Məhkəmə qərarları › İş №2-1(112)-5922/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5922/2021

31.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5922/2021 31.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçının nümayəndəsi və vəkili X2 Cavabdehin nümayəndəsi X10 oglunun iştirakları ilə İddiaçı cavabdeh Bakı şəhəri Yasamal rayonu İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası və Bakı şəhəri Yasamal rayonu İcra Hakimiyyətinə qarşı “uşagın qəyyumluğa və himayəyə verilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1 N E T D İ : İddiaçı cavabdeh Bakı şəhəri Yasamal rayonu İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası və Bakı şəhəri Yasamal rayonu İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək valideyn himayəsindən məhrum olan 20.12.2014-cü il təvəllüdlü X1 iddiaçının qəyyumluğuna və himayəsinə verilməsi öhdəliyinin cavabdehlər Bakı şəhəri Cavabdeh2 Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası və Bakı şəhəri Cavabdeh2 üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından işin hazırlıq icraatına başlanılmışdır. İPM-in 13-cü maddəsinə görə məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yalnış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək azyaşlı nəvəsi 20.12.2014-cü il təvəllüdlü X1 qəyyumluğuna verilməsi barədə sərəncam verilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Cavabdeh2 üzərinə qoyulmasını xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının qızı Abdullazadə Əminə münasibətlərində olsalar da, 25.11.2014-cü il tarixdə rəsmi nikaha düşməklə X3 ilə ailə qurmuş, birgə nikahdan 20.12.2014-cü il tarixdə X4 adlı övladları doğulmuşdur. Sonradan tərəflər arasındakı nikah münasibətləri faktiki olaraq pozuldugundan qızı nikahın pozulmasına görə Bakı şəhəri Yasamal rayon məhkəməsinə müraciət etmişdir. Lakin 30.09.2019-cu il tarixdə qızı X5 “asfiksiya” xəstəliyindən qəfil vəfat etmiş, bu səbəbdən də nikahın pozulması mümkün olmamışdır. Bundan sonra 20.12.2014-cü il təvəllüdlü azyaşlı nəvəsi Aylin iddiaçının himayəsində qalmışdır. Uşagın məktəbəqədər hazırlıq kurslarına yazılması üçün iddiaçıdan rəsmi sənəd tələb edilən zaman problem yaranmış, uşağı məktəbə qeydiyyata aldıra bilməmişdir. İddiaçı onun valideyni olmadığından, müraciət etdiyi bütün dövlət və təhsil müəssisələrində ondan hüquqlarını təsdiqedici sənəd istəmişlər. Buna görə azyaşlının məktəbəqədər hazırlıq kursuna yazdırmağı üçün qanuni nümayəndəsi olması barədə Bakı şəhəri Cavabdeh2 Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası və Bakı şəhəri Cavabdeh2 tərəfindən sərəncam verilməsi üçün dəfələrlə müraciət etsə də, bundan imtina edilmiş, sonuncu dəfə iddiaçıdan atasının razılığı istənilmişdir. Halbuki uşağın atası hələ qızı vəfat etməmişdən əvvəl onlarla bütün əlaqələri kəsmiş, yeri məlum deyil, bu barədə onun qeydiyyatda olduğu yerdən arayışı da cavabdehə təqdim etmişdir. Azyaşlı nəvəsi iddiaçı ilə birlikdə yaşayır, onun ayrılması mümkün deyil. Cavabdehlərin cavab məktubu ilə iddiaçıdan tələb edilən sənədlər təkrar olduğundan və bundan əvvəl dəfələrlə izah edildiyindən məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın təqdim etdiyi sənədlər əsasında təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddiaya qarşı etirazı onunla əsaslandırmışdır ki, iddiaçının azyaşlı nəvəsinə qəyyum təyin edilməsinə köməklik göstərilməsi barədə müraciətinə qanunvericilikdə nəzərdə tutulduğu qaydada müvafiq sənədlər (azyaşlının atasının razılığı, sağlamlıq haqqında müvafiq arayışlar, azyaşlının nəvə olmasını sübut edən sənədlər və s.) əlavə edilmədiyindən baxılmamış, Qəyyumluq və Himayəçilik Komissiyasının müvafiq rəyi oldugu təqdirdə cavabdeh tərəfindən qəyyum təyin edilməsi barədə müvafiq sərəncam verilə bilər. Hazırki halda isə cavabdeh tərəfindən iddiaçının hər-hansı hüququ pozulmadıgından iddianın mümkünsüz hesab edilməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıdakı əsaslara görə mümkün sayıla bilməz. İş materiallarında olan Bakı şəhəri Yasamal rayonu İcra Hakimiyyəti başçısının müavini Qəyyumluq və Himayəçilik Komissiyasının sədri T.Muradovanın iddiaçıya ünvanlanmış 27.10.2020-ci il tarixli məktubundan göründüyü kimi iddiaçıya izah edilmişdir ki, azyaşlı nəvəsinə qəyyum təyin edilməsinə köməklik göstərilməsi barədə müraciətinə baxılmış, qanunvericilikdə nəzərdə tutulduğu qaydada müvafiq sənədləri (azyaşlının atasının razılığı, sağlamlıq haqqında müvafiq arayışlar, azyaşlının nəvə olmasını sübut edən sənədlər və s.) Cavabdeh2 Qəyyumluq və Himayəçilik Komissiyasına təqdim etdiyi təqdirdə müraciətinə yenidən baxıla bilər. İddia tələbindən məlum olur ki, iddiaçı azyaşlı nəvəsi 20.12.2014-cü il təvəllüdlü X1 qəyyumluğuna və himayəsinə verilməsi barədə sərəncam verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etsə də, Qəyyumluq və Himayəçilik Komissiyasının müvafiq rəyini cavabdeh inzibati orqana təqdim etməmişdir. İnzibati prosessual qanunvericiliyin tələbinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər-tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaçıya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası İPM-nin 1.1-ci maddəsinə görə isə, bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2-ci maddəsi isə inzibati mübahisələrin məhkəmə aidiyyətini müəyyən etmişdir. Tələb üzrə iddia növü müəyyən olunarkən, məhkəmə hesab edir ki, iddia məcburetmə haqqında iddiaya aiddir. Belə ki, Azərbaycan Respublikası İPM-nin: 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddiaya) inzibati məhkəmə icraatı qaydasında baxılır; 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddələrin mənasına görə, iddiaçının məqsədi onun arzuladığı inzibati aktın qəbul edilməsi üçün cavabdehin üzərinə müvafiq öhdəliyin qoyulmasından ibarətdir. Cavabdehin isə öhdəliyi inzibati orqanın publik hüquqdan irəli gəlməlidir. Yəni, iddiaçının xahiş etdiyi hərəkətin edilməsi bilavasitə inzibati orqanın fəaliyyətinə aid olmalıdır və müvafiq qaydada bu məsələ publik hüquqla tənzimlənməlidir. Həmin hüquqda inzibati orqanın inzibati aktın qəbul edilməsi barədə məcburi olan göstəriş əks olunmalıdır. Bu müddəaların tələblərinə cavab verməyən iddia isə mümkün hesab edilməməlidir. İnzibati orqanın belə öhdəliyin olub-olmamasının müəyyən edilməsi üçün qanunvericiliyin aşağıdakı müddəaları təhlil olunmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinə əsasən: 114.1. Valideynlər öldükdə, valideynlik hüquqlarından məhrum olunduqda, valideynin hüquqları məhdudlaşdırıldıqda, valideynlər fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, valideynlər xəstələndikdə, uzun müddət uşaqlarla birlikdə olmadıqda, valideynlər uşaqların tərbiyəsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən yayındıqda, o cümlədən sosial xidmət müəssisələrindən öz uşaqlarını götürməkdən imtina etdikdə, eləcə də valideyn himayəsinin olmadığı digər hallarda uşaqların hüquq və mənafelərinin müdafiəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 116.1. Valideyn himayəsindən məhrum olan uşaqlar ailə tərbiyəsinə (övladlığa, qəyyumluğa, himayəyə və ya himayədar ailəyə) bu imkanlar olmadıqda isə valideyn himayəsindən məhrum olan uşaqlar üçün sosial xidmət müəssisələrinə verilirlər. 116.2. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən valideyn himayəsindən məhrum olan uşaqların yerləşdirilməsinin başqa formaları müəyyən edilə bilər. 136.1. Qəyyumluq və himayə valideynlərini itirmiş uşaqlara (bu Məcəllənin 114.1-ci maddəsi) onların saxlanması, tərbiyə olunması, təhsil alması, habelə onların hüquq və vəzifələrinin qorunması məqsədilə müəyyən olunur. 136.2. Qəyyumluq 14 yaşınadək, himayəçilik 14 yaşından 18 yaşınadək olan uşaqlar üzərində təyin edilir. 136.3. Uşaqlara qəyyumluq və himayə təyin edilməsi və bunun xitamı Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə müəyyən edilir. 141.5. Qəyyumun (himayəçinin) mülki hüquq və vəzifələri Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilir. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunu valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların, habelə onların arasından 23 yaşınadək olan şəxslərin sosial müdafiəsi üzrə dövlət təminatının məzmununu, tədbirlərini müəyyən edir, həmin təminatın verilməsi və həyata keçirilməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyir. Maddə 1 (..) qəyyumluq və himayə - valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların saxlanılması, tərbiyə olunması və təhsili, habelə hüquq və mənafelərinin müdafiəsi məqsədilə onların yerləşdirilməsi formasıdır. Qəyyumluq 14 yaşınadək olan uşaqlara, himayə 14 yaşından 18 yaşınadək olan uşaqlara müəyyən edilir. övladlığa götürən şəxs - qanunvericiliklə müəyyən edilmiş qaydada valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqları övladlığa götürən ər-arvad və ya ayrı-ayrı şəxslərdir. Məlum oldugu kimi 14 yaşı tamam olmamış yetkinlik yaşına çatmayanlara qəyyumun təyin edilməsi üçün rayon (şəhər) icra hakimiyyətlərində Qəyyumluq və Himayəçilik Komissiyası fəaliyyət göstərir. Qəyyum olmaq istəyən şəxs ərizə ilə İcra Hakimiyyətinə müvafiq sənədlərlə birlikdə müraciət etməlidir. Qəyyumluq və Himayəçilik Orqanı qəyyum olmaq istəyən şəxsin təqdim etdiyi sənədləri yoxlayır, öz rəyi və yoxlama aktı ilə birlikdə qəyyum təyin edilməsi barədə icra hakimiyyəti başçısının sərəncamının layihəsini hazırlayır. İcra hakimiyyətinin başçısı 14 yaşı tamam olmamış yetkinlik yaşına çatmayanlar fiziki şəxslər üzərində qəyyumluq təyin edilməsi barədə sərəncam imzalayır. Qəyyumluq üçün müraciət etmiş şəxs qəyyumluğdan imtinadan inzibati qaydada şikayət edə bilər. Lakin iddiaçı tərəfindən qəyyumlugun müəyyən edilməsi üçün bu prosedur qaydalara əməl edilməmiş, inzibati orqan iddiaçının arzuladığı hüquqi nəticəyə dair hər hansı bir inzibati qərarın qəbul edilməsindən imtina etməmişdir. Belə ki, məsələyə müvafiq Komissiyada baxılmalı, müsbət rəy verilmədiyi halda həmin rəy “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci və İPM-in 36-cı maddələrində nəzərdə tutulmuş mənada inzibati məhkəmələr qarşısında mübahisələndirilə bilən inzibati akt sayılmadıgından mülki məhkəmə icraatı çərçivəsində mübahisələndirilməlidir. Müsbət rəy oldugu təqdirdə isə cavabdeh orqanın iddiaçının arzuladığı hüquqi nəticəyə dair hər hansı bir inzibati qərarın qəbul edilməsindən imtina etməsi inzibati icraat müstəvisində iddiaçının arzuladığı inzibati aktın qəbul edilməsi üçün cavabdehin üzərinə müvafiq öhdəliyin qoyulması iddiasının irəli sürülməsinə əsas yarada bilər. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddianın mümkünlük şərtləri kimi iddiaçının o halda hüquqlarının pozulması əsaslı ola bilər ki, əgər bu pozuntu cavabdehin publik hüquqdan irəli gələn öhdəliyin icra edilməməsi nəticəsində yaranmış olsun. Məsələyə münasibətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında aşağıdakılar göstərilmişdir: 4.2. Hüququn həqiqətən pozulubpozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 5.2. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. Bununla da məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məcburetmə haqqında iddianın qaldırılması üçün inzibati orqanın öhdəliyinin qanunla müəyyən olunmuş hüdudlar daxilində həyata keçirilib-keçirilməməsinin yoxlanılmasından əvvəl müvafiq prossedur qaydalarına əməl edilməsi zəruri olmuşdur ki, onlara riayət edilməmişdir. Bu halda isə iddianın mümkünlük şərtlərinin ödənilmədiyi müəyyən edilir. Çünki inzibati orqanın publik hüquqdan irəli gələn öhdəliyinin icra edilməsindən əvvəl həmin hüquqda digər zəruri olan hərəkətlərin həyata keçirilməsi müəyyən edilmişdir. Göstərilənləri nəzərə almaqla məhkəmə hesab edir ki, iddia tələbi mümkün hesab edilməməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 3AKİM: MEHRİBAN QARAYEVA

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar