Məhkəmə qərarları › İş №2-1(112)-593/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-593/2021

08.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-593/2021 08.02.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı (ünvan 1 ünvanında qeydiyyatda olan), Cavabdehin nümayəndəsi X5 (Məhkəmə mübahisələri üzrə iş şöbəsinin böyük mütəxəssisi, Balakən rayonu, Tülü ərazi dairəsi, Tülü kəndində qeydiyyatda olan) iştirakları ilə, İddiaçı cavabdehAzərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə pensiya təyin edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1959-cu ildə anadan olmuş ona - İddiaçı yaşının kifayət etdiyinə və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş stajının olması nəzərə alınmaqla xx.xx.2019-cu il tarixindən güzəştli şərtlərlə pensiya təyin edilməsi və ona ödənilməyən pensiyanın hesablanaraq ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin adının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına dəyişdirilməsi nəzərə alınmışdır. İddia tələbi onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.1959-cu ildə anadan olmuşam və ilk əmək fəaliyyətinə 1975-ci ildə başlamışdır. Belə ki, xx.xx.1975-ci ildən xx.xx.1977-ci ilə kimi Orjanikidze adına “AzNeftmaştəmir” İstehsalat Birliyində təmirçi çilingər peşəsində iləmişdir. Bu barədə Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 2 N:li xx.xx.2019-cu il tarixli Arayışla həmin müəssisədə işləməsi faktı təsdiq edilmişdir. xx.xx.1977-cu ildə V.Lenin adına Bakı Metropolitenin Qatarların hərəkət xidmətinin təkər cütlərinin təmiri sahəsinə 1-ci dərəcəli təmir üzrə çilingər peşəsinə qəbul olunmuşdur ( Əmr N: 40/OK xx.xx.1977-ci il). xx.xx.1978-ci il tarixdə ( N: 29/OK ) əsgərliyə getməsi ilə əlaqədar işdən azad olunmuşdur . 05.1978-ci ildən 05.1980-cı ilə kimi əsgəri xidmətdə olmuşdur. Bu fakt ona təqdim edilmiş NZ N: ******* saylı Hərbi Bilet ilə təsdiq edilir. xx.xx.1980-cı ildən xx.xx.1981-ci ilə kimi Bakı Metro Xidmətində çilingər vəzifəsində işləişdir. Bu barədə Azərbaycan Respublikası "xxxx" Qapalı Səhmdar Cəmiyyəti A/484 N:li xx.xx.2019-cu il tarixli Arxiv Arayışı ilə onun həmin müəssisədə işləməsi faktı təsdiq edilmişdir. xx.xx.1981-ci ildən xx.xx.1989-cu ilə kimi Azərbaycan Dəmir Yolları Lokomotiv Deposunda müxtəlif vəzifələrdə işləmişdir (çilingər, texniki xidmət çilingəri, motorlu vaqon seksiyalarda maşinist köməkçisi, maşinist). “Azərbaycan Dəmir Yolları “ Qapalı Səmdar Cəmiyyətinin NÜA-H/ 4 nömrəli xx.xx.2019-cu il tarixli Arxiv Arayışında onun həmin müəssisədə işəməsi faktı təsdiq edilmişdir. xx.xx.1989-cu ildən xx.xx.1993-cü ilə kimi “Abadi (Əbədi)” Kooperativində laborant-fotolaborant-Foto Keramikaçı, keramika ustası, “xx.xx.1993-cü ildən xx.xx.2005-ci ilə kimi "xxxx" İstehsalat-Kommersiya Firmasında usta vəziəsində işləmişdir. Hazırda həmin firmanın harada yerləşməsini bilmədiyi üçün onun həmin müəssisədə işləməsi faktı ilə əlaqədar arxiv arayışı əldə edə bilməmişdir. Lakin bu o demək deyil ki , onun həmin firmada işləməyi inkar olunr. Belə ki , o zaman onunla bərabər həmin firmada çoxsaylı insanlar çalışıb və onların hamısının Əmək Kitabçalarında bu barədə qeydlər vardır. Belə ki ,o zaman onunla birlikdə işləmiş X4 Əmək Kitabçasında bu qeydlər vardır. xx.xx.2012-ci ildən bu vaxta kimi Medikal Klub Sağlamlıq Mərkəzində texnik vəzifəsində işləyir. Qeyd edir ki, onun ümumi əmək stajı təxminən 38 il təşkil edir və həmin əmək stajının 1/3 hissəsi zərərli sahədə işlədiyi müddətə aiddir. Belə ki, “Abadi (Əbədi) ” Koperativində və sonradan adı dəyişdirilərək “Abadi (Əbədi)” X1 foto laboratoriyada, foto laborant və foto keramikaçı vəzifəsində işlədiyim müddət - 14 ildə çox müddət zərərli sahə hesab olunur və ona görə onun 57 yaşında güzəştli şərtlərlə pensiya çıxmaq hüququ yaranmışdır. Hazırda o pensiya yaşıma çatmışdır və pensiya almaq üçün ilkin müraciət etdikdə ona bildirilmişdir ki, Əmək Kitabçasının təqdim edilməsini zəruridir. AR ƏƏSMN yanında DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinin xx.xx.20120-ci il tarixli **********3 N:li məktubla ona bildirilmişdir ki, onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyanmın təyin edilməsi məsələsinə idarəyə təqdim etdiyi 05 sentyabr 1975-ci il tarixli əmək kitabçasında xx.xx.1989-xx.xx.1993-cü il və xx.xx.1993-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər ərzində “Əbədi (Abadi) Kommersiya kooperativində ayrı ayrı vəzifələrdə işləməyinə dair aparılmış qeydlər arxiv arayışları əsasında təsdiq edildiq olunduğundan sonra baxıla bilər.” Hesab edir ki, DSMF-nun Xüsusi Şərtlərlə Təyinat idarəsi onun təqdim etdiyi sənədləri nəzərə almadan, ona verilmiş cavab əsassızdır və onun pensiya hüququnun kobud pozuntusu kimi qiymətləndirilməlidir və onun pensiya çıxmağı ilə əlaqədar ondan əlavə sənədlər tələb edilməsi qanunsuzdur. Belə ki, onun işlədiyi müəssisələrində işçilərin əmək fəaliyyətinə nəzarət edilməsi, arxiv sənədlərinin olubolmaması, sonradan kimə təhvil verilməsinə nəzarət Dövlət Sosial Müdafiə Fonduna həvalə edilmişdir. Lakin hazırda Fondun əməkdaşları tərəfindən öz səlahiyyətlərin aid sənədləri ondan tələb edilməsi yol verilməzdir. 2006-cı ilin yanvar ayına kimi qüvvədə olan “X3 haqqında “Azərbaycan Respublikası Qanunun qadınlar 60 yaşına çatdıqda və 12 il iş stajı olduqda pensiya almaq hüququna malikdir. Hazırda Azərbaycan Respublikas Dövlət Sosial Müdafiə Fondu Nizami rayon şöbəsi onun hüquqlarını pozub və ona güzəştli şərtlərlə pensiya təyin etməmişdir. Halbuki, o xx.xx.2019-ci ildə “Güzəştli şərtlərlə əmək pensiyası almaq hüququna malikdir” . Lakin cavabdeh bu vaxta ona güzəştli şərtlərlə pensiya təyin etməmişdir. Cavabdeh iddiaya dair yazılı etirazını məhkəməyə ünvanlayaraq, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraza görə, iddiaçının tələbi qanuna müvafiq olmadığı üçün rədd edilməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 01 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsinə göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Azərbaycan Respublikası İmək və Əhalinin Sosial Müdafiəsi Nazrliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyasının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin tələblərinə uyğun olaraq əmək peniyası hüququ olan şəxsə pensiya təyinatı vətəndaşın ərizəsi, şəxsiyyətini, ümumi stajını təsdiq edən sənədlər, həmçinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı əsasında həyata keçirilir. İddiaçıya ünvanlanmış xx.xx.2020-ci il tarixli **********3 nömrəli cavab məktubunun məzmunundan göründüyü kimi hazırki iş üzrə cavabdeh Azırbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi məsələsinə baxılmasından imtina etməmiş, əksinə 05 sentyabr 1975-ci il tarixli əmək kitabçasında xx.xx.1989-xx.xx.1993-cü il və xx.xx.1993-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" Kommersiya Kooperativində ayrı-ayrı vəzifələrdə işləməsinə dair aparılmış qeydlər arxiv arayışları əsasında təsdiq olunduqdan sonra baxıla biləcəyi bildirilmişdir. Lakin baxılan halda cavabdeh kimi nə inzibati aktı qəbul etməkdən imtina etmişlər, nə də hərəkətsizliyə yol vermişlər. Əksinə pensiya təyinatı aparmaq üçün müvafiq sənədlərin əsillərini təqdim etməməklə hərəkətsizliyə yol vermişdir. İddiaçının 01 yanvar 2006-cı il tarixinə olan ümumi iş stajı 25 ildən, güzəştli iş stajı 12 il 06 aydan az təşkil edir. Göstərilənləri nəzərə alaraq, iddianın rədd eidlməsi barədə qərar qəbul edilməsini xahiş olunmuşdur. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddia ərizəsinə dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verərək, məhkəmədən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, işdə olan iddiaçıya məxsus AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1959-cu il təvəllüdlüdür. İşdə olan Azərbaycan Respublikası “X11 Avadanlıqları” ASC tərəfindən verilmiş 08 noyabr 2019-cu il tarixli, 12 saylı arayışdan görünür ki, İddiaçı 01 sentyabr 1975-ci il tarixdən 30 avqust 1975-ci il tarixli 170/K saylı əmrə əsasən Орджоникидзе adına “Азернефтмашремонт” (indiki "xxxx" ASC) zavoduna fəhlə peşəsi üzrə işə qəbul edilmişdir. 05 aprel 1977-ci il tarixli 97/K saylı əmrə əsasən öz xahişi ilə 01 aprel 1977-ci il tarixdən işdən azad edilmişdir. İşdə olan Azərbaycan Respublikası "xxxx" QSC tərəfindən verilmiş A/484 saylı, 05 noyabr 2019-cu il tarixli arxiv arayışından görünür ki, İddiaçı xx.xx.1977-ci il tarixdən V.Lenin adına Bakı Metropoliteninin Qatarların hərəkət xidmətinin təkər cütlərinin təmiri sahəsinə İ dərəcə ilə təmir üzrə çilingər peşəsinə qəbul olunmuşdur (Əmr № 40/OK §1, xx.xx.1977-ci il); xx.xx.1977-ci il tarixdən Kompleks briqadasına İ dərəcə ilə elektrik çilingəri peşəsinə keçirilmişdir (Əmr № 90/OK §3, xx.xx.1977-ci il); xx.xx.1977-ci il tarixdən İİ dərəcə verilmişdir (Əmr № 99/OK §4, xx.xx.1977-ci il); xx.xx.1978-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 36-cı maddəsinə əsasən (Sovet Ordusu sıralarına çağırıldığı üçün) işdən azad edilmişdir (Əmr № 29/OK §2, xx.xx.1978-ci il). xx.xx.1980-ci il tarixdən V.Lenin adına Bakı Metropoliteninin Qatarların hərəkət xidmətinin Kompleks briqadasına İİ dərəcə ilə elektrik çilingəri peşəsinə qəbul olunmuşdur (Əmr № 56/OK §3, xx.xx.1980-ci il); xx.xx.1981-ci il tarixdən İİİ dərəcə verilmişdir (Əmr № 2/OK §4, xx.xx.1981-ci il); xx.xx.1981-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 37ci maddəsinə əsasən (öz xahişi ilə) işdən azad edilmişdir (Əmr № 43/OK, xx.xx.1981-ci il). Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 48 saylı Qərarına əsasən V.Lenin adına Bakı Metropoliteni "xxxx", Qatarların hərəkəti xidməti “N.Nərimanov” adına elektrik deposu adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014cü il tarixli 289 saylı Sərəncamına əsasən Bakı Metropoliteni və “Azərtunelmetrotikinti” SCnin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus "xxxx" QSC yaradılmışdır. İşdə olan iddiaçıya məxsus əmək kitabçasının notarial qaydada təsdiq olunmaqla tərcümə olunmuş surətindən görünür ki, iddiaçı xx.xx.1975-ci il tarixdən Orconikidze adına zavodun “Azərneftemaşremont” Birliyinin 2 saylı çilingər-quraşdırma sahəsinə tokar ixtisasının təlimi üzrə fəhlə işinə qəbul edilmiş, xx.xx.1975-ci il tarixdən 2-ci dərəcəli tokar işinə keçirilmiş və xx.xx.1977-ci il tarixdə işdən azad edilmişdir. xx.xx.1977-ci il tarixdən Bakmetropolitenin Elektrodeposundan buxar və dartı mühərriklərinin təmiri sahəsinə birinci dərəcə üzrə təmir çilingəri, xx.xx.1977-ci il tarixdən kompleks briqadaya 1-ci dərəcəli çilingər-elektrik, xx.xx.1977-ci il tarixdən 2-ci dərəcəli elektrik çilingər vəzifəsində işləmiş və xx.xx.1978-ci il tarixdən sovet ordusuna çağırılması ilə əlaqədar olaraq aza edilmişdir. xx.xx.1978-ci il tarixdən xx.xx.1980-ci ilədək Sovet Ordusunda xidmət etmişdir. xx.xx.1980-ci il tarixdən vaxtaşırı və cari təmir üzrə kompleks briqadaya elektrik avadanlığın təmiri üzrə 2-ci dərəcəli çilingər-elektrik işinə qəbul edilmişdir. xx.xx.1981-ci ildən 3-cü dərəcəli çilingər keçirilmişdir. 24 mart 1981-ci il tarixdən Azərbaycan Dəmir Yollarının Bakı Lokomotiv Deposunda qaldırıcı sexdə həkətli tərkibin təmiri üzrə 3-cü dərəcəli çilingər, xx.xx.1981-ci il tarixdən MVS texniki xidmət sexinə hərəkətli tərkibin təmiri üzrə 3-cü dərəcəli çilingər, xx.xx.1981-ci il tarixdən mühərrik vaqon seksiyasının maşinist köməkçisinin dublyoru, xx.xx.1981-ci il tarixdən mühərrik vaqon seksiyasının maşinist köməkçisi vəzifəsində işləmiş, xx.xx.1989-cu il tarixdən işdən azad edilmişdir. xx.xx.1989cu il tarixdən "xxxx" fotokeramika kooperativin fotolaboratoriyasının laborantı, xx.xx.1991ci il tarixdən usta vəzifəsinə keçirilmiş, xx.xx.1993-cü il tarixdən "xxxx" kooperativinin ləğv edilməsi ilə əlaqədar olaraq tutduğu vəzifədən azad edilmişdir. xx.xx.1993-cü il tarixdən xx.xx.2005-ci il tarixədək "xxxx" X1 usta vəzifəsində işləmişdir. xx.xx.2012-ci il tarixdən X6 VÖEN ********** “X10 Sağlamlıq Mərkəzinə” texnik vəzifəsinə işə qəbul olunub. Məhkəmə araşdırması dövründə iddiaçının xx.xx.1989-cu il tarixdən xx.xx.1993-cü il tarixədək "xxxx" (Əbədi) Kooperativində, xx.xx.1993-cü il tarixdən xx.xx.2005-ci il tarixədək "xxxx" (Əbədi) İstehsalat-Kommersiya firmasında ayrı-ayrı vəzifələrdə işləməsinə dair müvafiq sənədlərin təsdiq edilmiş surəti sorğu əsasında Azərbaycan Respublikası Milli Arxiv İdarəsindən tələb olunmuşdur. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi tərəfindən məhkəmə sorğusuna cavab olaraq verilmiş 19 noyabr 2020-ci il tarixli, **********2 saylı məktubdan görünür ki, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiqinə 01.01 2006-cı il tarixdən başlandığı üçün İddiaçı xx.xx.1989-cu il tarixdən xx.xx.1993-cü il tarixədək "xxxx" (Əbədi) Kooperativində, xx.xx.1993-cü il tarixdən xx.xx.2005-ci il tarixədək “Abadi" (Əbədi) İstehsalat - Kommersiya firmasında (SUN: **********4, VÖEN: **********) işlədiyi dövr üçün hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumatın verilməsi Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filial tərəfindən mümkün olmadığı bildirilmişdir. Həmçinin "xxxx" (Əbədi) Kooperativi və "xxxx" (Əbədi) İstehsalat-Kommersiya firmasının fəaliyyəti barədə məlumat sorğu əsasında Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsindən tələb edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən məhkəmə sorğusuna cavab olaraq verilmiş xx.xx.2020-ci il tarixli, **********304100 saylı məktubdan görünür ki, xx.xx.2020-ci il tarixə olan uçot məlumatlarında "xxxx" (Əbədi) Kooperativi və "xxxx" (Əbədi) İstehsalat- Kommersiya Firmasının vergi uçotunda olması barədə məlumat aşkar edilməmişdir. Əlavə olaraq xx.xx.2020-ci il tarixə uçot məlumatında mövcud olan "xxxx" X2 Firmasının (VÖEN: **********) fəaliyyəti və digər vergi tutulan əməliyyatları dayandırılmış vəziyyətdədir. İşdə olan iddiaçıya məxsus НЗ № ******* saylı hərbi biletin surətindən görünür ki, 04 may 1978-ci il tarixdən 26 iyun 1980-cı il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur. Beləliklə işin araşdırılan hallarından görünür ki, iddiaçı xx.xx.1989-xx.xx.1993-cü illər və xx.xx.1993-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər ərzində "xxxx" kommersiya kooperativində olan dövrlərin əmək stajına daxil edilməklə xx.xx.2019-cu il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini cavabdehdən tələb edir. İddiaçı bununla bağlı cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən 08 yanvar 2020-ci il tarixli, **********3 saylı məktubla müraciətin təmin edilməsindən imtina edilmiş və imtina məktubunda göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ay həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-1 -ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda həmin Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. İddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məsələsinə İdarəyə təqdim etdi 5 sentyabr 1975-ci il tarixli əmək kitabçasında xx.xx.1989-xx.xx.1993-cü il və xx.xx.1993-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər ərzində "xxxx" kommersiya kooperativində ayrı-ayrı vəzilərində işləməsinə dair aparılmış qeydlər arxiv arayışları əsasında təsdiq olunduğundan sonra baxıla biləcəyi bildirilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmuşdur. Belə ki, iddiaçı xx.xx.1959-cu il təvəllüdlü olmaqla, ona güzəştli şərtlərlə əmək pensiyasının 57 yaşdan, yəni xx.xx.2019-cu il tarixdən təyin edilməsini tələb edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu xx.xx.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “X3 haqqında” Qanun qüvvədə olmuşdur. Hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci bəndinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci bəndinə əsasən Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “X3 haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaşa çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “X3 haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. İddiaçıya “X3 haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1) İddiaçının xx.xx.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması; 2) İddiaçının xx.xx.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. Həmçinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci bəndinin xx.xx.2017-ci il tarixədək olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Məhkəmə qeyd edir ki, «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək qazanmış olsunlar. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Məhkəmə iddianın əsassız olması ilə bağlı qeyd edir ki, iddiaçı xx.xx.1989xx.xx.1993-cü illər və xx.xx.1993-xx.xx.2005-ci il tarixədək olan dövrün iş stajına daxil edilməsini tələb etsə də, lakin həmin dövr güzəştli iş stajına daxil edilə bilməz. Belə ki, işdə olan əmək kitabçasına əsasən iddiaçının xx.xx.1989-cu il tarixdən xx.xx.1993-cü il tarixədək "xxxx" X1 fotolaboratoriyasının laborant, xx.xx.1991-ci il tarixdə həmin kooperativdə usta vəzifəsinə keçirilsə də, lakin məhkəmə araşdırması zamanı qeyd olunan müəssisənin arxiv sənədlərinin mövcud olmadığı, o cümlədən həmin müəssisənin vergi uçotunda olmadığı müəyyən edilmişdir. Halbuki “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün: 2.4.1. şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının xx.xx.1989-xx.xx.1993-cü illər və xx.xx.1993-xx.xx.2005-ci il tarixədək "xxxx" X1 işlədiyi dövr onun iş stajına daxil edilə bilməz. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı laborant, fotolaborant, foto-keramikaçı peşəsində işləməsinə istinad edərək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısında nəzərdə tutulan peşələrə uyğun hesab edilərək onun həmin dövrdə işlədiyi illərin iş stajının güzəştli iş stajına hesablanmalı olmasını göstərmişdir. Halbuki şəxsin həmin siyahıda qeyd olunmuş peşə sahələrində işlədikləri halda həmin iş stajı güzəştli iş stajına hesablanır. Beləliklə, məhkəmə araşdırması zamanı iddiaçının işləmiş olduğu laborant, fotolaborant, foto-keramikaçı peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısında nəzərdə tutulmadığından, göstərilən müddət ümumi iş stajına daxil edilsə də, lakin güzəştli iş stajına hesablana bilməz. “Əmək pensiyaları haqqında” Azərbaycan Republikası Qanunun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Normaların məzmunundan göründüyü kimi qanunvericiliklə əmək (iş) dövlərinin yalnız o hissəsi (hissələri) sosial sığorta stajı kimi nəzərə alınır ki, həmin dövrlərdə müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənmiş olsun. Beləliklə iddiaçı tələbi üzrə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq olaraq xx.xx.2006-cı il tarixinə qədər ona güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün müəyyən edilmiş 25 il ümumi staj toplasa belə, lakin 12 il, 6 ay güzəştli iş stajını toplamadığından, cavabdeh tərəfindən ona 57 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtina edilməsi əsaslı olmuşdur. Buna görə də iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 73.1, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia rədd edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar