Məhkəmə qərarları › İş №2-1(112)-5929/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5929/2021

14.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5929/2021 14.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi, Mahmud Orxan Əlövsət oğlunun katibliyi, İddiaçı oğlunun, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinin cavabdehə həvalə edilməsi barədə” iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1xaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonradan məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddiaçının 60 yaşının tamam olduğu 23.02.2021-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyanın təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1961-ci ildə Abşeron rayonu, Giləzi kəndində anadan olmuşdur. Sumqayıt şəhəri, yataqxana 14, ünvan 2 ünvanda yaşayır. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə əlaqədar olaraq cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. İddiaçıya ünvanlanmış cavab məktubunda qeyd olunur ki, ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda azı 25 il sığorta stajına malik olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquq vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizini və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Sizin fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq sizə münasibətdə 40600,00 manat hesablandığı halda, fərdi hesabınızın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 31283,11 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericliyin tələbləri baxımından mükmün hesab edilmir”. Cavabdehin cavabı iddiaçını qane etmir. İddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ var, çünki iddiaçının ümumi 38 ildən çox əmək stajı var və həmin stajın 16 ildən çoxunu zərərli işlərdə işləmişdir. Bu əmək kitabçasında və digər sənədlərdə də öz əksini tapır. Lakin aidiyyəti orqan iddiaçıya pensiya təyin etməkdən qanunsuz olaraq imtina edir. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra-İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iş üzrə cavabdehə göndərilmiş, cavabdehdən iddiaya dair münasibətini yazılı şəkildə bildirməsi tələb olunmuşdur. Cavabdeh tərəfindən təqdim edilmiş etirazda göstərilmişdir ki, iddiaçı Əbülfəz Abdullayev iddia edir ki, onun işləmiş olduğu peşələr ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün əsasdır. İddiaçının dəlili yersizdir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsi iddiaçıya münasibətdə tətbiq edilə bilməz. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun (bundan sonra - ƏPQ) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Göründüyü kimi, “ƏPQ”-nin 9.1-ci maddəsinin iddiaçıya şamil edilə bilməsi üçün iddiaçının 60 yaşı tamam olduğu tarixinədək güzəştli şərtlərlə pensiya almaq hüququ yaranmış olmalıdır. Bu hüquq isə aşağıdakı 4 şərtə riayət edilməklə yaranır: 1) İddiaçının qanunla tələb edilən pensiya yaşına çatması; 2) İddiaçının qanunla tələb edilən zəruri staja (ümumi və güzəştli) sahib olması; 3) İddiaçının işlədiyi peşənin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin "Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarında göstərilməsi; 4) yetərli pensiya kapitalı. Hazırki iş üzrə 4-cü şərtə əməl edilməmişdir. ƏPQ-nin 1.0.8-ci maddəsinə əsasən fərdi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alman, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Göründüyü kimi, iddiaçının iddia etdiyi güzəştli şərtlərlə pensiya hüququ üzrə pensiya yaşı 60 yaşdır. Ümumi əsaslarla, yəni ƏPQ-nin 7-ci maddəsində kişilər üçün nəzərdə tutulmuş pensiya yaşı, iddiaçının 60 yaşının tamam olduğu 23.02.2021-ci ildə, 65 yaş olmuşdur. Deməli, ƏPQ-nin 45-ci maddəsinə əsasən, iddiaçıya aid fərdi hesabda toplanmış pensiya kapitalı 144 aya deyil, 204 aya (144 ay + 60 ay) bölünməlidir. 60 ay İddiaçının pensiya çıxmaq hüququnun yarandığını iddia etdiyi 60 yaşla ƏPQ-nin 7-ci maddəsində həmin tarixdə nəzərdə tutulmuş pensiya yaşı 65 yaş arasındakı fərqdir (65 il - 60 il = 5 il). 204 ay * 200.00 manat (minimal pensiya məbləği) = 40,800.00 manat. İddiaçının cəmi pensiya kapitalı 31,283.11 manat təşkil edir. İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. “ƏPQ”-nin 1.0.18ci maddəsinə əsasən sığortaolunanlar əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan fərdi hesabın sığorta hissəsindəki məbləği Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli 1597 nömrəli Fərmanı ilə təsdiq edilmiş qaydada xüsusi hesaba əlavə vəsait ödəyərək artırmaqla əmək pensiyasının minimum məbləğində və ya daha yuxarı məbləğdə pensiya təminatının formalaşdırılması imkanına malikdirlər. Bu səbəbdən də, qüvvədə olan qanunvericiliyə əsasən iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yoxdur. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsində yazılanlara uyğun olaraq izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi təqdim edilmiş etiraza uyğun olaraq izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, tərəfin izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Belə ki, iş materiallarına əlavə edilmiş: - İddiaçıya məxsus AZE 0******* saylı şəxsiyyət vəsiqəsindən müəyyən edilir ki, İddiaçı xx.xx.1961-ci il tarixdə doğulmuşdur. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 30.03.2021-ci il tarixli **********8 saylı məktubu ilə iddiaçıya bildirilmişdir ki, “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Sumqayıt “ASAN xidmət” mərkəzi tərəfindən daxil olmuş ərizənizə və ona əlavə olunmuş sənədlərə baxaraq bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır.Sizin fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq sizə münasibətdə 40600,00 manat hesablandığı halda, fərdi hesabınızın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 31283,11 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Əlavə olaraq bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.18-ci maddəsinə görə sığortaolunanlar əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan fərdi hesabın sığorta hissəsindəki məbləği Azərbaycan Respublikası Prezdentinin 2017-ci il 12 sentyabr tarixli 1597 nömrəli Fərmanı ilə təsdiq edilmiş qaydada xüsusi hesaba əlavə vəsait ödəyərək artırmaqla əmək pensiyasının minimum məbləğində və ya daha yuxarı məbləğdə pensiya təminatının formalaşdırılması imkanına malikdirlər. Müraciətinizə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığınız təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnuz vardır”. - Azərbaycan Boru Yayma Zavodunun 02.06.2017-ci il tarixli 94 saylı güzəştli peşəyə dair arayışından görünür ki, iddiaçı 19.02.1992-ci il tarixdən 01.03.1994-cü il tarixə qədər boru yayma -1 sexində 250-2 aqreqatında isti şöbədə yayıcı vəzifəsindən işləmişdir. Göstərilən iş yeri, vəzifə, peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993cü il tarixli 320 saylı qərarı ilə təsdiq ilə təsdiq edilmiş 1 №-li siyahısının İİİ bölməsinin 4a yarımbölməsinin 1030400a-11344 şifri ilə güzəştli şərtlərlə əmək pensiyaları Azərbaycan Respublikası qanununun tələblərinə uyğun pensiya almaq hüquq verir. “Azərbaycan Respublikası Mühərrikquraşdırma” ATSC-nin 02.02.2015-ci il tarixli 002/MQ saylı güzəştli peşəyə dair arxiv arayışı ilə bildirilmişdir ki, İddiaçı 18.05.2006-cı il tarixdən "xxxx" X7 Cəmiyyətinə 5-ci dərəcəli texnoloji boru kəmərlərinin quraşdırıcısı kimi (əmr № 22/k-q, 18.05.2006-cı il) işə qəbul edilmişdir; 01.06.2006-cı il tarixdə 5-ci dərəcəli qazla kəsici peşəsi keçirilmişdir, (əmr № 42/k-ü. 27.05.2006-cı il); 02.02.2015-ci il tarixdə işdən azad edilmişdir (əmr № 01/k-a, 02.02.2015-ci il), "xxxx" X7 Cəmiyyəti öz fəaliyyət dairəsinə görə texnoloji avadanlığın təmiri və quraşdırılması üzrə işləri kimya sənayesinin əsas istehsal sahələrində, o cümlədən , “Üzvü Sintez” İB-nin, "xxxx" zavodunun əsas istehsalat sahələrində, Neft Şirkətinin “Azneftyağ” və “Azneftyanacaq” İB-lərdə, “Neft Daşları”, “Qum Adası” və N.Nərimanov adma NQÇİ-rin qapalı qaz-generator sexlərində sağlamlıq üçün zərərli şəraitdə yerinə yetirirdir. Rustavi şəhərində Kimya kombinatın tikintisində iştirak etmişdir. Bu işlərin yerinə yetirilməsi üçün müəssisə tərəfindən hər il yuxarıda qeyd olunan İstehsalat Birlikləri və X3 ilə müvafiq müqavilələr bağlanır, müəssisənin isə həmin işlərdə çalışan işçilərinə zərərli iş şəraitinə görə əlavə ödənişli məzuniyyətlər verilir və onların əmək haqqları yüksək tarif dərəcələri üzrə hesablanır. X1 işlədiyi dövrdə yuxarıda göstərilən müəssisələrin əsas istehsalat sahələrində texnoloji boru kəmərlərinin quraşdırıcısı kimi tam iş günü işləmişdir. Yuxarıda göstərilənlər AR Nazirlər Kabinetinin 1993-cü il tarixli 320 saylı qərarına əsasən təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2-ci Siyahısının XXXlll-cü “Ümumi peşələr” bölməsinin 23200000-11618 “Qazla kəsicilər” bəndlərində nəzərdə tutulmuşdur. - "xxxx" Dövlət Şirkətinin "xxxx" Mənzil Sosial Tikinti-Quraşdırma Trestinin 29.11.1996-cı il tarixli 160 saylı arayışından görünür ki, iddiaçı 11.10.1995-ci il tarixdən 11.11.1996-cı il tarixə qədər zərərli sexlərdə- superfosfat və sülfat turşusu sexlərində, cəmi 276 gün işləmişdir. - Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin 03.07.2014-cü il tarixli 424 saylı arxiv arayışından görünür ki iddiaçı “Azərkimyatəmir” Tresti 3 saylı TTQİ-nin 1987-1991-ci illərə dair “Zərərli sexlərdə işləyən işçilərin siyahısı” kitabında çıxarışdan görünür ki, o, 1987-ci ilin avqust – dekabr aylarında, 1988, 1989, 1990-cı illərdə, 1991-ci ilin yanvar ayında həmin sexdlərə işləmişdir. - İddiaçıya məxsus НЗ seriyalı ******* saylı hərbi biletdən görünür ki, o, 25.04.1980ci il tarixdən 09.05.1982-ci il tarixə qədər həqiqi hərbi xidmətdə olmuşdur. - İddiaçıya məxsus ИТ-İ № ******* saylı 21.08.1979-ci il tarixli əmək kitabçasının notarial qaydada təsdiqlənərək tərcümə edilmiş surətindən görünür ki, iddiaçı 21.08.1979cu il tarixdən 08.04.1980-ci il tarixə qədər Kombinəedilmiş yem zavoduna üçüncü dərəcə ilə çilingər (21.08.79-cu il tarixli 95 saylı əmr), 22.06.1982-ci il tarixdən 3-cü dərəcə ilə dülgər, (24.06.1982-ci il tarixli 60 saylı əmr), 20.10.1983-cü il tarixdən 3-cü dərəcə ilə doğrayıcı (20.10.1983-cü il tarixli 160 saylı əmr), 15.10.1984-cü il tarixdən 5-ci dərəcə ilə operator-dozator (15.10.1984-cü il tarixli 158 saylı əmr), 01.12.1984-cü il tarixdən 4-cü dərəcə ilə doğrayıcı (03.12.1984-cü il tarixli 176 saylı əmr), 10.06.1985-ci il tarixdən çilingər (14.06.85-ci il tarixli 82a saylı əmr) vəzifələrində işləmişdir. 10.08.1987-ci il tarixdə Azərbaycan SSR ƏQM-nin 37-ci maddəsi ilə işdən azad edilmişdir. (10.08.87-ci il tarixli 67 saylı əmr). 17.08.1987-ci tarixdən RSMU - 3 Sumqayıt şəhəri Azximremont (Az. kimya təmir) tresti 2 saylı sahəyə 3-cü dərəcə ilə çilingər-quraşdırıcı (14.08.87-ci il tarixli 80-K saylı əmr), 01.02.1988-ci il tarixdən 2 saylı sahəyə 3-cü dərəcə ilə çilingər - təmirçi (29.01.1988-ci il tarixli 12 k saylı əmr), 02.01.1989-cu il 2 saylı sahəyə çilingər- təmirçi vəzifəsi üzrə 4-cü dərəcə (165k saylı 30.12.88-ci il tarixli əmr), 03.09.1990-cı il tarixdən 2 saylı sahənin çilingər - təmirçilərinin briqadiri (03.09.90-cı il tarixli 81/k saylı əmr), 10.09.1990-cı il tarixdən 2-ci dərəcə ilə qaz kəsicisi, (10.09.90-cı il tarixli 84 k saylı əmr), 01.10.1990-cı il tarixdən çilingər - təmirçilərinin briqadiri üzrə 5-ci dərəcə (01.10.90-cı il tarixli 94 k saylı əmr) vəzifələrində işləmiş, 21.02.1991-ci il tarixdən tutduğu vəzifədən öz xahişi ilə azad edilib (21.02.91-ci il tarixli 15k saylı əmr). 22.02.1991-ci il tarixdən Avtomobil nəqliyyat müəssisəsi 2 saylı “Selstroy” İANB (İstehsalat avtomobil nəqliyyat birliyi Xızı a/kolonuna “B”, C” kateqoriyası üzrə sürücü (21.02.1991-ci il tarixli 9 k saylı əmr), 14.08.1991-ci il tarixdə tutduğu vəzifədən (öz xahişi ilə) azad edilib. 19.02.1992-ci il tarixdə 1 saylı boru yayma sexinə 4-cü dərəcə ilə 250-2 boru yayma maşınına boruların qaynar yayması üzrə rillinq maşınına yaymaçı (17.02.92-ci il tarixli 67 saylı əmr), 01.12.1993-cü il tarixdən 1 saylı boru yayma sexinə 5-ci dərəcə ilə 250-2 boru yayma maşınına boruların qaynar yayması üzrə rillinq maşınına yaymaçı (03.01.94-cü il tarixli 2047 saylı əmr) vəzifələrində işləmiş, 01.03.1994-cü il tarixdə vəzifəsindən azad edilmişdir (01.03.94-cü il tarixli 61 saylı əmr). 01.03.1994-cü il tarixdən 01.06.1994-cü il tarixə qədər 12 №-li X4 İdarəsində sürücü vəzifəsində (əmr № 9k 01.03.1994), 02.06.1994-cü il tarixdən 04.01.1995-ci il tarix qədər 40 №-li Yol – Tikinti sahəsində sürücü vəzifəsində, 11.10.1995-ci il tarixdən (əmr 225 11.10.1995-cı il tarixli), 15.11.1996-cı il tarixə qədər "xxxx" Mənzil Sosial Tikinti Quraşdırma Trestində quraşdırma-çilingər vəzifəsində (əmr 212k 15.11.1996-cı il tarixli), 01.04.1997-ci il tarixdən (əmr 31/k, 01.04.1997-ci il) 16.05.2006-cı il tarixə qədər (əmr 39/k, 16.05.2006-ci il) Bakı Su Kəməri İstehsalat İdarəsində mexaniki təmir sexində 5-ci dərəcəli çilingər, 18.05.2006-cı il tarixdən "xxxx" X7 Cəmiyyətində təmir-mexanikiləşdirmə sexində texnoloji boru kəmərlərinin quraşdırıcısı (əmr 22/k 18.05.2006-cı il ), 01.06.2006-cı il tarixdən (əmr 42/k 27.05.2006-cı il ) 02.02.2015-ci il tarixə qədər (əmr 01/k 02.02.2015-ci il) 5-ci dərəcəli qaz kəsicisi vəzifələrində işləmişdir. Beləliklə də iş materiallarından məlum olur ki, iddiaçı 12 il 06 aydan artıq güzəştli iş stajının, 25 ildən artıq ümumi iş stajının olmasını, eyni zamanda, 23.02.2021-ci il tarixdə 60 yaşının tamam olmasını əsas gətirərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ərizə ilə cavabdeh pensiya təyinatı orqanına müraciət etmiş, lakin sonuncu əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının az olmasını əsas gətirərək ona pensiya təyin edilməsindən imtina edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Göründüyü kimi iddiaçının tələbinin təmin edilməsi və ona 60 yaşının tamam olduğu 23.02.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün o, azı 25 il sığorta stajına malik olmalı və bu müddətin azı 12 il 6 ayını axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan işlərdə çalışmalı və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir. Cavabdeh tərəfindən iddiaçıya sonuncu şərtə uygun gəlmədiyindən, yəni iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyi üçün imtina etmişdir. Məhkəmə araşdırması zamanı imtinanın əsasının qanuni və əsaslı olması öz təsdiqini tapmışdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 45-ci maddəsinə əsasən bu Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır. Həmin Qanunun 6-1-ci maddəsinə əsasən əmək pensiyasının minimum məbləği 2019-cu il 1 oktyabr tarixindən 200 manat məbləğində müəyyən olunur. Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Belə olan halda, iddiaçıya əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təyin edilməsi üçün onun fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalını müəyyənləşdirmək məqsədilə iddiaçıya aid fərdi hesabda toplanmış pensiya kapitalı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 45-ci maddəsinə əsasən 144 aya deyil, 204 aya (144 ay + 60 ay) bölünməlidir. 60 ay İddiaçının pensiya çıxmaq hüququnun yarandığını iddia etdiyi 60 yaşla ƏPQ-nin 7-ci maddəsində həmin tarixdə nəzərdə tutulmuş pensiya yaşı 65 yaş arasındakı fərqdir (65 il - 60 il = 5 il x 12=60 ay). 204 ay * 200.00 manat (minimal pensiya məbləği) = 40,800.00 manat. İddiaçının pensiya kapitalı isə 31,283.11 manat təşkil edir. İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermədiyi üçün cavabdehin imtinası qanuni və əsaslıdır. Göründüyü kimi, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 9.1-ci maddəsinin iddiaçıya şamil edilə bilməsi üçün iddiaçının 60 yaşı tamam olduğu tarixinədək güzəştli şərtlərlə pensiya almaq hüququ yaranmış olmalıdır. Bu hüquq isə aşağıdakı 4 şərtə riayət edilməklə yaranır: 1) İddiaçının qanunla tələb edilən pensiya yaşına çatması; 2) İddiaçının qanunla tələb edilən zəruri staja (ümumi və güzəştli) sahib olması; 3) İddiaçının işlədiyi peşənin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin "Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarında göstərilməsi; 4) yetərli pensiya kapitalı. Hazırki iş üzrə 4-cü şərtə əməl edilmədiyindən digər şərtlərin ödənilməsi istiqamətində məhkəmə prosessaul qənaət prinsipinə əsaslanaraq araşdırma aparmagı zəruri hesab etməmişdir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanının üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, İddiaçı 60 yaşının tamam olduğu 23.02.2021-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyanın təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə iddiası təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan rəsmi qaydada tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 4 SƏDRLİK EDƏN: MEHRİBAN QARAYEVA

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar