Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5908/2022 19.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinə qarşı “dövlət qeydiyyat nişanının təhkim edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan nəqliyyat vasitələrinə **-SM-***, **-MS-***, **-VG-*** dövlət qeydiyyat nişanlarının dövlət rüsumu ödənilməklə təhkim edilməsinin cavabdehin üzərinə öhdəlik qoyulması (cavabdehə həvalə edilməsi) barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, mülkiyyət hüququ əsasında ona məxsus olan 2014-cü il istehsalı, şassi nömrəsi 1G1PC5SB1F7141444 olan «Chevrolet Cruze» markalı minik və 2011-ci il istehsalı, şassi nömrəsi WDF**********6467 olan «X1» markalı minik avtomobillərinin hər ikisinə 77 seriyası ilə başlayan «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 18.65.6.1-ci maddəsində göstərilən dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin kombinasiyası 777 olan, seriyası müxtəlif və ya eyni hərflərdən ibarət olan (nümunə 77+- 777 və ya 77++777 dövlət qeydiyyat nişanlarının dövlət rüsumu ödənilməklə təhkim edilməsinin cavabdehin üzərinə öhdəlik qoyulması (cavabdehə həvalə edilməsi) barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, o, xx.xx.2021-ci il tarixdə cavabdehə rəsmi olaraq elektron qaydada müraciət edərək, bir sıra dövlət qeydiyyat nişanlarının dövlət rüsumunun ödənilməsi ilə ona məxsus olan avtomobillərə təhkim edilməsini xahiş etmişdir. Eyni ərizədə dövlət qeydiyyat nişanlarının əldə edilməsi ilə bağlı prosedur qaydaları da izah etməyi xahiş etmişdir. Lakin cavabdeh tərəfindən ona xx.xx.2021-ci il tarixdə istədiyi dövlət qeydiyyat nişanlarının sərfiyyatda olmaması ilə bağlı cavab verilmişdir. Bundan sonra iki dəfə də cavabdehə rəsmi müraciət etsə də, bu günə qədər heç bir cavab verilməmişdir. Cavabdehin cavabı və ümumilikdə istədiyi dövlət qeydiyyat nişanlarının təhkim edilməsindən imtina tamamilə qanunsuz və əsassızdır. Bu dövlət qeydiyyat nişanlarının təhkim edilməsi ilə bağlı heç bir qadağa yoxdur. Belə ki, Bakı şəhərində bir sıra nəqliyyat vasitələrində analoji dövlət qeydiyyat nişanları təhkim edilmişdir və hətta yeni yaranmış 77 seriyalı dövlət qeydiyyat nişanının ən son hərf kombinasiyalı **-ZZ-*** dövlət qeydiyyat nişanı artıq istismara verilmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda qeyd edilir: Avtomobilinizə «77» kodla başlayan son rəqəmləri 777 olan dövlət qeydiyyat nişanlarından birinin təhkim edilməsi ilə bağlı Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinə ünvanladığınız elektron müraciətə baxılmışdır. Bildiririk ki, arzu etdiyiniz dövlət qeydiyyat nişanları hazırda sərfiyyatda olmadığından xahişinizin istəyinizə uyğun həlli mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd olunur ki, hazırda sərfiyyatda «77» kodla başlayan eyni və ya fərqli hərflərin kombinasiyasından ibarət son rəqəmləri 777 olan dövlət qeydiyyat nişanları mövcud deyildir. Həmin məktuba əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd olunur: Nəqliyyat vasitəsinə müxtəlif hərflərin kombinasiyasından ibarət 77-**-777 dövlət qeydiyyat nişanının verilməsinə dair xx.xx.2021-ci il tarixində Cavabdehnə elektron poçt vasitəsilə etdiyiniz müraciətə baxılmış və tərəfimizdən xx.xx.2021-ci il tarixdə 016-141011M-4221 nömrəli məktubla cavab verilərək arzu etdiyiniz dövlət qeydiyyat nişanlarının hazırda sərfiyyatda olmadığı bildirilmişdir. Bundan sonra eyni hərflərin kombinasiyasından ibarət sonu 077 olan dövlət qeydiyyat nişanının təhkim edilməsi ilə bağlı müraciətiniz Daxili İşlər Nazirliyində 001-4387M nömrə ilə qeydiyyata alınaraq xx.xx.2022-ci il tarixdə icraata yönəldilmiş, həmin müraciətə Cavabdehndə baxılaraq 016-4387M-4222 nömrəli məktubla cavab verilərək eyni hərflərin kombinasiyasından ibarət sonu 077 olan dövlət qeydiyyat nişanının nəqliyyat vasitələrinə xronoloji ardıcıllıq qaydasında təhkim edildiyi üçün «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 18.68.6.1-ci maddəsinə tətbiqinin mümkünsüzlüyü barədə məlumatlar elektron ünvanınıza göndərilmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin İV-İ hissəsinin 6-cı bəndinə əsasən nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması və daimi uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi zamanı növbələrin yaranmasını istisna edən, sənədlərin qəbulu və verilməsinin, dövlət qeydiyyat nişanlarının verilməsinin elektron idarəetmə sistemi təmin olunmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 20 dekabr tarixli 345 nömrəli qərarı ilə təsdiq edilmiş «Nəqliyyat vasitələrinə rəqəmlərin və hərflərin kombinasiyası üzrə dövlət qeydiyyat nişanlarının verilmə Qaydası»nın: 1.2-ci bəndinə əsasən avtonəqliyyat vasitələrinə dövlət qeydiyyat nişanı nəqliyyat vasitəsinin dövlət qeydiyyatına alınması zamanı verilir. Nəqliyyat vasitəsinin sahibi dövlət qeydiyyatı zamanı verilmiş dövlət qeydiyyatı nişanının rəqəm və hərf kombinasiyasının dəyişdirilməsi üçün müraciət edə bilər; 3.1-ci bəndinə əsasən avtonəqliyyat vasitəsinin dövlət qeydiyyatı üçün müraciət edən şəxs qeydiyyat-imtahan məntəqəsində yerləşdirilmiş xüsusi elektron terminal vasitəsilə dövlət qeydiyyat nişanının rəqəm və hərf kombinasiyasını sərbəst seçərək, onun üçün müəyyən edilmiş dövlət rüsumunu elə həmin terminal vasitəsilə ödəyir və terminalın avtomatik olaraq çap edib verdiyi seçilmiş rəqəm və hərf kombinasiyasını, ödənilmiş dövlət rüsumunun məbləğini və aparılmış əməliyyatın nömrəsini, həmçinin şəxsiyyət vəsiqəsinin nömrəsini əks etdirən qəbzi nəqliyyat vasitəsinin dövlət qeydiyyatı üçün tələb olunan sənədlərə əlavə edir; 3.3-cü bəndinə əsasən avtonəqliyyat vasitəsinin sahibi dövlət qeydiyyatı zamanı verilmiş dövlət qeydiyyat nişanının rəqəm və hərf kombinasiyasının dəyişdirilməsi üçün qeydiyyat-imtahan məntəqəsinə və ya internet vasitəsilə müraciət edə bilər; 3.4-cü bəndinə əsasən qeydiyyat-imtahan məntəqəsinə daxil olan şəxs xüsusi elektron terminala yaxınlaşaraq, şəxsiyyət vəsiqəsinin nömrəsini, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin nömrəsini daxil edir və dövlət qeydiyyat nişanının rəqəm və hərf kombinasiyasını sərbəst seçərək, onun üçün müəyyən edilmiş dövlət rüsumunu, habelə yeni qeydiyyat şəhadətnaməsinin verilməsi üçün dövlət rüsumunu elə həmin terminal vasitəsilə ödəyir. Bundan sonra elektron terminal avtomatik olaraq qəbz çap edir. Qəbzdə seçilmiş dövlət qeydiyyat nişanının rəqəm və hərflərinin kombinasiyası, ödənilmiş dövlət rüsumları, aparılmış əməliyyatın nömrəsi və şəxsin növbəsi əks olunur; 3.5-ci bəndinə əsasən şəxsin qəbzdə göstərilmiş növbəsi çatdıqda, o sənədləri qəbul edən pəncərəyə yaxınlaşaraq, şəxsiyyət vəsiqəsini, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini və qəbzi təqdim edir. Qəbzdə göstərilmiş əməliyyatın qeydiyyat nömrəsi əsasında sənədləri qəbul edən şəxs elektron idarəetmə sistemi vasitəsilə təqdim edilmiş sənədlərin və əks edilmiş məlumatların düzgünlüyünü yoxlayır və sistem vasitəsilə avtomatik generasiya edilən ərizəni çap edir və imzalanması üçün şəxsə təqdim edir. Ərizədə şəxsin adı, atasının adı, soyadı, şəxsiyyət vəsiqəsinin nömrəsi, nəqliyyat vasitəsinin dövlət qeydiyyatı şəhadətnaməsinin nömrəsi, mühərrik, ban və şassi nömrələri, habelə rəngi, dövlət qeydiyyat nişanının rəqəm və hərflərinin seçilmiş kombinasiyası, ödənilmiş dövlət rüsumları barədə məlumatlar əks olunur; 3.6-cı bəndinə əsasən ərizə imzalandıqdan və qəbul edildikdən, habelə şəxs barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən cərimə ödənildikdən sonra nəqliyyat vasitəsi mühərrik, ban və şassi nömrələrini, habelə rəngini tutuşdurmaq məqsədi ilə müayinəyə təqdim edilir. Müayinədən keçən nəqliyyat vasitəsinə 30 (otuz) dəqiqə ərzində yeni dövlət qeydiyyat nişanı və yeni qeydiyyat şəhadətnaməsi verilir. Göründüyü kimi, iddiaçı tərəfindən qanunvericiliyin qeyd olunan tələblərinə əməl edilməmişdir. Eyni zamanda, cavabdeh tərəfindən iddiaçıya və məhkəməyə ünvanlanmış məktublardan görünür ki, hazırda sərfiyyatda iddiaçının tələb etdiyi rəqəm və hərflərin kombinasiyasından ibarət olan dövlət qeydiyyat nişanları mövcud deyildir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-5908/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5908/2022
19.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver