Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5922/2022 18.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsinə qarşı «dəymiş ziyanın ödənilməsi» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsinə qarşı «dəymiş ziyanın ödənilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış, məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət bildirilməsi tələb olunmuşdur. İddia ərizəsində bildirilir ki, İddiaçı xx xxxx 1999-cu il tarixdə doğulmuşdur, halhazirda Bərdə rayonu, H.Aslanov küçəsində yaşayır. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidməti Çağırış üzrə Dövlət Xidməti üzrə Bərdə rayonunda çağırılaraq hərbi xidmətə aparılmışdır. O, hərbi xidmətə gedərkən hərbi hospitallardan sağlamlığı ilə bağlı prpblemi olsa da, buna məhəl qoyulmamışdır. Çünki, ilk dəfə onu hərbi xidmətə aparmamışlar, 3 ildən sonra psixoloji problemi olduğu halda, hətta əlilliyi olsa da, onun səhətini və problemlərini nəzərə almadan X1 sağlam olduğunu bildirmişlər. Onu hərbi xidmətə yararlı olduğunu bildirərək hərbi xidmətə göndərmişlər. Hərbi xidmətdə komandir və rəislərinin hər biri xəstə olduğunu bilirdilər, lakin sənədlərdə sağlam olduğu göstərildiyindən, onun psixoloji hərəkətlərindən, hətta haqqında cinayət işinin açılması barədə də işlər görmüşlər. 8 ay xidmət keçdikdən sonra Xəstəxanada (Bakı şəhəri, C.Məmmədquluzadə küçəsidə yerləşən) yenidən tam müayinədən keçiririlmişdir. Həqiqətən sübuta yetirilmişdir ki, o, psixoloji xəstədir. Hətta 2 ay da həmin Xəstəxanada qalmışdır (yatmışdır). Bundan sonra o, xidmətə yararsız kimi hərbi xidmətdən uzaqlaşdırılmışdır. Əgər o (iddiaçı), xəstə olmuşdursa və xəstəliyi ilə bağlı lazımı sənədlər tələb etdiyi halda AR Səfərbərlik və Həırbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları və səhiyyə işçiləri hansı sənəbdən onu hərbi xidmətə göndərmişlər aydın deyil. Ona (iddiaçıya) maddi və mənəvi ziyan vurulmuşdur. Çünki, hərbi xidmət dövründə o, böyük travmalara da məruz qalmışdır. Bunların hər biri sənədlərdə qeyd olunmuşdur. İddiaçı cavabdehin həkim mütəxəsisləri Sevinc Hüseynova, Aydın Səmədov, Hüseyn Seyidov, Ədalət Xəlilovun səhlənkarlıqları hər biri ayrı-ayrılıqda 25.000 manat olmaqla ona təzminat ödəmələrini məqsədəuyğun hesab edir. Çünki, həmin şəxslər öz əməllərinə görə düzgün diaqnoz qoymadıqlarından, iddiaçı saqlam olmadığı hada məcburi 7 ay xidmətdə olmuşdur. Göstərilənlərə və Azərbaycan Respublikasının Konstitusiyasının 24, 57, 60-cı maddələrinə, Azərbaycan Respublikasının MPM-nın 4-cü maddəsinə, Azərbaycan Respublikasının MM-nın 21, 23, 1096, 1097-ci maddələrinə əsaslanaraq, cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsinin həkim-mütəxəssisləri Sevinc Hüseynova, Aydın Səmədov, Hüseyn Seyidov, Ədalət Xəlilovun hər birindən 25.000 manat olmaqla ümumilikdə 100.000 manat vəsaitin iddiaçıya ödənilməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsinin məhkəməyə ünvanlanmış 31 oktyabr 2022-ci il tarixli məktubunda iddia ilə bağlı bildirilir ki, İddiaçı 15 – 16 mart 2017-ci il və 14 – 15 may 2020ci il tarixlərdə yuxarıda adı göstərilən xəstəxanada müayinədə olmuşdur. Çağırışçı müayinə zamanı xəstəliyi barədə sənəd təqdim etməmiş, sağlam olduğunu bildirməklə gərbi xidmətə getmək arzusunda olduğunu söyləmişdir. Komissiya zamanı ona “Halhazırda psixi xəstəlik aşkar edilmir. Anamnezində keçirilmiş nevrotik reaksiya” diaqnozu müəyyən edilmişdir. Bu barədə akt çağırışçını qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq rayon şöbəsinə göndərilmişdir. Sonradan onun hərbi xidmətə təkrarən müayinə olunmadan göndərilməsi Respublika Psixiatriya Xəstəxanasının yox, SHXÇD Xidmətinin Bərdə Rayon Şöbəsinin səlahiyyətlərinə aiddir. Hərbi xidmət dövründə İddiaçı psixi və somatik vəziyyətində olan dəyişikliklərlə əlaqədar olaraq, dəfələrlə onun Hərbi Hospitalda müayinə və müalicə olunması və son nəticədə hərbi xidmətdən xəstəliyinə görə azad olunması Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən qiymətləndirilmişdir. İddiaçının xəstəliyi barədə və onun mənəvi və fiziki iztirabları barədə iddia ərizəsində yazılanlar və cavabdeh olan həkim-mütəxəssislərin ümumilikdə 100.000 manat dəyərində mənəvi zərərə görə pul ödənilməsi barədə tələbi əsassızdır. Məhkəmədən iddianın əsassız sayılmaqla rədd edilməsi xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə bildiriş ünvanlanmışdır. Məhkəmə iclasına iddiaçı gəlmiş, cavabdeh tərəf gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədilər və iddianı müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. İPM-in 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanın qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 4.1-ci maddəsinə görə inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Həmin Qanunun 11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 89-cu maddəsinə görə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. AR Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiqq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə»nin 2.1-ci bəndinə görə ilkin hərbi qeydiyyata alınan, müddətli həqiqi hərbi xidmətə çağırılan və ehtiyatdan həqiqi hərbi xidmətə çağırılan vətəndaşların şəhadətləndirilməsi AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələri tərəfindən təşkil edilir. Zabit hərbi rütbəsi verilməklə ehtiyata götürülmüş vətəndaşlar hərbi xidmətə çağırılarkən, şəhadətləndirilmənin təşkili rayon, şəhər (rayon bölgüsü olmayan) hərbi komissarına həvalə olunur. Həmin Əsasnamənin 2.2-ci bəndinə görə ilkin hərbi qeydiyyata alınarkən şəhadətləndirilməyə qədər vətəndaşlara hər il tibbi baxışlar, müayinələr (müşahidələr), habelə müalicə-sağlamlıq tədbirləri keçirilir və profilaktik peyvəndlər edilir. Həmin Əsasnamənin 2.3-cü bəndinə görə tibbi baxışların, müayinələrin (müşahidələrin), müalicə-sağlamlıq tədbirlərinin və profilaktik peyvəndlərin təşkili və keçirilməsi dövlət tibb müəssisələrinə həvalə olunur. Tibbi baxışların, müayinələrin (müşahidələrin), müalicə-sağlamlıq tədbirlərinin və profilaktik peyvəndlərin təşkili və keçirilməsi, qeydiyyat və hesabat aparılması, bu iş üzərində nəzarətin həyata keçirilməsi qaydaları Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə birlikdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən müəyyən edilir. Həmin Əsasnamənin 2.4-cü bəndinə görə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrinin göndərişinə əsasən vətəndaşlar şəhadətləndirilməyə qədər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müəyyən etdiyi qaydada və həcmdə məcburi diaqnostik müayinələrdən keçirlər. Həmin Əsasnamənin 2.5-ci bəndinə əsasən ilkin hərbi qeydiyyata alınarkən və hərbi xidmətə çağırılarkən vətəndaşların şəhadətləndirilməsini cərrah, terapevt, nevropatoloq, psixiatr, oftalmoloq, otorinolarinqoloq, stomatoloq dermato-veneroloq, psixoloq və zərurət olduqda, bu bəndin ikinci abzasında müəyyən edilmiş qaydada digər ixtisaslardan olan həkim-mütəxəssislər keçirirlər. Dövlət tibb müəssisələrinin rəhbərləri ilə razılaşdırılmış həkim-mütəxəssislərin və orta tibb işçilərinin fərdi tərkibini yerli (rayon, şəhər və şəhər rayonu) icra hakimiyyəti orqanları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə razılaşdırmaqla təsdiq edir. Həmin Əsasnamənin 2.6-cı bəndinə görə ilkin hərbi qeydiyyata alınarkən və hərbi xidmətə çağırılarkən vətəndaşların şəhadətləndirilməsinin nəticələrinə görə həkimmütəxəssislər hərbi xidmətə yararlılıq haqqında aşağıdakı kateqoriyalar üzrə rəy verirlər: A – hərbi xidmətə yararlıdır; B – sıradankənar hərbi xidmətə yararlıdır; C – sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır; Ç – hərbi xidmətə müvəqqəti yararsızdır; D – həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır. Hərbi xidmətə yararlı sayılmış vətəndaşlar üçün «Xəstəliklər cədvəli»nə və ƏTC-yə müvafiq olaraq hərbi xidmət keçməyə görə təyinat göstəricisi müəyyən edilir. Həkim-mütəxəssisin rəyinin rəsmiləşdirilməsi qaydası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən müəyyən edilir. Həmin Əsasnamənin 2.8-ci bəndinə görə ilkin hərbi qeydiyyata alma komissiyalarının, rayon, şəhər, şəhərdə rayon çağırış komissiyalarının və Mərkəzi Çağırış Komissiyasının qərarı ilə, vətəndaş diaqnozun dəqiqləşdirilməsi, yaxud müalicə məqsədi ilə dövlət tibb müəssisələrinə ambulator və ya stasionar müayinəyə və müalicəyə, eləcə də icbari narkoloji müayinəyə göndərilir. Vətəndaşın tibbi müayinəsi (müalicəsi), eləcə də icbari narkoloji müayinəsi başa çatdıqdan sonra, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən müəyyən edilmiş formada onun sağlamlıq vəziyyətinin müayinə aktı tərtib olunur. Həmin Əsasnamənin 2.9-cu bəndinə görə sağlamlıq vəziyyətinə görə çağırışa möhlət 3 il müddətinədək, hər dəfə 1 ildən artıq olmamaq şərti ilə verilir. 3 ildən sonra, sağlamlıq vəziyyətindən asılı olaraq möhlət almış çağırışçılar ya müddətli həqiqi hərbi xidmətə çağırılır, ya həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab edilərək hərbi qeydiyyatdan çıxarılır, ya da dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilirlər. Vətəndaşın tibbi müayinəsini (müalicəsini) vətəndaşların ilkin hərbi qeydiyyata alınması üzrə komissiyanın və ya çağırış komissiyasının hərbi xidmətə cari çağırış üzrə işi qurtarana qədər başa çatdırmaq mümkün olduqda, onun hərbi xidmətə müvəqqəti yararsızlığı haqqında qərar çıxarılmır. Bu halda, həkim-mütəxəssis təkrar şəhadətləndirilməyə gəlmə vaxtını göstərməklə, vətəndaşın tibbi müayinəsinin (müalicəsinin) zəruriliyi haqqında rəy verir. Həmin Əsasnamənin 2.10-cu bəndinə görə dövlət tibb müəssisələrinin rəhbərləri və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrinin rəhbərləri vətəndaşların vaxtında müayinə (müalicə) olunmasını təmin edirlər. İlkin hərbi qeydiyyata alınarkən və ya hərbi xidmətə çağırılarkən hərbi xidmətə müvəqqəti yararsız sayılmış vətəndaş tibbi müayinədən (müalicədən), eləcə də icbari narkoloji müayinədən imtina etdikdə və ya yayındıqda, 3 aydan sonra təkrar şəhadətləndirilməlidir. Əgər təkrar şəhadətləndirilmə zamanı vətəndaşın sağlamlıq vəziyyətinin pisləşməsi əlamətləri aşkar edilməzsə, yaxud onun hərbi xidmətə çağırılmasına mane ola biləcək xəsarətin və ya xəstəliyin aşkar əlamətləri olmazsa, o, hərbi xidmətə yararlı, yaxud müvafiq təyinat göstəricisi ilə hərbi xidmətə yararlı hesab edilir. Həmin Əsasnamənin 2.11-ci bəndinə görə sağlamlıq vəziyyətinə görə hərbi xidmətə çağırılmalı olmayan vətəndaşların hərbi xidmətə çağırılması hallarını istisna etmək məqsədi ilə, hərbi xidmətə çağırılmış vətəndaşlar bilavasitə xidmət yerinə göndərilməzdən əvvəl tibbi baxışdan keçirlər. Hərbi xidmətə çağırılmış vətəndaşların xidmət yerinə göndərilməzdən əvvəl tibbi baxışının təşkili, sağlamlıq vəziyyətinə görə hərbi xidmətə çağırışdan azad edilmiş və ya möhlət almış vətəndaşların, habelə şəhadətləndirilmənin nəticələrinə görə onların barəsində hərbi xidmətə yararlılıq kateqoriyası haqqında çıxarılmış qərarlarla razı olmadıqlarını bildirən vətəndaşların nəzarət qaydasında şəhadətləndirilmələrinin təşkili Mərkəzi Çağırış Komissiyasına həvalə olunur. Rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının qərarı ilə sağlamlıq vəziyyətinə görə hərbi xidmətə çağırışdan azad edilmiş və ya möhlət almış vətəndaşların nəzarət qaydasında şəhadətləndirilməsi onların Mərkəzi Çağırış Komissiyasına təqdim edilmiş şəxsi işlərin və tibbi sənədlərin öyrənilməsi əsasında qiyabi keçirilir. Mərkəzi Çağırış Komissiyasının əsaslandırılmış qərarı ilə nəzarət qaydasında şəhadətləndirilmə əyani keçirilir. Tibbi baxış və nəzarət qaydasında şəhadətləndirilmə Mərkəzi Çağırış Komissiyasının qərarı ilə cərrah, terapevt, nevropatoloq, psixiatr, oftalmoloq, otorinolarinqoloq, stomatoloq, dermato-veneroloq, psixoloq və zərurət olduqda, digər ixtisaslardan olan həkim-mütəxəssislər tərəfindən həyata keçirilir. Xidmət yerinə göndərilməzdən əvvəl tibbi baxış və ya nəzarət qaydasında şəhadətləndirilmə zamanı vətəndaşın sağlamlıq vəziyyətində onun hərbi xidmətə yararlılıq kateqoriyasını dəyişə biləcək faktlar aşkar edildikdə, Mərkəzi Çağırış Komissiyası rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının müvafiq qərarını ləğv edir, bu barədə vətəndaşa və qərarı ləğv edilmiş komissiyaya məlumat verir. Nəzarət qaydasında şəhadətləndirilmənin təşkili və keçirilməsi qaydalarını Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti müəyyən edir. Həmin Əsasnamənin 8.3-cü bəndnə görə «Xəstəliklər cədvəli»ndə hərbi xidmətə yararlılığın aşağıdakı kateqoriyaları nəzərdə tutulmuşdur: «A» – hərbi xidmətə yararlıdır; «B» – sıradankənar hərbi xidmətə yararlıdır; «C» – sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır; «Ç» – hərbi xidmətə müvəqqəti yararsızdır; «D» – həm dinc dövrdə, həm də müharibə dövründə, hərbi xidmətə yararsızdır. Göründüyü kimi, mövcud qanunvericilik normaları ilkin hərbi qeydiyyata alınan, müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların şəhadətləndirilməsinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli qurumları tərəfindən təşkil edilməsini nəzərdə tutur. Həmçinin müvafiq şəhadətləndirilməyə qədər vətəndaşlara hər il tibbi baxışlar, müayinələr və digər tədbirlərin keçirilməsi də müəyyən edilmişdir. Hazırkı işin hallarına görə iddiaçı onun müddətli həqiqi hərbi xidmətə çağırılmalı olmadığı halda, onun əsassız olaraq xidmətə yararlı qimətləndirildiyini və çağırıldığını, lakin xidmət dövründə yararsızlığının müəyyən edilərək tərxis olunduğunu iddia edir və ona dəymiş ziyanın ödənilməsini cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsindən tələb edir. Məhkəmə hazırkı inzibati məhkəmə icraatında aşağıdakı xüsusatları müəyyən edərək iddiaçının hazırkı cavabdehə qarşı tələbini əsaslı qiymətləndirmir: - iddiaçının müddətli həqiqi hərbi xidmətə çağırıldığı dövrdə xidmətə yararsız olması barədə, habelə xidmətə yararsız olmasının məhz hərbi xidmət dövründə, xüsusilə də xidmət şəraiti ilə bağlılığına dair yetərli sübutlar məhkəmə icraatında təqdim edilmir; - iddiaçının müddətli hərbi xidmətə çağırılması və çağırılan dövrdə xidmətə yararlılığının müəyyən olunmasında müvafiq səlahiyyətli qurum Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli qurumlarıdır; - hazırkı cavabdehin (əməkdaşlarının) hərəkətləri qanunsuz olsa belə, iddiaçıya dəymiş maddi və ya mənəvi ziyanın konkret nədə ifadə olunması ilə bağlı iddiaçı tərəf hər hansı arqument və dəlil bildirmir.. Odur ki, məhkəmə hesab edir ki, İddiaçı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsinə qarşı «dəymiş ziyanın ödənilməsi» tələbinə dir iddiası əsaslı sayılmamalıdır. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsinə qarşı «dəymiş ziyanın ödənilməsi» tələbinə dair iddiası əsassız olduğundan, təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1, 23.1, 58.7, 69, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsinə qarşı «dəymiş ziyanın ödənilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-5922/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5922/2022
18.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver