Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5911/2020 13.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Aytən Pənah qızı Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə qarşı “xxxx” QSC üçüncü şəxs qismində cəlb edilməklə, əmək müqaviləsinin bağlanması ilə bağlı elektron informasiya sisteminə daxil edilmiş bildirişin çıxarılması öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə və qarşı “xxxx” QSC Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, , “xxxx” QSC Azərbaycan Respublikasındakı Nümayəndəliyi ilə arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair bildirişin elektron informasiya sisteminə daxil etmək vəzifəsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbayan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı xx.xx.2020-ci il tarixində iddia ələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim etmiş və Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5911/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏMək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə qarşı “xxxx” QSC Azərbaycan Respublikasındakı Nümayəndəliyi 3-cü şəxs qismində məhkəmə icraatına cəlb olunmaqla əmək müqaviləsinin bağlanmasına dair əmək müqaviləsinin bildirişini elektron informasiya sistemindən çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbininin dəqiqləşdirlməsi barədə ərizə icraata qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2002-cu il tarixdən xx.xx.2016cı il tarixə qədər “xxxx” QSC Azərbaycan Respublikasındakı Nümayəndəliyində işləmişdir. İşdən azad edilərkən əmək kitabçasında işdən azad edilməsi barədə əmrin nömrəsi, tarixinə dair qeydlər aparılmış və ona qaytarılmış, lakin əmək müqaviləsinə xitam verilməsi barədə məlumat elektron sistemə daxil edilməmişdir. Dövlət tərəfindən ayrılan 190 manat vəsaitinn alınmasından bu səbəbdən məhrum olunmuşdur. Odur ki, iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin və 3-cü şəxsin səlahiyyətli nümayəndələri məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia təmin edilməlidir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən iddiaçıya ünvanlanmış xx xxx 2020-ci il tarixli imtina məktubunda əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi üçün işəgötürənə və ya etibarsız olunması üçün məhkəməyə müraciət olunması göstərilmişdir. İşdə olan ******* nömrəli əmək kitabçasından görünür ki, İddiaçı qızı xx xxxxxx 2002-ci il tarixdə “xxxx” QSC-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə hüquq məsləhətçisi vəzifəsinə təyin edilmiş,xx.xx.2009-cu il tarixində menecer vəzifəsinə keçirilmiş, xx xxxx 2016-cı il tarixdə isə 8 nömrəli əmr ilə menecer vəzifədən azad edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin **********964300 nömrəli xx xxxxxxx 2020-ci il tarixli sorğuya cavab məktubdan görünür ki, idarədə olan reyestrdə xx.xx.2002-ci il tarixdə dövlət qeydiyyatına alınmış “xxxx” QSC-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin ləğv edilməsi barədə məlumat aşkar edilməmişdir. İşin faktiki hallarından görünür ki, İddiaçı qızı “xxxx” QSC-də 2002-ci ildən hüquq məsləhətçisi vəzifəsində işləmiş, bununla bağlı onunla əmək müqaviləsi bağlanmış, əmək müqaviləsinin bağlanması barədə bildiriş “Elektron hökumət” portalı vasitəsilə elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilmişdir. Əmək haqqı kifayət olmadığından o, işdən çıxmış, lakin əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi bu günədək elektron informasiya sisteminə daxil edilməmişdir. İddiaçının işlədiyi QSC fəaliyyətini 2016-cı il tarixində dayandırmış, iddiaçı əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi elektron informasiya sisteminə daxil edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, lakin müraciət cavabdeh tərəfindən imtina məktubu ilə cavablandırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2014-cü il tarixli 183 qərarı ilə təsdiq edilmiş “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”ın 3.4cü bəndinə əsasən əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi “Elektron hökumət” portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürən tərəfindən və ya “Elektron hökumət” portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir. Qanunvericliyin tələblərinə əsasən əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi bilavasitə işəgötürən tərəfindən və ya “Elektron hökumət” portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilməsi ilə mümkün olsa da, lakin hazırki halda yuxarıda göstərilən səbəblərdən iddiaçının “xxxx” QSC-nin Azərbaycan Respublikasında Nümayəndəliyinə müraciət etməsi imkan xaricindədir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİ, İİİ, İV bəndlərinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-ci bəndinə əsasənBu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. İddiaçı öz arzusu ilə əmək müqaviləsini ləğv edilməsini tələb etsə də, lakin onun iradəsinə zidd olaraq bu günədək əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi elektron informasiya sisteminə daxil edilməməsi nəticəsində onun konstitusion hüququ olan əmək hüququ kobud şəkildə pozulmuşdur. İddiaçının adına hazırda “xxxx” QSC-nin Azərbaycan Respublikasında Nümayəndəliyi ilə bağlanan müqavilə əsasında, QSC-də işləməsi barədə “Elektron hökumət” portalında yerləşdirilmiş əmək müqaviləsinin bağlanması barədə bildiriş mövcud olduğu halda, onun başqa işəgötürənlə əmək müqaviləsi bağlaması, həmin bildirişin elektron informasiya sisteminə daxil edilməsi mümkünsüzdür. Göstərilən səbəblərdən iddiaçı digər işəgötürənlərlə əmək münasibətlərini rəsmiləşdirə bilmir. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, İddiaçı qızı, onun “xxxx” QSC-nin Azərbaycan Respublikasında Nümayəndəliyi arasında bağlanmış əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsinin bildirişininin elektron informasiya sistemindən çıxarılmasının cavabdehə həvalə edilməsi tələbində haqlıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 32, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı ilə “xxxx” QSC-nin Azərbaycan Respublikasında Nümayəndəliyi arasında bağlanmış əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsinin bildirişininin elektron informasiya sistemindən çıxarılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Hakim: Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-5911/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5911/2020
13.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver