Məhkəmə qərarları › İş №2-1(112)-5921/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5921/2025

20.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5921/2025 20.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının yenidən hesablanması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialın adından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının yenidən hesablanması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Xüsusi Şərtlərlə Təyinat Mərkəzi Filialının hərəkətlərinin qanunsuz sayılması və ona güzəştli şərtlərlə əmək stajına görə əmək pensiyasının düzgün hesablanaraq, verilməsi öhdəliyinin cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1965-ci ildə Xankəndi şəhərində doğulmuşdur. Əmək fəaliyyətinə 1984-cü ildə başlamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində təqvimi və güzəştli xidmət illəri ilə birlikdə 34 il 2 ay 16 gün xidmət etmişdir. Hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə ona əmək pensiyası təyin edilərək xidmət illərinə görə təminat xərcliyinin 807,30 manatın 97 %-i, yəni 783,08 manat məbləğində əmək pensiyası ödənilmişdir. Lakin, xx.xx.2017-ci il tarixədək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması qaydasına əsasən xx.xx.2018-ci il tarixdən etibarən xidmət illərinə görə təminat xərcliyi 97% deyil, 83,34 % hesablanaraq ona ödənilməli olan əmək pensiyasının məbləği azadılmışdır. O, güzəştli şərtlərlə əmək stajına görə əmək pensiyasının düzgün hesablanıb verilməsi üçün müvafiq sənədlərlə birlikdə ərizə ilə İdarəyə müraciət etsə də, sonuncunun məktubuna əsasən güzəştli şərtlərlə əmək stajına görə əmək pensiyası düzgün hesablanıb verilməsindən imtina edilmişdir. İmtina məktubunda qanunsuz və əsassız səbəblər göstərilmişdir. Bunun nəticəsində isə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2025-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. xx.xx.2025-ci il tarixdə “Elektron məhkəmə” sistemi vasitə ilə cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın adından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının xx.xx.2025-ci il tarixli, № 3-17-1/2-26937/2025 saylı iddia tələbinə dair yazılı mülahizəsi (etirazı) məhkəməyə təqdim edilmişdir. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı mülahizələri (etirazları): Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2024-cü il tarixdə ona əmək pensiyasının yenidən hesablanması üçün Mərkəzi Filiala müraciət etmişdir. İddiaçı müraciəti üzrə araşdırma aparılmış, inzibati icraatın nəticəsi olaraq ona pensiyanın yenidən hesablanması haqqında xx.xx.2024-cü il tarixli 3-17-1/2-S-115222/2024 nömrəli məktub ünvanlamışdır. Sözügedən məktubda iddiaçının əmək pensiyasının müəyyən edilməsi üçün təminat xərcliyinin artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsinin 83,34 faiz təşkil etdiyi. 01 03.2018-ci il tarixədək olan təminat xərcliyi (807,30 manat) ilə xx.xx.2019-cu il tarixdən sonrakı təminat xərcliyi (1042,25 manat) arasındakı fərq məbləğinin (234,95 manat) 83,34 faizi- 195,81 manatın xx.xx.2018-ci il tarixədək olan əmək pensiyasının (783,08 manat) üzərinə əlavə olunmaqla 978,89 manat məbləğində əmək pensiyasının müəyyən edilərək iddiaçıya ödənildiyi bildirilmişdir. Bundan narazı qalan iddiaçı əmək pensiyasının düzgün hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması üçün məhkəməyə müraciət etmişdir. Qeyd olunanlara əsasən hesab edirik ki, cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir: Bildiririk ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən təqdim olunmuş məlumat vərəqinə uyğun olaraq Mərkəzi Filial tərəfindən İddiaçı xx.xx.2015-ci il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 20.14.1-ci mədəsinin 1 yanvar 2024-cü il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən, 34 il 2 ay 16 gün (təqvimi xidmət illəri: 26 il 9 ay 22 gün, güzəştli xidmət illəri 7 il 4 ay 24 gün) xidmət müddətinə görə hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Qanunun 20.14.1-ci maddəsinin xx.xx.2024-cü il tarixədək olan qüvvədə olan redaksiyasına əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin 50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə 55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin 2 faizi (Müdafiə Nazirliyi sistemində xidmət edən şəxslər üzrə isə 3 faizi) miqdarında əmək pensiyası müəyyən edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun müvafiq tapşırığına uyğun olaraq, 2017-ci ilin 1 iyul tarixədək 20 təqvim ili və daha çox hərbi xidmətdə olmuş şəxslər xidmətdən tərxis olunduqdan sonra onların əmək pensiyasının aşağıdakı qaydada müəyyən edilməklə hesablanması nəzərdə tutulur: 1 iyul 2017-ci il tarixədək 20 təqvim ilindən çox xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin 50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə 55 faizi, 20 ildən yuxarı hərbi xidmətin hər ili üçün müvafiq təminat xərcliyinin 3 faizi məbləğində; 1 iyul 2017-ci il tarixdən sonrakı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün isə müvafiq təminat xərcliyinin 2 faizi məbləğində. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi QaydasFnın 5.10-cu bəndinə əsasən, “Əmək pensiyaları haqqında" Qanunun 9.5-ci maddəsində nəzərdə tutulmuş şəxslərə 2017-ci il iyulun 1-dən sonrakı dövrdə əmək pensiyasının təyinatı zamanı Qanunun 20.14.1-ci maddəsində nəzərdə tutulmuş qaydada əlavələr müəyyən edilərkən 20 ildən və 20.14.4-cü maddəsində nəzərdə tutulmuş qaydada əlavələr müəyyən edilərkən 15 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) 2017- ci il iyulun 1-dək olan dövrünün hər ili üçün müvafiq təminat xərcliyinin 3 faizi miqdarında, həmin tarixdən sonrakı dövrünün isə hər ili üçün (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) 2 faizi (Azərbaycan Respublikasının Müdafiə Nazirliyi sistemində xidmət edən şəxslər istisna olmaqla) miqdarında hesablanır. İddiaçı xidmət etdiyi orqandan xx.xx.2015-ci il tarixdə tərxis olunmağı ilə əlaqədar Mərkəzi Filiala təqdim olunmuş iddiaçıya dair məlumat vərəqində onun cəmi xidmət müddəti 34 il 2 ay 16 gün (təqvimi xidmət illəri: 26 il 9 ay 22 gün, güzəştli xidmət illəri 7 il 4 ay 24 gün) göstərilmişdir. Bu halda iddiaçının əmək pensiyası xx.xx.2017-ci il tarixədək olan xidmət dövrünə münasibətdə 20 il üçün - təminat xərcliyinin 55 faizi, 14 il üçün (aylar nəzərə alınmadan (belə ki, xx.xx.2017-ci il tarixədək təminat xərcliyinin faiz dərəcəsinin müəyyənləşdirilməsi zamanı ayların hesablanması qanunvericilikdə nəzərdə tutulmayıb)) hər ilə görə 3 faizi miqdarında olmaqla (14x3) təminat xərcliyinin 42 faizi olmaqla ümumilikdə təminat xərcliyinin 97 faizi olmaqla hesablanmışdır. xx.xx.2023-cü il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin 2018- ci il 25 iyul tarixli 142 nömrəli Fərmanın 2.5-ci bəndinə və “Qanunun 20.14.1-ci maddəsinə əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin 50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə 55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin 2 faizi (Müdafiə Nazirliyi sistemində xidmət edən şəxslər üzrə isə 3 faizi) miqdarında əmək pensiyası müəyyən edilir. Bununla əlaqədar İddiaçı əmək pensiyanısının təminat xərcliyindəki sonrakı artımlar aşağıdakı kimi hesablanır: -20 il xidmət müddətinə görə təminat xərcliyinin 55 faizi; -20 ildən artıq xidmət müddətinin (14) hər ili üçün 2 faiz tətbiq edilməklə (14x2) təminat xərcliyinin 28 faizi; natamam ildəki iş stajı aylarının sayına (2 ay) mütənasib olaraq təminat xərcliyinin 0,34 faizi. Göründüyü kimi, İddiaçı əmək pensiyasının müəyyən edilməsi üçün təminat xərcliyinin artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 83,34 faiz təşkil edir. Qeyd olunanlara əsasən, iddiaçının xx.xx.2018-ci il tarixədək olan təminat xərcliyi (807,30 manat) ilə xx.xx.2019-cu il tarixdən sonrakı təminat xərcliyi (1042,25 manat) arasındakı fərq məbləğinin (234,95 manat) 83,34 faizi-195,81 manat xx.xx.2018-ci il tarixədək olan əmək pensiyasının (783,08 manat) üzərinə əlavə olunmaqla 978,89 manat məbləğində əmək pensiyası müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(102)- 316/2023 nömrəli qərarının 37-ci bəndinə əsasən kassasiya şikayətinin hər il üçün təminat xərcliyinin ayrı-ayrı vaxtlarda müxtəlif (2 faiz və 3 faiz) faizlərlə iki halda fərqli hesablanmasının qanunvericiliyin tələblərinə zidd olması barədə dəlili əsassızdır. Belə ki, cavabdeh inzibati orqan tərəfindən "Əmək pensiyası haqqında” Qanunun xx.xx.2017- ci il tarixli redaksiyasına əsasən növbəti illərin 3 faizdən, həmin tarixdən sonrakı redaksiyasına əsasən isə 2 faizdən, habelə təminat xərcliyindəki sonrakı artımların da Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli 142 nömrəli Fərmanına əsasən 2 faizdən hesablanması qanunvericiliyin tələblərinə zidd olmamışdır. Bununla bağlı, apellyasiya instansiyası məhkəməsi yuxarıda göstərilən maddi və prosessual hüquq normalarına istinad etməklə düzgün nəticəyə gəlmişdir. Əlavə olaraq bildiririk ki, Qanunun xx.xx.2023-cü il tarixdən qüvvədə olan 26.4-cü maddəsinə əsasən maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi, ümumi pensiya məbləğinin həmin tarixdən və növbəti dəfə cari ilin 01 yanvar tarixdən də indeksləşdirilməsi nəticəsində iddiaçının əmək pensiyası 1373,40 manat məbləğində hesablanmaqla müvafiq kart hesabına köçürülür. Yuxarıda istinad olunmuş ganunvericilik normalarının, işin hallarının və hügugi mövqelərin qarşılıqlı təhlilindən bir daha aydın olur ki, iddiaçının əmək pensiyası qanunvericiliyin tələblərinə uyğun qaydada yenidən hesablanmışdır, İddiaçı iddia tələbi təmin edilməməlidir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddianı qəbul etməyərək və yazılı etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş edi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. xx.xx.1965-ci il təvəllüdlü İddiaçı konstitusion hüquqlarından istifadə edərək hazırki tələb üzrə məhkəmədə iddia qaldırmaq üçün mülki hüquq normalarına uyğun olaraq tam fəaliyyət qabiliyyətlidir. Məhkəmə hesab edir ki, onun hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddia mümkündür. FAKTİKİ HALLAR VƏ SÜBUTLAR Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna təqdim edilmiş “Məlumat vərəqi”ndə göstərilmişdir ki, xx.xx.1965-ci il təvəllüdlü İddiaçı xx.xx.2015-ci il tarixdə ehtiyata buraxılmışdır. Onun təqvim illəri 26 il, 09 ay, 22 gün və güzəştli xidmət illəri 07 il, 04 ay, 24 gün təşkil etməklə ümumi təqvim xidmət illəri 34 il 02 ay, 16 gün təşkil edir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və xüsusi rütbəli şəxslərlə iş departametinin rayon (şəhər) şöbəsinin əmək pensiyası təyin edən komissiyasının xx.xx.2015-ci il tarixli, 15/4577 saylı Qərarının surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.2015-ci il tarixdə yaşa görə ömürlük əmək pensiyası təyin edilmişdir. Xüsusi Şərtlərlə Təyinatı İdarəsinin “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2019-cu il tarixli qərarından müəyyən olunur ki, xx.xx.2015-ci il tarixdə İddiaçı təyin olunmuş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası “stajın 1 ay az hesablanması” əsası ilə yenidən hesablanmışdır. Hazırki pensiya məbləği: 833 manat, 35 qəpik; Yenidən hesablanmış pensiya məbləği: 833 manat, 46 qəpik. İddiaçının hazırkı tələblə bağlı cavabdeh orqana etdiyi müraciətə cavab olaraq Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş: xx.xx.2019-cu il tarixli, **********8 saylı imtina məktubunda qeyd olunmuşdur ki, “... 18 dekabr 2015-ci il tarixində İdarə tərəfindən yaşa görə əmək pensiyası təyin edilmişdir. 1 mart 2018-ci il tarixinədək sonuncu vəzifənizə uyğun olaraq təminat xərcliyinizin (807,30 manat) 34 il 02 ay 16 gün xidmət müddətinə görə 97 faizi-783,08 manat məbləğində pensiya qanunvericiliyə uyğun olaraq hesablanaraq ödənilmişdir. 1 mart 2018-ci il tarixindən Azərbaycan Respublikası Prezidentinin 6 mart 2018-ci il tarixli 3761 nömrəli Sərəncamına əsasən sonuncu vəzifənizə uyğun olaraq vəzifə maaşınız 433,00 manata artırılması ilə əlaqədar - rütbə maaşınız 102,00 manat; -xidmət illərinə görə vəzifə və rütbə maaşının 30 faizi miqdarında əlavəniz-160,50 manat; -məharət dərəcəsinə görə vəzifə maaşının 25 faizi miqdarında əlavəniz-108,25 manat; - ərzaq payı əvəzinə kompensasiya 64,00 manat olmaqla cəmi təminat xərcliyiniz 867,75 manat təşkil etmişdir. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə əsasən həmin Qanunun 9.5-ci maddəsinə uyğun olaraq hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ olan hərbi qulluqçuların əmək pensiyasına əlavələr təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinın 50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə 55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin 2 faizi (Müdafiə Nazirliyində xidmət edən şəxslər üzrə isə 3 faizi) miqdarında əlavə olunmaqla hesablanır. Həmin maddəyə uyğun olaraq, pensiyanız aşağıdakı kimi hesablanaraq ödənilir: -20 il xidmət müddətinə görə təminat xərcliyinin 55 faizi; -20 ildən artıq xidmət müddətinin (14 il) hər ili üçün 2 faiz tətbiq edilməklə (14x2) təminat xərcliyinin 28 faizi; -natamam ildəki iş stajı aylarının sayına (2 ay) mütənasib olaraq təminat xərcliyinin 0,34 faizi; -əmək pensiyasının müəyyən edilməsi üçün təminat xərcliyinə tətbiq olunan cəmi faiz dərəcəsi 83,34 faiz. Qeyd olunanları nəzərə alaraq, 1 mart 2018-ci il tarixinədək olan təminat xərcliyi (807,30 manat) ilə artımdan sonrakı təminat xərcliyinin (867,75 manat) arasındakı fərq məbləğinin (60,45 manat) 83,34 faizi-50,38 manat pensiyanızın (783,08 manat) üzərinə əlavə olunmaqla 833,46 manat məbləğində əmək pensiyası müəyyən edilməklə müvafiq kart hesabınıza köçürülür”. xx.xx.2024-cü il tarixli 3-17-1/2-S-115222/2024 №li imtina məktubunda qeyd olunmuşdur ki, “... Azərbaycan Respublikasının Daxili İşlər Nazirli tərəfindən təqdim olunmuş məlumat vərəqində qeyd olunan 34 il 2 ay 16 gün (təqvimi xidmət illəri: 26 il 9 ay 22 gün, güzəştli xidmət illəri 7 il 4 ay 24 gün) xidmət müddəti üçün sizə 18 dekabr 2015-ci il tarixində “Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 20.14.1-ci maddəsinin 1 yanvar 2024-cü il tarixinədək qüvvədə olmuş redaksiyasına uyğun olaraq hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib. Əmək pensiyanızdakı sonrakı artımlar nəzərə alınmaqla 1 mart 2018-ci il tarixinədək Qanunun 20.14.1-ci maddəsinin 1 yanvar 2024-cü il tarixinədək qüvvədə olmuş redaksiyasına uyğun olaraq, 34 il 2 ay 16 gün xidmət müddətinə görə təminat xərcliyinizin (807,30 manat) 97 faizi-783,08 manat məbləğində əmək pensiyası Sizə ödənilib. 1 mart 2018-ci il tarixindən sonuncu xidmət etdiyiniz orqan tərəfindən Mərkəzi Filiala daxil olmuş aylıq vəzifə maaşlarının məbləğinə əsasən əmək pensiyanız 833,46 manat müəyyən edilib. 1 sentyabr 2019-cu il tarixindən sonuncu xidmət etdiyiniz orqan tərəfindən Mərkəzi Filiala daxil olmuş aylıq vəzifə və rütbə maaşlarının məbləğlərinə əsasən sonuncu xidmət keçdiyiniz vəzifənizə uyğun vəzifə maaşınız 533,00 manat, rütbə maaşınız 117,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 30 faizi miqdarında əlavəniz 195,00 manat, məharət dərəcəsinə görə vəzifə maaşının 25 faizi miqdarıında əlavəniz 133,25 manat və ərzaq payı əvəzinə verilən pul kompensasiyası 64,00 manat olmaqla cəmi təminat xərcliyiniz 1042,25 manat təşkil etmişdir. Qanunun 26.3-cü maddəsinin 1 yanvar 2023-cü il tarixinədək qüvvədə olan redaksiyasına əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. 1 yanvar 2023-cü il tarixinədək qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.5-ci bəndinə əsasən əmək pensiyanız təminat xərcliyinin sonrakı artımları zamanı, təminat xərcliyindəki faktiki artımın məbləği Qanunun 20.14.1-ci maddəsində nəzərdə tutulan qaydada 20 ildən yuxarı hərbi xidmətin güzəştli sayılan hissəsi ilə birlikdə hər il (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin artım məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla aşağıdakı kimi hesablanır: -20 il xidmət müddətinə görə təminat xərcliyinin 55 faizi; -20 ildən artıq xidmət müddətinin (14) hər ili üçün 2 faiz tətbiq edilməklə (14x2) təminat xərcliyinin 28 faizi; -natamam ildəki iş stajı aylarının sayına (2 ay) mütənasib olaraq təminat xərcliyinin 0,34 faizi. Əmək pensiyanızın müəyyən edilməsi üçün təminat xərcliyinizin artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 83,34 faiz təşkil edir. Qeyd olunanlara əsasən, 1 mart 2018-ci il tarixinədək olan təminat xərcliyiniz (807,30 manat) ilə 1 sentyabr 2019-cu il tarixindən sonrakı təminat xərcliyiniz (1042,25 manat) arasındakı fərq məbləğinin (234,95 manat) 83,34 faizi-195,81 manat 1 mart 2018-ci il tarixinədək olan pensiyanızın (783,08 manat) üzərinə əlavə olunmaqla 978,89 manat məbləğində əmək pensiyası müəyyən edilməklə sizə ödənilib. Məlumat üçün bildiririk ki, Qanunun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan 26.4-cü maddəsinə əsasən maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi, ümumi pensiya məbləğinin həmin tarixdən və növbəti dəfə cari ilin 1 yanvar tarixindən də indeksləşdirilməsi nəticəsində əmək pensiyanız 1373,40 manat məbləğində hesablanmaqla müvafiq kart hesabınıza köçürülür”. xx.xx.2025-ci il tarixli 3-17-1/2-S-10170/2025 №li imtina məktubunda qeyd olunmuşdur ki, “... Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən təqdim edilmiş sizə dair məlumat vərəqinə əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 20.14.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına uyğun olaraq, sizə Mərkəzi Filial tərəfindən 3 noyabr 2015-ci il tarixindən hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib. Əmək pensiyanızdakı sonrakı artımlar nəzərə alınmaqla 1 mart 2018-ci il tarixinədək Qanunun 20.14.1-ci maddəsinin 1 yanvar 2024-cü il tarixinədək qüvvədə olmuş redaksiyasına uyğun olaraq, sizə 34 il 2 ay 16 gün xidmət müddətinə görə təminat xərcliyinizin (807.30 manat) 97 faizi-783.08 manat məbləğində əmək pensiyası müəyyən edilməklə ödənilib. 1 mart 2018-ci il tarixindən sonuncu xidmət etdiyiniz orqan tərəfindən Mərkəzi Filiala daxil olmuş aylıq vəzifə maaşlarının məbləğinə əsasən əmək pensiyanız 833,46 manat təşkil edib. 1 sentyabr 2019-cu il tarixindən sonuncu xidmət etdiyiniz orqan tərəfindən Mərkəzi Filiala daxil olmuş aylıq vəzifə və rütbə maaşlarının məbləğlərinə əsasən sonuncu xidmət keçdiyiniz vəzifənizə uyğun vəzifə maaşınız 533,00 manat, rütbə maaşınız 117,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşınızın 30 faizi miqdarında əlavəniz 195,00 manat, məharət dərəcəsinə görə vəzifə maaşınızın 25 faizi miqdarında əlavəniz 133,25 manat və ərzaq payı əvəzinə verilən pul kompensasiyası 64,00 manat olmaqla cəmi təminat xərcliyiniz 1042,25 manat təşkil edir. Qanunun 26.3-cü maddəsinin 1 yanvar 2023-cü il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən, 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş 1 yanvar 2023-cü il tarixinədək qüvvədə olmuş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.5-ci bəndinə əsasən əmək pensiyanız təminat xərcliyinin sonrakı artımları zamanı, təminat xərcliyindəki faktiki artımın məbləği Qanunun 20.14.1-ci maddəsində nəzərdə tutulan qaydada 20 ildən yuxarı hərbi xidmətin güzəştli sayılan hissəsi ilə birlikdə hər il (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin artım məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla aşağıdakı kimi hesablanır: -20 il xidmət müddətinə görə təminat xərcliyinizin 55 faizi; -20 ildən artıq xidmət müddətinizin (14 il) hər ili üçün 2 faiz tətbiq edilməklə (14x2) təminat xərcliyinizin 28 faizi; -natamam ildəki iş stajı aylarınızın sayına (2 ay) mütənasib olaraq təminat xərcliyinizin 0,34 faizi. Əmək pensiyanızın müəyyən edilməsi üçün təminat xərcliyinizin artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 83,34 faiz təşkil edir. Qeyd olunanlara əsasən, 1 mart 2018-ci il tarixinədək olan təminat xərcliyiniz (807,30 manat) ilə 1 sentyabr 2019-cu il tarixindən sonrakı təminat xərcliyiniz (1042,25 manat) arasındakı fərq məbləğinin (234,95 manat) 83,34 faizi- 195,81 manat 1 mart 2018-ci il tarixinədək olan pensiyanızın (783,08 manat) üzərinə əlavə olunmaqla 978,89 manat məbləğində əmək pensiyası müəyyən edilərək sizə ödənilib. Qanunun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan 26.4-cü maddəsinə əsasən maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi, ümumi pensiya məbləğinin həmin tarixdən və növbəti dəfə 2024-cü ilin 1 yanvar tarixindən də indeksiəşdirilməsi nəticəsində əmək pensiyanız 1373,40 manat məbləğində müəyyən edilərək sizə ödənilir. Eyni zamanda bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2007- ci il tarixli 135 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 3-cü hissəsinə əsasən, hərbi və ya xüsusi rütbəli şəxsin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumat vərəqi əmək pensiyası hüququnun yarandığı tarixdən onun müraciəti əsasında xidmət keçdiyi orqan tərəfindən elektron qaydada müvafiq elektron informasiya sisteminə daxil edilməklə Dövlət Sosial Müdafiə Fonduna ötürülür. Sözügedən Qaydaların 4-cü hissəsinə görə şəxsin əmək pensiyasının yenidən hesablanmasına əsas verən, onun xidmət illərinin müddətindəki, təminat xərcliyinin tərkibindəki və vəzifə uyğunlaşdırılması ilə bağlı dəyişikliklər barədə əsaslandırılmış məlumatlar Qaydaların 1-ci hissəsində göstərilən orqanlar tərəfindən müvafiq elektron informasiya sisteminə daxil edilməklə Fonda ötürülür. Qeyd olunanlara əsasən, əmək pensiyanızın məbləğinə təsir göstərən hər hansı yenidən hesablanmanın aparılması məsələsinə xidmət illərinin müddətindəki, təminat xərcliyininin tərkibindəki və vəzifə uyğunlaşdırılması ilə bağlı dəyişikliklər barədə müvafiq məlumat sonuncu xidmət keçdiyiniz orqan tərəfindən müvafiq elektron informasiya sisteminə daxil edilməklə Mərkəzi Filiala təqdim edildikdən sonra baxıla bilər.” TƏTBİQ EDİLƏN HÜQUQ. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 1.0.1. əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; ... Maddə 1.0.3. hərbi qulluqçular — Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir; Maddə 1.0.4. xüsusi rütbəli şəxslər — Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərdir; 1.0.5. təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir; ... Maddə 1.0.15. əmək pensiyasının müəyyən edilməsi - əmək pensiyasının təyin edilməsi, onun məbləğinin yenidən hesablanması və əmək pensiyasının bir növündən digərinə keçiddir; ... Maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Maddə 3.3. Bu qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulan şəxslərin pensiya təminatı ilə bağlı müddəalar bu qanunun 1.0.4-cü maddəsində nəzərdə tutulan şəxslərə də şamil edilir. ... Maddə 9.5 (xx.xx.2024-cü il tarixədək qüvvədə olan redaksiyada). Aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır: Maddə 9.5.1 (xx.xx.2024-cü il tarixədək qüvvədə olan redaksiyada). hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular; ... Maddə 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.11. bu qanunun 9.5-ci maddəsində göstərilən hərbi qulluqçular; Maddə 20.14 (xx.xx.2023-cü il tarixədək qüvvədə olan redaksiyada). Bu Qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.14.1 (xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyada). hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin – 50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə – 55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili üçün müvafiq təminat xərcliyinin – 3 faizi miqdarında əlavə olunmaqla; 20.14.1 (xx.xx.2024-cü il tarixədək qüvvədə olan redaksiyada). hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin – 50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə – 55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin – 2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi) miqdarında əlavə olunmaqla; Maddə 22. Sığorta stajının hesablanması qaydası ... 22.4. Hərbi xidmət müddətinin və təminat xərcliyinin hesablanması və bu barədə məlumatların təqdim olunması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 26. Əmək pensiyasının yenidən hesablanması ... 26.3. 2017-ci il iyulun 1-dək bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. ... Maddə 31. Əmək pensiyasının təyin olunması üçün müraciət və əmək pensiyası təyinatı üçün sənədlərə baxılması müddətləri ... 31.2. Əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və bu Qanunun 5.3-cü maddəsində nəzərdə tutulan qayda ilə müəyyən edilmiş sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gündən ən geci 10 gün müddətində baxılmaqla təyinat aparılır. Xaricdə daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının ərizələri və bu Qanunun 5.3-cü maddəsində nəzərdə tutulan qayda ilə müəyyən edilmiş sənədləri onların konsulluq uçotunda olduqları Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və ya konsulluqları vasitəsi ilə müvafiq icra hakimiyyəti orqanına təqdim edilir. Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”: 1.1. Bu Qayda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 26.3-cü maddəsinə əsasən hazırlanmışdır və 2017-ci il iyulun 1dək “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə uyğun olaraq təyin edilmiş və ödənilməsi davam edən əmək pensiyalarına qulluq stajına görə əlavələrin Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydasını müəyyən edir. 1.2. Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin qulluq stajına görə əmək pensiyasına əlavənin məbləği əmək pensiyalarının sığorta hissəsi indeksləşdirildikdə və ya həmin şəxslərin işləmiş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı (vəzifə maaşı, dövlət məvacibi, təminat xərcliyi – bundan sonra əməkhaqqı) artırıldıqda yenidən hesablanır. ... 2.2. Qanunun 20-ci maddəsində göstərilən şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır. ... 2.5. Qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslər üzrə (Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Aparatında, onun strukturuna daxil olan qurumlarda və strukturuna daxil olmayan qurumlarda, həmçinin tabeliyində olan qurumlarda xidmət edən şəxslər istisna olmaqla) həmin Qanunun 20.14.1-ci və 20.14.4-cü maddələrinə əsasən hesablanmış (1 iyul 2017-ci il tarixinədək Qanunun qüvvədə olmuş normaları üzrə) əmək pensiyaları təminat xərcliyinin sonrakı artımları zamanı, təminat xərcliyindəki faktiki artımın məbləği Qanunun müvafiq maddələrində nəzərdə tutulan qaydada 20 ildən yuxarı hərbi xidmətin güzəştli sayılan hissəsi ilə birlikdə hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin artım məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla hesablanır. Bu məbləğ təminat xərcliyindəki artımadək hesablanmış pensiyanın üzərinə əlavə olunaraq əmək pensiyasının yeni məbləği müəyyənləşdirilir. 2.6. Qanunun 20.1.11-ci, 20.1.12-ci və 20.1.13-cü maddələrində nəzərdə tutulmuş şəxslər üzrə (bu Qaydanın 2.5-ci bəndində göstərilən - Azərbaycan Respublikasının Müdafiə Nazirliyi sistemində xidmət etməyən şəxslər istisna olmaqla) qulluq stajına görə əlavələrin məbləği Qanunun 29.2-ci maddəsində nəzərdə tutulan qaydada yenidən hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydaları: 5.10. Qanunun 9.5-ci maddəsində nəzərdə tutulmuş şəxslərə 2017-ci il iyulun 1-dən sonrakı dövrdə əmək pensiyasının təyinatı zamanı Qanunun 20.14.1-ci maddəsində nəzərdə tutulmuş qaydada əlavələr müəyyən edilərkən 25 ildən (Qanunun 2024-cü il yanvarın 1-dək qüvvədə olan normaları əsasında əmək pensiyası təyin edilənlərə münasibətdə 20 ildən) və 20.14.4-cü maddəsində nəzərdə tutulmuş qaydada əlavələr müəyyən edilərkən 15 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) 2017-ci il iyulun 1-dək olan dövrünün hər ili üçün müvafiq təminat xərcliyinin 3 faizi miqdarında, həmin tarixdən sonrakı dövrünün isə hər ili üçün (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) 2 faizi (Azərbaycan Respublikasının Müdafiə Nazirliyi sistemində xidmət edən şəxslər istisna olmaqla) miqdarında hesablanır. 5.11. Hərbi xidmətdən buraxılarkən 25 təqvim ili hərbi xidmət müddətini tamamlamamış aşağıdakı hərbi qulluqçulara güzəştli şərtlərlə yaşa görə əmək pensiyası Qanunun 2024-cü il yanvarın 1-dək qüvvədə olan normaları əsasında hərbi xidmətdən buraxıldığı gündən təyin edilir: 5.11.1. 2024-cü il yanvarın 1-dək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş; 5.11.2. 2024-cü il yanvarın 1-dək azı 17 təqvim ili hərbi xidmət etmiş və hərbi xidmətdən buraxılanadək 20 təqvim ili hərbi xidmət müddətini tamamlamış. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”:

1. Bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçular - Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibinin xidmətində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidmətində, Azərbaycan Respublikasının Strateji X2 Agentliyində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət etmiş hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslər - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində xidmət etmiş xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindənAzərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra – Fond) təqdim olunması qaydalarını müəyyən edir.

2. Bu Qaydaların 1-ci hissəsində nəzərdə tutulmuş hərbi və xüsusi rütbəli şəxslərin (bundan sonra – hərbi və xüsusi rütbəli şəxslər) təminat xərcliyi (pul təminatı) həmin şəxslərin sonuncu xidmət keçdiyi orqan tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 1.0.5-ci maddəsinə uyğun olaraq hesablanır.

3. Bu Qaydaların 7-ci hissəsi nəzərə alınmaqla, hərbi və ya xüsusi rütbəli şəxsin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumat vərəqi (1 nömrəli əlavə) əmək pensiyası hüququnun yarandığı tarixdən onun, həmin şəxs vəfat etdikdə isə ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvünün müraciəti əsasında xidmət keçdiyi orqan tərəfindən elektron qaydada qeydiyyata alınması məqsədilə 15 iş günü müddətində müvafiq elektron informasiya sisteminə səlahiyyətli şəxsin gücləndirilmiş elektron imzası vasitəsilə daxil edilməklə Fonda ötürülür. Pensiya alan hərbi və ya xüsusi rütbəli şəxs öldükdə, ona vaxtilə pensiya təyin edilməsi üçün xidmət illəri və təminat xərcliyinə dair sənədlərdəki məlumatlarda dəyişikliklər baş vermişdirsə, ailə başçısını itirməyə görə pensiya hüququ yaranan ailə üzvünün Fonda müraciətindən 10 iş günü müddətində göndərilən Fondun sorğusu əsasında məlumat vərəqi bu hissədə nəzərdə tutulan müddətdə və qaydada təqdim edilir.

4. Bu Qaydaların 7-ci hissəsi nəzərə alınmaqla, şəxsin əmək pensiyasının yenidən hesablanmasına əsas verən, onun xidmət illərinin müddətindəki, təminat xərcliyinin tərkibindəki və vəzifə uyğunlaşdırılması ilə bağlı dəyişikliklər barədə əsaslandırılmış məlumatlar müəyyən edildiyi tarixdən 7 iş günü müddətində Qaydaların 1-ci hissəsində göstərilən orqanlar tərəfindən müvafiq elektron informasiya sisteminə səlahiyyətli şəxsin gücləndirilmiş elektron imzası vasitəsilə daxil edilməklə Fonda ötürülür.

5. Məlumat vərəqindəki məlumatlar təsdiqləndiyi tarixdən 5 iş günü müddətində Fondun səlahiyyətli vəzifəli şəxsi tərəfindən yoxlanılır, uyğunsuzluqlar aşkar edilmədikdə qəbul olunaraq pensiya təyinatı aparılır, əks təqdirdə səbəbi qeyd olunmaqla qəbulundan imtina edilərək müvafiq informasiya sistemi vasitəsilə aidiyyəti quruma məlumat verilir.

MƏHKƏMƏNİN MÖVQEYİ

İlkin olaraq qeyd edilməlidir ki, təminat xərcliyi (pul təminatı) – hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir. Həmin normalara əsasən hərbi qulluqçular sırasından olan şəxslərə pensiya təyin edilməsi zamanı həm ilkin pensiya təyinatı üçün, həm də təminat xərcliyində baş verən artımlarla bağlı pensiyanın yenidən hesablanması üçün şəxsin xidmət etdiyi orqan tərəfindən məlumat vərəqinin tərtib olunaraq Dövlət Sosial Müdafiə Fonduna göndərilməsi tələb olunur. Şəxsin xidmət etdiyi orqan tərəfindən məlumat vərəqəsində təminat xərcliyi ilə yanaşı şəxsin xidmət etdiyi illər barədə məlumatın dəqiq göstərilməsi mühüm rol oynayır. Belə ki, hərbi qulluqçunun xidmət etdiyi illər əsasında əmək pensiyaçının təminat xərcliyinə tətbiq olunacaq faiz dərəcəsi müəyyən olunur və bu faiz dərəcəsi əsasında pensiya məbləğinin hesablanması aparılır. Qanunvericilikdə təsbit olunmuş bu qaydalar imperativ xarakter daşıyır və cavabdehin həmin qaydalara, o cümlədən məlumat vərəqələrinə bağlı olduğu nəzərə alınmalıdır. Belə ki, yuxarıda istinad olunan normalara görə, təminat xərcliyi (pul təminatı) hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğ kimi təsbit olunmuşdur. Başqa sözlə, pensiyalara olan həmin əlavə müvafiq təminat xərcliyinin artım məbləğinə nisbətdə deyil, bütövlükdə təminat xərcliyinə nisbətdə hesablanmalıdır. Eyni zamanda nəzərə alınmalıdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 20.14-cü maddəsinə görə (1 iyul 2017-ci il tarixdən qüvvəyə minmiş yeni redaksiyada) bu qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr pensiya təyinatı tarixinədək təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla, hərbi xidmətdən buraxılanadək 25 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 25 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin – 65 faizi, 25 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin – 2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi) miqdarında əlavə olunmaqla hesablanması qaydadası təsbit olunmuşdur. Başqa sözlə desək, qanunverici xx.xx.2017-ci il tarixdən hərbi qulluqçuların (xüsusi rütbəli şəxslərin) əmək pensiyasına xidmət illərinə görə əlavə hesablanarkən 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) natamam ildəki iş stajı ayları da daxil olmaqla hər ilinin müvafiq təminat xərcliyinin – 2 faizi (müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Müdafiə Nazirliyi) sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi) miqdarında əlavə olunmaqla nəzərə alındığını müəyyən etmişdir. Həmin Qanunun 26.3-cü maddəsinə əsasən, 2017-ci il iyulun 1-dək bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Bu arada xüsusi olaraq diqqətə alınmalıdır ki, iş materiallarından görünür ki, 18 dekabr 2015-ci il tarixdən Mərkəzi Filial tərəfindən “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsinin tələblərinə uyğun olaraq (təbii ki, həmin maddənin xx.xx.2017-ci il tarixədək olan redaksiyada) iddiaçıya 34 il 02 ay 16 gün xidmət müddətinə görə təminat xərcliyinin 97 faizi (20 ilə görə 55 faiz, 14 ilə görə 42 (14x3) faiz) – 783.08 manat məbləğində hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Beləliklə, iddiaçıya pensiyanın xx.xx.2015-ci il tarixdə təyin edilməsi işin təkzibolunmaz faktıdır və aydındır ki, o zaman “Əmək pensiyaları haqqında” qanunun 20.14.1-ci maddəsinə nə yeni əlavələr edilmiş, nə də ki, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli, 142 nömrəli Fərmanı mövcud olmuşdur. Bu konteksdə iş üzrə xüsusi olaraq Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli, 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması qaydası”na diqqət yetirilməlidir. (həmin Fərman Azərbaycan Respublikası Prezidentinin 1903 nömrəli, xx.xx.2022-ci il tarixli Fərmanı ilə ləğv edilmişdir). Belə ki, Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli, 142 nömrəli Fərmanı ilə “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 1.1-ci bəndinə əsasən Bu Qayda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 26.3-cü maddəsinə əsasən hazırlanmışdır və 2017-ci il iyulun 1- dək “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə uyğun olaraq təyin edilmiş və ödənilməsi davam edən əmək pensiyalarına qulluq stajına görə əlavələrin Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydasını müəyyən edir. Həmin Qaydaların 1.2-ci bəndinə müvafiq olaraq, Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin qulluq stajına görə əmək pensiyasına əlavənin məbləği əmək pensiyalarının sığorta hissəsi indeksləşdirildikdə və ya həmin şəxslərin işləmiş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı (vəzifə maaşı, dövlət məvacibi, təminat xərcliyi – bundan sonra əməkhaqqı) artırıldıqda yenidən hesablanır. Həmin Qaydalarının 2.5-ci bənddə göstərilmişdir ki, Qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslər üzrə (Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Aparatında, onun strukturuna daxil olan qurumlarda və strukturuna daxil olmayan qurumlarda, həmçinin tabeliyində olan qurumlarda xidmət edən şəxslər istisna olmaqla) həmin Qanunun 20.14.1- ci və 20.14.4-cü maddələrinə əsasən hesablanmış (1 iyul 2017-ci il tarixinədək Qanunun qüvvədə olmuş normaları üzrə) əmək pensiyaları təminat xərcliyinin sonrakı artımları zamanı, təminat xərcliyindəki faktiki artımın məbləği Qanunun müvafiq maddələrində nəzərdə tutulan qaydada 20 ildən yuxarı hərbi xidmətin güzəştli sayılan hissəsi ilə birlikdə hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin artım məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla hesablanır. Bu məbləğ təminat xərcliyindəki artımadək hesablanmış pensiyanın üzərinə əlavə olunaraq əmək pensiyasının yeni məbləği müəyyənləşdirilir. Sözügedən bəndin ən diqqət çəkici məqamı ondan ibarətdir ki, “Əmək pensiyaları təminat xərcliyinin sonrakı artımları zamanı, təminat xərcliyindəki faktiki artımın məbləği Qanunun müvafiq maddələrində nəzərdə tutulan qaydada 20 ildən yuxarı hərbi xidmətin güzəştli sayılan hissəsi ilə birlikdə hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin artım məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla hesablanır” müddəası şəklində müəyyən edilmişdir, yəni təminat xərcliyindəki faktiki artımın məbləği müvafiq təminat xərcliyin artım məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla hesablanır (yuxarıda artıq göstərildiyi Azərbaycan Respublikası Prezidentinin sözügedən 25 iyun 2018-ci il tarixli, 142 nömrəli, 15 dekabr 2022-ci il tarixli, 1903 nömrəli Fərmanı ilə ləğv edildiyinin bu qayda xx.xx.2018ci il tarixdən xx.xx.2023-cü il tarixə qədər qüvvədə olmuşdur). Adı çəkilmiş Qaydanın 2.5-ci bənddəki sözügedən müddəa “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 20.14.1-ci maddəsinin nə xx.xx.2017-ci il tarixə qədər qüvvədə olmuş redaksiyasında, nə də həmin maddənin xx.xx.2017-ci il tarixdən sonrakı yeni redaksiyasında olmamış, yəni müvafiq təminat xərcliyinə edilən əlavələr, bütövlükdə təminat xərcliyinə nisbətdə hesablanırdı. İşin faktiki hallarından görünür ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya daxili işlər orqanlarında 34 il 2 ay 16 gün (təqvimi xidmət illəri 26 il 9 ay 22 gün, güzəştli xidmət illəri 7 il 4 ay 24 gün olmaqla) xidmət etmiş şəxs kimi onun xidmət keçdiyi qurum Daxili İşlər Nazirliyi tərəfindən sonuncu tutduğu polis nəfəri vəzifəsi (baş serjant rütbəsi ilə) üzrə tərtib edilmiş məlumat vərəqəsi əsasında əmək pensiyası təyin edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli 142 nömrəli Fərmanına istinadən cavabdehin hesablama qaydasını əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli 142 nömrəli Fərmanına əsasən onun əmək pensiyası təminat xərcliyinin sonrakı artımları zamanı, təminat xərcliyindəki faktiki artımın məbləği Qanunun 20.14.1-ci maddəsində nəzərdə tutulan qaydada, yəni 20 ildən yuxarı hərbi xidmətin güzəştli sayılan hissəsi ilə birlikdə hər il (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin artım məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla, aşağıdakı qaydada hesablanmışdır: - 20 il xidmət müddətinə görə təminat xərcliyinin 55 faizi; - 20 ildən artıq xidmət müddətinin (14 il) hər ili üçün 2 faiz tətbiq edilməklə (14 x 2) təminat xərcliyinin 28 faizi; - natamam ildəki iş stajı aylarının sayına (2 ay) mütənasib olaraq təminat xərcliyinin faizi – 0,34 faiz. Beləliklə, iddiaçının əmək pensiyasının müəyyən edilməsi üçün təminat xərcliyinin artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 83,34 faiz təşkil etmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının əmək pensiyasının müəyyən edilməsi zamanı “Əmək pensiyası haqqında” Qanunun xx.xx.2017ci il tarixli redaksiyasına əsasən növbəti illərin 3 faizdən, həmin tarixdən sonrakı redaksiyasına əsasən isə 2 faizdən, habelə təminat xərcliyindəki sonrakı artımların da Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli 142 nömrəli Fərmanına əsasən 2 faizdən hesablanması qanunvericiliyin tələblərinə zidd olmamışdır. Həmçinin, xidmət illəri ilə bağlı fərqin hesablanması zamanı da cavabdeh ona təqdim olunmuş məlumat vərəqəsinə uyğun davranmış, fərqi pensiya ödənilən dövrə və təminat xərcliyinə uyğun hesablamışdır. Yuxarıda qeyd edilənləri nəzərə aldıqda məhkəmə hesab edir ki, iddiaçı əmək pensiyasının artırılaraq, yenidən hesablanmasını arzulasa da, hesablanmış həmin məbləğin artımına səbəb olan halın nədən ibarət olmasını əsaslandıra bilməmiş, qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən edilən pensiya məbləğinin hesablanması zamanı cavabdeh tərəfindən hər hansı səhvə yol verildiyini sübut edə bilməmiş, bununla da əmək pensiyasının artımına səbəb olan halı əsaslandıra bilməmişdir. Məhkəmə tərəfindən aparılan qiymətləndirmə nəticəsində iddiaçıya təyin olunmuş pensiya məbləğinin hesablanması zamanı qanunvericiliyin tələblərinə zidd hal müəyyən edilməmiş, bunun tam əksinə hesablamanın məhz təminat xərcliyinə uyğun, həmçinin artımlar nəzərə alaraq aparıldığını müəyyən edilmişdir ki, göstərilən bu halların hər biri iddiaçının irəli sürdüyü tələbin əsassız olduğunun göstəricisidir. Belə olan halda cavabdehin imtinası əsaslıdır və iddiaçının pensiya hüquqlarının pozulmasına səbəb olmur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. İş materiallarından görünür ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunauyğun olmuşdur İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir.

NƏTİCƏVİ HİSSƏ

Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar