Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5926/2022 15.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X3 Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X6 Ağa qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati işə şifahi, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, o,1961-ci il təvəllüdlüdür. 19 oktyabr 1979-cu il tarixdən xx.xx.2000-ci il tarixə qədər, yəni 22 il Bakı Şin zavodunda zərərli iş rejimində işlədiyi üçün «güzəştli şərtlərlə yaşa görə» pensiya hüququna malikdir. Əvvəldən qeyd etmək istəyir ona münasibətdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası (07 fevral 2006-cı il tarixli № 54-İİQ) Qanunu şamil edilə bilməz. Ona münasibətdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının 22 noyabr 1992-ci il tarixli Qanunu şamil edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsi və “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa istinad edərək, 2017-ci ildə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Sosial Müdafiə Fondu Xüsusi şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Lakin, cavab gəlməmişdir. Təkrarən 2021-ci ildə göstərilən təşkilata müraciət etmişdir və cavabdehdən qanunazidd cavab almışdır. Ona, güzəştli şərtlərlə pensiya hüququna malik olan şəxsə cavabdeh 17 fevral 2021-ci il tarixli, **********2 saylı məktubla rədd cavabı göndərmiş və məktubun sonunda qeyd etmişdir ki, müraciətinə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığı təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququ var. O da, bu hüquqdan istifadə edib Əmək və Əhalinin Sosial Müdafiə Nazirinə iki dəfə müraciət etməli olmuşdur. Birinci müraciətinə cavab ala bilmədiyi üçün, ikinci dəfə müraciət etmişir və 27 oktyabr 2021-ci il tarixli, **********6 saylı məktubu 07 yanvar 2022-ci ildə uzun sürən axtarışdan sonra almış və məhkəməyə müraciət edir. Cavabdeh məktubunda Azərbaycan Respublikasının Prezidentinin 12 sentyabr 2017-ci il tarixli, 1597 saylı Fərmanına istinadən onun qanuni xahişini əsassız rədd etmişdir. Cavabdeh məktubunda qeyd edir: "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. "Əmək pensiyaları haqqında" Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığorta olunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 40800,00 manat hesablandığı halda, fərdi hesabınızın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 24022,97 manat təşkil edir». O, hesab edir ki, göstərilənlər ona şamil edilməməlidir. Ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının 8-ci bölməsinin «Kimya istehsalatı»nın 8.3.3. punktunun «a» bəndinin altına düşür. Qanun güzəştli pensiyaya çıxmaq üçün 12.5 il əmək stajı tələb edirsə, o, zərərli şəraitdə və rejimdə 22 il işləmiş, yəni 19 oktyabr 1979-cu ildən xx.xx.2000-ci ilə qədər dövr ərzində. Odur ki, cavabdehin 17 fevral 2021-ci il tarixli **********2 saylı cavabı ona şamil edilə bilməz (Qeyd etmək istəyir ki, 2017-ci ildə yazıdığı məktuba - ərizəyə cavab almamışdır). Çünki, 22 noyabr 1992-ci il tarixli «Əmək pensiyaları haqqında» Qanuna əsasən, o, 1979-cu ildən 2000-ci ilə qədər dövlət müəssisəsində işlədiyi üçün (Şin zavodu 2002- ci ildə özəlləşib, ASC olub) pensiyası da, olmalıdır. Təkrar edir ona görə ki, güzəştli pensiyanı 2000-ci ilə kimi o, artıq əldə etmişdir və o, işdən çıxanda zavod dövlət fondunun tərkibində idi. Pensiya kapital yığımı onun pensiya almasına sipər deyil. Məktubda Azərbaycan Respublikası Prezidentinin 12 sentyabr 2017-ci il tarixli 1597 saylı Fərmanına istinad edilir. Qeyd etmək istəyir ki, göstərilən Fərmanın ağırlaşdırıcı halda geriyə qüvvəsi yoxdur və o ona aid deyil. Bir faktı da, qeyd etmək istəyir ki, məktubda göstərilir ki, onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi, fərdi hesabının sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 40800,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 24022,97 manat təşkil edir. Təkrarən qeyd edir ki, bu hal ona şamil edilmir, çünki, o, güzəştli pensiyasını 2000-ci ilə qədər qazanmışdır, pensiya kapital yığımı 2006-cı ilin fevral ayından başlanıb. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, sərəncama əsasən cavabdeh məhkəməyə iddia ərizəsinə qarşı etiraz təqdim edərək iddianın əsassız olduğundan təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraza əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün müvafiq şərtlər mövcud olmalıdır: 1) tələb olunan yaş həddinə çatdıqda, 2) azı 25 il sığorta stajı olduqda, 3) stajın 12 il 6 ayını əmək şəraiti zərərli və ağır işlərdə işlədikdə, 4) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə. Qeyd edilən normanın məzmununa uyğun olaraq, xx.xx.1961-ci il təvəllüdlü İddiaçı Həzərpasa oğlu güzəştli şərtlərlə yasa görə əmək pensiyası hüququnun yaranması üçün qanunla nəzərdə tutulan yas həddinə 60 yasının tamam olduğu xx.xx.2021-ci il tarixdə çatmışdır. Qeyd edirlər ki, iddiaçının xx.xx.2006-cı il tarixinədək ümumi sığorta stajı təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən, 20 il 6 ay 22 gün (3989507 nömrəli hərbi biletə əsasən, xx.xx.1979-cu il tarixdən xx.xx.1981-ci il tarixədək hərbi xidmət keçdiyi 2 il 1 ay, əmək kitabçasına əsasən isə xx.xx.1978-ci il tarixdən xx.xx.1979-cu il tarixədək 1 il 1 ay 3 gün, xx.xx.1982-ci il tarixdən xx.xx.1999-cu il tarixədək işlədiyi 17 il 4 ay 19 gün) təşkil edir. Qeyd olunan tarixdən sonrakı dövr üçün “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci və 21.1 -ci maddəsinə əsasən iddiaçının sosial sığorta stajı 6 il 5 ay təşkil edir. Əlavə olaraq, İddiaçı güzəştli sığorta stajı 17 il 4 av 19 gün (xx.xx.1982-xx.xx.1999-cu il tarixləri arasındakı dövrlər) təşkil edir. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 45005,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 20286,02 manat təşkil edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 27.1-ci maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Bununla əlaqədar olaraq İddiaçı 1 yanvar 2006-cı il tarixinədək olan 20 il 6 ay 22 gün iş stajı pensiya kapitalına çevrilməklə hesablanmış və Azərbaycan Respublikası Prezidentinin müvafiq illər üzrə sərəncamlarına əsasən indeksləşdirilərək 16717,99 manat müəyyən edilmişdir. İddiaçının həmin tarixdən sonrakı işlədiyi dövr üzrə fərdi hesabında 3568,03 manat pensiya kapitalı qeydə alınmışdır. Beləliklə, iddiaçıya güzəştli şərtlərlə vasa görə pensiya təvin olunması üçün qanunla müəyyən olunmuş yas həddinə çatmasına baxmayaraq, kifayət qədər pensiya kapitalı olmadığından onun güzəştli şərtlərlə vasa görə əmək pensiyası hüququ yaranmır. Sözügedən qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün müvafiq şərtlər mövcud olmalıdır: 1) tələb olunan yaş həddinə çatdıqda (57 yas), 2) azı 25 il sığorta stajı olduqda, 3) stajın 12 il 6 ayını əmək şəraiti zərərli və ağır islərdə işlədikdə. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, qanunla tələb olunan ikinci sərt ödənilmir. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Lakin, bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir Eyni zamanda, Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı- seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən tərəflərin izahalatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edib hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1961-ci il təvəllüdlüdür. İşdə olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********6 nömrəli “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” məktubun surətindən görünür ki, iddiaçıya müraciəti ilə əlaqədar bildirilmişdir ki, onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə hazırda 39000,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı bugünə cəmi 24027,14 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Əlavə olaraq bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.18-ci maddəsinə görə sığortaolunanlar əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan fərdi hesabın sığorta hissəsindəki məbləği Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli 1597 nömrəli Fərmanı ilə təsdiq edilmiş qaydada xüsusi hesaba əlavə vəsait ödəyərək artırmaqla əmək pensiyasının minimum məbləğində və ya daha yuxarı məbləğdə pensiya təminatının formalaşdırılması imkanına malikdirlər. İşdə olan iddiaçının adına xx.xx.1978-ci il tarixdə açılmış əmək kitabçasının surətindən görünür ki, xx.xx.1978-xx.xx.1979,xx.xx.1979-xx.xx.1979-cu illərdə iddiaçı əmək fəaliyyəti göstərmiş, xx.xx.1979-xx.xx.1981-ci il tarixlərdə həqiqi hərbi xidmətdə olmuş, xx.xx.1982-ci il tarixdən xx.xx.2000-ci il tarixədək əmək fəaliyyətində olmuşdur. İşdə olan ididaçıya məxsus НЗ seriyalı, ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1979-xx.xx.1981-ci il tarixlərdə Sovet ordu Sıralarında hərbi xidmətdə olmuşdur. İşdə olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, xx.xx.1961-ci il təvəllüdlü İddiaçı həqiqətən "xxxx" Firmasında 15 fevral 2000-ci il tarixdən satıcı işinə qəbul edilmiş, 2006-cı ilin yanvarında işdən öz xahişi ilə azad olunmuşdur. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X4 üzrə Baş İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli, **********574300 nömrəli məktubla təqdim edilmiş cavabdan müəyyən edilir ki, "xxxx" MMC (VÖEN:**********) xx.xx.1993-cü il tarixdə 2048 nömrə ilə dövlət qeydiyyatına alınmış "xxxx" Firmasının bazasında yaradılmış və onun hüquqi varisidir. "xxxx" MMC-nin (VÖEN:**********) ləğv olunması və təşkilati-hüquqi formasının dəyişməsi barədə məlumat müəyyən edilməmişdir. xx.xx.2022-ci il tarixə olan uçot baza məluatlarına əsasən "xxxx" MMC-nin (VÖEN: **********) xx.xx.1998-ci il tarixdə ********* nömrəli VÖEN-lə, xx.xx.2007-ci il tarixdə ********** nömrəli VÖENlə uçota alınması, fəaliyyətinin xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək dayandırılması, xx.xx.2022-ci il taraixdən bərpa olunması, xx.xx.2022-ci il taixdən xx.xx.2028-ci il tarixədək dayandırılması və hazırda dayandırılmış vəziyyətdə olması barədə məlumat mövcuddur. İşdə olan iddiaçı tərəfindən təqdim edilmiş "xxxx" MMC tərəfindən verilmiş vergi 2003, 2004, 2005, 2006-cı il tarixlərə dair vergi bəyannamələrindən və vergi ödənişləri barədə qəbzlərin surətlərindən görünür ki, bəyannamələr hüquqi şəxsin rəhbəri və ya fərdi sahibkarı qrafasında imza edilməklə İddiaçı tərəfindən vergi orqanına təqdim edilmişdir. Vergi məbləğləri İddiaçı tərəfindən ödənilmişdir. Məhkəmə ilk öncə hazırki iddianın mümkünlük şərtlərinə qiymət verməyi zəruri hesab edərək, aşağıdakıları qeyd edir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddiaçı məhkəmədə qaldırdığı iddia ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş və cavabdeh tərəfindən “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” 27 oktyabr 2021-ci il tarixli, **********46 nömrəli imtina məktubu almışdır. İşdə olan "xxxx" ASC tərəfindən verilmiş 01/64 nömrəli, xx.xx.2022-ci il tarixli “Şəxsin güzəştli şərtlərlə hüququ verən işdə çalışmasına dair” arayışın surətindən görünür ki, İddiaçı həqiqətən Bakı Şin zavodunda xx.xx.1979-cu il (əmr № 150-k, xx.xx.1979) tarixindən xx.xx.1979cu il (əmr № 160-k, xx.xx.1979) tarixinədək Yığma sexində 2 dərəcəli şpritsmaşın maşinisti, xx.xx.1982-ci il (əmr № 07, xx.xx.1982) tarixindən xx.xx.1990-cı il tarixinədək NÖC və Avtomatika sexində 2.3.4.5.6 dərəcəli elektrik çilingəri işləyərək Vulkanlaşdırma sexinə xidmət etmiş, xx.xx.1990-cı il (əmr № 217-k, xx.xx.1989) tarixindən xx.xx.1991-ci il tarixinədək NÖC və Avtomatika sexində böyük usta, xx.xx.1991-ci il (əmr № 60-k, xx.xx.1991) tarixindən xx.xx.1991ci il tarixinədək NÖC və Avtomatika sexində 1 -ci qrup sahə ustası, xx.xx.1991-ci il (əmr № 81-k, xx.xx.1991) tarixindən xx.xx.1992-ci il tarixinədək NÖC və Avtomatika və metroloji laboratoriyada sahə ustası. xx.xx.1992-ci il (əmr № 165-k, xx.xx.1992) tarixindən xx.xx.1997-ci il tarixinədək NÖC və Avtomatika və metroloji laboratoriyada sahə rəisi, xx.xx.1997-ci il (əmr № 40-k, xx.xx.1997) tarixindən xx.xx.2000-ci il (əmr № 04-m, xx.xx.2000) tarixinədək NÖC və Avtomatika sexində rəis müavini işləmişdir. Bu vəzifələrdə işləyərək zərərli sexlərə xidmət etmişdir, tam 8 saat iş günü işləmişdir. Xidmət etdiyi sexlər zərərli sexlər kateqoriyasına aiddir. İddiaçı xx.xx.2000-ci il (əmr № 04-m, xx.xx.2000 ) tarixli əmrlə zavod tam istehsal gücü ilə işləmədiyinə görə öz hesabına ödənişsiz məzuniyyətə göndərilmişdir. Sosial-sığorta stajı zərərli sahə üçün 17 il, 10 ay, 3 gün təşkil edir. Yığma sexi, NÖC və Avtomatika sexinin əsas sexlərə (Vulkanlaşdırma. Avtokamer və Yığma sexlərinə) xidmət etmiş elektrik çilingəri. ustaları və rəis müavinləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 saylı xx.xx.1993-cü il tarixli Qərarı ilə zərərli sexlərdə texnoloji avadanlıqlara, NÖC və Avtomatika cihazlarına xidmət etdiklərinə görə 2 saylı siyahı üzrə “X” bölmə, “Kimya istehsalatı" 2110AO10 pozisiyasına aiddir. Yığma sexi. NÖC və Avtomatika sexinin əsas sexlərə xidmət etmiş elektrik çilingəri, ustaları və rəis müavinləri Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiqlənmiş “Güzəştli şərtlərlə yaşa görə Əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı" nın 8-ci bölməsinin “Kimya İstehsalatı”nın 8.3.3 punktunun “a" bəndinə aiddir. Göründüyü kimi, iddia mümkünlük şərtlərini ödəyir. Məhkəmə təqdim edilmiş sübutları araşdıraraq iddianın mahiyyətinə gəlincə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı cavabdehə hazırki tələblə bağlı ərizə ilə müraciət etmiş, cavabdeh tərəfindən onun müraciətindən fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməməsi əsası ilə imtina edilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş etiraz ərizəsində isə iddiaçının xx.xx.2006-cı il tarixinədək ümumi sığorta stajının təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən 20 il 6 ay 22 gün (3989507 nömrəli hərbi biletə əsasən, xx.xx.1979-cu il tarixdən xx.xx.1981-ci il tarixədək hərbi xidmət keçdiyi 2 il 1 ay, əmək kitabçasına əsasən isə xx.xx.1978-ci il tarixdən xx.xx.1979-cu il tarixədək 1 il 1 ay 3 gün, xx.xx.1982-ci il tarixdən xx.xx.1999-cu il tarixədək işlədiyi 17 il 4 ay 19 gün) təşkil edir. Qeyd olunan tarixdən sonrakı dövr üçün “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci və 21.1-ci maddəsinə əsasən iddiaçının sosial sığorta stajı 6 il 5 ay təşkil edir. Əlavə olaraq, İddiaçı güzəştli sığorta stajı 17 il 4 ay 19 gün (xx.xx.1982-xx.xx.1999-cu il tarixləri arasındakı dövrlər) təşkil edir. Cavabdeh tərəfindən iddiaçının qəbul edilməyən iş stajı dövrü onun "xxxx" MMC-dəki 2000-2006-cı il tarixlərdə dövrüdür. Sözügedən dövrlər məhkəmə tərəfindən araşdırılmış, müvafiq quruma müəsissənin fəaliyyəti ilə bağlı sorğu göndərilmiş və daxil olmuş cavab məktubuna əsasən müəyyən edilmişdir ki, Dövlət Vergi Xidmətində "xxxx" MMC (VÖEN:**********) xx.xx.1993-cü il tarixdə 2048 nömrə ilə dövlət qeydiyyatına alınmış "xxxx" Firmasının bazasında yaradılmış və onun hüquqi varisidir. "xxxx" MMC-nin (VÖEN:**********) ləğv olunması və təşkilati-hüquqi formasının dəyişməsi barədə məlumat müəyyən edilməmişdir. xx.xx.2022-ci il tarixə olan uçot baza məlumatlarına əsasən "xxxx" MMC-nin (VÖEN: **********) xx.xx.1998-ci il tarixdə ********* nömrəli VÖEN-lə, xx.xx.2007ci il tarixdə ********** nömrəli VÖEN-lə uçota alınması, fəaliyyətinin xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək dayandırılması, xx.xx.2022-ci il tarixdən bərpa olunması, xx.xx.2022-ci il taixdən xx.xx.2028-ci il tarixədək dayandırılması və hazırda dayandırılmış vəziyyətdə olması barədə məlumat mövcuddur. İddiaçı sözügedən müəssisədə işlədiyi dövrlərdə səlahiyyətli şəxs kimi vergi orqanına bəyannamələr təqdim etmiş və vergi orqanına müvafiq ödənişlər etmiş, buna dair vergi orqanı tərəfindən qəbzlər təqdim edilmişdir. Məhkəmə qeyd edilən sübutları nəzərə alaraq aşağıdakı qanunvericiliyin normalarına istinad etməklə hesab edir ki, iddiaçının "xxxx" MMC-də işlədiyi dövrlər onun sığorta stajına daxil edilməlidir. Belə ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir.Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxoz da iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Beləliklə, məhkəmə araşdırması zamanı işin hallarının hərtərəfli araşdırılması zamanı müəyyən edildi ki, iddiaçının xx.xx.2006-cı il tarixədək ümumi iş stajı 25 ildən, xüsusi iş stajı isə 12 il 6 aydan artıq təşkil etmişdir. Bununla da, məhkəmə hesab edir ki, iddiaçı, 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin 1-ci abzasının “b” yarımbəndinə əsasən güzəştli şərtlərlə pensiya hüququ qazanmışdır. Bu səbəbdən də, ona 57 yaşdan yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qeyd olunan hüquq normasında “əvvəllər qüvvədə olmuş qanunvericiliklə müddəası ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edildiyi vaxta qədər qüvvədə olmuş vətəndaşların pensiya təminatını tənzimləyən normativ aktlar, o cümlədən 2006cı ilin yanvar ayının 1-dək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu nəzərdə tutulmuşdur. 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin 1-ci abzasının “b” yarımbəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəriciərin Siyahı”sı üzrə kişilər – 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 06 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən isə həmin maddədə nəzərdə tutulan yaş həddi 01 avqust 1997-ci ildən başlayaraq 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılır. Həmin artırılma nəzərə alındıqda iddiaçının 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. İddiaçının güzəştli iş stajı isə cavabdeh tərəfindən mübahisələndirilməyərək, hazırki mübahisənin predmetini təşkil etmədiyindən, məhkəmə həmin hissəyə toxunmağı zəruri hesab etmir. Məhkəmə eləcə də, qeyd edir ki, cavabdeh tərəfindən imtina məktubunun əsası kimi iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməməsinə istinad edilsə də, məhkəmə cavabdehin həmin dəlilinə qiymət verməyi zəruri hesab etmir. Belə ki, hazırki mübahisənin predmetini iddiaçının 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin 1-ci abzasının “b” yarımbəndinə əsasən yaranmış güzəştli şərtlərlə pensiya hüququ təşkil edir. Bu səbəbdən də, iddiaçıya münasibətdə xx.xx.2017-ci il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinin tələblərinin araşdırılmasına ehtiyac yoxdur. Beləliklə göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının xx.xx.2006-cı il tarixədək, 25 ildən çox ümumi, 12 il 6 aydan çox xüsusi əmək stajı olduğundan, bununla da, qanunvericiliklə nəzərdə tutulmuş qaydada onun pensiya hüququ yarandığından iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ və İİİ hissəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır və hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X2 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun çərçivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı Həzəpaşa oğluna 57 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibat Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-5926/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5926/2022
15.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver