Məhkəmə qərarları › İş №2-1(112)-5916/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5916/2020

27.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5916/2020 27.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Aytən Pənah qızı Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı iştirаkı ilə, İddiаçı İddiaçı cаvаbdеh Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi “Bakı şəhər Təcili və X2 Stansiyası” X4rşı “Əmək haqqının 25% artırılması” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа, аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı cаvаbdеh Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi “Bakı şəhər Təcili və X2 Stansiyası” X4rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respubikası Nazirlər Kabinetinin xx xxx 1994-cü il tarixli 185 nömrəli “Azərbaycan Respublikasında əlillərin problemləri üzrə kompleks proqramın həyata keçirilməsi haqqında” qərarına əsasən cavabdeh tərəfindən əmək haqqının 25 faiz artırılması üçün lazım olan hərəkətlərin icra edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o,həkim olaraq Bakı Şəhəri Təcili və X1 həkim vəzifəsində çalışır və ölkədə hər bir həkim kimi koronovirus pandemiyası ilə öz həyatını təhlükəyə ataraq mübarizə aparır. xx.xx.2019-cu il tarixindən etibarən İİ qrup əlil kimi Dövlət Sosial Müdafiə Fondunun Yasamal rayon Şöbəsi tərəfindən qeydiyyata alınmışdır. Dövlət rəsmi əmək münasibətlərlə bağlı əlil olan şəxslərə qanunvericiliyə əsasən çox böyük güzəştlər nəzərdə tutulmuşdur və həmin güzəştlərdən və sosial təminatlardan istifadə etmək hüququ olduğuna görə rəhbərliyə rəsmi olaraq yazılı şəkildə müraciətlər etmişdir, lakin rəhbərlik onun müraciətlərinə məhəl qoymamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 1994-cü il tarixli, 185 nömrəli, “Azərbaycan Respublikasında əlillərin problemləri üzrə kompleks proqramın həyata keçirilməsi haqqında” qərarına əsasən İ və İİ qrup əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların əmək haqqının isə 25 faiz artırılmasının təmin edilməsi ilə bağlı rəhbərliyə Bakı şəhəri Təcili və X2 X7 xx.xx.2020-ci il tarixində rəsmi ərizə ilə müraciət etmişdir, lakin müraciəti baxılmamış saxlanılmışdır.Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İş üzrə cavabdeh Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi “Bakı şəhər Təcili və X2 Stansiyası” Publik Hüquqi şəxsinin nümayəndəsi X5 əvvəlki məhkəmə iclasında iddia tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı Bakı şəhər Təcili və X3 Stansiyasına xx.xx.1990-cu il tarixdə həkim vəzifəsinə qəbul edilmişdir və hal-hazırda həmin vəzifədə işləyir. Azərbaycan Respublikasının Prezidnetinin xx xxxxxx 2007-ci il tarixli “Təcili və X2 xidməti işçilərinin əməkhaqlarının artırılması barədə” sərəncamı ilə Bakı şəhərində və ölkə regionlarında əhaliyə göstərilən təcili və təxirəsalınmaz tibb xidmətlərinin səviyyəsinin yaxşılaşdırlması və bu sahədə çalışan işçilərin maddi təminatının yaxşılaşdırılması məqsədilə tarif (vəzifə) maaşlarına 2.0 dəfə artım əmsalı tətbiq edilmişdir. Bundan əlavə 1994-cü ildən bu günədək mütəmadi olaraq tibb işçilərinin tarif (vəzifə) maaşlarına edilən artımlar nəzərə alınmışdır. Bakı şəhəri Təcili və X2 Stansiyasında işçilərlə bağlanmış fərdi əmək müqaviləsində, eləcə də Həmkarlar İttifaqı Komitəsi ilə bağlanmış fərdi əmək müqaviləsində, eləcə də Həmkarlar İttifaqı Komitəsi ilə bağlanmış kolletiv əmək müqaviləsində əlillərin əmək haqqına 25% əlavə nəzərdə tutulmamışdır. Şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir rəsmi məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia rədd edilməlidir. İş materisalarına əlavə edilmiş sənədlər: ASAN 3 tərəfindən xx.xx.2016-ci il tarixdə verilmiş AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, 1966-cı il təvəllüdlüdür, ünvan 1 ünvanında qeydiyyatdadır. DSMF Yasamal Şöbəsinin 027779 nömrəli vəsiqəsindən görünür ki, İddiaçı xx xxxxx 2019-cu ildən xx xxxxx 2024-cü ilədək İİ qrup əlilliyinə görə xx xxx 2019-cu il tarixdə vəsiqə verilmişdir. İddianın mümkünlüyü: Baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. İddiaçı ilə cavabdeh arasında yaranmış münasibətlər publik hüquqi xarakter daşıyır. Publik hüquq – ümumdövlət və ya ictimai maraqların təmin edilməsi ilə bağlı olan münasibətləri tənzimləyən hüquq normalarının məcmusudur.Cavabdeh Publik hüquqi şəxsdir. Publik hüquqi şəxs-dövlət və bələdiyyə adından və ya publik hüquqi şəxs tərəfindən yaradılan, ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan, dövlət və ya bələdiyyə orqanı olmayan təşkilatdır. Beləliklə, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İPM-nin 8.1.4-cü maddəsinə əsasən, digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. İddianın mahiyyəti: İddia mümkün iddia olsa da, mahiyyət baxımından əsassızdır. Belə ki, bazar iqtisadiyyatına keçid dövründə respublikanın sosial-iqtisadi həyatında baş verən dəyişikliklər şəraitində əhalinin daha həssas təbəqəsi olan əlillərə qayğının artırılmasını və onların sosial-iqtisadi mənafelərinin müdafiəsini gücləndirmək məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 10 may tarixli 185 nömrəli qərarı ilə Azərbaycan Respublikasında əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların problemləri üzrə kompleks Proqram təsdiq edilmişdir. Həmin Proqramda qeyd edilir ki, Əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi sisteminin məqsəd və vəzifələri.........Respublika səviyyəsində dövlət orqanları tərəfindən əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiə sisteminin formalaşmasının ümumi prinsipləri müəyyənləşdirilməli, respublika üzrə hesablanmış yaşayış minimumu" əsasında sosial təminatların: əmək haqqının, pensiyaların, müavinətlərin, təqaüdlərin minimumu təyin olunmalıdır. Bu təminatlar respublikanın bütün ərazisində məcburi həyata keçirilməli, yerli hakimiyyət orqanları, müəssisə və təşkilatların əmək kollektivləri yerli şəraitləri və xüsusiyyətləri nəzərə almaqla əlillərin yaşayış səviyyəsini yüksəltmək üçün əlavə sosial yardım fondları yaratmaq istiqamətində məqsədyönlü iş aparmalıdırlar. Əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsinə yönəldilmiş tədbirlər sırasında 1994-cü ildən başlayaraq müəssisə və təşkilatlarda əmək kollektivlərinin razılığı ilə kollektivdə işləyən İİİ qrup əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların əmək haqqının (tarif dərəcəsinin) digər işçilərə nisbətən 10-15 faiz, İ və İİ qrup əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların əmək haqqının isə 20-25 faiz artırılmasının təmin edilməsi qeyd edilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 10 may tarixli 185 nömrəli Qərarı Proqram çərçivəsində bazar iqtisadiyyatına keçid dövründə əhalinin həssas olan təbəqələrinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə qəbul edilmişdir. İddiaçı da məhz qeyd edilənlərə əsaslanaraq İİ qrup əlil olduğundan əmək haqqının 25% artırılmasını tələb edir. İşin araşdırılmış hallarından müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2007-ci il tarixli Sərəncamı ilə Bakı şəhərində və ölkə regionlarında əhaliyə göstərilən təcili və təxirəsalınmaz tibb xidmətlərinin səviyyəsinin yaxşılaşdırılması və bu sahədə çalışan işçilərin maddi təminatının yaxşılaşdırılması məqsədi ilə Təcili və X2 stansiyalarının (bölmələrinin) rəhbərlərinin, həkimlərinin, dispetçerlərinin, orta və kiçik tibb heyəti işçilərinin və sürücülərinin X9 ilə müəyyən olunmuş tarif (vəzifə) maaşlarında 2 dəfə artım əmsalının tətbiq edilməsi qərara alınmışdır. Həmçinin, məhkəmə sorğusuna əsasən cavabdehin təqdim etdiyi cavab məktubundan da qeyd edilmişdir ki, 1994-cü ildən bu günədək mütəmadi olaraq tibib işçilərinin tarif (vəzifə) maaşlarına edilən artımlar nəzərə alınmış, iddiaçının da tarif (vəzifə) maaşına 2.0 dəfə artım əmsalı tətbiq edilmişdir. Bakı şəhəri Təcili və X2 Stansiyasında işçilərlə bağlanmış fərdi əmək müqaviləsində, eləcə də Həmkarlar İttifaqı Komitəsi ilə bağlanmış fərdi əmək müqaviləsində, eləcə də Həmkarlar İttifaqı Komitəsi ilə bağlanmış kolletiv əmək müqaviləsində əlillərin əmək haqqına 25% əlavə nəzərdə tutulmamışdır. Yuxarıda qeyd edilənlərə əsasən Məhkəmə hesab edir ki, iddiaçının əsaslandığı Proqramla məhz bazar iqtisadiyyatına keçid dövründə əhalinin daha həssas təbəqəsi olan əlillərə qayğının artırılmasını və onların sosial-iqtisadi mənafelərinin müdafiəsini gücləndirmək məqsədilə müəssisə və təşkilatlarda əmək kollektivlərinin razılığı ilə kollektivdə işləyən İİ qrup əlillərin əmək haqqının 20-25 faiz artırılmasının təmin edilməsi tədbirləri nəzərdə tutulmuşdur. Göründüyü kimi, 20-25 faiz artım əmək haqqına əlavə kimi deyil artırma kimi nəzərdə tutulmuşdur. İşin araşdırılması zamanı da müəyyən olunduğu kimi, iddiaçının vəzifə maaşı 2.0 dəfə artırılmışdır.Bundan əlavə sözügedən proqramda qeyd edildiyi kimi nə iddiaçı ilə bağlanmış fərdi əmək müqaviləsində, nə də Həmkarlar ittifaqı Komitəsi ilə bağlanmış kollektiv əmək müqavilələri ilə kollektivdə işləyən əlillərin əmək haqqının əlavə 20-25 faiz artırılması nəzərdə tutulmamışdır. Odur ki, iddiaçının hüquqları pozulmadığından,cavabdehin imtinası qanuna zidd olmadığından, iddiaçının iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən, Məhkəmə iş üzrə sübutlara məcmu qaydada qiymət verərək, qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, İddiaçı cаvаbdеh Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi “Bakı şəhər Təcili və X2 Stansiyası” X4rşı “Əmək haqqının 25% artırılması” tələbinə dair iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 34-cü, 52-ci, 68-ci, 69-cu, 85-ci və 110-cu maddələrini rəhbər tutaraq, Məhkəmə qərаrа аldı: İddiaçı cаvаbdеh Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi “Bakı şəhər Təcili və X2 Stansiyası” X4rşı “Əmək haqqının 25% artırılması ” barədə iddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar