilmişdir. - Əzizbəyov rayon Polis İdarəsinə ünvanlanmış 05.12.1997-ci il tarixli Forma 1 arayışının surətindən görünür ki, Talıbov X2 tərəfindən verilmiş 40 №-li orderə əsasən ailəvi 4 nəfərdən ibarət öz evinə Binə qəsəbəsi, Zevin 25, mənzil 40-a pasport qeydiyyatına düşür. Mənzilin sahəsi 47-07 kvm.-dir. Mənzildə başqa qeydiyyatda olan yoxdur. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında 13.03.2020-ci il tarixli, ******* №-li arayışdan görünür ki, xx.xx.1958-ci il təvəllüdlü İddiaçı, 19.05.1964-cü il təvəllüdlü X11, 12.04.1965-ci il təvəllüdlü X13, 24.04.1973-cü il təvəllüdlü X14, 27.11.1990-cı il təvəllüdlü X18, 08.01.1984-cü il təvəllüdlü X15, 24.05.1982-ci il təvəllüdlü X16, 25.05.2013-cü il təvəllüdlü X20, 03.05.1994-cü il təvəllüdlü X12, 19.08.1989-cü il təvəllüdlü X17 ünvan 2 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar. - Cavabdeh Baş X28 Miqrasiya İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 23.02.2022-ci il tarixli, 018-3729-1222 №-li məktubdan görünür ki, 12.05.1965-ci il təvəllüdlü X13 10.10.2008-ci il tarixdən, 24.05.1982-ci il təvəllüdlü X16 04.11.2003-cü il tarixdən, 24.04.1973-cü il təvəllüdlü X14 23.04.2009-cu il tarixdən, 08.01.1984-cü il təvəllüdlü X15 14.09.2003-cü il tarixdən ünvan 2 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar. Göstərilən şəxslərin qeyd olunan ünvana qeydiyyata alınmasına və onlara şəxsiyyət vəsiqəsinin verilməsinə əsas olmuş sənədlərin saxlama müddəti (5 il) bitdiyi üçün məhv edildiyindən həmin sənədlərin təqdim edilməsi mümkün olmamışdır. Əlavə olaraq bildirilir ki, qeyd olunan ünvanda qeydiyyatda olan, 25.05.2013-cü il təvəllüdlü X19 “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinin tələbinə uyğun olaraq valideyinlərinin yaşayış yeri üzrə ilk dəfə şəxsiyyət vəsiqəsi ilə sənədləşdirilən azyaşlıdır. - Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış **********55 №-li, 15.03.2022-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, R.Məmmədhüseynov küçəsi, ev 25, 40 saylı mənzilin, həmçinin X9, X10, X15, X16, X1 ünvana dair istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. - Bakı şəhər İcra Hakimiyyəti MKTD Xəzər rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin 131 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 61 №-li, 12.04.2022-ci il tarixli arayışdan görünür ki, X13, X10, X15, X16, X19 Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, R.Məmmədhüseynov küçəsi, ev 25, 40 saylı mənzildə qeydiyyatda olsalar da, lakin göstərilən ünvanda heç vaxt yaşamamışlar. - Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 055-1491T-3222 №-li, 24.01.2022-ci il tarixli məktubdan görünür ki, X4, X5, X6, X8 və X7 ünvan 4 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasına köməklik göstərilməsi ilə bağlı müraciətinə baxılmışdır. Bildirilir ki, Azərbaycan Respublikasının “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında Qanunun 9-cu maddəsinin 5-ci hissəsinin tələblərinə müvafiq olaraq sözügedən məsələ iilə əlaqədar məhkəmə orqanlarına müraciət etməyi tövsiyyə olunur. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, ünvan 4 ünvanında yerləşən yaşayış sahəsi dövlət mənzil fonduna aid olmaqla qanuni əsaslarla iddiaçının istifadəsindədir. Üçüncü şəxslər X9, X10, X15, X16 və yetkinlik yaşına çatmayan X19 iddiaçıya məxsus olan ünvan 4 ünvanında yerləşən yaşayış sahəsində qeydiyyatda olsalar da, həmin mənzildə yaşamırlar. İddiaçı qanuni əsaslarla istifadəsində olan mənzildə qeydiyyatda olan, lakin həmin ünvanda yaşamayan, ailə üzvü olmayan şəxslərin qeydiyyatdan çıxarılması ilə bağlı inzibati orqana müraciət etsə də onun müraciəti təmin edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: -13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. -29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən mərhum edilə bilməz. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: - 29.1-ci maddəsinin tələbinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. Məhkəmə ilk növbədə qeyd edir ki, mübahisəli mənzil dövlət mənzil fonduna aid olmaqla daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da İddiaçı və onun ailə üzvlərinə Donuzkökəlmə sovxozunun 30.05.1997-ci il tarixli, 23 №-li əmri və 40 №-li orderi əsasında verilmişdir. Göründüyü kimi iddiaçı yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarını hazırki mərhələdə reallaşdıra bilməsə də onun həmin əmlaka münasibətdə ilkin mülkiyyət hüquqları yaranmışdır. Belə ki, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsində nəzərdə tutulmuş hüquq müəyyənedici sənədlər təqdim edilməlidir ki, bu sənədlərdən biri də 01 oktyabr 2009-cu il tarixədək müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş order təşkil edir. Məhkəmə bu hüquqi aspektdən irəli çıxaraq belə qənaətə gəlir ki, qanunvericiliyin tələblərinə əsasən yaşayış sahəsinin kirayədarı istifadəsində olan yaşayış sahəsindən ailə üzvü olmayan şəxslərin qeydiyyatdan çıxarılmasını tələb etmək hüququna malikdir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun: -1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yeri üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycar Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. - 2-ci maddəsinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. -5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Müvafiq dövlət orqan: vətəndaşı dərhal qeydə almalı və ona 10 gün ərzində “Azərbaycan Respublikası: vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq şəxsiyyət vəsiqəsi verməlidir. Yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaş ərizə anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında) daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunverciliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. -9-cu maddəsinə görə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi) - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun 24.09.2020-ci il tarixli qərarına əsasən “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Məhkəmə hesab edir ki, iddiaçı istifadəsində olan mənzilə qeydiyyata alınmış, lakin faktiki olaraq həmin mənzildə yaşamayan və istifadə hüququ olmayan şəxslərin qeydiyyatdan çıxarılmasını tələb etmək hüququna malik olduğundan, mübahisəli mənzildə qeydiyyatda olan üçüncü şəxslər və yetikinlik yaşına çatmayan Fərid Əliyev qeyd olunan ünvanda yaşamadıqlarından, eləcə də onların həmin mənzildə istifadə hüquqlarının hazırda mövcudluğuna dair hər hansı sübut məhkəmə icraatına təqdim edilmədiyindən, həmin şəxslərin iddiaçıya məxsus mənzildən qeydiyyatdan çıxarılmamaları qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək belə bir nəticəyə gəlir ki, iddia tələbi təmin edilməklə X9, X10, X15, X16, X7 ünvan 4 ünvanından qeydiyyatdan çıxarılmaları öhdəliyi cavabdehə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. X9, X10, X15, X16, X7 ünvan 4 ünvanından qeydiyyatdan çıxarılmaları öhdəliyi cavabdeh Bakı şəhəri Xəzər rayon Polis İdarəsinə həvalə edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-5907/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5907/2022
20.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver